Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-56/2021 02.02.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi), X9 və X1 ibarət tərkibdə, Həşimova Leyla Yusub qızının katibliyi ilə, İddiaçı MMC-nin nümayəndəsi X2, Cavabdeh iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “lizinq müqaviləsinin ləğv edilməsi və pul” tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 2(012)-3976/2018 saylı, xx xxxxxx 2018-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ : Abşeron Rayon Məhkəməsinin 2(012)-3976/2018 saylı, xx xxxxxx 2018-ci il tarixli qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, iddiaçı "İddiaçı" MMC ilə Cavabdeh arasında bağlanmış xx xxxxx 2014-cü il tarixli AL-0516 saylı X4 ləğv edilməsi, Cavabdeh xx xxxxx 2014-cü il tarixli AL-0516 saylı X12 üzrə 3852.75 manat əsas borcun, 2532.05 manat mükafatın, 380 manat dəbbə, 1780 manat cəmi 8544,8 manat borcun və 30 manat məbləğində dövlət rüsumuna görə ödənilmiş pulun tutulub İddiaçı MMC-yə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət olunmuşdur (hakim C.İ.Səfiyeva). Qətnamədən narazı qalan Cavabdeh apelyasiya şikayəti verərək Abşeron Rayon Məhkəməsinin 2(012)-3976/2018 saylı, xx xxxxxx 2018-ci il tarixli qətnaməsinin ləğv edilib iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İ Ş İ N H A L LA R İ: İddiaçı İddiaçı MMC Cavabdeh qarşı lizinq müqaviləsinin ləğv edilməsi və pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək tərəflər arasında bağlanmış xx xxxxx 2014-cü il tarixli, AL-0516 saylı X4 ləğv edilməsi, Cavabdeh xx.xx.2014-cü il tarixli, AL-0516 saylı «Daxili lizinq» müqaviləsi üzrə lizinq obyektinin müvəqqəti sahiblik və istifadə edilməsinə görə xx xxxxxx 2017-ci il tarixə 3852.75 manat əsas borc, 2532,05 manat mükafat, 3506,19 manat dəbbə və 1780 manat dəymiş zərər, cəmi 11670,99 manat borcun və tərəflərindən ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdeh apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, Abşeron Rayon Məhkəməsinin 2(012)-3876/2018 saylı xx xxxxxx 2018-ci il tarixli sözügedən qətnaməsi ilə razı deyil. Sözügedən qətnamə tamamilə əsassız və birtərəfli qaydada qəbul edilmişdir. Onun məhkəmə iclasının keçirilməsi barədə məlumatı olmayıb və məhkəmədə yalnız iddiaçı tərəfin sübutlarını izahatlarını dinləyərək qərar çıxarıb. Bu işlə əlaqədar olaraq iddianın rədd edilməsi üçün kifayət qədər sübutları və şahidləri var. Məhkəmə həmin işə mahiyyəti üzrə baxaraq iddianı qismən təmin etmişdir. Belə ki, onunla İddiaçıMMC arasında bağlanan xx xxx 2016-cı il tarixli Al 0516 saylı müqaviləyə əsasən iddianın bütün şərtləri təmin edilmiş, yalnız 3506,19 manat dəbbə pulu 380 manata endirilmişdir. İş materiallarından göründüyü kimi o, həmin avtomobili lizinq yolu ilə götürən 6-cı adam olmuşdur. Həmin avtomobili götürüb cəmi iki ay işlətmiş və pulunu ödəyə bilmədiyi üçün lizinqin 4 nəfər işçisi avtomobili Bakı şəhəri, Binəqədi rayon ərazisində onun əlindən alaraq aparmışlar. Həmin vaxt onunla maşında olan kənd sakinləri də olmuşlar. Onlar bunu sübut edə bilərlər ki, həqiqətən avtomobil onun əlindən alınıb aparılıb. İş materiallarından göründüyü kimi güya o, həmin avtomobili xx xxxxxx 2017-ci il tarixdə geri qaytarmışdır. Onlar ondan avtomobili aldıqdan sonra özləri istismar etmişlər və dəfələrlə dövlət yol polisinin kameralarına və radarlarına düşmüşlər. Son müqavilə isə onunla olduğu üçün onun adına cərimələr yazılmış və qanunla müəyyən edilmiş bal həddi aşıldığı üçün onun sürücülük hüququ məhdudlaşdırılmış və təsadüfən o başqa maşın idarə edərkən polis onu saxlamış və sənədləri yoxlayarkən bildirmişdir ki, onun sürücülük hüququ məhdudlaşdırılıb. Maşının radara düşməsi barədə görüntülər var və onunla avtomobili kimin idarə etdiyini müəyyən etmək olar. O, hüquqi cəhətdən savadsız olduğu üçün bilməmişdir ki, avtomobili ondan alanda onu aktlaşdırmaq lazımdır. Onlar avtomobili iyul 2016-cı il tarixdən xx xxxxxx 2017-ci il tarixə kimi özləri istifadə etmiş və bütün cərimələri isə onun adına yazmışlar. Qeyd edilənlərə əsasən apelyasiya şikayətinin təmin edilərək Abşeron Rayon Məhkəməsinin 2(012)-3876/2018 saylı, xx xxxxxx 2018-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. PROSES İŞTİRAKÇİLARİNİN İZAHATLARİ: Məhkəmə kollegiyasının iclasında Cavabdeh apelyasiya şikayətini müdafiə edərək göstərdi ki, Abşeron Rayon Məhkəməsinin 2(012)-3876/2018 saylı xx xxxxxx 2018-ci il tarixli sözügedən qətnaməsi ilə razı deyil. Sözügedən qətnamə tamamilə əsassız və birtərəfli qaydada qəbul edilmişdir. Məhkəmə iclasının keçirilməsi barədə məlumatı olmayıb və məhkəmədə yalnız iddiaçı tərəfin sübutlarını izahatlarını dinləyərək qərar çıxarılıb. Bu işlə əlaqədar iddianın rədd edilməsi üçün kifayət qədər sübutları və şahidləri var. Məhkəmə həmin işə mahiyyəti üzrə baxaraq iddianı qismən təmin etmişdir. Belə ki, onunla İddiaçıMMC arasında bağlanan xx xxx 2016-cı il tarixli AL- 0516 saylı müqaviləyə əsasən iddianın bütün şərtləri təmin edilmiş, yalnız 3506.19 manat dəbbə pulu 380 manata endirilmişdir. İş materiallarından göründüyü kimi o, həmin avtomobili lizinq yolu ilə götürən 6-cı adam olmuş, həmin avtomobili götürüb cəmi iki ay işlətmiş və pulunu ödəyə bilmədiyi üçün lizinqin 4 nəfər işçisi avtomobili Bakı şəhəri Binəqədi rayon ərazisində əlindən alaraq aparmışlar. Həmin vaxt onunla maşında kənd sakinləri də olmuşlar. Onlar bunu sübut edə bilərlər ki, həqiqətən avtomobil əlindən alınıb aparılıb. İş materiallarından göründüyü kimi güya o, həmin avtomobili xx xxxxxx 2017-ci il tarixdə geri qaytarmışdır. İddiaçı ondan avtomobili aldıqdan sonra özləri istismar etmişlər və dəfələrlə dövlət yol polisinin kameralarına və radarlarına düşmüşlər. Son müqavilə isə onunla olduğu üçün onun adına cərimələr yazılmış və qanunla müəyyən edilmiş bal həddi aşıldığı üçün sürücülük hüququ məhdudlaşdırılmış və təsadüfən başqa maşın idarə edərkən polis saxlamış və sənədləri yoxlayarkən bildirmişdir ki, sürücülük hüququ məhdudlaşdırılıb. Maşının radara düşməsi barədə görüntülər var və onunla avtomobili kimin idarə etdiyini müəyyən etmək olar. Qeyd edilənlər əsasında apelyasiya şikayətinin təmin edilməsini, Abşeron Rayon Məhkəməsinin 2(012)-3876/2018 saylı, xx xxxxxx 2018-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə kollegiyasının iclasında İddiaçı MMC-nin nümayəndəsi X7 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək göstərdi ki, İddiaçı MMC ilə X10 arasında bağlanmış xx xxxxx 2014-cü il tarixli AL-0516 saylı “X12”nə əsasən İddiaçı MMC-nin mülkiyyətində olan 2013-cü il buraxılışlı, “Daewoo Gentra” markalı **-AN-*** dövlət qeydiyyat nişanlı, XWB5V319DEA540306 ban, mühərrik 0147 nömrəli, tünd boz rəngli avtomobil X3 müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. xx xxxx 2014-cü il tarixli AL-0516(1) saylı “öhdəliklərin ötürürülməsi” müqaviləsinə əsasən Mirzəyev Nöfəl Hafiz oğlu xx xxxxx 2014-cü il tarixli AL-0516 saylı “X12” üzrə bütün öhdəlikləri öz üzərinə götürmüşdür. xx xxxxxx 2014-cü il tarixli AL-0516(2) saylı “Öhdəliklərin ötürülməsi” müqaviləsinə əsasən X8, xx xxxxxx 2015-ci il tarixli AL-0516(3) saylı “Öhdəliklərin ötürülməsi” müqaviləsinə əsasən X13, xx xxxxxxx 2015-ci il tarixli AL-0516(4) saylı “Öhdəliklərin ötürülməsi” müqaviləsinə əsasən X5, xx xxxxx 2016-cı il tarixli AL-0516(5) saylı “Öhdəliklərin ötürülməsi” müqaviləsinə əsasən X14, xx xxx 2016-cı il tarixli AL-0516(6) saylı “Öhdəliklərin ötürülməsi” müqaviləsinə əsasən Cavabdeh xx xxxxx 2014-cü il tarixli AL-0516 saylı “X12” üzrə bütün öhdəlikləri öz üzərinə götürmüşdür. İddiaçı MMC ilə Cavabdeh arasında imzalanmış ödəniş cədvəlinə əsasən Cavabdeh illik 17 % hesablanmaqla 56 aylıq müddətə hər ay sabit məbləğ olmaqla 347 manat, ümumilikdə isə 19431.30 mahat məbləğində pulu İddiaçı MMC-nin hesabina ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh müvəqqəti istifadəsinə verilmiş İddiaçı MMC-nin mülkiyyətində olan “Daewoo Gentra” markalı **-AN-*** dövlət qeydiyyat nişanlı avtomobil xx xxxxxx 2017-ci il tarixdə istifadəyə yararsız vəziyyətdə şirkətin duracağına Bakı şəhərində yerləşdirilmiş və servis mərkəzi tərəfindən tərtib edilmiş qüsur aktına əsasən 1780 manat ziyan dəymişdir. Cavabdeh tərəfindən lizinq şirkətinə sonuncu ödəniş xx xxxx 2016-cı il tarixdə 220 manat məbləğində olmuşdur. Eyni zamanda Cavabdeh xx xxxxx 2014-cü il tafixli AL-0516 saylı “Daxili Lizinq" müqaviləsi üzrə lizinq obyektinə müvəqqəti sahiblik və istifadə edilməsinə görə xx xxxxxx 2017-ci il tarixə 3852.75 manat əsas, 2532,05 manat mükafat və həmin günə hesablanmış 3506.19 manat dəbbə pulu, cəmi 9890.99 manat borcu yaranmışdır. Qeyd olunanlara əsasən apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası proses iştirakçılarını dinləyib, iş materiallarını, apelyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayəti qismən təmin edilməli, Abşeron Rayon Məhkəməsinin 2(012)-3976/2018 saylı, xx xxxxxx 2018-ci il tarixli qətnaməsi Cavabdeh xx xxxxx 2014-cü il tarixli AL-0516 saylı X12 üzrə 2532.05 manat mükafatın, 380 manat dəbbə, 1780 manat pulun tutulması hissəsində dəyişdirilməli, müqavilə üzrə 2459,01 manat mükafatın, 50 manat dəbbə pulunun, dəymiş zərər görə 1320 manatın tutulması müəyyən edilməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan xx xxxxx 2014-eti il tarixli AL-0516 saylı X12 və həmin müqaviləyə 1 saylı əlavədən müəyyən edilir ki, MMC mülkiyyətində olan 2014-cti il buraxılışla "Daewoo Gentra" minik markalı **-AN-*** dövlət qeydiyyat nişanlı. XWB5V319DE540306 ban. 0147 mühərrik nömrəli, tünd boz rəngli avtomobil X3 müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. İş materiallarından görünür ki, xx xxxx 2014-cü il tarixli AL.-0516(1) saylı “öhdəliklərin ötürülməsi" müqaviləsinə əsasən Mirzəyev Nöfəl Hafiz oğlu, xx xxxxxx 2014-cü il tarixli AL-0516(2) saylı "Öhdəliklərin ötürülməsi” müqaviləsinə əsasən X11, xx xxxxxx 2015-ci il tarixli AL-0516(3) saylı “Öhdəliklərin ötürülməsi” müqaviləsinə əsasən X13, xx xxxxxxx 2015-ci il tarixli AL-0516(4) saylı “Öhdəliklərin ötürülməsi" müqaviləsinə əsasən X6, xx xxxxx 2016-cı il tarixli AL-0516(5) saylı “Öhdəliklərin ötürülməsi” müqaviləsinə əsasən X14, xx xxx 2016-cı il tarixli AL- 05 16(6) saylı "Öhdəliklərin ötürülməsi” müqaviləsinə əsasən Cavabdeh oğlıı xx xxxxx 2014-cü il tarixli AL-0516 saylı X12 üzrə bütün öhdəlikləri öz üzərinə götürmüşdür. İş materiallarında olan “İddiaçı" MMC ilə Cavabdeh arasında imzalanmış ödəniş qrafikinə əsasən illik 17% hesablanmaqla 56 aylıq müddətinə hər ay sabit məbləğ olmaqla 347 manat, ümumilikdə isə 19431,30 manat məbləğində pulu Cavabdeh “İddiaçı" MMC-nin hesabına ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan “AServis mərkəzi” tərəfindən tərtib olunmuş qüsur aktına əsasən '‘Daewoo Gentra” minik markalı **-AN-*** dövlət qeydiyyat nişanlı avtomobilə 1780 manat ziyan dəymişdir. İş materiallarında olan xəbərdarlıq məktublarından müəyyən edilir ki, lizinq alan Cavabdeh ''İddiaçı” MMC tərəfindən mtivafıq qaydada X12 üzrə öhdəliklərini icra etmədiyinə görə xəbərdar edilmişdir. İş materiallarında olan maliyyə arayışından müəyyən edilir ki, Cavabdeh xx xxxxx 2014-cii il tarixli AL-0516 saylı X12 üzrə xx xxxxxx 2017-ci il tarixə, yəni lizinq obyekti qaytarılan tarixə 3852,75 manat əsas borc, 2532,05 manat mükafat. 3506.19 manat dəbbə. cəmi 9890,99 manat borcu vardır. Birinci instansiya məhkəməsi qeyd edilən iş materiallarına əsasən cavabdehin müqavilə öhdəliklərini lazımınca yerinə yetirməməsini, nəticədə idiaçı təşkilata borcu yaranmasını müəyyən edərək iddianı yuxarıda göstərilən qaydada qismən təmin etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci və 739.2-ci maddələrinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci bəndinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.1, 445.2, 445.2.1 və 445.2.2-ci maddələrinin ümumi məzmununa əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1 və 448.2-ci maddələrinə görə borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qeyd olunan iş materiallarına və qanunvericilik normalarına istinadən iddia tələbini tərəflər arasında bağlanmış müqavilənin ləğv edilməsi, əsas borc üzrə pulun və ödənilmiş 30 maat dövlət rüsumunun tutması barədə gəldiyi nəticədə haqlı olmuşdur. Belə ki, iş materiallarından müəyyən edilir ki, tərəflər arasında bağlanmış lizinq müqaviləsi üzrə öhdəliklər cavabdeh tərəfindən yerinə yetirilməmiş, bu barədə ona xəbərdarlıq edilmişdir. İş materiallarından görünür ki, tərəflər arasıdna bağlanmış xx.xx.2014-cü il tarixli, AL-0516 saylı Daxili Lizinq müqaviləsinin 15.1-ci bəndinə əsasən lizinq alan lizinq obyektindən bu müqavilənin şərtlərini pozmaqla, yaxud onun təyinatına uyğun olmamaqla istifadə etdikdə, lizinq obyektini işlək halda saxlamadıqda və bu da onun istehlak keyfiyyətlərini pisləşdirdikdə, lizinq ödənişlərini müqavilə ilə nəzərdə tutulan ğd\nmiş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmədikdə müqavilə lizinq verənin təşəbbüsü ilə, lizinq Alana hər hansı zərərin əvəzini ödəmədən ləğv edə bilər. Azərbaycan Respuvblikası Mülki Məcəlləsinin 747.1-ci maddəsinə əsasən lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Həmin Məcəllənin 748-1.8-ci maddəsinə əsasən lizinq müqaviləsinə xitam verildikdən sonra lizinq alan lizinq obyektini normal köhnəlmə (amortizasiya) və ya lizinq müqaviləsi ilə şərtlənən köhnəlmə nəzərə alınmaqla, lizinq verənə ondan aldığı vəziyyətdə (halda) qaytarmalıdır. Həmin Məcəllənin 748-1.12-ci maddəsinə əsasən lizinq verənin aşağıdakı hallarda pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır: lizinq alanın lizinq obyektindən istifadə şəraiti lizinq müqaviləsinin şərtlərinə və ya lizinq obyektinin təyinatına uyğun deyilsə; lizinq alan lizinq verənin icazəsi olmadan sublizinq həyata keçirirsə; lizinq alan lizinq obyektini işlək halda saxlamırsa və bu da onun istehlak keyfiyyətlərini pisləşdirirsə; lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə. İş materiallarından göründüyü kimi cavabdeh X15 müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. Qeyd edilənlərə əsasən məhkəmə kolelgiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasıdna bağlanmış müqavilənin ləğv edlməsi qənaətinə gəlməkdə haqlı olmuşdur. Bundan başqa müqavilə üzrə Cavabdeh əsas borc üzrə 3852,75 manat borcu olması barədə birinci instansiya məhkəməsi gəldiyi nəticədə haqlı olmuşdur. Cavabdeh əsas borc üzrə 3852,75 manat borcu olması iş materiallarında olan maliyyə arayışı (i.v.56) ilə təsdiq edilir. Bundan əlavə əsas borc üzrə 3852,75 manat borcun olması iş materiallarına əlavə edilmiş ekspert rəyi ilə də təsdiq edlir. İş materiallarına əlavə edilmiş Azərbacyan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2020-ci il tarixli, 9/3036 saylı rəyindən görünü rki, Cavabdeh müqavilə üzrə əsas borc üzrə 3913,99 manat, faiz borcu üzrə 2459,01 manat təşkil edir. Məhkəmə kollegiyası qeyd edir ki, ekspert rəyində müqavilə üzrə əsas borc 3913,99 manat hesablansa da, iddiaçı təşkilat iddia tələbində 3852,75 manat tələb etmişdir. Bu səbəbdən də müqavilə üzrə faiz borcu iddia tələbindən tələb edilən məbləğdə, yəni 3852,75manat müəyyən edilməlidir. Belə ki, əsas borcun ekspert rəyinə uyğun müəyyən edilməsi iddia tələbindən kənara çıxma kimi qiymətləndirildiyi üçün həmin məbləğlərin cavabdehdən tutulması qanunvericiliyə ziddir. Bundan əlavə iddiaçı bankın ödədiyi 30 manat dövlət rüsumunun 26 manat hissəsinin də cavabdehlərdən iddiaçının xeyrinə tutulması barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən qanuni və əsaslıdır. Belə ki, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə kollegiyası müqavilə üzrə faiz və cərimə borcuna dair hissədə birinci instansiya məhkəməsinin qətnaməsini qismən əsaslı sayır. Belə ki, iş materiallarından görünür ki, iddiçaı təşkilat cavabdehdən 2532,05 manat mükafat və 3506.19 manat dəbbə pulu tələb edir. İş materiallarına əlavə edilmiş Azərbacyan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2020-ci il tarixli, 9/3036 saylı rəyindən görünürki, Cavabdeh müqavilə üzrə mükzafat borcu 2459,01 manat təşkil edir. Göründüyü kimi, ekspert rəyi ilə müəyyən edilən mükafat borcu iddia ərizəsində tələb edlən borc məbləğindən fərqlənir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, müqavilə üzrə mükafat borcu ekspert rəyinə uyğun dəyişdirilməli və 2459,01 manat müəyyən edilməlidir. Bundan başqa məhkəmə kollegiyası onu da qeyd edir ki, birinci instansiya məhkəməsi iddia tələbinin cərimə borcunun tutulması hissəsində iddianı qismən təmin etməkdə də qismən haqlı olmuşdur. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə,penya) müqavilə ilə müəyyənləşdirilən,öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi,o cümlədən icranın gecikdirdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. İş materiallarından görünür ki, iddiaçı təşkilat 3506,19 manat tələb etmiş, məhkəmə cərimə borcunu 380 manat müəyyən etmişdir. Məhkəmə kollegiyası cərimə məbləğinin yüksək olması qənaətinə gələrək hesab edir ki, cərimə borcu 50 manat məbləğində müəyyən edilməlidir. Çünki Mülki Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, hər hansı müqavilə, o cümlədən kredit müqaviləsi münasibətlərində dəbbə pulu gəlir vasitəsi kimi çıxış edə bilməz. Dəbbə pulu (cərimə) öhdəliklərin icrasının təmin edilməsi üsulu, öhdəliklərin icra olunmaması halında nəzərdə tutulan maliyyə sanksiyasıdır. Bundan əlavə məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin zərərə görə 1780 manat borcun tutulmasına dair gəldiyi nəticəyə qiymət verərək hesab edir ki, avtomobilə dəymiş zərər görə cavabdehdən 1320 manat tutulmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş Azərbacyan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2020-ci il tarixli, 9/3042 saylı rəyindən görünür ki, lizinq obyekti olan “Daewoo Gentra” markalı, **-AN-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər dəyişilməli hissələrin qiyməti 470 manat, təmir-bərpa işlərinin qiyməti 850 manat olmaqla cəmi 1320 manat müəyyən edilir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi mükafat və cərimə borcuna, dəymiş zərərə görə borca dair hissədə dəyişdirilməli, qalan hissələrdə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 384.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 384.0.3-cü maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Məhkəmə kollegiyası avtomobilin ondan aktla alınmamasına dair cavabdehin apelyasiya şikayətinin dəlillərinə qiymət verərək qeyd edir ki, mübahisə predmeti olan lizinq obyekti xx.xx.2016-cı il tarixli təhvil təslim aktı ilə cavabdehdən təhvil alınmışdır. Bundan əlavə iş üzrə əlavə ekspertiza təyin edilməsi barədə dəlilə qiymət verərək qeyd edir ki, məhkəmə kollegiyasının qərardadı ilə iş üzrə ekspertiza təyin edilmiş, tələb edlən borc məbləği müəyyən edilmişdir. Bundan başqa cavabdeh apelyasiya şikayətində qətnamənin ləğv olunmasını xahiş etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin bu dəlili ilə razılaşmaq olmaz. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apelyasiya şikayəti qismən təmin edilməli, Abşeron Rayon Məhkəməsinin 2(012)-3976/2018 saylı, xx xxxxxx 2018-ci il tarixli qətnaməsi Cavabdeh xx xxxxx 2014-cü il tarixli AL-0516 saylı X12 üzrə 2532.05 manat mükafatın, 380 manat dəbbə, 1780 manat pulun tutulması hissəsində dəyişdirilməli, müqavilə üzrə 2459,01 manat mükafatın, 50 manat dəbbə pulunun, dəymiş zərər görə 1320 manatın tutulması müəyyən edilməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.3, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh apelyasiya şikayəti qismən təmin edilsin. Abşeron Rayon Məhkəməsinin 2(012)-3976/2018 saylı, xx xxxxxx 2018-ci il tarixli qətnaməsi Cavabdeh xx xxxxx 2014-cü il tarixli AL-0516 saylı X12 üzrə 2532.05 manat mükafatın, 380 manat dəbbə, dəymiş zərərə görə 1780 manat pulun tutulması hissəsində dəyişdirilsin. Cavabdeh müqavilə üzrə 2459,01 manat mükafat, 50 manat dəbbə pulu, dəymiş zərər görə 1320 manat tutularaq İddiaçı MMC-nə ödənilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. İş üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyəri olan 445 (dörd yüz qırx beş) (200+145+100) manatın 222,5 manatı İddiaçı MMC-dən, 222,5 manatı Cavabdeh tutularaq Az.MEM, VÖİN **********, AZ34CTRE********************, Dövlət Xəzinədarlıq agentliyi, kod 210005, VÖEN **********, m/h AZ 41 NABZ013601**********3944 SWİFT BİK CTREAZ 22 hesaba köçürülsün. Qətnamə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Lətifə Məmmədova Hakimlər: Gülnarə Tağızadə Telman Quliyev
Məhkəmə qərarları › İş №2(105)-56/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-56/2021
02.02.2021 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver