Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-638/2025 25.04.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏTNAMƏSİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Zahid Tahir oğlu, hakimlər Dəmirov İlqar Kamal oğlu və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi Quliyev Həsən Sahib oğlunun katibliyi, İddiaçı vəkil və nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment borcunun silinməsi və pul tələbinə dair mülki iş üzrə Zəngilan Rayon Məhkəməsinin 06 fevral 2025-ci il tarixli, e-2(034)-49/2025 nömrəli qətnaməsindən iddiaçının vəkili və nümayəndəsi Vəkil tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi İşin halları
1. Doğum haqqında şəhadətnamələrə əsasən İddiaçı və Cavabdeh xx.xx.2007-ci il təvəllüdlü X15 və xx.xx.2009-cu il təvəllüdlü X7 valideynləridir.
2. Şirvan Şəhər Məhkəməsinin 2(032)-213/2013 nömrəli, xx.xx.2013-cü il tarixli icra vərəqəsinə əsasən, İddiaçı xx.xx.2007-ci il tarixdə Bakı şəhərində anadan olmuş Həsənov Ramilin və xx.xx.2009-cu il tarixdə Şirvan şəhərində anadan olmuş Həsənov Amilin atası olması faktı müəyyən edilmiş və uşaqların saxlanması üçün İddiaçı hər uşağa 60 manat olmaqla, cəmi 120 manat alimentin tutulması müəyyən edilmişdir.
3. Füzuli Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 1(064)-09/2017 nömrəli hökmü ilə İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirli bilinərək 1 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, onun xx.xx.2016-cı il tarixdən xx.xx.2016-cı il tarixə kimi şübhəli şəxs qismində tutulduğu 02 gün müddət cəzasından çıxılaraq üzərində qəti olaraq 01 il 5 ay 28 gün azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır.
4. Füzuli Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 3(064)-486/2021 nömrəli qərarına əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs İddiaçı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək, barəsində 25 gün inzibati həbs tənbeh tədbiri tətbiq edilmişdir.
5. Füzuli Rayon Məhkənməsinin xx.xx.2022-ci il tarixli, 1(064)-45/2022 nömrəli hökmü ilə İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirli bilinərək, 1 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən İddiaçı xx.xx.2022-cı il tarixdən xx.xx.2022-ci il tarixinədək tutulduğu 02 gün müddət cəzasından çıxılaraq üzərində qəti olaraq 01 il 5 ay 28 gün azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir.
6. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsinin xx.xx.2023cü il tarixli, 3-16-20/2-200/2023 nömrəli məktubuna əsasən İddiaçı xx.xx.2022-ci il tarixdə 3 saylı istintaq təcridxanasına daxil olmuş və barəsində məhkəmə hökmü qüvvəyə mindikdən sonra xx.xx.2022-ci il tarixdə 14 saylı cəzaçəkmə müəssisəsinə köçürülmüş, penitensiar müəssiələrə daxil olarkən əvvəli məhkumluğu dövründə 2017-ci ildə ixtisaslaşdırılmış müalicə müəssiəsində hər iki ağciyərin infiltrativ vərəmindən müalicə olunduğunu və “Sağalma” ilə yekunlaşdığını bildirmiş, müayinələr nəticəsində “Keçirilmiş ağciyər vərəmi” diaqnozu müəyyən edilmişdir. Cəza çəkdiyi dövrdə İddiaçı Tibb-sanitar hissəsinə “TSH” müraciəti olmamış, dövri müayinələr zamanı onda müalicə tələb edən patalogiya aşkar edilməmiş, əvvəllər vərəm xəstəliyi keçirdiyi üçün dispaner nəzarət məqsədi ilə xx.xx.2023-cü il tarixdə İMM-nə köçürülmüş, burada o klinik, laborator və instrumental müayinələrə cəlb edilmiş, nəticədə vərəm xəstəliyinin kəskinləşmədiyi təsdiqlənmiş və “Keçirilmiş ağciyər vərəmindən sonrakı qalıq əlamətləri, fibroz və bərk ocaqlar şəklində VM(-) neqativ” diaqnozu müəyyən edilmiş, stasionar müalicəyə zərurət olmadığı üçün o, xx.xx.2003-cü il tarixdə cəza çəkdiyi müəssisəyə qaytarılmışdır. O, xx.xx.2023-cü il tarixdə TSH-nin həkimləri tərəfindən qəbul edilmiş, səhhəti ilə bağlı şikayətlənməmiş, ümumi vəziyyəti stabil qiymətləndirilmişdir.
7. Azərbaycan Respublikasının Təhsil Nazirliyi 11 nömrəli X13 məktəbi tərəfindən X8 verilən xx.xx.2021-ci il tarixli, 325 nömrəli arayışa əsasən, o, həqiqətən PTPK-nın qərarına əsasən 11 nömrəli X13 məktəbinin xüsusi təhsil sinfinə qəbul edilmişdir. xx.xx.2021-ci il tarixli, 326 nömrəli arayışa əsasən, o, həqiqətən PTPK-nın qərarına əsasən 11 nömrəli X13 məktəbinin xüsusi təhsil sinfinə qəbul edilmişdir.
8. Bakı şəhər Psixoloji-tibbi Pedaqoji Komissiyasının qərarı ilə X8 “Hiperknetik pozğunluqlar, aktivlik və diqqət pozğunluğu, çıxış iğtişaşlar, başqa yerdə təsnif olunmayan Dizartriya və anartriya, dil və nitq inkişafının spesifik pozğunluqları, nitq artikulyasiyasının spesifik pozğunluğu, baş beynin zədələnməsi və disfunksiyası və ya somatik xəstəliklə bağlı digər psixi pozğunluqlar, yüngül koqnitiv pozğunluq” diaqnozu qoyulmuşdur.
9. Bakı şəhər Psixoloji-tibbi Peqaoji Komissiyasının qərarı ilə X14 “Hiperknetik pozğunluqlar, aktivlik və diqqət pozğunluğu, çıxış iğtişaşlar, başqa yerdə təsnif olunmayan Dizartriya və anartriya, dil və nitq inkişafının spesifik pozğunluqları, nitq artikulyasiyasının spesifik pozğunluğu, baş beynin zədələnməsi və disfunksiyası və ya somatik xəstəliklə bağlı digər psixi pozğunluqlar, yüngül koqnitiv pozğunluq” diaqnozu qoyulmuşdur.
10. “X12 Center” tərəfindən Dərgahov Amil barəsində verilmiş xx.xx.2022-ci il tarixli DNT-İDENTİFİKASİYA analizlərdən görünür ki, ata Mirələm Dargahov, uşaq Amil Dərgahov, Ramil Dərgahov və ana Cavabdeh götürülmüş qan nümunələri ilə edilən analiz nəticəsində istifadə olunan işlənmə üsulunun gücü daxilində baxılan 15 STR markerindən 15-indən məlumatlar əldə edilmiş, ata, ana və uşaqlarda 15 STR markerdə ximerik uyğunluğa rast gəlinmişdir.
11. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi- Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatdan görünür ki, xx.xx.2007-ci il təvəllüdlü X4 hipofizin dəqiqləşdirilməmiş xəstəliyi, davranış pozğunluğu,davranış pozuntusunun olmamasını və ya zəif dərəcədə təzahür etməsini göstərməklə, yüngül dərəcəli əqli gerilik, davranış pozuntuları ilə, qidalanma ilə bağlı olan dəqiqləşdirilməmiş anemiya, defisit anemiya diaqnozu qoyulmuşdur.
12. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi- Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatdan görünür ki, xx.xx.2009-cu il təvəllüdlü X9 E23.7 hipofizin dəqiqləşdirilməmiş xəstəliyi, ağırlaşma F91 davranış pozğunluğu, yanaşı xəstəliklər D53.9 qidalanma ilə bağlı olan dəqiqləşdirilməmiş anemiya, defisit anemiya, yanaşı xəstəliklər K02 dişlərin kariyesi, yanaşı xəstəliklər B80 enterobioz, yanaşı xəstəliklər F70.0 davranış pozuntusunun olmamasını və ya zəif dərəcədə təzahür etməsini göstərməklə yüngül dərəcəli əqli gerilik, davranış pozuntuları diaqnozu qoyulmuşdur.
13. Füzuli Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(064)- 717/2024 nömrəli qərarına əsasən, İddiaçı Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair iş üzrə icraata inzibati xəta tərkibi olmadığından xitam verilmişdir.
14. Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(106)-440/2024 nömrəli qərarına əsasən, tələbkar Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Füzuli Rayon Məhkəməsinin 3(064)-717/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ləğv edilmiş, inzibati xəta haqqında iş yenidən baxılmaq üçün Füzuli Rayon Məhkəməsinə qaytarılmışdır.
15. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi- Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatdan görünür ki, Cavabdeh bazilyar arteriyanın tıxanması və stenozu, beyin qan dövranının xroniki pozulması, ağırlaşma G40.5, xüsusi epileptik sindromlar, tez-tez huşun itməsi ilə müşahidə olunan qıcolma tutmaları (ayda4-5 dəfə), ağırlaşma F48.0, nevrasteniya, nevrasteniya, isterik nevroz, yanaşı xəstəliklər L50.0 allergik övrə, yanaşı xəstəliklər-D56 talassemiya, yanaşı xəstəliklər-D50 dəmir defisitli anemiya, yanaşı xəstəliklər İ83, aşağı ətraf venalarının vakrikoz genəlməsi, aşağı ətraf venalarının vakrikoz genəlməsi, yanaşı xəstəliklər F48, digər neqativ pozğunluqlar, NSD, kardial tip, yanaşı xəstəliklər H47.2, görmə sinirinin atrofiyası, OD-Epiretinal membran, OS-Görmə sinirinin hissəvi atrofiyası.VİSOD=0,0 (sıfır).VİSOS=0,08 (yüzdə səkkiz). OD-görmə siniri avazıyıb, damarlar daralıb. epiretinal membran qeyd olunur. OS-ön hissədə patologiya yoxdur.g.s hissəvi avazıyıb, damarlar daralıb, yanaşı xəstəliklər, D25 uşaqlığın leyomioması, uşaqlığın amputasiyası, əməliyyat sonrakı vəziyyət, yanaşı xəstəliklər K81.1, xroniki xolesistit, yanaşı xəstəliklər B90.9, tənəffüs orqanlarının vərəmi və dəqiqləşdirilməmiş vərəmin uzaq nəticələri, keçirilmiş sağ ağ ciyər vərəmindən sonra qalıq-fibroz və kalsinat şəklində VMB (-)mənfi diaqnozu qoyulmuşdur.
16. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 2 nömrəli X3 xx.xx.2024-cü il tarixli, 4043 nömrəli Həkim Psixatr Komissiyasının rəyinə əsasən, xx.xx.2007-ci il təvəllüdlü X8 akhivlik və diqqət pozuntusu diaqnozu qoyulmuşdur.
17. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 2 nömrəli X3 xx.xx.2024-cü il tarixli, 4042 nömrəli Həkim Psixiatr Komissiyasının rəyinə əsasən, xx.xx.2009-cu il təvəllüdlü X14 akhivlik və diqqət pozuntusu diaqnozu qoyulmuşdur.
18. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi E.Quliyev adına sağlamlıq imkanları məhdud uşaqlar üçün 9 nömrəli Xüsusi internat məktəbi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 88 və 89 nömrəli arayışlardan görünür ki, X16 və X2 Tibbi-Pedaqoji komissiyanın qərarı ilə 2019-2020-ci tədris ilində E.Quliyev adına Sağlamlıq imkanları məhdud uşaqlar üçün 9 nömrəli xüsusi internat məktəbinin 5-ci sinfinə qəbul edilmiş, 2021-2022-ci il tədris ilində PTPK-nın qərarı ilə 11 nömrəli inteqrasiya tipli internat məktəbinə keçirilmişdir. Şagird oxuduğu müddət ərzində internat məktəbində yaşamış, həftənin şənbə, bazar və tətil günlərini anaları tərəfindən evə aparılmışlar.
19. İcbari Tibbi Sığorta üzrə X18 Ərazi Bölmələrini İdarəetmə Birliyi 6 saylı uşaq klinik xəstəxansı tərəfindən verilmiş stasionar xətənin tibbi kartasından 1053 və 1054 nömrəli çıxarışlardan görünür ki, X14 və X8 hipofizin dəqiqləşdirilməmiş xəstəliyi E23.7, davranış pozğunluğu F91, enterobioz B80 kliniki diaqnozu qoyulmuşdur.
20. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi 11 nömrəli X13 məktəbinin 011 nömrəli, xx.xx.2025-ci il tarixli arayışından görünür ki, xx.xx.2007-ci il təvəllüdlü X15 həqiqətən 2020-2021-ci tədris ilində 11 nömrəli X13 məktəbinin xüsusi təhsil Vİİİ sinfinə qəbul edilmiş, 2022-2023-cü tədris ilində İX sinfi bitirib şagird kontingentindən çıxarılmış, anasına təhvil verilmiş, şagird oxuduğu müddət ərzində internat məktəbində yaşamış, həftənin şənbə, bazar, bayram və tətil (3 ay yay tətili) günlərini anası ilə keçirmişdir.
21. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi 11 nömrəli X13 məktəbinin 011 nömrəli, xx.xx.2025-ci il tarixli arayışından görünür ki, xx.xx.2007-ci il təvəllüdlü X15 həqiqətən 2020-2021-ci tədris ilində 11 nömrəli X13 məktəbinin xüsusi təhsil Vİİİ sinfinə qəbul edilmiş, 2022-2023-cü tədris ilində İX sinfi bitirib şagird kontingentindən çıxarılmış, anasına təhvil verilmiş, şagird oxuduğu müddət ərzində internat məktəbində yaşamış, həftənin şənbə, bazar, bayram və tətil (3 ay yay tətili) günlərini anası ilə keçirmişdir.
22. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi 11 nömrəli X13 məktəbinin 011 nömrəli, xx.xx.2025-ci il tarixli arayışından görünür ki, xx.xx.2009-ce il təvəllüdlü X16 həqiqətən 2020-2021-ci tədris ilində 11 nömrəli X13 məktəbinin xüsusi təhsil Vİİ sinfinə qəbul edilmiş, hal-hazırda X sinfində təhsilini davam etdirir və internat məktəbində yaşayır, həftənin şənbə, bazar, bayram və tətil (3 ay yay tətili) günlərini anası ilə keçirir.
23. Şagirdlərin Təhvili və Təslimi Jurnalından görünür ki, X16 və X15 xx.xx.2019, xx.xx.2019, xx.xx.2019, xx.xx.2019, xx.xx.2019, xx.xx.2019, xx.xx.2020, xx.xx.2020, xx.xx.2020 və xx.xx.2020-ci illərdə anaları Cavabdeh tərəfindən təhvil alınmışlar.
Birinci instansiya məhkəməsində icraat
24. İddiaçı cavabdehə qarşı “aliment borcunun silinməsi və pul tələbinə” dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Qaradağ Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə ondan tutulmalı olan aliment borcunun silinməsi və iddiaçı tərəfindən cavabdehə ödənilən 1000 manat məbləğində pulun iddiaçıya geri qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
25. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 2006-cı il tarixdən faktiki nikah münasibətlərində olmuşdur. Həmin münasibətlərindən xx.xx.2007-ci il təvəllüdlü Dərgahov Ramil və xx.xx.2009-cu il təvəllüdlü Dərgahov Amil adlı iki övladları olmuşdur. Əvvəllər tərəflərin münasibətləri normal olsa da, sonradan ayrılmışlar. Bir müddət sonra 2013-cü il tarixdə cavabdeh Şirvan Rayon Məhkəməsinə aliment tələbi iddiası ilə müraciət etmişdir. Şirvan Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli qətnaməsinə əsasən, uşaqların saxlanılması üçün hər ay hər uşağa görə 60 manat olmaqla, ümumilikdə 120 manat sabit pul məbləğində alimentin İddiaçı tutulması qət olunmuşdur. İddiaçının maddi vəziyyətinin pis olması səbəbindən qətnaməni icra edə bilməmişdir. Bu səbəbdən cavabdeh adiyyatı orqan olan Füzuli Rayon İcra və Probasiya şöbəsinə çoxsaylı şikayətlər etmişdir. Həmin şikayətlərdən sonra Füzuli Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə iddiaçı AR CM-nin 306.1-ci maddəsi ilə təqsirli bilinərək 1 il 6 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Bir müddət sonra cavabdeh məhkəməyə alimentin artırılması tələbi ilə müraciət etmişdir. Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə alimentin miqdarı artırılaraq hər ay hər uşağa görə 150 manat olmaqla, ümumlikdə 300 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Qətnamə icra olunması üçün Füzuli rayon İcra İdarəsinə yönləndirilmişdir. İcra məmurunun təqdimatı əsasında Füzuli Rayon Məhkəməsinin 3(064)- 486/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı ilə iddiaçı 25 gün müddətinə inzibati qaydada həbs edilmişdir. Bundan başqa iddiaçı üçün bir sıra icra təbdirləri görülmüşdür. Daha sonra iddiaçının cavabdehə olan 9540 manat məbləğində olan aliment borcuna görə Füzuli Rayon Məhkəməsinin 1(064)- 45/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmü çıxarılmışdır. Həmin hökmə əsasən, iddiaçı AR CM-nin 306.1-ci maddəsi ilə təqsirli bilinərək 1 il 6 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Çıxarlmış hökmün icrası ilə bağlı iddiaçı xx.xx.2022-ci il tarixdə 3 saylı istintaq təcridxanasına daxil olmuşdur. 2017-ci il tarixdə həbsdə olarkən vərəm xəstəliyinə tutulmuşdur. 3 saylı təcridaxanada olduğu müddətdə də həmin xəstəliyi şiddətlənmiş, ona “keçirilmiş ağciyər vərəmi” diaqnozu qoyulmuşdur. Dəfələrlə səhhətində yaranan vəziyyətlə bağlı klinik, laborator və instrumental müayinələrə cəlb edilmişdir. Həmin müalicələrin nəticəsi olaraq “keçirilmiş ağciyər vərəmindən sonrakı qalıq əlamətləri, fibroz və bərkocaqlar şəklində VM(-) neqativ diaqnozu müəyyən edilmişdir. Bütün bunlara baxmayaraq cavabdeh şikayətlərindən əl çəkmir. Yenidən şikayətlər edir. Göründüyü kimi mübahisəli məbləğlə əlaqdar olaraq iddiaçı cəzasını çəkmişdir. Hal-hazırda iddiaçı rəsmi evlidir, himayəsində azyaşlı övladı var. Həmçinin özü də 1993-cü il tarixdən Füzuli rayonundan məcburi köçkündür. Həbsxanada olarkən tutulduğu xəstəlik ucbatından daimi olaraq ağır işlərdə işləyə bilmir. Yaşadığı yerə dövət tərəfindən müvvəqəti məskunlaşmışdır. Məhkəmə uşağın maddi təminatını düşündüyü halda iddiaçının sağlamlıq durumunu, digər ailəsini və övladını da nəzərdən qaçırmamalıdır. Belə ki, cavabdehin şikayətləri ucbatından dəfələrlə cəzaçəkmə müəssisələrində yatmışdır. Xəstəliyə də orada düçar olmuşdur. Həmin məbləğ üzrə ödənilməli olan məbləğə görə qanun qarşında məsuliyyətə cəlb olunmuş, sonuncu inzibati qaydada təyin olunmuş məhkəmədə 1000 manat məbləğində pul cavabdehə ödənilmişdir. İddiaçının sağlamlığı cavabdehin şikayətləri nəticəsində həbsxana şəraitində məhdudlaşdırılmışdır. Hal-hazırda iddiaçı həyat yoldaşı və azyaşlı övladı ilə birlikdı qalır. Ailəsinin maddi tələbatlarının ödənilməsində çətinlik çəkir. Uşağa görə ödənilən aliment valideynlərin biri ilə uşaq qalıbsa, bir valideyndən az təminatlı digər valideynin xeyrinə hər ay məhkəmə tərəfindən müəyyən edilmiş məbləğdə müəyyən edilir. Belə ki, həmin aliment uşaqların saxlanılması, onların maddi tələbatlarının ödənilməsi məqsədi ilə ödənilən pul vəsaitidir. Həmin maddi tələbata uşağın geyim, qida, məktəb üçün lazım olan ehtiyacları və s. aid edilir. Lakin cavabdeh uşaqları internat tipli xüsusi təhsil müəsisəsinə yerləşdirmişdir. Uşaqlar təhsil aldıqları ilk gündən indiyə kimi həmişə bu tipli məktəblərdə təhsil almışlar. Hal-hazırda da 11 nömrəli X13 məktəbin xüsusi təhsil sinfində təhsil alırlar. Bu da o deməkdir ki, uşaqların qida, geyim, yatmaq, təhsil ehtiyacları bu illər ərzində dövlət tərəfindən qarşılanır. AR Ailə Məcəlləsinin 107.2-ci maddəsinə əsasən, məhkəmə aliment ödəməli şəxsin iddiası üzrə aliment borcunun şəxsin xəstəliyi və digər üzürlü səbəblərə görə əmələ gəldiyini, ailə və maddi vəziyyətinin bu borcları ödəməyə imkan vermədiyini müəyyən edərsə, onu həmin borcları ödəməkdən tamamilə və ya qismən azad edə bilər. Göründüyü kimi mübahisə ilə bağlı məsələyə Ailə Məcəlləsinin 107.2-ci maddəsi tətbiq edilməlidir. Belə ki, qanunvericilikdə nəzərdə tutlan hallar işin faktiki halı ilə eynilik təşkil edir. İddaçı cavabdehin şikayətləri əsasında həbsxanaya yerləşdirilmiş, xəstəliyə də həbsxanada olarkən tutulmuşdur. Yığılmış aliment borcu cavabdehin iddiası üzrə yaranmış, həmin xəstəliyə görə aliment borcunu da ödəyə bilməmişdir.
26. Zəngilan Rayon Məhkəməsinin 06 fevral 2025-ci il tarixli, e-2(034)-49/2025 nömrəli qətnaməsi ilə iddianın təmin edilməməsi qət edilmişdir (hakim G.İmanova).
27. İddiaçı apellyasiya şikayəti verərək, Zəngilan Rayon Məhkəməsinin 06 fevral 2025-ci il tarixli, e-2(034)-49/2025 nömrəli qətnaməsi ilə iddiaçıdan tutulmalı olan aliment borcunun ləğv edilməsi və iddiaçı tərəfindən cavabdehə ödənilmiş 1000 manat məbləğində pulun iddiaçıya geri qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
Apellyasiya şikayətinin dəlilləri
28. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə qətnamənin təsviri-əsaslandırıcı hissəsində qeyd etmişdir ki, o,məhkəmə iclasında verdiyi izahatında guya bildirmişdir ki, iddiaçı ilə cavabdeh 2006-cı il tarixdə faktiki nikah münasibətlərində olmuş, həmin nikahdan onların xx.xx.2007-ci il təvəllüdlü Dərgahov Ramil və xx.xx.2009cu il təvəllüdlü Dərgahov Amil adlı iki övladı olmuşdur. Bu tamamilə cəfəngiyyatdır. Qeyd edilən məzmunda onun izahatı olmamışdır. Ona görə də məhkəmə iclas protokolunun və video çəkilişin araşdırılması zəruridir. O, məhkəmə iclasında verdiyi izahatında bildirmişdir ki, Şirvan Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli qətnaməsinə əsasən tərəflərin övladlarının saxlanılması üçün hər ay hər uşağa görə 60 manat olmaqla, ümumilikdə 120 manat sabit pul məbləğində alimentin iddiaçıdan tutulması qət olunmuşdur. O, izahatında eyni zamanda Füzuli Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli və xx.xx.2022-ci il tarixli hökmləri ilə iddiaçının azadlıqdan məhrum edilməsi və həbsdə olarkən vərəm xəstəliyinə tutulmağı barədə məlumat vermişdir. O, məhkəmə iclasında çıxışı zamanı qeyd etmişdir ki, Şirvan rayon İcra Hakimiyyəti Başçısının 2016-cı il tarixli Qərarı ilə Dərgahov Ramil və X10rının dövlət uşaq müəssisələrindən birində yerləşdirilməsi məqsədəuyğun hesab edilmişdir və onların yaşayışı üçün 2016-cı ildən cavabdeh deyil, dövlət xərc çəkmişdir. Belə ki, Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi E. Quliyev adına sağlamlıq imkanları məhdud uşaqlar üçün 9 nömrəli Xüsusi internat məktəbi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 88 nömrəli arayışa görə X15, 89 nömrəli arayışa görə isə X16 Psixoloji Tibbi – Pedaqoji komissiyasının qərarı ilə 2019 -2020-ci tədris ilində E.Quliyev adına sağlamlıq imkanları məhdud uşaqlar üçün 9 nömrəli Xüsusi internat məktəbinin 5-ci sinifinə qəbul edilmiş, 2021-2022-ci il tədris ilində PTPK-nın qərarı ilə 11 nömrəli inteqrasiya tipli internat məktəbinə keçirilmişdir. Məhkəmə qəbul etdiyi qətnamənin təsviri əsaslandırıcı hissəsində qeyd etmişdir ki, uşaqların geyim əşyaları təhsil aldıqları məktəb deyil, cavabdehin özü tərəfindən qarşılanmışdır, yalnız məktəbdə qaldıqları müddət ərzində yeməklərin dövlət tərəfindən verilməsini, uşaqların həftədə 5 gün məktəbdə təhsil almalarını, qalan vaxtlar istirahət, bayram və tətil günləri cavabdehin yanında olduğuna əsaslanmışdır. Lakin onun vəkili tərəfindən verilmiş sorğuya cavab olaraq bildirilmişdir ki, 365 günün yalnız 10 gününü cavabdeh götürmüşdür. Həmin sənədlərin nüsxəsi məhkəməyə təqdim olunmuşdur. Məhkəmə bununla bağlı heç bir araşdırma aparmamışdır. Verilmiş vəsatətlərini təmin etməmişdir. Buradan da görünür ki məhkəmə qərəzli qərar qəbul edərək tərəf tutmuşdur. Odur ki, məhkəmənin ədalətli mühakimə aparmasına əsaslı şübhələr yaranmışdır. Hətta məhkəmə iclas katibi həyat yoldaşı ilə danışdığı zaman “bu işlər ləğv olunmur, onsuz bu işi ləğv eləmiyəcəklər, vəkil bu işlərə pula görə çıxır, yalandan pulu vəkillərə vermə” kimi ifadələr işlətmişdir. Hətta iş üzrə hazırlıq iclasında hakim yekunda gələcək qərarının açıq – aşkar ifadə etmişdir. Ona görə də məhkəmə iclas protokolunun və video çəkilişin araşdırılması zəruridir. Eyni zamanda məhkəmə cavabdehin şikayətlərindən çəkinmiş məhkəmə vaxtını onunla təyin etmiş, məsələn vəkil sorğunun müddətinin 1 ay olduğunu desə də, şifahi olaraq vəsatəti təmin etmir, məhkəmə bildirir ki, onlar 10 günə təyin edir iclası onlar etiraz edəndə də ki, 10 günə sorğuya cavab gələ bilməyəcək, amma yenə də təmin etmirlər. Hal–hazırki iş üzrə o, 2017-ci il tarixdə həbsdə olarkən vərəm xəstəliyinə tutulmuşdur. 3 saylı təcridxanada olduğu müddətdə də xəstəliyi şiddətlənmiş, ona “Keçirilmiş ağciyər vərəmi” diaqnozu qoyulmuşdur. Dəfələrlə səhhətində yaranan vəziyyətlə bağlı klinik, laborator və instrumental müayinələrə cəlb olunmuşdur . Həmin müalicələrin nəticəsi olaraq keçirilmiş ağciyər vərəmindən sonrakı qalıq əlamətləri, fibroz və bərk ocaqlar şəklində VM (-) neqativ diaqnozu müəyyən edilmişdir. Bu xəstəlik ucbatından daimi olaraq ağır işlərdə işləyə bilməmişdir. Hal-hazırda rəsmi nikahdadır və bu nikahdan himayəsində azyaşlı övladı var. Yaşdığı yer də dövlət tərəfindən müvəqqəti məskunlaşmağı üçün verilmişdir. Ona görə də məhkəmə uşağın maddi təminatını düşündüyü halda, onun da sağlamlıq durumunu, digər ailənin və övladının da olduğunu nəzərdən qaçırmamalıdır.
İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ
29. Məhkəmə kollegiyasının iclasında iddiaçının vəkili və nümayəndəsi Vəkil apellyasiya şikayətinin dəlillərini müdafiə edərək təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddianın təmin edilməsini xahiş etdi.
30. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilmiş Cavabdeh üzrlü səbəb olmadan məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası MPM-in 376.2-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
TƏTBİQ EDİLƏN HÜQUQ
31. Azərbaycan Respublikasının Ailə Məcəlləsi: Maddə 75. Valideynlərin uşaqlarını saxlamaq vəzifəsi 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.2. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. 75.3. Valideynlər bu Məcəllənin 16-cı fəslinə uyğun olaraq yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq barədə saziş (aliment ödənilməsi barədə saziş) bağlamaq hüququna malikdirlər. 75.4. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 75.5. Aliment ödənilməsi barədə valideynlər arasında saziş olmadıqda, valideynlər (onlardan biri) uşaqları saxlamadıqda və məhkəməyə bu barədə iddia verilmədikdə müvafiq icra hakimiyyəti orqanı yetkinlik yaşına çatmayan uşaqlar üçün aliment tutulması barədə valideynlərə (onlardan birinə) qarşı iddia qaldırmaq hüququna malikdir. Maddə 107.1. Aliment onun ödənilməsi barədə saziş əsasında tutulduqda aliment üzrə borcları ödəməkdən azad edilmə və ya onun miqdarının azaldılması tərəflərin razılığı ilə həyata keçirilə bilər. Maddə 107.2. Məhkəmə aliment ödəməli şəxsin iddiası üzrə aliment borcunun şəxsin xəstəliyi və digər üzürlü səbəblərə görə əmələ gəldiyini, ailə və maddi vəziyyətinin bu borcları ödəməyə imkan vermədiyini müəyyən edərsə, onu həmin borcları ödəməkdən tamamilə və ya qismən azad edə bilər. Maddə 112.1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.
32. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 47. İşdə iştirak edən şəxslərin hüquq və vəzifələri 47.1. İşdə iştirak edən şəxslər, prosessual qanunvericiliklə onlara verilmiş prosessual hüquqlardan vicdanla istifadə etməyə borcludurlar. Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyətləri 384.0. Apellyasiya instansiyası məhkəməsi: Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri
33. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2025-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
34. Məhkəmə kollegiyası iddiaçının vəkili və nümayəndəsinin izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddiaçının apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
35. İşin mübahisəsiz hallarına əsasən iddiaçı ilə cavabdeh 2006-cı il tarixdən faktiki nikah münasibətlərində olmuş, onların xx.xx.2007-ci il təvəllüdlü Dərgahov Ramil və xx.xx.2009-cu il təvəllüdlü Dərgahov Amil adlı uşaqları olmuşdur. Şirvan Şəhər Məhkəməsinin 2(032)-218/2013 nömrəli, xx.xx.2013-cü il tarixli qətnaməsinə əsasən, uşaqların saxlanması üçün iddiaçıdan hər uşağa 60 manat olmaqla, cəmi 120 manat alimentin tutulması müəyyən edilmişdir. Daha sonra Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə alimentin miqdarı artırılaraq hər ay hər uşağa görə 150 manat olmaqla, ümumlikdə 300 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir.
36. İddiaçı hazırda rəsmi evli olması, himayəsində azyaşlı övladının olması, 1993-cü il tarixdən Füzuli rayonundan məcburi köçkün olması, xəstəliyi səbəbilə yığilmış aliment borcunun silinməsini, həmçinin aliment qismində cavabdehə ödənilmiş 1000 manat məbləğində pulun ondan alınaraq iddiaçıya qaytarılmasını xahiş edir. Belə ki, iddiaçı bildirir ki, cavabdehin şikayətləri əsasında aliment borcuna görə həbs edilmiş, Füzuli Rayon Məhkəməsinin 1(064)- 45/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmünün icrası ilə bağlı istintaq təcridxanasında olmuş, 2017-ci il tarixdə həbsdə olarkən vərəm xəstəliyinə tutulmuş, ona “keçirilmiş ağciyər vərəmi” diaqnozu qoyulmuşdur. Dəfələrlə səhhətində yaranan vəziyyətlə bağlı klinik, laborator və instrumental müayinələrə cəlb edilmişdir.
37. Birinci instansiya məhkəməsi iddianı rədd etmiş və hesab etmişdir ki, tərəflərin birgə nikahlarında olan xx.xx.2007-ci il təvəllüdlü X5 və xx.xx.2009-cu il təvəllüdlü X7 inteqrasiya tipli internat məktəbində təhsil almaları, yəni təhsil aldıqları ilk gündən başlayaraq bu günə kimi onların bəzi maddi təlabatlarının dövlət tərəfindən qarşılanması iddiaçının aliment borcundan azad edilməsi üçün əsas deyildir. İddiaçı aliment təyin olunan vaxtdan başlayaraq alimenti vaxtlı-vaxtında ödəmədiyi üçün dəfələrlə inzibati və cinayət məsuliyyətinə cəlb olunmuş, hətta məhkəmə hökmu ilə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsinə belə baxmayaraq, aliment borcu ödənilməmiş qalmaqdadır. Eyni zamanda, iddiaçı vərəm xəstəliyindən əziyyət çəkməsi və maddi vəziyyətinin ağır olması ilə bağlı alimenti ödəməyə imkanının olmamasını bildirsə də, xəstəliyi və maddi imkanının olmaması ilə bağı möhtəbər sübutlarını məhkəməyə təqdim edə bilməmişdir.
38. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq apellyasiya şikayətinin dəlillərini əsassız hesab edir. Belə ki, iddiaçı Ailə Məcəlləsinin 107.2-ci maddəsinə istinadən aliment borcunun silinməsini xahiş edir. İşdən də görünür ki, məhkəmə qətnamələrinə əsasən, uşaqların saxlanması üçün iddiaçıdan alimentin tutulması müəyyən edilmiş, daha sonra aliment məbləği artırılmışdır. 2013-cü ildən alimentin tutulması müəyyən edilsə də, iddiaçı həmin məbləğlərdən istər xx.xx.2017ci il tarixli hökmlə təqsirli bilindiyi vaxtadək, istərsə də ondan sonra hər hansı ödəniş etməmiş, bu səbəbdən onun barəsində inzibati xəta haqqında işlər və cinayət işləri olmuş, inzibati və cinayət məsuliyyətinə cəlb olunmuşdur. Beləliklə, iş materialları ilə müəyyən olunur ki, iddiaçı aliment təyin edildiyi vaxtdan sonra uzun müddət heç bir ödəniş etməmiş, yalnız 1 dəfə 2024-cü ildə iddiaçı barədə Füzuli Rayon Məhkəməsində İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə olan işə baxılarkən 1000 (min) manat ödəniş etmişdir.
39. Bu səbəbdən iddiaçının bildirdiyi dəlillər, işin yuxarıda qeyd edilən mübahisəsiz və qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə müəyyən edilmiş halları Ailə Məcəlləsinin ana və uşaqların mənafeyinin hərtərəfli müdafiəsi və hər bir uşağın xoşbəxt həyatının təmin edilməsi ilə bağlı vəzifəsi və valideyinlərin aliment öhdəlikləri ilə bağlı normalarının tələbləri ilə müqayisəli şəkildə götürüldükdə uzun müddət qərəzli olaraq aliment ödəməkdən boyu qaçıran iddiaçının hazırda Ailə Məcəllənin 107.2-ci maddəsinə istinad etməklə aliment ödəməkdən azad edilməsini tələb etməsi əsaslı hesab oluna bilməz. Əksinə, Ailə Məcəlləsinin 108-ci maddəsi alimenti vaxtında ödəməməyə görə məsuliyyət nəzərdə tutur. Həmin maddəyə əsasən məhkəmə qətnaməsi üzrə aliment ödəməli olan şəxsin təqsiri üzündən aliment üzrə borclar yarandıqda, təqsirkar şəxs aliment alana ödənilməmiş alimentin məbləğinin faizi miqdarında ötürülmüş hər gün üçün dəbbə pulu ödəyir. Aliment alan, həmçinin aliment öhdəliklərinin vaxtında yerinə yetirilməməsi nəticəsində yaranmış itkilərin dəbbə pulu ilə ödənilməmiş hissəsinin ödənilməsini də tələb edə bilər (maddə 108.2, 108.3).
40. Məhkəmə kollegiyası həmçinin qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 109.2-ci maddəsinin tələbinə görə hazırkı halda alimentin ödənilmiş məbləği geri tələb oluna bilməz. Belə ki, Məcəllənin 109.2-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş aliment ödəyən tərəfi aldatma, ona hədə-qorxu gəlmə və ya zor tətbiq etmə nəticəsində bağlandığına görə etibarsız hesab edildikdə; məhkəmənin qətnaməsinin, aliment ödənilməsi barədə saziş və ya icra vərəqəsinin saxtalaşdırılması faktı məhkəmə hökmü ilə təsdiq olunduqda; aliment alan tərəfindən yalan məlumatların verilməsi və ya saxta sənədlərin təqdim edilməsi ilə əlaqədar aliment tutulması haqqında məhkəmə qətnaməsi ləğv olunduqda alimentin ödənilmiş məbləği geri tələb oluna bilər.
41. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iddiaçı aliment borcunun silinməsini və ödənilmiş alimentin geri qaytarılmasını tələb etməkdə haqlı olmamışdır və birinci instansiya məhkəməsi iddianı təmin etməməkdə düzgün hüquqi nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin digər dəlillərinə gəlsikdə isə, kollegiya hesab edir ki, həmin dəlillər iş materialları ilə öz təsdiqini tapmamaqla yanaşı mahiyyət etibarı ilə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz.
42. Beləliklə, məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin hazırki iş üzrə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
43. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 392, 393 və 402.1 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏT ETDİ:
Apellyasiya şikayəti təmin edilməsin. Zəngilan Rayon Məhkəməsinin 06 fevral 2025-ci il tarixli, e-2(034)-49/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər.