Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-64/2022 03.06.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri: Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi hakim), Quliyev Telman Osman oğlu və Tağızadə Gülnarə Fikrət qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimova Leyla Yusub qızının katibliyi ilə, iddiaçı və digər İddiaçı1 hüquqi varisi Nümayəndə iştirakı ilə, İddiaçı1, Nümayəndə, İddiaçı2 oğlunun, İddiaçı4 oğlunun Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh21, Cavabdeh8, Cavabdeh9, Cavabdeh10, X5, Cavabdeh12, Cavabdeh13na, Cavabdeh14, Cavabdeh15, Cavabdeh16, Cavabdeh17, Cavabdeh18, Cavabdeh19na, Cavabdeh20 qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və həmin alqı-satqı müqaviləsindən irəli gələn mülkiyyət hüquqlarını təsdiq edən çıxarışların və həmin çıxarışlardan doğan çıxarışların ləğv edilməsi tələbinə dair mülki iş üzrə Şamaxı rayon Məhkəməsinin 2(074)-111/2019 saylı, 01 aprel 2019-cu il tarixli qətnaməsindən İddiaçı1 tərəfindən verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Şamaxı Rayon Məhkəməsinin 2(074)-111/2019 saylı, 01 aprel 2019-cu il tarixli qətnaməsi ilə iddia rədd edilmişdir (hakim Etibar Hümbətov). Qətnamədən narazı qalan İddiaçı1 apellyasiya şikayəti verərək Şamaxı Rayon Məhkəməsinin 2(074)-111/2019 saylı, 01 aprel 2019-cu il tarixli qətnaməsinin ləğv edilib və iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. İŞİNHALLARİ: İddiaçılar İddiaçı1, Nümayəndə, İddiaçı2 və İddiaçı4 cavabdehlər Cavabdeh1, X10, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 Veys qızına, Cavabdeh6, Cavabdeh7, Cavabdeh21, Cavabdeh8 Ağalı oğluna, Cavabdeh9, Cavabdeh10, X5, Cavabdeh12, Cavabdeh13, Cavabdeh14, Cavabdeh15, Cavabdeh16, Cavabdeh17, Cavabdeh18, Cavabdeh19na, Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-in 14 saylı Ərazi İdarəsinə qarşı “alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və həmin alğı-satqı müqaviləsindən irəli gələn mülkiyyət hüquqlarını təsdiq edən çıxarışların və həmin çıxarışlardan doğan çıxarışların ləğv edilməsi” tələbinə dair iddia qaldıraraq, Cavabdeh19 bağlanmış 22 yanvar 2014-cü il tarixli, 4Ə-27 №-li reyestirlə qeydə alınmış İddiaçı1 Seyfəddin oğlu, X21, X8, İddiaçı4 və Nümayəndə cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh21, Cavabdeh8 Ağəli oğlu, X32, Cavabdeh10, X9, Cavabdeh12, Cavabdeh13, Cavabdeh14, Cavabdeh15, Cavabdeh16 alğı-satqı müqaviləsində təmsil edən Cavabdeh1 arasında bağlanmış alğısatqı müqaviləsinin ləğv edilməsi və ondan irəli gələn mülkiyyət hüquqlarını təsdiq edən çıxarışlar №-si (0318779) X3, №-si (0318772) Cavabdeh12; №-si (0318771) Cavabdeh14; №-si (0318773) Cavabdeh10; №-si (0318777) Cavabdeh5; №-si (0318776) Cavabdeh13; №-si (0318778) Cavabdeh15; №-si (0318780) Cavabdeh21 və digər cavabdehlər tərəfindən bağlanılmış alğı-satqı müqaviləsi və həmin alğı-satqı müqaviləsindən irəli gələn çıxarışlar Cavabdeh17 xx.xx.2015-ci il tarixdə verilmiş ******* və ******* №-li çıxarışlar, Cavabdeh18 adına rəsmiləşdirilən xx.xx.2015-ci il tarixli seriya RX ******* №-li çıxarışların ləğv edilməsi və Cavabdeh18 adından bağlanılmış xx.xx.2015-ci il tarixli reyesterdə 4 Ə 2510 № ilə qeydə alınmış bağışlama müqaviləsinin ləğv edilməsi və həmin bağışlama müqaviləsinin əsasında Cavabdeh9 adına rəsmiləşdirilmiş xx.xx.2018-ci il tarixli seriya RX № 1251677-li çıxarışın ləğv edilməsi, onlara məxsus olan 3.73 ha torpaq sahəsi üzərində onların mülkiyyət hüquqlarının bərpa edilməsi və əvvəlki vəziyyətinə qaytarılması barədə qətnamə qəbul edilməsini, müstəqil tələblər irəli sürməyən 3-cü şəxs Cavabdeh20 barədə xüsusi qərardad çıxarılması, məhkəmə xərclərinin cavabdehlərdən müştərək qaydada tutulmasını xahiş etmişlər. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ və PROSESİŞTİRAKÇİLARİNİNİZAHATLARİ: Məhkəmə kollegiyasının iclasında iddiaçı və digər İddiaçı1 hüquqi varisi, Nümayəndə apellyasiya şikayətini müdafiə edərək bildirdi ki, mübahisə 2015-ci ildən başlayıb. Yəni onların məsələdən 2015-ci ildə xəbəri olub. 17 nəfərdən 12 nəfərin çıxarışı var. Bölgü sxemində 6 nəfərin adı hallanır. Şücaət Əkbərov icra nümayəndəliyində saxta etibarnamə hazırlayıb və 17 nəfərə etibarnamə verib. Razılıq ərizələrindən 2016-cı ilin axırı, 2017-ci ilin əvvəlində xəbər tutub. Məhkəmə xx.xx.2015-ci ildə DƏDRX-nin 14 saylı Şamaxı ərazi idarəsinə sorğu göndərib. xx.xx.2014-cü il tarixli alğı-satqı müqaviləsindən irəli gələn çıxarışların surətinin məhkəməyə təqdim olunmasını istəyib. DƏDRX isə 12 çıxarış mövcud olduğu halda məhkəməyə yalnız 6 çıxarış göndərib. Habelə bu çıxarışlardan doğan çıxarışlar barədə məhkəməyə heç bir məlumat verməyib. Bu səbəbdən o, təkrar iddia qaldırıb. 3 nəfər tərəfindən çıxarışlar artıq başqa şəxslərin adına keçirilib. X32 vəfat etdiyindən 11 sot torpaq sahəsi Cavabdeh18 mülkiyyətinə keçmişdir. O da həmin torpaq sahəsinin ərinin bacısı olan Cavabdeh9 bağışlamışdır. Cavabdeh9 çıxarışı var. 11 sot torpaq sahəsini ona verib. Bu barədə baş etibarnamə də var idi. Müddəti də bitib. Bədəlov Soltanəli Vəkil oğlunun 24 sota çıxarışı var. Şamaxı Rayon Məhkəməsinin qətnaməsində də Soltanəli Bədəlov izahatında bildirir ki, torpaq sahəsinin müqabilində İddiaçı1 və onun ailə üzvlərini heç bir ödəniş etməyib və yer almayıb. Qeyd olunanlara əsasən apellyasiya şikayətinin təmin edilməsini, iddianın təmin olunmasına dair qətnamə qəbul edilməsini xahiş edir. PROSESSUALMƏSƏLƏLƏR: İş üzrə Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh21, Cavabdeh8, Cavabdeh9, Cavabdeh10, X5, Cavabdeh12, Cavabdeh13, Cavabdeh14, Cavabdeh15, Cavabdeh16, Cavabdeh17, Cavabdeh18, Cavabdeh19na, Cavabdeh20 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq cavabdehlər və nümayəndələri gəlməmiş, məhkəmə Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinin tələblərinə əsasən mübahisəyə qeyd edilən şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. HÜQUQİMƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini, iddiaçının izahatını dinləyərək, apelyasiya şikayətinin dəlillərini nəzərə alıb işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla sübutları qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayətləri təmin edilmədən, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən və apelyasiya şikayətlərində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduğundan, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. İş materiallarında olan AZ-İİ,086704 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı1 xx.xx.2020-ci il tarixdə ölmüşdür. Ona görə də məhkəmə kollegiyası tərəfindən Nümayəndə onun hüquqi varisi kimi tanınmışdır. İş materialarında olan Torpağa mülkiyyət hüququna dair JN-144 KOD 41011018saylı Dövlət Aktının surətindən görünür ki, Şamaxı rayonu AİK-in xx.xx.1998-ci il tarixli qərarına əsasən 7.75 hektar torpaq sahəsi Şamaxı rayonu, Kirovka kənd sakindəri İddiaçı1, X22, X16, X23 və Nümayəndə mülkiyyətinə verilmişdir. Bu barədə xx.xx.1999-cu il tarixdə dövlət aktı qeydiyyat kitabında 4477 sayla qeydiyyata alınmışdır. İş materiallarında olan Abşeron rayonu 1 saylı dövlət notariat kontorunda reyestrdə 3M/817 sayla qeyd edilmiş xx.xx.2004-cü il tarixli müqavilənin surətindən görünür ki, İddiaçı1 JN-144 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən mülkiyyətində olan Şamaxı rayonu ərazisində yerləşən 7.75 hektar torpaq sahəsindən 2,0 hektarını 11.000.000 manata X1. İş materiallarında olan Şamaxı rayon dövlət notariat kontorunda reyestrdə 4Ə/3/- 519 sayla qeyd edilmiş xx.xx.2004-cü il tarixli müqavilənin surətindən görünür ki, İddiaçı1 JN-144 KOD 41011018 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən mülkiyyətində olan Şamaxı rayonu, Nağaraxana kəndində yerləşən ümumi sahəsi 4.84 ha torpaq sahəsini 150.000.000 manata X2. İş materialarında olan Torpağa mülkiyyət hüququna dair JN-0632 KOD 41011018saylı Dövlət Aktının surətindən görünür ki, Şamaxı rayon DNK-nın xx.xx.2004-cü il tarixli, 4Ə/3/519 saylı və xx.xx.2004-cü il tarixli, 4Ə/3/536 saylı alğı-satqı müqavilələrinə əsasən 8.0372 hektar torpaq sahəsi X18 mülkiyyətinə qeydə alınmışdır. Bu barədə xx.xx.2005-ci il tarixdə dövlət aktı qeydiyyat kitabında 420 sayla qeydiyyat aparılmışdır. İş materiallarında olan hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən seriya RX ******* saylı çıxarışın surətindən görünür ki, Şamaxı rayonu, Nağaraxana kəndində yerləşən kənd təsərrüfatı təyinatlı 3,73 ha torpaq sahəsi xx.xx.2013-cü il tarixdə İddiaçı1, X11, X7, X12 və Nümayəndə Qoçəli oğlunun adlarına xüsusi mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində 63 saylı reyestr kitabının 92 saylı vərəqində qeydiyyata alımışdır. İş materiallarında olan Cavabdeh19 reyestrdə 4Ə-27 sayla qeyd edilmiş xx.xx.2014-cü il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, İddiaçı1, X22, X8, İddiaçı4 Qoçəli qızı və Nümayəndə Şamaxı rayonu, Nağaraxana kəndində yerləşən 3.73 ha torpaq sahəsindən, 0,10 ha torpaq sahəsini Cavabdeh6, 0,10 ha torpaq sahəsini Cavabdeh7, 0,10 ha torpaq sahəsini Cavabdeh10, 0,24 ha torpaq sahəsini Cavabdeh15, 0,10 ha torpaq sahəsini Cavabdeh5, 0,10 ha torpaq sahəsini Cavabdeh4, 0,10 ha torpaq sahəsini Cavabdeh3, 0,11 ha torpaq sahəsini X25, 0,10 ha torpaq sahəsini Cavabdeh13, 0,10 ha torpaq sahəsini Cavabdeh2, 0,10 ha torpaq sahəsini Cavabdeh8, 0,12 ha torpaq sahəsini X5, 0,12 ha torpaq sahəsini Cavabdeh14, 0,12 ha torpaq sahəsini Cavabdeh12, 0,12 ha torpaq sahəsini Cavabdeh21, 1,70 ha torpaq sahəsini Cavabdeh16 satmışlar. İş materiallarında olan hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən seriya RX ******* saylı çıxarışın surətindən görünür ki, Şamaxı rayonu, Nağaraxana kəndində yerləşən kənd təsərrüfatı təyinatlı 0,12 ha torpaq sahəsi xx.xx.2014-cü il tarixdə Cavabdeh14 adına xüsusi mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində 68 saylı reyestr kitabının 34 saylı vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən seriya RX ******* saylı çıxarışın surətindən görünür ki, Şamaxı rayonu, Nağaraxana kəndində yerləşən kənd təsərrüfatı təyinatlı 0,12 ha torpaq sahəsi xx.xx.2014-cü il tarixdə Cavabdeh12 adına xüsusi mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində 68 saylı reyestr kitabının 35 saylı vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən seriya RX ******* saylı çıxarışın surətindən görünür ki, Şamaxı rayonu, Nağaraxana kəndində yerləşən kənd təsərrüfatı təyinatlı 0,10 ha torpaq sahəsi xx.xx.2014-cü il tarixdə Cavabdeh10 adına xüsusi mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində 68 saylı reyestr kitabının 36 saylı vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən seriya RX ******* saylı çıxarışın surətindən görünür ki, Şamaxı rayonu, Nağaraxana kəndində yerləşən kənd təsərrüfatı təyinatlı 0,10 ha torpaq sahəsi xx.xx.2014-cü il tarixdə Cavabdeh13 adına xüsusi mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində 68 saylı reyestr kitabının 39 saylı vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən seriya RX ******* saylı çıxarışın surətindən görünür ki, Şamaxı rayonu, Nağaraxana kəndində yerləşən kənd təsərrüfatı təyinatlı 0,10 ha torpaq sahəsi xx.xx.2014-cü il tarixdə Cavabdeh5 adına xüsusi mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində 68 saylı reyestr kitabının 36 saylı vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən seriya RX ******* saylı çıxarışın surətindən görünür ki, Şamaxı rayonu, Nağaraxana kəndində yerləşən kənd təsərrüfatı təyinatlı 0,24 ha torpaq sahəsi xx.xx.2014-cü il tarixdə Cavabdeh15 adına xüsusi mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində 68 saylı reyestr kitabının 41 saylı vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən seriya RX ******* saylı çıxarışın surətindən görünür ki, Şamaxı rayonu, Nağaraxana kəndində yerləşən kənd təsərrüfatı təyinatlı 0,12 ha torpaq sahəsi xx.xx.2014-cü il tarixdə X3 adına xüsusi mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində 68 saylı reyestr kitabının 42 saylı vərəqində qeydiyyata alımışdır. İş materiallarında olan hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən seriya RX ******* saylı çıxarışın surətindən görünür ki, Şamaxı rayonu, Nağaraxana kəndində yerləşən kənd təsərrüfatı təyinatlı 0,12 ha torpaq sahəsi xx.xx.2014-cü il tarixdə Cavabdeh21 adına xüsusi mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində 68 saylı reyestr kitabının 43 saylı vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən seriya RX ******* saylı çıxarışın surətindən görünür ki, Şamaxı rayonu, Nağaraxana kəndində yerləşən kənd təsərrüfatı təyinatlı 0,505 ha torpaq sahəsi xx.xx.2014-cü il tarixdə İddiaçı1, X11, X7, X12 və Nümayəndə Qoçəli oğlunun adlarına xüsusi mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində 70 saylı reyestr kitabının 15 saylı vərəqində qeydiyyata alımışdır. İş materiallarında olan Cavabdeh19 reyestrdə 4Ə-314 sayla qeyd edilmiş AN-İ № ******* saylı, xx.xx.2015-ci il tarixli daşınmaz əmlakın alğı-satqı müqaviləsinin surətindən görünür ki, Cavabdeh15 Şamaxı rayonu, Nağaraxana kəndində yerləşən ümumi sahəsi 2400 kv.m torpaq sahəsini 5000 manata Cavabdeh17 satmışdır. İş materiallarında olan hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən seriya RX ******* saylı çıxarışın surətindən görünür ki, Şamaxı rayonu, Nağaraxana kəndində yerləşən kənd təsərrüfatı təyinatlı 0,24 ha torpaq sahəsi xx.xx.2015-ci il tarixdə Cavabdeh17 adına xüsusi mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində 68 saylı reyestr kitabının 41 saylı vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan Cavabdeh19 reyestrdə 4Ə-315 sayla qeyd edilmiş AN-İ № ******* saylı, xx.xx.2015-ci il tarixli daşınmaz əmlakın alğı-satqı müqaviləsinin surətindən görünür ki, Cavabdeh21 Şamaxı rayonu, Nağaraxana kəndində yerləşən ümumi sahəsi 1200 kv.m torpaq sahəsini 3000 manata Cavabdeh17 satmışdır. İş materiallarında olan hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən seriya RX ******* saylı çıxarışın surətindən görünür ki, Şamaxı rayonu, Nağaraxana kəndində yerləşən kənd təsərrüfatı təyinatlı 0,12 ha torpaq sahəsi xx.xx.2015-ci il tarixdə Cavabdeh17 adına xüsusi mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində 68 saylı reyestr kitabının 43 saylı vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən seriya RX ******* saylı çıxarışın surətindən görünür ki, Cavabdeh18 0,0275 ha, X33 0,0275 ha, X26 0,0275 ha, X19 0,0275 ha olmaqla Şamaxı rayonu, Nağaraxana kəndində yerləşən kənd təsərrüfatı təyinatlı 0,11 ha torpaq sahəsi xx.xx.2015ci il tarixdə xüsusi mülkiyyət hüququ üzrə onların adına daşınmaz əmlakın dövlət reyestrində 68 saylı reyestr kitabının 37 saylı vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan Sumqayıt “ASAN xidmət” Mərkəzində xx.xx.2015-ci il tarixdə təsdiq olunmuş 4ə-2510 nömrəli bağışlama müqaviləsinin surətindən görünür ki, Şamaxı rayonu, Nağaraxana kəndində yerləşən kənd təsərrüfatı təyinatlı 0,11 ha torpaq sahəsindən Cavabdeh18 0,0275 ha, X26 0,0275 ha, X19 0,0275 ha və X33 0,0275 ha torpaq sahəsini Cavabdeh9 bağışlamışlar. İş materiallarında olan hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən seriya RX ******* saylı çıxarışın surətindən görünür ki, Şamaxı rayonu, Nağaraxana kəndində yerləşən kənd təsərrüfatı təyinatlı 0,11 ha torpaq sahəsi xx.xx.2018ci il tarixdə Cavabdeh9 adına xüsusi mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində 68 saylı reyestr kitabının 37 saylı vərəqində qeydiyyata alınmışdır. İş materiallarında surəti olan Şamaxı Rayon Məhkəməsinin 2(074)-1352/2015 saylı, 12 noyabr 2015-ci il tarixli qətnaməsi ilə iddia təmin edilərək, Şamaxı rayonu, Nağaraxana kəndi ərazisində yerləşən X22, X8, İddiaçı4 Qoçəli qızı, İddiaçı1 və Nümayəndə məxsus 3,73 ha torpaq sahəsinin Cavabdeh1 ilə Şamaxı rayon DNK-da bağlanmış 22 yanvar 2014-cü il tarixli alqğı-satqı müqaviləsi etibarsız hesab edilmişdir. İş materiallarında surəti olan Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-359/2017 saylı, 11 yanvar 2017-ci il tarixli qətnaməsi ilə maraqlarına toxunan şəxs Cavabdeh17 apellyasiya şikayəti təmin edilmiş, Şamaxı Rayon Məhkəməsinin 2(074)-1352/2015 saylı, 12 noyabr 2015-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş üzrə yeni qətnamə qəbul edilərək iddiaçılar X11, X4, İddiaçı4 Qoçəli qızının və Nümayəndə cavabdehlər Cavabdeh1 və Qobsutan rayon dövlət notariat kontoruna qarşı alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbi təmin edilməmişdir. İş materiallarında surəti olan Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2017-ci il tarixli, 2(102)-3633/2017 saylı qərarı ilə Nümayəndə kassasiya şikayəti təmin edilməmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-359/2017 saylı, 11 yanvar 2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən seriya RX ******* saylı çıxarışın surətindən görünür ki, Şamaxı rayonu, Nağaraxana kəndində yerləşən kənd təsərrüfatı təyinatlı 0,18 ha torpaq sahəsi xx.xx.2015-ci il tarixdə X11, X7, X13, Nümayəndə və İddiaçı1 adlarına xüsusi mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində 82 saylı reyestr kitabının 2 saylı vərəqində qeydiyyata alınmışdır. İş materiallarında surəti olan Şamaxı Rayon Məhkəməsinin 2(074)-173/2016 saylı, 03 fevral 2016-cı il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, Cavabdeh19 22 yanvar 2014-cü il tarixdə bağlanılmış alğı-satqı müqaviləsi ilə bağlı Cavabdeh8 Ağalı oğlu, Cavabdeh7, Cavabdeh6, Cavabdeh5 Veys qızı, Cavabdeh4, Cavabdeh3, X20, X9, Cavabdeh12, Cavabdeh13, Cavabdeh15, Cavabdeh16, Cavabdeh14, Cavabdeh10, X34 və Cavabdeh21 adına rəsmiləşdirilmiş mülkiyyət hüquqlarını təsdiq edən çıxarışlar ləğv edilmiş, İddiaçı1, X22, İddiaçı2, İddiaçı4 Qoçəli qızı və Nümayəndə 3.73 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqları bərpa edilmişdir. İş materiallarında olan hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən seriya RX ******* saylı çıxarışın surətindən görünür ki, Şamaxı rayonu, Nağaraxana kəndində yerləşən kənd təsərrüfatı təyinatlı 3,08 ha torpaq sahəsi xx.xx.2016-cı il tarixdə Nümayəndə, İddiaçı1, X11, X4 və İddiaçı4 adlarına xüsusi mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində 90 saylı reyestr kitabının 2 saylı vərəqində qeydiyyata alımışdır. İş materiallarında surəti olan Şamaxı Rayon Məhkəməsinin 2(074)-216/2017 saylı, 14 mart 2017-ci il tarixli qətnaməsi ilə İddiaçı1 cavabdehlər Cavabdeh16, Cavabdeh8 Ağalı oğlu, Cavabdeh7, Cavabdeh4, X20, Cavabdeh15, Cavabdeh10, Cavabdeh5 Veys qızı, X34, Cavabdeh13, Cavabdeh6, Cavabdeh3, X9, Cavabdeh12, Cavabdeh14, Cavabdeh21, Cavabdeh1, müstəqil tələblər irəli sürməyən 3-cü şəxslər Qızmeydan kənd icra nümayəndəliyi, Cavabdeh19na qarşı “Cavabdeh19 bağlanmış xx.xx.2014-cü il tarixli 4Ə-27 nömrəli reyestrlə qeydə alınmış alğı-satqı müqaviləsinin təsdiq edilməsinə əsas olmuş Şamaxı RİH başçısının Qızmeydan kəndi üzrə icra nümayəndəliyində təsdiq edilmiş 08 yanvar 2014-cü il tarixli, 02 nömrəli reyestrlə qeydə alınmış etibarnamənin etibarsız sayılması barədə” iddiası təmin edilməmişdir. İş materiallarında surəti olan Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-2201/2017 saylı 21 sentyabr 2017-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmiş, Şamaxı Rayon Məhkəməsinin 14 mart 2017-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş üzrə yeni qətnamə qəbul edilərək, iddia təmin edilmiş, Şamaxı RİH-i başçısının Qızmeydan kəndi üzrə icra nümayəndəliyində təsdiq edilmiş 08 yanvar 2014-cü il tarixli, 02 nömrəli reyestrlə qeydə alınmış etibarnamə etibarsız sayılmışdır. İş materiallarında surəti olan Şamaxı Rayon Məhkəməsinin 2(074)-992/2017 saylı, 06 iyul 2017-ci il tarixli qətnaməsi ilə iddiaçılar X14 və Cavabdeh7 cavabdehlər Cavabdeh1 və Şamaxı RİHB-nin Qızmeydan kəndi üzrə icra nümayəndəliyinə qarşı “razılıq ərizələrinin etibarsız sayılması barədə” iddia ərizəsi təmin edilməmişdir. İş materiallarında surəti olan Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-365/2018 saylı, 20 iyun 2018-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmiş, Şamaxı Rayon Məhkəməsinin 2(074)-992/2017 saylı, 06 iyul 2017ci il tarixli qətnaməsi ləğv edilmiş və iş üzrə yeni qətnamə qəbul edilərək iddia təmin edilmiş, Şamaxı RİH başçısının Qızmeydan kəndi üzrə icra nümayəndəliyində X14 və Cavabdeh7 adlarından xx.xx.2013-cü il tarixdə təsdiq edilmiş razılıq ərizələri etibarsız hesab edilmişdir. İş materillarında olan xx.xx.2018-ci il tarixli, AZ-İ № 831537 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X22 xx.xx.2018-ci ildə ölmüşdür. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 14 Saylı Ərazi İdarəsinin **********40 saylı, xx.xx.2019-cu il tarixli məktubunda göstərilir ki, mübahisələndirilən torpaq sahələri vaxtı ilə JN-144 nömrəli dövlət aktına əsasən İddiaçı1 məxsus olmuşdur. Torpaq islahatı zamanı Şamaxı rayon Aqrar islahat Komissiyası tərəfindən İddiaçı1 5 nəfərdən ibarət olan ailəsinin hər bir üzvünə 1.5 ha olmaqla cəmi 7.5 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmiş və DTXK tərəfindən onların adlarına həmin torpaqların mülkiyyətə verilməsinə dair JN-144, kod 41011018 nömrəli Dövlət aktı hazırlanmışdır. Torpaqların bir hissəsi Kürdəmir rayonunun “Karlar” adlanan ərazidə yerləşdiyinə görə, Nağaraxana kəndindən torpaq payı almaq hüququ olan sakinlərin bir qismi tərəfindən satılmışdır. Alğı-satqı müqaviləsi Abşeron rayon dövlət notariat kontorunda təsdiq olunmuşdur. İddiaçı1 ailəsi də Kürdəmir rayonunun “Karlar” adlanan ərazidə yerləşən torpaq sahəsini satmışlar. Həmin torpağın alğı-satqısına dair müqavilə 30 noyabr 2004-cü il tarixdə Abşeron rayon dövlət notariat kontorunda 3M/817 nömrə ilə təsdiq olunmuşdur. İddiaçı1 Seyfəddin oğlu torpaq sahəsinin Kürdəmir rayonunun “Karlar” adlanan ərazidə yerləşən hissəsini satdıqdan sonra DTXK tərəfindən yerdə qalan 5.75 ha torpaq sahəsinə 27 dekabr 2004-cü ildə JN-608 nömrəli Dövlət aktı tərtib olunmuşdur. Lakin DTXK-nın Şamaxı rayon şöbəsi tərəfindən həmin Dövlət aktının kadastr göstəriciləri baza məlumatlarına daxil edilmədiyinə görə, 2006-cı ildə Reyestr Xidmətinə rəsmi təqdim olunan baza xəritəsində İddiaçı1 məxsus torpaq sahələrinin nömrələri 144 kimi qalmışdır. 2013-cü ilin iyul ayında İddiaçı1 14 saylı Ərazi idarəsinə müraciət edərək JN-608 nömrəli Dövlət aktının itirdiyini bildirmiş və dublikatının hazırlanmasını xahiş etmişdir. Ərazi İdarəsinə verdiyi ərizəsinə o, JN-608 nömrəli Dövlət aktının etibarsız hesab edilməsinə dair qəzetdə dərc olunmuş elanı və Şamaxı Rayon Polis Şöbəsi tərəfindən verilmiş itirilmiş dövlət aktının axtarılıb tapılmamasına dair arayışı əlavə etmişdir. Həmin sənədlər əsasında JN-608 nömrəli Dövlət aktında göstərilən torpaq sahələrinə İddiaçı1 ailəsinin adlarına reyestrdən çıxarışlar verilmişdir. Qeyd olunan torpaq sahələrinə reyestrdən çıxarışlar verildikdən sonra həmin torpaqlardan 0.61 ha sahəni İddiaçı1 Şamaxı rayon DNK-da 22 yanvar 2014-cü il tarixdə təsdiq olunmuş 4ə-28 nömrəli alğı-satqı müqaviləsinə əsasən Şamaxı rayon Qızmeydan kənd sakini Cavabdeh10 satmışdır. Lakin sonradan Şamaxı Rayon Məhkəməsinin 17 fevral 2017-ci il tarixli, 2(074)-14/2017 saylı qətnaməsinə əsasən Şamaxı rayon DNK-da 22 yanvar 2014-cü il tarixdə təsdiq olunmuş 4ə-28 nömrəli alğı-satqı müqaviləsi ləğv edilmiş və torpaq sahəsi yenidən İddiaçı1 mülkiyyətinə qaytarılmışdır. Torpaq sahəsinin 3.73 ha hissəsindən 3.42 hektarı notarial qaydada təsdiq olunmuş bölgü sxemi üzrə 12 nəfərə satılmışdır. Yerdə qalan 0.18 ha torpaq sahəsi İddiaçı1 ailəsinin adlarına qeydiyyata alınmışdır (reyestr nömrəsi **********64, xx.xx.2014 ). Şamaxı rayon DNK-da 22 yanvar 2014-cü il tarixdə təsdiq olunmuş 4ə-28 nömrəli alğısatqı müqaviləsində göstərilən torpaq sahəsinin alıcısı X32 vəfat etdiyinə görə, onun adına olan 0.11 ha torpaq sahəsi Bakı şəhəri 2 saylı “ASAN” Xidmət Mərkəzində xx.xx.2015-ci il tarixdə təsdiq olunmuş 2v-437 nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən onun həyat yoldaşı Cavabdeh18 və üç övladlarının adlarına qeydiyyata alınmışdır (reyestr nömrəsi **********90, xx.xx.2014). Sonradan Cavabdeh18 həmin torpaq sahəsini Sumqayıt “ASAN xidmət” Mərkəzində xx.xx.2015-ci il tarixdə təsdiq olunmuş 4Ə-2510 nömrəli bağışlama müqaviləsi əsasında Cavabdeh9 bağışlamışdır. Şamaxı rayon DNK-da 22 yanvar 2014-cü il tarixdə təsdiq olunmuş 4ə-28 nömrəli alğısatqı müqaviləsində iştirak edən digər alıcılar Cavabdeh15 və Cavabdeh21 özlərinə məxsus olan 0.24 ha və 0.12 ha torpaq sahələrini Şamaxı rayon dövlət notariat kontorunda xx.xx.2015-ci il tarixdə təsdiq olunmuş 4ə-314 və 4ə-315 nömrəli alğı-satqı müqavilələrinə əsasən Cavabdeh17 satmışlar (reyestr nömrələri **********98, **********95, xx.xx.2015). Şamaxı rayon DNK-da 22 yanvar 2014-cü il tarixdə təsdiq olunmuş 4ə-28 nömrəli alğı-satqı müqaviləsi Şamaxı Rayon Məhkəməsinin 03 fevral 2016-cı il tarixli, 2(074)-173/2016 saylı qətnaməsinə əsasən ləğv edildiyinə görə qeyd olunan müqavilə üzrə qeydiyyata alınmış hüquqlar ləğv edilmiş və torpaq sahəsi 3.08 hissədə yenidən İddiaçı1 Seyfəddin oğlunun ailəsinin adına qeydiyyata alınmışdır (reyestr nömrəsi **********51, xx.xx.2016). Şamaxı Rayon Məhkəməsinin 03 fevral 2016-cı il tarixli, 2(074)- 173/2016 saylı qətnaməsində Cavabdeh17 və Cavabdeh9 məxsus torpaq sahələrinin mülkiyyət sənədlərinin ləğvinə dair münasibət bildirilmədiyinə görə onların mülkiyyyət hüquqları ləğv edilməmişdir. Şamaxı Rayon Məhkəməsi müqavilə iştirakçılarını maraqlı şəxs qismində 2(074)-173/2016 saylı məhkəmə prosesinə cəlb etməmişdir. Buna görə də Cavabdeh17 Şamaxı Rayon Məhkəməsinin 03 fevral 2016-cı il tarixli, 2(074)-173/2016 saylı qətnaməsindən apellyasiya şikayəti vermişdir. Hal-hazırda məhkəmə mübahisəsi davam edir. İş materiallarında surəti olan Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-361/2017 saylı, 15 noyabr 2017-ci il tarixli qətnaməsi ilə maraqlarına toxunan şəxs Cavabdeh17 apellyasiya şikayəti təmin edilmiş, Şamaxı Rayon Məhkəməsinin 03 fevral 2016-cı il tarixli, 2(074)-173/2016 saylı qətnaməsi ləğv edilmiş və iş üzrə yeni qətnamə qəbul edilərək, İddiaçı1 Cavabdeh1 qarşı mülkiyyət hüquqlarını təsdiq edən çıxarışlarının ləğv edilməsi tələbi təmin edilməmişdir. İş materiallarında surəti olan Şamaxı Rayon Məhkəməsinin 2(074)-14/2017 saylı, 17 fevral 2017-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, Cavabdeh19 22 yanvar 2014-cü il tarixdə İddiaçı1 ilə Cavabdeh10 arasında bağlanmış bağlanmasına dair reyestrdə 4Ə-28 nömrə ilə qeyd edilmiş daşınmaz əmlakın alğı-satqısına dair müqavilə etibarsız hesab edilmiş və ondan irəli gələn xx.xx.2014-cü il tarixli, ********* qeydiyyat nömrəli çıxarış ləğv edilmişdir. İş materiallarında surəti olan Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-1775/2017 saylı, 08 iyun 2017-ci il tarixli qətnaməsi ilə iddiaçıların nümayəndəsi X15 apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə Şamaxı Rayon Məhkəməsinin 17 fevral 2017-ci il tarixli, 2(074)-14/2017 saylı qətnaməsi iddianın təmin edilməməsinə aid hissədə dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən seriya RX ******* saylı çıxarışın surətindən görünür ki, Şamaxı rayonu, Nağaraxana kəndində yerləşən kənd təsərrüfatı təyinatlı 0,6117 ha torpaq sahəsi xx.xx.2018-ci il tarixdə Nümayəndə, X11, İddiaçı2, İddiaçı4 və İddiaçı1 adlarına xüsusi mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində 63 saylı reyestr kitabının 93 saylı vərəqində qeydiyyata alımışdır. İş materiallaında olan Şamaxı Rayon Məhkəməsinin 01 aprel 2019-cu il tarixli, 2(074)-110/2019 nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, torpağa mülkiyyət hüququna dair JN-0632, kod 41011018 olan Dövlət aktına əsasən X18 mülkiyyətində olan 8,0372 hektar torpaq sahəsinin 3,72 hektar, 0,61 hektar və 0,505 torpaq sahələrinin özgəninkiləşdirilməsinə dair əqdlərin etibarsız hesab edilməsi və həmin əqdlər əsasında yaranmış hüquqlara xitam verilməsi, Şamaxı şəhəri, 2 nömrəli “ASAN” Xidmət Mərkəzində xx.xx.2015-ci il tarixdə təsdiq olunmuş 2v-437 nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə, həmin şəhadətnamə əsasında həyat yoldaşı Cavabdeh18 və üç övladlarının adlarına qeydiyyata alınmış hüquqlar (reyestr nömrəsi **********0, xx.xx.2014), Cavabdeh18 həmin torpaq sahəsinin Cavabdeh9 bağışlamasına dair Sumqayıt “ASAN xidmət” Mərkəzində xx.xx.2015-ci il tarixdə təsdiq olunmuş 4ə-2510 nömrəli bağışlama müqaviləsinin ləğv edilməsi, Şamaxı rayon DNK-da 22 yanvar 2014-cü il tarixdə təsdiq olunmuş 4ə-28 nömrəli alqı-satqı müqaviləsi İddiaçı1 ilə Cavabdeh15 və Cavabdeh21 arasında 0.24 ha və 0.12 ha torpaq sahəsinin alqı-satqısına dair hissədə etibarsız hesab edilməsi, həmin 0.24 və 0.12 ha torpaq sahəsinin Cavabdeh17 satılmasına dair Şamaxı rayon dövlət notariat kontorunda xx.xx.2015-ci il tarixdə təsdiq olunmuş 4ə-314 və 4ə-315 nömrəli alqı- satqı müqavilələri və Cavabdeh17 adına qeydiyyata alınmış hüquqların (reyestr nömrələri **********98, **********, xx.xx.2015) ləğv edilməsi qət edilmiş, iddia tələbi JN-0632, kod 41011018 olan Dövlət aktı əsasında mülkiyyətində olan 8,0372 hektar torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınması, adına müvafiq çıxarışın və plan ölçü sənədinin verilməsinə dair hissədə təmin edilməmişdir. İş materiallarında olan Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiasının 2(105)-701/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Şamaxı ayon Məhkəməsinin 01 aprel 2019-cuil tarixli, 2(074)-110/2019 saylı qətnaməsi ləğv edilmiş, iddia ərizəsi baxılmamış saxlanılmışdır. İşin müəyyən edilmiş hallarından görünür ki, Şamaxı rayonu, Nağaraxana kəndində yerləşən 7.75 hektar torpaq sahəsi Şamaxı rayonu AİK-in xx.xx.1998-ci il tarixli qərarına əsasən İddiaçı1, Nümayəndə, İddiaçı4, X22 və X4 mülkiyyətinə verilmiş və xx.xx.1999-cu il tarixdə dövlət aktı qeydiyyat kitabında 4477 sayla qeydiyyata alınmışdır. Mülkiyyətçilər Abşeron rayonu 1 saylı dövlət notariat kontorunda reyestrdə 3M/817 sayla qeyd edilmiş xx.xx.2004-cü il tarixli müqaviləyə əsasən 7.75 hektar torpaq sahəsindən 2,0 hektarını Məhrulə Hüseynovaya, Şamaxı rayon dövlət notariat kontorunda reyestrdə 4Ə/3/-519 sayla qeyd edilmiş xx.xx.2004-cü il tarixli müqaviləyə əsasən isə 0.61 ha, 0.50 ha və 3.73 ha olmaqla ümumilikdə 4.84 hektarını Rəşad Qafarova satmışlar. Bundan sonra mülkiyyətçilər qeydiyyat orqanına müraciət edərək torpaq sahəsinə dair hüquq müəyyənedici sənədlərini itirmələri əsası ilə satdıqları üçün mülkiyyətçi hüquqlarını itirdikləri torpaq sahəsinin də qeyd edildiyi JN-608 nömrəli Dövlət aktında göstərilən torpaq sahələrinə dair xx.xx.2013-cü il tarixli reyestrdən çıxarışlar alaraq, həmin torpaqlardan 3.73 ha hissəsindən 3.42 hektarını 22 yanvar 2014-cü il tarixdə bağlanılmış alqı-satqı müqaviləsi ilə Cavabdeh8 Ağalı oğlu, Cavabdeh7, Cavabdeh6, Cavabdeh5 Veys qızı, Cavabdeh4, Cavabdeh3, X20, X9, Cavabdeh12, Cavabdeh13, Cavabdeh15, Cavabdeh16, Cavabdeh14, Cavabdeh10, X34 və Cavabdeh21 satmışlar. X32 vəfat etdiyinə görə onun adına olan 0.11 ha torpaq sahəsinin Bakı şəhəri 2 saylı “ASAN” Xidmət Mərkəzində xx.xx.2015-ci il tarixdə təsdiq olunmuş 2v-437 nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən vərəsələri Cavabdeh18, X19, X33 və Cavabdeh9 adlarına qeydiyyata alınmışdır. Sumqayıt “ASAN xidmət” Mərkəzində xx.xx.2015-ci il tarixdə təsdiq olunmuş 4ə-2510 nömrəli bağışlama müqaviləsinə əsasən X19, X33 və Cavabdeh18 torpaq sahəsindəki paylarını Cavabdeh9 bağışlamışlar. Şamaxı rayon DNK-da 22 yanvar 2014-cü il tarixdə təsdiq olunmuş 4ə-28 nömrəli alqı-satqı müqaviləsində iştirak edən digər alıcılar Cavabdeh15 və Cavabdeh21 özlərinə məxsus olan 0.24 ha və 0.12 ha torpaq sahələrini Şamaxı rayon dövlət notariat kontorunda xx.xx.2015-ci il tarixdə təsdiq olunmuş 4ə-314 və 4ə-315 nömrəli alğı-satqı müqavilələrinə əsasən Cavabdeh17 satmışlar. Şamaxı Rayon Məhkəməsinin 2(074)-14/2017 saylı, 17 fevral 2017-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, Cavabdeh19 22 yanvar 2014-cü il tarixdə İddiaçı1 ilə Cavabdeh10 arasında bağlanmış bağlanmasına dair reyestrdə 4Ə-28 nömrə ilə qeyd edilmiş daşınmaz əmlakın alğı-satqısına dair müqavilə etibarsız hesab edilmiş və ondan irəli gələn xx.xx.2014-cü il tarixli ********* qeydiyyat nömrəli çıxarış ləğv edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 146.1-ci maddəsinə əsasən daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). Həmin Məcəllənin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Məhkəmə iddia tələbi üzrə belə nəticəyə gəlir ki, iddiaçıların Şamaxı rayonu, Nağaraxana kəndində yerləşən Şamaxı rayonu AİK-in xx.xx.1998-ci il tarixli qərarına əsasən mülkiyyətlərinə verilmiş və xx.xx.2004-cü il tarixli müqaviləyə əsasən 2,0 ha hissəsinə xx.xx.2004-cü il tarixli müqaviləyə əsasən 4.84 ha hissəsinə mülkiyyətçi hüquqlarına xitam verilməsinə əsas yaranmış 7.75 hektar torpaq sahəsinə dair yenidən çıxarış almaları və üzərində sərəncam vermələri qanunsuz olmuş, 22 yanvar 2014-cü il tarixdə 4Ə-27 №-li reyestirlə qeydə alınmış mübahisəli müqavilə Azərbaycan Respublikası Mülki Məcəlləsi ilə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd olaraq etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmamış, bağlandığı andan etibarsız olmuşdur. Odur ki, hüquqi nəticələrə səbəb olmayan alğı-satqı müqaviləsi, ondan irəli gələn mülkiyyət hüquqlarını təsdiq edən çıxarışlar və digər cavabdehlər tərəfindən bağlanılmış alğı-satqı müqaviləsi və həmin alğı-satqı müqaviləsindən irəli gələn çıxarışlar ləğv edilə, 3.73 ha torpaq sahəsi üzərində iddiaçıların mülkiyyət hüquqları bərpa edilə və əvvəlki vəziyyətinə qaytarıla bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 265.4-cü maddəsinə əsasən məhkəmə işə baxarkən, tərəflərin və ya digər şəxslərin hərəkətlərində cinayətin əlamətlərini aşkara çıxararsa, o, bu barədə xüsusi qərardad çıxarmaqla prokurora xəbər verir. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Məhkəmə eyni zamanda hesab etmişdir ki, işə baxarkən ƏMDK-si yanında DƏDRX-nin 14 saylı ərazi İdarəsinin hərəkətlərində cinayətin əlamətləri aşkara çıxmadığından, iddia rədd edildiyi üçün məhkəmə xərcləri iddiaçılara aid olduğundan iddia tələbi həmin hissələrdə də təmin edilə bilməz. Qeyd edilən iş materiallarına əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi gəldiyi nəticədə haqlı olmuşdur. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası qeyd edir ki, iddiaçılar iddia tələbində göstərdiyi halları sübuta yetirə bilməmiş, buna dair hər hansı sübutları təqdim etməmişdir. Məhkəmə kollegiyası hazırkı mübahisəyə də məhz sübutetmə aspektindən yanaşaraq qeyd etmişdir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər şəkildə aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olubolmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə hər bir tərəf tələb və etirazlarının əsası kimi istinad olunan halları sübut etməlidirlər. İmperativ normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu iləəlaqədar olan faktlar və cavabdeh tərəfındən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Azərbaycan Respublikası MPM-nin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İnsan hüquqları üzrə Avropa Məhkəməsi «Brumaresku Rumıniyaya qarşı» iş üzrə 28 oktyabr 1999-cu il tarixli qərarında göstərmişdir ki, hüququn aliliyinin əsas aspektlərindən biri olan hüquqi müəyyənlik prinsipi digərləri ilə yanaşı tələb edir ki, məhkəmələr tərəfindən tamamilə həll edilmiş iş üzrə qəbul olunan yekun qərar şübhə doğurmamalıdır. “İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin "Mahmudov Rusiyaya qarşı iş üzrə" 26 iyul 2007-ci il tarixli qərarında həmin məhkəmə xatırlatmışdır ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, “affirmanti, non neganti, incumbit probation”, yəni, sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həmmövculuğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün N.Məmmədovanm şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, “məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı Qərarının 2-ci bəndinin izahına əsasən qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq iş üzrə toplanılmış sübutlara məcmu halında qiymət verməklə belə nəticəyə gəlmişdir ki, iddia təmin edilməməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Müəyyən edilmişdir ki, apelyant apellyasiya şikayətində qətnamənin ləğv edilərək iddianın təmin edilməsini xahiş etsələr də şikayəti əsaslandıra bilməmiş, buna dair hər hansı bir sübut təqdim etməmişdir. Apellyasiya şikayətində qeyd edilən dəlillərə məhkəmə qətnaməsində araşdılırılaraq qiymət verilmişdir. Bundan başqa iş materiallarından görünür ki, Cavabdeh21, Cavabdeh9, Cavabdeh2 məhkəmə kollegiyasına ərizə göndərərək çıxarışların ləğv olunmasına etiraz etmədiklərini bildirsələr də məhkəmə kollegiyası qeyd edilən ərizələrin qətnamənin ləğv edilərək iddianın təmin edilməsi üçün əsas hesab etmir. Beləliklə məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticələrlə razılaşaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 392 və 393-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏTETDİ: Şamaxı Rayon Məhkəməsinin 2(074)-111/2019 saylı, 01 aprel 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti təmin olunmasın. Qətnamə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-64/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-64/2022
03.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Torpaq üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver