Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-503/2024 01.02.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Dəmirov İlqar Kamal oğlu, hakimlər Məmmədov Fuad Əli oğlu və X2 ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı «alimentin təyin edilməsi» tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-6091/2023 nömrəli, 20 dekabr 2023-cü il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «alimentin təyin edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, məhkəmədən xx.xx.2023-cü il təvəllüdlü X7 oğlunun yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 220 manat sabit pul məbləğində aliment və xx.xx.2023-cü il təvəllüdlü X7 oğlunun 3 yaşı tamam olana kimi ayda 50 manat maddi yardım, mediasiya təşkilatına ödənilmiş 50 manat pulun Cavabdeh tutularaq anası İddiaçı verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı «atalığın müəyyən edilməsi» tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, məhkəmədən onun xx.xx.2023-cü il təvəllüdlü X5 atası olmadığının müəyyən olunması, həmçinin mediasiya üçün ödədiyi 50 manat və dövlət rüsumu kimi ödənilən 50 manat rüsumun da cavabdehə aid edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə mülki iş üzrə məhkəmə genetik ekspertizasının rəyinin alınması ilə bağlı ekspertiza təyin edilərək ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X1 həvalə edilmiş, iş üzrə icraat ekspert rəyi alınanadək dayandırılmışdır. Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 məhkəməyə elektron ərizə ilə müraciət edərək, ekspertizanın keçirilməsindən imtina etdiklərini, qarşılıqlı iddia ərizəsini geri götürəcəklərini bildirmiş, ona görə də iş üzrə icraatın təzələnməsini məhkəmədən xahiş etmiş, xx.xx.2023cü il tarixində Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və X3 X8 xx.xx.2023-cü il tarixli, 9/1079 saylı məktubu məhkəməyə daxil olmuş, Sumqayıt Şəhər Məhkəməsinin e2(060)- 6091/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə ilkin iddia üzrə İddiaçı Cavabdeh qarşı «alimentin təyin edilməsi» tələbinə dair ilkin, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı «atalığın müəyyən edilməsi» tələbinə dair iddiası üzrə mülki işin icraatının təzələnməsi qərara alınmışdır. Sumqayıt Şəhər Məhkəməsinin e-2(060)-6091/2023 saylı, 20 dekabr 2023-cü il tarixli qərardadı ilə Cavabdeh İddiaçı qarşı «atalığın müəyyən edilməsi» tələbinə dair qarşılıqlı iddia ərizəsinin geri qaytarılması qərara alınmışdır. Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 xx.xx.2023-cü il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək, iddiaçının Kəlbəcər rayonu, cavabdehin isə Bərdə rayonuna qeydiyyatda olduğunu bildirmişdir. Ona görə də hesab etmişdir ki, işə Sumqayıt Şəhər Məhkəməsində baxıla bilməz. İşin aidiyyatı üzrə göndərilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin e-2(060)-6091/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə İddiaçı Cavabdeh qarşı “alimentin təyin edilməsi” tələbinə dair mülki işin ərazi aidiyyatı üzrə Kəlbəcər Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır (hakim Aynur Behbudova). İddiaçı nümayəndəsi və vəkili Vəkil1 həmin qərardaddan şikayət verərək, şikayətinin təmin edilməsi, Sumqayıt Şəhər Məhkəməsinin 20 dekabr 2023-cü il tarixli, e-2(060)- 6091/2023 saylı qərardadının ləğv edilməsi barədə qərardad qəbul edilməsini, əks təqdirdə şikayətin mülki işlə birlikdə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, cavabdehə qarşı aliment tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2023-cü il təvəllüdlü X5 atası olmadığının müəyyən olunmasını xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə genetik ekspertiza rəyinin alınması ilə bağlı ekspertiza təyin edilmiş və ekspertizanın keçirilməsi Azərbaycan Respublikası SN MTEPAB-nə həvalə edilmişdir. Cavabdeh ərizə ilə məhkəməyə müraciət edərək ekspertiza keçirilməsindən imtina etmiş və ərizənin qeri qaytarılmasını xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə qarşılıqlı iddia ərizəsinin geri qaytarılması qərara alınmışdır. Cavabdeh vəkili və nümayəndəsi Vəkil2 xx.xx.2023-cü il tarixli ərizə ilə məhkəməyə müraciət edərək iddiaçının Kəlbəcər, cavabdehin isə Bərdə rayononda qeydiyyatda olduğunu bildirərək işin aidiyyat üzrə göndərilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə ərizə təmin edilmişdir. Məhkəmənin qərardadda göstərdiyi dəlillərlə razı deyillər. Məhkəmə qarşılıqlı iddia ərizəsinin qeri qaytarılmasına dair xx.xx.2023-cü il tarixli qərardadından dərhal sonra 2-ci işin aidiyyat üzrə göndərilməsi barədə qərardad qəbul etdiyindən onu şikayət vermə hüququndan məhrum etmişdir. İddiaçı Kəlbəcər rayonunda qeydiyyatda olsa da, faktiki Sumqayıt şəhərində yaşayır. Prosessual normanın tələbinə görə aliment tələb edən iddiaçı iddianı qeydiyyatda olduğu yerə görə deyil, özünün yaşadığı yerə görə də verə bilər. O, Kəlbəcər rayonunda, cavabdeh Bərdə rayonunda qeydiyyatda olsalar da, faktiki Sumqayıt şəhərində yaşayırlar. İddiaçı məhkəməyə Sumqayıt şərərində yaşamağı barədə arayış təqdim etmişdir. Lakin məhkəmə arayışa qiymət verməmişdir. Sumqayıt Şəhər Məhkəməsinin e-2(060)-6091/2023 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə şikayətin təmin edilməməsi, İddiaçı nümayəndəsi və vəkili Vəkil1 Sumqayıt Şəhər Məhkəməsinin e-2(060)-6091/2023 saylı, 20 dekabr 2023-cü il tarixli qərardadından verdiyi şikayətin mülki işlə birlikdə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır (hakim Aynur Behbudova). Sumqayıt Apellyasiya Məhkəməsi tərəfindən şikayət mümkün sayılaraq yazılı icraata qəbul edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-6091/2023 nömrəli, 20 dekabr 2023-cü il tarixli qərardadı ləğv edilməli, İddiaçı Cavabdeh qarşı «alimentin təyin edilməsi» tələbinə dair mülki iş mahiyyəti üzrə baxılması üçün Sumqayıt Şəhər Məhkəməsinə qaytarılmalıdır. Birinci instansiya məhkəməsi qənaətini onunla əsaslandırmışdır ki, iş materialarında olan AZEMİS-dən əldə edilmiş çıxarışdan görünür ki, hazırda İddiaçı rəsmi qaydada ünvan 1i ünvanında qeydiyyatdadır. İddiaçı rəsmi qaydada qeydiyyatının ünvan 1i ünvanı olması səbəbindən və onun hal-hazırda Sumqayıt şəhərində daimi yaşaması təsdiq edilmədiyindən (Qaçqınların və X4 üzrə Dövlət Komitəsinin arayışı), müvafiq icra hakimiyyəti orqanının məlumatı olmadığı səbəbindən mülki iş aidiyyatı üzrə Kəlbəcər Rayon Məhkəməsinə göndərilməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi bu nəticəni qanuni və əsaslı hesab etmir. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsinin bu Məcəllənin tələblərinə riayət edilməklə verilməsi yoxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 40.1-ci maddəsinə əsasən ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir. Məhkəmə kollegiyası qeyd edir ki, iş materallarında olan 5 saylı MKS-nın 586 saylı, xx.xx.2023-cü il tarixli arayışından görünür ki, İddiaçı faktiki Sumqayıt şəhəri, 1-ci mkr., ev 7/10, mənzil 28 ünvanında məcburi köçkün kimi məskunlaşmışdır. Bundan əlavə iş materiallarına əlavə edilmiş seriya AA395160№li (i/v 99) məcburi köçkün vəsiqəsinə və həmçinin Azərbaycan Respublikası Qaçqınların və X4 üzrə Dövlət Komitəsinin Sumqayıt şəhəri üzrə bölməsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışla (i/v 101) təsdiq olunur ki, İddiaçı hal-hazırda Sumqayıt şəhərində müvəqqəti məskunlaşmışdır. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh Şükürova X6 rayonundan məcburi köçkün olmaqla rəsmi olaraq məskunlaşdığı ünvan (ünvan 4n, iddia ərizəsi aidiyyət qaydalarına riayət edilməklə verilsə də, məhkəmə iddia ərizəsi və ona əlavə olunmuş sənədləri geri qaytararkən düzgün nəticəyə gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 36.3-cü maddəsinə əsasən alimentin alınması və atalığın müəyyən edilməsi haqqında iddialar iddiaçı tərəfindən özünün yaşadığı yerə görə də verilə bilər. Beləliklə də, yuxarıda təsvir olunanlara əsasən məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən iş üzrə çıxarılmış qərardad ləğv edilməklə mülki iş mahiyyəti üzrə baxılması üçün birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Azərbaycan Respublikası MPM-nin 398-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək; qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək; qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək, qərardaddan verilmiş şikayətdən imtina olunduqda, apellyasiya icraatına xitam vermək. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 399-cu maddəsinə əsasən birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhəkəməsi üçün məcburidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 395-396, 397.2, 398, 400 və 402.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş şikayət təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-6091/2023 nömrəli, 20 dekabr 2023-cü il tarixli qərardadı ləğv edilsin. İddiaçı Cavabdeh qarşı «alimentin təyin edilməsi» tələbinə dair mülki iş mahiyyəti üzrə baxılması üçün Sumqayıt Şəhər Məhkəməsinə qaytarılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(105)-503/2024
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-503/2024
01.02.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver