Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-566/2022 31.03.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri: Məmmədov Telman Qədir oğlu (sədrlik edən, məruzəçi hakim), Abasov Şəmsəddin Rizalı oğlu və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X5, İddiaçı nümayəndəsi və vəkili Vəkil1, qətnamə hüquq və vəzifələrinə toxunan şəxs X6 və onun vəkili Vəkil2 iştirakları ilə açıq məhkəmə iclasında Abşeron Rayon Məhkəməsinin 16 iyul 2021-ci il tarixli, 2(012)-3088/2021 saylı qətnaməsindən qətnamə hüquq və vəzifələrinə toxunan şəxs X6 apellyasiya şikayətinə əsasən işə apellyasiya qaydasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Abşeron Rayon Məhkəməsinin 16 iyul 2021-ci il tarixli, 2(012)-3088/2021 saylı qətnaməsi ilə (sədrlik edən, hakim Cəmilə Səfiyeva) İddiaçı cavabdehlər X13 oğlu və X15 qızına qarşı müqavilənin ləğv edilməsi və fərdi yaşayış evinin təhvil verilməsi tələbinə dair mülki iş üzrə iddia qismən təmin edilmiş, Abşeron rayonu, Masazır kəndi, S.Ə.Şirvani küçəsində “Azər Siti” marketin arxasında yerləşən 0,02 ha torpaq sahəsinin içərisində inşa edilmiş, ümumi sahəsi 100 kv.m olan 1 (bir) mərtəbəli, 3 (üç) otaqlı fərdi yaşayış evinin cavabdehlər X13 oğlu, X15 qızı və başqaları tərəfindən boşaldılaraq İddiaçı təhvil verilməsi qət edilmiş, qətnamə hüquq və vəzifələrinə toxunan şəxs X10 qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ: Mülki işin materiallarından görünür ki, İddiaçı iddia ilə məhkəməyə müraciət edərək cavabdehlər X13 oğlu və X15 qızı ilə aralarında bağlanmış 01.05.2020-ci il tarixli daşınmaz əmlakın nisyə alqı-satqı müqaviləsinin ləğv edilməsi, ona məxsus olan Abşeron rayonu, Masazır kəndi, S.Ə.Şirvani küçəsində “Azər Siti” marketin arxasında yerləşən 0,02 ha torpaq sahəsinin içərisində inşa edilmiş, ümumi sahəsi 100 kv.m olan 1 mərtəbəli, 3 otaqlı fərdi yaşayış evinin cavabdehlər tərəfindən boşaldılaraq ona təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş və tələblərini onunla əsaslandırmışdır ki, onunla cavabdehlər X13 oğlu və X15 qızı öz aralarında yazılı şəkildə daşınmaz əmlakın alqı-satq müqaviləsini bağlamışlar. Müqaviləyə əsasən ona məxsus Abşeron rayonu, Masazır kəndi, S.Ə.Şirvani küçəsində “Azər Siti” marketin arxasında yerləşən 0,02 ha torpaq sahəsinin içərisində inşa edilmiş, ümumi sahəsi 100 kv.m olan bir mərtəbəli, 3 otaqlı fərdi yaşayış evi 50000 manata cavabdehlərə satılmışdır. Fərdi yaşayış evi müvafiq qaydada qeydiyyata alınmadığı üçün aralarında bağlanmış müqavilə notarial qaydada təsdiqlənməmişdir. Aralarındakı razılaşmaya əsasən cavabdehlər ilkin olaraq 10000 manat pul vəsaitini beh kimi ödəməklə, qalan 40000 manat pul vəsaitini isə hər ay 500 manat olmaqla 80 aya, yəni 06 il 08 səkkiz ay müddətinə ödəyəcəkləri barədə öhdəlik götürmüşlər. Lakin 1 ilə yaxın vaxt keçməsinə baxmayaraq, cavabdehlər beh kimi əvvəlcədən ödənilmiş vəsaitdən başqa pul ödəməmişlər. Hər dəfə pulunu istədikdə, cavabdehlər müəyyən müddət vaxt istəsələr də, vədlərinə əməl etməmişlər. Pozulmuş hüququnun başqa cür bərpa olunmayacağını görüb məhkəmə müdafiəsindən istifadə etmək məcburiyyətində qalmışdır. İddiaçının nümayəndəsi Vəkil1 iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək İddiaçı ilə cavabdehlər X13 oğlu və X15 qızı arasında sadə yazılı formada bağlanmış 01.05.2020-ci il tarixli daşınmaz əmlakın nisyə alqı-satqı müqaviləsinin ləğv edilməsi, iddiaçıya məxsus olan Abşeron rayonu, Masazır kəndi, S.Ə.Şirvani küçəsində “Azər Siti” marketin arxasında yerləşən 0.02 ha torpaq sahəsinin içərisində inşa edilmiş, ümumi sahəsi 100 kv.m olan 1 mərtəbəli, 3 otaqlı fərdi yaşayış evinin cavabdehlər və başqa şəxslər tərəfindən boşaldılaraq iddiaçıya təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ, İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ: Qətnamə hüquq və vəzifələrinə toxunan şəxs X10 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə qətnaməsi barədə icra məmuru tərəfindən yaşadığı ünvana bildiriş göndərildikdən sonra məlumatı olmuş və 04.11.2021-ci il tarixdə məhkəməyə müraciət etməklə qətnamənin surətini rəsmi qaydada almışdır. Məhkəmə qətnaməsi ilə razı deyildir və qəbul edilmiş qətnamə ləğv edilməklə iddia tələbi rədd edilməlidir. Məhkəmə tərəfindən qəbul edilmiş qətnamə hüquq və mənafelərinə toxunmaqla yanaşı, gələcəkdə əldə edəcəyi gözlənilən mülkiyyət hüququnu pozmuşdur. Belə ki, məhkəmə qətnaməsində də qeyd edildiyi kimi, iddiaçı ilə cavabdeh arasında mövcud olmuş müqavilə əmlak özbaşına tikili olduğundan qanunvericiliklə daşınmaz əmlakın alqı-satqısı üçün nəzərdə tutulan qaydada bağlanmamışdır və bu hal, yəni iddiaçı ilə cavabdeh arasında olan mübahisə ona məlum olmadığından da cavabdeh Oktay İsmayıl-Zadə ilə eyni qaydada 04.08.2020-ci il tarixdə müqavilə bağlayaraq Abşeron rayonu, Masazır kəndi, S.Ə.Şirvani küçəsində “Azər Siti” marketin arxasında yerləşən 0,02 ha torpaq sahəsinin içərisində inşa edilmiş, ümumi sahəsi 100 kv.m olan 1 mərtəbəli, 3 otaqlı fərdi yaşayış evini 36000 manata almış və hazırda da həmin evdə yaşayır. Həmin əmlakın vergisi onun tərəfindən ödənilməklə elektrik sayğacı, həmçinin Masazır Bələdiyyəsinin yer quruluşu planından çıxarışa əsasən yaşadığı ərazi onun adına qeydə alınmışdır. Lakin məhkəmə işə baxarkən onu üçüncü şəxs kimi işə cəlb etməmiş və bununla da onun hüquq və mənafelərinin pozulması ilə nəticələnən qərar qəbul etmişdir. Öz maraqları naminə işə cəlb edilməyini İddiaçı istəməmişdir. Çünki o, evi aldıqdan təxminən 3-4 ay sonra iddiaçı onun yaşadığı evə gələrək cavabdeh Oktay İsmayıl-Zadəni soruşmuş və evin cavabdeh tərəfindən ona satıldığını bilmişdir. Qətnamədən də göründüyü kimi, iddiaçı özü məhkəmə proseslərində iştirak etməmiş, iddiasının rədd ediləcəyinə əmin olduğundan onun işə cəlb olunmağında maraqlı olmamışdır. Apellyasiya şikayətində iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasında qətnamə hüquq və vəzifələrinə toxunan şəxs X10 apellyasiya şikayətində göstərilənlərə uyğun izahat verərək iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etdi. İddiaçı nümayəndəsi Vəkil1 məhkəmə iclasında apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayıb, izahatında iş üzrə məhkəmə qətnaməsinin dəyişdirilmədən, apellyasiya şikayətinin isə təmin edilmədən saxlanılmasını xahiş etdi. İddiaçı, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, məhkəmə iclasına gəlmədiklərindən məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən, apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə məhkəmə qətnaməsi fərdi yaşayış evinin başqaları tərəfindən boşaldılması hissəsində ləğv edilməli, həmin hissədə yeni qətnamə qəbul edilərək bu hissədə iddia təmin edilməməlidir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, qətnamə hüquq və vəzifələrinə toxunan şəxs X6 apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin faktiki olaraq iddianın təmin olunmuş hissəsində ləğv edilməsinə yönəldiyindən, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı bu hissədə yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən, maddi və prosessual hüquq normalarına düzgün riayət edilib, edilməməsinə hüquqi qiymət verilməlidir. İş materiallarında olan “satıcılar” İddiaçı və X21 ilə “alıcılar” X13 oğlu və X15 qızı arasında bağlanmış 01 may 2020-ci il tarixli daşınmaz əmlakın nisyə alqı-satqı müqaviləsinin surətindən görünür ki, “satıcılar” İddiaçı və X4 rayonu, Masazır kəndi, S.Ə.Şirvani küçəsində “Azər Siti” marketin arxasında yerləşən 0,02 ha torpaq sahəsinin içərisində inşa edilmiş, ümumi sahəsi 100 kv.m olan 1 mərtəbəli, 3 otaqlı fərdi yaşayış evini 50000 manata “alıcılar” X13 oğlu və İsmail-X3, “alıcılar” isə fərdi yaşayış evinin dəyərinin 10.000 manatını ilkin olaraq ödəməyi, qalan 40000 manatını isə hər ay 500 manat olmaqla 80 aya, yəni 06 il 08 ay müddətinə ödəməyi öhdələrinə götürmüşlər. İş materiallarına əlavə edilmiş 04.08.2020-ci il tarixli qəbzin surətindən görünür ki, X9 oğlu ona məxsus ünvan 1 ünvanda yerləşən 3 otaqlı evini içərisində olan əşyaları ilə birlikdə X8 36000 manata satmışdır. İş materiallarına əlavə edilmiş Abşeron rayon İcra Hakimiyyəti başçısının Masazır kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin 01.03.2022-ci il tarixli, 35 saylı məktubundan görünür ki, Abşeron rayonu, Masazır kəndi, S.Ə.Şirvani küçəsində, “Azər siti” marketin arxasında yerləşən 0,02 ha torpaq sahəsinin içərisində inşa edilmiş, ümumi sahəsi 100 kv.m olan bir mərtəbəli, üç otaqlı fərdi yaşayış evinə baxış keçirilmiş, qonşularla bağlanmış akta əsasən həmin fərdi yaşayış evində X10, övladı X11 və gəlini X2 yaşayırlar, lakin həmin fərdi yaşayış evi sənədsiz olduğundan kimin sahibliyində olması dəqiq deyildir. Azərbaycan Respublikası MM-nin 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Həmin Məcəllənin 180.2-ci maddəsinə əsasən özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Həmin Məcəllənin 180.4-cü maddəsinə görə tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 48-ci maddəsinin 2-ci hissəsinə görə Azərbaycan Respublikasının vətəndaşları və hüquqi şəxsləri torpaq sahələrini mülkiyyət, istifadə və icarə hüququnda əldə edə bilərlər. Həmin Məcəllənin 111-ci maddəsinin 1 və 2-ci hissələrinə görə Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. İşdən görünür ki, iddiaçı İbayeva X12 rayonu, Masazır kəndi, S.Ə.Şirvani küçəsində, “Azər siti” marketin arxasında yerləşən 0,02 ha torpaq sahəsini zəbt etmiş, həmin torpaq sahəsində özbaşına fərdi yaşayış inşa edilmiş və bu daşınmaz əmlaklar üzərində iddiaçının hər hansı hüququ dövlət qeydiyyatına alınmamışdır. Azərbaycan Respublikası MM-nin 139.1-ci maddəsinə görə mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Həmin Məcəllənin 144.1-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Təsdiqləmə zamanı notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər əşyaya dair sərəncam verən tərəfin sərəncam hüququnu və müqavilənin qanunauyğunluğunu yoxlamalıdır. Onlar təsdiqlədikləri müqavilənin yanlışlığı üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 144.2-ci maddəsinə görə sərəncam hüququ sərəncam verən tərəfin daşınmaz əmlakın dövlət reyestrinə əsasən bu hüquqa malik olması və ya ixtiyarlı şəxsin ona həmin səlahiyyəti verməsi ilə təsdiqlənir. Həmin Məcəllənin 394-cü maddəsinə görə bir tərəfin daşınmaz əşyaya mülkiyyəti digər tərəfə vermək və ya əldə etmək barədə öhdəlik götürdüyü müqavilə notariat qaydasında təsdiqlənməlidir. Həmin Məcəllənin 646-cı maddəsinə əsasən daşınmaz əşyaların alqı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. Əgər bu Məcəllənin bu paraqrafının aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, daşınmaz əşyaların alqısatqısına əşyaların alqı-satqısı haqqında ümumi müddəalar müvafiq surətdə tətbiq edilir. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, birinci instansiya məhkəməsi işdə cavabdeh kimi X13 oğlu göstərsə də, əslində həmin şəxsin adı Oqtay, ata adı Sədrətdindir. İş üzrə araşdırılmış sübutlarla müəyyən edilmişdir ki, İddiaçı sərəncam hüququ olmadığı halda, özbaşına tikili olan mübahisəli fərdi yaşayış evini 01 may 2020-ci il tarixli sadə yazılı müqavilə əsasında nisyə olaraq Cavabdeh1 və İsmail-X1. Cavabdeh1 isə 04.08.2020-ci il tarixdə həmin evi X8 36000 manata satmış, lakin qanunvericiliyin tələbinə zidd olaraq bağlansa da, 01 may 2020-ci il tarixli müqavilə üzrə razılaşdırılmış məbləği İddiaçı ödəməmişdir. İşdən görünür ki, birinci instansiya məhkəməsi iddia tələbini qismən təmin edərək mübahisəli fərdi yaşayış evinin cavabdehlər X13 oğlu, X15 qızı və başqaları tərəfindən boşaldılaraq İddiaçı təhvil verilməsi nəticəsinə gəlmişdir. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, İsmail-Zadə Oktay (Oqtay) Zirəddin (Sədrətdin) oğlu və X15 qızı mübahisəli fərdi yaşayış evində yaşamırlar. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il qərarının 6.8-ci bəndinə əsasən qətnamənin nəticə hissəsi imperativ formada yazılmalı, baxılan iş üzrə tərəflərin hüquq və vəzifələrini dəqiq müəyyən edilməlidir. Birinci instansiya məhkəməsi iddia tələbini qismən təmin edərkən mübahisəli fərdi yaşayış evinin başqaları tərəfindən də boşaldılaraq İddiaçı təhvil verilməsi nəticəsinə gəlmiş, lakin həmin şəxslərin kimlər olmasını qətnamədə konkret göstərməmişdir. Məhkəmə kollegiyası hazırki tələblərlə bağlı iddiaçının cavabdehlərə qarşı məhkəməyə müraciət etmək hüququnun olub-olmamalarını məsələsini araşdırarkən aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikasının Konstitusiyasında (maddə 60) və Azərbaycan Respublikasının qoşulduğu bir sıra beynəlxalq hüquqi aktlarda (İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 8-ci maddəsi, Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın 14-cü maddəsinin 1-ci bəndi, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi) təsbit edilmiş müstəqil məhkəmə tərəfindən ədalətli məhkəmə araşdırması əsasında hüquqların səmərəli bərpa edilməsi kimi qəbul olunan məhkəmə müdafiəsi hüququ öz təbiəti etibarı ilə mütləq hüquq olmayıb, müəyyən şərtlərin mövcudluğunda konkret məhdudiyyətlərə məruz qala bilər. Məhkəmə kollegiyası qeyd edir ki, hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalı və yalnız onun belə hüquqa malik olduğu müəyyən edildikdən sonra cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığına münasibət bildirməlidir. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması araşdırılmalıdır. İddia tələbi irəli sürməyə imkan verən subyektiv mülki hüququn mövcudluğu məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassız olardı. “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 30 iyul 2008-ci il tarixli qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimləmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Məhkəmə kollegiyası nəzərə alır ki, Konstitusiya Məhkəməsinin qərarlarının məcburi hüquqi qüvvəsi onun qərarlarında formalaşdırılmış hüquqi mövqelərinin qüvvəsinə də şamil edilir və həmin hüquqi mövqelər hüququn tətbiqi təcrübəsində məhkəmələr tərəfindən rəhbər tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 46-cı maddəsinə görə tərəflər, üçüncü şəxslər, ərizəçilər, maraqlı şəxslər, pozulmuş və ya mübahisə edilən hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək hüququ olan ictimai təşkilatlar, dövlət orqanları və digər orqanlar işdə iştirak edən şəxslərdirlər. Həmin Məcəllənin 50.1-ci maddəsinə əsasən prosesdə tərəflər iddiaçı və cavabdeh hesab edilirlər. Fiziki və hüquqi şəxslər, vəzifəli şəxslər, dövlət orqanları və başqa orqanlar iddiaçı və ya cavabdeh qismində çıxış edə bilərlər. Birinci instansiya məhkəməsi İddiaçı hazırki iddianı irəli sürmək hüququnun olmamasını nəzərə almayaraq düzgün olmayan nəticəyə gəlmişdir. Azərbaycan Respublikası MPM-nin 54-cü maddəsinə görə iddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə iddiaçının razılığı ilə, işi xitam etmədən ilk iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. İddiaçı özünün əsl iddiaçı ilə və ya cavabdehin əsl cavabdehlə əvəz edilməsinə razı olmadıqda, məhkəmə işə irəli sürülmüş tələblər üzrə işə baxır. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, iddia tələbi hüququ olmayan şəxs tərəfindən verildiyindən təmin oluna bilməz. Azərbaycan Respublikası MPM-nin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1.1-ci maddəsinə görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Beləliklə, məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq işə əlavə edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verib hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə məhkəmə qətnaməsi fərdi yaşayış evinin başqaları tərəfindən boşaldılması hissəsində ləğv edilməli, həmin hissədə yeni qətnamə qəbul edilərək bu hissədə iddia təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT E T D İ: Qətnamə hüquq və vəzifələrinə toxunan şəxs X6 apellyasiya şikayəti qismən təmin edilsin. İş üzrə Abşeron Rayon Məhkəməsinin 16 iyul 2021-ci il tarixli, 2(012)-3088/2021 saylı qətnaməsi Abşeron rayonu, Masazır kəndi S.Ə.Şirvani küçəsində “Azər Siti” marketin arxasında yerləşən 0,02 ha torpaq sahəsinin içərisində inşa edilmiş, ümumi sahəsi 100 kv.m olan 1 (bir) mərtəbəli, 3 (üç) otaqlı fərdi yaşayış evinin başqaları tərəfindən boşaldılaraq İddiaçı təhvil verilməsi hissəsində ləğv edilsin, həmin hissədə yeni qətnamə qəbul edilərək bu hissədə iddia təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər, qətnamədən kassasiya şikayəti verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-566/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-566/2022
31.03.2022 · Müqavilələrin ləğv edilməsi - Mənzil mübahisələri - Mənzil mübahisələri - Mənzildən çıxarılma - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver