Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-523/2021 26.07.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ X17 Tağızadənin sədrliyi və məruzəsi, X6 Məmmədova və Telman Osman oğlu Quliyevdən ibarət tərkibdə, Rəsul Yasər oğlu Məmmədovun katibliyi, İddiaçının nümayəndəsi: X4 iştirakı ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh, X3, X9, X10 və X11 qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 25 sentyabr 2020ci il tarixli qətnaməsindən Cavabdeh və M.Q.Nuriyev tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: Sumqayıt Şəhər Məhkəməsinin 25 sentyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakim R.N.Qoşqarlı) iddianın qismən təmin edilməsi, Cavabdeh və X1 müştərək qaydada 003R********** saylı kredit müqaviləsi üzrə 13951 (on üç min doqquz yüz əlli bir) ABŞ dolları 71 (yetmiş bir) sent məbləğində əsas, 15716 (on beş min yeddi yüz on altı) ABŞ dolları 65 (altmış beş) sent məbləğində faiz və 1413 (bir min dörd yüz on üç) ABŞ dolları 76 (yetmiş altı) sent məbləğində cərimə borcu olmaqla, cəmi 31082 (otuz bir min səksən iki) ABŞ dolları 12 (on iki) sent məbləğində borc ödəniləcək günə manat ilə məzənnəsi hesablanmaqla İddiaçı QSC-nin xeyrinə tutulması, tutma Cavabdeh məxsus Sumqayıt şəhəri, 11-ci mikrorayonda yerləşən 4 nömrəli evin 40 saylı mənzilinə yönəldilməsi, Sumqayıt şəhəri, 11-ci mikrorayonda yerləşən 4 nömrəli evin 40 saylı mənzilin ilkin satış qiyməti 25146 (iyirmi beş min yüz qırx altı) manat 45 (qırx beş) qəpik müəyyən edilməsi, mənzil açıq hərracdan satılması və onların satışından əldə edilən pul vəsaiti hesabına hərracın keçirilməsi xərcləri çıxıldıqdan sonra 31082 (otuz bir min səksən iki) ABŞ dolları 12 (on iki) sent məbləğində borc məbləğində pulun iddiaçıya ödənilməsi, ipoteka predmeti satıldıqdan sonra cavabdehlər Cavabdeh, X7, X8 və X12 mənzildən çıxarılması və mənzilin məcburi qaydada boşaldılması, iddianın qalan hissədə təmin olunmaması, iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat məbləğində pul, ipoteka predmetinə tutma yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 (on) manat dövlət rüsumu və 20 (iyirmi) manat xidmət haqqının cavabdehlər Cavabdeh və X1 müştərək qaydada iddiaçının xeyrinə tutulması qət edilmişdir. İ Ş İ N H A L L A R İ: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh və X1 müştərək qaydada İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə 003R********** saylı kredit razılaşması üzrə 13951.71 ABŞ Dolları məbləğində kredit borcu, 15716.65 ABŞ Dolları məbləğində faiz borcu və 14137.36 ABŞ Dolları məbləğində cərimə borcu olmaqla ümumilikdə, cəmi 43805 (qırx üç min səkkiz yüz beş) ABŞ Dolları 72 (yetmiş iki) sent məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, ipoteka predmeti olan əmlaklara tutma yönəldilməsi üçün ödənilmiş 10 manat rüsumun və 20 manat xidmət haqqının tutulması, tutmanın Cavabdeh məxsus Sumqayıt şəhəri, 11-ci mikrorayonda yerləşən 4 nömrəli evin 40 saylı mənzilinə yönəldilməsi, həmin mənzilin açıq hərracdan satılması, hərracdan satış hesabına əldə olunmuş vəsaitdən 43805 (qırx üç min səkkiz yüz beş) ABŞ Dolları 72 (yetmiş iki) sent borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat dövlət rüsumunun, ipoteka predmeti olan əmlaklara tutma yönəldilməsi üçün ödənilmiş 10-manat rüsum və 20 manat xidmət haqqının AccessBank QSC-nin xeyrinə ödənilməsi, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin Cavabdeh və X1 müştərək qaydada tutulması, Sumqayıt şəhəri, 11-ci mikrorayonda yerləşən 4 nömrəli evin 40 saylı mənzilinə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh, E.R.Əliyevanın, K.Cavabdehanın və F.Cavabdehanın həmin əmlakdan çıxarılması, əmlakın boşaldılması, hərracın nəticələri üzrə alıcıya təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh İddiaçı QSC ilə bağladığı 06.11.2007-ci il tarixli 03L000000276 saylı kredit xətti müqaviləsinə əsasən 60 (altmış) ay müddətinə 70000 (yetmiş min) ABŞ Dolları məbləğində kredit xətti açılmışdır. Bu müqaviləyə əsasən cavabdehə veriləcək məbləğ və müddət ayrıca olaraq Kredit razılaşması ilə müəyyən olunur. Tərəflər arasında bağlanmış 29.12.2010-cu il tarixli 276 saylı sazişə əsasən kredit xəttinin müddəti artırılaraq 157 (yüz əlli yeddi) ay kredit xəttinin məbləği isə artırılaraq 150000 (yüz əlli min) ABŞ Dolları müəyyən edilmişdir. Kredit xətti müqaviləsi üzrə Cavabdeh İddiaçı QSC ilə bağladığı 14.01.2015-ci il tarixli 003R********** saylı kredit razılaşması əsasında 36 ay müddətinə, aylıq faiz dərəcəsi 1.8333% olmaqla, ödəniş planı üzrə hissəhissə qaytarmaq şərti ilə 28720 (iyirmi səkkiz min yeddi yüz iyirmi) ABŞ Dolları məbləğində kredit götürmüşdür. Tərəflərin imzaladıqları 27.03.2015-ci il tarixli 003R**********S saylı, 20.11.2015-ci il tarixli 003R**********SA saylı, 01.03.2016-cı il tarixli 003R**********SB saylı, 24.04.2017-ci il tarixli 003R**********SC saylı, 28.02.2018-ci il tarixli 003R**********SD saylı və 13.09.2018-ci il tarixli 003R**********SE saylı sazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. Cavabdeh kredit razılaşmasının 1.2-ci bəndinin tələbini pozaraq kredit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri 14.02.2019-cu il tarixdən banka qaytarmamışdır. Cavabdeh götürdüyü kredit borcundan 14768.29 ABŞ Dolları ödəmiş, onun 13951.71 ABŞ Dolları məbləğində kredit borcu qalmışdır. Cavabdeh M.Q.Nuriyev zaminlik müqaviləsinə əsasən bank qarşısında öz üzərinə məsuliyyət götürmüşdür. O, həmin zaminlik müqaviləsinin 1.1 bəndinə əsasən yuxarıda göstərilən kredit xətti müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında Cavabdeh ilə birgə məsuliyyət daşıyır və kredit xətti müqaviləsi üzrə kreditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra etməlidir. Bundan başqa Kredit xətti müqaviləsi üzrə Cavabdeh öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə İddiaçı QSC ilə bağladığı 29.12.2010-cu il tarixli 03M000000938 saylı ipoteka müqaviləsi (Sumqayıt şəhəri 3 saylı notariat kontoru tərəfindən təsdiq edilib) əsasında Sumqayıt şəhəri, 11 -ci mikrorayonda xüsusi mülkiyyətdə olan, 4 nömrəli binanın 3-cü mərtəbəsində 51.9 m2 ümumi, 32,8 m2 yaşayış, 19.1 m2 yardımçı sahədən ibarət 2 otaqlı 40 nömrəli mənzili iddiaçının xeyrinə ipoteka ilə yüklü etmişdir. Azərbaycan Respublikası ƏMDK-nin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Ərazi İdarəsi tərəfindən 130 №-li reyestr kitabının 28 №-li vərəqində qeydiyyata alınmış və MA ******* №-li çıxarışa əsasən Sumqayıt şəhəri, 11-ci mikrorayonda yerləşən 4 nömrəli evin 40 saylı mənzili A.Ə.Əliyevin kredit öhdəliklərinin icrasını təmin etmək üçün İddiaçı QSC-nin xeyrinə ipoteka ilə yüklü edilməsi qeydiyyata alınmışdır. İpoteka saxlayan İddiaçı QSC cavabdeh-ipoteka qoyan Cavabdeh “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 36.2-ci bəndində uyğun olaraq ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında 10.01.2020-ci il tarixdə bildiriş göndərilmiş, bildiriş qəbul edilmişdir. İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması haqqında ərizə Elektron Xidmətlər Portalı vasitəsi ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Ərazi İdarəsinə təqdim olunmuş və 21.01.2020-ci il tarixdə həmin idarədə qeydə alınmışdır. İddiaçı QSC ipoteka bildirişinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsində qeydiyyata alınması üçün 10 manat dövlət rüsumu və 20 manat xidmət haqqı ödəmişdir. Sumqayıt şəhəri, 11-ci mikrorayonda yerləşən 4 nömrəli evin 40 saylı mənzili İddiaçı QSC qarşısında ipoteka ilə yüklü edilərkən ipoteka qoyan Cavabdeh həyat yoldaşı E.R.Əliyeva və qızı K.Cavabdeha notariat kontoruna ərizə təqdim edərək əmlakın ipotekaya qoyulmasına razılıqlarını bildirmiş, əmlak tutma yönəldildə və satıldıqda onu qeyd şərtsiz tərk edəcəyi barədə öhdəlik götürmüşlər. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: Cavabdehlər Cavabdeh və M.Q.Nuriyev apellyasiya şikayətini onunla əsaslandırmışlar ki, birinci instansiya məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş və işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət edir. Məhkəmə tərəfindən heç bir ekspertiza keçirilmədən ondan artıqlanmasına pul tutmuşdur. İşə onların iştirakı olmadan baxılmışdır. Qətnamədə mübahisəli mənzilin dəyəri ilkin satış qiyməti 25.146, 45 manat müəyyən edilmişdir ki, bu da hazırda həmin mənzilin real bazar dəyərinə uygunsuzluq təşkil edir. Sumqayıt Şəhər Məhkəməsinin 25 sentyabr 2020-ci il tarixli 2(060)-2902/2020 saylı qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişlər. İddiaçının nümayəndəsi G.Ə.İsmayılova apellyasiya şikayətinin dəlillərini qəbul etmədi, iddia ərizəsinə uyğun izahat verdi və qətnamənin dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdi. İş üzrə cavabdehlər Cavabdeh, M.Q.Nuriyev, E.R.Əliyeva və K.Cavabdeha məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilmiş tərəfin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə məhkəmə işə baxmağa haqlıdır. Məhkəmə kollegiyası işdə iştirak edən tərəfin nümayəndəsinin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara görə apellyasiya şikayəti qismən təmin edilməlidir. H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R: İşdən görünür ki, birinci instansiya məhkəməsi qətnamə ilə iddianı qismən təmin edərkən, tərəflər arasında kredit, ipoteka, zamin müqaviləsinin olmasına və cavabdehlər tərəfindən müqavilənin şərtlərinin pozulmasına istinad etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faiz və ipoteka ilə yüklü edilmiş mənzilin dəyərində işin məhkəmə iclasında araşdırılmış sübutlara tam uyğun deyildir. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan, məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh və qeyrisinin apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən, apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduğundan, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən, maddi və prosessual hüquq normalarına düzgün riayət edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı QSC-nin “Sumqayıt” filialı ilə Cavabdeh arasında sonuncuya 60 ay müddətinə 06 noyabr 2007-ci il tarixədək 70.000 (yetmiş min) ABŞ dolları məbləğində kredit xətti açılmasına dair 06 noyabr 2007-ci il tarixli 03L000000276 №li kredit xətti müqaviləsi bağlanmışdır. Kredit xətti müqaviləsinə dəyişiklik və əlavələr edilməsi haqqında 29.10.2010-cu il tarixli 276 saylı Sazişdən görünür ki, bank ilə kredit alan arasında 06 noyabr 2007-ci il tarixdə 03L000000276 №li kredit xətti müqaviləsinin 1.1 və 1.2 bəndinə dəyişiklik və əlavələr edilməklə həmin 1.1 və 1.2 bəndi aşağıdakı redaksiyada yazılmışdır: 1.1-Bank bu müqavilə ilə müəyyən olunmuş şərtlər əsasında hissələrlə verilən kreditlər üçün kredit alana 150.000 ABŞ dolları məbləğində kredit xətti müqaviləsi açır. Kreditlər tərəflər arasında bağlanmış ayrıca razılaşma əsasında veriləcəkdir. Bu müqavilə bankın kredit vermək vədinə ifadə etmir. 1.2-Bu müqavilə və kredit razılaşmaları əsasında istənilən məbləğ 157 ay müddətinə, 06 dekabr 2020-ci il tarixdən gec olmayaraq verilməlidir. İşdə olan 06 noyabr 2007-ci il tarixli 003R********** saylı kredit razılaşmasından görünür ki, 06 noyabr 2007-ci il tarixli 03L000000276 №li kredit xətti müqaviləsinə əsasən İddiaçı QSC-nin Sumqayıt filialı tərəfindən Cavabdeh 36 ay müddətinə aylıq faiz dərəcəsi 1,8333 faiz olmaqla 28720 ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit alan bu kredit razılaşmasının ayrılmaz hissəsi olan 1 saylı əlavədə göstərilmiş ödəniş planına əsasən razılaşdırılmış tarixlərdə kredit məbləğini, ona hesablanmış faizləri ilə birlikdə banka ödəməyi öhdəsinə götürmüşdür (bənd 1.2). İş materiallarında olan İddiaçı QSC-nin “Sumqayıt” filialı ilə M.Q.Nuriyev arasında 07 may 2014-cü il tarixdə 03S000021027 №li, M.Q.Nuriyev arasında 07 may 2014-cü il tarixdə 03S000021027 №li zaminlik müqaviləsi bağlanmışdır. İşə əlavə olan İddiaçı QSC-nin “Sumqayıt” filialı ilə Cavabdeh (borclu) və (ipoteka qoyan) arasında 29 dekabr 2010-cu il tarixdə bağlanmış 03M000000938 saylı ipoteka müqaviləsindən görünür ki, İddiaçı QSC-nin “Sumqayıt” filialı ilə Cavabdeh arasında bağlanmış 06 noyabr 2007-ci il tarixli 03L000000276 №li kredit müqaviləsinin təminatı kimi Cavabdeh özünə məxsus Sumqayıt şəhəri, 11-ci mikrorayonda xüsusi mülkiyyətdə olan, 4 nömrəli binanın 3-cü mərtəbəsində 51.9 kv.m ümumi, 32,8 kv.m yaşayış, 19.1 kv.m yardımçı sahədən ibarət 2 otaqlı 40 nömrəli mənzili ipotekaya qoymuşdur (bənd 2.1). Bu müqavilənin 2.4-cü bəndinə əsasən ipoteka qoyulan əmlak tərəflərin razılığı ilə 25.146,45 manat məbləğində qiymətləndirilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş MA seriyalı ******* №li Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən “Çıxarış”ın surətindən görünür ki, Sumqayıt şəhəri, 11-ci mikrorayon, ev 4, mənzil 40 xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh adına 29.12.2010-cu il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 130 nömrəli reyestr kitabının 28 nömrəli vərəqində qeydiyyata alınmışdır. İşdə olan Azərbaycan Respublikası ƏMDK-nin yanında DƏDRX-ti Sumqayıt Şəhər Ərazi idarəsi tərəfindən verilmiş Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən MA seriyalı ******* saylı çıxarışdan görünür ki, Cavabdeh xüsusi mülkiyyətində olan Sumqayıt şəhəri, 11-ci mikrorayon, ev 4-də yerləşən 40 saylı mənzili İddiaçı QSC-də 29.12.2010-cu ildən 157 ay müddətinə ipoteka ilə yüklü edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. İddiaçı məhkəməyə müraciət etdikdə, cavabdehdən onun kredit müqaviləsi üzrə banka olan əsas borc üzrə 13951,71 ABŞ dolları, faiz borcu üzrə 15716,65 ABŞ dolları, cərimə borcu üzrə 14137,36 ABŞ dolları məbləğində borcu tələb etmişdir. İş üzrə keçirilmiş məhkəmə mühasibatlıq ekspertizasının 23 iyun 2021-ci il tarixli 9/991 saylı rəyindən müəyyən edilir ki, İddiaçı QSC ilə Cavabdeh arasında bağlanmış 14 yanvar 2015-ci il tarixli 003R********** saylı kredit razılaşması üzrə Cavabdeh 14 yanvar 2018-ci il tarixə banka olan borcu ümumilikdə 24.364,99 ABŞ dolları məbləğində müəyyən olunur. O cümlədən əsas borc üzrə 18.515,34 ABŞ dolları, faiz borcu üzrə 8.849,65 ABŞ dolları. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 743-cü maddəsinə əsasən əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. Bu hüquq həmçinin borc alanın əmlak vəziyyəti müqavilə bağlanmazdan əvvəl pisləşdikdə, borc verənə isə bu yalnız borc müqaviləsi bağlandıqdan sonra məlum olduqda da qüvvədədir. Həmin Məcəllənin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının irəli sürdüyü Cavabdeh və M.Q.Nuriyevdən müştərək qaydada 003R********** saylı kredit müqaviləsi üzrə 13951,71 ABŞ dolları kredit borcunun tutulması barədə tələb əsaslıdır. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, əsas borc hissəsində məhkəməmühasibatlıq ekspertizasının rəyi nəzərə alınmamalıdır və bu hissədə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Lakin faiz hissəsində məhkəmə kollegiyası hesab edir ki, qətnamə dəyişdirilməlidir və cavabdehlərdən müştərək qaydada 8.849,65 ABŞ dolları tutulmalıdır. Kredit müqaviləsi üzrə hesablanmış 14137,36 ABŞ dolları məbləğində dəbbə pulu isə tənasübsüz surətdə yüksəkdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsində qeyd olunmuşdur ki, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər, tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə cavabdehlərin üzərində əsas borc olaraq icra edilməmiş pul öhdəliyinin olmasını, əlavə olaraq tətbiq edilən dəbbə pulunun isə onların vəziyyətini daha ağırlaşdırdığını, habelə iddiaçının əmlak mənafelərini nəzərə alaraq hesab edir ki, 14137,36ABŞ dolları məbləğində dəbbə pulu (penya) tənasübsüz surətdə yüksəkdir, odur ki, dəbbə pulu (penya) azaldılaraq 1413,76 ABŞ dolları müəyyən edilməlidir. İş materiallarından görünür ki, İddiaçı ASC tərəfindən Cavabdeh üzərinə götürdüyü öhdəliyi yerinə yetirməməsi ilə əlaqədar ona borcun ipoteka ilə yüklü edilmiş əmlak hesabına ödənilməsi üçün məhkəməyə müraciət olunacağı barədə 10.01.2020-ci il tarixli 0260 saylı bildiriş göndərilmiş və qeyd olunan bildiriş 07.01.2011-ci il tarixdə Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Sumqayıt Ərazi İdarəsi tərəfindən qeydə alınmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 295-ci maddəsinə əsasən girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. Həmin Məcəllənin 279-cu maddəsinə əsasən əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, girov saxlayanın tələbini girov faktiki təminat məqamında malik olduğu həcmdə təmin edir. Bu tələbə həmçinin faizlər, dəbbə pulu, icranın gecikdirilməsi ilə vurulmuş zərərin əvəzinin ödənilməsi, habelə girov qoyulmuş əşyanın saxlanılması və salamatlığı üçün girov saxlayanın zəruri xərçləri və tutma xərcləri daxildir. Həmin Məcəllənin 317.1-ci maddəsinə əsasən, borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Həmin Məcəllənin 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək ücün əşyanın ipotekaya verildiyi öhdəliklərinin yerinə yetirilməsini geçikdirirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərraçdan satmaq hüququna malikdir. Borclunun ipoteka ilə təmin olunmuş öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini gecikdirildiyi hallarda daşınmaz əmlaka mülkiyyət hüququnun bilavasitə kreditora kecməsi barədə razılaşma etibarsızdır. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 34.1.1-ci maddəsinə görə əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması ipoteka predmetinə tutmanın yönəldilməsi ücün əsasdır. Həmin Qanunun 39.3.3-cü maddəsinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən, qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Tərəflər arasında bağlanmış 29 dekabr 2010-cu il tarixli ipoteka müqaviləsindən görünür ki, ipoteka ilə yüklü edilmiş əmlak 25146,45 manat məbləğində qiymətləndirilmiş, ipoteka saxlayan və ipoteka qoyan bu müqavilələri imzalamışlar. Məhkəmə kollegiyası cavabdehlərin apellyasiya şikayətində iş üzrə heç bir ekspertizanın keçirilməməsini nəzərə alıb, hesab edir ki, ipoteka ilə yüklü edilmiş ipoteka predmetinin ilkin satış qiyməti hissəsində qətnamə dəyişdirilməlidir. Belə ki, işdə olan 10 avqust 2021-ci il tarixli ipoteka predmetinin qiymətləndirilməsi barədə rəydən görünür ki, Sumqayıt şəhəri, 11-ci mikrorayon, 4 saylı binanın 3-cü mərtəbəsində yerləşən 32,8 kv.m yaşayış, 51,9 kv.m ümumi, 19,1 kv.m köməkçi sahədən ibarət 2 otaqlı 40 nömrəli mənzilin likvid dəyəri 67.500 manat təşkil edir. Məhkəmə, iddiaçının satışdan əldə olunacaq vəsaitin iddiaçının tələblərini ödəməyə kifayət etmədikdə, qalan məbləğin ümumi qaydada cavabdehlərdən tutulması barədə iddiası ilə bağlı qeyd edir ki, iddia tələbi bu hissədə qeyri-müəyyən olduğundan təmin oluna bilməz. Məhkəmə, iddiaçının satışdan əldə olunacaq vəsaitin iddiaçının tələblərini ödəməyə kifayət etmədikdə, qalan məbləğin ümumi qaydada cavabdehlərdən tutulması barədə iddiası ilə bağlı qeyd edir ki, iddia tələbi bu hissədə qeyri-müəyyən olduğundan təmin oluna bilməz. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 59.3-cü maddəsinə görə ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. Həmin Qanunun 59.4-cü maddəsinə əsasən Bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən çıxmadıqda həmin şəxslər evdən və ya mənzildən müvafiq olaraq tutmanın yönəldilməsi barədə notariusun icra qeydi və ya məhkəmə qərarı əsasında məcburi qaydada çıxarılırlar. Qanunvericiliyin qeyd olunan tələblərini nəzərə alaraq məhkəmə belə hesab edir ki, iddiaçının iddia tələbi ipoteka predmeti olan Sumqayıt şəhəri, 11-ci mikrorayonda xüsusi mülkiyyətdə olan, 4 nömrəli binanın 3-cü mərtəbəsində 51.9 kv.m ümumi, 32,8 kv.m yaşayış, 19.1 kv.m yardımçı sahədən ibarət 2 otaqlı 40 nömrəli mənzilə tutma yönəldikdə cavabdehlər Cavabdeh, E.R.Əliyevanın, K.Cavabdehanın və F.Cavabdehanın mənzildən çıxarılması və mənzilin boşaldılması hissəsində də əsaslı olduğundan təmin olunmalıdır. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pul Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə, məhkəmə kollegiyası tərəfin apellyasiya şikayətində göstərilən digər dəlilləri də araşdırıb hesab edir ki, iş üzrə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar olmadığından, qətnamə ləğv edilməməlidir, lakin iş üzrə məhkəmə qətnaməsi dəyişdirilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.3, 392, 393 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT E T D İ: Cavabdehlər Cavabdeh və X2 apellyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin bu iş üzrə 25 sentyabr 2020-ci il tarixli 2(060)- 2902/2020 saylı qətnaməsi dəyişdirilsin. Cavabdeh və X1 müştərək qaydada 003R********** saylı kredit müqaviləsi üzrə 13951 (on üç min doqquz yüz əlli bir) ABŞ dolları 71 (yetmiş bir) sent məbləğində əsas, 8.849 (səkkiz min səkkiz yüz qırx doqquz) ABŞ dolları 65 (altmış beş) sent məbləğində faiz və 1413 (bir min dörd yüz on üç) ABŞ dolları 76 (yetmiş altı) sent məbləğində cərimə borcu olmaqla, cəmi 24.215 (iyirmi dörd min iki yüz on beş) ABŞ dolları 12 (on iki) sent məbləğində borc ödəniləcək günə manat ilə məzənnəsi hesablanmaqla İddiaçı QSC-nin xeyrinə tutulsun, tutma Cavabdeh məxsus Sumqayıt şəhəri, 11-ci mikrorayonda yerləşən 4 nömrəli evin 40 saylı mənzilinə yönəldilsin, Sumqayıt şəhəri, 11-ci mikrorayonda yerləşən 4 nömrəli evin 40 saylı mənzilin ilkin satış qiyməti 67.500 (altmış yeddi min beş yüz) manat müəyyən edilsin, mənzil açıq hərracdan satılsın və onun satışından əldə edilən pul vəsaiti hesabına hərracın keçirilməsi xərcləri çıxıldıqdan sonra 24.215 (iyirmi dörd min iki yüz on beş) ABŞ dolları 12 (on iki) sent məbləğində borc məbləğində pul iddiaçıya ödənilsin, ipoteka predmeti satıldıqdan sonra cavabdehlər Cavabdeh, X13, X14 və X12 mənzildən çıxarılsınlar və mənzil məcburi qaydada boşaldılsın, iddia qalan hissədə təmin olunmasın, iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat məbləğində pul, ipoteka predmetinə tutma yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 (on) manat dövlət rüsumu və 20 (iyirmi) manat xidmət haqqı cavabdehlər Cavabdeh və X1 müştərək qaydada iddiaçının xeyrinə tutulsun. Ekspertiza tədqiqatının dəyəri olan 145 (yüz qırz beş) manat məbləğində pul Cavabdeh və X1 müştərək qaydada alınaraq SAP (XİİS) hesabı X5 kod 210005 VÖEN ********** müxbir hesab AZ41NABZ********************, SWİFT Bik: CTREAZ22 Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, AZ34CTRE******************** hesabına və iş üzrə aparılmış məhkəmə əmttəşünaslıq ekspertizasının dəyəri 500 (bez yüz) AZN manatı alınıb "xxxx" MMC-nin h/hesabı AZ06Aİİ******************** VÖEN: **********, "xxxx" ASC Sumqayıt şəhər filialı Bank kodu: 200253, Müxbir hesabı: AZ37NABZ013501**********1944 Bank VÖEN: ********** S.VV.İ.F.Tkod AİİAZ2X hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-523/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-523/2021
26.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver