Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-573/2021 23.02.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri: Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi hakim), Quliyev Telman Osman oğlu və Tağızadə Gülnarə Fikrət qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimova Leyla Yusub qızının katibliyi ilə, İddiaçı, onun vəkili X6in, Cavabdeh vəkili və nümayəndəsi X3 iştirakı ilə, İddiaçı Cavabdeh və üçüncü şəxs Bakı şəhəri 50 saylı Notariat kontoruna qarşı alqı-satqı və beh müqavilələri tələbinə dair mülki iş üzrə Quba Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(027)-1178/2020 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Quba Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(027)-1178/2020 saylı qətnaməsi ilə İddiaçıCavabdeh qarşı onlar arasında Bakı şəhəri 50 saylı notariat kontorunda bağlanmış xx.xx.2017-ci il tarixli beh müqaviəsinin və xx.xx.2017-ci il tarixli alğı-satqı müqaviləsinin ləğv edilməsi barədə iddia tələbi təmin edilməmişdir (hakim Rahim Həsənov) Qətnamədən İddiaçı apelyasiya şikayəti verərək Quba Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(027)-1178/2020 saylı qətnaməsinin ləğv edilərək, iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. İŞİN H A L L A R İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospektində yerləşən 19 saylı evin 10 saylı mənzili ilə bağlı Cavabdeh ilə onun, yəni İddiaçı arasında Bakı şəhəri 50 saylı notariat kontorunda bağlanmış xx.xx.2017-ci il tarixli beh müqaviəsinin və xx.xx.2017-ci il tarixli alğı-satqı müqaviləsinin ləğv edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. A P E L Y A S İ Y A Ş İ K A Y Ə T İ N İ N D Ə L İ L L Ə R İ və PROSES İŞTİRAKÇİLARİNİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında İddiaçı apelyasiya şikayətinin dəlillərini müdafiə edərək göstərdi ki,Cavabdeh ona qarşı məhkəmədə mənzilin boşaldılması tələbinə dair iddia qaldırmış, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1468/2019 saylı, xx xxxx 2019-cu il tarixli, qətnaməsi ilə Cavabdeh iddia tələbi təmin olunaraq, onun ailə üzvləri və digər şəxslər tərəfindən Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospekti, 19 saylı evin 10 saylı mənzilin boşaldılması və iddiaçı Cavabdeh təhvil verilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnamədən narazı qaldığı üçün apelyasiya şikayəti vermiş, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-10858/2019 saylı, xx xxxxxx 2019 tarixli qətnaməsi ilə apelyasiya şikayəti qismən təmin olunaraq, Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(009)-1468/2019 saylı qətnaməsi iddia tələbinin təmin edilən -Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospektində yerləşən 19 saylı evin 10 saylı mənzilin onun ailə üzvləri və digər şəxslər tərəfindən boşaldılması hissəsində ləğv edilməsi, həmin hissədə iddianın rədd edilməsi, qətnamə qalan hissədə və apelyatora münasibətdə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin çıxardığı qətnamədən narazı qalaraq kassasiya şikayəti vermiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasmm 2(102)-8096/2019 saylı xx xxxxxx 2019-cu il tarixli Qərarına əsasən, kassasiya şikayəti təmin edilməyərək Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasmın 2(103)-10858/2019 saylı, xx xxxxxx 2019ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Mülkiyyətidə olan Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospektində yerləşən 19 saylı evin, 10 saylı mənzili ilə bağlı Cavabdeh ilə onun arasında Bakı şəhəri 50 saylı notariat kontorunda xx xxxx 2017-ci il tarixdə "Beh müqaviəsi" və xx xxxxxxx 2017-ci il tarixdə isə "Alqı-satqı müqaviləsi" tərtib olunmuşdur. xx xxxxxxx 2017-ci il tarixli "Alqı-satqı müqaviləsi" üzrə Cavabdeh üzərinə götürdüyü öhdəliyi layiqincə yerinə yetirməmiş, yəni mənzilin pulunu tam şəkildə ona ödəməmişdir. Bu səbəbdən də sözügedən, mübahisəli "Alqı-satqı müqaviləsi"nin ləğvi ilə bağlı məhkəmədə iddia qaldırmaq məcburiyyətində qalmışdır. Bakı Şəhəri 50 saylı Notariat Kontorunda bağlanmış xx xxxxxxx 2017-ci il tarixli daşınmaz əmlakın "Alqı-satqı müqaviləsin"dən görünür ki, o, mülkiyyətində olan ünvan 1 mənil 10 ünvanında yerləşən ümumi sahəsi 36 kv.m, yaşayış sahəsi 15 kv.m olan 1 otaqlı mənzilin tam mülkiyyət hüququ üzrə 40.000,00 (qırx min) manata Cavabdeh qızma satmış, müqavilənin şərtlərinə görə 10.000,00 (on min) manat beh müqaviləsi bağlanarkən və "Alqı-satqı müqaviləsi" zamanı 7.000,00 (yedi min) manat olmaqla ümumilikdə 17.000,00 (on yeddi min) manat ödənilməsi, qalan 23.000,00 (iyirmi üç min) manat məbləğində pul isə ona xx xxxxx 2018-ci il tarixinədək Cavabdeh tərəfindən ödənilməsi nəzərdə tutulmuşdur. İş materialarında olan orderlərin kserosurətlərindən təsdiq olunur ki, Cavabdeh tərəfindən notariusun bankda açılan depozit hesabına xx xxxx 2017-ci il tarixdə 10.000,00 (on min) manat, xx xxxxxxx 2017-ci il tarixdə 7.000,00 (yeddi min) manat, müqavilə üzrə üzərinə düşən öhdəlik vaxtından sonra yəni xx xxxx 2018-ci il tarixdə 11.500,00 manat məbləğində pul notariusun depozit hesabına köçürülməsi vasitəsi ilə, həmçinin Cavabdeh əri X8 tərəfindən ona xx xxxx 2017-ci il tarixdə isə 500,00 (beş yüz) manat və xx xxxx 2018-ci il tarixdə çıxarışın alınması üçün 1.000,00 (bir min) manat nağd qayda da pul ödənilmişdir. Ümumilikdə isə ona 30.000,00 (otuz min) manat ödənilmişdir. Birinci instasniya məhkəməsinin qətnaməsi ilə məhkəmə Cavabdeh ona alqı-satqı müqaviləsi üzrə yerdə qalan ödənilməli olan 10.000,00 (on min) manatını ona aiddiyəti olmayan qəbz ilə yəni X4 İlqar Əliyev adlı şəxsə xx xxxxxx 2017-ci il tarixdə 6.500,00 (alü min beş yüz) manat məbləğində pul ödənilməsi ilə qalan 3.500,00 (üç min beş yüz) manat isə heç bir qəbzlə sübuta yetirilməmişdir. Qeyd olunanlara əsasən apelyasiya şikayətinin təmin edilməsini, Quba Rayon Məhkəməsinin 2(027)-1178/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsini ləğv edərək iddia tələbinin tam təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə kollegiyasının iclasında iddiaçının vəkili X9 apellyasiya şikayətini müdafiə edərək göstərdi ki, təmsil etdiyi şəxs aldadılıb. Müqavilə üzrə götürülən öhdəliklər yerinə yetirilməyib. iddiaçıya 500 manat, sonra isə 1000 manat evdə verilib. Amma bununla bağlı heç bir qeydiyyat aparılmayıb. Xanım insafən özü boynuna alır. Müvəkkilimin izahatını təsdiq edir, apelyasiya şikayətinin təmin edilməsini, Quba Rayon Məhkəməsinin 2(027)-1178/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsini ləğv edərək iddia tələbinin tam təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə kollegiyasının iclasında Cavabdeh nümayəndə və vəkili X7 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək göstərdi ki, qalıq borc 3000 manatdır, 10000 manat borc yoxdur. Təmsil etdiyi şəxs müqavilə əsasında üzərinə düşən öhdəliyi demək olar ki tam icra edib, 3000-3500 manat borc qalıb. O pulun da verilməməsinin səbəbi qarşı tərəfin evi tərk etməməsidir. Öhdəliyi ilk olaraq iddiaçı pozub. Evi müəyyən olunmuş vaxtda boşaltmayıb. xx.xx.2018-ci i ildə ev boşaldılaraq iddiaçıya təhvil verilməliydi. Müqavilədə konkret ödəniş məbləği də göstərilməyib. Pul hissə-hissə ödənilməliydi. Ev iddiaçının sahibliyindədir. Müqavilənin ləğvi üçün heç bir əsas yoxdur. Göstərilənlərə əsasən apelyasiya şikayətinin təmin edilməməsini, Quba Rayon Məhkəməsinin 2(027)-1178/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir. P R O S E S S U A L M Ə S Ə L Ə L Ə R: Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq iş üzrə üçüncü şəxs Bakı şəhəri 50 saylı Notariat kontorunun nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən qeyd edilən nümayəndənin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini, proses iştirakçılarının izahatını dinləyərək, apelyasiya şikayətinin dəlillərini nəzərə alıb işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla sübutları qiymətləndirərək belə hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan AN-1 № ******* saylı, xx.xx.2017-ci il tarixli daşınmaz əmlakın alğı-satqı müqaviləsindən görünür ki, İddiaçı mülkiyyətində olan ünvan 1 mənil 10 ünvanında yerləşən ümumi sahəsi 36 kv.m, yaşayış sahəsi 15 kv.m olan 1 otaqlı mənzilin tam mülkiyyət hüququ üzrə 40.000 manata Cavabdeh satılmış, müqavilənin şərtlərinə görə 10.000 manat beh müqaviləsi bağlanarkən və alğı-satqı müqaviləsi zamanı 7.000 manat olmaqla ümumilikdə 17.000 manat məbləğində pulu İddiaçı vermiş, qalan 23.000 manat məbləğində pulu isə xx.xx.2018-ci il tarixinədək ödəməyi öz öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2017-ci il tarixli “Beh müqavilə”sindən görünür ki, tərəflər xx.xx.2018-ci il tarixə kimi ünvan 1 mənil 10 ünvanında yerləşən mənzili 30.000 manat məbləğə satılması barədə alğı-satqı müqaviləsi bağlamağı öhdələrinə götürmüşlər. Cavabdeh gələcəkdə bağlanacaq alğısatqı müqaviləsinin təminatı kimi İddiaçı 10.000 manat məbləğində pul vəsaiti ödəmişdir. Qalan 20.000 manat məbləğində pul vəsaitinidə alqı-satqı müqaviləsi rəsmiləşdirilərkən qalan 20.000 manat məbləğində pul vəsaitini satıcıya ödəməlidir. Bakı şəhər Səbail Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(009)-1468/2019 saylı qətnaməsindən görünür ki, iddianın təmin edilməsi, Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospektində yerləşən 19 saylı evin, 10 saylı mənzilin İddiaçı, onun ailə üzvləri və digər şəxslər tərəfindən boşaldılması və mənzilin Cavabdeh təhvil verilməsi qət edilmişdir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 10858/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsindən görünür ki, apellyasiya şikayəti qismən təmin edilmməmiş, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(009)-1468/2019 saylı tarixli qətnaməsi iddia tələbinin təmin edilən - Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospektində yerləşən 19 saylı evin 10 saylı mənzilin cavabdeh İddiaçı ailə üzvləri və digər şəxslər tərəfindən boşaldılması hissəsində ləğv edilməsi, həmin hissədə iddianın rədd edilməsi, qətnamə qalan hissədə və apellyatora münasibətdə dəyişdirilmədən saxlanılması qət edilmişdir. İş materiallarında olan Ali Məhkəməsinin 2(102)-8096/2019 saylı, xx.xx.2019-cu il tarixli qərarından görünür ki, kassasiya şikayəti təmin edilməmiş, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılması qərara alınmışdır. İş materiallarında olan qəbzlərin surətlərindən görünür ki, X1 Nigar Paşa qızına xx.xx.2018-ci il tarixdə çıxarışın alınması üçün 1000 manat, X1 Nigar Paşa qızına xx.xx.2017-ci il tarixdə 500 manat, X2 İlqara xx.xx.2017-ci il tarixdə 6500 manat məbləğində pul vermişdir. İş materialarında olan orderlərin kserosurətlərindən görünür ki, Cavabdeh tərəfindən notariusun bankda açılan depozit hesabına xx.xx.2017-ci il tarixdə 10.000 manat, xx.xx.2017-ci il tarixdə 7000 manat, xx.xx.2018-ci il tarixdə 11.500 manat məbləğində pul köçürülmüşdür; İş materiallarında olan xx.xx.2018-ci il tarixli qəbzin surətindən görünür ki, iddiaçı, 2018-ci ilin avqust ayının sonunda evin Cavabdeh təhvil verilməsinə söz vermişdir. İş materiallarında olan Cavabdeh tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2019-cu il tarixli xəbərdarlıqdan görürür ki, Cavabdeh mənzilin 3 gün ərzində boşaldılaraq təhvil verilməsi İddiaçı tələb olunmuşdur. İş materiallarında olan Bakı şəhəri 50 saylı Notariat Ofisinin xx.xx.2020-ci il tarixli məktubundan görünür ki, Bakı şəhəri 50 saylı Notariat Ofisində xx.xx.2017-ci il tarixdə rəsmiləşdirilmiş 4Ə-817 reystr nömrəli “Alğı-satqı müqaviləsi” əsasında özgəninkiləşdirilən əmlakın müqavilə ilə razılaşdırılmış dəyərini təşkil edən 40.000 manat məbləğində pul vəsaitindən 10.000 manatı xx.xx.2017-ci il tarixli “beh müqaviləsi” əsasında, 7.000 manatı xx.xx.2017-ci il tarixdə “alğı satqı müqaviləsi”ni rəsmiləşdirərkən, 11.500 manatı isə xx.xx.2018-ci il tarixdə notariusun depozit hesabı vasitəsi ilə “satıcı” İddiaçı ödənilmişdir. Əmlakın dəyərinin qalan 11.500 manat təşkil edən hissəsinin ödənilməsi barədə notariat işində heç bir rəsmi sənəd əlavə edilməmişdir. Birinci instansiya məhkəməsi İddiaçı ilə Cavabdeh arasında bağlanmış AN-1 № ******* saylı, xx.xx.2017-ci il tarixli alğı-satqı müqaviləsinin notariat qaydada təsdiq edilməsini, mqavilədə daşınmaz əmlakın qiymətinin tərəflərin razılaşmasına əsasən 40.000 manat müəyyən edilməsini, iddiaçının cavabdehə satılmış mənzillə bağlı cavabdehin ona 11.500 manat məbləğində pulu borclu olduğunu iddia etsə də, bununla bağlı heç bir sübut təqdim edilməməsini, tərəflərin notariat qaydada hər hansı kənar təsir olmadan könüllü şəkildə imzaladıqları müqavilənin mühüm şərti barədə müddəaları iddiaçının iddiası ilə şübhə altına alına və ya ləğv edilə bilməməsini, İddiaçı ilə Cavabdeh arasında bağlanmış AN-1 № ******* saylı, xx.xx.2017-ci il tarixli alğı-satqı müqaviləsinin etibarlılığı üçün qanunda nəzərdə tutulmuş bütün şərtlərə riayət olunmasını müəyyən edərək iddianı təmin etməmiş, gəldiyi nəticəni də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567, 491.1,492, 646.1-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Qanunvericinin tələblərinə əsasən alğı-satqı müqavilələri bağlanarkən tərəflərin iradə ifadəsi müqavilələrin bağlanılmasının zəruri şərtidir. Hər hansı əqdin (o cümlədən, alğı-satqı müqaviləsinin) etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununu qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 491.1-ci maddəsinə əsasən, beh müqavilənin bağlanmasını təsdiq etmək və icrasını təmin etmək məqsədilə razılığa gələn tərəflərdən birinin müqavilə üzrə digər tərəfə verəcəyi ödənişlər hesabına verdiyi pul məbləğidir. Behin məbləğindən asılı olmayaraq beh haqqında razılaşma yazılı formada bağlanmalıdır. (491.2-ci maddə). Müqavilə üzrə tərəfin verəcəyi ödənişlər hesabına ödənilmiş məbləğin beh olub-olmadığına şübhə yarandıqda, o cümlədən bu Məcəllənin 491.2-ci maddəsində müəyyənləşdirilmiş qaydaya riayət edilməməsi nəticəsində şübhə yarandıqda həmin məbləğ, əgər əksi sübuta yetirilməsə, avans kimi ödənilmiş sayılır. (491.3-cü maddə) Həmin Məcəllənin 492.1-ci maddəsinə əsasən, öhdəliyin icrasına başlanana qədər ona tərəflərin razılaşması üzrə və ya icranın mümkün olmaması nəticəsində xitam verildikdə beh qaytarılmalıdır. Əgər müqavilənin icra edilməməsi üçün beh vermiş tərəf məsuliyyət daşıyırsa, beh digər tərəfdə qalır. Əgər müqavilənin icra edilməməsi üçün beh almış tərəf məsuliyyət daşıyırsa, o, digər tərəfə behin iki mislini ödəməlidir. Bundan əlavə, müqavilənin icra edilməməsi üçün məsuliyyət daşıyan tərəf, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, beh məbləği hesaba alınmaqla, zərərin əvəzini digər tərəfə ödəməyə borcludur. (492.2-ci maddə) Həmin Məcəllənin 646.1-ci maddəsinə əsasən daşınmaz əşyaların alğı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. Əgər bu Məcəllənin bu paraqrafının aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, daşınmaz əşyaların alğısatqısına əşyaların alğı-satqısı haqqında ümumi müddəalar müvafiq surətdə tətbiq edilir. (646.2-ci maddə) Göründüyü kimi, İddiaçı ilə Cavabdeh arasında bağlanmış AN-1 № ******* saylı, xx.xx.2017-ci il tarixli alğı-satqı müqaviləsinin notariat qaydada təsdiq edilmiş, müqavilədə daşınmaz əmlakın qiymətinin tərəflərin razılaşmasına əsasən 40.000 manat müəyyən edilmiş, mənzilin dəyəri 40.000 manat məbləğində pul vəsaitindən 10.000 manatı xx.xx.2017-ci il tarixli “beh müqaviləsi” əsasında, 7.000 manatı xx.xx.2017-ci il tarixdə “alğı satqı müqaviləsi”ni rəsmiləşdirərkən, 11.500 manatı isə xx.xx.2018-ci il tarixdə notariusun depozit hesabı vasitəsi ilə “satıcı” İddiaçı ödənilmişdir. İddiaçı izahatında mənzilin qalan pulundan 500 manat və 1000 manat olmaqla 1500 manat ödənilməsini bildirir. Lakin iddiaçı mənzildən 10000 manat borc qalmasını bildirsə də, buna dair hər hansı sübut təqdim etməmişdir Halbuki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Eyni zamanda məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi və vəkili izahatında mənzilin pulundan 3000-3500 manat borc qalmasını, lakin iddiçının mənzili xx.xx.2018-ci il tarixdə boşaldaraq təhvil verməli olduğu halda təhvil vermədiyindən qalıq borcun ödənilmədiyini bildirmişdir. Göründüyü kimi, müqavilə üzrə cavabdeh üzərinə götürdüyü öhdəliyi yerinə yetirsə də, iddiaçı satdığı mənzildən çıxmamış, buna görə cavabdeh iddiaçıya qarşı məhkəmədə iddia qaldıraraq mənzildən çıxarılmasını xahiş etmiş, onun iddiası təmin edilmiş və qətnamə qanuni qüvvəsini almışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin müəyyən edilmiş hallarına və qanunvericlik normalarına uyğundur və məhkəmə qeyd edilən əsasla iddia tələbini təmin etməməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası MPM-nin 4.1-ci maddəsinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Bu normanın tələbinə görə məhkəməyə müraciət etmiş şəxs birinci növbədə özünün hansı hüquq və azadlığının, eləcə də maraqlarının pozulduğunu sübut etməli və bundan sonra onların təmin edilməsini tələb etməlidir. İnsan hüquqları üzrə Avropa Məhkəməsi «Brumaresku Rumıniyaya qarşı» iş üzrə xx xxxxxxx 1999-cu il tarixli qərarında göstərmişdir ki, hüququn aliliyinin əsas aspektlərindən biri olan hüquqi müəyyənlik prinsipi digərləri ilə yanaşı tələb edir ki, məhkəmələr tərəfindən tamamilə həll edilmiş iş üzrə qəbul olunan yekun qərar şübhə doğurmamalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2005-ci il tarixli, 4 saylı «Məhkəmə qətnaməsi» haqqında Qərarının 2.4-cü bəndinin izahına əsasən qətnamə o vaxt əsaslı hesab edilir ki, onda, baxılan iş üçün əhəmiyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərini əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin maddə sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini formal mülahizələr kimi qəbul edərək hesab edir ki, bu dəlillər qanuni və əsaslı olan qətnamənin ləğvi üçün əsas sayıla bilməz. Hazırki işdə məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv olunması üçün Mülki Prosessual Məcəllənin 385.1-ci maddəsində nəzərdə tutlmuş əsaslar mövcud deyil. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 384.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apelyasiya şikayəti təmin edilməməli, Quba Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(027)-1178/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 372.1, 372.6, 372.7, 384.0.1 və 393, 405və 406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT E T D İ: Quba Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(027)-1178/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. İddiaçı apelyasiya şikayəti təmin olunmasın. Qətnamə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Lətifə Məmmədova Hakimlər: Gülnarə Tağızadə Telman Quliyev
Məhkəmə qərarları › İş №2(105)-573/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-573/2021
23.02.2021 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver