Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-488/2022 19.07.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri: Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi hakim), Əsgərova Ruhiyyə Orucəli qızı və Ağayev Rəşadət Əhməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimova Leyla Yusub qızı katibliyi ilə, iddiaçılar İddiaçı1 və İddiaçı2 Əmili oğlunun nümayəndəsi və vəkili Vəkil2, İddiaçı2 Əmili oğlunun nümayəndəsi Nümayəndə iştirakı ilə, iddiaçılar İddiaçı1 və İddiaçı2 Əmili oğlunun Cavabdeh MMC-yə qarşı vurulmuş maddi ziyanın ödənilməsi tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 28 oktyabr 2021-ci il tarixli 2(060)-195/2021 saylı qətnaməsindən iddiaçılar İddiaçı1 və İddiaçı2 Əmili oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ : Sumqayıt Şəhər Məhkəməsinin 28 oktyabr 2021-ci il tarixli 2(060)-195/2021 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, İddiaçı1 məxsus Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllədə yerləşən qeyri-yaşayış sahəsinə vurulmuş maddi zərərin əvəzi olaraq 2030 (iki min otuz) manat məbləğində pul vəsaitinin Cavabdeh MMC-dən tutularaq İddiaçı1 ödənilməsi, İddiaçı2 Əmili oğlunun əmlakına dəymiş maddi zərərin əvəzi olaraq 9800 (doqquz min səkkiz yüz) manat məbləğində pul vəsaitinin Cavabdeh MMC-dən tutularaq ona ödənilməsi, 2017-ci ilin 13 aprel tarixindən 2017-ci ilin 15 noyabr tarixinə kimi mağazanın işləməməsi nəticəsində 625 (altı yüz iyirmi beş) manat əldən çıxmış faydanın Cavabdeh MMC-dən tutularaq İddiaçı2 Əmili oğluna ödənilməsi, Cavabdeh MMC-dən mənəvi zərərin əvəzi olaraq 500 (beş yüz) manat məbləğində pul vəsaitinin İddiaçı2 Əmili oğlunun və 300 (üç yüz) manat məbləğində pul vəsaitinin isə İddiaçı1 xeyrinə tutulması, ödənilmiş 30 manat dövlət rüsumunun əvəzi olaraq Cavabdeh MMC-dən 15 (on beş) manat pul vəsaitinin İddiaçı1, 15 (on beş) manat pul vəsaitinin isə İddiaçı2 Əmili oğlunun xeyrinə ödənilməsi, ümumilikdə Cavabdeh MMC-dən 2345 (iki min üç yüz qırx beş) manat pul vəsaitinin tutularaq İddiaçı1, 10940 (on min doqquz yüz qırx) manat pul vəsaitinin tutularaq İddiaçı2 Əmili oğluna ödənilməsi, iddianın qalan hissədə rədd edilməsi, ekspertiza tədqiqatının dəyəri 100 (bir yüz) manatın Cavabdehndən alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X3, KOD 210005, VÖEN 140155071, m/h AZ 41 NABZ 013601**********3944 SWİFT Bik: CTREAZ22 hesabına ödənilməsi qət edilmişdir (hakim Rəşad Qoşqarlı). Qətnamədən iddiaçılar İddiaçı1 və İddiaçı2 Əmili oğlu birgə apellyasiya şikayəti verərək Sumqayıt Şəhər Məhkəməsinin 28 oktyabr 2021-ci il tarixli 2(060)-195/2021 saylı qətnaməsinin ləğv edilməsi, iddia tələbinin tam təmin edilməsini xahiş etmişlər. İŞİN HALLARİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 Əmili oğlu Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı1 məxsus Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllədə yerləşən qeyri-yaşayış sahəsinə vurulmuş maddi zərərin əvəzi kimi 3741 (üç min yeddi yüz qırx bir) manat məbləğində pulun cavabdehdən alınıb ona ödənilməsi, İddiaçı2 Əmili oğlunun əmlakına dəymiş maddi zərərin əvəzi olaraq 29600 (iyirmi doqquz min altı yüz) manat məbləğində pulun cavabdehdən alınıb ona ödənilməsi, 2017-ci ilin 13 aprel tarixindən 2017-ci ilin noyabr ayının 15-nə kimi mağazanın işləməməsi nəticəsində əldən çıxmış qazancın qarşılığı olan 3750 (üç min yeddi yüz əlli) manat pulun cavabdehdən alınıb İddiaçı2 Əmili oğluna ödənilməsi, mənəvi zərərin əvəzi olaraq, 5000 manat məbləğində pulun cavabdehdən alınaraq İddiaçı2 Əmili oğluna və 3000 manat məbləğində pulun isə İddiaçı1 ödənilməsi, məhkəməyə ödədikləri 30 manat dövlət rüsumunun əvəzinin cavabdehdən alınaraq 15 manat İddiaçı1, 15 manat isə İddiaçı2 Əmili oğluna ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. A P E L L Y A S İ Y A Ş İ K A Y Ə T İ N İ N D Ə L İ L L Ə R İ və PROSES İŞTİRAKÇİLARİNİN İZAHATLARİ: Məhkəmə kollegiyasının iclasında iddiaçılar İddiaçı1 və İddiaçı2 Əmili oğlunun nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətini müdafiə edərək göstərdi ki, Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2017-ci il tarixli, 20601 saylı ekspert rəyindən görünür ki, hələ 2017-ci ildə Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllədə yerləşən qeyriyaşayış sahəsində baş vermiş yanğın nəticəsində yaranmış qüsurların aradan qaldırılması üçün görülməli təmir-bərpa işlərinin mövcud bazar qiymətlərinə uyğun olaraq ümumi dəyəri təqribən 3741 manat məbləğində olduğu müəyyən edilmişdir. Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2017-ci il tarixli, 19805 saylı ekspert rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş 10 cüt ayaqqabının normal vəziyyətdə ümumi qiymətinin 170 manat müəyyən olunduğu qeyd edilmişdir. Fövqəladə Hallar Nazirliyinin Əməliyyat-istintaq İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2017-ci il tarixli Baxış protokoluna əsasən, yanğın zamanı 1120 cüt müxtəlif çeşidli yararsız ayaqqabı aşkar edilmiş və həmin ayaqqabılardan 10 cütü qiymətləndirilməsi üçün ekspertizaya təqdim edilmişdir. Ekspert tərəfindən 10 cüt ayaqqabının qiyməti 170 manat müəyyən edilmişdir. 1120 cüt ayaqqabını 10-a böldükdə 112 alınır. 112 x 170 AZN=19040 manat. Yəni 1120 cüt yararsız hala düşmüş ayaqqabının ekspertiza rəyinə əsasən 2017-ci ilə olan dəyəri 19040 manat təşkil edir. Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2017-ci il tarixli, 19805 saylı ekspert rəyi yanğın hadisəsinin əsl hallarına, baxış protokoluna əsasən mağazada yararsız hala düşmüş, sayılmış və mağazada satılan ayaqqabıların müxtəlif çeşidliliyinə əsaslanmışdır. Sumqayıt Şəhər Məhkəməsinin istinad etdiyi və sübut kimi qəbul etdiyi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2019-cu il tarixli, 19172 saylı ekspert rəyi və onun təkrarı olan xx.xx.2021-ci il tarixli, 9/2343 saylı ekspert rəyi isə ekspertin nəzəri hesablamalarına əsaslanmışdır. Belə ki, baxış prorokolunda yanğın zamanı yararsız hala düşmüş ayaqqabılarının sayı 1120 cüt olduğu müəyyən olunsa da Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2019-cu il tarixli, 19172 saylı ekspert rəyində və onun təkrarı olan xx.xx.2021-ci il tarixli, 9/2343 saylı ekspert rəyində yararsız hala düşmüş ayaqqabıların sayının təxmini hesablama ilə 700 cüt olduğunun müəyyən edildiyi qeyd olunur. Sumqayıt Şəhər Məhkəməsi işin bu hallarına diqqət etməmiş, sübutlara düzgün qiymət verməmişdir. Cavabdeh Fövqəladə Hallar Nazirliyinin Əməliyyat-istintaq İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2017-ci il tarixli baxış protokolunun onların iştirakı olmadan tərtib edildiyini iddia etsə də Fövqəladə Hallar Nazirliyinin Əməliyyat-istintaq İdarəsinin təhqiqatçısının 23 sentyabr 2017-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarını mübahisələndirməmiş, həmin qərardan şikayət verməmişdir. Bundan başqa Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2017-ci il tarixli, 20601 saylı ekspert rəyi ilə 2017-ci ildə Abşeron rayon, Xırdalan şəhəri 28-ci məhəllədə yerləşən qeyri-yaşayış sahəsində baş vermiş yanğın nəticəsində yaranmış qüsurların aradan qaldırılması üçün görülməli təmir-bərpa işlərinin mövcud bazar qiymətlərinə uyğun olaraq ümumi dəyəri təqribən 3741 manat məbləğində olduğunu müəyyən etsə də məhkəmə, Məhkəmə Ekspertizası Mərkəzinin mötəbər və dəlillərə əsaslanan rəyini bir kənara qoyaraq, heç bir araşdırmaya əsaslanmayan və qiymətləndirmə şirkəti kimi fəaliyyət göstərən "X9 və Hüquq şirkəti” MMC tərəfindən tərtib edilmiş xx.xx.2019-cu il tarixli mütəxəssis rəyini əsas götürməklə tinkintiyə dəymiş ziyanın məbləğinin 2030,00 manat olduğu qənaətinə gəlmişdir. Sumqayıt Şəhər Məhkəməsi onların pozulmuş mülkiyyət və əmlak hüquqlarının bərpasına deyil, əskinə hüquqlarının pozulmasına yönələn qətnamə qəbul etmişdir. Qeyd olunanlara əsasən apellyasiya şikayətinin təmin edilməsini, Sumqayıt Şəhər Məhkəməsinin 28 oktyabr 2021-ci il tarixli 2(060)-195/2021 saylı qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin olunmasına dair yeni qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə kollegiyasının iclasında İddiaçı2 Əmili oğlunun nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin təmin edilməsini, Sumqayıt Şəhər Məhkəməsinin 28 oktyabr 2021-ci il tarixli, 2(060)-195/2021 saylı qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin olunmasına dair yeni qətnamə qəbul edilməsini xahiş edir. PROSESSUAL MƏSƏLƏLƏR: Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq iş üzrə Cavabdeh MMC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsiin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinin tələblərinə əsasən mübahisəyə cavabehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Apellyasiya şikayəğtindçən görünür ki, iddiaçılar qətnamənin ləğv edilməsini xahiş etsələr də qətnamənin iddianın təmin olunmamış hissəsindən narazıdırlar. Ona görə də qətnamə iddianın təmin olunmayan hissəsində müzakirə edilməlidir Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini, iddiaçılarınn nümayəndəsinin izahatını dinləyərək, apelyasiya şikayətinin dəlillərini nəzərə alıb işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla sübutları qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddiaçılar İddiaçı1 və İddiaçı2 Əmili oğlunun apellyasiya şikayəti qismən təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin 28 oktyabr 2021-ci il tarixli 2(060)-195/2021 saylı qətnaməsi qismən, “İddiaçı2 Əmili oğlunun əmlakına dəymiş maddi zərərin əvəzi olaraq 9800 (doqquz min səkkiz yüz) manat məbləğində pul vəsaitinin Cavabdeh MMC-dən tutularaq ona ödənilməsi və ümumilikdə Cavabdeh MMC-dən 10940 (on min doqquz yüz qırx) manat pul vəsaitinin tutularaq İddiaçı2 Əmili oğluna ödənilməsi hissəsində ləğv edilməli, iddia tələbi həmin hissədə qismən təmin edilməli, “İddiaçı2 Əmili oğlunun əmlakına dəymiş maddi zərərin əvəzi olaraq 15680 (on beş min altı yüz səksən) manat məbləğində pul vəsaiti, ümumilikdə Cavabdeh MMC-dən 16820 (on altı min səkkiz yüz iyirmi) manat pul vəsaiti tutularaq İddiaçı2 Əmili oğluna ödənilməli, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan xx.xx.2011-ci il tarixli “İcarə müqaviləsi”nin surətindən görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllə, 26/6 ünvanında yerləşən 58,2 kv.m qeyri-yaşayış sahəsi xüsusi mülkiyyət hüququ əsasında İddiaçı1 məxsusdur. O, həmin qeyri-yaşayış sahəsini 5 (beş) il müddətinə İddiaçı2 Əmili oğluna icarəyə verilmişdir. İş materiallarında olan xx.xx.2016-cı il tarixli “Daşınmaz Əmlakın Bağışlanması Müqaviləsi”nin surətindən görünür ki, X5 mülkiyyətində olan Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllə, 26/6 ünvanında yerləşən ümumi sahəsi 58.2 kv/m olan qeyriyaşayış binasını hədiyyə olaraq İddiaçı1 bağışlamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı, № ******* saylı “çıxarış”ın surətindən görünür ki, ünvan 2 qeyri-yaşayış binası xüsusi mülkiyyət hüququ əsasında İddiaçı1 adına xx.xx.2016-cı il tarixdə, ********** nömrə ilə qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikasının Vergilər Nazirliyinin 2 saylı Ərazi vergilər Departamentinin 30 noyabr 2017-ci il tarixli məktubundan görünür ki, Cavabdeh MMC (VÖEN: **********) hüquqi ünvanı ünvan 1 qeydiyyatdadır. İş materiallarında olan xx.xx.2017-ci il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərarın surətindən görünür ki, cinayət işinin başlanmasının rədd edilməsinin əsası kimi yanğın nətcəisində hər hansı şəxsin sağlamlığına az ağır və ya ağır zərər vurulmadığı, yanğının ölümə və ya digər ağır nəticələrə səbəb olmadığı, X1, İddiaçı1, İddiaçı2 Əmili oğluna və X1 dəymiş ziyanın ağır nəticə kimi qiymətləndirilmədiyi göstərilərək, X2 əməlində cinayət tərkibi olmadığı üçün barəsində cinayət təqibinin başlanmasının rədd edilməsi qərara alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2017-ci il tarixli, 0857 saylı ekspert rəyinin surətindən görünür ki, yanğının mənbəyi hadisə baş vermiş ayaqqabı mağazasının arxasında dəmir barmaqlı hasarla çəpərlənmiş açıq sahədə yerləşmiş və oradan tavan-dam hissəsi ilə mağazanın içərisinə keçmişdir. Yanğın ayaqqabı mağazasının arxasında dəmir barmaqlı hasarla çəpərlənmiş açıq sahədə divarda quraşdırılmış elektrik lövhəsində olan elektrik naqillərində yaranmış elektrik təbiətli qəza halının təsirinin yaxınlığda yerləşən yanan materialların alışmasından baş vermişdir. Baş vermiş hadisə ilə əlaqədar "xxxx" MMC-nin rəhbərliyi "xxxx" marketi ilə qonşuluqda olan, yanğın baş vermiş ayaqqabı mağazasının arxasında, dəmir barmaqlı hasarla çəpərlənmiş və divarın üzərində qapısı olmayan elektrik lövhəsi quraşdırılmış açıq sahədə yığlan tullantılardan və qablaşdırma materiallarından təmizlənməsi həyata keçirilmədiyinə görə, onlar tərəfindən “Azərbaycan Respublikasında yanğın təhlükəsizliyi qaydaları”nın 1.9, 3.1, 6.1 və “Ticarət və ictimai iaşə müəssisələri, yarmarkalar, baza və anbarlar üçün yanğın təhlükəsizliyi qaydaları”nın 1.2, 2.1.1, 3.19.1-ci bəndinin tələblərini pozmuşlar. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2017-ci il tarixli, 19805 saylı ekspert rəyinin surətindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş 10 cüt ayaqqabının normal vəziyyətdə ümumi qiymətinin 170 manat müəyyən olunduğu qeyd edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2017-ci il tarixli, 20601 saylı ekspert rəyinin surətindən görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllədə yerləşən qeyri-yaşayış sahəsində baş vermiş yanğın nəicəsində yaranmış qüsurların aradan qaldırılması üçün görülməli təmir-bərpa işlərinin mövcud bazar qiymətlərinə uyğun olaraq ümumi dəyərinin təqribən 3741 manat məbləğində olduğu müəyyən edilir. İş materiallarında olan Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2-2(85)-106/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsindən görünür ki, iddia qismən təmin edilərək, İddiaçı1 məxsus Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllədə yerləşən qeyriyaşayış sahəsinə vurulmuş maddi zərərin əvəzi olaraq 3741 (üç min yeddi yüz qırx bir) manat məbləğində pul vəsaitinin Cavabdeh MMC-dən tutularaq İddiaçı1 ödənilməsi, İddiaçı2 Əmili oğlunun əmlakına dəymiş maddi zərərin əvəzi olaraq 29600 (iyirmi doqquz min altı yüz) manat məbləğində pul vəsaitinin Cavabdeh MMC-dən tutularaq ona ödənilməsi, 2017-ci ilin 13 aprel tarixindən 2017-ci ilin 15 noyabr tarixinə kimi mağazanın işləməməsi nəticəsində 625 manat əldən çıxmış faydanın Cavabdeh MMC-dən tutularaq İddiaçı2 Əmili oğluna ödənilməsi, Cavabdeh MMC-dən mənəvi zərərin əvəzi olaraq 500 manat məbləğində pul vəsaitinin İddiaçı2 Əmili oğlunun və 300 manat məbləğində pul vəsaitinin isə İddiaçı1 xeyrinə tutulması, ödənilmiş 30 manat dövlət rüsumunun əvəzi olaraq Cavabdeh MMC-dən 15 (on beş) manat pul vəsaitinin İddiaçı1, 15 (on beş) manat pul vəsaitinin isə İddiaçı2 Əmili oğlunun xeyrinə ödənilməsi və ümumilikdə Cavabdeh MMC-dən 4056 (dörd min əlli altı) manat pul vəsaitinin tutularaq İddiaçı1, 30740 (otuz min yeddi yüz qırx) manat pul vəsaitinin tutularaq İddiaçı2 Əmili oğluna ödənilməsi qət edilmişdir. İş materiallarında olan Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-2(105)-64/2018, xx.xx.2018-ci il qətnaməsindən görünür ki, Cavabdeh MMc tərəfindən verilmiş apelyasiya şikayətinin təmin edilməməsi və Sumqayıt İnzibati- İqtisadi Məhkəməsinin qəbul etdiyi 2-2(85)-106/2018 saylı, 05 aprel 2018-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-2(102)-161/2019 saylı qərarından görünür ki, Cavabdeh MMC tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilərək Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-2(105)-64/18 saylı, 05 noyabr 2018-ci il tarixli qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2019-cu il tarixli, 19172 saylı ekspert rəyinin surətindən görünür ki, “X9 və Hüquq Şirkəti” MMC tərəfindən tərtib edilmiş xx.xx.2019-cu il tarixli mütəxəssis rəyindən istifadə edilməklə, ünvan 2 ünvanda yerləşən ümumi sahəsi 58,2 kv.m olan mağazaya yanğın zamanı əmtəə üzrə dəymiş zərərin məbləği 9800 (700 cüt x 14m) manat müəyyən olunur. O, cümlədən sahəsi 58.2 kv.m, deyil, faktiki 36.4 kv.m (faydalı satış sahəsi 28.4 kv.m) olan mağazaya satış üçün ticarət qaydalarına riayət edilməklə, təxminən 7000 cüt ayyaqabı yerləşdirmək olar; nəzəri hesablama yolu ilə yanğın zamanı yararsız vəziyyətə düşmüş ayaqqabıların sayı təxminən 700 cüt müəyyən edilir. İş materiallarında olan "xxxx" Ekspertiza və Hüquq Şirkətinin xx.xx.2019-cu il tarixli, 52 nömrəli mütəxəssis aktından görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllə, 26/6 ünvanda yerləşən ayaqqabı satışı üzrə ümumi sahəsi 58.2 kv.m deyil, faktiki 36.4 kv.m olan mağazaya yanğın zamanı dəyən ziyanın ümumi məbləği 11830 manat müəyyən edilir; O cümlədən tikintiyə dəymiş ziyanın məbləği - 2030 manat, ayaqqabı məmulatlarına dəymiş ziyan - 9800 manat, hazırki iş üzrə sahəsi 58.2 kv.m, deyil faktiki 36.4 kv.m (faydalı satış sahəsi 28.4 kv.m) olan mağazaya satış üçün ticarət qaydalarına riayət edilməklə, təxminən 7000 cüt ayaqqabı yerləşdirmək mümkün hesab edilir. Nəzəri hesablama yolu ilə yanğın zamanı yararsız vəziyyətə düşmüş ayaqqabıların sayı təxminən 700 cüt müəyyən edilir. xx.xx.2017-ci il tarixdə baş vermiş yanğın zamanı Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllə, 26/6 ünvanda yerləşən ayaqqabı satışı mağazasının konstruktiv elementlərinə yanğın nəticəsində dəymiş maddi ziyanın (təmirbərpa xərci) məbləği orta bazar qiymətinə uyğun olaraq 2030 manat müəyyən edilir. Hadisə yeri saxlanılmadığına görə nəzəri və təxmini hesablama yolu ilə 2.5 il əvvəl, yəni xx.xx.2017-ci il tarixdə baş vermiş yanğın zamanı ayaqqabı satışı üçün nəzərdə tutulmuş zalının sahəsi 28.4 kv.m (köməkçi sahələr daxil edilməklə 36.4 kv.m) olan Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllə 26/6 ünvanda yerləşən mağazada cəmi 700 cüt 9800 manat dəyərində ayaqqabılara ziyan dəyməsi müəyyən edilir. İş materiallarında olan Sumqayıt Apelyasiya Məhkəməsinin mülki koldlegiyasının 2-2(105)-106/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsindən görünür ki, Cavabdeh MMC-nin apelyasiya şikayəti qismən təmin edilərək, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2-2(85)106/2018 saylı, 05 aprel 2018-ci il tarixli qətnaməsi maddi zərərin əvəzinin tutulması hissəsində dəyişdirilərək, Cavabdeh MMC-dən İddiaçı1 xeyrinə tutulması qət edilən maddi zərərin məbləği azaldılaraq 2030 (iki min otuz) manat məbləğində müəyyən edilməsi, Cavabdeh MMC-dən İddiaçı2 Əmili oğlunun xeyrinə tutulması qət edilən maddi zərərin məbləği azaldılaraq 9800 (doqquz min səkkiz yüz) manat məbləğində müəyyən edilməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 2-2(102)-64/2020 saylı qərarından görünür ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 Əmili oğlunun kassasiya şikayəti qismən təmin edilərək, Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 28 oktyabr 2019-cu il tarixli qətnaməsi ləğv edilərək, iş aiddiyyəti üzrə baxılmaq üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2017-ci il tarixli, 19805 saylı ekspert rəyinin surətindən görünür ki, sahəsi 58.2 kv.m deyil, faktiki 36,4 kv. (faydalı satış sahəsi 28.4 kv.m) olan mağazaya satış üçün ticarət qaydalarına riayət edilməklə, təxminən 7000 cüt ayaqqabı yerləşdirmək olar, nəzəri hesablama yolu ilə yanğın zamanı yararsız vəziyyətə düşmüş ayaqqabıların sayı təxminən 700 cüt müəyyən edilir. Nəzəri və təxmini hesablama yolu ilə 2.5 iləvvəl, yəni xx.xx.2017-ci il tarixdə baş vermiş yanğın zamanı ayaqqabı satışı üçün nəzərdə tutulmuş zalının sahəsi 28.4 kv.m (köməkçi sahələr daxil edilməklə 36.4 kv.m) olan Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllə 26/6 ünvanda yerləşən mağazada cəmi 700 cüt 9800 manat dəyərində ayaqqabılara ziyan dəyməsi müəyyən edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 21.3-cü maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Qanunvericiliyin qeyd edilən müddəalarının tələblərinə əsasən, mülki hüquqi məsuliyyətin yaranması üçün bir sıra məcburi şərtlərin olması tələb olunur. İlkin olaraq zərər başqa şəxsə vurulmalıdır. Digər şərtlərə zərərvuranın hüquqa zidd davranışı, həmin davranış ilə vurulmuş zərər arasında səbəbli əlaqə və borclunun təqsiri aiddir. Hazırki işdə yuxarıda qeyd olunan Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Əməliyyat-İstintaq İdarəsi tərəfindən “13 aprel 2017-ci ildə tarixdə 04:18 radələrində Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllədə fəaliyyət göstərən X1 məxsus Cavabdeh MMC-yə icarəyə verilən tikilinin elektrik lövhəsində baş vermiş yanğına dair toplanmış” 0857 nömrəli materialları, ekspert rəyləri və həmin iş üzrə 23 sentyabr 2017-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarla Cavabdeh MMC tərəfindən iddiaçılara iddia tələbi həcmində maddi ziyan dəydiyi sübut olunur. Lakin cinayət işinin bağlanılmasının rədd edilməsi haqqında qərarında müəyyən edilən digər hallar, o cümlədən yanğın hadisəsi nəticəsində iddiaçılara vurulmuş zərərin məbləğinin müəyyən edilməsi mülki iş üçün preyudisial əhəmiyyətə malik deyildir. Bu səbəbdən məhkəmə hesab etmişdir ki, iddiaçıların maddi ziyanın ödənilməsi ilə bağlı tələbləri qismən təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2019-cu il tarixli 19172 nömrəli ekspert rəyində qeyd edilmişdir ki, “X9 və Hüquq şirkəti” MMC tərəfindən tərtib edilmiş xx.xx.2019-cu il tarixli mütəxəssis rəyindən istifadə edilməklə, Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllə, 26/6 ünvanda yerləşən ayaqqabı satışı üzrə ümumi sahəsi 58,2 kv.m deyil, faktiki 36,4 kv.m olan mağazaya yanğın zamanı dəyən ziyanın ümumi məbləği 11830,00 manat müəyyən edilir. O cümlədən: tikintiyə dəymiş ziyanın məbləği - 2030,00 manat, ayaqqabı məmulatlarına dəymiş ziyan - 9800,00 manat. Sahəsi 58,2kv.m, deyil faktiki 36,4 m2 (faydalı satış sahəsi 28,4 m2) olan mağazaya satış üçün ticarət qaydalarına riayət edilməklə, təxminən 7000 cüt ayaqqabı yerləşdirmək olar. Nəzəri hesablama yolu ilə, yanğın zamanı yararsız vəziyyətə düşmüş ayaqqabıların sayı təxminən 700 cüt müəyyən edilir. “X9 və Hüquq şirkəti” MMC tərəfindən tərtib edilmiş xx.xx.2019cu il tarixli 52 saylı mütəxəssis aktında yuxarıda göstərilənlərdən əlavə qeyd olunmuşdur ki, xx.xx.2017-ci il tarixdə baş vermiş yanğın zamanı Abşeron rayonu, Xırdalan şəhəri 28ci məhəllə 26/6 ünvanda yerləşən ayaqqabı satışı mağazasının konstruktiv elementlərinə yanğın nəticəsində dəymiş maddi ziyanın (təmir-bərpa xərci) məbləği orta bazar qiymətinə uyğun olaraq 2030,0 manat müəyyən edilir. Hadisə yeri saxlanılmadığına görə nəzəri və təxmini hesablama yolu ilə, 2.5 il əvvəl, yəni xx.xx.2017-ci il tarixdə baş vermiş yanğın zamanı ayaqqabı satışı üçün nəzərdə tutulmuş zalının sahəsi 28,4 kv.m (köməkçi sahələr daxil edilməklə 36,4 kv.m) olan Abşeron rayonu, Xırdalan şəhəri 28-ci məhəllə 26/6 ünvanda yerləşən mağazada cəmi 700 cüt 9800,00 manat dəyərində ayaqqabılara ziyan dəyməsi müəyyən edilir. Məhkəmə iddianın mənəvi zərərin əvəzi olaraq 5000 manat məbləğində pulun cavabdehdən alınaraq İddiaçı2 Əmili oğluna və 3000 manat məbləğində pulun isə İddiaçı1 ödənilməsi ilə bağlı hissəsinə münasibətdə qeyd etmişdir ki, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin plenumunun 03 noyabr 2008-ci il tarixli qərarına əsasən, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X6 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Mənəvi sarsıntı və iztirabın ağırlıq dərəcəsi mənəvi zərərin ödənilməsi tələbinin rədd edilməsi üçün əsas deyildir. Məhkəmə razılaşır ki, qonşu müəssisədə baş vermiş yanğınla əlaqədar olaraq daşınmaz əmlaka və oradakı mallara dəymiş zərərə və müəyyən dövrdə iş fəaliyyətinin bərpa olunmamasına görə iddiaçılar müəyyən mənəvi ziyana məruz qalıb. Lakin məhkəmə hesab etmişdir ki, iddiaçıların tələb etdiyi mənəvi ziyanın məbləği həddən artıq yüksəkdir. Bu səbəbdən məhkəmə hesab etmişdir ki, mənəvi ziyan qismində İddiaçı2 Əmili oğluna 500 manat, İddiaçı1 300 manat məbləğində pul vəsaiti cavabdeh tərəfindən ödənilməlidir. Məhkəmə iddianın 2017-ci ilin 13 aprel tarixindən 2017-ci ilin noyabr ayının 15-ə kimi mağazanın işləməməsi nəticəsində əldən çıxmış qazancın qarşılığı olan 3750 manat pulun cavabdehdən alınıb ödənilməsinə dair hissəsinə münasibətdə qeyd etmişdir ki, İddiaçı2 Əmili oğlunun həmin məbləğdə faydanın əlindən çıxmasının əsası kimi 2 saylı Ərazi Vergilər Departamenti tərəfindən təqdim edilmiş dövriyyə və ödənişlər barədə məlumatın verilməsi haqqında məlumatı təqdim etmişdir ki, həmin məlumatda onun 2017-ci ilin aprel-dekabr ayları arasında dövriyyəsinin olmadığı, ondan əvvəlki dövrlərdə isə ortalama 500 manat dövrüyyəsinin olması və ona uyğun ödənişlər etdiyi görünür. Məhkəmə qeyd edilən dövrlərə analoji olaraq İddiaçı2 Əmili oğlunun 3750 manat dövriyyədən məhrum olduğunu qəbul etməyi ədalətli hesab etmiş, lakin həmin məbləğin hamısını əldən çıxmış fayda kimi qəbul etməyi düzgün hesab etməmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 mart tarixli, 55 nömrəli qərarı ilə vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması Qaydaları ilə vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı halda mənfəətin hansı qaydada hesablanması müəyyən edilmişldir. Həmin qaydaların 6.1-ci maddəsinə əsasən Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı halda vergi orqanı şərti rentabellik norması əsasında onun mənfəətini (gəlirini) vergi ödəyicisinin fəaliyyəti ilə əlaqədar əldə etdiyi gəliri (ƏDV nəzərə alınmadan) əsasında müəyyən edir. Hazırki işdə də iddiaçının mənfəətini yuxarıda qeyd olunmuş düsturla hesabladıqda mənfəəti 625 manat məbləğində müəyyən oluna bilər. Bu səbəbdən məhkəmə hesab etmişdir ki, iddia həmin hissədə qismən təmin edilməli, iddiaçıdan əldən çıxmış fayda qismində 625 manat məbləğində pul vəsaiti tutulmalıdır. Qeyd olunanlara əsasən məhkəmə hesab etmişdir ki, İddiaçı1 məxsus Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllədə yerləşən qeyri-yaşayış sahəsinə vurulmuş maddi zərərin əvəzi olaraq 2030 (iki min otuz) manat məbləğində pul vəsaitinin Cavabdeh MMC-dən tutularaq İddiaçı1 ödənilməli, İddiaçı2 Əmili oğlunun əmlakına dəymiş maddi zərərin əvəzi olaraq 9800 (doqquz min səkkiz) manat məbləğində pul vəsaiti Cavabdeh MMC-dən tutularaq ona ödənilməli, 2017-ci ilin 13 aprel tarixindən 2017-ci ilin 15 noyabr tarixinə kimi mağazanın işləməməsi nəticəsində 625 (altı yüz iyirmi beş) manat əldən çıxmış fayda Cavabdeh MMC-dən tutularaq İddiaçı2 Əmili oğluna ödənilməli, mənəvi zərərin əvəzi olaraq Cavabdeh MMC-dən 500 (beş yüz) manat məbləğində pul vəsaitinin İddiaçı2 Əmili oğlunun və 300 (üç yüz) manat məbləğində pul vəsaitinin isə İddiaçı1 xeyrinə tutulmalı, ödənilmiş 30 manat dövlət rüsumunun əvəzi olaraq Cavabdeh MMC-dən 15 (on beş) manat pul vəsaiti İddiaçı1, 15 (on beş) manat pul vəsaiti isə İddiaçı2 Əmili oğluna ödənilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı qismən təmin etməkdə haqlı olsa da “İddiaçı2 Əmili oğlunun əmlakına dəymiş maddi zərərin əvəzi olaraq 9800 (doqquz min səkkiz yüz) manat məbləğində pul vəsaitinin Cavabdeh MMC-dən tutularaq ona ödənilməsi hissəsində və ümumilikdə Cavabdeh MMC-dən 10940 (on min doqquz yüz qırx) manat pul vəsaitinin tutularaq İddiaçı2 Əmili oğluna ödənilməsi hissəsində gəlmiş olduğu nəticə ilə razılaşmaq olmaz. Belə ki, iş materiallarından görünür ki, məhkəmə bu nəticəyə gələrkən ona istinad etmişdir ki, “X9 və Hüquq şirkəti” MMC tərəfindən tərtib edilmiş xx.xx.2019-cu il tarixli, 52 saylı mütəxəssis aktında yuxarıda göstərilənlərdən əlavə qeyd olunmuşdur ki, hadisə yeri saxlanılmadığına görə, nəzəri və təxmini hesablama yolu ilə, 2.5 il əvvəl, yəni xx.xx.2017-ci il tarixdə baş vermiş yanğın zamanı ayaqqabı satışı üçün nəzərdə tutulmuş zalının sahəsi 28,4 kv.m (köməkçi sahələr daxil edilməklə 36,4 kv.m) olan Abşeron rayonu, Xırdalan şəhəri 28-ci məhəllə 26/6 ünvanda yerləşən mağazada cəmi 700 cüt 9800,00 manat dəyərində ayaqqabılara ziyan dəyməsi müəyyən edilir. Məhkəmə kollegiyası məhkəmənin gəlmiş olduğu bu nəticə ilə razılaşmır. Belə ki, iş materiallarında olan 13 aprel 2017-ci il tarixdə Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllədə fəalyyət göstərən X1 məxsus və Cavabdeh MMC-yə icaryə verilən tikilinin elektrik lövhəsində baş vermiş yanğın hadisəsi ilə əlaqədar toplanmış materiallarında olan cinayət işinin başlanılmasının rədd edilməsi haqqında 23 sentyabr 2017-ci il tarixli qərarından görünür ki, 18 iyul 2017-ci il tarixli baxış protokoluna əsasən müəyyən olunur ki, həqiqətən yanğın zamanı 1120 cüt müxtəlif çeşidli ayaqqabı yanaraq yararsız hala düşmüşdür. Həmin materiala əlavə edilmiş 28 avqust 2017-ci il tarixli ekspertiza rəyindən görünür ki, iş materiallarında yanğın zamanı və eləcə də yanğını söndürən zaman yararsız hala düşmüş ayaqqabıların ümumi sayı 1120 cüt göstərilmişdir. İş üzrə keçirilmiş 23 iyun 2022-ci il tarixli, 9/2247 saylı ekspert rəyindən görünür ki, respublikada yerləşən ticarət şəbəkələrində mövcud olan qiymətlərdən, internet saytı, Məhkəmə ekspertizası mərkəzinin ekspert praktikasında toplanmış məlumatlardan və eləcə də «X10 və Hüquq Şirkəti» MMC tərəfindən tərtib edilmiş xx.xx.2019-cu il taixli mütəxəssis rəyindən istifadə edilməklə, ünvan 6 ünvanda yerləşən ayaqqabı satışı mağazasında yararsız hala düşmüş 1120 cüt ayaqqabının bir cütünün həmin dövr üçün topdan satış bazar qiyməti nəzəri qaydada təxminən 14 manat, 1120 cütü 15680 manat, bir cütünün pərakəndə satış qiyməti 17 manat, 1120 cütü 19040 manat müəyyən olunur. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası qeyd edir ki, iş materialları ilə mağazada yararsız hala düşmüş 1120 cüt ayaqqabı olması müəyyən olunmasına baxmayaraq birinci instansiya məhkəməsi cəmi 700 cüt ayaqqabının yararsız hala düşməsini qeyd edərək onların dəyərinin cavabdehdən tutulmasına dair nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası bununla razılaşmır və hesab edir ki, yanğın zamanı yararsız hala düşmüş 1120 cüt ayaqqabının dəyəri cavabdehdən tutularaq İddiaçı2 ödənilməlidir. Bundan başqa məhkəmə kollegiyası ayaqqabıların dəyərini müəyyən edərkən topdan satış qiymətinin, yəni bir cüt ayaqqabının qiymətinin 14 (on dörd) manatdan hesablanmasını daha məqsədəmüvafiq hesab edir. Belə ki, ayaqqabılar müxtəlif ceşiddə olduğundan pərakəndə satış qiymətinin muüəyyən edilməsi məqəsədəuyğun olmazdı. Bundan başqa məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəlmiş olduğu digər nəticələri əsaslı hesab edir və razılaşır. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri qalan hissələrdə əsaslı hesab edilə bilməz. Belə ki, apellyantlar digər halların əsassız olması barədə dəlillərini əsaslandıra bilməmiş və buna dair hər hansı bir sübut təqdim etməmişlər. Birinci instansiya məhkəməsi tərəfindən həmin dəlillər araşdırılaraq qiymət verilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Bu normanın tələbinə görə məhkəməyə müraciət etmiş şəxs birinci növbədə özünün hansı hüquq və azadlığının, eləcə də maraqlarının pozulduğunu sübut etməli və bundan sonra onların təmin edilməsini tələb etməlidir. İnsan hüquqları üzrə Avropa Məhkəməsi «Brumaresku Rumıniyaya qarşı» iş üzrə 28 oktyabr 1999-cu il tarixli qərarında göstərmişdir ki, hüququn aliliyinin əsas aspektlərindən biri olan hüquqi müəyyənlik prinsipi digərləri ilə yanaşı tələb edir ki, məhkəmələr tərəfindən tamamilə həll edilmiş iş üzrə qəbul olunan yekun qərar şübhə doğurmamalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 5.1-ci maddəsinə əsasən hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanır. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərini əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin maddə sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin "Mahmudov Rusiyaya qarşı iş üzrə" 26 iyul 2007-ci il tarixli qərarında həmin məhkəmə xatırlatmışdır ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, “affirmanti, non neganti, incumbit probation”, yəni, sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həmmövculuğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. "Qavazov Bolqarıstana qarşı iş üzrə" 06 mart 2008-ci il larixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi mövqeyini ifadə etmişdir ki, sübutları qiymətləndirərkən bir qayda olaraq "əsaslı şübhədən kənar" sübut standartları tətbiq edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün "X.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, “...məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 384.0.2-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər. Beləliklə məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə nəticəyə gəlir ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 Əmili oğlunun apellyasiya şikayəti qismən təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin 28 oktyabr 2021-ci il tarixli 2(060)- 195/2021 saylı qətnaməsi qismən, “İddiaçı2 Əmili oğlunun əmlakına dəymiş maddi zərərin əvəzi olaraq 9800 (doqquz min səkkiz yüz) manat məbləğində pul vəsaitinin Cavabdeh MMC-dən tutularaq ona ödənilməsi və ümumilikdə Cavabdeh MMC-dən 10940 (on min doqquz yüz qırx) manat pul vəsaitinin tutularaq İddiaçı2 Əmili oğluna ödənilməsi hissəsində ləğv edilməli, iddia tələbi həmin hissədə qismən təmin edilməli, “İddiaçı2 Əmili oğlunun əmlakına dəymiş maddi zərərin əvəzi olaraq 15680 (on beş min altı yüz səksən) manat məbləğində pul vəsaiti, ümumilikdə Cavabdeh MMC-dən 16820 (on altı min səkkiz yüz iyirmi) manat pul vəsaiti tutularaq İddiaçı2 Əmili oğluna ödənilməli, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 384.0.2, 384.0.3, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT E T D İ: Apellyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin 28 oktyabr 2021-ci il tarixli 2(060)-195/2021 saylı qətnaməsi qismən, “İddiaçı2 Əmili oğlunun əmlakına dəymiş maddi zərərin əvəzi olaraq 9800 (doqquz min səkkiz yüz) manat məbləğində pul vəsaitinin Cavabdeh MMC-dən tutularaq ona ödənilməsi və ümumilikdə Cavabdeh MMC-dən 10940 (on min doqquz yüz qırx) manat pul vəsaitinin tutularaq İddiaçı2 Əmili oğluna ödənilməsi hissəsində ləğv edilsin. İddia tələbi həmin hissədə qismən təmin edilsin. İddiaçı2 Əmili oğlunun əmlakına dəymiş maddi zərərin əvəzi olaraq 15680 (on beş min altı yüz səksən) manat məbləğində pul vəsaiti, ümumilikdə 16820 (on altı min səkkiz yüz iyirmi) manat pul vəsaiti Cavabdeh MMC-dən tutularaq İddiaçı2 Əmili oğluna ödənilsin. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Aparılmış ekspertiza tədqiqatının dəyəri olan cəmi 50 (əlli otuz) manat məbləğində pul Cavabdeh MMC-dən tutularaq dövlət xəzinadarlığı agentliyinin Kodu 210005, VÖEN **********, Müxbir hesabı AZ41NABZO13601**********3944, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN **********, Hesab AZ34CTRE******************** hesabına köçürülsün. Qətnamə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-488/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-488/2022
19.07.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver