Məhkəmə qərarları › İş №2(105)-539/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-539/2025

12.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-539/2025 12.05.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı İddiaçı Cavabdeh2 cavabdeh İddiaçı qarşı mülki iş üzrə (Açar sözlər: pul tələbi) Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının hakimləri-Hüseynzadə Afiq Hüseyn oğlu (sədrlik edən və məruzəçi hakim), X10 və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, Cəfərova Aysel Ramiz qızının katibliyi, İddiaçı və Cavabdeh2 iştirakı ilə, Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(012)-3967/2024 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları a) Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 44500 (qırx dörd min beş yüz) manat məbləğində pulun və iddia qaldırmaq üçün dövlət nəfinə keçirdiyi 224 manat məbləğində dövlət rüsumunun, ümumilikdə 44724 cavabdehlər X3 və Cavabdeh2 alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddia onunla əsaslandırılmışdır ki, Cavabdeh1 tamah niyyəti ilə onun etibarından sui-istifadə edərək, ona ünvan 1 ünvanında yerləşən özünə məxsus olmayan torpaq sahəsini, həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evi ilə birlikdə satacağına dair yalandan vəd verib aldadaraq inandırmış, bu məqsədlə ondan Abşeron rayonu, Xırdalan şəhəri, Xəzinə şadlıq sarayının yaxınlığında yerləşən X1 işlətdiyi ofisdə 25 noyabr 2021-ci il tarixdə saat 15 radələrində 5000 manat və 26 noyabr 2021-ci il tarixdə, səhər saat 11 radələrində 11500 manat, cəmi 16500 (on altı min beş yüz) manat pulunu vahid niyyətlə alıb ələ keçirərək, verdiyi vədinə əməl etməyib ona 16500 (on altı min beş yüz) manat məbləğində, xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən tamah niyyəti ilə etibarından sui-istifadə edərək, ona ünvan 2 ünvanında yerləşən özünə məxsus olmayan fərdi yaşayış evinin sənədləri ilə bağlı məhkəmədə gedən işi həll edəcəyinə dair yalandan vəd verib aldadaraq inandırmış, bu məqsədlə o 20 iyun 2022-ci il tarixdə onun adına olan plastik bank kartına Abşeron rayonu, Xırdalan şəhərində yerləşən ödəmə terminalı vasitəsi ilə göndərdiyi 700 manat, 25 iyun 2022-ci il tarixdə onun adına olan plastik bank kartına Abşeron rayonu, Xırdalan şəhərində yerləşən ödəmə terminalı vasitəsi ilə göndərdiyi 300 manat, "xxxx" ASC-yə məxsus 4169 73** **** 7685 nömrəli plastik karta 30 iyun 2022-ci il tarixdə saat 21:57-də Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospektində yerləşən “Bazarstore”- də yerləşən “eManat” ödəmə terminalı vasitəsi ilə göndərdiyi 1500 (bir min beş yüz) manat və 07 iyul 2022-ci il tarixdə saat 18:40-da "xxxx" ASC-yə məxsus 4169 73** **** 7685 nömrəli plastik karta Abşeron rayonu, Xırdalan şəhəri, M. Ə. Rəsulzadə küçəsində yerləşən “eManat” ödəmə terminalı vasitəsi ilə göndərdiyi 500 (beş yüz) manat, 15 iyul 2022-ci il tarixdə onun adına olan plastik bank kartına Abşeron rayonu, Xırdalan şəhərində yerləşən ödəmə terminalı vasitəsi ilə göndərdiyi 4000 manat, cəmi 7000 (yeddi min) manat pulumu vahid niyyətlə alıb ələ keçirərək, verdiyi vədinə əməl etməyib ona 7000 (yeddi min) manat məbləğində, xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, evin ona məxsus olduğunu düşünüb əlavə 4500 manat pul hasar tikintisinə xərcləmişdir. Əlavə olaraq da 16500 manat dəyərində tikinti materialı alıb evin həyətinə tökmüşdür. O, bütün dəymiş ziyanı məhkəmə iclasında söyləmiş, Cavabdeh1 da etiraf etmişdir. Məhkəmə iclasıda videogörüntülü şəkildə hər şey qeydə alınmışdır. Bütün bünları şahid qismində evin hasarını tikən ustalar da təsdiq edə bilərlər. Həmçinin evin həyətinə tökdüyü 16500 manat dəyərində olan tikinti materiallarını da məhkəmə iclasında dindirilən Cavabdeh1 özü də etiraf etmiş və bunu təsdiq edəcək şahidləri də vardır. Həmin evdə Cavabdeh1 bacısı Cavabdeh2 yaşayır. Sübhan həmin işi bacısı ilə əlbir olaraq görmüşdür. Lakin indiyədək ona dəymiş ziyan nə Sübhan, nə Aygün tərəfindən ödənilməmişdir. Ona 23500 manat evə verdiyi pul, evin hasarının tikintisinə çəkdiyi 4500 manat xərc və evin həyətinə tökdüyü 16500 manat dəyərində tikinti materialları, cəmi 44500 manat məbləğində ziyan dəymişdir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(012)-134/2024 saylı hökmü ilə Cavabdeh1 CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək, 2 il 11 ay 29 gün müddətinə azadlıqdan məhrum edilmişdir.

3. Cavabdeh2 İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı (cavabdehdən) maddi ziyana görə 35973 (otuz beş min doqquz yüz yetmiş üç) manat, vəkillə imzaladığı müqaviləyə əsasən ödədiyi 320 (üç yüz iyirmi) manat, 200 (yüz doğsan doqquz) manat dövlət rüsumu, ümumilikdə 36493.0 (otuz altı min beş yüz iyirmi iki min) manat tutularaq, ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, 1996-cı il ildə Xırdalan Bələdiyyəsindən 14.5 ha torpaq sahəsi almışdır. Aldığı torpaq sahəsinin üzərində 400,0 kub metr həcmində, 4 otaqdan ibarət fərdi yaşayış evi inşa etdirmişdir. 1998-ci ildən yuxarıda göstərilən ünvanda qızı ilə yaşayır. xx.xx.2021-ci il tarixində Daşınmaz Əmlakın Ekspertləri tərəfindən həmin müddətdə inşa etdirdiyi fərdi evin dəyəri 70.000 (yetmiş min) manat dəyərləndirilmişdir. Bu barədə Daşınmaz Əmlakın təsdiqlənmiş qiymətləndirmə rəyi də vardır. 2021-ci ilin fevral ayında qardaşı Cavabdeh1 ona müraciət edərək, ailə qurduğunu bildirərək, müvəqqəti bir həftəlik onlarda qalmağa icazə istəmişdir. Əvvəl razı olmasa da sonradan razılaşmışdır. Bundan sonra o, kafedə işləyən qaynanasını da onlara gətirərək, onun da onlarla yaşayacağını bildirmişdir. Bundan sonra qaynanası evə digər kişilər gətirməyə başladı. Onun evdə yeniyetmə qızı da var. Bu da ona çox pis təsir göstərirdi. Elə buna görə də onları evdən çıxartmaq qərarına gəlmişdir. Qapını açaraq onların evini tərk etməyini tələb etmişdir. Elə bu vaxt qardaşı Sübhan ona hücum edərək, döyüb, xəsarətlər yetirmişdir. Aldığı xəsarətləri müalicə etdirmək üçün digər qardaşı X5 yaşadığı ünvan 3 ünvana getmişdir. Təxminən iki üç aydan sonra evinə qayıdarkən, Sübhan və həyat yoldaşı üzərinə hücum çəkərək, qızı ilə onu evə buraxmamışlar. Məcburiyyət qarşısında qalaraq Daxili İşlər Nazirliyinin “102” xidmətinə hadisə barədə məlumat vermiş, sabahısı gün Abşeron RPİ-nə gedərək izahatını yazmışdır. Oradan bildirdilər ki, bu iş uzun çəkəcək. Məcburiyyət qarşısında qalaraq Xırdalan qəsəbəsində kirayə ev tutmuşdur. Təxminən iki üç ay da orada yaşamışdır. Qonşu ona zəng edərək bildirmişdir ki, evi satmısınız, sizin evinizi uçurdurlar. Həmin ilin dekabr ayında evinə gələrkən həqiqətən də fotoşəkillərdə və video çəkilişdə göründüyü kimi evinin bir hissəsinin dağıtmışdılar. Soruşanda Siz kimsiz? Bildirdilər ki, iddiaçının adamlarıyıq evi söküb torpaq sahəsinin üzərində iki və ya üç ev inşa etdirəcəyik. Meyvə ağaclarımı da kəsmişlər. Hamam, ayaqyolu və digər işləri görmək üçün 5000 ədəd, hər biri 0.40 qəpikdən mişar daşı, 350 manatlıq qum, 22 kisə sement, hər biri 4.70 qəpikdən, 3100 manat talvar düzəltmək üçün metala pul vermişdir. Həyətə daxil olan zaman bunların heç birisi həyətdə yox idi. İddiaçı tərəfindən daşınaraq aparılmışdır. Bundan əlavə evin arxa tərəfini müvəqqəti usta tərəfindən inşa edilməsinə 420 manat pul vermişdir. Evin divarlarını uçurmaq üçün ağır metalla zərbələr vurulmuş, bir hissəsi uçmuş qalan hissəsi isə böyük çatlar əmələ gəlmiş və ev qəzalı vəziyyətə salınmışdır. Evin uçmaq təhlükəsi vardır. Ustalar dəvət etmiş, onlar evin yenidən inşa etdirmək üçün 30.000 manat xərci olduğunu bildirdilər. Ümumilikdə 35973 (otuz beş min doqquz yüz yetmiş üç) manat maddi ziyan dəymişdir.

5. Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(012)-3967/2024 nömrəli qətnaməsi ilə (hakim Mirnəsir Mirhəsənli) ilk iddia qismən təmin edilmiş, Cavabdeh1 maddi ziyana görə 16500 manat, ödənilmiş dövlət rüsumuna görə 139,50 manat pul tutularaq İddiaçı verilməsi, ilkin iddia tələbi üzrə ödənilmiş dövlət rüsumunun 84,50 manatın iddiaçının özünə aid edilməsi, ilk iddianın qalan hissədə təmin edilməməsi, iddiaçı Cavabdeh2 cavabdeh İddiaçı qarşı pul tələbinə dair qarşılıqlı iddiasının təmin edilməməsi, qarşılıqlı iddia tələbi üzrə ödənilmiş dövlət rüsumunun iddiaçının özünə aid edilməsi qət edilmişdir.

6. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, cavabdehin təqsirli hərəkətləri nəticəsində İddiaçı maddi ziyan dəymişdir. Belə ki, işdə olan Abşeron Rayon Məhkəməsinin 1(012)-137/2024 saylı, xx.xx.2024-cü il tarixli hökmündən görünür ki, Cavabdeh1 ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, təxminən 2021-ci ilin noyabr ayı ərəfələrində arvadı Həmidə Talıbova xəstələnmiş, arvadı Həmidənin bətnində olan uşağın ölmə ehtimalı yarandığından arvadını təcili müalicəyə etmək lazım olmuşdur. Lakin arvadı Həmidənin müalicəsi və bətnindəki uşağın sağ qalması üçün böyük miqdarda pul lazım olmuşdur. Bunun üçün bələdiyyə sənədi ilə atasına məxsus torpaq sahəsini satmaq qərarına gəlmiş, bu məqsədlə İddiaçı ilə razılaşıb ondan ittihamda göstərilən məbləğdə pul almış, lakin sənədləşdirməni başa çatdıra bilməmişdir. Buna görə də məhkəmə ilk iddianın qismən təmin edilməli və dəymiş zərər görə 16500 manat pul cavabdeh X3 tututlaraq iddiaçıya ödənilməli olması qənaətinə gəlmişdir. Məhkəmə hesab etmişdir ki, ilk iddia tələbi üzrə qalan 28000 manat pulun tutulması və tələb edilən məbləğin digər Cavabdeh2 ilə müştərək qaydada tutulması hissəsində iddiaçı iddia tələbini sübut edən mötəbər sübutları məhkəməyə təqdim edə bilməmişdir. Cavabdeh2 İddiaçı maddi ziyana görə 35973 (otuz beş min doqquz yüz yetmiş üç) manat pul tələb etsə də, tələbinin əsasını təşkil edən sübutları məhkəməyə təqdim etməmiş, habelə məhkəmə araşdırması zamanı da belə bir əsas müəyyən edilməmişdir.

7. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 1096.1, 1097.1, Mülki Prosessual Məcəllənin 77.1, 119.1-ci maddələrinə istinad edərək əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

8. İlk iddia üzrə İddiaçı apellyasiya şikayəti verərək Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(012)-3967/2024 nömrəli qətnaməsinin ləğv edilməsi, iddianın tam təmin edilməsini xhaiş etmişdir.

9. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, mübahisəli evdə Cavabdeh1 bacısı Cavabdeh2 yaşayır. Sübhan həmin işi bacısı ilə əlbir olaraq görmüşdür. Lakin indiyədək ona dəymiş ziyan nə Sübhan, nə Aygün tərəfindən ödənilməmişdir. Ümumilikdə ona 23500 manat evə verdiyi pul, evin hasarının tikintisinə çəkdiyi 4500 manat xərc və evin həyətinə tökdüyü 16500 manat dəyərində tikinti materialları, cəmi 44500 manat məbləğində ziyan dəymişdir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(012)134/2024 saylı hökmü ilə Cavabdeh1 CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək, 2 il 11 ay 29 gün müddətinə azadlıqdan məhrum edilmişdir. Hakim işə qeyri-obyektiv və ədalətsiz baxmışdır. Belə ki, hakim iddianı qismən təmin edərək, evə verdiyi 23500 manat pulu və evin hasarının tikintisinə çəkdiyi 4500 manat xərcini nəzərə almamışdır. Hansı ki, Cavabdeh1 ona qarşı 16500 manat bir və 7000 manat da bir dələduzluq etməsi ittiham aktı ilə də sübuta yetirilərək, öz təsdiqini tapmışdır. Lakin məhkəmə iddianı qismən təmin edərək, 16500 manat pul məbləğinin hər iki cavabdehdən tutulmasını qət etsə də sonrakı bənddə Cavabdeh1 tutulmasını qət etmişdir. Həmçinin Cavabdeh1 hakim Cəmilə Səfiyevanın sədrliyi ilə keçirilən iclasda da iddiada qeyd etdiyi pul tələblərini də etiraf etmişdir. Həmin məhkəmə iclasları məlumdur ki, videogörüntü ilə lentə alınmışdır. İşin obyektiv araşdırılması məqsədilə həmin iclasların video görüntüsünü hakim C.Səfiyevadan alınsa idi, Cavabdeh1 onun tələb etdiyi məbləği təsdiq edəcəyi məlum olacaqdır. Lakin bütün bunları məhkəmədə deməyinə baxmayaraq, məhkəmə heç bir sözünə, həmçinin ittihamda qeyd olunan, təsdiq və sübut olunan məbləğə məhəl qoymamışdır. Hansı ki, həmin iclasın görüntüsünü almaqla, hər şey sübuta yetiriləcəkdir. Cavabdeh1 məhkəmə iclasında evin həyətində olan tikinti materiallarını bacısı Cavabdeh2 satdığını söyləmişdir. Həmçinin Cavabdeh1 məhkəmə iclasında online qaydada da iştirakı təşkil olunsaydı, həmçinin həmin iclasların video görüntüsünü hakim C.Səfiyevadan alınsa idi, hesab edir ki, məhkəmədə videogörüntüyə əsaslanaraq, dediklərini də bir daha etiraf etmiş olardı. Evə 23500 manat pul verdiyi halda, evin həyətinə 16500 manat məbləğində tikinti materialları tökdüyü halda və evin hasarına 4500 manat xərc çəkdiyi halda həmin evdə Cavabdeh1 bacısı Cavabdeh2 yaşayır. İttiham aktında təqsirləndirilın şəxsin ona qarşı 16500 manat bir, 7000 manat bir dələduzluq etməsi öz təsdiqini tapsa da hakim işə diqqətsizlik göstərərək, iddianı qismən təmin etmişdir.

b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

10. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

b) Apellyasiya icraatı iştirakçılarının izahatları

11. Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətini müdafiə edərək bildirdi ki, birinci instansiya məhkəməsi işi kifayət qədər araşdırmayıb, cavabdehə 44500 manat vermiş, 16500 manat torpaq sahəsinə, 4500 hasara (2700 manat usta pulu+1800 manat material), 7000 manat sənədləşdirmə, 16500 tikinti materiallarına xərc çəkmişdir. Sənədləşdirmə üçün 7000 manatı Sübhanın kartına göndərmiş, tikinti materiallarını Cavabdeh2 ələ keçirərək başqasına satmışdır. Torpaq sahəsindəki tikili qəzalı vəziyyətdə olub. İstintaqda tikinti materiallarına 6500 manat xərc çəkməsi barədə izahat verməmişdir. Ola bilsin ki, mexaniki səhv, yaxud anlaşılmazlıq ola bilər. Cavabdeh1 cinayət işinin gedişində izahatını, üç maşın tikinti materialı aldığını təsdiq etmişdir. Cavabdeh1 özü də qeyd edilən məbləğlə pul xərclədiyini təsdiq edib. Videogörüntülərdəki daşları hasar çəkdirmək üçün o tökdürmüşdür. 4500 hasara (2700 manat usta pulu+1800 manat material) xərc çəkmişdir. Hasarda istifadə olunan daşlar təkrar istifadə olunmuş daşlar olmaqla yanaşı, yeni daşlar da almışdır. Hasara çəkilən xərcin 2500 manat qiymətləndirilməsinə isə etirazı yoxdur. Ekspertiza keçirilməsini istəmir. Buna görə də apellyasiya şikayətinin təmin olunmasını xahiş edir.

12. Məhkəmə kollegiyasının iclasında Cavabdeh2 apellyasiya şikayətini qəbul etməyərək bildirdi ki, torpaq sahəsi 1996-cı ildə qaynatası tərəfindən ona alınıb, atası və qardaşı evsiz olduğundan gəlib onlarla yaşayıblar, torpaq sahəsi atasından qalmayıb. Qardaşı ilə aralarında münasibətlər gərgin olub, həmin dövrdə məcbur olub evdən çıxmışdır. Həmin vaxt Sübhan evi satmış, lakin bundan xəbəri olmamışdır. Qardaşı Sübhan axtarışda idi, özü polislərə xəbər vermişdir. İddiaçının dedikləri həqiqəti əks etdirmir, torpaq sahəsinə özü neçə il bundan öncə tikinti materialları gətirib yığdırmışdır. Qayıdıb gələndə tikinti materiallarının heç birini tapa bilməmişdir. Hasarı isə özü tikdirmişdir. Qonşusu ona zəng edib, tikilinin söküldüyünü bildirərək, evi satıb-satmadığını soruşanda hadisələrdən xəbəri olmuşdur. Videogörüntüdə olan torpaq sahəsi başqa yerdir. Hasarın hörülməsinə 4500 manat məbləğində xərc çəkilə bilməz. Hasarı 1997- 1998-ci illərdə özü çəkmişdirmişdir, məlbəği xatırlamır. Apellyasiya şikayətinin təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş edir.

13. Apellyasiya şikayətinə münasibət bildirməsi barədə Cavabdeh1 cəzaçəkdiyi müəssisəyə məlumat göndərilməsinə baxmayaraq cavabdeh apellyasiya şikayətinə münasibət bildirməmişdir.

İşdə olan sübutlar

14. Abşeron Rayon Məhkəməsinin 1(012)-137/2024 saylı, xx.xx.2024-cü il tarixli hökmündən görünür ki, Cavabdeh1 Azərbaycan Respublikası CM-in 178.2.2 və 178.2.4cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinmişdir ona görə ki, o, tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə İddiaçı etibarından suiistifadə edərək, ona ünvan 2 ünvanında yerləşən özünə məxsus olmayan torpaq sahəsini, həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evi ilə birlikdə satacağına dair yalandan vəd verib aldadaraq inandırmış, bu məqsədlə İddiaçı 16500 manat, həmçinin, həmin fərdi yaşayış evinin sənədləri ilə bağlı məhkəmədə gedən işi həll edəcəyinə dair yalandan vəd verib aldadaraq 7000 manat olmaqla, cəmi 23500 manat pulunu vahid niyyətlə alıb ələ keçirərək dələduzluq etmişdir.

15. Abşeron Rayon Xırdalan Bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışın surətindən görünür ki, Cavabdeh2 həqiqətən Xırdalan şəhəri, Quşçuluq y/m, Q.Məmmədov küçəsi, ev 6 ünvanında yerləşən fərdiyaşayış evinə görə Xırdalan bələdiyyəsində vergi ödəyicisi olaraq qeydiyyatdadır. Cavabdeh2 xx.xx.2022-ci il tarixdə Xırdalan bələdiyyəsinin büdcəsinə 53.06 manat vəsait ödəmişdir. Cavabdeh2 2023-cü ilin sonunadək əmlak, torpaq vergisinə görə borcu yoxdur.

16. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X9 bildirmişdir ki, İddiaçı uzun müddətdir ki, tanıyır. Onun sifarişi ilə həyətindəki tikintidə usta kimi işləmişdir. Torpaq sahəsi Azbentonit zavodunun yaxınlığında yerləşirdi. Orada hasarın tikintisində atası, bacısının qaynatası və onun oğlu ilə birlikdə işləmiş, orada olan evdən paltarlarını dəyişmək üçün istifadə etmişlər. Onlar yalnız hasar tikmiş, evin tikintisində iştirak etməmişdir. O, orada təxminən 1 həftə işləmişdir. İşə başladıqda torpaq sahəsi setka ilə əhatələnmiş, təzə darvaza qoyulmuşdu. Ev isə uçuq vəziyyətdə idi. Aygün ora gələndən sonra başqa yerdə işə başladığı üçün ora getməmişdir.

17. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X2 bildirmişdir ki, Aygün Talıbovonın evinin tikintisində işləmişdir. 2022-ci ilin payız aylarında evi tikib damını bağlamışlar. Ev 4 otaqdan ibarət, 110 kv.metr ümumi sahəsi olan, kürsülü ev idi. Bir də “p” şəkilli hasar tikmişlər. Evin tikintisi ilə bağlı Cavabdeh2 təxminən 6 min manat pul almışdır. Evin təmirini o, etməmişdir. Evin həyətyanı sahəsi təxminən 16 sota qədər olardı. Aygünlə rastlaşdıqda söhbət əsnasında dedi ki, o evdə yaşaya bilmir, qardaşı ona təzyiq edir. Həmin evdə yaşayışın olduğunu gözü ilə görməmişdir. Aygünlə ora gedəndə evin qapısı açıq idi. Evdə heç kim yox idi. Ev pis vəziyyətdə idi. İçərisində dağınıq paltarlar var idi. Ev tikilən zaman ora darvaza qoyulmamışdı.

18. Birinci instansiya məhkəməsində şahid qismində şahid qismində dindirilmiş X6 bildirdi ki, İddiaçı tanıyır. O, iddiaçıya məxsus həyətyanı sahənin hasarını tikmişdir. Orada ev olsa da, pis vəziyyətdə idi. Tikinti materiallarını alanda o da, iddiaçının yanında olub. Evdə heç bir iş görməmişlər. Evdən yalnız paltar dəyişmək və yemək vaxtı istifadə etmişlər. Ev qəzalı vəziyyətdə idi, divarların hamısı çatlamışdı. O, həmin ərazidə hasar tikərkən orada heç bir hasar olmayıb. Hasarın tikilməsi üçün Tofiq ona 3000 manata yaxın pul vermişdir. Orda 3 nəfər işləmişlər.

Tətbiq edilən hüquq

19. Azərbaycan Respublikası Mülki Məcəlləsi

21. 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.

20. Mülki Prosessual Məcəllə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alıqmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

Apellyasiya baxışının hədləri

21. Məhkəmə kollegiyası tərəfindən Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(012)-3967/2024 nömrəli qətnaməsinin qanuniliyi və əsaslılığı mübahisə edilən hissədə, ilk iddia hissəsində yoxlanılmışdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

22. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(012)-3967/2024 nömrəli qətnaməsi qismən, ilk iddia tələbi hissəsində ləğv edilməli, həmin hissədə yeni qətnamə çıxarılaraq ilk iddia tələbi qismən təmin edilməlidir.

23. Belə ki, qanuni qüvvəsini almış Abşeron Rayon Məhkəməsinin 1(012)-137/2024 saylı, xx.xx.2024-cü il tarixli hökmü ilə müəyyən edilir ki, Cavabdeh1 tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə İddiaçı etibarından sui-istifadə edərək, ona ünvan 2 ünvanında yerləşən özünə məxsus olmayan torpaq sahəsini, həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evi ilə birlikdə satacağına dair yalandan vəd verib aldadaraq inandırmış, bu məqsədlə İddiaçı 16500 manat, həmçinin, həmin fərdi yaşayış evinin sənədləri ilə bağlı məhkəmədə gedən işi həll edəcəyinə dair yalandan vəd verib aldadaraq 7000 manat olmaqla, cəmi 23500 manat pulunu vahid niyyətlə alıb ələ keçirərək ona zərər vurmuşdur. Birinci instansiya məhkəməsi həmin hökmlə müəyyən edilmiş 16500 manat zərər məbləğini Cavabdeh1 tutulmasını qət etsə də 7000 manat zərər məbləğini cavabdehdən tutmamaqla düzgün olmayan nəticəyə gəlmişdir. Hərçənd ki, həmin hökmlə Cavabdeh1 iddiaçıya 7000 manat da əlavə olaraq zərər vurması sübut olunmuşdur.

24. Bundan başqa iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş videogörüntüdə iddiaçının Cavabdeh1 ilə torpağın alqı-satqısına dair söhbətləşmənin olması zamanı mübahisəli ərazidə hasarlama işlərinin aparılması müəyyən edilmişdir ki, cavabdehlərdən Cavabdeh2 mübahisəli ərazinin ona məxsus olan torpaq sahəsi olmaması və hasarlama işlərinin başqa yerdə aparılmasını iddia etdiyindən məhkəmə kollegiyası tərəfindən Cavabdeh2 məxsus olmuş torpaq sahəsinə baxış keçirilmiş və yerində baxış zamanı videogörüntüdəki yerin Cavabdeh2 məxsus olmuş torpaq sahəsi ilə eynilik təşkil etməsi öz təsdiqini tapmışdır ki, bununla da iddiaçının mübahisəli ərazidə hasarlama işləri aparılması sübut olunmuşdur. İddiaçı cavabdehdən hasarlama işlərinin aparılmasına görə çəkilmiş xərc qismində 4500 manat pul tələb etmiş, məhkəmə kollegiyası tərəfindən həmin məbləğinin dəqiq müəyyən edilməsi üçün müvafiq ekspertiza keçirilməsi və ya həmin xərcin 2500 manat müəyyən edilməsi təklif edilmiş, təkif edilmiş, məbləğə görə hər hansı bir etiraz irəli sürlümədiyindən məhkəmə kollegiyası hasarın çəkilməsinə çəkilmiş xərcin 2500 manat məbləğində müəyyən edilməsini əsaslı hesab etmişdir.

25. Bununla yanaşı iddiaçı cavabdehlərdən həmçinin 16500 manatlıq tikinti materialı alıb mübahisəli əraziyə tökdüyünü və cavabdehlərin həmin tikinti materialları hesabına əsassız olaraq varlandığını iddia etsə də buna dair məhkəməyə hər hansı bir sübut təqdim edə bilməmişdir. Belə ki, iddiaçı həmin tikinti materiallarının nədən ibarət olmasını əsaslandıra bilməməklə yanaşı, tikinti materiallarının həyətə yığlmasına dair sübutu da olmamışdır. Digər tərəfdən isə Abşeron Rayon Məhkəməsinin 1(012)-137/2024 saylı, xx.xx.2024-cü il tarixli hökmündən görünür ki, iddiaçı istintaq zamanı 6500 manatlıq tikinti materialı alıb mübahisəli əraziyə tökməsinə dair izahat versə də hazırkı iddia ərizəsində həmin dəyərin 6500 manat deyil, 16500 manat olmasını iddia etmişdir ki, bu da iddiaçının izahatları arasında ziddiyyətin olmasını təsdiq etməklə, iddia tələbinin qeyd olunan hissədə təmin edilməməsini şərtləndirmişdir.

26. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, iddiaçı 23500 manat zərər məbləğini hər iki cavabdehdən tələb etsə də məhkəmə kollegiyasının iclasında işin müəyyən edilmiş hallarına əsasən, ən əsası isə qanuni qüvvəsini almış Abşeron Rayon Məhkəməsinin 1(012)-137/2024 saylı, xx.xx.2024-cü il tarixli hökmü ilə həmin zərərin cavabdehlərdən yalnız Cavabdeh1 təqsirli hərəkərləri nəticəsində yaranması təsdiq olunmaqdadır. Buna görə də 23500 manat zərər məbləğinin cavabdehlərdən Cavabdeh2 tələb edilməsi əsassız olmuşdur. Lakin, hasarın çəkilməsinə görə çəkilmiş xərc qismində zərər məbləğinin yaranmasında cavabdehlərdən Cavabdeh1 təqsiri müəyyən edilməklə yanaşı, Cavabdeh2 iddiaçı tərəfindən çəkilmiş həmin xərc hesabında əsassız olaraq varlanmışdır. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, hasara çəkilmiş xərc məbləğinin cavabdehlərin hər ikisindən tələb edilməsi əsaslı olmuşdur.

27. Beləliklə yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(012)-3967/2024 nömrəli qətnaməsi ilk iddia tələbi hissəsində ləğv edilməli, həmin hissədə yeni qətnamə çıxarılaraq, ilk iddia tələbi qismən təmin edilməli, Cavabdeh1 maddi ziyana görə 23500 manat, birinci instansiya məhkəməsində ödənilmiş dövlət rüsumununun 135 manatı, apellyasiya icraatı üçün ödənilmiş dövlət rüsumunun 70 manatı, həmçinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 birgə qaydada 2500 manat tutularaq, iddiaçıya verilməli, ilk iddia qalan hissədə təmin edilməməlidir.

28. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.2, 392 və 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Q Ə T E T D İ:

Apellyasiya şikayəti qismən təmin edilsin. Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(012)-3967/2024 nömrəli qətnaməsi ilk iddia tələbi hissəsində ləğv edilsin və həmin hissədə yeni qətnamə çıxarılsın. İlk iddia qismən təmin edilsin. Cavabdeh1 maddi ziyana görə 23500 manat, məhkəmə xərci qismində 205 manat olmaqla, cəmi 23705 (iyirmi üç min yeddi yüz beş) manat alınaraq, İddiaçı verilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 birgə qaydada 2500 (iki min beş yüz) manat tutularaq, İddiaçı verilsin. İlk iddia qalan hissədə təmin edilməsin. Qətnamədən Cavabdeh2 tərəfindən kassasiya şikayəti verilə bilməz. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə, Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə təqdim etməklə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar