Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-621/2022 28.01.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri: Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi hakim), Quliyev Telman Osman oğlu və Tağızadə Gülnarə Fikrət qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimova Leyla Yusub qızının katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh2 hüquqi varisi X2, Cavabdeh1 və Cavabdeh3 qarşı (3-cü şəxslər: ƏMDK yanında DƏDRX-nin 4 saylı Abşeron Ərazi İdarəsi, ƏMDK yanında DƏDRX-nin 2 saylı Sumqayıt Ərazi İdarəsi, X3 və X1) alğı-satqı müqaviləsinin və çıxarışın ləğv edilməsi, xərclənmiş vəsaitin qaytarılması, tutmanın mübahisəli torpaq sahəsinə yönəldilməsi və onun açıq hərracda satılması tələbinə dair iş üzrə Abşeron Rayon Məhkəməsinin 06 iyul 2021-ci il tarixli, 2(012)3562/2021 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş şikayətin mümkünlüyü məsələsinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdehlər Cavabdeh2 hüquqi varisi X2, Cavabdeh1 və Cavabdeh3 qarşı “torpaq sahəsinə dair alğı-satqı müqaviləsinin və çıxarışın ləğv olunması, torpaq sahəsinin alınmasına yönəlmiş real vəsaitin müəyyən olunması, həmin vəsaitin qaytarılması, tutmanın mübahisəli torpaq sahəsinə yönəldilməsi və açıq hərrac vasitəsilə satılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 (hüquqi varisi X2) və etibarnamə əsasında “satıcı” qismində çıxış edən İddiaçı arasında 28 aprel 2011-ci ildə bağlanılmış torpaq alğı-satqı müqaviləsi (AN-İ № 0245981), 23.02.2016-cı il tarixli bağışlanma müqaviləsi ilə Cavabdeh1 adına rəsmiləşən Abşeron rayonu, Novxanı kəndində yerləşən ümumi sahəsi 0,10 ha olan torpağa dair qeydiyyat tarixi 09.03.2016, qeydiyyat nömrəsi **********, ******* nömrəli çıxarışın, Cavabdeh1 ilə X3 arasında bağlanmış 22.02.2019-cu il tarixli 4Ə-647 reyestr nömrəsi “Daşınmaz Əmlakın Alqı-satqı müqaviləsi”nə dair Çıxarışın və yeni inzibati ünvanı Sumqayıt şəhəri, Novxanı bağ massivində yerləşən 0,10 ha torpaq sahəsinə dair 3-cü şəxs X3 və 3-cü şəxs X1 arasında bağlanmış 20.11.2020-ci il tarixli 4Ə-1703 reyestr nömrəsi ilə qeydə alınmış “Daşınmaz Əmlakın Alğı-satqı müqaviləsi”nə dair Çıxarışın ləğv edilməsi, həmin torpaq sahəsinin Cavabdeh3 əldə olunmasına xərclənmiş 25000 (iyirmi beş min) ABŞ dolları və həmçinin hasarlanmasına, təsərrüfat təyinatlı binanın tikilməsi və dəmir darvazaya xərclənmiş 15000 (on beş min) manat məbləğində pul vəsaitinin müəyyən olunması, həmin vəsaitin qaytarılması, tutmanın mübahisəli torpaq sahəsinə yönəldilməsi və açıq hərrac vasitəsilə satılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin 06 iyul 2021-ci il tarixli, 2(012)3562/2021 saylı qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir (hakim Məlahət Abbasova). Qətnamədən İddiaçı 27.11.2021-ci il tarixdə apellyasiya şikayəti verərək Abşeron Rayon Məhkəməsinin 06 iyul 2021-ci il tarixli, 2(012)3562/2021 saylı qətnaməsinin ləğv edilməsi, iddianın təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası daxil olmuş şikayəti iş materialları ilə birgə araşdıraraq və şikayətin mümkünlüyünü müzakirə edərək belə nəticəyə gəlir ki, aşağıda göstərilənlərə əsasən işə hazırki vəziyyətdə apellyasiya qaydasında baxılması qeyri-mümkündür. Belə ki, Azərbaycan Respublikası MPM-nin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 135.1-ci maddəsinə görə bu Məcəllənin 135.6-cı və 135.8-ci maddələrində müəyyən edilmiş hallar istisna olmaqla, bu Məcəllənin 134-cü maddəsində sadalanan məhkəmə sənədləri “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılır. Zəruri hallarda məhkəmə sənədinin çatdırılması hakim tərəfindən məhkəmə işçisinə tapşırıla və ya işdə iştirak edən şəxsin razılığı ilə həmin şəxsə həvalə edilə bilər Həmin Məcəllənin 128-ci maddəsinə əsasən prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Prosessual müddətlər qanunla müəyyən edilmədiyi hallarda, onlar məhkəmə tərəfindən təyin edilir. Prosessual hərəkətlərin edilməsi üçün müddətlər, hökmən baş verməli hadisə göstərilməklə, dəqiq təqvim tarixi ilə və ya hərəkətin edilə biləcəyi vaxt dövrü ilə müəyyən edilir. İllərlə, aylarla və ya günlərlə hesablanan prosessual müddətin axını müddətin başlanğıcının təyin edildiyi təqvim tarixindən və ya hadisənin baş verməsindən sonrakı gündən başlanır. Hazırki işdən görünür ki, iş üzrə mübahisələndirilən qətnamə 06 iyul 2021-ci il tarixdə qəbul edilmiş və qətnamə iş üzrə tərəflərə 18.08.2021-ci il tarixdə göndərilmiş və iddiaçı tərəfindən 30.08.2021-ci il tarixdə xəbərnaməyə imza edilməklə qəbul edilmişdir (İ cild i.v.265). İş materiallarından görünür ki, apellyasiya şikayəti elektron kabinet vasitəsi ilə 27.11.2021-ci il tarixdə göndərilmişdir. Göründüyü kimi qətnamə iddiaçı tərəfindən 30.08.2021-ci il tarixdə alınsa da, qanunvericilikdə nəzərdə tutulmuş 1 aylıq şikayət vermə müddəti ötürülmüş, 30.09.2021-ci il tarixədək apellyasiya şikayəti verilməli olduğu halda 1 ay 27 gün sonra, 27.11.2021-ci il tarixdə apellyasiya şikayəti verilmiş, eyni zamanda apellyasiya şikayəti verilməsi müddətinin bərpasına dair ərizə ilə də məhkəməyə müraciət edilməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 363.1.3-cü maddəsinə əsasən apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Məhkəmə kollegiyası onu da qeyd etməyi zəruri hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçı tərəfindən verilmiş şikayəti qəbul edib mülki işlə birlikdə baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərərkən Mülki Prosessual Məcəllənin 361-364cü maddəsinin tələbinə əməl etməmiş, apellyasiya şikayətinin qanunvericilikdə nəzərdə tutulmuş müddət ərzində verilib-verilməməsini araşdırmamış, qanunvericiliyin tələbini pozaraq apellyasiya şikayətini geri qaytarmaq əvəzinə mülki işlə birlikdə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərmişdir. Azərbaycan Respublikası MPM-nin 366.2-ci maddəsinə əsasən əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Azərbaycan Respublikası MPM-nin 363.4-cü maddəsinə əsasən göstərilmiş hallar aradan qaldırıldıqdan sonra apelaysiya şikayəti vermiş şəxs yenidən məhkəməyə ümumi qaydada şikayət ilə müraciət edə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 361, 363, 365 və 366.4-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı cavabdehlər Cavabdeh2 hüquqi varisi X2, Cavabdeh1 və Cavabdeh3 qarşı (3-cü şəxslər: ƏMDK yanında DƏDRX-nin 4 saylı Abşeron Ərazi İdarəsi, ƏMDK yanında DƏDRX-nin 2 saylı Sumqayıt Ərazi İdarəsi, X3 və X1) alqı-satqı müqaviləsinin və çıxarışın ləğv edilməsi, xərclənmiş vəsaitin qaytarılması, tutmanın mübahisəli torpaq sahəsinə yönəldilməsi və onun açıq hərracda satılması tələbinə dair iş üzrə Abşeron Rayon Məhkəməsinin 06 iyul 2021-ci il tarixli, 2(012)3562/2021 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş şikayət qeyri-mümkün hesab edilsin. Qərardaddan 10 (on) gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(105)-621/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-621/2022
28.01.2022 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver