Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-570/2023 07.08.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: birgə nikah dövründə əldə edilmiş əmlakın dəyərinin bölünməsi) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri X22 (sədrlik edən və məruzəçi), Məmmədova Lətifə Məhyəddin qızı və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X11, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil Cavabdeh iştirakı ilə Sumqayıt Şəhər Məhkəməsinin 09 dekabr 2022-ci il tarixli, 2(060)-33/2022 nömrəli qətnaməsindən İddiaçı nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İşin halları:
1. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş X15 ifadəsində bildirmişdir ki, o, iddiaçının anasıdır. Qızı cavabdehlə xx.xx.2009-cu ildə rəsmi nikaha daxil olmaqla ailə qurmuşdur. Qızının toyundan əvvəl cavabdehin qardaşı qız qaçırdaraq cavabdehin valideynləri olduğu evə gətirmişdir. Qızı toyundan sonra üç gün cavabdeh və onun ailəsi ilə birlikdə sonuncunun valideynlərinin tikdikləri evdə yaşayıblar. Daha sonra cavabdehin işi ilə əlaqədar Naxçıvan Muxtar Respublikasına köçdülər. 2012-ci ildə onlar Naxçıvan Muxtar Respublikasından qayıtdılar. 2013-cü ildə onlara ev tikmək məqsədi ilə cavabdehin anasının adına olan həyətdən torpaq sahəsi ayrıldı. İlqar yoldaşının yanına gəlib onun və öz adına bankdan pul götürüb evi tikmək istədiyini bildirdi. X1 adına və cavabdeh İlqar öz adına kredit götürərək evin tikintisinə başladılar. Novruz bayramı ərəfəsində axır çərşənbədə ev tam qurtarmasa da mübahisəli mənzilə yığışıb birlikdə bayram süfrəsi arxasında oturmuşdurlar. xx.xx.2019-cu ildə tərəflər arasında böyük mübahisə oldu, cavabdeh məhkəmədə iddia qaldırmış və tərəflər arasında olan nikahları pozulmuşdur.
2. X4 ifadəsində göstərdi ki, o, iddiaçının atasının əmisioğludur. Bir qohum kimi tərəflər arasında olan münasibətlərdən xəbəri vardır. Sədərək Ticarət Mərkəzindən almış olduqları kafeli onun avtomobilində gətirmişdirlər. Mübahisəli evə iki dəfə dolu maşın avadanlıq gətirmişdir. Birinci dəfə kafel, ikinci dəfə isə santexnik materialları gətirmişdir.
3. X9 ifadəsində göstərdi ki, tərəflər xx.xx.2009-cu ildə rəsmi nikaha daxil olmaqla ailə qurmuşdur. X23 və cavabdeh öz adına kredit götürərək evin tikintisinə başladılar. xx.xx.2019-cu ildə tərəflər arasında böyük mübahisə oldu, cavabdeh məhkəmədə iddia qaldırmış və tərəflər arasında olan nikahları pozulmuşdur.
4. X10 ifadəsində göstərdi ki, cavabdehlə uzun müddətdir dostdur. X29 Respublikasında hərbi xidmətdə idi. O, qayıtdıqdan sonra daimi olaraq Sumqayıt şəhəri 20ci mkr-da 1 mərtəbəli evdə yaşamışdır. O, İlqarın evini ora bilmişdir. İkinci ev İlqarın qardaşı üçün tikilmişdir. İlqar 1-ci tikilən evdə yaşayırdı. Yəni ev Vüqar üçün tikilmişdir.
5. X2 ifadəsində göstərdi ki, cavabdeh onun oğlu, iddiaçı isə keçmiş gəlinidir. İddiaçı gəlin gəldikdə onların yaşadığı həyətdə 1-ci tikilən evdə yaşamışdırlar. Daha sonra oğlunun işi ilə əlaqədar Naxçıvan Muxtar Respublikasında yaşamışlar. Həmin torpaq sahəsi onun adınadır. İlk öncə birinci ev tikilmişdir. Sonra ikinci evi kiçik oğlu Vüqar üçün tikmişlər. Evin tikilməsində övladları Vüqar, İlqar və yoldaşı iştirak ediblər. Evin tikintisi Vüqar üçün nəzərdə tutulmuşdur. İddiaçı 2019-cu il avqustun 14-də gedib atasının evində yaşayır. Birinci evin tikilməsinə 2004-cü ildə başlanıb, 2008-ci ildə həmin evə köçmüşlər. Birinci evin tikintisində oğlanları və yoldaşı iştirak etmişdir. Yataqxanada olan otaqları birini 2000 manata, birini isə 6000 manata satmışlar. Bankdan yoldaşı birinci dəfə 7000 min manat kredit götürmüşdür. Torpaq sahəsi oğluna ata payı kimi verilmişdir. İkinci ev 2012-ci ildə tikilməyə başlamışdır.
6. X5 ifadəsində göstərdi ki, cavabdeh onun dostudur. İlqarla uzun müddətdir dostdur. İlqarın yaşadığı ev təxminən 2004-2005-ci illərdə tikilmişdir. 2-ci evin qardaşı Vüqar üçün tikildiyini eşitmişdir.
7. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(060)-5276/2019 nömrəli qətnaməsi ilə tərəflər arasında xx.xx.2009-cu il tarixində bağlanan nikahın pozulması, boşanandan sonra uşaqların anasının yanında qalması və Cavabdeh Qurbanova Vüsalə Arif qızının xeyrinə uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay, hər uşaq üçün 160 manat olmaqla, cəmi 320 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir.
8. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2(105)-363/2020 nömrəli qətnaməsi ilə Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-5276/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsindən Qurbanova Vüsalə Arif qızı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-5276/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi alimentin tutulmasına dair hissədə dəyişdirilmiş, uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay qazancının (başqa gəlirlərin) üçdə bir hissəsi miqdarında alimentin tutulub Qurbanova Vüsalə Arif qızına verilməsi qət edilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır.
9. Nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflər arasında olan nikah xx.xx.2020-ci ildə ləğv edilmiş və nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında 205 nömrəsi ilə qeyd edilmişdir.
10. Sumqayıt Bələdiyyəsinin Sumqayıt Regional Vəkil Bürosuna ünvanlanmış xx.xx.2020-ci il tarixli məktubundan görünür ki, Sumqayıt şəhərinin 20-ci mikrorayonu ərazisində yerləşən, sahəsi 600 kvadrat netr olan 287 saylı həyətyanı torpaq sahəsi Sumqayıt Bələdiyyəsinin xx.xx.2004-cü il tarixli, 123 saylı iclasının qərarı ilə həmin dövrdə Sumqayıt şəhəri, 41-ci məhəllə, yataqxana 18, otaq 131 ünvanında yaşayan X7 adına rəsmiləşdirilmişdir. Adı çəkilən torpaq sahəsinin və həmin torpaq sahəsində tikilmiş ikimərtəbəli yeni tikilinin hal-hazırda kimə məxsus olması barədə Sumqayıt Bələdiyyəsində hər hansı məlumat mövcud deyildir.
11. İş üzrə xx.xx.2021-ci il tarixli, 10/2756 saylı ekspert rəyinə əlavə edilmiş ekspertiza xərclərinə dair bildirişdə iş üzrə ekspertiza tədqiqatının dəyərinin 100 manat təşkil etdiyi göstərilmişdir.
12. İş üzrə xx.xx.2022-ci il tarixli, 10/3710 saylı ekspert rəyinə əlavə edilmiş ekspertiza xərclərinə dair bildirişdə iş üzrə ekspertiza tədqiqatının dəyərinin 100 manat təşkil etdiyi göstərilmişdir.
13. Azərbaycan Respublikası "xxxx" ASC “Bağlar Sukanal” İdarəsinin Sumqayıt Regional Vəkil Bürosuna ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, **********010 saylı abonent kodu xx.xx.2016-cı il tarixində Cavabdeh Ələmdar oğlunun adına açılmış və xx.xx.2021-ci il tarixində abonentin müraciəti əsasında ad dəyişikliyi əməliyyatı olunaraq X13 ilə müqavilə bağlanılmışdır.
14. Məhkəmə tikinti-texniki ekspertizasının xx.xx.2022-ci il tarixli, 10/3710 saylı rəyindən görünür ki, ünvan 4 ünvanda inşa edilmiş fərdi yaşayış evinin inşası zamanı aparılmış müxtəlif növ tikinti-təmir və quraşdırma işlərinin (xidmət haqqı və tikinti materialları daxil olmaqla) təqribi dəyəri 1,0 kv.m sahəyə təqribən 250 manat dəyərində vəsaitin sərf olunduğu nəzərə alınaraq fərdi yaşayış evinin inşa olunmasına 40175 manat (160,7x250) dəyərində vəsaitin sərf olunduğu müəyyən edilmişdir.
15. Apellyasiya baxışı zamanı əldə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 07 iyul 2023-cü il tarixli, 10/1998 nömrəli ekspert rəyindən müəyyən olunur ki, Sumqayıt şəhəri, 20-ci mkr, 287 nömrəli evin həyətində inşa edilmiş iki mərtəbəli 5 otaqlı, 1 mətbəx və 3 hamamdan ibarət yaşayış evinin təmir-tikintisi zamanı (şpatlyovka, divar kağızı və taxta hissələrini çıxmaqla) aparılmış yenidənqurma və təmir tikinti işlərinin təqribi dəyəri bazar qiymətlərinə uyğun olaraq 16415,0 manat təşkil edir. Həmin fərdi yaşayış evinin inşası zamanı aparılmış müxtəlif növ tikinti-təmir və quraşdırma işlərinin (xidmət haqqı və tikinti materialları daxil olmaqla) təqribi dəyərinin 40175.0 manat təşkil etdiyini nəzərə alaraq, yaşayış evinin təmirinə təqribən 23760.0 manat məbləğində pul vəsaitinin xərcləndiyi müəyyən olunur.
İş üzrə qəbul edilmiş məhkəmə aktları
Birinci instansiya məhkəməsində icraat
16. İddiaçı İddiaçı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, Cavabdeh ilə nikah dövründə birgə gəlirləri hesabına ünvan 4 evin həyətində inşa etdikləri ikimərtəbəli, 5 otaqlı, 1 mətbəx və 3 hamamdan ibarət evin tikintisinə xərclədikləri 120.000 manat pulun aralarında bölünməsi, uşaqların mənafeyi nəzərə alınaraq, onun payının 2/3 hissə, yəni 80.000 manat, cavabdehin payının 1/3 hissə, yəni 40.000 manat müəyyən olunması və 80.000 manat pulun cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
17. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə xx.xx.2009-cu il tarixdə rəsmi nikaha daxil olmuşlar və birgə nikahdan 2 övladları vardır. Tərəflər arasında olan nikah xx.xx.2019-cu ildə pozulmuşdur. Cavabdehlə ailə qurduğu zaman Sumqayıt şəhəri, 20-ci mikrorayonda yerləşən 287 saylı evə gəlin köçmüşdür. Həmin mənzil onun qayınanasının adınadır. Həmin evin həyətində 2012-ci ildə cavabdehlə birgə ev tikdirməyə başlamışlar. Lakin həmin evdə yaşamamışlar. Onun atasının adına bankdan kredit götürülmüş və evin inşasına sərf olunmuşdur. Evin təmirinə çəkilmiş xərclər bölünməli və bölgü zamanı uşaqların mənafeləri nəzərə alınaraq onun payı 2/3 hissədə, cavabdehin payı isə 1/3 hissədə müəyyən edilməlidir. Təxmini hesablamalara əsasən indiyədək həmin evin tikitnisinə 120.000 manatdan artıq xərc çəkilmişdir.
18. Sumqayıt Şəhər Məhkəməsinin 09 dekabr 2022-ci il tarixli, 2(060)-33/2022 nömrəli qətnaməsi ilə (hakim Ə.Ələkbərov) iddia qismən təmin edilərək Sumqayıt şəhəri, 20-ci mikrorayon, 287 saylı evin həyətində inşa edilmiş evin tikintisinə xərclənən 6.000 manat pul tərəflər arasında ½ hissədə bölünməsi və Cavabdeh 3.000 manat pulun tutularaq İddiaçı ödənilməsi, məhkəmə ekspertizası tədqiqatının dəyəri olaraq İddiaçı 192.5 manat, Cavabdeh 7.5 manat pulun tutularaq X3 müxbir hesabına köçürülməsi və iddianın qalan hissədə təmin olunmaması qət edilmişdir.
19. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı tərəfindən mübahisəli evin tərəflərin nikah dövründə qazanılmış birgə vəsaitləri hesabına və məhz onların yaşamaları üçün tikilməsi sübuta yetirilmədiyindən, iddia cavabdehin onların ümumi vəsaitlərinin həmin evin inşaasına kömək məqsədilə etiraf etdiyi sərfiyyat həcmində, yəni 6000 manatın bölünməsi həddində əsaslıdır. Belə ki, iddiaçı tərəfindən mübahisəli evin tərəflərin nikah dövründə qazanılmış birgə vəsaitləri hesabına və məhz onların yaşamaları üçün tikilməsinə dair məhkəməyə mötəbər sübut təqdim olunmadı. Eyni zamanda həmin əmlakların tərəflər arasında bərabər bölünməməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş əsaslar mövcud deyildir. Şərh edilənlərə əsasən məhkəmə hesab etmişdir ki, iddia qismən təmin edilməli, Cavabdeh 3000 manat pul tutularaq İddiaçı ödənilməlidir.
20. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13.1, 29-cu maddələri, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225ci maddəsi, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.1, 32.2.2, 36.1, 36.3, 37.1, 37.2ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 117.1, 119.1 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya instansiyası məhkəməsindəki icraat
a) Apellyasiya şikayətinin dəlilləri
21. Məhkəmənin adı çəkilən qətnaməsinin dəlilləri ilə razılaşmayan İddiaçı apellyasiya şikayəti vermişdir.
22. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmənin iş üzrə gəldiyi nəticə qanunsuz və əsassızdır. Mülki iş üzrə iddiaçının üzərinə düşən sübutetmə yükü mübahisəli evin tərəflərin nikah dövründə qazanılmış birgə vəsaitləri hesabına və məhz onların yaşamaları üçün tikilməsini və tikintiyə çəkilən xərclərin ümumi məbləğini sübuta yetirməkdir. Təbii ki, birinci növbədə sübuta yetirilməli olan hal mübahisəli evin tərəflərin nikah dövründə qazanılmış birgə vəsaitləri hesabına və məhz onların yaşamaları üçün tikilməsininin sübuta yetirilməsidir. Bununla bağlı iddiaçı tərəf məhkəməyə bir sıra sübutlar təqdim etmişdir: bunla şahid ifadələri və yazılı sübutlardır. Belə ki, mübahisəli ev məhz tərəflərin yaşaması üçün tikilmişdir və mənzilin tikilməsində, onun dizayn edilməsində, divar kağızı və digər aksessuarların seçilməsində iddiaçı özü də iştirak etmişdir. Cavabdehin evin onun qardaşı üçün tikilməsi barədə qeyd etdikləri həqiqəti əks etdirmir. Məhkəmə iclasında ifadə vermiş şahidlər Şükar Aslanov, Telman Aslanov və Rəfiqə Məmmədovanın ifadələri mübahisəli evin məhz tərəflərin birgə istifadəsi üçün nəzərdə tutulduğunu sübuta yetirmişdir. Bundan başqa iddiaçı tərəf məhkəməyə yeni tikilinin kommunal xidmətlərinə dair müqavilələrin kiminlə bağlanmasını müəyyən etmək məqsədilə verilmiş sorğuların cavabını təqdim etmişdir. "xxxx", "Azərişıq", "Azəriqaz"ın müvafiq arayışlardan görünür ki, mübahisəli evin bütün kommunal xidmətləri xx.xx.2016-cı il tarixində Cavabdeh adına açılmış və xx.xx.2021-ci il tarixində abonentin müraciəti əsasında ad dəyişikliyi əməliyyatı olunaraq X14 ilə müqavilə bağlanılmışdır. Məhkəmə təqdim edilən sübutlardan yalnız birini "xxxx"dan verilmiş arayışı qətnamədə göstərmiş, digərlərinə istinad eməmiş, həmin sübutları araşdırmamış, iş üçün əhəmiyyət kəsb edən bu halı araşdırmamışdır. Halbuki, mübahisəli evin su, işıq, qaz təchizatına dair müqaqvilələrin 2016-cı ildə Cavabdehla bağlanılması, tərəflər arasında hazırkı məhkəmə çəkişməsi başladıqdan sonra 2021-ci ildə Cavabdeh ərizə ilə müraciət edərək evin komunal xidmətlərini qardaşının adına keçirməsi bilavasitə sübutdur ki, mübahisəli ev tərəflərin birgə nikahı dövründə, məhz onların birgə yaşaması üçün inşa etdirilmiş, lakin tərəflər ayrıldıqlıarı üçün və iddiaçı məhkəmədə iddia qaldıran kimi, cavabdeh dərhal izi itirmək üçün kommunal xidmət müqavilələrini qardaşının adına keçirtməklə bu evin guya qardaşı üçün tikintisi görüntüsünü yaratmağa çalışmış, özünün guya qardaşına 6000 manat köməklik etdiyini göstərməklə, cüzi məbləğdə pul ödəyərək evin tikintisinə çəkilmiş xərclərin bölgüsündən yayınmağa çalışmışdır. İşə baxan məhkəmə bu halları araşdırmamış, iş üzrə səthi araşdırma aparmaqla əsassız qətnamə qəbul etmişdir. Qeyd edilənlərə əsasən Sumqayıt Şəhər Məhkəməsinin 09 dekabr 2022-ci il tarixli, 2(060)-33/2022 nömrəli qətnaməsinin ləğv edilib, iddia tələbinin tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
23. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
24. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini müdafiə edərək bildirmişdir ki, iddia tələbi əsaslıdır. Məhkəmə iş üzrə düzgün nəticəyə gəlməmişdir. Mübahisəli evin təmir tikinti xərcinin dəyəri ekspert rəyində qeyd olunduğu məbləğdə ola bilməz. O evdən çıxarkən evin taxta döşəməsi vurulmuşdu, divar kağızları, qapılar alınmışdı, mətbəx mebeli sifariş verilmişdi. Bütün bunlar isə onların birgə vəsaiti əsasında icra edilmişdir. Evin təmir tikinti dəyərinin real qiyməti ekspert rəyində qeyd olunan məbləğdən xeyli yüksəkdir. Göstərilənlərə əsasən apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi.
25. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş iddiaçının nümayəndəsi və vəkili Vəkil izahatında apellyasiya şikayətinin dəlillərini müdafiə etdi. Bildirdi ki, iş üzrə məhkəmə icraatı zamanı əldə edilmiş ekspert rəyləri eyni ekspert tərəfindən tərtib olunmuşdur. Həmin ekspert ilk dəfə mübahisəli evə baxış keçirdikdən sonra həmin evin təmir xərclərinin müəyyən edilməsinin mümkünsüzlüyünü bildirmişdir. Belə olan halda eyni şəxs tərəfindən verilən ekspert rəyinin mötəbərliyi şübhə doğurur. Əslində mübahisəli evin təmir xərci ekspert rəyində qeyd olunan məbləğdən kifayət qədər yüksəkdir. Bundan başqa mübahisəli evin tərəflərin birgə nikah dövründə inşa etmələri faktı isə təkzibedilməzdir. Belə ki, mübahisəli evin kommunal xidmət hesabları ilk öncə cavabdehin adına olub. İddiaçı 2020-ci ildə məhkəmədə iddia qaldırandan sonra cavabdeh müraciət edərək kommunal xidmət hesablarını qardaşının adına keçirib, halbuki beş il müddətində həmin xidmətlər cavabdehin adına olmuşdur. Mübahisəli evin su, işıq, qaz təchizatına dair müqavilələrin 2016-cı ildə cavabdehlə bağlanılması, tərəflər arasında hazırki məhkəmə çəkişməsi başladıqdan sonra 2021-ci ildə Cavabdeh ərizə ilə müraciət edərək evin kommunal xidmətlərini qardaşının adına keçirməsi bilavasitə sübutdur ki, mübahisəli ev tərəflərin birgə nikahı dövründə, məhz onların birgə yaşaması üçün inşa etdirilmişdir. Göstərilən xüsusatlar işə baxan məhkəmə tərəfindən araşdırılmamışdır. Qeyd olunanlara əsasən apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi.
26. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş Cavabdeh apellyasiya şikayətinə etiraz edərək bildirdi ki, şikayətin heç bir əsası yoxdur. Mübahisəli fərdi yaşayış evi onun qardaşı üçün tikilmişdir. Həmin evin tikintisinə kömək məqsədilə qardaşına 6000 manat məbləğində pul vermişdir ki, həmin pulun bölünməsinə etiraz etmir. Göstrilənlərə əsasən apellyasiya şikayətinin rədd edilməsini xahiş etdi.
Tətbiq edilən hüquq
27. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ bəndində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz.
28. Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 6-cı maddəsinə əsasən mülki qanunvericiliyin prinsiplərindən biri mülkiyyətin toxunulmazlığıdır. 8.2-ci maddəsinə əsasən mülki qanunvericilikdə nəzərdə tutulan hüquqlar Azərbaycan Respublikasının bütün ərazisində maneəsiz həyata keçirilə bilər və hökmən mühafizə edilməlidir. 152-ci maddəsində qeyd edilir ki, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan suiistifadə olmasın. 157.2.-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər, 157.4.-cü maddəsinin tələbunə görə əgər mülkiyyətçi qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətilər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 213.1-ci maddəsinə əsasən iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. 213.2.-ci maddəsinə əsasən əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Əşyaya ümumi mülkiyyət, qanunvericilikdə həmin əşyaya birgə mülkiyyət yaranmasının nəzərdə tutulduğu hallar istisna olmaqla, paylı mülkiyyətdir (MM-nin 213.3). 215.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir. Paylı mülkiyyətin mülkiyyətçisi öz payını sata, bağışlaya, vəsiyyət edə, girov qoya bilər və ya ona dair başqa sərəncam verə bilər; onu əvəzi ödənilməklə özgəninkiləşdirdikdə bu Məcəllədə nəzərdə tutulmuş qaydalara əməl etməlidir. (MM-nin 215.6.-cı maddəsi). 225.1-ci maddəsinə əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. 223.2-ci maddəsinə əsasən ümumi əşya bölünərkən və ondan pay ayrılarkən mülkiyyətçilərin payları, əgər onların razılaşmasında ayrı qayda nəzərdə tutulmayıbsa, bərabər sayılır.
29. Azərbaycan Respublikası Ailə Məcəlləsinin; 29.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyasında təsbit edilmiş qadın və kişinin hüquq bərabərliyinə uyğun olaraq ər və arvad ailə münasibətlərində bərabər şəxsi və əmlak hüquqlarına malikdirlər. 32.1-ci maddəsinə əsasən nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. 32.2.2-ci maddəsinin tələbinə əsasən ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və ya sair kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvadın kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak ər-arvadın ümumi birgə mülkiyyətidir. 34.2.3-cü maddəsinə əsasən nikah dövründə ev təsərrüfatı ilə, uşaqlara qulluq etməklə məşğul olmasından və ya digər üzrlü səbəblərə görə müstəqil qazancı olmayan ər (arvad) da ümumi əmlak üzərində hüquqa malikdir. 33.1-ci maddəyə əsasən ər-arvadın ümumi birgə əmlakı üzərində sahiblik, istifadə və sərəncam hüququ onların qarşılıqlı razılığı əsasında həyata keçirilir. 34.1-ci maddəsinə əsasən nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). 36-cı maddəsinə əsasən ər-arvadın ümumi əmlakının bölünməsi nikah dövründə, eləcə də onlardan birinin tələbi ilə nikah pozulduqdan sonra, habelə kreditor ödəməni ərarvadın ümumi əmlakında olan onlardan birinin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verdikdə həyata keçirilir. 36.3-cü maddəsinə əsasən mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir. 37.1-ci maddəsinə əsasən ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir.
30. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. 385.1.1-385.1.4. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi və və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv edilməsi üçün əsaslar hesab edilir. 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri
31. Apellyasiya şikayətindən görünür ki, apellyator İddiaçı Sumqayıt Şəhər Məhkəməsinin 09 dekabr 2022-ci il tarixli, 2(060)-33/2022 nömrəli qətnaməsini tam həcmdə mübahisələndirərək, qətnamənin ləğv edilərək iddia tələbinin tam təmin edilməsi haqqında yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
32. Ona görə də kollegiya Sumqayıt Şəhər Məhkəməsinin 09 dekabr 2022-ci il tarixli, 2(060)-33/2022 nömrəli qətnaməsini tam həcmdə yoxlanılmasını vacib hesab edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
33. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini tərəflərin izahatı və iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə tam, hərtərəfli və obyektiv araşdırıb verilən apellyasiya şikayətinin dəlillərinə müfəssəl qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməklə, Sumqayıt Şəhər Məhkəməsinin 09 dekabr 2022-ci il tarixli, 2(060)-33/2022 nömrəli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməlidir.
34. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar tam aydınlaşdırılmamışdır.
35. Apellyasiya kollegiyası mübahisənin mahiyyətini şərh edərək bildirir ki, iddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək birgə nikah dövründə inşa edilmiş həyət evinin tikinti və təmirinə çəkilmiş xərcin 2/3 hissəsinin cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
36. İşə baxan məhkəmə yaranmış mübahisəni yuxarıda qeyd olunan formada həll etmiş, sübutları yalnız cavabdehin etirafı həddində qiymətləndirmişdur. Narazı qalan iddiaçı qətnamədən apellyasiya şikayəti vermişdir.
37. Məhkəmə kollegiyası hüquqi müəyyənlik prinsipi baxımından mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutaraq iddiaçı ilə cavabdeh arasında olmuş münasibətə, mübahisəli əmlaka dair tərəflərin birgə əmlak rejiminin yaranıbyaranmamasına xüsusi diqqət yetirmişdir.
38. Apellyasiya şikayətinin dəlilləri üzrə araşdırma aparan kollegiya qeyd edir ki, hazırki mübahisənin obyektiv, tam və hərtərəfli həlli üçün ilk olaraq aşağıda sadalanan halların aydınlaşdırılmasına zərurət var. 1) İddiaçı ilə cavabdeh birgə nikahda olumuşdurmu; 2) Mübahisəli əmlak (onun inşası və ya təmiri) birgə nikah dövrünə təsadüf edirmi; 3) Sözügedən əmlaka və ya onun dəyərinə tərəflərin birgə əmlak rejimi yaranmışdırmı;
39. Qeyd olunan tələbləri nəzərə alıb, apellyasiya şikayətinin dəlilləri üzrə araşdırmanı davam etdirən məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarına əlavə edilmiş iddiaçı tərəfindən məhkəməyə dəvət edilən şahid ifadələrini, əlaqəli sübutlarla, o cümlədən kommunal xidmətlərə dair müqavilələrlə əlaqəli şəkildə tədqiq etdikdə iddia tələbinin mübahisəli fərdi yaşayış evinin məhz tərəflərin ailə kimi birgə nikah dövründə tikinti-təmiri etdirmələri öz təsdiqini tapır.
40. Belə ki, iddia tələbinə cavabdehin etirazının əsas dəlili ondan ibarətdir ki, mübahisəli fərdi yaşayış evi tərəflərin birgə yaşayışı üçün deyil, sonuncunun qardaşı üçün tikilmişdir. Həmin tikinti onun qardaşının və valideynlərinin təşəbbüsü və maddi dəstəyi ilə baş tutmuşdur.
41. Tərəflərin tələb və etirazının dəlilləri məhkəmə kollegiyası tərəfindən əlaqəli şəkildə təhlil edilərkən müəyyən edildi ki, iddiaçı öz tələbinin sübutları qismində onun atasının adına bankdan kreditin çəkilməsi faktını qeyd etmişdir (faktı təstiq edən hesabdan çıxarış i.v 69). Cavabdeh isə bu barədə iddiaçının dəlilini təkzib etməmiş, əksinə həmin vəsaitin Rusiya Federasiyasının milli valyutası ilə verildiyini və hazırda yaşadığıvı evin yüngül təmir işlərinə sərf edildiyini etiraf etmişdir.
42. Məhkəmə kollegiyası iddiaçının bu dəlilini ağlabatan və inandırıcı qəbul edir və bildirir ki, əgər tərəflərin birgə yaşayış üçün fərdi yaşayış evi inşa etdirmək məqsədləri olmasaydı, iddiaçının atasının adına bankdan kredit götürülməsinə zərurət olmazdı.
43. Bununla yanaşı işin tədqiq olunan digər hallarından həmçinin o da müəyyən olunmuşdur ki, hazırkı iş üzrə tərəflər arasında xx.xx.2009-cu il tarixdə bağlanılmış nikah, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(060)-5276/2019 nömrəli qətnaməsi ilə pozulmuşdur. Yenə iş materiallarında olan (i.v.153-154) “Azəriqaz” İB və "xxxx" ASC-nin müvafiq məlumatlarından müəyyən olunur ki, ünvan 5 ünvanına dair müvafiq olaraq qaz və su abonent kodlarında abonent qismində xx.xx.2021-ci il tarixli müraciət əsasında Cavabdeh adından X8 adına dəyişiklik edilmişdir.
44. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanları işin faktiki halları ilə əlaqələndirərək hesab edir ki, qeyd olunan tarixdə kommunal xidmətlərdə abonent qismində dəyişiklik edilməsi, tərəflərin arasında ailə münasibətlərinin bitməsi, nikahın pozulmasından ən əsası isə hazırkı iddia tələbi ilə iddiaçının məhkəməyə müraciət etməsindən sonrakı tarixə təsadüf etməsi məhz cavabdehin mübahisəli fərdi yaşayış evinin sonuncunun qardaşına mənsub olmasını formal şəkildə sübut etdirməyə çalışması kimi qiymətləndirilməlidir.
45. Beləliklə kollegiya yuxarıda qeyd olunanlara əsaslanaraq hesab edir ki, mübahisəli fərdi yaşayış evinin məhz tərəflərin birgə nikah dövründə inşa və təmir etmələri məhkəmə araşdırması zamanı öz təstiqini tapmışdır.
46. Göründüyü kimi yuxarıda qeyd edilmiş 38-ci bəndin 1-3-cü yarımbəndləri öz təsdiqini tapmış olur. Belə olan halda mübahisəli əmlakın təmir tikintisi üçün nə qədər xərcin çəkilməsi və həmin əmlakın tərəflər arasında bölünməsi məsələsinin araşdırılması zərurəti yaranır.
47. İşin apellyasiya baxışı zamanı məhkəmə kollegiyasının iclasında mübahisəli fərdi yaşayış evinin təmir və tikinti xərclərinin ümumi məbləği barədə cavabdeh izahatında bildirmişdir ki, hazırkı iş üzrə tərəflər arasında ailə münasibətləri pozulduqdan sonra fərdi yaşayış evinin şpatlyovka, divar kağızı və taxta hissələri təmir edilmişdir. Cavabdehin bu barədə dəlilinə iddiaçı tərəf etiraz etməmişdir.
48. Apellyasiya kollegiyası qeyd olunan dəlil üzrə araşdırmanı davam etdirmiş və iş üzrə 13 mart 2023-cü il tarixli qərardadla fərdi yaşayış evinin həmin hissələrinin çıxılmaqla təmirinə çəkilən xərcin məbləğinin müəyyən edilməsi barədə ekspert qarşısında əlavə sual qoymuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 07 iyul 2023-cü il tarixli, 10/1998 nömrəli ekspert rəyində mübahisəli fərdi yaşayış evinin təmirtikintisi zamanı (şpatlyovka, divar kağızı və taxta hissələrini çıxmaqla) aparılmış yenidənqurma və təmir tikinti işlərinin təqribi dəyərinin bazar qiymətlərinə uyğun olaraq 16415,0 manat təşkil etdiyi qeyd olunmuşdur. Ekspert rəyində qərardadın 3-cü sual üzrə yaşayış evinin təmirinə təqribən 23760.0 manat məbləğində pul vəsaitinin xərcləndiyi qeyd olunmuşdur.
49. Kollegiya nəzərə çatdırmağı lazım bilir ki, “ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, bu xarakterli işlərdə ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir.
50. Kollegiya qeyd edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir
51. Məhkəmə kollegiyası qeyd olunan ekspert rəyini iş üzrə mötəbər sübut növü kimi qəbul edərək, yaranmış mübahisənin yekun həlli kimi mübahisəli fərdi yaşayış evinin təmirtikintisinə çəkilmiş (şpatlyovka, divar kağızı və taxta hissələrini çıxmaqla) 23760.0 manat vəsaitin yarısının iş üzrə Cavabdeh alınaraq, İddiaçı verilməsi qənaətinə gəlir. Belə ki, işin mübahisəsiz hallarından göründüyü kimi mübahisəsigedən fərdi yaşayış evi hazırda cavabdehin ixtiyarındadır və iddiaçı həmin evdən istifadə hüuqundan məhrumdur.
52. Kollegiya qeyd etməyi vacib bilir ki, ümumi əmlakın bölünməsi dedikdə ər-arvadın nikah dövründə birgə ailə təsərrüfatı nəticəsində əldə etdikləri bütün hüquq və öhdəliklərin məcmusunun bölünməsi nəzərdə tutulur. Nəticə etibarı ilə maddədə qeyd edilmiş ümumi əmlakın bölünməsi müddəası təkcə mülkiyyət payının bölünməsini deyil, iqtisadi dəyərə malik olan tələb hüquqlarının və yerinə yetirilməli olan öhdəliklərin bölünməsi hallarını da əhatə edir.
53. Prosessual qanunvericilik sübut etmə yükünün tələb edən tərəfin üzərində olduğu barədə ümumi prinsipi əks etdirsə də, iddia tələbinin qanuni əsasını təşkil edən maddi hüquq normalarında, habelə mübahisəyə tətbiq edilməli olan digər hüquq normalarında tərəflərdən hansının işin hansı hallarını sübut etməli olması barədə fərqli qaydalar müəyyən oluna bilər. Bu baxımdan hər bir mübahisənin qanuni həllinə imkan verən sübutetmə yükünün düzgün müəyyən olunması işin qanuni həlli baxımından vacib əhəmiyyətə malikdir.
54. İş üzrə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmayan apellyasiya kollegiyası qeyd edir ki, işə baxan məhkəmə kifayət qədər araşdırma aparmamış və işin yuxarıda qeyd olunan faktiki hallarına əhəmiyyət verməmiş, nəticədə mübahisəli fərdi yaşayış evinin tərəflərin birgə nikah dövründə birgə yaşayışları üçün inşa və təmir edilməsinin sübuta yetirilmədiyi qənaətinə gəlsə də, sonda yalnız cavabdehin etirafı həddində iddianı təmin etmişdir.
55. Qeyd olunduğu kimi işə baxan məhkəmə cavabdehin həmin evin təmiri məqsədi ilə qardaşına 6 min manat vəsaitin verildiyini etiraf etməsi faktını nəzərə alaraq, iddia tələbini yalnız həmin məbləğin yarısının cavabdehdən alınıb, iddiaçıya verilməsi hissəsində təmin etmişdir ki, kollegiya bu hissədə qeyd edir ki, məhkəmə kollegiyasının tədqiqatı zamanı mübahisəli fərdi yaşayış evinin tərəflərin birgə istifadəsi məqsədi ilə inşa və təmir etdirmələri faktı öz təstiqini tapdığından, qeyd olunan məbləğinin fərdi yaşayış evinin təmiri məqsədi ilə verilməsi nəzərə alınarsa, iddia tələbinin əlavə olaraq bu hissədə təmin edilməsi istisna edilir.
56. Məhkəmə kollegiyası iddia tələbinin mübahisəli fərdi yaşayış evinin təmir və inşa xərci olan ümumi məbləğin 2/3 hissəsinin cavabdehdən iddiaçının xeyrinə tutulması hissəsində qeyd edir ki, hazırkı halda iddia tələbinin qeyd olunan formada təmini üçün iddiaçı tərəfindən məhkəməyə kifayət qədər legitim, əsaslı şübhələrdən kənar sübut növü məhkəməyə təqdim edilmədiyindən, iddia tələbi həmin hissədə təmin edilə bilməz.
57. Qeyd olunanlara əsasən, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin fərdi yaşayış evinin dəyəri ilə bağlı gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmamaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilməmiş, məhkəmə bu əmlakla bağlı müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlməmişdir.
58. Ona görə də apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 09 dekabr 2022-ci il tarixli, 2(060)-33/2022 nömrəli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, mübahisəli fərdi yaşayış evinin təmirinə çəkilmiş (şpatlyovka, divar kağızı və taxta hissələrini çıxmaqla) 23760.0 manat vəsaitin yarısı Cavabdeh alınaraq, İddiaçı verilməlidir.
59. Аzərbаycаn Respublikаsı Mülki Prоsessuаl Məcəlləsinin 119.1-ci mаddəsində deyilir ki, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münаsib оlаrаq işdə iştirаk edən şəxslərə аid edilir.
60. Kollegiya hesab edir ki, ümumi dəyəri 300 manat təşkil edən ekspertiza xərcinin 250 manatı cavabdehə, 50 manatı isə iddiaçı аid edilməlidir.
61. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-376, 378-382, 384.0.1, 385.2, 392-393 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:
İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin 09 dekabr 2022-ci il tarixli, 2(060)-33/2022 nömrəli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı Cavabdeh qarşı birgə nikah dövründə əldə edilmiş əmlaka çəkilmiş xərcin əvəzinin tutulmasına dair iddiası qismən təmin edilsin. Sumqayıt şəhəri, 20-ci mikrorayon, 287 saylı fərdi yaşayış evinin tikinti və təmirinə çəkilmiş 23760.0 manat vəsaitin ½ hissəsi, yəni 11.880 ( on bir min səkkiz yüz səksən ) manat pul Cavabdeh tutularaq, İddiaçı verilsin. Ekspertiza tədqiqatlarının dəyəri olan 300 manat məbləğində pulun 250 manatı Cavabdeh, 50 manatı isə İddiaçı alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X6, KOD 210005, VÖEN 140155071, m/h AZ 41 NABZ 013601**********3944 SWİFT Bik: CTREAZ22 hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiya məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay keçdikdən sonra qanuni qüvvəyə minir.