Məhkəmə qərarları › İş №2(105)-626/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-626/2023

03.04.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-626/2023 03.04.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Abdullayeva (Baxşiyeva) Sevil Azağa qızının Cavabdeh qarşı cehiz və qızıl zinət əşyalarının qaytarılması tələbinə dair iş üzrə (Açar sözlər: qızıl-zinət əşyaları və cehiz əmlakın geri qaytarılması, nikah dövründə hədiyyə şəklində verilmiş əmlak, sübutetmə yükü) Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri: X2 (sədrlik edən və məruzəçi), X1 və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, Səfərli Fidan Nuru qızının katibliyi, İddiaçı Abdullayeva (Baxşiyeva) Sevil Azağa qızının, Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı Abdullayeva (Baxşiyeva) Sevil Azağa qızının Cavabdeh qarşı cehiz və qızıl zinət əşyalarının qaytarılması tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022ci il tarixli, e-2(060)-4439/2022 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: İşin halları AZ-İ № 415191 saylı, xx.xx.2022-ci il tarixli “Nikahın pozulması haqqında şəhadətnamə”nin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında olan nikah xx.xx.2022ci il tarixdə xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən pozulmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2022-ci il tarixli rəyindən görünür ki, iş materialında göstərilən 750 əyar 34 (33-35) qram kütləyə malik zərgərlik məmulatının (komplekt) orta bazar qiyməti nəzəri qaydada təxminən 3400 manat kimi müəyyən edilir. Həmin zərgərlik məmulatı tədqiqata təqdim edilmədiyindən müəyyən edilmiş qiymətdə dəyişiklik olması istisna etmir. Birinci instansiya məhkəməsində icraat və qəbul edilmiş məhkəmə aktı İddiaçı Abdullayeva (Baxşiyeva) Sevil Azağa qızının Cavabdeh qarşı iddia ilə Sumqayıt Şəhər Məhkəməsinə məhkəməyə müraciət edərək, yataq otağı dəsti (komod, sandıq, dolab, komidin); 1 ədəd güzgülü komod; 1 ədəd masa və 6 ədəd stul; 1 ədəd künc divanı; 1 ədəd güzgülü şkaf; 1 ədəd mətbəx masası və 4 ədəd stul; 1 ədəd uşaq çarpayısı; 1 ədəd soyuducu; 1 ədəd televizor; 1 ədəd paltaryuyan maşın; 1 ədəd mikrodalğa soba; 1 ədəd ütü; 1 ədəd elektirikli soba; 1 ədəd ətçəkənmaşın; 1 ədəd şirəçəkən maşın; 1 ədəd mikser dəsti; 2 ədəd çilçıraq; 3 ədəd qazan dəsti; 3 ədəd tas; 1 ədəd oxlov; 3 ədəd vedrə; 1 ədəd aliminium aşsüzən; 1 ədəd aliminium qazan; 1 ədəd tava; 30 ədəd kasa; 30 ədəd kiçik kasa; 8 ədəd bulut; 24 ədəd boşqab sünbülü; 60 ədəd göy boşqab; 1 ədəd tort qabı dəsti; 3 ədəd şirniyyat dəsti; 2 ədəd şüşə qab; 2 ədəd fincan dəsti; 12 ədəd boşqab; 18 ədəd boşqab; 4 ədəd fincan; 12 ədəd armudu stəkan; 18 ədəd büllur stəkan; 18 ədəd sadə stəkan; 12 ədəd büllur bakal; 1 ədəd sadə qəndqabı; 1 ədəd büllur qəndqabı; 12 ədəd stəkan; 6 ədəd büllur bakal; 1 ədəd kofe servizi; 1 ədəd ütümasası; 1 ədəd lampa; 2 dəst bagema; 2 ədəd güldan; 2 ədəd tülpan; 2 ədəd vaz; 1 ədəd meyvə qabı; 5 ədəd armudu nəlbəki; 24 ədəd nəlbəki; 24 ədəd kiçik nəlbəki; 3 ədəd çaynik; 2 ədəd sadə vaz; 2 ədəd kiçik vaz; 4 ədəd podnos; 1 ədəd podnos; 2 ədəd külqabı; 2 ədəd sadə külqabı; 1 ədəd tefal çaynik; 2 ədəd bıçaq dəsti; 2 ədəd qaşıq-bıçaq dəsti; 30 ədəd qaşıq-çəngəl-bıçaq; 24 ədəd çəngəl; 24 ədəd qaşıq; 12 ədəd bıçaq; 8 ədəd süfrə; 20 ədəd çay dəsmalı; 40 ədəd dəsmal; 15 ədəd yataq dəsti; 4 ədəd yataq örtüsü; 2 ədəd çamadan; Pərdələr; 1 ədəd şamağacı; 6 ədəd xalçalar. Həmçinin iddiaçıya məxsus olan qızılzinət əşyaları: 1. Qızıl komplekt (sırğa, qolbağ, üzük, boyunbağı); nişan üzüyü; 2 ədəd boyunbağı; 3 ədəd qolbağ; 1 ədəd gümüş saat; 2 ədəd üzük; 1 ədəd üzük və sırğa dəsti. Göstərilən əşyaların Cavabdeh alınaraq iddiaçıya qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Daha sonra iddiaçı Abdullayeva (Baxşiyeva) Sevil Azağa qızı nümayəndəsi və vəkili Vəkil1 iddia ərizəsinə dəqiqləşmə verərək iddia ərizəsində qeyd edilən nişan üzüyü 18K 750 əyyar, komplekt-750 əyyar 33-35 qram arası, kardinal-585 əyyar rus qızılı, 1 ədəd qızıl üzük- 585 əyyar türk qızılı, sep-585 əyyar türk qızılı, qolbağ-585 əyyar rus qızılı, klon-585 əyyar türk qızılı, gümüş saat-925 əyyar, gümüş üzük-925 əyyar, klon gül formalı-585 əyyar türk qızılı, komplekt türk qızılı-585 əyyardan ibarətdir. İddiaçı iddia tələbini belə əsaslandırmışlar ki, o, Cavabdeh ilə xx.xx.2014-cü ildə dövlət qeydiyyatı ilə rəsmiləşən nikahla ailə həyatı qurmuşlar. Həmin nikahdan xx.xx.2015-ci il X6 və xx.xx.2019-cu il təvəllüdlü X5 adında iki uşaqları doğulmuşdur. Ailə qurduqları ilk vaxtlarda ərarvad münasibətləri normal olsa da, sonradan ailə münasibətləri pozulmuşdur. Buna görə də, tərəfindən iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-5420/2021 saylı, 23 dekabr 2021-ci il tarixli qətnaməsi ilə aralarında bağlanmış xx.xx.2014-cü il tarixli, 276 saylı akt qeydi ilə rəsmiləşdirilmiş nikaha xitam verilmiş, xx.xx.2015-ci il X4 və xx.xx.2019-cu il təvəllüdlü X3 onun himayəsində qalması və uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa görə 150 (bir yüz əlli) manat olmaqla, cəmi 300 (üç yüz) manat məbləğində alimentin Cavabdeh tutularaq ona ödənilməsi qət edilmişdir. Bildirir ki, siyahıda adları və qiymətləri göstərilmiş cehiz, qızıl-zinət əşyaları, şəxsi geyim və istifadə əşyaları ona məxsusdur və cavabdeh tərəfindən ona qaytarılmalıdır: yataq otağı dəsti (komod, sandıq, dolab, komidin); 1 ədəd güzgülü komod; 1 ədəd masa və 6 ədəd stul; 1 ədəd künc divanı; 1 ədəd güzgülü şkaf; 1 ədəd mətbəx masası və 4 ədəd stul; 1 ədəd uşaq çarpayısı; 1 ədəd soyuducu; 1 ədəd televizor; 1 ədəd paltaryuyan maşın; 1 ədəd mikrodalğa soba; 1 ədəd ütü; 1 ədəd elektirikli soba; 1 ədəd ətçəkənmaşın; 1 ədəd şirəçəkən maşın; 1 ədəd mikser dəsti; 2 ədəd çilçıraq; 3 ədəd qazan dəsti; 3 ədəd tas; 1 ədəd oxlov; 3 ədəd vedrə; 1 ədəd aliminium aşsüzən; 1 ədəd aliminium qazan; 1 ədəd tava; 30 ədəd kasa; 30 ədəd kiçik kasa; 8 ədəd bulut; 24 ədəd boşqab sünbülü; 60 ədəd göy boşqab; 1 ədəd tort qabı dəsti; 3 ədəd şirniyyat dəsti; 2 ədəd şüşə qab; 2 ədəd fincan dəsti; 12 ədəd boşqab; 18 ədəd boşqab; 4 ədəd fincan; 12 ədəd armudu stəkan; 18 ədəd büllur stəkan; 18 ədəd sadə stəkan; 12 ədəd büllur bakal; 1 ədəd sadə qəndqabı; 1 ədəd büllur qəndqabı; 12 ədəd stəkan; 6 ədəd büllur bakal; 1 ədəd kofe servizi; 1 ədəd ütümasası; 1 ədəd lampa; 2 dəst bagema; 2 ədəd güldan; 2 ədəd tülpan; 2 ədəd vaz; 1 ədəd meyvə qabı; 5 ədəd armudu nəlbəki; 24 ədəd nəlbəki; 24 ədəd kiçik nəlbəki; 3 ədəd çaynik; 2 ədəd sadə vaz; 2 ədəd kiçik vaz; 4 ədəd podnos; 1 ədəd podnos; 2 ədəd külqabı; 2 ədəd sadə külqabı; 1 ədəd tefal çaynik; 2 ədəd bıçaq dəsti; 2 ədəd qaşıq-bıçaq dəsti; 30 ədəd qaşıq-çəngəlbıçaq; 24 ədəd çəngəl; 24 ədəd qaşıq; 12 ədəd bıçaq; 8 ədəd süfrə; 20 ədəd çay dəsmalı; 40 ədəd dəsmal; 15 ədəd yataq dəsti; 4 ədəd yataq örtüsü; 2 ədəd çamadan; Pərdələr; 1 ədəd şamağacı; 6 ədəd xalçalar, nişan üzüyü 18K 750 əyyar, komplekt-750 əyyar 33-35 qram arası, kardinal-585 əyyar rus qızılı, 1 ədəd qızıl üzük-585 əyyar türk qızılı, sep-585 əyyar türk qızılı, qolbağ-585 əyyar rus qızılı, klon-585 əyyar türk qızılı, gümüş saat-925 əyyar, gümüş üzük-925 əyyar, klon gül formalı-585 əyyar türk qızılı, komplekt türk qızılı 585 əyyar. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(060)-4439/2022 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, aşağıda adları sadalanan cehiz və qızıl zinət əşyaları Cavabdeh alınaraq iddiaçı Abdullayeva (Baxşiyeva) Sevil Azağa qızına verilsin: yataq otağı dəsti (komod, sandıq, dolab, komidin); 1 ədəd güzgülü komod; 1 ədəd masa və 6 ədəd stul; 1 ədəd künc divanı; 1 ədəd güzgülü şkaf; 1 ədəd mətbəx masası və 4 ədəd stul; 1 ədəd uşaq çarpayısı; 1 ədəd soyuducu; 1 ədəd televizor; 1 ədəd paltaryuyan maşın; 1 ədəd mikrodalğa soba; 1 ədəd ütü; 1 ədəd elektirikli soba; 1 ədəd ətçəkənmaşın; 1 ədəd şirəçəkən maşın; 1 ədəd mikser dəsti; 2 ədəd çilçıraq; 3 ədəd qazan dəsti; 3 ədəd tas; 1 ədəd oxlov; 3 ədəd vedrə; 1 ədəd aliminium aşsüzən; 1 ədəd aliminium qazan; 1 ədəd tava; 30 ədəd kasa; 30 ədəd kiçik kasa; 8 ədəd bulut; 24 ədəd boşqab sünbülü; 60 ədəd göy boşqab; 1 ədəd tort qabı dəsti; 3 ədəd şirniyyat dəsti; 2 ədəd şüşə qab; 2 ədəd fincan dəsti; 12 ədəd boşqab; 18 ədəd boşqab; 4 ədəd fincan; 12 ədəd armudu stəkan; 18 ədəd büllur stəkan; 18 ədəd sadə stəkan; 12 ədəd büllur bakal; 1 ədəd sadə qəndqabı; 1 ədəd büllur qəndqabı; 12 ədəd stəkan; 6 ədəd büllur bakal; 1 ədəd kofe servizi; 1 ədəd ütümasası; 1 ədəd lampa; 2 dəst bagema; 2 ədəd güldan; 2 ədəd tülpan; 2 ədəd vaz; 1 ədəd meyvə qabı; 5 ədəd armudu nəlbəki; 24 ədəd nəlbəki; 24 ədəd kiçik nəlbəki; 3 ədəd çaynik; 2 ədəd sadə vaz; 2 ədəd kiçik vaz; 4 ədəd podnos; 1 ədəd podnos; 2 ədəd külqabı; 2 ədəd sadə külqabı; 1 ədəd tefal çaynik; 2 ədəd bıçaq dəsti; 2 ədəd qaşıq-bıçaq dəsti; 30 ədəd qaşıq-çəngəl-bıçaq; 24 ədəd çəngəl; 24 ədəd qaşıq; 12 ədəd bıçaq; 8 ədəd süfrə; 20 ədəd çay dəsmalı; 40 ədəd dəsmal; 15 ədəd yataq dəsti; 4 ədəd yataq örtüsü; 2 ədəd çamadan; Pərdələr; 1 ədəd şamağacı; 6 ədəd xalçalar, nişan üzüyü 18K 750 əyyar, komplekt-750 əyyar 33-35 qram arası-dəyəri 3400 manat olan qızıl-zinət və cehiz əşyaları. Göstərilən əşyalardan hər hansı biri qətnamənin icra olunduğu zaman mövcud olmazsa, həmin əşyanın dəyəri Cavabdeh alınaraq iddiaçı Abdullayeva (Baxşiyeva) Sevil Azağa qızına verilməsi qət olunmuşdur. Məhkəmə mövqeyini belə əsaslandırmışdır ki, cehiz əşyaları iddiaçıya hədiyyə şəklində verildiyi üçün iddiaçının ayrıca mülkiyyətindədir. Belə olan halda iddiaçı Abdullayeva (Baxşiyeva) Sevil Azağa qızının öz əmlakını cavabdehdən tələb etmək hüququ vardır. Çünki Mülki Məcəllənin 157.2-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. İddiaçının iddia ərizəsində cavabdehdən tələb etdiyi qızıl zinyət əşyalarının cavabdehlə aralarında olan toy və nişan mərasimlərində ona hədiyyə olunması iddiaçının izahatı ilə yanaşı iş materiallarında olan fotoşəkillər də təsdiq olunur. İddia ərizəsində sadalanan qızıl-zinyət əşyalarının tərəflər arasında olan toy-nişan ərəfəsində iddiaçıya hədiyyə olunmaqla, ona məxsus işin mübahisələndirilməyən halı kimi qiymətləndirir. İddiaçıya hədiyyə kimi verilmiş zinət əşyaları sonuncunun mülkiyyəti olmaqla, o həmin əmlakın üzərində mülkiyyət hüququnun realizəsini hər hansı yaradılan maneəni digər şəxslər tələb etməklə, həmin əmlak əgər digər şəxsin onun iradəsinə zidd sahibliyindədirsə əmlakını geri tələb etməklə həmin əmlak üzərində mülkiyyət hüququnun müdafiəsini tələb edə bilər. İşin mübahisə yaradan halları cehiz əmlakının qalan hissəsi, həmçinin qızıl zinət əşyaları ilə bağlıdır. Cehiz əmlakının digər hissəsinə münasibətdə cavabdeh cehiz əmlaklarla bağlı hissədə iddiaya münasibətdə səmimi izahat vermiş, siyahıda göstərilən cehiz əmlakının evdə olduğunu bildirmiş və qaytarmağa hazır olduğunu açıq şəkildə nümayiş etdirmişdir. Cavabdehin öncələr iddiaçı ilə yaşadığı evdə cavabdehin etiraf etdiyi cehiz əmlakdan başqa, digər cehiz əmlak mövcud deyil və bu hissədə iddia qismən təmin edilməklə, cavabdehin etiraf etdiyi cehiz əmlak alınaraq iddiaçıya qaytarılmalıdır. Cehiz əmlaka dair qalan hissədə iddia təmin edilə bilməz. Qızıl-zinət əşyalarına münasibətdə məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, məhkəmə hesab edir ki, qızıl-zinət əşyalarından yalnız nişan üzüyü 18K 750 əyyar, komplekt-750 əyyar 33-35 qram arası olan hissədə təmin edir. Digər zinət əşyalarının cavabdehdə olması barədə iddiaçı heç bir sübut təqdim edə bilməmişdir. Məhkəmə gəldiyi qənaətin hüquqi əsaslandırması zamanı Azərbaycan Respublikasının Ali Məcəlləsinin 34.1, 34.2, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 225.2, 225.3-cü maddələrinə istinad etmişdir. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti verərək, onun qismən, nişan üzüyü 18K 750 əyyar, komplekt-750 əyyar 33-35 qram arası dəyəri 3400 manat olan qızıl zinət əşyalarının, iş üzrə ödənilmiş 50 manat dövlət rüsumunun və mediasiya sessiyasının keçirilməsi ilə bağlı ödənilmiş 50 manatın ondan alınaraq iddiaçıya ödənilməsi hissəsinin ləğv edilməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, tələb olunan cehiz əmlaklar onun evindədir, onlarıın qaytarılmasına etiraz etmir. Məhkəmə zamanı bildirmişdir ki, birgə nikah dövründə iddiaçının dişlərinin müalicəsi və düzəlməsi üçün klinikaya 1880 manat, digər klinikaya 750 manat pul ödəmişdir. Ödənişi təsdiq edən qəbzləri şikayətə əlavə etmişdir. İddiaçının razılığı əsasında ona hədiyyə verilmiş qızıl-zinət əşyalarının satılmasından əldə olunmuş hesabına həmin ödənişlər edilmişdir. Qızıl-zinət əşyalarının dəyəri həddən artıq şişirdilib, həmçinin, qətnamədə ödənilmiş dövlət rüsumu və mediasiya xərci də ondan tutulması qət edilib, iddia məhkəməyə verilmsində o günahkar deyildir. İddiaçıya cehiz əmlaklarının çıxarılmaısna heç vaxt etiraz etməmişdir. Həmçinin, qızıl-zinət əşyaları iddiaçının öz razılığı ilə satılıb, onun özünə sərf edilmişdir. Belə olan halda, məhkəmə xərclərinin cavabdehdən tutulması qanunaziddir. İddiaçı heç bir əsas olmadan məhkəməyə mürcaiət etmişdir. iddiaçının özünün razılığı əsasında ona məxsus qızıl zinət əşyaları satılaraq, satışdan əldə olunan pul "xxxx" MMC-yə və digər diş klinikasına iddiaçının dişinin müaödənilmişdir. Qızıl zinət əşyalarının dəyəri həddən artıq şişirdilmişdir. Qızıl zinət əşyalarının onda olması barədə məhkəməyə iddiaçı hər hansı bir sənəd təqdim etməmişdir. Mülki Prosessual Qanunvericiliyə görə iddia tələbini təsdiq edən sübutlar iddiaçı tərəfindən məhkəməyə təqdim edilməlidir. Belə bir sübut iddiaçı tərəfindən məhkəməyə təqdim edilməsə də, işə baxmış məhkəmə əsassız olaraq iddanın qızıl zinət əşyalarına aid hissədə təmin etmişdir. Apellyasiya baxışı zamanı keçirilən məhkəmə iclası və verilən izahatlar Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Cavabdeh nümayəndəsi Vəkil2 məhkəmə iclasında iştirak edərək, izahat verərək, öz izahatında apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin dəlilləri və əsaslarına uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. İddiaçı Abdullayeva (Baxşiyeva) Sevil Azağa qızı məhkəmə iclasında izahat verərək, apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayıb, izahatında iş üzrə məhkəmə qətnaməsinin dəyişdirilmədən, apellyasiya şikayətinin isə təmin edilmədən saxlanılmasını xahiş etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Ailə Məcəlləsi Maddə 34.1. Nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ərarvadın hər birinin ayrıca mülkiyyətindədir. Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 225.1.Ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Maddə 225.2. Nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. Maddə 157.2. Mülkiyyətçi öz əmlakını başqasının qanunsuz sahibliyindən geri ala bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 385. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi; 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya baxışının həddləri Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki mülki iş üzrə apellyasiya şikayəti məhkəmə aktının qismən (mübahisələndirilən hissədə) ləğvinə yönədliyindən, apellyasiya baxışının həddini qətnamənin həmin hissədə qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apellyasiya şikayəti və onun dəlillərini, iş materiallarını araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, ilk növbədə qeyd olunmalıdır ki, müvafiq qızıl-zinət əşyalarının iddiaçıya məxsus olması, həmin əşyaların iddiaçıya toy vaxtı hədiyyə şəklində verilməsi halını hər iki tərəf təsdiq etməklə, qeyd olunan hallar işin mübahisəsiz halıdır. Bundan əlavə cavabdeh nişan üzüyünün onda olduğunu, iddiaçıya qaytarmağa razı olduğunu bildirmişdir. İşin mübahisəli halı ondan ibarətdir ki, cavabdeh həmin qızıl-zinət əşyalarının iddiaçının razılığı ilə satıldığını, staışından əldə edilmiş pul vəsaitinin iddiaçının dişlərinin müalicəsi üçün xərcləndiyini, habelə həmin qızıl-zinət əşyalarının qiymətinin şişirdildiyini bildirmiş və apellyasiya şikayətinin dəlili kimi də həmin hallara istinad etmişdir. Bu halda, məhkəmə kollegiyası hesab edir ki, hazırki mülki iş üzrə sübuteetmə yükü bilavasitə cavabdehin üzərinə düşür. Belə ki, məhz cavabdeh etirazın əsası kimi istinad etdiyi halları, yəni iddiaçıya məxsus qızıl-zinət əşyalarının onun razılığı ilə satılması və satışından əldə edilmiş pul vəsaitinin iddiaçının müalicə xərcləri üçün xərclənməsi hallarını sübutetmək öhdəliyi daşıyır. Həmçinin, iddiaçı öz izahatında qeyd edilən halları qəbul etməyərək, dişlərinin həqqiətən də müalicə edildiyini, lakin həmin pulun qızılların satışından əldə edilmiş vəsait hesabında deyil, qaynatası və öz vəsaitləri hesabına edildiyini bildirmişdir. Lakin cavabdeh tərəfindən bununla bağlı heç bir mötəbər sübuta istinad edilməmişdir. Bununla bağlı yalnız ödəniş qəbzlərinə istinad edilmişdir ki, qeyd olunan qəbzlər yalnız ödənişin edilməsi halını təsdiq etməklə, apellyasiya şikayətinin dəlili kimi istinad edilən halları birbaşa təsdiq edən mötəbər sübut qismində çıxış etmir, bununla bağlı başqa digər mötəbər sübut vasitlərinə istinad edilməmişdir. Nəticə etibarilə apellyasiya şikayətinin dəlili kimi istinad edilən həmin halların müəyyən edilməsi mümkün olmamışdır. Bundan əlavə, qeyd olunmalıdır ki, cavabdeh tərəf həm birinci instansiya məhkəməsində, həm də apellyasiya instansiya məhkəməsində nişan üzüyünün onda olduğunu, iddiaçıya qaytarmağa razı olduğunu bildirmişdir (həmin əşyanın faktiki olaraq mövcudluğu işin mübahisəsiz halı olmaqla, bu barədə tərəflər arasında mübahisə olmamışdır). Həmçinin, cavbadeh özü də apellyasiya şikayətində həmin əşyaya münasibətdə mübahisələndirməsi ilə bağlı heç bir hala istinad etməmişdir. Bununla da, məhkəmə kollegiyası hesab edir ki, müvafiq əşyaların iddiaçıya məxsus olması halı işin mübahisəsiz halı olduğundan, cavabdeh tərəfindən isə həmin əşyaların iddiaçının razılığı ilə satılması və satışından əldə edilmiş pul vəsaitinin iddiaçının müalicə xərci üçün xərclənməsi halına dair heç bir sübut təqdim edilmədiyindən və həmin hallar öz təsdiqini tapmadığından, qeyd edilən qızıl-zinət əşyalarına münasibətdə Mülki məcəllənin 157.2-ci maddəsinin dispozitiv şərtləri mövcud olmuşdur. Həmçinin, məhkəmə kollegiyası apellyasiya şikayətinin digər halları ilə bağlı onu qeyd edir ki, cavabdeh müvafiq əşyaların qiymətinin şişirdilməsi halına istinad etsə də, bununla bağlı, habelə müvafiq məhkəmə qətnaməsində həmin əşyaların qiymətinin müəyyən edilməsi əsası qismində çıxış edən müvafiq ekspert rəyinin əsassız olması ilə bağlı heç bir sübut təqdim etməmiş, habelə birinci instansiya məhkəməsində icraat zamanı da həmin ekspert rəyini mübahisələndirməmişdir. Həmçinin, cavabdeh məhkəmə iclasında həmin əşyalarının çəkisi, əyyarı ilə bağlı hissədə də mübahisələndirsə də, həmin hallar birinci instansiya məhkəməsində icraat zamanı mübahisələndirilməmiş, indiki halda isə həmin hissədə mübahisələdnirmənin əsasını təşkil edən heç bir dəlilə istinad etməmişdir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri qeyd olunan hissədə də əsassız olmuşdur. Həmçinin, məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh müvafiq dövlət rüsumu və mediasiya xərcinin ondan tutulması halının qanuna zidd olması halına istinad edərək, həmin halı da mübahisələndirmişdir. Bununla bağlı qeyd olunmalıdır ki, hazırki mülki iş üzrə iddia tələbi qismən təmin edildiyindən və iddia tələbinin təmin edilmiş hissəsinə münasibətdə iddianın qiyməti aşkar olduğundan və mülki prosessual qnaunvericiliyin müvafiq normasının tələbinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib qaydada bölüşdürüldüyündən, apellyasiya şikayətinin dəlilləri həmin hissədə əsasız olmuşdur. Qeyd olunan hallara əsasən məhkəmə kolllegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən hazırki mülki iş üzrə mübahisələndirilən hissədə işin hallarına düzgün hüquqi qiymət verilmiş, iş üzrə sübutetmə yükü düzgün müəyyən etmiş, gəldiyi nəticə işin hallarına uyğun olmuşdur. Cavabdeh tərəfin apellyasiya şikayətinin dəlilləri isə formal xarakter daşımaqla, əsassız olmuşdur. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmış, qətnamənin mübahisələndirilən hissədə ləğvi üçün heç bir əsas yoxdur. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllləsinin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Həmçinin, məhkəmə kollegiyası onu qeyd edir ki, mübahisələndirilən hissədə iddianın qiyməti 5000 manatdan az olduğundan (mübahisələndirilən hissədə 3400 manat təşkil edir), Azərbaycan Respublikası MPM-nin 402.1-ci maddəsinin tələbinə əsasən qətnamədən kassasiya şikayəti verilə bilməz. Azərbaycan respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir;119.5-ci maddəsinə əsasən apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1-119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür. Məhkəmə kollegiyası onu qeyd edir ki, hazırki mülki iş üzrə apellyasiya şikayəti təmin olunmadığından, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 25 manat məbləğində dövlət rüsumu cavabdehin özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(060)-4439/2022 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətlərinin verilməsi üçün ödənilmiş 25 (iyirmi beş) manat məbləğində dövlət rüsumu cavabdehin özünə aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar