Məhkəmə qərarları › İş №2(105)-528/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-528/2021

08.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Torpaq üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-528/2021 08.02.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakim Gülnarə Fikrət qızı Tağızadənin sədrliyi və məruzəsi, Hakimlər Lətifə Məhyəddin qızı Məmmədova və Telman Osman oğlu Quliyevdən ibarət tərkibdə, Zümrüd Ruslan qızı Abbaslının katibliyi, Cavabdehin nümayəndəsi: X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası DT və XK-nin Sumqayıt şəhər şöbəsinə və Sumqayıt Bələdiyyəsinə qarşı torpaq sahəsinə dair alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi, torpaq sahəsinin plan və ölçüsünün hazırlanması tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin xx xxxx 2014-cü il tarixli qətnaməsindən cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin yanında DƏDRX-nin 2 saylı X2 nümayəndəsi F.Atakişiyev tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: Sumqayıt Şəhər Məhkəməsinin xx xxxx 2014-cü il tarixli qətnaməsi ilə (hakim İ.M.Mahmudov) iddianın təmin edilməsi, Sumqayıt şəhəri, Corat bagları ərazisində yerləşən 600 kvadrat metrdən ibarət bağ torpaq sahəsi dair İddiaçı ilə cavabdeh Sumqayıt şəhər bələdiyyəsi arasında xx xxxxx 2005-ci il tarixdən etibarən bağlanmış hesab edilməklə, həmin bağ torpaq sahəsinin plan və ölçüsünün hazırlanmasının cavabdeh Azərbaycan Respublikası DT və XK-nin Sumqayıt şəhər şöbəsinə həvalə edilməsi qət edilmişdir. İ Ş İ N H A L L A R İ: İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, Sumqayıt şəhəri, Corat bağlan ərazisində yerləşən 600 kvadrat metrdən ibarət bağ torpaq sanəsinə dair onunla cavabdeh Sumqayıt şəhər bələdiyyəsi arasında xx.xx.2005-ci il tarixdən etibarən bağlanmış hesab edilməklə, həmin bağ torpaq sahəsinin plan və ölçüsünün hazırlanmasının cavabdeh AR DT və XK-nin Sumqayıt şəhər şöbəsinə həvalə edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 2004-cü ilin sonlarında faktiki istifadəsində olan Sumqayıt şəhəri, Corat bağları ərazisində yerləşən 600 kvadrat metrdən ibarət bağ torpaq sahəsini öz adına sənədləşdirmək üçün Sumqayıt şəhər bələdiyyəsinə müraciət etmiş, orada ona bildirmişlər ki, bunun üçün bələdiyyənin xəzinəsinə ******* (bir milyon beş yüz min) manat məbləğində pul köçürmək lazımdır. Məhz bundan sonra həmin torpaq sahəsinə dair alqı-satqı aktı tərtib ediləcək və müvafiq qərar əsasında torpaq onun mülkiyyətinə veriləcəkdir. Bundan sonra, o, xx xxxxx 2005-ci il tarixdə Sumqayıt şəhəri, Corat bağlan ərazisindəki 600 kvadrat metrdən ibarət bağ torpaq sahəsinin alqı-satqısı ilə əlaqədar olaraq Sumqayıt şəhər bələdiyyəsinin xəzinəsinə ******* (bir milyon beş yüz min) manat məbləğində pul köçürmüşdür. Bundan sonra, Sumqayıt bələdiyyəsi tərəfindən Sumqayıt şəhəri, Corat bağları ərazisindəki 600 kvadrat 'metrdən ibarət bağ torpaq sahəsinin onun mülkiyyətinə yerilməsi barədə alqı-satqı aktı tərtib edilməmiş və cavabdeh Azərbaycan Respublikası DT və XK-nin Sumqayıt şəhər şöbəsindən rəy alınmamış, həmçinin indiyədək qanuni istifadəsində olan bağ torpaq sahəsinin plan və ölçüsü də hazırlanmamışdır. Bütün bu sənədlərin əazır olmaması səbəbindən uzun illərdir ailəsi üçün müvafiq həyat şəraiti yaradıb qanuni şəkildə istifadə etdiyi torpaq sahəsini mülkiyyətinə keçirə bilməmişdir. Bununla bağlı hal-hazırda Sumqayıt şəhər Bələdiyyəsinə müraciət, etdikdə ona bildirilmişdir ki, bələdiyyədən torpaq sahəsini almaq istəyirsə, həmin torpaq sahəsi açıq hərraca, yaxud müsabiqəyə çıxarılmalı və o, həmin hərrac, yaxud müsabiqədə qalib gələcəyi təqdirdə istifadəsində olan torpaq sahəsini mülkiyyətinə ala bilər. Bu isə tamamilə məntiqsizdir. Belə ki, torpaq sahəsi artıq ona satılmış və buna görə bələdiyyə ondan ******* (bir milyon beş yüz min) manat məbləğində pul almışdır. Hazırda həmin bağ torpaq sahəsi ikinci dəfə ona satıla bilməz. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin yanında DƏDRXnin 2 saylı X2 nümayəndəsi F.Atakişiyev apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə tərəfindən bir çox maddi və prosessual normaların tələbləri pozulmuşdur. Daşınmaz əşyaların alqı-satqısı haqqında müqavilənin etibarlı sayılmasını mütləq iki şərtin mövcudluğu ilə əlaqələndirir. Həmin şərtlərə əməl edilməməsi daşınmaz əşyaların alqısatqısı müqaviləsinin etibarlığını şübhə altına alır. İşdən göründüyü kimi, iddia ərizəsi məhkəmə tərəfindən mümkün hesab edilmiş və icraata qəbul edilmişdir. Tərəflər arasında torpaq sahələrinə alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi ilə bağlı hər-hansı mübahisə yoxdur. Lakin məhkəmə bunları nəzərə almamışdır. Sumqayıt Şəhər Məhkəməsinin iş üzrə xx xxxx 2014-cü il tarixli 2(060)-1852/2014 saylı qətnaməsinin ləğv edilməsini və iş üzrə icraata xitam verilməsi haqqında qərardad qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin yanında DƏDRXnin 2 saylı X2 nümayəndəsi Q.H.Əliyev apellyasiya şikayətinin dəlillərini müdafiə etdi, ona oxşar izahat verdi və onun təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdi. İş üzrə İddiaçı və Sumqayıt Bələdiyyəsinin nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilmiş tərəfin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə məhkəmə işə baxmağa haqlıdır. Məhkəmə kollegiyası işdə iştirak edən tərəfin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək hesab edir ki, aşağıdakılara görə iş üzrə məhkəmə qətnaməsi ləğv olunmalı, apellyasiya şikayəti isə qismən təmin edilməlidir. H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R: İşdən görünür ki, birinci instansiya məhkəməsi qətnamə ilə iddia ərizəsini təmin edərkən, mübahisə olunan əmlakın iddiaçının sahibliyində olmasına istinad etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi bu nəticə qanunu və əsaslı olmamaqla, işin məhkəmə iclasında araşdırılmış faktiki hallarına tam uyğun deyildir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, cavabdehin nümayəndəsinin apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən, apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduğundan, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. İş materiallarına əlavə edilmiş xx.xx.2005-ci il tarixli, seriya EQG N 018243 saylı kassa mədaxil qəbzinin orderindən görünür ki, İddiaçı torpaq sahəsinin alqı-satqısı ilə bağlı Sumqayıt şəhər Bələdiyyəsinə ******* (bir milyon beş yüz min) manat pul ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 647.1-ci maddəsinin tələbinə əsasən daşınmaz əşyaların alqı-satqısı haqqında müqavilə yazılı formada bağlandıqda və notariat qaydasında təstiqləndikdə etibarlı sayılır. Göründüyü kimi, yuxarıda daşınmaz əşyaların alqı-satqısı haqqında müqavilənin etibarlı sayılmasını mütləq iki şərtin mövcudluğu ilə əlaqələndirir: yazılı formada bağlanması, notariat qaydasında təstiqlənməsi, həmin şərtlərə əməl edilməməsi daşınmaz əşyaların alqı-satqı müqaviləsinin etibarlığını şübhə altına alır. Beləliklə, daşınmaz əşyalarının alqı-satqısı haqqında müqaviləyə münasibətdə qanun birmənalı olaraq müəyyənləşdirir ki, belə əqdlərin bağlanmasının yazılı formasına riayət edilməməsi birbaşa onların etibarsızlığına səbəb olur. Qeyd edildiyi kimi, Mülki Məcəlləsinin 335.2-ci maddəsinin mənasına görə, məhkəmənin əqdi etibarlı hesab edə bilməsi üçün mövcudluğu tələb olunan zəruri hallardan biri də müqavilənin yazılı formada tərtib edilməsidir…» Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 55-ci maddəsinə əsasən hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrinin qərarları və onlarla bağlanan müqavilələr əsasında yaranır. Həmin Məcəllənin 66-cı maddəsinin 1-ci və 4-cü bəndlərinə əsasən dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, məhdudiyyətlər və servitutlar, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə digər şərtlər nəzərdə tutulur. Alqı-satqı, istifadə və icarə müqavilələrinin nümunəvi formaları qanunvericiliklə müəyyən olunmuş qaydada təstiq olunur. Birinci instansiya məhkəməsi qətnamədə Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 66.1-ci maddəsinə istinad etsə də, həmin normanın tələblərini pozaraq ərizənin təmin edilməsi barədə tamamilə qanunsuz və əsassız bir qətnamə qəbul etmişdir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68-ci maddəsinə görə torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. «Məhkəmə qətnaməsi haqqında» Azərbayjan Respublikası Ali Məhkəməsinin Plenumunun xx xxxxxx 2005-ji il tarixli 4 saylı qərarının 1-ji bəndində göstərilir ki, məhkəmə qətnaməsi mülki və iqtisad mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafeləri real bərpası təmin olunmalıdır. Hazırkı işdə göstərilən qaydaya əməl olunmamış, iş üzrə qanunsuz və əsassız qətnamə qəbul edilmişdir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində göstərilən digər dəlilləri də araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olmadığından və işdə, iş üzrə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar olduğundan, iş üzrə məhkəmə qətnaməsi ləğv edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 392 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT E T D İ: Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin yanında DƏDRXnin 2 saylı X2 nümayəndəsi Fətəli Atakişiyevin apellyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin iş üzrə xx xxxx 2014-cü il tarixli 2(060)-1852/2014 saylı qətnaməsi ləğv edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası DT və XK-nin Sumqayıt şəhər şöbəsinə və Sumqayıt Bələdiyyəsinə qarşı torpaq sahəsinə dair alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi, torpaq sahəsinin plan və ölçüsünün hazırlanması tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Gülnarə Tağızadə Hakimlər Lətifə Məmmədova Telman Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar