Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-604/2022 01.03.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi), Quliyev Telman Osman oğlu və Tağızadə Gülnarə Fikrət qızından ibarət tərkibdə, Həşimova Leyla Yusub qızının katibliyi ilə, Cavabdeh nümayəndəsi Nümayəndə, Cavabdeh nümayəndə və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı qızıl-zinət əşyaları və cehiz əşyalarının qaytarılması tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-3861/2021 saylı, 26 oktyabr 2021-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-3861/2021 saylı, 26 oktyabr 2021-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, Cavabdeh 583 əyarlı, çəkisi 23,8 qr, qiyməti 1451 manat olan qızıl qolbağın, çəkisi 17 qr, qiyməti 1037 manat olan kolyenin, çəkisi 12 qr, qiyməti 732 manat olan tək qolbağın, çəkisi 3 qr, qiyməti 180 manat olan qaşsız üzünün, həmin əşyaların naturada qaytarlıması mümkün olmadıqda onların dəyəri olaraq cəmi 3400 (üç min dörd yüz) manat pulun alınaraq İddiaçı verilməsi, məhkəmə ekspertizası tədqiqatının dəyəri olaraq Cavabdeh 100 (bir yüz) manat tutularaq X1 hesabına köçürülməsi (Kod:210005, Vöen:**********, Müxbir hesab: AZ41NABZ******************** SFİFT BİK: CTREAZ22) qət edilmişdir (hakim Almaz Süleymanova). Qətnamədən Cavabdeh apelyasiya şikayəti verərək Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-3861/2021 saylı, 26 oktyabr 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd olunmasına dair yeni qətnamə qəbul edilməsini xahiş xahiş etmişdir. İ Ş İ N H A L LA R İ: İddiaçı Cavabdeh qarşı “qızıl və cehiz əşyaları” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh cehiz əşyaları kimi paltaryuyan maşını “LG”-500 manat, yataq mebeli 450 manat, stol-6 stul 350 manat, qab- şkafı stenka 400 manat, xalça 2 ədəd 400 manat, tozsoran maşını “Sony” 150 manat, Lüstr 2 ədəd 100 manat, ət çəkən maşın “Gepas” 100 manat, qab-qacaq- 700 manat, yorğan- döşək-400 manat, blendir -300 manat, televizor Samsunq -300 manat, soyuducu “Altus”-500 manat əgər bu əşyalar yoxdursa onların ümumi dəyəri olan 4650 manat pul vəsaitinin; qızıl zinət əşyaları kimi Komplekt üzük-sırqa-firuzə qaşlı- 30 qr 1800 manat, Nişan üzüyü briliant qaşlı- 15 qr 1000 manat, Qolbaq-sep kolye-40 qr-2500 manat, tək qolbaq-12 qr 600 manat, qaşsız üzük -3 qr 200 manat, qaşsız üzük - 3 qr 200 manat, briliant qaşlı üzük- 8 qr 500 manat, qolbağ tros- 15 qr 900 manat, qızı üçün alınmış sepqolbaq-10 qr 500 manat əgər bu əşyalar yoxdursa onların ümumi dəyəri olan 8200 manat pul vəsaitinin; birgə nikah dövründə alınmış əşya kimi mətbəx mebeli 1600 manat, paltar şkafı 1000 manat, televizor 2 ədəd (“Panasonic”,“LG”) 1300 manat, xalça 2 ədəd 600 manat, lüstr 2 ədəd 150 manat, tozsoran maşını 150 manat, kondisioner “Shivaki” 1300 manat, mətbəx divanı 400 manat, qaçış idman aləti 600 manat əgər bu əşyalar yoxdursa onların ümumi dəyərinin ikidə bir hissəsi yəni 3550 manat pul vəsaitinin toplam olaraq 16400 manat vəsatinin alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bundan sonra, 14.06.2021-ci il tarixdə iddiaçı tələbinin azaldılması barədə ərizə ilə müraciət edərək 583 əyarlı, çəkisi 23,8 qr, qiyməti 1451 manat olan qızıl qolbaq, çəkisi 17 qr, qiyməti 1037 manat olan kolye, çəkisi 12 qr, qiyməti 732 manat olan tək qolbaq, çəkisi 3 qr, qiyməti 180 manat olan qaşsız üzük adlı zinət əşyalarının, həmin əşyalar olmadıqda onların dəyəri olan 3400 manat pul məbləğinin cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. A P E L L Y A S İ Y A Ş İ K A Y Ə T İ N İ N D Ə L İ L L Ə R İ və PROSES İŞTİRAKÇİLARİNİN İZAHATLARİ: Məhkəmə kollegiyasının iclasında Cavabdeh nümayəndəsi Nümayəndə apellyasiya şikayətini müdafiə edərək bildirdi ki, məhkəmə qətnaməsini onunla əsaslandırmışdır ki, məzkəmənin qətnaməsinə əsasən iddia təmin edilmişdir. Hesab edir ki, qətnamə əsassızdır. Belə ki, məhkəmə gəldiyi nəticə üçün mühüm əhəmiyyət kəsb edən halları aydınlaşdırmamışdır. Belə ki, məhkəməyə cavabdeh tərəfindən 22 may 2021ci il tarixdə iddiaçının ona məxsus qızıl zinət və cehiz əşyalarını və pul vəsaitini təhvil alması barədə həmin tarixli sadə yazılı formalı, iddiaçının özü və vəkili tərəfindən imzalanmış qəbz təqdim olunsa da məhkəmə həmin qəbzə heç bir hüquqi qiymət verməmişdir. İddiaçı ilkin iddia ərizəsində 8 adda qızıl-zinət əşyası tələb edirdisə, 22 may 2021-ci il tarixli qəbzlə ona 6 adda qızıl-zinət əşyası təhvil verilmiş, bundan sonra iddiaçı iddia tələbini azaldaraq dörd adda qızıl-zinət əşyasını tələb etmişdir. Cavabdehin nümayəndəsi iddianı qəbul etməyərək, birgə nikah dövründə bəzi qızıl əşyalarının lombarda qoyulduğunu, satıldığını bildirsə də məhkəmə bu istiqamətdə heç bir araşdırma aparmamışdır. Gəlini ilə münasibətləri yaxşı olub. İddiaçı cehizlərinin hamısını aparıb. İddiaçının tələb etdiyi qızıllar mövcud idi, bunu inkar etmir, 2 qolbaq və 1 boyunbağı var idi. Daha sonra göstərdi ki, iddiaçı qolbağın birini satdı. O da iddiaçıya dedi ki, qızıllar onlarda qaldıqca satırlar, ona görə də özü saxlayacaq. Digər boyunbağı və qolbağı onun özü məsləhətləşib satıb uşaqların müalicəsinə xərclədi. Qeyd edilənlərə əsasən apellyasiya şikayətimin təmin edilməsini, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 3861/2021 saylı 26 oktyabr 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd olunmasına dair yeni qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə kollegiyasının iclasında Cavabdeh nümayəndə və vəkili Vəkil2 apellyasiya şikayətini müdafiə edərək bildirdi ki, hazırki iş üzrə cavabdeh ümumiyyətlə iddiaya cavab verməli şəxs deyil. Çünki cavabdehin anası, hazırki iş üzrə nümayəndəsi Nümayəndə özü də etiraf edir ki, qızılları o saxlayıb. Deməli hazırki iş üzrə əsl cavabdeh İbrahimin anasıdır. Bundan əlavə 6 adda qızıl zinət əşyasının qaytarılmasına dair iş materiallarında akt mövcuddur. İddiaçıya 6 adda qızıl zinət əşyası, özünün və vəkilinin imza etdiyi akt əsasında qaytarılıb. Bu səbəbdən apellyasiya şikayətinin təmin edilməsini, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-3861/2021 saylı 26 oktyabr 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd olunmasına dair yeni qətnamə qəbul edilməsini xahiş edir. P R O S E S S U A L M Ə S Ə L Ə L Ə R: İş üzrə İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də iş üzrə cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə heç bir məlumat verilməmişdir. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iş üzrə iddiaçının iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ M Ə S Ə L Ə L Ə R: Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini, proses iştirakçılarının izahatını dinləyərək, apelyasiya şikayətinin dəlillərini nəzərə alıb işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla sübutları qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə qismən, iddia tələbinin 583 əyarlı, çəkisi 23,8 qr, qiyməti 1451 manat olan qızıl qolbaq, çəkisi 3 qr, qiyməti 180 manat olan qaşsız üzüyün cavabdehdən alınıb iddiaçıya qaytarılmasına dair hissədə ləğv edilməli, iddia həmin hissədə təmin edilməməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarından görünür ki, tərəflər 20 avqust 2007-ci il tarixdə rəsmi nikah bağlayaraq evlənmiş, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-513/2021 saylı, 08 fevral 2021-ci il tarixli qətnaməsinə nikahları pozulmuşdur. İddiaçı iddia edilən əşyaların ona nikaha daxil olarkən hədiyyə olaraq verildiyini, ailə münasibətlərinə xitam verilməsinə baxmayaraq, əşyaların cavabdeh tərəfdə qaldığını, ona qaytarılmadığını iddia edir və qaytarılmasını tələb edir. Cavabdeh tərəf iddiaya etiraz edərək iddia edilən qızıl-zinət əşyalarının bir qisminin iddiaçının razılığı ilə və özü tərəfindən satıldığını, bir qisminin isə lombarda qoyularaq birgə nikahdan olan uşağın müalicə xərclərinə sərf edildiyini bildirdi. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34.1-ci maddəsinə əsasən nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.1-ci maddəsinə əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Həmin Məcəllənin 225.2-ci maddəsinə əsasən nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. Məhkəmə hesab edir ki, araşdırma zamanı iddia edilən qızıl-zinət əşyaların cavabdeh tərəfindən iddiaçıya hədiyyə verildiyi və bu əşyaların mövcud olması sübuta yetdi. Bu göstərilənlər işin mübahisəsiz hallarıdır. İşin mübahisə doğuran halları iddiaçıya hədiyyə verilmiş qızıl-zinət əşyalarının cavabdeh tərəfdə qalması və iddiaçıya verilməməsi, həmin əşyaların birgə nikah dövründə satılması və ailənin məsrəflərinə sərf edilməsi ilə bağlıdır. Bundan başqa məhkəmə hesab etmişdir ki, məhkəmə araşdırması zamanı tərəflərin izahatlarından göründüyü kimi mübahisələndirilən qızıl-zinət əşyalarının cavabdeh tərəfdə qalması öz təsdiqini tapmaqla, iddiaçının bu barədə göstərdikləri işin faktiki hallarına uyğundur. Məhkəmə, həmin əşyaların bir qisminin iddiaçı tərəfindən satılması barədə cavabdeh tərəfin etirazını inandırıcı hesab etməmiş və qeyd etmişdir ki, cavabdeh əsaslandığı hallarla bağlı məhkəməyə heç bir sübut təqdim etməmişdir. Həmçinin cavabdeh tərəfin izahatından göründüyü kimi qızıl əşyaları iddiaçı atası evinə getdikdən sonra lombarda qoyulmuşdur. İş üzrə keçirilmiş 9/4854 saylı 08 sentyabr 2021-ci il tarixli ekspert rəyindən görünür ki, iddia ərizəsində adları sadalanan qızıl-zinət əşyalarının nəzəri qaydada hazırki orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 4185,00 manat məbləğindədir. Məhkəmə ekspert rəyini sübut növü olaraq qəbul edərək, habelə mülki qanunvericiliyin hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarması ilə bağlı göstərişini nəzərə alaraq hesab etmişdir ki, iddia təmin edilməli, Cavabdeh 583 əyarlı, çəkisi 23,8 qr, qiyməti 1451 manat olan qızıl qolbaq, çəkisi 17 qr, qiyməti 1037 manat olan kolye, çəkisi 12 qr, qiyməti 732 manat olan tək qolbaq, çəkisi 3 qr, qiyməti 180 manat olan qaşsız üzük, həmin əşyaların naturada qaytarılması mümkün olmadıqda onların dəyəri olaraq 3400 manat pul alınaraq İddiaçı verilməlidir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli qərarının 9.2-ci bəndində qeyd olunmuşdur ki, əmlak tələbi barədə iddialar təmin olunduqda, gələcəkdə qətnamənin icrasının müəyyənliyini və mümkünlüyünü təmin etmək məqsədilə qət edilən əşyaların hər birinin ayrı-ayrılıqda dəyəri və qət olunan əmlakın cavabdehdən naturada alınması mümkün olmadığı hallarda, həmin əmlakın dəyərinin pulla ödənilməsi də qətnamədə həll olunmalıdır. Qeyd edilənlərə əsasən məhkəmə iddianı təmin etmişdir, Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi iddia tələbinin çəkisi 17 qr, qiyməti 1037 manat olan kolye, çəkisi 12 qr, qiyməti 732 manat olan tək qolbağın və ya dəyərinin cavabdehdən alınaraq iddiaçıya verilməsinə dair düzgün nəticəyə gəlsə də 583 əyarlı, çəkisi 23,8 qr, qiyməti 1451 manat olan qızıl qolbaq və çəkisi 3 qr, qiyməti 180 manat olan qaşsız üzüyün və ya dəyərinin cavabdehdən alınaraq iddiaçıya verilməsinə dair gəlmiş olduğu nəticə ilə razılaşmaq olmaz. Belə ki, məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi çəkisi 17 qr, qiyməti 1037 manat olan kolye, çəkisi 12 qr, qiyməti 732 manat olan tək qolbağın cavabdeh tərəfindən satıldığını və uşaqların müalicəsinə sərf olunduğunu qeyd etmişdir. Lakin iddiaçı tərəfindən 583 əyarlı, çəkisi 23,8 qr, qiyməti 1451 manat olan qızıl qolbaq və çəkisi 3 qr, qiyməti 180 manat olan qaşsız üzüyün cavabdehdə qalmasına dair məhkəməyə hər hansı bir sübut təqdim edəilməmişdir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi həmin hissədə təmin edilə bilməz. Bununla da iddiaçıya məxsus qeyd edilən qızıl əmlaklarının cavabdehdə qalması sübut olunmur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Buna görə də ilkin olaraq, iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları sübut etməli idi. Qızıl-zinyət əşyalarının cavabdehdə qalması ilə bağlı hər hansı sübutun olmamasına baxmayaraq, birinci instansiya məhkəməsi iddia tələbini qeyd edilən hissədə təmin etməklə Mülki Prosessual Məcəllənin 77.1-ci maddələrinin tələblərini pozmuşdur. Halbuki iddia tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, məhkəmə qətnaməsinin əsaslılığı və qanuniliyi baxımından bu institut xüsusi əhəmiyyət kəsb edir. Mülki mühakimə icraatında sübutetmə yükü də inkar edənin deyil, təsdiq edənin üzərinə düşür. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34-cü maddəsinə əsasən nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). Zinət əşyaları istisna olmaqla, fərdi istifadə şeyləri (geyim, ayaqqabı və s.) nikah zamanı ər-arvadın ümumi vəsaiti hesabına əldə edilsə də, ər-arvaddan kimin istifadəsində olubsa, ona məxsusdur. İnsan Hüquqlarının və X2 Haqqında Konvensiyanın (Avropa Konvensiyası) 1 saylı protokolunun 1 -ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olunmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini təmin etmədən saxlaya bilər. Azərbaycan respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayəti qismən təmin edilməli, qətnamə qismən, iddia tələbinin 583 əyarlı, çəkisi 23,8 qr, qiyməti 1451 manat olan qızıl qolbaq, çəkisi 3 qr, qiyməti 180 manat olan qaşsız üzüyün cavabdehdən alınıb iddiaçıya qaytarılmasına dair hissədə ləğv edilməli, iddia həmin hissədə təmin edilməməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 384.0.2, 392 və 393-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT E T D İ: Apellyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-3861/2021 saylı 26 oktyabr 2021-ci il tarixli qətnaməsi qismən, iddia tələbinin 583 əyarlı, çəkisi 23,8 qr, qiyməti 1451 manat olan qızıl qolbaq, çəkisi 3 qr, qiyməti 180 manat olan qaşsız üzüyün cavabdehdən alınıb iddiaçıya qaytarılmasına dair hissədə ləğv edilsin. İddia tələbi həmin hissədə təmin edilməsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(105)-604/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-604/2022
01.03.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver