Məhkəmə qərarları › İş №2(105)-592/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-592/2021

02.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-592/2021 02.03.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri: Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi hakim), Quliyev Telman Osman oğlu və Tağızadə Gülnarə Fikrət qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimova Leyla Yusub qızının katibliyi ilə, ilk iddia üzrə iddiaçı «xxxx» ASC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı İKB ASC-nin cavabdehlər Cavabdeh1, X6 və Cavabdeh2 qarşı “borcun tutulması və tələbin ipoteka predmetinə yönəldilməsinə dair” ilk, Cavabdeh2 cavabdeh İddiaçı İKB ASC-yə qarşı «ipoteka müqaviləsinin etibarsız hesab edilməsi» tələbinə dair qarşılıqlı iddiası barədə mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(060)-395/2020 saylı qətnaməsindən ilk iddia üzrə İddiaçı İKB ASC və cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş apelyasiya şikayətləri açıq məhkəmə iclasında apelyasiya qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İlkin iddia üzrə İddiaçı İKB ASC cavabdehlər Cavabdeh1, X6 və Cavabdeh2 qarşı “borcun tutulması və tələbin ipoteka predmetinə yönəldilməsinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 və X3 müştərək qaydada İddiaçı İKB ASC-nin xeyrinə 2014-ci il 02 may tarixli kredit müqaviləsi üzrə banka 57.680,01 ABŞ dolları əsas, 46.440,3 ABŞ dolları faiz, 3889,67 ABS dolları cərimə borcu olmaqla ümumilikdə 108.009,98 ABŞ dolları məbləğində borcun, 30 manat ödənilmiş dövlət rüsumunun, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 20 manat xidmət haqqının ödənilməsi, tutmanın Cavabdeh1 məxsus olan Sumqayıt şəhəri, 13-cü mikrorayon ünvanında yerləşən, 3 otaqlı, 65.63kv.m ümumi, 39.6kv.m yaşayış, 26.03 kv.m yardımçı sahədən ibarət 53 nömrəli evin 26 nömrəli mənzilinə yönəldilməsi, həmin mənzilin açıq hərracdan satılması və borcun həmin mənzilin hərracdan satışdan əldə olunan vəsaiti hesabına İddiaçı İKB ASC-yə ödənilməsi, tutmanın X6 məxsus Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, məhəllə 4085 ünvanında yerləşən, 3 otaqlı, 54.66kv.m ümumi, 37.66kv.m yaşayış, 17kv.m yardımçı sahədən ibarət 4 nömrəli evin 44 nömrəli mənzilinə yönəldilməsi, həmin mənzilin açıq hərracdan satılması və borcun mənzilin hərracdan satışdan əldə olunan vəsait hesabına İddiaçıİ KB ASC-yə ödənilməsi, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi, Cavabdeh1 məxsus olan Sumqayıt şəhəri, 13-cü mikrorayon ünvanında yerləşən, 53 nömrəli evin 26 nömrəli mənzilinə tutma yönəldikdə və o satıldıqdan 1 ay sonra Cavabdeh1 vəCavabdeh2 Sumqayıt şəhəri, 13-cü mikrorayon ünvanında yerləşən, 53 nömrəli evin 26 nömrəli mənzilinə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi,Cavabdeh1 və X7 həmin mənzildən çıxarılmaları, həmin mənzilin boşaldılması və Banka təhvil verilməsi, X6 məxsus Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, məhəllə 4085 ünvanında yerləşən 4 nömrəli evin 44 nömrəli mənzilinə tutma yönəldikdə və o satıldıqdan 1 ay sonra X4 və digər şəxslərin həmin mənzilə istifadə hüquqlarının itirilmiş hesab edilməsi, X4 və digər şəxslərin həmin mənzildən çıxarılmaları, həmin mənzilin boşaldılması və Banka təhvil verilməsi, İddiaçı İKB ASC iləCavabdeh1 arasında bağlanmış xx xxx 2014-ci il tarixli kredit müqaviləsinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bundan sonra ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 cavabdeh İddiaçı İKB ASC-yə qarşı «ipoteka müqaviləsinin etibarsız hesab edilməsi» tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx xxx 2014-cü il tarixli ipoteka müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(060)-395/2020 saylı qətnaməsi ilə ilkin iddia üzrə İddiaçı İKB ASC-nin cavabdehlər Cavabdeh1, X6 və Cavabdeh2 qarşı “borcun tutulması və tələbin ipoteka predmetinə yönəldilməsinə dair” iddiası qismən təmin edilmiş, İddiaçı İKB ASC ilə Cavabdeh1 arasında bağlanmış xx xxx 2014-ci il tarixli kredit müqaviləsi ləğv edilmiş, Cavabdeh1 və X3 müştərək qaydada xx xxx 2014-cü il tarixli kredit müqaviləsi üzrə 57.680,01 ABŞ dolları əsas, 36.058,76 ABŞ dolları faiz və 1.000 ABS dolları cərimə borcu olmaqla ümumilikdə 94.738,77 (doxsan dörd min yeddi yüz otuz səkkiz ABŞ dolları yetmiş yeddi sent) ABŞ dolları (ödəniş gününə manata məzənnə ilə) məbləğində borc və ödənilmiş məhkəmə xərclərinin əvəzi olaraq 53 (əlli üç) manat İddiaçı İKB ASC-nin xeyrinə tutulmuş,tələb Cavabdeh1 məxsus olan Sumqayıt şəhəri, 13-cü mikrorayon ünvanında yerləşən, 3 otaqlı, 65.63 kv.m ümumi, 39.6kv.m yaşayış, 26.03kv.m yardımçı sahədən ibarət 53 nömrəli evin 26 nömrəli mənzilinə yönəldilsin, ipoteka predmetinin ilkin satış qiyməti 45.000 (qırx beş min) manat müəyyən edilmiş, həmin mənzil açıq hərracdan satılması, hərrac üzrə xərclər satışdan əldə olunan vəsaitdən çıxıldıqdan sonra bankın iddia tələbi satılmış əmlakdan əldə edilmiş vəsait hesabına ödənilməsi, idiaçının tələbləri ödənildikdən sonra qalan məbləğ Cavabdeh1 qaytarılması,tələbin X6 məxsus Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, məhəllə 4085 ünvanında yerləşən, 3 otaqlı, 54.66 kv.m ümumi, 37.66 kv.m yaşayış, 17 kv.m yardımçı sahədən ibarət 4 nömrəli evin 44 nömrəli mənzilinə yönəldilsin, ipoteka predmetinin ilkin satış qiyməti 60.000 (altmış min) manat müəyyən edilməsi, həmin mənzil açıq hərracdan satılması, hərrac üzrə xərclər satışdan əldə olunan vəsaitdən çıxıldıqdan sonra bankın iddia tələbi satılmış əmlakdan əldə edilmiş vəsait hesabına ödənilməsi, iddiaçının tələbləri ödənildikdən sonra qalan məbləğ X6 qaytarılması, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qalan borc məbləği Cavabdeh1 və X3 müştərək qaydada tutularaq İddiaçı İKB ASC-nin xeyrinə ödənilməsi, ipoteka predmeti olan Cavabdeh1 məxsus Sumqayıt şəhəri, 13-cü mikrorayon ünvanında yerləşən, 53 nömrəli evin 26 nömrəli mənzilinə tutma yönəldikdə və o satıldıqdan 1 ay sonra Cavabdeh1 və X9 həmin mənzildən çıxarılmaqla mənzil boşaldılması, ipoteka predmeti olan X6 məxsus Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, məhəllə 4085 ünvanında yerləşən 4 nömrəli evin 44 nömrəli mənzilinə tutma yönəldikdə və o satıldıqdan 1 ay sonra X8 həmin mənzildən çıxarılmaqla mənzil boşaldılması, ilkin iddia qalan hissədə təmin edilməməsi, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 cavabdeh İddiaçıİKB ASC-yə qarşı «ipoteka müqaviləsinin etibarsız hesab edilməsi» tələbinə dair qarşılıqlı iddiası rədd edilməsi, qarşılıqlı iddia üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməsi qət edilmişdir (hakim Almaz Süleymanova) Sumqayıt Şəhər Məhkəməsinin 08 oktyabr 2020-ci il tarixli, 2(060)-395/2020 saylı əlavə qətnaməsi ilə mülki iş üzrə aparılmış məhkəmə–mühasibatlıq ekspertiza tədqiqatının dəyərinin əvəzi olaraq 127 (bir yüz iyirmi yeddi) manatın cavabdehlər Cavabdeh1 və X3, 18 (on səkkiz) manat İddiaçı İKB ASC-dən, məhkəmə-xətşünaslıq ekspertiza tədqiqatının dəyərinin əvəzi olaraq 153 (yüz əlli üç) manatın qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 alınaraq Dövlət Xəzinadarlıq Agentliyinə (Kod 210005, VÖEN **********), müxbir hesab AZ41NABZ********************, SFİFT BİK- CTREAZ22, məzkəmə ekspertiza mərkəzi, VÖEN **********, Hesab AZ34CTRE********************) ödənilməsi, mülki iş üzrə aparılmış məhkəmə–əmtəəşünaslıq ekspertiza tədqiqatının dəyərinin əvəzi olaraq 261 (iki yüz altmış bir) manatın Cavabdeh1, 261 (iki yüz altmış bir) manatın X3 və 78 (yetmiş səkkiz) manatın İddiaçı İKB ASC-dən tutularaq Premium Legal Services MMC-nin (Müştəri hesabı: AZ65UBAZ**********0060AZN001) xeyrinə ödənilməsi qət edilmişdir. Qətnamədən ilk iddia üzrə İddiaçı İKB ASC və cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş apelyasiya şikayətləri verilmişdir. İşə apelyasiya məhkəməsində baxılan zaman cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ərizə ilə məhkəməyə müraciət edərək göstərmişlər ki, banka olan borc tamamilə ödənilmişdir. Bu səbəbdən apelyasiya şikayətindən imtina edirlər. Apelyasiya şikayətindən imtinanın qəbul edilərək apelyasiyaşikayəti üzrə icraata xitam verilməsini xahiş edirlər. Məhkəmə kollegiyasının iclasında ilk iddia üzrə iddiaçı «xxxx» ASC-nin nümayəndəsi X2 ərizə ilə müraciət edərək göstərdi ki, cavabdehlər banka olan borcu ödəmişlər. Bu səbəbdən təmsil etdiyi təşkilat apelyasiya şikayətind\n imtina edir. Odur ki, apelyasiya şikayətindən imtinanın qəbul edilərək apelyasiya icraatına xitam verilməsini xahiş edir. Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq iş üzrə cavabdehlər məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəblədi barədə məlumat verilməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən iş üzrə cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası təqdim edilmiş ərizələri müzakirə edərək hesab edir ki, şikayətdən imtina qanuna zidd olmadığı, hər hansı şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığı, Mülki Prosessual Məcəllənin 191-ci maddəsində nəzərdə tutulan əsaslar və digər tərəfin apelyasiya şikayəti olmadığı üçün qəbul edilməli və Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(060)-395/2020 saylı qətnaməsindən ilk iddia üzrə İddiaçı İKB ASC və cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş apelyasiya şikayətləri üzrə apelyasiya icraatına xitam verilməldir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 369.1-ci maddəsinə görə işdə iştirak edən şəxsin apelyasiya şikayətindən imtina etməsi birinci instansiya məhkəməsi qətnaməsinin tanınmasına səbəb olur. Həmin Məcəllənin 369.2-ci maddəsinə görə apelyasiya şikayəti verən şəxs apelyasiya instansiyası məhkəməsində qətnamə qəbul edilənə kimi yazılı formada ondan imtina edə bilər. Həmin Məcəllənin 369.3-cü maddəsinə görə məhkəmə bu Məcəllənin 191-ci maddəsində nəzərdə tutulan əsaslar olduqda şikayətdən imtinanı rədd edə və işə apelyasiya qaydasında baxa bilər. Həmin Məcəllənin 369.4-cü maddəsinə görə şikayətlərdən imtinanın qəbul edilməsi haqqında məhkəmə qərardad qəbul edir və bu qərardadla apelyasiya şikayətlərindən imtina etmiş şəxslərə münasibətdə apelyasiya icraatına xitam verir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin qeyd olunan normalarına istinadən icraatına xitam verməklə yanaşı, izah edir ki, apelyasiya şikayətlərindən imtina edilməsi birinci instansiya məhkəməsinin qətnaməsinin tanınmasına səbəb olur. Göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 263-264 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA A L D İ: Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(060)-395/2020 saylı qətnaməsindən ilk iddia üzrə İddiaçı İKB ASC və cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş apelyasiya şikayətlərindən imtinası qəbul edilsin. Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(060)-395/2020 saylı qətnaməsindən ilk iddia üzrə İddiaçı İKB ASC və cavabdehlər Cavabdeh1 və Cavabdeh2 münasibətdə apelyasiya icraatına xitam verilsin. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən:Lətifə Məmmədova Hakimlər: Gülnarə Tağızadə Telman Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar