Məhkəmə qərarları › İş №2(105)-499/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-499/2022

17.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-499/2022 17.03.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri: Məmmədov Telman Qədir oğlu (sədrlik edən, məruzəçi hakim), Abasov Şəmsəddin Rizalı oğlu və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X3, Cavabdeh iştirakı ilə açıq məhkəmə iclasında Sumqayıt Şəhər Məhkəməsinin 20 noyabr 2020-ci il tarixli, 2(060)-3981/2020 saylı qətnaməsindən Cavabdeh apellyasiya şikayətinə əsasən işə apellyasiya qaydasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Sumqayıt Şəhər Məhkəməsinin 20 noyabr 2020-ci il tarixli, 2(060)-3981/2020 saylı qətnaməsi ilə (sədrlik edən, hakim Rəşad Qoşqarlı) iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı subroqasiya qaydasında pulun tutulması tələbinə dair iddiası təmin edilmiş, Cavabdeh X5 təqsirindən baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində 3-cü şəxslərin sağlamlığına dəymiş zərərə görə ödənilmiş 7 250 manat, 3-cü şəxsin əmlakına dəymiş zərərə görə ödənilmiş 5000 manat sığorta ödənişi və ödənilmiş 30 manat dövlət rüsumu, cəmi 12280 manat məbləğinin "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi qət edilmiş, cavabdeh qətnamədən apellyasiya şikayəti vermişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 03.05.2021-ci il tarixli, 2(105)-1583/2021 saylı qətnaməsi ilə Cavabdeh apellyasiya şikayəti təmin edilməmiş, Sumqayıt Şəhər Məhkəməsinin iş üzrə 20 noyabr 2020-ci il tarixli, 2(060)-3981/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh qətnamədən kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 17.11.2021-ci il tarixli, 2(102)-4406/2021 saylı qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-1583/2021 nömrəli iş üzrə 03 may 2021-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş yeni apellyasiya baxışına göndərilmişdir. İŞİN HALLARİ: Mülki işin materiallarından görünür ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti iddia ilə məhkəməyə müraciət edərək cəmiyyətdə sığortalanmış “Mercedes” markalı, **-Cİ-*** dövlət nömrə nişanlı avtomobilin sürücüsü X5 təqsirindən baş vermiş, yol nəqliyyat hadisəsi nəticəsində 3-cü şəxslərin sağlamlığına dəymiş zərərə görə ödənilmiş 7250 manat, 3-cü şəxsin əmlakına dəymiş zərərə görə ödənilmiş 5000 manat sığorta ödənişi və ödənilmiş 30 manat dövlət rüsumu, cəmi 12280 manat məbləğinin Cavabdeh cəmiyyətin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmiş və tələbini onunla əsaslandırmışdır ki, “Mercedes” markalı, **-Cİ-*** dövlət qeydiyyat nişanlı avtomobil sahibi Mustafayev Rakit Nadir oğlu tərəfindən AC 117464 nömrəli şəhadətnamə ilə 26.01.2014cü il tarixdən 25.01.2015-ci il tarixədək “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” ilə sığortalanmışdır. 18.08.2014-cü il tarixdə həmin avtomobili idarə etmək hüququ olmadan X2 rayonu ərazisində avtomobili idarə edərkən yol hərəkəti qaydalarını pozmuş, “Mercedes Vita” markalı, **-HA-*** dövlət nömrə nişanlı avtomobillə toqquşmuş, nəticədə özü və “Mercedes Vita” markalı, **-HA-*** dövlət nömrə nişanlı avtomobildə olan sərnişin ölmüş, 2 sərnişin isə xəsarət almışdır. Qeyd olunan yol nəqliyyat hadisəsində icbari sığorta olunmuş avtomobili idarə edən X5 təqsiri olması Yasamal rayon Prokurorluğunun cinayət işi üzrə icraata xitam verilməsi haqqında 27.10.2014-cti il tarixli qərarı ilə təsdiqlənmişdir. Sığorta müqaviləsi və 4539/CML- 4134/2014-1 sığorta aktına əsasən cəmiyyət tərəfindən sığorta hadisəsi nəticəsində ölmüş 3-cü şəxs X1 ailəsinə 5000 manat, ağır xəsarət almış X6 1.500 manat, yüngül xəsarət almış Ələkbərova Aybəniz Ağa qızına 750 manat, zərərə uğramış “Mercedes Vita” markalı, **-HA-*** dövlət nömrə nişanlı avtomobilin sahibi X10 5000 manat, cəmi 12250 manat sığorta ödənişi ödənilmişdir. Cəmiyyət “Mercedes” markalı, **-Cİ-*** dövlət qeydiyyat nişanlı avtomobil sahibi Mustafayev Rakit Nadir oğluna qarşı subroqasiya qaydasında Sumqayıt Şəhər Məhkəməsinə iddia verərək, üçüncü şəxslərə icbari sığortaya görə ödənilmiş 12250 manat pulun Rakit Mustafayevdən tutularaq cəmiyyətə verilməsini xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 17 oktyabr 2016-cı il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, cavabdeh Mustafayev Rakit Nadir oğlundan 12250 manat məbləğində pulun tutularaq cəmiyyətə ödənilməsi qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 19 sentyabr 2017-ci il tarixli qətnaməsi ilə Mustafayev Rakit Nadir oğlunun apellyasiya şikayəti təmin olunmamış, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 12836/2016 saylı, 17 oktyabr 2016-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 08 fevral 2018-ci il tarixli qərarı ilə cavabdeh Mustafayev Rakit Nadir oğlunun kassasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-2448/2017 saylı, 19 sentyabr 2017-ci il tarixli qətnaməsi ləğv edilmiş və işə yenidən baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin 29 iyun 2018-ci il tarixli, 2(105)-1808 saylı qətnaməsi ilə cavabdeh Mustafayev Rakit Nadir oğlu tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmuş, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-12836/2016 saylı, 17 oktyabr 2016-cı il tarixli qətnaməsi ləğv edilmiş və iş üzrə yeni qətnamə qəbul edilmiş, cəmiyyətin iddia tələbi rədd edilmişdir. Həmin qətnamə qanuni qüvvəyə minmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin 29 iyun 2018-ci il tarixli, 2(105)-1808 saylı qətnaməsi ilə müəyyən edilmişdir ki, “Mercedes” markalı, **-Cİ-*** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi Mustafayev Rakit Nadir oğlu həmin avtomobili idarə etmək hüququ ilə etibarnamə əsasında digər şəxslərin istifadəsinə vermiş, hadisə baş verən zamanı avtomobil Cavabdeh sahibliyində olmuşdur. Bu səbəbdən avtomobilin mülkiyyətçisi Rakit Mustafayev cəmiyyətin subroqasiya qaydasında iddia tələbinə görə cavabdeh hesab oluna bilməz. “İcbari sığorta haqqında” qanunun 25.1.3-cü maddəsinə əsasən icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaramr. Cavabdeh “Mercedes” markalı, **-Cİ-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən və hadisə zamanı həlak olan Tural İbrahimovun atasıdır. Cavabdeh heç bir hüquqi əsas olmadan avtomobili Tural İbrahimovun istifadəsinə verdiyinə, həmin şəxsin törətdiyi yol nəqliyyat hadisəsi zamanı təqsirli olduğuna və cəmiyyətin zərərə görə 3-cü şəxslərə ödədiyi sığorta ödənişi üzrə hazırki tələbə görə cavabdehdir. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ, İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSİN İZAHATİ: Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamə ilə razı deyildir. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən mülki prosessual normalarının tətbiqində səhvə yol vermişdir. O, məhkəmə prosesində iştirak etməmişdir. X18 18 avqust 2014-cü il tarixdə avtonəqliyyat qəzası nəticəsində vəfat etmişdir. X18 bu avtomobili evdən götürən zaman o, xəstə olmuş və oğluna bu avtomobili idarə etmək üçün heç bir etibarnamə və sürməyə razılıq verməmişdir. İddiaçının və məhkəmənin buna dair gəldiyi qənaət tam olaraq əsassızdır. Məhkəmə tərəfindən çəkişmə prinsipi pozulmuşdur. Cavabdeh apellyasiya şikayətində qətnamənin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh apellyasiya şikayətində göstərilənlərə uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, 18.08.2014-cü il tarixdə o, “Abşeron” sanatoriyasında olaraq şəkərli diabet diaqnozu ilə müalicədə olmuşdur, onun xəbəri və razılığı olmadan X18 “Mercedes Benz-200” markalı, ** CJ *** dövlət qeydiyyat nişanlı avtomobil idarə edərkən yol nəqliyyat hadisəsi baş vermişdir. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etmədiyindən, məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən onun nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iş üzrə yeni qətnamə qəbul edilərək iddia təmin edilməməlidir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən, maddi və prosessual hüquq normalarına düzgün riayət edilib, edilməməsinə hüquqi qiymət verilməlidir. İş materiallarından görünür ki, “Mercedes Benz-200” markalı, ** CJ *** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi 06 mart 2013-cü il tarixdən Mustafayev Rakit Nadir oğlu olmuş və həmin avtomobilə dair 03.07.2014-cü il tarixdən 15.05.2015-ci il tarixədək olan müddət üçün Cavabdeh etibarnamə vermişdir. İş materiallarında olan 25 noyabr 2014-cü il tarixli, 4539/CML-4134/2014 saylı sığorta aktının surətindən görünür ki, 26.01.2014-cü il tarixdən 25.01.2015-ci il tarixə qədər AC 117464 nömrəli şəhadətnamə ilə "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” ilə sığortalanmış Mustafayev Rakit Nadir oğluna məxsus “Mercedes Benz-200” markalı, ** CJ *** dövlət qeydiyyat nişanlı avtomobil əmlaka vurulan zərərə görə 5000 manat, səhhətə vurulan zərərə görə 50000 məbləğində sığortalanmış, 18.08.2014-cü il tarixdə Bakı şəhəri Yasamal rayonunda sığorta hadisəsi baş vermiş, sığortalanmış avtonəqliyyat vasitəsi digər avtomobillə toqquşmuş, hadisə nəticəsində sağlamlığına vurulan yüngül zərər görə X15 qızına 750 manat, Ələkbərov Vüsal Azər oğluna məxsus “X19-CDİ” markalı, **-HA- *** dövlət nömrə nişanlı avtomobilə 5000 manat sığorta ödənişi hesablanmışdır. İş materiallarında olan 17 dekabr 2014-cü il tarixli, 4539/CML-4134/2014-2 saylı sığorta aktının surətindən görünür ki, 26.01.2014-cü il tarixdən 25.01.2015-ci il tarixə qədər AC 117464 nömrəli şəhadətnamə ilə "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” ilə sığortalanmış Mustafayev Rakit Nadir oğluna məxsus “Mercedes Benz-200” markalı, ** CJ *** dövlət qeydiyyat nişanlı avtomobil əmlaka vurulan zərərə görə 5000 manat məbləğində sığortalanmış, 18.08.2014-cü il tarixdə Bakı şəhəri Yasamal rayonunda sığorta hadisəsi baş vermiş, sığortalanmış avtonəqliyyat vasitəsi digər avtomobillə toqquşmuş, hadisə nəticəsində sağlamlığına vurulan az ağır zərər görə X6 1500 manat sığorta ödənişi hesablanmışdır. İş materiallarında olan 8365 saylı, 25 noyabr 2014-cü il tarixli ödəniş tapşırığının surətindən görünür ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən X15 qızının hesabına 750 manat pul köçürmüşdür. İş materiallarında olan 8364 saylı, 25 noyabr 2014-cü il tarixli ödəniş tapşırığının surətindən görünür ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən Ələkbərov Vüsal Azər oğlunun hesabına 5000 manat pul köçürmüşdür. İş materiallarında olan 9074 saylı, 18 dekabr 2014-cü il tarixli ödəniş tapşırığının surətindən görünür ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən Ələkbərov Vüsal Azər oğlunun hesabına 1500 manat pul köçürmüşdür. İş materiallarından görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin 17 oktyabr 2016-cı il tarixli qətnaməsi ilə iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdeh Mustafayev Rakit Nadir oğluna qarşı subroqasiya qaydasında pul tələbinə dair iddiası təmin edilmiş, cavabdeh Mustafayev Rakit Nadir oğlundan 12250 manat məbləğində pulun tutularaq "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi, iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pulun Mustafayev Rakit Nadir oğlundan alınaraq "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-2448/2017 saylı, 19 sentyabr 2017-ci il tarixli qətnaməsi ilə Mustafayev Rakit Nadir oğlunun apellyasiya şikayəti təmin olunmamış, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-12836/2016 saylı, 17 oktyabr 2016-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 08 fevral 2018-ci il tarixli qərarı ilə cavabdeh Mustafayev Rakit Nadir oğlunun kassasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-2448/2017 saylı, 19 sentyabr 2017-ci il tarixli qətnaməsi ləğv edilmiş və işə yenidən baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir. İş materiallarında olan Sumqayıt Apellyasiya Məhkəməsinin 29 iyun 2018-ci il tarixli, 2(105)-1808/2018 saylı qətnaməsinin surətindən görünür ki, cavabdeh Mustafayev Rakit Nadir oğlunun apellyasiya şikayəti təmin edilmiş, Sumqayıt Şəhər Məhkəməsinin 17 oktyabr 2016-cı il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilmiş, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdeh Mustafayev Rakit Nadir oğluna qarşı "xxxx" Açıq Səhmdar Cəmiyyətində sığortalanmış “Mercedes” markalı, **-Cİ-*** dövlət nömrə nişanlı avtomobilin sürücüsü X5 təqsirindən baş vermiş, yol nəqliyyat hadisəsi nəticəsində 3-cü şəxslərin sağlamlığına dəymiş zərərə görə ödənilmiş 7250 manat, 3-cü şəxsin əmlakına dəymiş zərərə görə ödənilmiş 5000 manat sığorta ödənişi və ödənilmiş 30 manat dövlət rüsumu, cəmi 12 280 manat məbləğinin Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması barədə iddia tələbi rədd edilmişdir. İş materiallarında olan Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının “Kurort” Səhmdar Cəmiyyəti “Abşeron” İxtisaslaşdırılmış Mədə-bağırsaq sanatoriyasının 49 saylı, 21.05.2021-ci il tarixli arayışından görünür ki, Cavabdeh 054250 saylı yollayışla 04.08.2014-cü il tarixdən 18.08.2014-cü il tarixə qədər “Abşeron” sanatoriyasında şəkərli diabet diaqnozu ilə qalmış və müalicə almışdır. İşdən görünür ki, kassasiya instansiyası məhkəməsi öz qərarı ilə apellyasiya instansiyası məhkəməsinin qətnaməsini ləğv edərkən, apellyasiya instansiyası məhkəməsinin iş materiallarındakı məlumatları (faktiki halları) və hüquq normalarını sadalamaqla kifayətlənməsinə, həmin normaların dispozisiya şərtlərinin işin hallarına uyğunluğunu, habelə cavabdehin dəlilləri üzrə gəldikləri qənaəti əsaslandırmamasına istinad etmişdir. Azərbaycan Respublikası MPM-nin 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Azərbaycan Respublikası MM-nin 163.1-ci maddəsinə əsasən sahiblik əşyanın özünün verilməsi ilə verilir. Əvvəlki sahibin iradəsi ilə əldə edən əşyaya faktik sahibliyi həyata keçirməyə qadir olduqda verilmə baş tutur. Həmin Məcəllənin 732-ci maddəsinə əsasən əvəzsiz istifadə müqaviləsinə görə, hər hansı əşyanı kirayəyə verən onu kirayəçinin istifadəsinə verməyi öhdəsinə götürür, kirayəçi isə həmin əşyanı kirayəyə verənə qaytarmağı öhdəsinə götürür, özü də bu öhdəlikləri iştirakçılar əvəzsiz icra etməlidirlər. Azərbaycan Respublikası MM-nin 21.1 və 21.2-ci maddələrinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüqüqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkmişə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Həmin Məcəllənin 936.1 və 936.2-ci maddələrinə görə subroqasiya hüququ sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. “İcbari sığortalar haqqında” qanunun 25.1-ci maddəsinə əsasən sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ aşağıda göstərilən hallarda yaranır: Həmin Qanunun 25.1.3-cü maddəsinə əsasən icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. İddia ərizəsindən görünür ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti subroqasiya tələbinin faktiki əsası kimi Cavabdeh avtomobili hüquqi əsas olmadan Tural İbrahimovun istifadəsinə verməsinə, qanuni əsası kimi “İcbari sığortalar haqqında” qanunun 25.1.3-cü maddəsinə istinad edir. “İcbari sığortalar haqqında” qanunun 25.1.3-cü maddəsinə görə icbari sığorta şəhadətnaməsində göstərilən əşya, hüququ olmayan şəxs tərəfindən istismar edildikdə subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Sığortalının və ya sığorta olunanın bu barədə məlumatlı olmağa borclu olduğu hallar isə istisnadır. Azərbaycan Respublikası MM-nin 1108.2-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. Həmin normaya görə, yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. “İcbari sığortalar haqqında” qanunun 25.1.3-cü maddəsindəki şərtləri Azərbaycan Respublikası MM-in 1108.2-ci maddəsinin şərtləri ilə eyni kontekstdə qiymətləndirdikdə bu nəticə hasil olur ki, subroqasiya tələbinin təmin olunması üçün şəxsin əşyaya sahibliyi və istifadəsi qanunsuz (hüquqa zidd) olmalı, habelə əşyanın sığortalının və ya sığorta olunanın sahibliyindən hüquqa zidd götürülməsində onların təqsiri olmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, avtomobilin icbari sığortası ilə bağlı mübahisələr üzrə şəxsin əşyaya sahiblik və istifadəsinin qanuniliyi qiymətləndirilərkən avtomobili sürmək üçün notarial etibarnamənin olmaması meyar kimi qəbul edilə bilməz. Çünki, belə sənədin yoxluğu, mövcud qanunvericiliyə görə inzibati xəta münasibətlərində məsuliyyətə səbəb olsa da, sığorta münasibətləri baxımından bu hal şəxsin avtomobili istifadə etmək hüququ olmayan sayılmasına əsas vermir. “İcbari sığortalar haqqında” qanunun 25.1.3-cü maddəsi yazılı etibarnamənin deyil, əşyadan istifadə hüququnun olmamasını nəzərdə tutur. Şəxsin əşyaya sahiblik və istifadə hüququnun olub-olmaması mülki hüquq normaları ilə müəyyən olunur. Mülki qanunvericilikdə isə əşyaya sahiblik və ya istifadənin qanunsuz sayılması üçün onun mülkiyyətçinin və ya digər sahibin əlindən iradəsi xaricində (iradəsinə zidd şəkildə) çıxması lazımdır. Başqa sözlə, əgər şəxs əşyanı iradəsinə uyğun digərinin sahibliyinə və ya istifadəsinə (əşya üzərindəki faktiki hakimiyyəti təmin edən əməli idarəçiliyinə) verirsə, sahiblik qanuni şəkildə verilmiş sayılır, istifadə hüququ da əmələ gəlir. Bu kimi hüquqi əməliyyatların etibarlı şəkildə baş tutması üçün yazılı (notarial) etibarnamə qanunda məcburi şərt kimi nəzərdə tutulmamışdır. Azərbaycan Respublikası MM-nin 163.1-ci maddəsinə görə sahiblik əşyanın özünün verilməsi ilə verilir. Avtomobilin əvvəlki sahibin iradəsi ilə əldə edən əşyaya faktik sahibliyi həyata keçirməyə qadir olduqda verilmə baş tutur. Eyni qayda avtomobildən əvəzsiz istifadə edən şəxslər arasındakı münasibətlərdə də keçərlidir. Azərbaycan Respublikası MM-nin 732-ci maddəsinə görə əşyanı kirayəyə verənin onu kirayəçinin istifadəsinə verməsi üçün yazılı bir etibarnamə tərtibləməsi tələb olunmur. Göründüyü kimi, əşya (o cümlədən avtomobil) sahibinin iradəsinə zidd şəkildə götürülmədikdə, belə sahiblik və istifadə mülki hüquqi baxımdan qanunsuz sayılmır, həmin şəxs əşyadan istifadə etmək hüququ olmayan hesab edilmir. Başqa hüquq münasibətlərinə aid olan tələblər (məsələn, yol hərəkəti qaydalarını tənzimləyən normalara görə tələb edilən etibarnamə) mülki hüquq münasibətləri çərçivəsində şəxsin əşyaya sahibliyinin və ya ondan istifadəsinin qanuniliyinin müəyyənləşdirilməsi üçün meyar ola bilməz. Çünki, həmin qaydanın tənzimləmə məqsədi mülki hüquq münasibətlərinə aid olmayan (məsələn, yol hərəkəti iştirakçısı olan sürücü ilə yol polisi arasındakı) münasibətləri nizama salmaqdır. İşin müəyyən edilmiş hallarından görünür ki, Cavabdeh 04.08.2014-cü il tarixdən 18.08.2014-cü il tarixə qədər “Abşeron” sanatoriyasında şəkərli diabet diaqnozu ilə müalicə almış, onun xəbəri və razılığı olmadan “Mercedes Benz-200” markalı, ** CJ *** dövlət qeydiyyat nişanlı avtomobil X18 tərəfindən idarə olunarkən yol nəqliyyat hadisəsi baş vermişdir. Birinci instansiyası məhkəməsi işin qeyd edilən hallarını nəzərə almamış, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmişdir. Azərbaycan Respublikası MPM-nin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1.1-ci və 385.1.4-cü maddələrinə görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi əsasdır. Həmin Məcəllənin 390-cu maddəsinə əsasən məhkəmənin qətnamədə göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o halda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur. Beləliklə, məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən işə əlavə edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verib, hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT E T D İ: Cavabdeh apellyasiya şikayəti təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin 20 noyabr 2020-ci il tarixli, 2(060)-3981/2020 saylı qətnaməsi ləğv edilsin, iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı subroqasiya qaydasında pulun tutulması tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər, qətnamədən kassasiya şikayəti verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar