Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-489/2021 29.01.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Abbaslı Nahid Nəsrəddin oğlnun katibliyi ilə, İddiaçı Tofiq qızının Cavabdeh qarşı birgə nikahdan doğulmuş uşağın ananın himayəsinə qaytarılması, aliment öhdəliyindən azad edilmə və uşağın saxlanılması üçün alimentin tutulması tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(060)-107/2020 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə Sumqayıt Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(060)-107/2020 saylı qətnaməsi ilə iddia qismən təmn edilmiş, xx.xx.2003-cü ildə doğulmuş X16 oğlunun Cavabdeh alınaraq İddiaçı Tofiq qızının himayəsinə verilməsi, xx.xx.2019-cu ildən İddiaçı Tofiq qızının xx.xx.2003-cü il təvəllüdlü X16 oğlunun saxlanmasına görə aliment ödəməkdən azad olunması,xx.xx.2019-cu il tarixdən başlayaraq xx.xx.2003-cü il təvəllüdlü X16 oğlunun yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehin qazancının və (və ya) başqa gəlirlərinin 1\4 hissəsinin və 70 manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq İddiaçı Tofiq qızına verilməsi qət edilmiş, iddia qalan hissədə təmin edilməmişdir. (hakim Ə.Ələkbərov) Qətnamədən Cavabdeh apelyasiya şikayəti verərək, qətnamənin alimentin məbləği hissəsində dəyişdirilməsini xahiş etmişdir. İŞİN HALLARİ: Əlinur X11 Şəhər Məhkəməsinə müraciət edərək, birgə nikahlarından xx.xx.2003-cü ildə doğulmuş X4 Cavabdeh alınaraq onun himayəsinə verilməsi, aliment öhdəliyindən azad olunması və övladının yetkinlik yaşına çatanadək Cavabdeh hər ay aylıq qazancının ¼ -i və əlavə olaraq 100 manat sabit pul məbləğində alimentin tutulub ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Daha sonra, İddiaçı Tofiq qızı iddia tələbinin həcmini artıraraq, xx xxxxx 2003-cü ildə doğulmuş X4 və xx xxxx 2006-cı ildə doğulmuş X7 onun yanında saxlanılmaları, xx xxxxxx 2019-cu il tarixdən etibarən X4, xx xxxx 2020-ci il tarixdən isə X2 üçün aliment borcunun silinməsi və xx xxxxx 2003-cü il təvəllüdlü X4 və xx xxxx 2006-cı il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehin aylıq qazancının 1/3 hissəsində aliment tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Bundan sonra, İddiaçı Tofiq qızı iddia tələbinə dəqiqləşdirmə verərək, birgə nikahlarından xx.xx.2003-cü ildə doğulmuş X4 Cavabdeh alınaraq onun himayəsinə verilməsi, xx.xx.2003-cü il təvəllüdlü X4 xx.xx.2019-cu ildən onun yanında qaldığından həmin tarixdən aliment öhdəliyindən azad olunması və övladının yetkinlik yaşına çatanadək Cavabdeh hər ay aylıq qazancının ¼ -i və əlavə olaraq 100 manat sabit pul məbləğində alimentin tutulub ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı Tofiq qızı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuşlar. Birgə nikahlarından iki övladları var: xx.xx.2003-cü il təvəllüdlü X8 və xx.xx.2006-cı il təvəllüdlü X9. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(060)-2100/2017 saylı qətnaməsi ilə xx.xx.2003-cü ildə doğulmuş X8 və xx.xx.2006-cı ildə doğulmuş X5 yetkinlik yaşına çatanadək saxlanması üçün onun əmək haqqının üçdə biri hissəsi və əlavə olaraq 80 manat sabit pul məbləğində alimentin ondan tutularaq cavabdehə ödənilməsi qət edilmişdir. Oğlu 16 yaşına çatmışdır və xx.xx.2019-cu il tarixdən onunla qalır. Göstərilənlərə əsasən iddia təmin edilməlidir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı çıxarılmışdır. Ş İ K A Y Ə T İ N D Ə L İ L L Ə R İ, T Ə R Ə F L Ə R İ N İ Z A H A T L A R İ və S Ü B U T L A R İ : İş üzrə Cavabdeh apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, qət edilən alimentin məbləği işin faktiki hallarına uyğun deyildir. Birgə nikahdan doğulmuş digər uşaq hazırda da onun himayəsindədir. O, uşaqlarına olan valideynlik məsuliyyətini dərk edir. Bununla belə, ondan sabit məbləğdə aliment tutulmalıdır. Qət edilən alimentin məbləği hər ay üçün sabit olaraq 150 manat məbləğində təyin edilməlidir. Göstərilənlərə əsasən qətnamə alimentin tutulması hissəsində dəyişdirilməli, ondan xx.xx.2003-cü il təvəllüdlü X16 oğlunun yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay sabit məbləğdə 150 manat alimentin tutulması barədə yeni qətnamə qəbul edilməlidir. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə, məhkəmə işə baxmağa haqlıdır. Qeyd olunan hüquq normasını əsas götürərək məhkəmə kollegiyası işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə görə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. İş materiallarında olan Sumqayıt şəhər qeydiyyat şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin notariusda təsdiq olunmuş surətindən görünür ki, tərəflərin birgə nikahlarından xx.xx.2003-cü ildə X8 adlı övladları vardır. Yenə iş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-2188/2014 saylı, xx xxxxxx 2014-cü il tarixli qətnaməsinin surətindən görünür ki, xx.xx.2003-cü il təvəllüdlü X8 atası Cavabdeh himayəsinə verilmişdir. Yenə də iş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-121/2017 saylı, xx xxxxxx 2017-ci il tarixli qətnaməsinin surətindən görünür ki, xx.xx.2006-cı il təvəllüdlü X5 atası Cavabdeh himayəsinə verilməsi qət edilmişdir. İşdə olan Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(105)- 1881/2017 saylı qətnaməsinin surətindən görünür ki, xx.xx.2006-cı il təvəllüdlü X5 atası Cavabdeh himayəsində olması faktı müəyyən edilmişdir. Yenə işdə olan Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-2178/2019 saylı, xx xxxx 2019-cu il tarixli qətnaməsindən görünür ki, Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(105)-2100/2017 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək xx.xx.2003-cü il təvəllüdlü X4 və xx.xx.2006-cı il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanması üçün iki uşağa görə İddiaçı Tofiq qızının əmək haqqının üçdə bir hissəsi miqdarında və əlavə olaraq 80 manat sabit pul məbləğində alimentin İddiaçı Tofiq qızından tutularaq Cavabdeh verilməsi qət edilmişdir. İşə əlavə edilmiş Azərbaycan Respublikası Təhsil Nazirliyi Sumqayıt şəhər 42 nömrəli tam orta məktəbin verdiyi xx xxxxxx 2020-ci il tarixli, 165 nömrəli arayışdan görünür ki, X3 şəhər 42 nömrəli tam orta məktəbdən valideynin ərizəsi ilə xx.xx.2019-cu ildə başqa məktəbə yerdəyişmə edilmişdir. Mülki iş materiallarına əlavə edilmiş X4 xx xxxxxx 2020-ci il tarixli ərizəsindən görünür ki, 2019-cu ilin fevral ayından bu günədək onun zəruri xərclərini anası qarşılayır, bir müddət atasının ailəsinin yanına qonaq kimi gedib gəlmiş, xx xxxxxx 2019-cu il tarixdən isə atasının ailəsi ilə heç bir əlaqəsi olmamışdır İşdə olan Cavabdeh xx xxxxxx 2020-ci il tarixli ərizəsindən görünür ki, xx.xx.2003cü il təvəllüdlü X8 xx xxxxxx 2019-cu il tarixdən iddiaçının yanındadır və oğlunun iddiaçının himayəsinə verilməsinə razıdır. İş materiallarında olan Azərbaycan Respublikası Təhsil Nazirliyi 1 saylı X15 Mərkəzinin verdiyi xx xxxxxx 2020-ci il tarixli, A-142/01 saylı arayışdan görünür ki, Cavabdeh Sumqayıt şəhər 42 nömrəli tam orta məktəbdə fiziki tərbiyə müəllimi işləyir və aylıq əmək haqqı 404,4 manat təşkil edir. M Ə H K Ə M Ə N İ N H Ü Q U Q İ M Ö V Q E Y İ: Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Yenə həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçinin məruzəsini, işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, apelyasiya şikayətinin dəlillərini nəzərə alıb, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayəti təmin edilməməli, hazırkı iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Uşağın himayəyə verilməsi və aliment öhdəliyindən azad olunma hissələrində qətnamədən apelyasiya şikayəti verilmədiyindən məhkəmə kollegiyası hesab edir ki, bu hissələrdə qətnamə apelyasiya araşdırmasının predmeti deyildir. Məhkəmə iclasında müəyyən edildi ki, tərəflər xx xxxxxx 2002-ci il tarixdə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuşlar. Birgə nikahlarından iki övladları vardır: xx.xx.2003-cü il təvəllüdlü X8 və xx.xx.2006-cı il təvəllüdlü X9. Nikah pozulduqdan sonra, uşaqlar atanın himayəsində qalmışlar. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(060)-2100/2017 saylı qətnaməsi ilə xx.xx.2003-cü ildə doğulmuş X8 və xx.xx.2006-cı ildə doğulmuş X5 yetkinlik yaşına çatanadək saxlanması üçün iddiaçının əmək haqqının üçdə biri hissəsi və əlavə olaraq 80 manat sabit pul məbləğində alimentin ondan tutularaq cavabdehə ödənilməsi qət edilmişdir. Lakin işin faktiki hallarından görünür ki, xx.xx.2019-cu il tarixdən X8 iddiaçının onunla qalır. Hazırda İddiaçı Tofiq qızı iddia verərək, birgə nikahlarından xx.xx.2003-cü ildə doğulmuş X4 Cavabdeh alınaraq onun himayəsinə verilməsi, xx.xx.2003-cü il təvəllüdlü X4 xx.xx.2019-cu ildən onun yanında qaldığından həmin tarixdən aliment öhdəliyindən azad olunması və övladının yetkinlik yaşına çatanadək Cavabdeh hər ay aylıq qazancının ¼ -i və əlavə olaraq 100 manat sabit pul məbləğində alimentin tutulub ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Qeyd olunduğu kimi, hazırkı mərhələdə tərəflər arasında mübahisə alimentin miqdarı hissəsindədir. Belə ki, qətnamə ilə xx.xx.2019-cu il tarixdən başlayaraq xx.xx.2003-cü il təvəllüdlü X16 oğlunun yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehin qazancının və (və ya) başqa gəlirlərinin 1\4 hissəsinin və 70 manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq İddiaçı Tofiq qızına verilməsi qət edilmiş, iddiaçı bu hissədə qətnaməni mübahisələndirməmiş, lakin cavabdeh şikayətində ondan hər ay 150 manat sabit məbləğdə alimentin tutulmasını xahiş etmişdir. Mübahisə ilə bağlı məhkəmə kolegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikasının Konstitusiyasının 17-ci maddəsinini İİ-ci hissəsinə əsasən, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin İİİ hissəsinə görə analıq, atalıq, uşaqlıq qanunla qorunur. Həmin maddənin İV hissəsinə görə uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də vəzifəsidir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 3.0.4-cü maddəsinə əsasən ana və uşaqların mənafeyinin hərtərəfli müdafiəsini və hər bir uşağın xoşbəxt həyatının təmin edilməsi ailə qanunvericiliyinin ümdə vəzifələri kimi qeyd edilmişdir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən, uşaqlar barəsində dövlət siyəsəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. Həmin Qanunun 5-ci maddəsinə əsasən, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Eyni Məcəllənin 76.1 və 76.1.1-ci maddələrinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay aşağıdakı miqdarda aliment tutulur: 1 uşağa görə—qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi. Yenə həmin Məcəllənin 78-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumu haqqında” AR Qanununa əsasən 2020-ci il üzrə ölkədə yaşayış minimumu uşaqlar üçün 170 manat təşkil etmişdir. Azərbaycan Respublikası Milli Məclisinin xx xxxx 1992-ci il tarixli, 236 saylı qərarı ilə Azərbaycan Respublikasının qoşulduğu BMT-nin Baş Məclisinin xx xxxxxx 1989-cu il tarixdə qəbul edilmiş “Uşaq hüquqları haqqında” Konvensiyasının 27-ci maddəsinə əsasən, hər bir uşaq fiziki, əqli, mənəvi, əxlaqi və sosial inkişafı üçün lazımi həyat səviyyəsi hüququna malikdir. Valideyn(lər) və ya uşağı tərbiyə edən digər şəxslər uşağın inkişafı üçün lazim olan həyat şəraitini öz bacarıqları və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar. Göründüyü kimi istinad olunan qanunvericilik aktlarının əsas istiqaməti ona yönəlmişdir ki, öz uşaqlarını saxlamaq valideynlərin vəzifəsidir. Alimentin ödənilməsi onlara öz şəxsi istehlak tələbatlarının, ehtiyaclarının ödənilməsinə mane olsa belə valideynlər mənbəyindən asılı olmayaraq öz qazanclarını uşaqları ilə bölüşdürməyə borcludurlar. Mahiyyət etibarı ilə valideynlərlə uşaqların münasibətlərində aliment institutunun mövcudluğunun qanunverici tərəfindən tanınması ilk növbədə və birmənalı olaraq uşaqların mənafelərinin qorunmasına yönəlmişdir. Qeyd edildiyi kimi birinci instansiya məhkəməsi iddianı təmin edərək, xx xxxxx 2003-cü ildə anadan olmuş Əlibalanın yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay həm 70 manat sabit pul məbləğində, habelə aylıq qazancının ¼ hissəsi miqdarında alimentin tutularaq F.T.Əlinura verilməsi qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəflərin hər ikisinin maddi vəziyyətini, xx.xx.2003-cü il təvəllüdlü Əlibalanın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanılmasını nəzərə alaraq, qeyd edilən hissəvi miqdarda və sabit pul məbləğində alimentin tutulması barədə tamamilə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi aliment məbləğini müəyyən edərkən düzgün hüquqi nəticəyə gəlmişdir. İddiaçının, birgə nikahdan doğulmuş uşağın və cavabdehin mənafeləri, onların sağlamlıqları düzgün qiymətləndirilmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası hesab edir ki, tərəflərin hər birinə münasibətdə birinci instansiya məhkəməsi balanslaşdırılmış qətnamə çıxarmışdır. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Hazırki halda məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh apelyasiya şikayətinin əsaslarına dair məhkəməyə hər hansı mötəbər və legitim sübut təqdim edə bilməmişdir. Bu baxımdan, məhkəmə kollegiyası cavabdehin apelyasiya şikayətində göstərdiyi dəlilləri formal mülahizələr kimi qiymətləndirirərək hesab edir ki, bu dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Qeyd olunanlara əsasən, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, hazırki işdə məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv olunması üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyil. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini təmin etmədən saxlaya bilər. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən, apelyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu Cavabdeh özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Apelyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(060)- 107/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apelyasiya şikayətinin verilməsi üçün ödənilmiş 15,40 manat dövlət rüsumu Cavabdeh özünə aid olunsun. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəmsəddin Abasov Hakimlər: Səyyad Qafari Telman Məmmədov
Məhkəmə qərarları › İş №2(105)-489/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-489/2021
29.01.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver