Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-468/2021 06.05.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri: Məmmədov Telman Qədir oğlu (sədrlik edən, məruzəçi hakim), Abasov Şəmsəddin Rizalı oğlu və Tağızadə Gülnarə Fikrət qızından ibarət tərkibdə, məhkəmə iclas katibi X15, İddiaçı nümayəndəsi və vəkili X63, cavabdehlər Cəbiyeva (Abbasova) Turac Qoçalı qızının, Cavabdeh4 Yaşaq qızının və Cəbiyeva (İsrəfilova) Sadəgül Qoçalı qızının nümayəndəsi və Cavabdeh1 iştirakları ilə açıq məhkəmə iclasında Şamaxı Rayon Məhkəməsinin 01 aprel 2019-cu il tarixli, 2(074)-110/2019 saylı qətnaməsindən Cavabdeh1 apellyasiya şikayətinə əsasən işə apellyasiya qaydasında baxaraq MÜƏYYƏN ETDİ: Şamaxı Rayon Məhkəməsinin 01 aprel 2019-cu il tarixli, 2(074)-110/2019 saylı qətnaməsi ilə (sədrlik edən, hakim Etibar Hümbətov) İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh1, Cəbiyeva (Abbasova) Turac Qoçalı qızına, Cavabdeh4, Cəbiyeva (İsrəfilova) Sadəgül Qoçalı qızına, Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-in 14 saylı Ərazi İdarəsinə, X24, X49, X39, X73, X50, X40, X28, X16, X11, X19, Bədəlov Sultanəli Vəkil oğluna, X25, X51, X41, X52, X64, X29, X65, X42, X66, Şamaxı rayon notariat kontoruna, Bakı şəhəri 2 saylı “ASAN” Xidmət Mərkəzində notariat kontoruna və Sumqayıt “ASAN xidmət” mərkəzində notariat kontoruna qarşı torpaq alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi, həmin müqavilələr əsasında yaranmış mülkiyyət hüquqlarına xitam verilməsi, mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması tələbinə dair mülki iş üzrə iddia qismən təmin edilmiş, torpağa mülkiyyət hüququna dair JN-0632, kod 41011018 olan Dövlət aktına əsasən İddiaçı mülkiyyətində olan 8,0372 hektar torpaq sahəsinin 3,72 hektar, 0,61 hektar və 0,505 torpaq sahələrinin özgəninkiləşdirilməsinə dair əqdlərin etibarsız hesab edilməsi və həmin əqdlər əsasında yaranmış hüquqlara xitam verilməsi, Şamaxı şəhəri, 2 saylı “ASAN xidmət” mərkəzində 28.06.2015-ci il tarixdə təsdiq olunmuş 2v-437 nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə, həmin şəhadətnamə əsasında həyat yoldaşı X83 və üç övladlarının adlarına qeydiyyata alınmış hüquqlar (reyestr nömrəsi **********0, 05.02.2014), X53 həmin torpaq sahəsinin X42 bağışlamasına dair Sumqayıt “ASAN xidmət” mərkəzində 09.08.2015-ci il tarixdə təsdiq olunmuş 4ə-2510 nömrəli bağışlama müqaviləsinin ləğv edilməsi, Şamaxı rayon DNK-da 22 yanvar 2014-cü il tarixdə təsdiq olunmuş 4ə-28 nömrəli alqı-satqı müqaviləsi Cavabdeh3 ilə Bədəlov Sultanəli Vəkil oğlu və X74 arasında 0.24 ha və 0.12 ha torpaq sahəsinin alqı-satqısına dair hissədə etibarsız hesab edilməsi, həmin 0.24 və 0.12 ha torpaq sahəsinin X3 dair Şamaxı rayon dövlət notariat kontorunda 08.05.2015-ci il tarixdə təsdiq olunmuş 4ə-314 və 4ə-315 nömrəli alqı-satqı müqavilələri və X54 adına qeydiyyata alınmış hüquqların (reyestr nömrələri 4**********8, **********, 23.05.2015) ləğv edilməsi, iddia tələbinin JN-0632, kod 41011018 olan Dövlət aktı əsasında mülkiyyətində olan 8,0372 hektar torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınması, adına müvafiq çıxarışın və plan ölçü sənədinin verilməsinə dair hissədə təmin edilməməsi qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 15 yanvar 2020-ci il tarixli, 2(105)-304/2020 saylı qətnaməsi ilə Cavabdeh1 apelyasiya şikayəti təmin edilmiş, Şamaxı Rayon Məhkəməsinin 01 aprel 2019-cu il tarixli, 2(074)-110/2019 saylı qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamənin qəbul edilməsi, İddiaçı cavabdehlər Cavabdeh3 Seyfəddin oğluna, Cavabdeh1, Cəbiyeva (Abbasova) Turac Qoçalı qızına, Cavabdeh4 Yaşaq qızına, Cəbiyeva (İsrəfılova) Sadəgül Qoçalı qızına və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX 14 saylı Ərazi İdarəsinə qarşı torpaq alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi, həmin müqavilələr əsasında yaranmış mülkiyyət hüquqlarına xitam verilməsi barədə iddia tələblərinin təmin edilməməsi qət edilmişdir. İddiaçı Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 15 yanvar 2020-ci il tarixli, 2(105)-304/2020 saylı qətnaməsindən kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 24 sentyabr 2020-ci il tarixli, 2(102)-3367/2020 saylı qərarı ilə İddiaçı kassasiya şikayəti təmin edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 15 yanvar 2020-ci il tarixli, 2(105)-304/2020 saylı qətnaməsi ləğv edilmiş və iş yeni apellyasiya baxışına qaytarılmışdır. İŞİN HALLARİ: Mülki işin materiallarından görünür ki, İddiaçı Cavabdeh3, Cavabdeh1, Cəbiyeva (Abbasova) Turac Qoçalı qızına, Cavabdeh4 Yaşaq qızına, Cəbiyeva (İsrəfilova) Sadəgül Qoçalı qızına və Cavabdeh6nə qarşı torpaq alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi, həmin müqavilələr əsasında yaranmış mülkiyyət hüquqlarına xitam verilməsi, mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair iddia ilə məhkəməyə müraciət edərək, torpağa mülkiyyət hüququna dair JN-0632, kod 41011018 olan dövlət aktında göstərilən torpaq sahələrinə aid 20 dekabr 2004-cü il tarixdən sonra bağlanmış əqdlərin etibarsız hesab edilməsi, həmin əqdlər əsasında yaranmış hüquqlara xitam verilməsi, torpağa mülkiyyət hüququna dair JN-0632, kod 41011018 olan dövlət aktında göstərilən torpaq sahələri üzərində mülkiyyət hüquqlarını daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla müvafiq çıxarış və plan ölçü sənədinin verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş və tələblərini onunla əsaslandırmışdır ki, Şamaxı rayon dövlət notariat kontorunda bağlanmış 20 dekabr 2004-cü il tarixli, 4Ə/3/519 saylı və 27 dekabr 2004-cü il tarixli, 4Ə/3/536 saylı alqı-satqı müqavilələri əsasında dörd hissədən ibarət ümumi sahəsi 8,0372 hektar olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsini satın almış, həmin müqavilələr əsasında 8,0372 hektar torpaq sahəsi üzərində mülkiyyət hüququna dair JN-0632, kod 41011018 saylı, 01 mart 2005-ci il tarixli dövlət aktı verilmiş, dövlət aktı qeydiyyat kitabında 420 nömrə ilə 11 mart 2005-ci il tarixdə qeydiyyata alınmışdır. Cavabdehlər Cavabdeh3, Cavabdeh1, Cəbiyeva (Abbasova) Turac Qoçalı qızı, Cavabdeh4 Yaşaq qızı və Cəbiyeva (İsrəfilova) Sadəgül Qoçalı qızı ona və qeyrilərinə qarşı alqısatqı müqavilələrinin etibarsız hesab edilməsi, onlardan irəli gələn mülkiyyət hüquqlarını təsdiq edən sənədlərin ləğv edilməsi və sair tələblərə dair Şamaxı Rayon Məhkəməsində iddia qaldıraraq 20 dekabr 2004-cü il tarixli, 4Ə/3/519 saylı müqavilənin və həmin müqavilə əsasında verilmiş JN-0632, kod 41011018 saylı dövlət aktının ləğv edilməsini xahiş etmişlər. Şamaxı Rayon Məhkəməsinin 17 fevral 2017-ci il tarixli, 2(074)-14/2017 saylı qətnaməsi ilə iddia həmin hissədə rədd edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin 08 iyun 2017-ci il tarixli, 2(105)- 1775/2017 saylı qətnaməsi ilə Şamaxı Rayon Məhkəməsinin 17 fevral 2017-ci il tarixli, 2(074)- 14/2017 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Cavabdehlər Cavabdeh3, Cavabdeh1, Cəbiyeva (Abbasova) Turac Qoçalı qızı, Cavabdeh4 Yaşaq qızı və Cəbiyeva (İsrəfilova) Sadəgül Qoçalı qızı Sumqayıt Apellyasiya Məhkəməsinin 08 iyun 2017-ci il tarixli 2(105)-1775/2017 saylı qətnaməsindən kassasiya şikayəti verməmiş və qətnamə qanuni qüvvəyə minmişdir. Bundan sonra o, Cavabdeh6nə müraciət edərək JN-0632, kod 41011018 saylı dövlət aktına əsasən mülkiyyətində olan 8,0372 hektar torpaq sahəsinə dair müvafiq çıxarış və plan ölçü sənədinin verilməsini xahiş etmişdir. Cavabdeh Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-in 14 saylı Ərazi İdarəsi **********39 nömrəli, 26 yanvar 2018-ci il tarixli məktubla ərizəsinə baxıldığı, arxiv məlumatlarına əsasən qeydiyyat üçün təqdim olunmuş JN-632, kod 41011018 saylı dövlət aktında göstərilən torpaq sahələrindən yalnız 3,19 ha hissəsinin reyestrdə qeydiyyata alınmasının mümkün olduğunu, digər 0,5051 ha, 0,6121 ha, 3,72 ha torpaq sahələrinin başqa mülkiyyətçilərin adlarında olduğunu bildirmişdir. Daha sonra məktubda göstərilmişdir ki, ona məxsus JN-632, kod 41011018 saylı dövlət aktı 2006-cı ildə Reyestr Xidmətinə rəsmi təqdim olunmuş elektron baza xəritəsində öz əksini tapmır və aktda göstərilən torpaq sahələri vaxti ilə JN-144 nömrəli dövlət aktına əsasən Cavabdeh3 məxsus olmuşdur. Torpaq islahatı zamanı Şamaxı rayon Aqrar İslahat Komissiyası tərəfindən Cavabdeh3 5 nəfərdən ibarət olan ailəsinin hər bir üzvünə 1,5 ha olmaqla, cəmi 7,5 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmiş və DTXK tərəfindən onların adlarına həmin torpaqların mülkiyyətə verilməsinə dair JN-144, kod 41011018 nömrəli dövlət aktı hazırlanmışdır. Torpaqların bir hissəsi Kürdəmir rayonu “Karlar” adlanan ərazidə yerləşdiyinə görə, Nağaraxana kəndindən torpaq payı almaq hüququ olan sakinlərin bir qismi tərəfindən satılmışdır. Alqı-satqı müqaviləsi Abşeron rayon dövlət notariat kontorunda təsdiq olunmuşdur. Cavabdeh3 ailəsi də Kürdəmir rayonunun “Karlar” adlanan ərazidə yerləşən torpaq sahəsini satmışlar. Həmin torpağın alqı-satqısına dair müqavilə 30 noyabr 2004-cü il tarixdə Abşeron rayon dövlət notariat kontorunda 3M/817 nömrə ilə təsdiq olunmuşdur. Cavabdeh3 torpaq sahəsinin Kürdəmir rayonu “Karlar” adlanan ərazidə yerləşən hissəsini satdıqdan sonra DTXK tərəfindən yerdə qalan 5,75 ha torpaq sahəsinə dair 27 dekabr 2004-cü ildə JN-608 nömrəli dövlət aktı tərtib olunmuşdur. Lakin, DTXK-nin Şamaxı rayon şöbəsi tərəfindən həmin dövlət aktının kadastr göstəriciləri baza məlumatlarına daxil edilmədiyinə görə, 2006-cı ildə Reyestr Xidmətinə rəsmi təqdim olunan baza xəritəsində Cavabdeh3 məxsus torpaq sahələrinin nömrələri 144 kimi qalmışdır. 2013-cü ilin iyul ayında Cavabdeh3 14 saylı Ərazi İdarəsinə müraciət edərək JN-608 nömrəli dövlət aktını itirdiyini bildirmiş və dublikatının hazırlanmasını xahiş etmişdir. Ərazi İdarəsinə verdiyi ərizəsinə Cavabdeh3 JN-608 nömrəli dövlət aktının etibarsız hesab edilməsinə dair qəzetdə dərc olunmuş elanı və Şamaxı rayon Polis şöbəsi tərəfindən verilmiş itirilmiş dövlət aktının axtarılıb tapılmamasına dair arayışı əlavə etmişdir. Həmin sənədlər əsasında JN-608 nömrəli dövlət aktında göstərilən torpaq sahələrinə Cavabdeh3 ailəsinin adlarına reyestrdən çıxarışlar verilmişdir. Qeyd olunan torpaq sahələrinə reyestrdən çıxarışlar verildikdən sonra həmin torpaqlardan 0,61 ha sahəni Cavabdeh3 Şamaxı rayon DNK-da 22 yanvar 2014-cü il tarixdə təsdiq olunmuş 4ə-28 nömrəli alqı-satqı müqaviləsinə əsasən Şamaxı rayon Qızmeydan kənd sakini X4. Lakin sonradan Şamaxı Rayon Məhkəməsinin 17 fevral 2017-ci il tarixli, 2(074)-14/2017 saylı qətnaməsinə əsasən Şamaxı rayon DNK-da 22 yanvar 2014-cü il tarixdə təsdiq olunmuş 4ə-28 nömrəli alqı-satqı müqaviləsi ləğv edilmiş və torpaq sahəsi yenidən Cavabdeh3 mülkiyyətinə qaytarılmışdır. Torpaq sahəsinin 3,73 ha hissəsindən 3,42 hektarı notarial qaydada təsdiq olunmuş bölgü sxemi üzrə 12 nəfərə satılmışdır. Yerdə qalan 0,18 ha torpaq sahəsi Cavabdeh3 ailəsinin adlarına qeydiyyata alınmışdır (reyestr nömrəsi **********64, 05.02.2014). Şamaxı rayon DNK-da 22 yanvar 2014-cü il tarixdə təsdiq olunmuş 4ə-28 nömrəli alqı-satqı müqaviləsində göstərilən torpaq sahəsinin alıcısı X84 vəfat etdiyinə görə, onun adına olan 0,11 ha torpaq sahəsi Bakı şəhəri 2 saylı “ASAN xidmət” mərkəzində 28.06.2015-ci il tarixdə təsdiq olunmuş 2v-437 nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən onun arvadı X83 və üç övladının adlarına qeydiyyata alınmışdır (reyestr nömrəsi 4**********0, 05.02.2014). X13 həmin torpaq sahəsini Sumqayıt “ASAN xidmət” mərkəzində 09.08.2015-ci il tarixdə təsdiq olunmuş 4ə-2510 nömrəli bağışlama müqaviləsi əsasında X42 bağışlamışdır. Şamaxı rayon DNK-da 22 yanvar 2014-cü il tarixdə təsdiq olunmuş 4ə-28 nömrəli alqı-satqı müqaviləsində iştirak edən digər alıcılar Bədəlov Sultanəli Vəkil oğlu və X74 özlərinə məxsus olan 0,24 ha və 0,12 ha torpaq sahələrini Şamaxı rayon dövlət notariat kontorunda 08.05.2015-ci il tarixdə təsdiq olunmuş 4ə-314 və 4ə-315 nömrəli alqı-satqı müqavilələrinə əsasən X8 (reyestr nömrələri 4**********8, 4**********5, 23.05.2015). Şamaxı rayon DNK-da 22 yanvar 2014-cü il tarixdə təsdiq olunmuş 4ə-28 nömrəli alqı-satqı müqaviləsi Şamaxı Rayon Məhkəməsinin 03 fevral 2016-cı il tarixli, 2(074)-173/2016 saylı qətnaməsinə əsasən ləğv edildiyinə görə qeyd olunan müqavilə üzrə qeydiyyata alınmış hüquqlar ləğv edilmiş və torpaq sahəsi 3,08 hissədə yenidən Cavabdeh3 ailəsinin adına qeydiyyata alınmışdır (reyestr nömrəsi **********51,27.04.2016). Şamaxı Rayon Məhkəməsinin 03 fevral 2016-cı il tarixli, 2(074)-173/2016 saylı qətnaməsində X66 və X42 məxsus torpaq sahələrinin mülkiyyət sənədlərinin ləğvinə münasibət bildirmədiyinə görə onların mülkiyyət hüquqları ləğv edilməmişdir. Şamaxı Rayon Məhkəməsi müqavilə iştirakçılarını maraqlı şəxs qismində 2(074)-173/2016 saylı iş üzrə məhkəmə prosesinə cəlb etməmişdir. Buna görə də X18 Rayon Məhkəməsinin 03 fevral 2016-cı il tarixli, 2(074)-173/2016 saylı qətnaməsindən apellyasiya şikayəti vermişdir. Hazırda mübahisə davam edir və iş Sumqayıt Apellyasiya məhkəməsinin icraatındadır. Torpaq sahəsinin üzərində mübahisə olduğu üçün JN-632, kod 41011018 saylı dövlət aktında göstərilən 3,72 ha, 0,61 ha, 0,505 ha torpaq sahələrinin üzərində onun adına qeydiyyata alınması qeyri-mümkündür. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 15 noyabr 2017-ci il tarixli, 2(105)-361/2017 saylı qətnaməsindən görünür ki, maraqlarına toxunan şəxs İ.Ə.Xəlilovun apellyasiya şikayəti təmin edilmiş, Şamaxı Rayon Məhkəməsinin 03 fevral 2016-cı il tarixli, 2(074)-173/2016 saylı qətnaməsi ləğv edilmiş və iş üzrə yeni qətnamə qəbul edilmiş, iddiaçı Cavabdeh3 cavabdeh X55 qarşı mülkiyyət hüquqlarını təsdiq edən çıxarışlarının ləğv edilməsi tələbi təmin edilməmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 15 noyabr 2017-ci il tarixli, 2(105)-361/2017 saylı qətnaməsi qanuni qüvvəsini almış, bununla da JN-632, kod 41011018 saylı dövlət aktında göstərilən 3,72 ha, 0,61 ha, 0,505 ha torpaq sahələrinin üzərində iddiaçının mülkiyyət hüquqlarının qeydiyyata alınmasına mane olan hüquqi əsas qalmamışdır. Göründüyü kimi, cavabdehlər Cavabdeh3, Cavabdeh1, Cəbiyeva (Abbasova) Turac Qoçalı qızı, Cavabdeh4 Yaşaq qızı və Cəbiyeva (İsrafılova) Sadəgül Qoçalı qızı Şamaxı rayon Dövlət Notariat Kontorunda bağlanmış 20 dekabr 2004-cü il tarixli, 4Ə/3/519 saylı müqavilə əsasında mülkiyyət hüquqlarının başqa şəxsə keçdiyini bildikləri halda, 2013-cü ilin iyul ayında 14 saylı Ərazi İdarəsinə müraciət edərək yalandan JN-608 nömrəli dövlət aktını itirdiyini bildirmiş və JN-608 nömrəli dövlət aktında göstərilən torpaq sahələrinə dair reyestrdən çıxarışlar almışlar. Cavabdeh Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRXin 14 saylı Ərazi İdarəsi qanun pozuntusunu DTXK-nın Şamaxı rayon şöbəsi tərəfindən JN-0632, kod 41011018 olan dövlət aktının kadastr göstəriciləri baza məlumatlarına daxil edilmədiyinə görə, 2006-cı ildə Reyestr Xidmətinə rəsmi təqdim olunan baza xəritəsində Cavabdeh3 məxsus torpaq sahələrinin nömrələrinin 144 kimi qalması ilə izah etməsi əsassızdır. Dövlət aktının kadastr göstəricilərinin baza məlumatlarına daxil edilməsi mülkiyyət subyektinin deyil, dövlət orqanının vəzifəsidir. Ona görə də JN-632, kod 41011018 saylı dövlət aktında göstərilən torpaq sahələrinin 0,5051 ha, 0,6121 ha, 3,72 ha torpaq sahələrinə aid 20 dekabr 2004-cü il tarixdən sonra bağlanmış əqdlər etibarsız hesab edilməli, həmin əqdlər əsasında yaranmış hüquqlara xitam verilməli, onun mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmalı, müvafiq çıxarış və plan ölçü sənədi verilməlidir. İddiaçı iddia tələbinin həcminin artırılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, torpağa mülkiyyət hüququna dair JN-0632, kod 41011018 olan dövlət aktına əsasən mülkiyyətində olan 8,0372 hektar torpaq sahəsinin 3,72 hektar, 0,61 hektar və 0,505 hektar torpaq sahələrinin özgəninkiləşdirilməsinə dair əqdlərin etibarsız hesab edilməsi və həmin əqdlər əsasında yaranmış hüquqlara xitam verilməsi, JN-0632, kod 41011018 saylı dövlət aktında göstərilən 3,72 hektar, 0,61 hektar və 0,505 hektar torpaq sahələrinin Cavabdeh3 və ailə üzvlərinin adına olan 3,08 hektar, 0,61 hektar və 0,18 hektar torpaq sahələri üzərində hüquqlarının ləğv edilməsi, Şamaxı rayon DNK-da 22.01.2014-cü il tarixdə təsdiq olunmuş 4ə-28 nömrəli alqı-satqı müqaviləsinin Cavabdeh3 ilə X84 arasında 0,11 hektar torpaq sahəsinin alqı satqısına dair hissədə etibarsız hesab edilməsi, həmin 0,11 hektar torpaq sahəsinə aid Bakı şəhəri 2 saylı “ASAN xidmət” mərkəzində 28.06.2015-ci il tarixdə təsdiq olunmuş 2v-437 nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə, həmin şəhadətnamə əsasında həyat yoldaşı X83 və üç övladlarının adlarına qeydiyyata alınmış hüquqların (reyestr nömrəsi 4**********0, 05.02.2014), X53 həmin torpaq sahəsinin X42 bağışlamasına dair Sumqayıt “ASAN xidmət” mərkəzində 09.08.2015-ci il tarixdə təsdiq olunmuş 4ə-2510 nömrəli bağışlama müqaviləsinin ləğv edilməsi, Şamaxı rayon DNK-da 22 yanvar 2014-cü il tarixdə təsdiq olunmuş 4ə-28 nömrəli alqı-satqı müqaviləsinin Cavabdeh3 ilə Bədəlov Sultanəli Vəkil oğlu və X74 arasında 0,24 ha və 0,12 ha torpaq sahəsinin alqı satqısına dair hissədə etibarsız hesab edilməsi, həmin 0,24 ha və 0,12 ha torpaq sahəsinin X3 dair Şamaxı rayon dövlət notariat kontorunda 08.05.2015-ci il tarixdə təsdiq olunmuş 4ə-314 və 4ə-315 nömrəli alqı-satqı müqavilələrinin və X54 adına qeydiyyata alınmış hüquqların (reyestr nömrələri 4**********8, 4**********5, 23.05.2015) ləğv edilməsi, JN-0632, kod 41011018 olan dövlət aktı əsasında mülkiyyətində olan 8,0372 hektar torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınması, adına müvafiq çıxarışın və plan ölçü sənədinin verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ, İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ: Cavabdeh1 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə qətnaməsi ona və nümayəndəsi olduğu cavabdehlərə münasibətdə, həm də iddiaçıya münasibətdə natamam xarakter daşıdığından və torpaqla bağlı hüquqlar faktiki cəhətdən havada qaldığından ləğv edilməlidir. Belə ki, bir tərəfdən onlara məxsus olan torpaq sahələri ilə bağlı bütün hüquqmüəyyənedici sənədlərin ləğv edilməsi qənaətinə gələn məhkəmə, digər tərəfdən iddiaçının həmin torpaq sahəsi ilə bağlı mülkiyyət hüququnun qeydiyyata alınması, adına müvafiq çıxarışın və plan ölçü sənədinin verilməsi hissəsində iddiaçının iddiasını rədd etmişdir. Belə olan halda, iddianın onlara məxsus olan torpaq sahələri üzrə hüquqmüəyyənedici sənədlərin ləğv edilməsi ilə bağlı iddiaçının bu iddiası da rədd edilməlidir. Apellyasiya şikayətində iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. Məhkəmə iclasında Cavabdeh1 həm öz adından, həm də nümayəndələri olduğu cavabdehlər Cəbiyeva (Abbasova) Turac Qoçalı qızı, Cavabdeh4 Yaşaq qızı və Cəbiyeva (İsrəfilova) Sadəgül Qoçalı qızının adlarından apellyasiya şikayətində göstərilənlərə uyğun izahat vermiş və iş üzrə məhkəmə qətnaməsinin ləğv edilərək iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etdi. İddiaçı nümayəndəsi X94 məhkəmə iclasında apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayıb, izahatında iş üzrə məhkəmə qətnaməsinin dəyişdirilmədən, apellyasiya şikayətinin isə təmin edilmədən saxlanılmasını xahiş etdi. İşdə iştirak edən digər tərəflər və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, digər tərəflər məhkəmə iclasına gəlmədiklərindən, üçüncü şəxslər nümayəndələrinin məhkəmə iclasında iştiraklarını təmin etmədiklərindən, məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi iddianın təmin edilmiş hissələrində Cavabdeh1 apellyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, apellyasiya şikayəti qətnamənin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin iddianın təmin edilmiş hissələrində ləğv edilməsinə yönəldiyindən, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı bu hissələrdə yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. İş materiallarında olan torpağa mülkiyyət hüququna dair kodu 41011018 olan, JN-144 saylı dövlət aktının surətindən görünür ki, Şamaxı rayonu Aqrar İslahat Komissiyasının 29 may 1998-ci il tarixli, 08 saylı qərarına əsasən Şamaxı rayonu, Kirovka kənd sakinləri Cavabdeh3, Cavabdeh4 Yaşaq qızı, Cavabdeh5 Qoçalı qızı, Cavabdeh2 Qoçəli qızı və Cavabdeh1 mülkiyyətlərinə 7,75 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. İş materiallarında olan Abşeron rayonu 1 saylı dövlət notariat kontorunda 30.11.2004-cü il tarixdə bağlanılaraq 3M/817 sayla reyestrdə qeyd edilmiş torpaq alqı-satqısı müqaviləsinin surətindən görünür ki, Cavabdeh3 JN-144 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən mülkiyyətində olan Aran-Şirvana aid Şamaxı rayonu ərazisində yerləşən 7,75 hektar torpaq sahəsindən 2,0 hektarını 11.000.000 manata X1. İş materiallarında olan Şamaxı rayon dövlət notariat kontorunda 20 dekabr 2004-cü il tarixdə bağlanılaraq 4Ə/3/-519 sayla reyestrdə qeydə alınmış müqavilənin surətindən görünür ki, Cavabdeh3 JN-144 saylı, kodu 41011018 olan torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən mülkiyyətində olan Şamaxı rayonu, Nağaraxana kəndində yerləşən 4,84 ha torpaq sahəsini 150.000.000 manata İddiaçı satmışdır. İş materiallarında olan torpağa mülkiyyət hüququna dair kodu 41011018 olan, JN-0632 saylı dövlət aktının surətindən görünür ki, Şamaxı rayon DNK-nın 20 dekabr 2004-cü il tarixli, 4Ə/3/519 saylı və 27 dekabr 2004-cü il tarixli 4Ə/3/536 saylı alqı-satqı müqavilələrinə əsasən 8,0372 hektar torpaq sahəsinə İddiaçı mülkiyyəti hüququ qeydə alınmış, bu barədə 11.03.2005-ci il tarixdə dövlət aktı qeydiyyat kitabında 420 sayla qeydiyyat aparılmışdır. İş materiallarında olan Şamaxı rayon notariat kontorunda 18 may 2015-ci il tarixdə təsdiq edilərək 4Ə-314 sayla reyestrdə qeydə alınmış daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, Bədəlov Sultanəli Vəkil oğlunun adından etibarnamə əsasında çıxış edən X14 rayonu, Nağaraxana kəndində yerləşən ümumi sahəsi 2400 kv.m torpaq sahəsini 5000 manata X9. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 14 saylı Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı, ******* nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Şamaxı rayonu, Nağaraxana kəndində yerləşən kənd təsərrüfatı təyinatlı 0,24 ha torpaq sahəsi X54 adına xüsusi mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində 23.05.2015-ci il tarixdə 68 saylı reyestr kitabının 41 saylı vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan Şamaxı rayon notariat kontorunda 18 may 2015-ci il tarixdə təsdiq edilərək 4Ə-315 sayla reyestrdə qeydə alınmış daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, X43 adından etibarnamə əsasında çıxış edən X14 rayonu, Nağaraxana kəndində yerləşən ümumi sahəsi 1200 kv.m torpaq sahəsini 3000 manata X9. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 14 saylı Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı, ******* nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Şamaxı rayonu, Nağaraxana kəndində yerləşən kənd təsərrüfatı təyinatlı 0,12 ha torpaq sahəsi X54 adına xüsusi mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində 23.05.2015-ci il tarixdə 68 saylı reyestr kitabının 43 saylı vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 14 saylı Ərazi İdarəsi tərəfindən İddiaçı nümayəndəsinə ünvanlanmış **********39 saylı, 26 yanvar 2018-ci il tarixli məktubdan görünür ki, Şamaxı rayonu Nağaraxana kəndi ərazisində yerləşən 8,03 ha torpaq sahəsinin üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına köməklik göstərilməsi barədə ərizəsinə baxılmış, 14 saylı Ərazi İdarəsinin arxiv məlumatlarına əsasən qeydiyyat üçün təqdim olunmuş JN-632, kod 41011018 saylı dövlət aktında göstərilən torpaq sahələrindən yalnız 3,19 ha hissəsinin reyestrdə qeydiyyata alınması mümkündür, digər 0,5051 ha, 0,6121 ha, 3,72 ha torpaq sahələri başqa mülkiyyətçilərin adlarınadır, ona məxsus JN-632, kod 41011018 saylı dövlət aktı 2006-cı ildə Reyestr Xidmətinə rəsmi təqdim olunmuş elektron baza xəritəsində öz əksini tapmır və aktda göstərilən torpaq sahələri vaxtilə JN-144 nömrəli dövlət aktına əsasən Cavabdeh3 məxsus olmuşdur. Torpaq islahatı zamanı Şamaxı rayon Aqrar İslahat Komissiyası tərəfindən Cavabdeh3 5 nəfərdən ibarət olan ailəsinin hər bir üzvünə 1,5 ha olmaqla cəmi 7,5 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmiş və DTXK tərəfindən onların adlarına həmin torpaqların mülkiyyətə verilməsinə dair JN-144, kod 41011018 nömrəli dövlət aktı hazırlanmışdır. Torpaqların bir hissəsi Kürdəmir rayonu “Karlar” adlanan ərazidə yerləşdiyinə görə, Nağaraxana kəndindən torpaq payı almaq hüququ olan sakinlərin bir qismi tərəfindən satılmışdır. Alqı-satqı müqaviləsi Abşeron rayon dövlət notariat kontorunda təsdiq olunmuşdur. Cavabdeh3 ailəsi də Kürdəmir rayonu “Karlar” adlanan ərazidə yerləşən torpaq sahəsini satmışlar. Həmin torpağın alqı-satqısına dair müqavilə 30 noyabr 2004-cü il tarixdə Abşeron rayon dövlət notariat kontorunda 3M/817 nömrə ilə təsdiq olunmuşdur. Cavabdeh3 torpaq sahəsinin Kürdəmir rayonu “Karlar” adlanan ərazidə yerləşən hissəsini satdıqdan sonra DTXK tərəfindən yerdə qalan 5,75 ha torpaq sahəsinə 27 dekabr 2004-cü ildə JN-608 nömrəli dövlət aktı tərtib olunmuşdur. Lakin DTXK-nın Şamaxı rayon şöbəsi tərəfindən həmin dövlət aktının kadastr göstəriciləri baza məlumatlarına daxil edilmədiyinə görə, 2006-cı ildə Reyestr Xidmətinə rəsmi təqdim olunan baza xəritəsində Cavabdeh3 məxsus torpaq sahələrinin nömrələri 144 kimi qalmışdır. 2013-cü ilin iyul ayında Cəbiyev Qoçalı Seyfətdin oğlu 14 saylı Ərazi İdarəsinə müraciət edərək JN-608 nömrəli dövlət aktını itirdiyini bildirmiş və dublikatının hazırlanmasını xahiş etmişdir. Ərazi idarəsinə verdiyi ərizəsinə o, JN-608 nömrəli dövlət aktının etibarsız hesab edilməsinə dair qəzetdə dərc olunmuş elanı və Şamaxı rayon Polis şöbəsi tərəfindən verilmiş itirilmiş dövlət aktının axtarılıb tapılmamasına dair arayışı əlavə etmişdir. Həmin sənədlər əsasında JN-608 nömrəli dövlət aktında göstərilən torpaq sahələrinə Cavabdeh3 ailəsinin adlarına reyestrdən çıxarışlar verilmişdir. Qeyd olunan torpaq sahələrinə reyestrdən çıxarışlar verildikdən sonra həmin torpaqlardan 0,61 ha sahəni Cavabdeh3 Şamaxı rayon DNK-da 22 yanvar 2014-cü il tarixdə təsdiq olunmuş 4ə-28 nömrəli alqı-satqı müqaviləsinə əsasən Şamaxı rayon Qızmeydan kənd sakini X4. Lakin sonradan Şamaxı Rayon Məhkəməsinin 17 fevral 2017ci il tarixli, 2(074)-14/2017 saylı qətnaməsinə əsasən Şamaxı rayon DNK-da 22 yanvar 2014-cü il tarixdə təsdiq olunmuş 4ə-28 nömrəli alqı-satqı müqaviləsi ləğv edilmiş və torpaq sahəsi yenidən Cavabdeh3 mülkiyyətinə qaytarılmışdır. Torpaq sahəsi 3,73 ha hissəsindən 3,42 hektarı notarial qaydada təsdiq olunmuş bölgü sxemi üzrə 12 nəfərə satılmışdır. Yerdə qalan 0,18 ha torpaq sahəsi Cavabdeh3 ailəsinin adlarına qeydiyyata alınmışdır (reyestr nömrəsi **********64, 05.02.2014). Şamaxı rayon DNK-da 22 yanvar 2014-cü il tarixdə təsdiq olunmuş 4ə-28 nömrəli alqı-satqı müqaviləsində göstərilən torpaq sahəsinin alıcısı X84 vəfat etdiyinə görə, onun adına olan 0,11 ha torpaq sahəsi Bakı şəhəri 2 saylı “ASAN xidmət” mərkəzində 28.06.2015-ci il tarixdə təsdiq olunmuş 2v-437 nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən onun arvadı X83 və üç övladlarının adlarına qeydiyyata alınmışdır (reyestr nömrəsi 4**********0, 05.02.2014). X13 həmin torpaq sahəsini Sumqayıt “ASAN xidmət” mərkəzində 09.08.2015-ci il tarixdə təsdiq olunmuş 4ə-2510 nömrəli bağışlama müqaviləsi əsasında X42 bağışlamışdır. Şamaxı rayon DNK-da 22 yanvar 2014-cü il tarixdə təsdiq olunmuş 4ə-28 nömrəli alqı-satqı müqaviləsində iştirak edən digər alıcılar Bədəlov Sultanəli Vəkil oğlu və X74 özlərinə məxsus olan 0,24 ha və 0,12 ha torpaq sahələrini Şamaxı rayon dövlət notariat kontorunda 08.05.2015-ci il tarixdə təsdiq olunmuş 4ə-314 və 4ə-315 nömrəli alqı-satqı müqavilələrinə əsasən X5 (reyestr nömrələri 4**********8, 4**********5, 23.05.2015). Şamaxı rayon DNK-da 22 yanvar 2014-cü il tarixdə təsdiq olunmuş 4ə-28 nömrəli alqı-satqı müqaviləsi Şamaxı Rayon Məhkəməsinin 03 fevral 2016-cı il tarixli, 2(074)-173/2016 saylı qətnaməsinə əsasən ləğv edildiyinə görə, qeyd olunan müqavilə üzrə qeydiyyata alınmış hüquqlar ləğv edilmişdir və torpaq sahəsinin 3,08 hissədə yenidən Cavabdeh3 ailəsinin adına qeydiyyata alınmışdır (reyestr nömrəsi **********51, 27.04.2016). Şamaxı Rayon Məhkəməsinin 03 fevral 2016-cı il tarixli, 2(074)-173/2016 saylı qətnaməsində X66 və X42 məxsus torpaq sahələrinin mülkiyyət sənədlərinin ləğvinə münasibət bildirilmədiyinə görə onların mülkiyyət hüquqları ləğv edilməmişdir. Şamaxı Rayon Məhkəməsi müqavilə iştirakçılarını maraqlı şəxs qismində 2(074)- 173/2016 saylı iş üzrə məhkəmə prosesinə cəlb etmədiyinə görə X18 Rayon Məhkəməsinin 03 fevral 2016-cı il tarixli, 2(074)-173/2016 saylı qətnaməsindən apellyasiya şikayəti vermişdir. Torpaq sahəsinin üzərində mübahisə olduğu üçün JN-632, kod 41011018 saylı dövlət aktında göstərilən 3,72 ha, 0,61 ha, 0,505 ha torpaq sahələrinin onun adına qeydiyyata alınması qeyrimümkündür. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 14 saylı Ərazi İdarəsinin **********49 saylı, 26 fevral 2019-cu il tarixli məktubundan görünür ki, Şamaxı rayonunun Nağaraxana kəndində yerləşən JN-632, kod 41011018 nömrəli dövlət aktında göstərilən İddiaçı məxsus 8,03 ha torpaq sahəsinin 3,19 ha hissəsi islahat vaxtı JN-142 nömrəli dövlət aktına əsasən X30 və JN- 144 nömrəli dövlət aktına əsasən Cavabdeh3 ailələrinə verilmiş 0,61 ha, 0,50 ha və 3,73 ha torpaqlardan ibarətdir. Həmin torpaqları İddiaçı Şamaxı rayon DNK-da bağlanmış 20.12.2004-cü il tarixli, 4ə-3/519 saylı və 27.12.2004-cü il tarixli, 4ə-3/536 saylı alqı-satqı müqavilələrinə əsasən əldə etmişdir. Torpaq islahatı zamanı Şamaxı rayon Aqrar islahat Komissiyası tərəfindən Cavabdeh3 5 nəfərdən ibarət olan ailəsinin hər bir üzvünə 1,5 ha olmaqla, cəmi 7,5 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmiş və DTXK tərəfindən onların adlarına həmin torpaqların mülkiyyətə verilməsinə dair JN-144, kod 41011018 nömrəli dövlət aktı hazırlanmışdır. Torpaqların bir hissəsi Kürdəmir rayonunun “Karlar” adlanan ərazisində yerləşdiyinə görə Nağaraxana kəndindən torpaq payı almaq hüququ olan sakinlərin bir qismi tərəfindən satılmışdır. Alqı-satqı müqaviləsi Abşeron rayon dövlət notariat kontorunda təsdiq olunmuşdur. Cavabdeh3 ailəsi də Kürdəmir rayonunun “Karlar” adlanan ərazisində yerləşən torpaq sahəsini satmışlar. Həmin torpağın alqı-satqısına dair müqavilə 30 noyabr 2004-cü il tarixdə Abşeron rayon dövlət notariat kontorunda 3M/817 nömrə ilə təsdiq olunmuşdur. Cavabdeh3 torpaq sahəsinin Kürdəmir rayonunun “Karlar” adlanan ərazidə yerləşən hissəsini satdıqdan sonra DTXK tərəfindən yerdə qalan 5,75 ha torpaq sahəsinə 27 dekabr 2004-cü ildə JN-608 nömrəli dövlət aktı tərtib olunmuşdur. Lakin DTXK-nın Şamaxı rayon şöbəsi tərəfindən həmin dövlət aktının kadastr göstəriciləri baza məlumatlarına daxil edilmədiyinə görə, 2006-cı ildə Reyestr Xidmətinə rəsmi təqdim olunan baza xəritəsində Cavabdeh3 məxsus torpaq sahələrinin nömrələri 144 kimi qalmışdır. 2013-cü ilin iyul ayında Cavabdeh3 14 saylı Ərazi İdarəsinə müraciət edərək JN-608 nömrəli dövlət aktını itirdiyini bildirmiş və dublikatının hazırlanmasını xahiş etmişdir. Ərazi İdarəsinə verdiyi ərizəsinə o, JN-608 nömrəli dövlət aktının etibarsız hesab edilməsinə dair qəzetdə dərc olunmuş elanı və Şamaxı rayon Polis şöbəsi tərəfindən verilmiş itirilmiş dövlət aktının axtarılıb tapılmamasına dair arayışı əlavə etmişdir. Həmin sənədlər əsasında JN-608 nömrəli dövlət aktında göstərilən torpaq sahələrinə Cavabdeh3 ailəsinin adlarına reyestrdən çıxarışlar verilmişdir. Qeyd olunan torpaq sahələrinə reyestrdən çıxarışlar verildikdən sonra həmin torpaqlardan 0,61 ha sahəni Cavabdeh3 Şamaxı rayon DNK-da 22 yanvar 2014-cü il tarixdə təsdiq olunmuş 4ə-28 nömrəli alqı-satqı müqaviləsinə əsasən Şamaxı rayon Qızmeydan kənd sakini X4. Lakin sonradan Şamaxı Rayon Məhkəməsinin 17 fevral 2017-ci il tarixli 2(074)- 14/2017 saylı qətnaməsinə əsasən Şamaxı rayon DNK-da 22 yanvar 2014-cü il tarixdə təsdiq olunmuş 4ə-28 nömrəli alqı-satqı müqaviləsi ləğv edilmiş və torpaq sahəsi yenidən Cavabdeh3 mülkiyyətinə qaytarılmışdır. Torpaq sahəsinin 3,73 ha hissəsindən 3,42 hektarı Şamaxı rayon DNK-da 22 yanvar 2014-cü il tarixdə təsdiq olunmuş 4ə-27 nömrəli alqı-satqı müqaviləsinə əsasən 12 nəfərə satılmışdır. Yerdə qalan 0,18 ha torpaq sahəsi Cavabdeh3 ailəsinin adlarına qeydiyyata alınmışdır (reyestr nömrəsi **********64, 05.02.2014). Şamaxı rayon DNK-da 22 yanvar 2014-cü il tarixdə təsdiq olunmuş 4ə-27 nömrəli alqı-satqı müqaviləsində göstərilən torpaq sahəsinin alıcısı X84 vəfat etdiyinə görə, onun adına olan 0,11 ha torpaq sahəsi Bakı şəhəri 2 saylı “ASAN xidmət” mərkəzində 28.06.2015-ci il tarixdə təsdiq olunmuş 2v-437 nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən onun həyat yoldaşı X83 və üç övladlarının adlarına qeydiyyata alınmışdır (reyestr nömrəsi 4**********0, 05.02.2014). X13 həmin torpaq sahəsini Sumqayıt “ASAN xidmət” mərkəzində 09.08.2015-ci il tarixdə təsdiq olunmuş 4ə- 2510 nömrəli bağışlama müqaviləsi əsasında X42 bağışlamışdır. Şamaxı rayon DNK-da 22 yanvar 2014-cü il tarixdə təsdiq olunmuş 4ə-27 nömrəli alqı-satqı müqaviləsində iştirak edən digər alıcılar Bədəlov Sultanəli Vəkil oğlu və X74 özlərinə məxsus olan 0,24 ha və 0,12 ha torpaq sahələrini Şamaxı rayon dövlət notariat kontorunda 08.05.2015-ci il tarixdə təsdiq olunmuş 4ə- 314 və 4ə-315 nömrəli alqı-satqı müqavilələrinə əsasən X2 (reyestr nömrələri 4**********8, 4**********5, 23.05.2015). Şamaxı rayon DNK-da 22 yanvar 2014-cü il tarixdə təsdiq olunmuş 4ə- 27 nömrəli alqı-satqı müqaviləsi Şamaxı Rayon Məhkəməsinin 03 fevral 2016-cı il tarixli, 2(074)- 173/2016 saylı qətnaməsinə əsasən ləğv edildiyinə görə, qeyd olunan müqavilə üzrə qeydiyyata alınmış hüquqlar ləğv edilmiş və torpaq sahəsi 3,08 hissədə yenidən Cavabdeh3 ailəsinin adına qeydiyyata alınmışdır (reyestr nömrəsi **********51, 27.04.2016). Şamaxı Rayon Məhkəməsinin 03 fevral 2016-cı il tarixli, 2(074)-173/2016 saylı qətnaməsində X66 və X42 məxsus torpaq sahələrinin mülkiyyət sənədlərinin ləğvinə münasibət bildirilmədiyinə görə onların mülkiyyyət hüquqları ləğv edilməmişdir. İş materiallarında olan Şamaxı Rayon Məhkəməsinin 2(074)-14/2017 saylı, 17 fevral 2017-ci il tarixli qətnaməsinin surətindən görünür ki, iddiaçılar Cavabdeh3, Cavabdeh1, Cavabdeh4 Yaşaq qızının, İsrəfilova Sadəgül Qoçalı qızının və X31 cavabdehlər İddiaçı və X41 qarşı alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi, onlardan irəli gələn mülkiyyət hüquqlarını təsdiq edən çıxarışların ləğv edilməsi, iddiaçının mülkiyyət hüququnun bərpa edilməsi və yeni çıxarışın verilməsi, xüsusi qərardadın çıxarılması iddiasına dair mülki iş üzrə iddia qismən təmin edilmiş, Şamaxı rayon notariat kontorunda 22 yanvar 2014-cü il tarixdə Cavabdeh3 ilə cavabdeh X67 arasında bağlanmış, bağlanmasına dair reyestrdə 4Ə-28 nömrə ilə qeyd edilmiş daşınmaz əmlakın alqı-satqısına dair müqavilənin etibarsız hesab edilməsi və ondan irəli gələn 25 yanvar 2014-cü il tarixli, ********* qeydiyyat nömrəli çıxarışın ləğv edilməsi, iddianın qalan hissəsinin təmin edilməməsi qət edilmişdir. İş materiallarında olan Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)- 1775/2017 saylı, 08 iyun 2017-ci il tarixli qətnaməsinin surətindən görünür ki, iddiaçıların nümayəndəsi X32 apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə Şamaxı Rayon Məhkəməsinin 17 fevral 2017-ci il tarixli, 2(074)-14/2017 saylı qətnaməsi iddianın təmin edilməməsinə aid hissədə dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Şamaxı rayon notariat kontorunda 22 yanvar 2014-cü il tarixdə təsdiq edilərək 4Ə-27 sayla reyestrdə qeyd edilmiş daşınmaz əmlakın alqı-satqısına dair müqavilənin surətindən görünür ki, Cavabdeh4 Yaşaq qızı, İsrafilova Sadəgül Qoçalı qızı, X68 və Cavabdeh1 tərəfindən verilmiş etibarnaməyə əsasən onların və eləcə də öz adından çıxış edən Cavabdeh3 Şamaxı rayonu, Nağaraxana kəndində yerləşən 3.73 ha torpaq sahəsindən, 0,10 ha torpaq sahəsini (X33), 0,10 ha torpaq sahəsini (X44), 0,10 ha torpaq sahəsini (X34), 0,24 ha torpaq sahəsini (Bədəlov Sultanəli Vəkil oğlunun), 0,10 ha torpaq sahəsini (X56), 0,10 ha torpaq sahəsini (X45), 0,10 ha torpaq sahəsini (X35), 0,11 ha torpaq sahəsini (X57), 0,10 ha torpaq sahəsini (X17), 0,10 ha torpaq sahəsini (X26), 0,10 ha torpaq sahəsini (X21), 0,12 ha torpaq sahəsini (X12), 0,12 ha torpaq sahəsini (X46), 0,12 ha torpaq sahəsini (X10), 0,12 ha torpaq sahəsini (X43), 1,70 ha torpaq sahəsini (X22) X69, X76, X67, Bədəlov Sultanəli Vəkil oğlu, X86, X77, X70, X84, X36, X58, X47, X27, X23, X48, X78 tərəfindən verilmiş etibarnaməyə əsasən onların adından çıxış edən X55 satmışdır. İş materiallarında olan Şamaxı Rayon Məhkəməsinin 03 fevral 2016-cı il tarixli, 2(074)- 173/2016 saylı qətnaməsinin surətindən görünür ki, iddiaçı Cavabdeh3 cavabdeh X55 qarşı mülkiyyət hüquqlarını təsdiq edən çıxarışların ləğv edilməsi tələbinə dair iddiası qismən təmin edilmiş, Şamaxı rayon notariat kontorunda 22 yanvar 2014-cü il tarixdə bağlanılmış alqı-satqı müqaviləsi ilə bağlı X47, X76, X69, X95, X77, X70, X59, X27, X23, X36, Bədəlov Sultanəli Vəkil oğlu, X48, X78, X67, X87 və X43 adına rəsmiləşdirilmiş mülkiyyət hüquqlarını təsdiq edən çıxarışlar ləğv edilmiş, iddiaçı Cavabdeh3, Cavabdeh4 Yaşaq qızı, İsrafilova Sadəgül Qoçalı qızı, X68 və Cavabdeh1 3,73 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqları bərpa edilmişdir. İş materiallarında olan Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)- 361/2017 saylı, 15 noyabr 2017-ci il tarixli qətnaməsinin surətindən görünür ki, maraqlarına toxunan şəxs X61 apellyasiya şikayəti təmin edilmiş, Şamaxı Rayon Məhkəməsinin 03 fevral 2016-cı il tarixli 2(074)-173/2016 saylı qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək, iddiaçı Cavabdeh3 cavabdeh X55 qarşı mülkiyyət hüquqlarını təsdiq edən çıxarışların ləğv edilməsi tələbi təmin edilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 14 saylı Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı, ******* nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Şamaxı rayonu, Nağaraxana kəndində yerləşən kənd təsərrüfatı təyinatlı 0,505 ha torpaq sahəsi Cavabdeh3, Cavabdeh4 Yaşaq qızının, Cavabdeh5 Qoçalı qızının, Cavabdeh2 Qoçəli qızının və Cavabdeh1 Qoçəli oğlunun adlarına xüsusi mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində 14.05.2014-cü il tarixdə 70 saylı reyestr kitabının 15 saylı vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 14 saylı Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı, ******* nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Şamaxı rayonu, Nağaraxana kəndində yerləşən kənd təsərrüfatı təyinatlı 3,08 ha torpaq sahəsi Cavabdeh1 Qoçəli oğlunun, Cavabdeh3, Cavabdeh4 Yaşaq qızının, Cavabdeh5 Qoçalı qızının və Cavabdeh2 Qoçəli qızının adlarına xüsusi mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində 27.04.2016-cı il tarixdə 90 saylı reyestr kitabının 2 saylı vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 14 saylı Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı, ******* nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Şamaxı rayonu, Nağaraxana kəndində yerləşən kənd təsərrüfatı təyinatlı 0,6117 ha torpaq sahəsi Cavabdeh1 Qoçəli oğlunun, Cavabdeh4 Yaşaq qızının, İsrafilova Sadəgül Qoçalı qızının, X31 və Cavabdeh3 adlarına xüsusi mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində 01.02.2018-ci il tarixdə 63 saylı reyestr kitabının 93 saylı vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 14 saylı Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı, ******* nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Şamaxı rayonu, Nağaraxana kəndində yerləşən kənd təsərrüfatı təyinatlı 0,11 ha torpaq sahəsi X37 adına xüsusi mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində 09.04.2018-ci il tarixdə 68 saylı reyestr kitabının 37 saylı vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan Sumqayıt “ASAN xidmət” mərkəzində notariat kontorunda 09 avqust 2015-ci il tarixdə təsdiq edilərək 4ə-2510 sayla reyestrdə qeydə alınmış bağışlama müqaviləsinin surətindən görünür ki, Şamaxı rayonu, Nağaraxana kəndində yerləşən kənd təsərrüfatı təyinatlı 0,11 ha torpaq sahəsindən X83 0,0275 ha, X71 0,0275 ha, X60 0,0275 ha və X88 0,0275 ha torpaq sahəsini X42 bağışlamışlar. Azərbaycan Respublikası MPM-nin 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. İşdən görünür ki, birinci instansiya məhkəməsi iddianı qismən təmin edərkən Azərbaycan Respublikası MM-nin 152.1, 337.1, 337.4, 146, 139-1.1.3-cü maddələrinə istinad etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi bu nəticə qanuni və əsaslı olmaqla, işin faktiki hallarına uyğundur. Belə ki, işin müəyyən edilmiş hallarından görünür ki, Şamaxı rayonu Aqrar İslahat Komissiyasının 29.05.1998-ci il tarixli qərarına əsasən cavabdehlər Cavabdeh3, Cavabdeh1, Cəbiyeva (Abbasova) Turac Qoçalı qızı, Cavabdeh4 Yaşaq qızı və Cəbiyeva (İsrəfilova) Sadəgül Qoçalı qızının mülkiyyətlərinə Şamaxı rayonu, Nağaraxana kəndində 7,75 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmiş və 04.07.1999-cu il tarixdə dövlət aktı qeydiyyat kitabında 4477 sayla qeydiyyata alınmışdır. Cavabdehlər Cavabdeh3, Cavabdeh1, Cəbiyeva (Abbasova) Turac Qoçalı qızı, Cavabdeh4 Yaşaq qızı və Cəbiyeva (İsrəfilova) Sadəgül Qoçalı qızı Abşeron rayonu 1 saylı dövlət notariat kontorunda 3M/817 sayla reyestrdə qeydə alınmış 30.11.2004-cü il tarixli müqaviləyə əsasən 7,75 hektar torpaq sahəsinin 2,0 hektarını X20, Şamaxı rayon dövlət notariat kontorunda 4Ə/3/-519 sayla reyestrdə qeydə alınmış 20.12.2004-cü il tarixli müqaviləyə əsasən isə 0,61 ha, 0,50 ha və 3,73 ha olmaqla, ümumilikdə 4,84 hektarını İddiaçı satmışlar. Bundan sonra Cavabdeh3 14 saylı Ərazi İdarəsinə müraciət edərək torpaq sahəsinə dair hüquq müəyyənedici sənədləri itirməsi əsası ilə İddiaçı satdıqları və mülkiyyətçi hüquqlarını itirdikləri 4,84 hektar torpaq sahəsinin də qeyd edildiyi JN-608 nömrəli dövlət aktında göstərilən torpaq sahələrinə dair 27.07.2013-cü il tarixli reyestrdən çıxarışlar alaraq, həmin torpaqlardan 3,73 ha hissəsindən 3,42 hektarını 22 yanvar 2014-cü il tarixdə bağlanılmış alqı-satqı müqaviləsi ilə X47, X76, X69, X95, X50, X70, X59, X27, X23, X36, Bədəlov Sultanəli Vəkil oğlu, X48, X78, X67, X87 və X7. X84 vəfat etdiyinə görə onun adına olan 0,11 ha torpaq sahəsi Bakı şəhəri 2 saylı “ASAN xidmət” mərkəzində 28.06.2015-ci il tarixdə təsdiq olunmuş 2v-437 nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən vərəsələri X83, X60, X88 və X37 adlarına qeydiyyata alınmışdır. Sumqayıt “ASAN xidmət” mərkəzində notariat kontorunda 09.08.2015-ci il tarixdə təsdiq olunmuş 4ə-2510 nömrəli bağışlama müqaviləsinə əsasən X60, X88 və X83 torpaq sahəsindəki paylarını X42 bağışlamışlar. Şamaxı rayon dövlət notariat kontorunda 22 yanvar 2014-cü il tarixdə təsdiq olunmuş 4ə-28 nömrəli alqı-satqı müqaviləsində iştirak edən digər alıcılar Bədəlov Sultanəli Vəkil oğlu və X43 özlərinə məxsus olan 0,24 ha və 0,12 ha torpaq sahələrini Şamaxı rayon dövlət notariat kontorunda 08.05.2015-ci il tarixdə təsdiq olunmuş 4ə- 314 və 4ə-315 nömrəli alqı-satqı müqavilələrinə əsasən X8. Şamaxı Rayon Məhkəməsinin 2(074)-14/2017 saylı, 17 fevral 2017-ci il tarixli qətnaməsi ilə Şamaxı rayon notariat kontorunda 22 yanvar 2014-cü il tarixdə Cavabdeh3 ilə X67 arasında bağlanmış, reyestrdə 4Ə-28 nömrə ilə qeyd edilmiş daşınmaz əmlakın alqı-satqısına dair müqavilə etibarsız hesab edilmiş və ondan irəli gələn 25.01.2014-cü il tarixli, ********* qeydiyyat nömrəli çıxarış ləğv edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İ və İV hissələrinə görə hər kəsin mülkiyyət hüququ vardır. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası MM-nin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 337.1-ci maddəsinə görə bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Həmin Məcəllənin 146.1-ci maddəsinə görə daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). Həmin Məcəllənin 139-1.1.3-cü maddəsinə əsasən daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Həmin Məcəllənin 141.1-ci maddəsinə görə əgər daşınmaz əmlakın dövlət reyestrinin məzmunu torpaq sahəsi üzərində hüquqa və ya həmin hüququn məhdudlaşdırılmasına dair həqiqi hüquqi vəziyyətə uyğun deyildirsə, hüququ qeydə alınmamış və ya hüququ düzgün qeydə alınmamış şəxs, yaxud mövcud olmayan yüklənmə haqqında qeydin daxil edilməsi ilə hüququ pozulmuş şəxs daşınmaz əmlakın dövlət reyestrində qeyddə düzəlişin aparılması üçün belə düzəlişlə hüququna toxunulan şəxsdən razılıq verməsini tələb edə bilər. Həmin Məcəllənin 141.2-ci maddəsinə əsasən bu Məcəllənin 141.1-ci maddəsində nəzərdə tutulmuş hallarda daşınmaz əmlakın dövlət reyestrinin mötəbərliyinə qarşı etiraz edilə bilər. Məhkəmə kollegiyası qeyd olunan maddi hüquq normalarının tələblərini hazırki mübahisəli hüquq münasibətlərinə tətbiq edib, hesab edir ki, Şamaxı rayonu Aqrar İslahat Komissiyasının 29.05.1998-ci il tarixli qərarına əsasən cavabdehlər Cavabdeh3, Cavabdeh1, Cəbiyeva (Abbasova) Turac Qoçalı qızı, Cavabdeh4 Yaşaq qızı və Cəbiyeva (İsrəfilova) Sadəgül Qoçalı qızının mülkiyyətlərinə verilmiş Şamaxı rayonu, Nağaraxana kəndində 7,75 hektar torpaq sahəsinin 4,84 hektar torpaq sahəsinə dair mülkiyyətçi hüquqları həmin sahəni alqı-satqı müqaviləsinə əsasən əldə etmiş İddiaçı keçdiyindən və həmin sahənin alqı-satqısına dair müqavilə cavabdehlər Cavabdeh3, Turac Abbasovanın, Cavabdeh4, Sadəgül İsrafilovanın və Cavabdeh1 həmin torpaq sahəsinə dair mülkiyyətçi hüquqlarına xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunduğundan onların mülkiyyətçi hüquqlarına xitam verilməsinə əsas yaranmış torpaq sahəsinə dair yenidən çıxarış almaları və üzərində sərəncam vermələri qanunsuz olmuş, mübahisəli müqavilələr Azərbaycan Respublikası Mülki Məcəlləsi ilə müəyyənləşdirilmiş şərtlər pozulmaqla bağlandığından, torpağa mülkiyyət hüququna dair JN- 0632, kod 41011018 olan dövlət aktına əsasən iddiaçının mülkiyyətində olan 8,0372 hektar torpaq sahəsinin 3,72 hektar, 0,61 hektar və 0,505 hektar torpaq sahələrinin özgəninkiləşdirilməsinə dair əqdlərin iddiaçının verdiyi tələblər həddində etibarsız hesab edilməsi və yaranmış hüquqlara xitam verilməsi, JN-0632, kod 41011018 saylı dövlət aktında göstərilən 3,72 hektar, 0,61 hektar və 0,505 hektar torpaq sahələrinin cavabdehlər Cavabdeh3, Turac Abbasovanın, Cavabdeh4, Sadəgül İsrafilovanın və Cavabdeh1 adına olan 3,08 hektar, 0,61 hektar və 0,18 hektar torpaq sahələri üzərində hüquqları ləğv edilməsi, Şamaxı rayon dövlət notariat kontorunda 22.01.2014-cü il tarixdə təsdiq edilmiş 4ə-28 saylı alqı-satqı müqaviləsi Cavabdeh3 ilə X84 arasında 0,11 hektar torpaq sahəsinin alqı-satqısına dair hissədə etibarsız hesab edilməsi, həmin 0,11 hektar torpaq sahəsinə aid Bakı şəhəri 2 saylı “ASAN xidmət” mərkəzində notariat kontorunda 28.06.2015-ci il tarixdə təsdiq olunmuş 2v-437 saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə, həmin şəhadətnamə əsasında həyat yoldaşı X83 və üç övladlarının adlarına qeydiyyata alınmış (reyestr nömrəsi 4**********0, 05.02.2014) hüquqlar, X53 həmin torpaq sahəsini X42 bağışlamasına dair Sumqayıt “ASAN Xidmət” mərkəzində notariat kontorunda 09.08.2015-ci il tarixdə təsdiq olunmuş 4ə-2510 saylı bağışlama müqaviləsinin ləğv edilməsi, Şamaxı rayon DNK-da 22 yanvar 2014-cü il tarixdə təsdiq olunmuş 4ə-28 saylı alqı-satqı müqaviləsi Cavabdeh3 ilə Bədəlov Sultanəli Vəkil oğlu və X74 arasında 0,24 ha və 0,12 ha torpaq sahəsinin alqı satqısına dair hissədə etibarsız hesab edilməsi, həmin 0,24 ha və 0,12 ha torpaq sahəsinin X3 dair Şamaxı rayon dövlət notariat kontorunda 08.05.2015-ci il tarixdə təsdiq olunmuş 4ə-314 və 4ə-315 saylı alqı-satqı müqavilələrinin və X54 adına qeydiyyata alınmış hüquqların (reyestr nömrələri 4**********8, 4**********5, 23.05.2015) ləğv edilməsi barədə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası onu da qeyd edir ki, Şamaxı Rayon Məhkəməsinin 2(074)-14/2017 saylı, 17 fevral 2017-ci il tarixli qanuni qüvvəyə minmiş qətnaməsi ilə iddiaçılar Cavabdeh3, Cavabdeh1, Cavabdeh4 Yaşaq qızının, İsrəfilova Sadəgül Qoçalı qızının və X31 cavabdehlər İddiaçı və X41 qarşı alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi, onlardan irəli gələn mülkiyyət hüquqlarını təsdiq edən çıxarışların ləğv edilməsi, iddiaçının mülkiyyət hüququnun bərpa edilməsi və yeni çıxarışın verilməsi, xüsusi qərardadın çıxarılması iddiasına dair mülki iş üzrə iddia qismən təmin edilmiş, iddia tələbi İddiaçı ilə bağlanmış 20 dekabr 2004-cü il tarixli torpaq sahəsinin alqı-satqısına dair müqavilənin etibarsız hesab edilməsi və ondan irəli gələn mülkiyyət hüquqlarını təsdiq edən çıxarışın ləğv edilməsi hissəsində təmin edilməmişdir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlilləri əsassız hesab edir. Cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillər iş üzrə məhkəmə qətnaməsinin iddianın təmin edilmiş hissələrində apellyasiya qaydasında ləğv edilməsi üçün əsas ola bilməz. Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Beləliklə, məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən işə əlavə edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verib, hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi iddianın təmin edilmiş hissələrində faktlar nöqteyinəzərindən qanuni və əsaslı olduğundan, işdə, iş üzrə məhkəmə qətnaməsinin iddianın təmin edilmiş hissələrində apellyasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar olmadığından, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi iddianın təmin edilmiş hissələrində Cavabdeh1 apellyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT E T D İ: Cavabdeh1 apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Şamaxı Rayon Məhkəməsinin 01 aprel 2019-cu il tarixli, 2(074)-110/2019 saylı qətnaməsi iddianın təmin edilmiş hissələrində Cavabdeh1 apellyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər, qətnamədən kassasiya şikayəti verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Telman Məmmədov Hakimlər: Şəmsəddin Abasov Gülnarə Tağızadə
Məhkəmə qərarları › İş №2(105)-468/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-468/2021
06.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Torpaq üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver