Məhkəmə qərarları › İş №2(105)-620/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-620/2023

15.03.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr - Ailə münasibətləri üzrə mübahisələr - Uşaq tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-620/2023 15.03.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi, hakimlər X4 və X1 ibarət tərkibdə, Bünyatzadə Məsumə Sahib qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı uşağın yaşayış yerinin iddiaçının yanında və himayəsində saxlanılması tələbinə dair mülki iş üzrə çıxarılmış Xaçmaz Rayon Məhkəməsinin 01 dekabr 2022-ci il tarixli, 2(067)-1470/2022 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq, MÜƏYYƏN ETDİ Xaçmaz Rayon Məhkəməsinin 01 dekabr 2022-ci il tarixli qətnaməsi ilə (hakim A.Sadıqov) İddiaçı Cavabdeh qarşı uşağın yaşayış yerinin müəyyən edilməsi və sair tələbinə dair iddiası təmin olunmaması, ekspertiza tədqiqatının dəyəri olan 100 manat məbləğində pul İddiaçı alınaraq X3, kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22 Məhkəmə Eksperizası Mərkəzi VOEN ********** AZ34CTRE******************** hesaba keçirilməsi qət edilmişdir. İddiaçı qətnamədən apellyasiya şikayəti vermişdir. Azərbaycan Respublikası MPM-nin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Mülki Prosessual Məcəllənin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmin Məcəllənin 365-ci maddəsinə əsasən apellyasiya icraatına bu fəslin və bu Məcəllənin müddəaları tətbiq olunur. İddia tələbi uşağın yaşayış yerinin iddiaçının yanında və onun himayəsində saxlanılması barədədir. Baxılan iş üzrə Xaçmaz Rayon Məhkəməsinin 09 dekabr 2020-ci il tarixli, 2(067)- 518/2020 nömrəli qətnaməsi ilə iddiaçı Cavabdeh İddiaçı qarşı nikahın pozulması və aliment tələbinə dair iddiasının qismən təmin edilməsi, iddiaçı və cavabdeh arasında 09 mart 2014-cü il tarixdə bağlanmış rəsmi nikah qeydi pozulmuş, tərəflərin birgə nikahından anadan olmuş xx.xx.2016-cı il təvəllüdlü X7 və xx.xx.2017-ci il təvəllüdlü X2 analarının himayəsinə verilməsi, uşaqların yetkinlik yaşına çatanadək saxlanmaları üçün mülki iş məhkəməyə daxil olduğu tarixdən, yəni xx.xx.2020-ci il tarixdən başlayaraq hər ay hər uşaq üçün 170 (yüz yetmiş) manat olmaqla, cəmi 340 (üç yüz qırx) manat alimentin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi, iddia ərizəsi verilərkən ödənilmiş 20 (iyirmi) manat dövlət rüsumunun cavabdehdən iddiaçıya ödənilməsi və cavabdehdən 10 (on) manat məbləğində pulun tutularaq Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilməsi qət edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin 16 iyun 2021-ci il tarixli qətnaməsi ilə cavabdeh İddiaçı apellyasiya şikayətinin qismən təmin edilməsi, Xaçmaz Rayon Məhkəməsinin 09 dekabr 2020-ci il tarixli, 2(067)-518/2020 nömrəli qətnaməsi qismən – «azyaşlı uşaqların saxlanmaları üçün aliment mülki iş məhkəməyə daxil olduğu tarixdən, yəni xx.xx.2020-ci il tarixdən başlayaraq ödənilsin» hissəsində ləğv edilmiş, xx.xx.2016-cı il təvəllüdlü X7 və xx.xx.2017-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanmaları üçün alimentin tutulması tarixi azyaşlı uşaqlar cavabdehdən alınıb analarının himayəsinə verildiyi tarixdən hesablanması, qətnamə qalan hissələrdə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 22 noyabr 2021-ci il tarixli qərarı ilə cavabdehin kassasiya şikayətinin təmin edilməməsi, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-1564/2020 nömrəli iş üzrə 16 iyun 2021-ci il tarixli qətnaməsinin mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması qərara alınmışdır. İşin digər hallarından görünür ki, mövcud məhkəmə aktına əsasən uşaqlar anaya təhvil verilməmiş və icra məmuru icra hərəkətləri ilə bağlı tədbirlər görmüş olsa da, (borclunun axtarışı xx.xx.2022-ci il) iddiaçı bundan yayınmış və sonda barəsində xx.xx.2022-ci il tarixdə inzibati xəta haqqında protokol tərtib olunmuş və Xaçmaz Rayon Məhkəməsinin həmin tarixli qərarı ilə məhz iddiaçının hazırkı tələblə müraciət etməsi əsası ilə inzibati iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. Göründüyü kimi qanuni qüvvədə olan məhkəmə aktları ilə xx.xx.2016-cı il təvəllüdlü X5 və xx.xx.2017-ci il təvəllüdlü X2 analarının himayəsinə verilməsi qət olunsa da, qətnamənin icrası təmin edilməmiş və iddiaçının da hazırkı iddia irəli sürməsi üçün yeni əsaslar mövcud deyil. Mülki Prosessual Məcəllənin 261.0.2. maddəsinə əsasən hakim iş üzrə icraata eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa xitam verir. Qanunun mənasına görə iş üzrə xitam verilməsi üçün eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi barədə məhkəmə qərardadının olmasıdır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, eyni tərəflər arasında eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olduğundan, Xaçmaz Rayon Məhkəməsinin 01 dekabr 2022-ci il tarixli qətnaməsi ləğv edilməli, Azərbaycan Respublikası MPM-in 261.0.2-ci maddəsinə əsasən hazırkı iş üzrə icraata xitam verilməlidir. Mülki Prosessual Məcəllənin 384.0.5. maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.5-ci və 259.0.8— 259.0.12-ci maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 261.0.1, 384.0.4, 391, 402-405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARAALDİ İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Xaçmaz Rayon Məhkəməsinin 01 dekabr 2022-ci il tarixli qətnaməsi ləğv edilsin. İddiaçı Cavabdeh qarşı uşağın yaşayış yerinin iddiaçının yanında və onun himayəsində saxlanılması tələbinə dair iş üzrə icraata xitam verilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet) Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qərardaddan kassasiya şikayəti verilmədikdə, qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar