Məhkəmə qərarları › İş №2(105)-543/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-543/2024

29.01.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-543/2024 29.01.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ X1 (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlu və X3 ibarət tərkibdə, X2 məhkəmə iclas katibliyi ilə İddiaçı Cavabdeh qarşı mənəvi zərərin ödənilməsi tələbinə dair mülki iş üzrə Cavabdeh Qobustan Rayon Məhkəməsinin hakiminə və məhkəmənin tərkibinə etdiyi etiraza yazılı icraat qaydasında bаxаrаq, məhkəmə kollegiyası müəyyən etdi: İddiaçı Cavabdeh qarşı mənəvi zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı nüfuzdan salmağa, həssas təbəqə olan şəhid ailələri ilə İcra Hakimiyyəti arasında narazılıq yaratmağa, rayonda ictimai asayişin pozulmasına istiqamətlənmiş məlumatların təkzib olunması, İcra Hakimiyyətinin rəhbərliyi və kollektivinin nüfuzunun aşağı salınmasına yönəlmiş mənəvi zərərin əvəzi olaraq 100000 manat dəyərində təzminat ödənilməsi və ödəniləcək təzminatın rayonda yaşayan şəhid ailələrinin sosial müdafiəsinə yönəldilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh iş üzrə Sədrlik edən hakim Mirələm Quliyevə və bütün məhkəmə tərkibinə yazılı etirazını məhkəməyə təqdim etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, daha öncə Qobustan Rayon Məhkəməsinin qərarı ilə, (hakim M.Quliyev) onun barəsində 5 gün müddətinə inzibati həbs tənbeh tədbiri seçilmişdir. Eyni zamanda onun atası Baris Hüseynov 800 manat məbləğində cərimə edilmişdir. Ən əsası isə hazırkı iş üzrə məhkəmə icraatı zamanı onun tərəfindən verilən bütün vəsatətlər əsassız olaraq rədd edilmişdir. Qeyd olunan halları nəzərə alaraq mülki işə Qobustan Rayon Məhkəməsində baxılmasına etiraz etdiyini göstərərək işin başqa rayon məhkəməsində baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Qobustan Rayon Məhkəməsinin 2(026)-30/2024 saylı, 11 yanvar 2024-cü il tarixli qərardadı ilə Cavabdeh Qobustan Rayon Məhkəməsinin hakimi Mirələm Quliyevə verdiyi etiraz baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir. Apellyasiya instansiya Məhkəməsi Mülki Prosessual Məcəllənin 397.2-ci maddəsinin tələbinə əsasən qərardaddan verilən şikayətə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 19-cu maddəsində hakim tərəfindən işə baxılmasına yol verilməyən hallar göstərilmişdir, 19.1.1. O, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada hakim vəzifəsinə təyin edilməmişsə; 19.1.2. O, Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq işin baxılması üçün nəzərdə tutulmuş hakim deyildirsə; 19.1.3. O, əvvəllər hakim kimi, birinci instansiya məhkəməsində, apellyasiya və kassasiya instansiyalarında, həmçinin yeni açılmış hallar üzrə işin mahiyyəti üzrə baxılmasında iştirak etmişsə; 19.1.4. o, əvvəllər tərəflərdən birinin nümayəndəsi, yaxud vəkili olmuşsa və ya işdə şahid, ekspert, mütəxəssis, tərcüməçi, məhkəmə iclasının katibi kimi iştirak etmişsə; 19.1.5. o, məhkəmədə baxılan mübahisə üzrə əvvəllər tərəflər arasında mediasiya prosesində mediator kimi iştirak etmişdirsə; 19.1.6. o, tərəflərdən biridirsə və ya tərəflərdən birinin və yaxud onun nümayəndəsinin və ya vəkilinin qohumudursa və ya qohumu olmuşsa; 19.1.7. onun şəxsən, bilavasitə və ya dolayı yolla işin nəticəsində maraqlı olmasına, obyektivliyinə və qərəzsizliyinə dair şübhə doğuran kifayət qədər əsas varsa 21.-ci maddəyə əsasən məhkəməyə etiraz edən tərəf etirazın əsaslarını sübut etməlidir. Etirazın əsaslarına dair sübut təqdim edilmədikdə, etiraz işə baxan məhkəmə tərəfindən baxılmamış saxlanılır. -22.5-ci mаddəsinə əsаsən, əgər etirаz birinci instаnsiyа məhkəməsində işə bаxаn məhkəmə sədrinə, yаxud təktərkibli məhkəmənin hаkiminə edilmişsə, bu hаldа etirаz bаxılmаq üçün аpellyаsiyа instаnsiyаsı məhkəməsinə göndərilir. -23.2-ci mаddəsinə əsаsən, birinci instаnsiyа məhkəməsinin bütün hakimlərinə ayrıayrılıqda və yа təktərkibli məhkəmənin hаkiminə edilmiş etirаz və yа özü-özünə etirаz təmin edilmişsə, bu hаldа iş аpellyаsiyа instаnsiyаsı məhkəməsi tərəfindən bаşqа birinci instаnsiyа məhkəməsinə verilir. Hakimə (məhkəmə tərkibinə) etiraz etmə barədə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli qərarının; 2.2.-ci bəndinə əsasən hakimə (məhkəmə tərkibinə) etirazlara baxıldıqda etirazın əsasları, habelə etiraz edən şəxsin marağı diqqətlə araşdırılmalı, qanuna uyğun olmayan etirazlar təmin edilməməlidir. Həmin Qərarın 5.3.-cü bəndinə əsasən bütün məhkəmə tərkibinə etiraz edildikdə, hər bir hakimə münasibətdə, etirazın əsasları konkret göstərilməlidir. 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr nəzərə almalıdırlar ki, mülki və cinayət məhkəmə icraatında hakimə (məhkəmə tərkibinə) əsaslı etiraz olunması və yaxud hakimin öz-özünə etiraz etməsi nəinki obyektiv, qərəzsiz məhkəmə aktlarının qəbul edilməsinə şərait yaradır, həmçinin proses iştirakçılarının və digər şəxslərin ədalət mühakiməsinə və məhkəmə aktlarına inamını artırır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Lindon, Otchakovsky-Laurens və July Fransaya qarşı” iş üzrə 22 oktyabr 2007-ci il tarixli qərarında qeyd etmişdir ki, məhkəmənin qərəzsizliyi Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin mənasına görə, məhkəmədə qabaqcadan formalaşmış yanlış fikirlərin və qabaqcadan hasil olan qənaətlərin olmamasını ehtiva edir. Məhkəmənin qərəzsiz olmasının müəyyən edilməsinin iki metodu mövcuddur: 1) konkret hakimin işə dair şəxsi fikrinin və ya marağının müəyyən edilməsi cəhdi; 2) hakimin bu məsələyə dair hər hansı qanuni şübhələri istisna etməyə imkan verən zəmanətləri təmin edə bilib-bilməməsinin müəyyən edilməsi. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, ədalət mühakiməsinin obyektiv və qərəzsiz həyata keçirilməsi, vətəndaşların məhkəmələrin fəaliyyətindən narazı qalmaması və bu sahədə nöqsanların aradan qaldırılması üçün atılan addımlardan biri də hakimə (məhkəmə tərkibinə) etiraz etmə barədə qanunvericiliyin tətbiqində vahid məhkəmə təcrübəsinin formalaşdırılmasıdır. Konkret iş üzrə etirazın dəlillərini müzakirə edən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, ərizədə qeyd olunan dəlillər etiraz üçün əsas verməsə də, eləcə də Qobustan Rayon Məhkəməsinin işə baxan hakiminin (o cümlədən sədrinin) bilavasitə və ya dolayı yolla işin nəticəsində maraqlı olmasına yönəlmiş şübhələr mövcud olmasa da, ədalət mühakiməsinin obyektiv və qərəzsiz həyata keçirilməsi, eləcə də gələcəkdə qəbul ediləcək hər hansı bir qərarın şübhə altına alınmaması məqsədilə etiraz təmin edilməli və mülki iş baxılması üçün Şamaxı Rayon Məhkəməsinə göndərilməlidir. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 18,19, 23, 263 və 264-cü maddələrini rəhbər tutaraq, Qərara aldı : Cavabdeh tərəfindən Qobustan Rayon Məhkəməsinin hakimi (o cümlədən sədri) X4 edilmiş etirаz təmin edilsin. İddiaçı Cavabdeh qarşı mənəvi zərərin ödənilməsi tələbinə dair mülki iş baxılması üçün Şamaxı Rayon Məhkəməsinə göndərilsin. Qərаrdаddаn kassasiya şikаyəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar