Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-60/2024 15.10.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər X5 və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Həsənli Ülkər Cabbar qızının katibliyi, İddiaçı, cavabdehlər Cavabdeh3, Cavabdeh1, Cavabdeh2 Mövlud oğlunun nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 Mövlud oğluna qarşı əmlakın qanunsuz sahiblikdən geri alınması və zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki iş üzrə Xaçmaz Rayon Məhkəməsinin 13 may 2022-ci il tarixli, 2(067)-72/2022 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq, MÜƏYYƏN ETDİ Xaçmaz Rayon Məhkəməsinin 13 may 2022-ci il tarixli qətnaməsi ilə (hakim A.Sadıqov) iddia tələbinin təmin edilməməsi, ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi, ekspertiza tədqiqatının dəyəri olan 50 manat məbləğində pulun İddiaçı alınaraq X1, kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22 Məhkəmə Eksperizası Mərkəzi VOEN ********** AZ34CTRE******************** hesabına keçirilməsi qət edilmişdir. İddiaçı qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ İddiaçı məhkəmədə iddia qaldıraraq Xaçmaz rayon Aqrar İslahat Komissiyasının 24 iyun 1998-ci il tarixli 08 nömrəli qərarı ilə mülkiyyətinə verilmiş Xaçmaz rayonu Alekseyevka kəndində yerləşən 2,26 ha torpaq sahəsinin cavabdehlər tərəfindən zəbt edilmiş 1,46 ha torpaq sahəsinin onların qanunsuz sahibliyindən alınaraq ona qaytarılması, hər üç cavabdehdən müştərək qaydada ona dəymiş zərərin əvəzi olaraq 16000 manat pulun alınaraq ona verilməsi və ödənilmiş 30 manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, Xaçmaz rayon Aqrar İslahat Komissiyasının 24 iyun 1998-ci il tarixli qərarı ilə ailəsinin mülkiyyətinə 4,85 ha torpaq sahəsi verilmişdir. Mülkiyyətlərinə verilmiş həmin torpaq sahəsinə dair dövlət aktı verilmiş, xx.xx.2021-ci il tarixdə adlarına 2,26 ha torpaq sahəsinə dair ********** qeydiyyat nömrəli və 2,5895 ha torpaq sahəsinə dair ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışlar verilmişdir. 2,26 ha torpaq sahəsinin təxminən 1,46 ha hissəsi cavabdehlər tərəfindən zəbt edilərək qanunsuz olaraq istifadə olunur. Cavabdehlər onunla torpaq qonşusudurlar və onunla həmsərhəd hissəsindən torpaq sahəsini zəbt etmişlər. 2,26 ha torpaq sahəsinin hazırda onun istifadəsində olan hissəsi təxminən 0,80 ha təşkil edir. Dəfələrlə cavabdehlərdən xahiş və tələb etmişdir ki, zəbt etdikləri torpaq sahəsini boşaltsınlar, lakin onlar könüllü olaraq bunu etmək istəmirlər. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ İddiaçı Xaçmaz Rayon Məhkəməsinin 13 may 2022-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmənin iş üzrə çıxardığı qətnamə qanunsuz və əsassızdır. İşə baxmış məhkəmə prosessual hüquq normalarının tələblərini pozaraq işin hərtərəfli və tam araşdırılması üçün tədbir görməmiş, iş üzrə ekspertin əsassız rəyini rəhbər tutaraq iddia ərizəni təmin etməmişdir. Qətnamədə MEMnin xx.xx.2022-ci il tarixli, 10/7063 nomrəli rəyə istinad edilir ki, mübahisə predmeti olan torpaq sahəsinə dair sənədlərdə torpaq sahəsinin koordinatları olmadığından həmin yerin mövqeyini müəyyənləşdirmək və mübahisəli torpaq sahəsinin araşdırılması mümkün olmamışdır. Qeyd edir ki, 2,26 ha torpaq sahəsinə dair ailə üzvlərinin adına verilmiş xx.xx.2021-ci il tarixli çıxarış həmin torpaq sahəsinə dair DT və XK Xaçmaz rayon şöbəsi tərəfindən 10 noyabr 2004-cü il tarixdə verilmiş JN0446 Kod 30204018 olan torpağa mülkiyyət hüququna dair Dövlət Aktı əsasında verilmişdir. Dövlət Aktında 446a planşetində həmin 2,26 ha torpaq sahəsinin X və Y koordinatları göstərilmişdir. Əyər ekspert torpağın koordinatların göstərilməməsi səbəbindən rəyi verə bilmirdisə o, gərək bu barədə aidiyyatı üzrə sorğu verərdi. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATİ Məhkəmə kollegiyasının iclasında dindirilən İddiaçı apellyasiya şikayətini müdafiə edərək, onun təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında dindirilən Cavabdeh3 apellyasiya şikayətini qəbul etməyərək, onun təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında dindirilən Cavabdeh1 apellyasiya şikayətini qəbul etməyərək, onun təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında dindirilən Cavabdeh2 Mövlud oğlunun nümayəndəsi X3 apellyasiya şikayətini qəbul etməyərək, onun təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. İş materiallarını araşdırıb, məruzəçini və işdə iştirak edən şəxslərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi iddia tələbinin təmin edilməməsini tərəflərin izahatlarını, ekspert rəyini nəzərə alması ilə əsaslandırmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan iddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. İşdən göründüyü kimi xx.xx.2021-ci il qeydiyyat tarixli çıxarışa əsasən Xaçmaz rayonu Çaykənarı kəndi ərazisində yerləşən 2,26 ha torpaq sahəsi ümumi birgə mülkiyyət hüququ üzrə İddiaçı və ailə üzvlərinin adına daşınmaz əmlakın dövlət reyestrində 356 nömrəli reyestr kitabının 2 nömrəli vərəqində qeydiyyata alınması işin mübahisəsiz halıdır. Baxılan iş üzrə iddia tələbi əmlakın qanunsuz sahiblikdən geri alınması və zərərin əvəzinin ödənilməsi barədədir. İddia tələbinin qanuni əsasını Mülki Məcəllənin 157.2. maddəsi təşkil edir. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər (Mülki Məcəllənin 157.2. maddəsi). Həmin maddənin dizpozisiya şərtlərinə görə bu cür iddianın təmin olunması üçün üç dizpozisiya şərtinin birgə mövcudluğu tələb olunur. Bunun üçün iddiaçı cavabdehdən tələb etdiyi əmlakın mülkiyyətçisi olduğunu, ikinci iddiaçı tələb edilən andan əmlakın cavabdehin sahibliyində olduğunu sübut etməli, yaxud bu işin mübahisəsiz halı kimi müəyyən olunmalıdır, üçüncüsü isə cavabdehin əşyaya sahiblik hüququ qanunsuz olmalıdır. Qanunun mənasına görə mülkiyyətçi öz əmlakının başqasından geri tələb etmək hüququ onun iradəsindən asıl olmayaraq mülkiyyətindən qanunsuz yolla çıxmış əmlakını geri almaq və onun üzərində pozulmuş mülkiyyət hüququnu bərpa etmək imkanı verir. Bu iddia mülkiyyətçinin öz əmlakını qanunsuz və faktiki sahibliyində saxlayan şəxsdən natura şəklində qaytarılması barədə müqavilədənkənar tələbidir. Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 3-16-16/2-10/9644 nömrəli, 26 yanvar 2024-cü il tarixli ekspert rəyində qeyd edilir ki, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəli **********41 reyestr nömrəli, xx.xx.2012-ci il qeydiyyat tarixli çıxarışa əsasən Cavabdeh1 və ailə üzvlərinə məxsus Xaçmaz rayonu Çaykənarı kəndi ərazisində yerləşən torpaq sahəsinin (naturada) koordinatları müəyyən edilmişdir. Həmin torpaq sahəsi torpaqların elektron kadastr uçotu informasiya sistemində və naturada 1.059 ha ölçüdə öz əksini tapmışdır. (Sxem tərtib olundu). Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəli, **********86 reyestr nömrəli, xx.xx.2015-ci il qeydiyyat tarixli çıxarışa əsasən Cavabdeh3 və ailə üzvlərinə məxsus Xaçmaz rayonu Çaykənarı kəndi ərazisində yerləşən torpaq sahəsinin (naturada) koordinatları müəyyən edilmişdir. Həmin torpaq sahəsi torpaqların elektron kadastr uçotu informasiya sistemində və naturada 1,712 ha ölçüdə öz əksini tapmışdır. (Sxem tərtib olundu). JN 221, KOD 30204018 saylı Torpağın mülkiyyət hüququna dair dövlət aktına əsasən Cavabdeh2 Mövlud oğlu və ailə üzvlərinə məxsus Xaçmaz rayonu Çaykənarı kəndi ərazisində yerləşən torpaq sahəsinin (naturada) koordinatları müəyyən edilmişdir. Torpaq sahəsi iki konturdan (planşetdən) ibarətdir, mübahisəli torpaq sahəsi JN-221C planşetdə olan həmin torpaq sahəsi torpaqların elektron kadastr uçotu informasiya sistemində və naturada 2.2 ha ölçüdə öz əksini tapmışdır (Sxem tərtib olundu). Qeyd edilən torpaq sahələri bir-biri ilə qonşuluqda yerləşir və həmin torpaq sahələri üst-üstə düşmür. Mütəxəssis rəyində həmçinin qeyd edilir ki, daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəli **********41 reyestr nömrəli, xx.xx.2012-ci il qeydiyyat tarixli çıxarışa əsasən Cavabdeh1 və ailə üzvlərinə məxsus Xaçmaz rayonu Çaykənarı kəndi ərazisində yerləşən torpaq sahəsi torpaqların elektron kadastr uçotu informasiya sisteminə əsasən cavabdehlər tərəfindən istifadə edilmir. Məhkəmə kollegiyası tərəfindən mülki iş üzrə təkrar ekspertiza təyin edilmiş, Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 3-16-16/2-10/6309 nömrəli, 09 sentyabr 2024-cü il tarixli ekspert rəyində qeyd edilir ki, daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəli, **********30 reyestr nömrəli, xx.xx.2021-ci qeydiyyat tarixli çıxarışlara əsasən ümumi birgə mülkiyyət hüququ üzrə İddiaçı və ailə üzvlərinin adına verilmiş Xaçmaz rayonu Çaykənarı kəndi ərazisində yerləşən 2,26 ha torpaq sahəsindən mülkiyyətçilər arasında bölgü olunub, birgə mülkiyyətdə qalan planşetində (konturu) mübahisəli 0.84 ha torpaq sahəsinin koordinatları yerində (naturada) torpaqların elektron uçotu informasiya (TEKUİS) sisteminə əsasən 0.82 ha torpaq sahəsi kimi öz əksini tapmışdır (sxem tərtib olundu). Daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəli, **********30 reyestr nömrəli, xx.xx.2021-ci il qeydiyyat tarixli çıxarışlara əsasən ümumi birgə mülkiyyət hüququ üzrə İddiaçı və ailə üzvlərinin adına verilmiş Xaçmaz rayonu Çaykənarı kəndi ərazisində yerləşən 2,26 ha torpaq sahəsindən mülkiyyətçilər arasında bölgü olunub, birgə mülkiyyətdə qalan planşetində (konturu) mübahisəli 0.84 ha torpaq sahəsinin koordinatları yerində (naturada) torpaqların elektron uçotu informasiya (TEKUİS) sisteminə əsasən 0.82 ha torpaq sahəsi cavabdehlər tərəfindən istifadə olunmur və orada hər hansı tikinti mövcud deyil. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, iddiaçının iddia ərizəsində qeyd etdiyi hallar iş materialları və ekspert rəyi ilə təkzib olunduğundan, eləcə də cavabdehlərin iddiaçıya məxsus həmin torpaq sahəsindən istifadə etmələri öz təsdiqini tapmadığından, iddianı təmin etməməklə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnamə işin həqiqi hallarına uyğun olmaqla, tərəflərin qarşılıqlı münasibətlərini əks etdirdiyindən, eləcə də, qətnamə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə qəbul edildiyindən apellyasiya şikayəti təmin edilməməli, Xaçmaz Rayon Məhkəməsinin 13 may 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 385.2. maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Bununla yanaşı, məhkəmə kollegiyası həmçinin hesab edir ki, keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 100+100=200 (iki yüz) manat iddiaçıdan alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, SAP (XİİS) hesabı, X1, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, Hesab AZ34CTRE********************) hesabına keçirilməlidir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir (MPM-nin 119.1. maddəsi). Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1., 385.2., 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Xaçmaz Rayon Məhkəməsinin 13 may 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. İddiaçı iş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olaraq 200 (iki yüz) manat alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, SAP (XİİS) hesabı, X1, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, Hesab AZ34CTRE********************) hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən kassasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-60/2024
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-60/2024
15.10.2024 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver