Məhkəmə qərarları › İş №2(105)-646/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-646/2021

15.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-646/2021 15.02.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakim Gülnarə Fikrət qızı Tağızadənin sədrliyi və məruzəsi, Hakimlər Lətifə Məhyəddin qızı Məmmədova və Telman Osman oğlu Quliyevdən ibarət tərkibdə, Zümrüd Ruslan qızı Abbaslının katibliyi, Cavabdehin nümayəndəsi: X1 iştirakı ilə, İddiaçılar İddiaçı1, İddiaçı2 cavabdehlər Quba Regional “ASAN xidmət” X2, Xaçmaz rayon Notariat Kontoruna, Cavabdeh3nə, “xxxx” QSC-na, Cavabdeh5-nə, maraqlı şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı X7rşı ipoteka müqaviləsinə xitam verilməsi tələbinə dair mülki iş üzrə Quba Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qətnaməsindən Cavabdeh5 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: Quba Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakim R.T.Həsənov) iddianın qismən təmin edilməsi, Cavabdeh3, Cavabdeh5-nin və “xxxx” QSCnin iştirakı ilə tərtib edilmiş xx xxxxxxx 2019-cu il tarixli X3 Yekunları barədə 45 nömrəli Protokol və onun nəticələrinin etibarsız hesab edilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. İ Ş İ N H A L L A R İ: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Quba Regional “ASAN xidmət” X2, Xaçmaz rayon Notariat Kontoruna, Cavabdeh3nə, “xxxx” QSC-na, Cavabdeh5-nə, maraqlı şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı X7rşı ipoteka müqaviləsinə xitam verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onlarla “xxxx” QSC arasında xx xxxx 2009-cu il tarixdə bağlanmış 11M000000023 nömrəli ipoteka müqaviləsinə, həmin müqaviləyə əlavələr edilməsi haqqında 23 saylı, xx xxxxxx 2014-cü il tarixli sazişə, xx xxxxxxxx 2013-cü il tarixli 11M000000307 nömrəli ipoteka müqaviləsinə, həmin müqaviləyə əlavələr edilməsi haqqında 307 saylı, xx xxxxxx 2014-cü il tarixli sazişə, xx xxxxxx 2014-cü il tarixli 11M000000433 ipoteka müqaviləsinə xitam verilməsi və Quba şəhəri, Fətəlixan küçəsindəki 0,1747 ha torpaq sahəsində yerləşən 14B nömrəli evin 2 nömrəli mənzilin, İddiaçı1 məxsus olan Quba şəhərində yerləşən 0,176 ha torpaq sahəsinin və İddiaçı2nə məxsus olan Quba şəhəri, 29-cu məhəllədəki 1,50 ha torpaq sahəsi üzərində yerləşən 2454,4 kv.metr ümumi, 2866,7 kv.metr tikintialtı sahədən ibarət 1 mərtəbəli əmlak kompleksinin ipotekadan azad edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçılar İddiaçı1 və İddiaçı2 iddia tələbinin dəqiqləşdirilməsi barədə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək onlarla “xxxx” QSC arasında xx xxxx 2009-cu il tarixdə bağlanmış 11M000000023 nömrəli ipoteka müqaviləsinə, həmin müqaviləyə əlavələr edilməsi haqqında 23 saylı, xx xxxxxx 2014-cü il tarixli sazişə, xx xxxxxxxx 2013-cü il tarixli 11M000000307 nömrəli ipoteka müqaviləsinə, həmin müqaviləyə əlavələr edilməsi haqqında 307 saylı, xx xxxxxx 2014-cü il tarixli sazişə, xx xxxxxx 2014-cü il tarixli 11M000000433 ipoteka müqaviləsinə xitam verilməsi və Quba şəhəri, Fətəlixan küçəsindəki 0,1747 ha torpaq sahəsində yerləşən 14B nömrəli evin 2 nömrəli mənzilin, ona məxsus olan Quba şəhərində yerləşən 0,176 ha torpaq sahəsinin və İddiaçı2nə məxsus olan Quba şəhəri, 29-cu məhəllədəki 1,50 ha torpaq sahəsi üzərində yerləşən 2454,4 kv.metr ümumi, 2866,7 kv.metr tikintialtı sahədən ibarət 1 mərtəbəli əmlak kompleksinin ipotekadan azad edilməsi, xx xxxxxxx 2019-cu il tarixli X3 Yekunları barədə 45 nömrəli Protokolun və onun nəticələrinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. İddiaçılar iddia tələbini onunla əsaslandırmışlar ki, İddiaçı1 ilə “xxxx” QSC xx xxxx 2009-cu il tarixli, 11R00002292 nömrəli kredit xətti müqaviləsi bağlanmış, həmin kredit müqaviləsi əsasında ona 84 ay müddətinə 300000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır. xx xxxx 2009-cu il tarixli, 11R00002292 nömrəli kredit xətti müqaviləsi əsasında xx xxxxx 2012-ci il tarixli, xx xxx 2013-cü il tarixli, xx xxxxxxxx 2013-cü il tarixli, xx xxxxxx 2014-cü il tarixli kredit razılaşmaları bağlanmış və həmin razılaşmalar əsasında ona kredit verilmişdir. Həmçinin onunla “xxxx” QSC arasında bağlanmış xx xxxxxxxx 2013-cü il tarixli ipoteka müqaviləsinə əsasən kreditin təminatı kimi ona məxsus 0,176 ha torpaq sahəsi ipotekaya qoyulmuşdur. Bundan sonra onunla “xxxx” QSC arasında bağlanmış xx xxxxxx 2014-cü il tarixli kredit xətti müqaviləsinə əlavələr edilməsi haqqında 391 nömrəli sazişdən görünür ki, ona ******* ABŞ dolları məbləğində 180 ay müddətində ödəmək şərti ilə kredit xətti açılmış, həmin kredit xətti müqaviləsinə əlavələr edilməsi haqqında xx xxxxxx 2014cü il tarixli 391 nömrəli sazişə əsasən onunla “xxxx” QSC arasında xx xxxxxx 2014-cü il tarixdə 11R********** nömrəli kredit razılaşması bağlanılmış, həmin kredit razılaşmasına əsasən ona 500000 ABŞ dolları məbləğində aylıq 1,3333 faiz olmaqla 48 ay müddətində kredit verilmişdir. Bundan qabaq xx xxxxxx 2014-cü il tarixdə onunla “xxxx” QSC arasında bağlanmış xx xxxxxx 2014-cü il tarixli 307 nömrəli ipoteka müqaviləsinə əlavələr edilməsi haqqında 307 nömrəli sazişə əsasən xx xxxxxxxx 2013-cü il tarixli ipoteka müqaviləsinin 1.1-ci bəndinə əlavələr edilmiş, həmin bənddə kreditin məbləği 500000 ABŞ dolları, müddəti 180 ay müəyyən edilmişdir. Bundan başqa onunla “xxxx” QSC arasında bağlanmış xx xxxxxx 2014-cü il tarixli 11M000000433 nömrəli ipoteka müqaviləsi bağlanmışdır. Lakin 2015-ci ildə ABŞ dollarının manata olan məzənnəsinin bahalaşması digər sahibkarlar kimi onun də işinə təsir etdiyindən, kredit müqaviləsi üzrə ödənişləri tam olaraq ödəyə bilməmiş, nəticədə “xxxx” QSC ona və digər cavabdehlərə qarşı kredit borcu və borcun ipoteka predmetinə yönəldilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Quba Rayon Məhkəməsinin xx xxx 2016-ci il tarixli, 2(027)-90/2016 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, İddiaçı1, İddiaçı2ndən və X6 «xxxx» QSC-nin xeyrinə 445128,15 ABŞ dolları əsas kredit borcu, 30477,10 ABŞ dolları faiz borcu və 1000 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 476605,25 ABŞ dolları (Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ödəniş gününə manata uyğun məzənnə nəzərə alınmaqla) məbləğində pulun və ödənilmiş 19 manat dövlət rüsumunun tutulması, tutmanın İddiaçı1 məxsus olan Quba şəhəri, Fətəlixan küçəsindəki 0,1747 ha torpaq sahəsində yerləşən 14B nömrəli evin 2 nömrəli mənzilinə, İddiaçı1 məxsus olan Quba şəhərində yerləşən 0,176 ha torpaq sahəsinə və İddiaçı2nə məxsus olan Quba şəhəri, 29cu məhəllədəki 1,50 ha torpaq sahəsi üzərində yerləşən 2454,4 kv.metr ümumi, 2866,7 kv.metr tikintialtı sahədən ibarət 1 mərtəbəli əmlak kompleksi kimi müəssisəyə yönəldilməsi, həmin əmlakların hərrac yolu ilə satılmaqla satışdan əldə ediləcək vəsait hesabına cavabdeh İddiaçı1 “xxxx” QSC-yə olan kredit borcunun, kreditdən istifadəyə görə faizlərin, cərimənin və dövlət rüsumunun ödənilməsi, qalan məbləğin cavabdehlərə verilməsi, hərraca çıxarılarkən ipoteka predmeti olan İddiaçı1 məxsus Quba şəhəri, Fətəlixan küçəsi, 14B nömrəli evin 2 nömrəli mənzilinin ilkin satış qiymətinin 39410,70 manat məbləğində, İddiaçı1 məxsus olan Quba şəhərində yerləşən 0,176 ha torpaq sahəsinin ilkin satış qiymətinin 109816 manat məbləğində, İddiaçı2nə məxsus olan Quba şəhəri, 29-cu məhəllədəki 1 mərtəbəli əmlak kompleksi kimi müəssisənin ilkin satış qiymətinin 705870 manat məbləğində müəyyən edilməsi, ipoteka ilə yüklü edilmiş daşınmaz əmlaklar satıldıqdan sonra ən geci bir ay müddətində boşaldılmaları qət olunmuş, qalan hissədə ilk iddia və qarşılıqlı iddia təmin olunmamışdır. Həmin qətnamədən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş və Sumqayıt Apellyasiya Məhkəməsinin MK-nın 2(105)-115/2018 nömrəli, xx xxxx 2018-ci il tarixli qətnaməsi ilə cavabdehlər İddiaçı2, İddiaçı1 və X4 apellyasiya şikayəti qismən təmin edilərək Quba Rayon Məhkəməsinin xx xxx 2016-cı il tarixli, 2(027)-90/2016 saylı qətnaməsi ipoteka predmetləri olan Quba şəhəri, Fətəlixan küçəsində yerləşən 14B nömrəli evin 2 saylı mənzilinin və İddiaçı2nə məxsus olan Quba şəhəri, 29-cu məhəllədəki 1,50 ha torpaq sahəsi üzərində yerləşən 2454,4 kv.metr ümumi, 2866,7 kv.metr tikinti altı sahədən ibarət 1 mərtəbəli əmlak kompleksi kimi müəssisənin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində dəyişdirilmiş, ipoteka predmetləri olan Quba şəhəri, Fətəlixan küçəsində yerləşən 14B nömrəli evin 2 saylı mənzilinin ilkin satış qiyməti 55000 manat, İddiaçı2nə məxsus olan Quba şəhəri, 29-cu məhəllədəki 1,50 ha torpaq sahəsi üzərində yerləşən 2454,4 kv.metr ümumi, 2866,7 kv.metr tikinti altı sahədən ibarət 1 mərtəbəli əmlak kompleksi kimi müəssisənin ilkin satış qiyməti ******* manat müəyyən edilmiş, apellyasiya şikayətinin verilməsi üçün cavabdehlər İddiaçı2, İddiaçı1 və X8 tərəfindən ödənilmiş 15 manat dövlət rüsumu onların özlərinə aid edilməsi, iş üzrə ekspertiza tədqiqatlarının dəyəri olan 400 manatın 200 manat hissəsi İddiaçı1, İddiaçı2ndən, X6, 200 manat hissəsi «xxxx» QSC-dən tutularaq “X10” MMC-nin VÖEN:**********, Hesab N AZN: AZ30GUNA******************** hesabına köçürülsün. Təkrar ekspertiza tədqiqatının dəyəri olan 1500 manat pulun 1000 manat hissəsi İddiaçı1, İddiaçı2ndən, X6 müştərək qaydada, 500 manat hissəsi «xxxxk» QSC-dən tutularaq “xxxx” MMC-nin bankda olan VÖEN: **********, cari hesab AZ53PAHA******************** hesabına köçürülməsi, qətnamənin İddiaçı1, İddiaçı2ndən və X6 «xxxx» QSC-nin xeyrinə 445128,15 ABŞ dolları əsas kredit borcu, 30477,10 ABŞ dolları faiz borcu və 1000 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 476605,25 ABŞ dolları (Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ödəniş gününə manata uyğun məzənnə nəzərə alınmaqla) məbləğində pulun və ödənilmiş 19 manat dövlət rüsumunun tutulması, tutmanın İddiaçı1 məxsus olan Quba şəhəri, Fətəlixan küçəsindəki 0,1747 ha torpaq sahəsində yerləşən 14B nömrəli evin 2 nömrəli mənzilinə, İddiaçı1 məxsus olan Quba şəhərində yerləşən 0,176 ha torpaq sahəsinə və İddiaçı2nə məxsus olan Quba şəhəri, 29-cu məhəllədəki 1,50 ha torpaq sahəsi üzərində yerləşən 2454,4 kv.metr ümumi, 2866,7 kv.metr tikintialtı sahədən ibarət 1 mərtəbəli əmlak kompleksi kimi müəssisəyə yönəldilməsi, həmin əmlakların hərrac yolu ilə satılmaqla satışdan əldə ediləcək vəsait hesabına cavabdeh İddiaçı1 “xxxx” QSC-yə olan kredit borcunun, kreditdən istifadəyə görə faizlərin, cərimənin və dövlət rüsumunun ödənilməsi, qalan məbləğin cavabdehlərə verilməsi, hərraca çıxarılarkən ipoteka predmeti olan İddiaçı1 məxsus olan Quba şəhərində yerləşən 0,176 ha torpaq sahəsinin ilkin satış qiymətinin 109816 manat məbləğində müəyyən edilməsi, ipoteka ilə yüklü edilmiş daşınmaz əmlaklar satıldıqdan sonra ən geci bir ay müddətində boşaldılması, qalan hissədə ilk iddia və qarşılıqlı iddianın təmin olunmaması hissəsində dəyişdirilmədən saxlanılması qət edilmişdir. Həmin qətnamədən verilmiş kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxx 2018ci il tarixli, 2(102)-5048/2018 nömrəli qərarı ilə Sumqayıt Apellyasiya Məhkəməsinin MK-nın 2(105)-115/2018 nömrəli, xx xxxx 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bundan sonra qətnamə icra edilməsi üçün Quba rayon İcra Probasiya şöbəsinə göndərilmişdir. Cavabdeh3 xx.xx.2018-ci il tarixli icraata başlamaq haqqında qərarı verilmişdir. Lakin icraata başlamaq haqqında qərarda səhvlər olduğundan, həmin qərardan məhkəməyə şikayət vermişdir. Həmin şikayət icraata qəbul olunmuş və Quba Rayon Məhkəməsinin qərardadı ilə icraata başlamaq haqqında qərar ləğv olunmuşdur. Bundan sonra Cavabdeh3 tərəfindən icra vərəqəsinin verildiyi Cavabdeh5-nə məktub göndərilmiş və icra vərəqəsi üzrə sənədlərin geri qaytarılması bildirilmişdir. Lakin buna baxmayaraq xx xxxxxx 2019-cu il tarixdə Cavabdeh5 tərəfindən ona göndərilmiş 21/09, 21/21 və 21/10 saylı bildirişlərdə Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-115/2018 saylı, xx.xx.2018-ci il tarixli icra vərəqəsi üzrə Quba şəhəri, Fətəlixan küçəsində yerləşən 14B nömrəli evin 2 saylı mənzilinin 55000 manata, Quba şəhərində yerləşən 0,176 ha torpaq sahəsinin 109816 manat və Quba şəhəri, 29-cu məhəllədəki 1,5 ha torpaq sahəsində yerləşən 2456,4 kv.m ümumi, 2866,7 kv.m tikinti altı sahədən ibarət 1 mərtəbəli əmlak kompleksinin ******* manata xx xxxxxx 2019-cu il tarixdə saat 11:00-da keçiriləcək açıq hərracda satılmasına dair məlumat verilmişdir. Lakin hərracın nəticələri barədə bizə heç bir məlumat verilməmişdir. Bundan sonra xx xxxxxx 2019-cu il tarixdə Cavabdeh5 tərəfindən göndərilmiş 21/09-01, 21/21-1 və 21/10-1 saylı bildirişlərdə Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-115/2018 saylı, xx.xx.2018-ci il tarixli icra vərəqəsi üzrə Quba şəhəri, Fətəlixan küçəsində yerləşən 14B nömrəli evin 2 saylı mənzilin ilkin satış qiymətindən 15% endirimli 46750 manata, Quba şəhərində yerləşən 0,176 ha torpaq sahəsinin ilkin satış qiymətindən 15% endirimli 93343 manata və Quba şəhəri, 29-cu məhəllədəki 1,5 ha torpaq sahəsində yerləşən 2456,4 kv.m ümumi, 2866,7 kv.m tikinti altı sahədən ibarət 1 mərtəbəli əmlak kompleksinin ilkin satış qiymətindən 15% endirimli ******* manata xx xxxxxx 2019-cu il tarixdə saat 11:00-da keçiriləcək açıq hərracda satılmasına dair məlumat verilmişdir. Lakin hərracın nəticələri barədə heç bir məlumat verilməmişdir. Çox maraqlıdır ki, bundan sonra xx xxx 2019-cu il tarixdə Cavabdeh5 tərəfindən göndərilmiş 21/09-02, 21/21-2 və 21/10-2 saylı bildirişlərdə Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-115/2018 saylı, xx.xx.2018-ci il tarixli icra vərəqəsi üzrə Quba şəhəri, Fətəlixan küçəsində yerləşən 14B nömrəli evin 2 saylı mənzilin ilkin satış qiymətindən 15% endirimli 46750 manata, Quba şəhərində yerləşən 0,176 ha torpaq sahəsinin ilkin satış qiymətindən 15% endirilmli 93343 manata və Quba şəhəri, 29cu məhəllədəki 1,5 ha torpaq sahəsində yerləşən 2456,4 kv.m ümumi, 2866,7 kv.m tikinti altı sahədən ibarət 1 mərtəbəli əmlak kompleksinin ilkin satış qiymətindən 15% endirimli ******* manata xx xxxx 2019-cu il tarixdə saat 11:00-da keçiriləcək açıq hərracda satılmasına dair məlumat verilmişdir. Lakin hərracın nəticələri barədə bizə heç bir məlumat verilməmişdir. Yenidən Cavabdeh5 tərəfindən 4-cü dəfə xx xxxxxx 2019-cu il tarixdə onlara göndərilmiş 21/09-01, 21/21-1 və 21/10-1 saylı bildirişlərdə Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-115/2018 saylı, xx.xx.2018-ci il tarixli icra vərəqəsi üzrə Quba şəhəri, Fətəlixan küçəsində yerləşən 14B nömrəli evin 2 saylı mənzilin ilkin satış qiymətindən 15% endirimli 46750 manata, Quba şəhərində yerləşən 0,176 ha torpaq sahəsinin ilkin satış qiymətindən 15% endirilmli 93343 manata və Quba şəhəri, 29-cu məhəllədəki 1,5 ha torpaq sahəsində yerləşən 2456,4 kv.m ümumi, 2866,7 kv.m tikinti altı sahədən ibarət 1 mərtəbəli əmlak kompleksinin ilkin satış qiymətindən 15% endirimli ******* manata xx xxxxxxxx 2019-cu il tarixdə saat 11:00-da keçiriləcək açıq hərracda satılmasına dair məlumat verilmişdir. Göründüyü kimi, Cavabdeh5 tərəfindən İpoteka Haqqında Azərbaycan Respublikası Qanunun, Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələbləri pozularaq onlara məxsus əmlakın satılmasına dair düz 4 dəfə hərrac keçirilmişdir. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: Cavabdeh «xxxx» MMC-nin səlahiyyətli nümayəndəsi H.Cəfərli apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş və işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət edir. Məhkəmə qətnaməsində göstərmişdir ki, “hərracın nəticələri barədə iddiaçılara heç bir məlumat verilməmişdir”. Məhkəmə heç bir hüquqi əsas olmadan hərracın yekunları barədə protokolun ləğv edilməsi barədə qətnamə qəbul etmişdir. Hərracın keçirilməsi ilə bağlı qanunvericilikliyin heç bir tələbi pozulmamışdır. Quba Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(027)-233/2020 saylı qətnaməsinin ləğv edilməsini, iddia tələbinin rədd olunması barədə qətnamə qəbul olunmasını məhkəmə kollegiyasından xahiş etmişdir. Cavabdeh4-nin nümayəndəsi Ş.B.Sadıqov məhkəmədə hazırda iddiaçı tərəfindən borc məbləğinin tam şəkildə ödənildiyini, mübahisə olunan əmlakların hərracdan çıxarılmasını bildirib, apellyasiya şikayətinin həllini məhkəmə kollegiyasının mülahizəsinə verdi. Cavabdeh Quba Regional “Asan Xidmətinin” Mərkəzində Notariat ofisinin nümayəndəsi məhkəməyə müraciət edərək işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. İş üzrə İddiaçı1 və “İddiaçı2”, cavabdehlərin nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilmiş tərəfin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə məhkəmə işə baxmağa haqlıdır. Məhkəmə kollegiyası işdə iştirak edən tərəfin nümayəndəsinin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək hesab edir ki, aşağıdakılara görə apellyasiya şikayəti təmin edilməməlidir, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R: İşdən görünür ki, birinci instansiya məhkəməsi qətnamə ilə iddianı qismən təmin edərkən, hərracın nəticələri barədə iddiaçılara heç bir məlumat verilməməsinə istinad etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır, işin məhkəmə iclasında araşdırılmış faktiki hallarına uyğundur. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan, məhkəmə kollegiyası hesab edir ki, cavabdehin nümayəndəsi H.Cəfərlinin apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən, apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduğundan, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən, maddi və prosessual hüquq normalarına düzgün riayət edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. İş materiallarında olan Quba Rayon Məhkəməsinin xx xxx 2016-ci il tarixli, 2(027)- 90/2016 nömrəli qətnaməsindən görünür ki, iddia qismən təmin edilmiş, İddiaçı1, İddiaçı2ndən və X6 «xxxx» QSC-nin xeyrinə 445128,15 ABŞ dolları əsas kredit borcu, 30477,10 ABŞ dolları faiz borcu və 1000 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 476605,25 ABŞ dolları (Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ödəniş gününə manata uyğun məzənnə nəzərə alınmaqla) məbləğində pulun və ödənilmiş 19 manat dövlət rüsumunun tutulması, tutmanın İddiaçı1 məxsus olan Quba şəhəri, Fətəlixan küçəsindəki 0,1747 ha torpaq sahəsində yerləşən 14B nömrəli evin 2 nömrəli mənzilinə, İddiaçı1 məxsus olan Quba şəhərində yerləşən 0,176 ha torpaq sahəsinə və İddiaçı2nə məxsus olan Quba şəhəri, 29-cu məhəllədəki 1,50 ha torpaq sahəsi üzərində yerləşən 2454,4 kv.metr ümumi, 2866,7 kv.metr tikintialtı sahədən ibarət 1 mərtəbəli əmlak kompleksi kimi müəssisəyə yönəldilməsi, həmin əmlakların hərrac yolu ilə satılmaqla satışdan əldə ediləcək vəsait hesabına cavabdeh İddiaçı1 “xxxx” QSC-yə olan kredit borcunun, kreditdən istifadəyə görə faizlərin, cərimənin və dövlət rüsumunun ödənilməsi, qalan məbləğin cavabdehlərə verilməsi, hərraca çıxarılarkən ipoteka predmeti olan İddiaçı1 məxsus Quba şəhəri, Fətəlixan küçəsi, 14B nömrəli evin 2 nömrəli mənzilinin ilkin satış qiymətinin 39410,70 manat məbləğində, İddiaçı1 məxsus olan Quba şəhərində yerləşən 0,176 ha torpaq sahəsinin ilkin satış qiymətinin 109816 manat məbləğində, İddiaçı2nə məxsus olan Quba şəhəri, 29-cu məhəllədəki 1 mərtəbəli əmlak kompleksi kimi müəssisənin ilkin satış qiymətinin 705870 manat məbləğində müəyyən edilməsi, ipoteka ilə yüklü edilmiş daşınmaz əmlaklar satıldıqdan sonra ən geci bir ay müddətində boşaldılmaları qət olunmuş, qalan hissədə ilk iddia və qarşılıqlı iddia təmin olunmamışdır . İşə əlavə olan Sumqayıt Apellyasiya Məhkəməsinin MK-nın 2(105)-115/2018, xx xxxx 2018-ci il tarixli qətnaməsindən görünür ki, cavabdehlər İddiaçı2, İddiaçı1 və E.K.Ağayevanin apellyasiya şikayəti qismən təmin edilərək Quba Rayon Məhkəməsinin xx xxx 2016-cı il tarixli, 2(027)-90/2016 saylı qətnaməsi ipoteka predmetləri olan Quba şəhəri, Fətəlixan küçəsində yerləşən 14B nömrəli evin 2 saylı mənzilinin və İddiaçı2nə məxsus olan Quba şəhəri, 29-cu məhəllədəki 1,50 ha torpaq sahəsi üzərində yerləşən 2454,4 kv.metr ümumi, 2866,7 kv.metr tikinti altı sahədən ibarət 1 mərtəbəli əmlak kompleksi kimi müəssisənin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində dəyişdirilmiş, ipoteka predmetləri olan Quba şəhəri, Fətəlixan küçəsində yerləşən 14B nömrəli evin 2 saylı mənzilinin ilkin satış qiyməti 55000 manat, İddiaçı2nə məxsus olan Quba şəhəri, 29-cu məhəllədəki 1,50 ha torpaq sahəsi üzərində yerləşən 2454,4 kv.metr ümumi, 2866,7 kv.metr tikinti altı sahədən ibarət 1 mərtəbəli əmlak kompleksi kimi müəssisənin ilkin satış qiyməti ******* manat müəyyən edilmiş, apellyasiya şikayətinin verilməsi üçün cavabdehlər İddiaçı2, İddiaçı1 və K.K.Ağayeva tərəfindən ödənilmiş 15 manat dövlət rüsumu onların özlərinə aid edilməsi, iş üzrə ekspertiza tədqiqatlarının dəyəri olan 400 manatın 200 manat hissəsi İddiaçı1, İddiaçı2ndən, X6, 200 manat hissəsi «xxxx» QSC-dən tutularaq “X10” MMC-nin VÖEN:**********, Hesab N AZN: AZ30GUNA******************** hesabına köçürülsün. Təkrar ekspertiza tədqiqatının dəyəri olan 1500 manat pulun 1000 manat hissəsi İddiaçı1, İddiaçı2ndən, X6 müştərək qaydada, 500 manat hissəsi «xxxxk» QSCdən tutularaq “xxxx” MMC-nin bankda olan VÖEN: **********, cari hesab AZ53PAHA******************** hesabına köçürülməsi, qətnamənin İddiaçı1, İddiaçı2ndən və X6 «xxxx» QSC-nin xeyrinə 445128,15 ABŞ dolları əsas kredit borcu, 30477,10 ABŞ dolları faiz borcu və 1000 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 476605,25 ABŞ dolları (Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ödəniş gününə manata uyğun məzənnə nəzərə alınmaqla) məbləğində pulun və ödənilmiş 19 manat dövlət rüsumunun tutulması, tutmanın İddiaçı1 məxsus olan Quba şəhəri, Fətəlixan küçəsindəki 0,1747 ha torpaq sahəsində yerləşən 14B nömrəli evin 2 nömrəli mənzilinə, İddiaçı1 məxsus olan Quba şəhərində yerləşən 0,176 ha torpaq sahəsinə və İddiaçı2nə məxsus olan Quba şəhəri, 29-cu məhəllədəki 1,50 ha torpaq sahəsi üzərində yerləşən 2454,4 kv.metr ümumi, 2866,7 kv.metr tikintialtı sahədən ibarət 1 mərtəbəli əmlak kompleksi kimi müəssisəyə yönəldilməsi, həmin əmlakların hərrac yolu ilə satılmaqla satışdan əldə ediləcək vəsait hesabına cavabdeh İddiaçı1 “xxxx” QSC-yə olan kredit borcunun, kreditdən istifadəyə görə faizlərin, cərimənin və dövlət rüsumunun ödənilməsi, qalan məbləğin cavabdehlərə verilməsi, hərraca çıxarılarkən ipoteka predmeti olan İddiaçı1 məxsus olan Quba şəhərində yerləşən 0,176 ha torpaq sahəsinin ilkin satış qiymətinin 109816 manat məbləğində müəyyən edilməsi, ipoteka ilə yüklü edilmiş daşınmaz əmlaklar satıldıqdan sonra ən geci bir ay müddətində boşaldılması, qalan hissədə ilk iddia və qarşılıqlı iddianın təmin olunmaması hissəsində dəyişdirilmədən saxlanılması qət edilmişdir. İşə əlavə olan Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxx 2018-ci il tarixli, 2(102)-5048/2018 nömrəli qərarı ilə Sumqayıt Apellyasiya Məhkəməsinin MK-nın 2(105)115/2018 nömrəli iş üzrə xx xxxx 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Cavabdeh5 tərəfindən sifarişçi Quba rayon İcra şöbəsinə, ipoteka saxlayan “xxxx” ASC-na, ipoteka qoyan İddiaçı1, İ.İ.Əfəndiyevə, İ.K.Ağayeva və İddiaçı2nə göndərilmiş xx xxxxxx 2019-cu il tarixli 21/09, 21/21 və 21/10 saylı bildirişlərdən görünür ki, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-115/2018 saylı, xx.xx.2018-ci il tarixli icra vərəqəsi üzrə Quba şəhəri, Fətəlixan küçəsində yerləşən 14B nömrəli evin 2 saylı mənzilinin 55000 manata, Quba şəhərində yerləşən 0,176 ha torpaq sahəsinin 109816 manat və Quba şəhəri, 29-cu məhəllədəki 1,5 ha torpaq sahəsində yerləşən 2456,4 kv.m ümumi, 2866,7 kv.m tikinti altı sahədən ibarət 1 mərtəbəli əmlak kompleksinin ******* manata xx xxxxxx 2019-cu il tarixdə saat 11:00-da keçiriləcək açıq hərracda satılmasına dair məlumat verilmişdir. İş materiallarında olan Cavabdeh5 tərəfindən sifarişçi Quba rayon İcra şöbəsinə, ipoteka saxlayan “xxxx” ASC-na, ipoteka qoyan İddiaçı1, İ.İ.Əfəndiyevə, İ.K.Ağayevaya və İddiaçı2nə göndərilmiş xx xxxxxx 2019-cu il tarixli 21/09-1, 21/21-1 və 21/10-1 saylı bildirişlərdən görünür ki, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-115/2018 saylı, xx.xx.2018-ci il tarixli icra vərəqəsi üzrə Quba şəhəri, Fətəlixan küçəsində yerləşən 14B nömrəli evin 2 saylı mənzilin ilkin satış qiymətindən 15% endirimli 46750 manata, Quba şəhərində yerləşən 0,176 ha torpaq sahəsinin ilkin satış qiymətindən 15% endirilmli 93343 manata və Quba şəhəri, 29-cu məhəllədəki 1,5 ha torpaq sahəsində yerləşən 2456,4 kv.m ümumi, 2866,7 kv.m tikinti altı sahədən ibarət 1 mərtəbəli əmlak kompleksinin ilkin satış qiymətindən 15% endirimli ******* manata xx xxxxxx 2019-cu il tarixdə saat 11:00-da keçiriləcək açıq hərracda satılmasına dair məlumat verilmişdir. İşə əlavə olan «Cavabdeh5” MMC tərəfindən sifarişçi Quba rayon İcra şöbəsinə, ipoteka saxlayan “xxxx” ASC-na, ipoteka qoyan İddiaçı1, İ.İ.Əfəndiyevə, İ.K.Ağayevaya və İddiaçı2nə göndərilmiş xx xxx 2019-cu il tarixli 21/09-1-2, 21/21-1-2 və 21/10-1-1 saylı bildirişlərdən görünür ki, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-115/2018 saylı, xx.xx.2018-ci il tarixli icra vərəqəsi üzrə Quba şəhəri, Fətəlixan küçəsində yerləşən 14B nömrəli evin 2 saylı mənzilin ilkin satış qiymətindən 15% endirimli 46750 manata, Quba şəhərində yerləşən 0,176 ha torpaq sahəsinin ilkin satış qiymətindən 15% endirilmli 93343 manata və Quba şəhəri, 29-cu məhəllədəki 1,5 ha torpaq sahəsində yerləşən 2456,4 kv.m ümumi, 2866,7 kv.m tikinti altı sahədən ibarət 1 mərtəbəli əmlak kompleksinin ilkin satış qiymətindən 15% endirimli ******* manata xx xxxx 2019-cu il tarixdə saat 11:00-da keçiriləcək açıq hərracda satılmasına dair məlumat verilmişdir. İşdə olan Cavabdeh5 tərəfindən sifarişçi Quba rayon İcra şöbəsinə, ipoteka saxlayan “xxxx” ASC-na, ipoteka qoyan İddiaçı1, İ.İ.Əfəndiyevə, İ.K.Ağayevaya və İddiaçı2nə göndərilmiş xx xxxxxx 2019-cu il tarixli 21/09-1, 21/21-1 və 21/10-1 saylı bildirişlərdən görünür ki, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-115/2018 saylı, xx.xx.2018-ci il tarixli icra vərəqəsi üzrə Quba şəhəri, Fətəlixan küçəsində yerləşən 14B nömrəli evin 2 saylı mənzilin ilkin satış qiymətindən 15% endirimli 46750 manata, Quba şəhərində yerləşən 0,176 ha torpaq sahəsinin ilkin satış qiymətindən 15% endirilmli 93343 manata və Quba şəhəri, 29-cu məhəllədəki 1,5 ha torpaq sahəsində yerləşən 2456,4 kv.m ümumi, 2866,7 kv.m tikinti altı sahədən ibarət 1 mərtəbəli əmlak kompleksinin ilkin satış qiymətindən 15% endirimli ******* manata xx xxxxxxxx 2019-cu il tarixdə saat 11:00-da keçiriləcək açıq hərracda satılmasına dair məlumat verilmişdir. İş materiallarında olan X3 yekunları barədə 45 nömrəli, xx xxxxxxxx 2019-cu il tarixli protokolundan görünür ki, İddiaçı2nə məxsus olan Quba şəhəri, 29-cu məhəllədəki 1,5 ha torpaq sahəsində yerləşən 2456,4 kv.m ümumi, 2866,7 kv.m tikinti altı sahədən ibarət 1 mərtəbəli əmlak kompleksi ilkin satış qiyməti olan ******* (iki milyon yetmiş üç min) manatdan 15% endirimlə ******* (bir milyon yeddi yüz altmış iki min əlli) manata “xxxx” QSC tərəfindən alınmış, həmin protokol Cavabdeh5 və “xxxx” QSC tərəfindən təsdiq edilsə də, Cavabdeh3 tərəfindən təsdiq edilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Eləcə də, Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsində göstərilir ki, mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İnsan Hüquqlarının və X5 Haqqında Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olunmaqla öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququsubyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və X5 haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun xx xxxx 2006-cı il tarixli Qərarının 23-cü bəndində göstərilir ki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsində təsdiq edilmişdir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət toxunulmazlığı təkcə başqalarının şəxsin subyektiv hüquqlarına qəsd etməməsini tələb etmək hüququnu deyil, həm də dövlətin mülkiyyəti qeyri-qanuni qəsdlərdən mühafizə etmək vəzifəsini nəzərdə tutur. «İnsan hüquqlarının və X5 haqqında» Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsində göstərilir ki, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Konstitusiya Məhkəməsi Plenumunun F.Cavadov və V.Aslanovun şikayəti ilə əlaqədar xx xxxxxx 2008-ci il tarixli Qərarında göstərildiyi kimi, öhdəlik münasibətləri tərəflərini intizamlandırmaq, onun yetərincə və vaxtında icra olunmasını təşviq etmək məqsədilə MM-də kreditorla müqayisədə borclu barəsində birbaşa və ya dolayı yüklülük yaradan və əlavə təminat vasitəsi kimi çıxış edən öhdəliklərin icrasının təmin edilməsi üsulları da müəyyənləşdirilmişdir. MM-in 460-cı maddəsinə əsasən girov (ipoteka) belə üsullardan biridir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1-ci maddəsinə görə girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Bu baxımdan, ipoteka əlavə (aksessor) öhdəlik kimi onunla təmin edilmiş öhdəliklərin yerinə yetirilmədiyi və ya yerinə yetirilməsinin gecikdirildiyi hallarda əmlakdan real məhrum olma təhlükəsi yaratdığından, borclunu əsas öhdəliyin vaxtında icrasına sövq edir. Mülki hüquq müqavilələrindən irəli gələn öhdəliklərin icrasının təmin edilməsi ilə bağlı ipotekanın yaranması əsasları, onun dövlət qeydiyyatı, təmin olunmuş borcun və digər mülki hüquqi öhdəliyin ipoteka hesabına ödənilməsi qaydaları, tərəflərin hüquq və vəzifələri “İpoteka haqqında” Qanunla tənzimlənir. Mülki qanunvericiliyə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. (MM-in 317.1-ci maddəsi). “İpoteka haqqında” Qanunun ipoteka predmetinə tutmanın yönəldilməsi əsaslarını müəyyən edən 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Tutma yönəldilən ipoteka predmetinin satış üsullarından biri olan hərracların keçirilmə qaydaları, hərracın baş tutmamış elan edilməsi, bu halda təkrar hərracın keçirilməsi qaydaları və nəticələri “İpoteka haqqında” Qanunun 42 və 43-cü maddələri ilə tənzimlənir. Həmin Qanunun 43.1-ci maddəsinə görə hərraca iki nəfərdən az alıcı gəldikdə; hərracın iştirakçısı olmadıqda; hərracı udmuş iştirakçı hərracın nəticələri barədə protokol imzalamaqdan imtina etdikdə; hərracı udmuş iştirakçı bu Qanunla müəyyən olunmuş müddətdə alış qiymətini tamamilə ödəmədikdə (bu şərtlə ki, ipoteka saxlayanın razılığı ilə həmin müddət uzadılmasın) hərracın təşkilatçısı hərracın baş tutmadığı barədə hərracın keçirilməsinə dair elanın verildiyi kütləvi informasiya vasitəsində məlumat dərc etdirir. “İpoteka haqqında” Qanunun 43.3-43.5-ci maddələrinə əsasən hərracın baş tutmaması barədə elanın dərc edildiyi gündən sonra 10 təqvim günü müddətində ipoteka saxlayan ipoteka qoyanla müqavilə əsasında ipoteka predmetini ilkin satış qiymətilə ala bilər. İpoteka predmetinin ipoteka saxlayan tərəfindən alınması barədə bu Qanunun 43.3cü maddəsində nəzərdə tutulmuş müqavilə baş tutmadıqda birinci hərracın keçirildiyi gündən bir 45 təqvim günündən gec olmayaraq, təkrar hərrac keçirilir. Təkrar hərrac bu Qanunun 42-ci maddəsində nəzərdə tutulmuş qaydada keçirilir. Hərrac təşkilatçısı ipoteka predmetini ilkin satış qiymətilə, bu Qanunun 43.1.2-ci maddəsində nəzərdə tutulmuş səbəbə görə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxarır. “İpoteka haqqında” Qanunun 43.7 və 43.8-ci maddələrinə müvafiq olaraq bu Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər. İpoteka saxlayan təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməzsə, ipotekaya xitam verilir. «İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.4-43.8 və 48-ci maddələrinin şərh edilməsinə dair Konstitusiya Məhkəməsinin Plenumunun xx xxxxxxx 2014-cü il tarixli Qərarında “İpoteka haqqında” Qanunun yuxarıda göstərilən normaları baxımından hərracın təkrar keçirilməsi ilə bağlı qeyd etmişdir ki, “İpoteka haqqında” Qanunun 43-cü maddəsinin mənasından belə nəticəyə gəlmək olar ki, bu Qanunun 42-ci maddəsində göstərilmiş qaydada cəmi iki hərracın keçirilməsi nəzərdə tutulmuşdur. Belə ki, birinci hərracın həmin Qanunun 43.1.2-ci maddəsində nəzərdə tutulmuş səbəbə görə, yəni hərracın iştirakçısının olmamasına görə baş tutmaması nəticəsində təkrar keçirilən hərracda ipoteka predmetinin ilkin satış qiymətinin əvvəlki hərracdakı qiymətindən 15 faiz aşağı qiymətlə satılması nəzərdə tutulmuşdur. Bundan fərqli olaraq, həmin Qanunun 43.1.1, 43.1.3 və 43.1.4-cü maddələrində nəzərdə tutulmuş digər səbəblərə görə (yəni hərraca iki nəfərdən az alıcı gəldikdə, hərracı udmuş iştirakçı hərracın nəticələri barədə protokol imzalamaqdan imtina etdikdə, hərracı udmuş iştirakçı bu Qanunla müəyyən olunmuş müddətdə alış qiymətini tamamilə ödəmədikdə) hərrac baş tutmamış elan edildikdə, ilkin satış qiyməti dəyişməmiş saxlanılır. Birinci hərracdan fərqli olaraq, təkrar hərrac zamanı “İpoteka haqqında” Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal, yəni hərraca iki nəfərdən az alıcının gəlməsi hərracın baş tutmaması halı kimi nəzərdə tutulmamışdır. Belə ki, Qanunun 43.6-cı maddəsinə əsasən təkrar hərracda bir iştirakçı olduğu halda da hərrac baş tutmuş hesab olunur və həmin şəxs hərracın qalibi olur. “İpoteka haqqında” Qanunun 43.1.2, 43.1.3 və 43.1.4-cü maddələrində nəzərdə tutulmuş hallara görə hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka saxlayana ipoteka predmetini təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə almaq imkanı verilir. (“İpoteka haqqında” Qanunun 43.7 və 43.8-ci maddələri). Müraciətdən və Konstitusiya Məhkəməsi Plenumunun iclasındakı çıxışlardan göründüyü kimi, bəzən hərrac təşkilatçısı ipoteka saxlayanın təklifini də hərracın keçirilməsi kimi qiymətləndirərək üçüncü hərracı keçirir. Bundan başqa, müəyyən müddət keçdikdən sonra da icra məmurunun və ya tələbkarın müraciəti əsasında hərracların keçirilməsinə təcrübədə təsadüf edilir. Bununla bağlı Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, təkrar hərrac adı ilə üç və daha çox hərracın keçirilməsi “İpoteka haqqında” Qanunun tələblərindən irəli gəlmir və ipoteka qoyanın hüquqlarının pozulmasına səbəb olur. Belə ki, təkrar hərracın baş tutmaması ipoteka qoyan üçün ipotekaya xitam verilməsindən ibarət “İpoteka haqqında” Qanunun 43.8-ci maddəsində nəzərdə tutulmuş müəyyən hüquqi imkanların yaranması ilə nəticələnir. Qeyd olunduğu kimi, “İpoteka haqqında” Qanunun 43.8-ci maddəsində nəzərdə tutulmuşdur ki, təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka saxlayan tərəfindən ipoteka predmetinin əldə edilməməsi ipotekaya xitam verilməsi ilə nəticələnir. Beləliklə, Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, “İpoteka haqqında” Qanunun 43-cü maddəsində yalnız iki hərracın keçirilməsi nəzərdə tutulduğundan, hər hansı əsasla yeni hərracların keçirilməsi qanuna zidd hesab edilməlidir. “İpoteka haqqında” Qanunun 43.8-ci maddəsində nəzərdə tutulmuş 30 günlük müddətin keçməsindən sonra da ipoteka saxlayanın ipoteka predmetini əldə etmək imkanının olubolmamasına dair müraciətdə qaldırılmış məsələ ilə bağlı Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, “İpoteka haqqında” Qanunda ipoteka saxlayana təkrar hərracın baş tutmamış elan edilməsindən sonra 30 gün müddətində ipoteka predmetini ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə almaq imkanı yalnız bir dəfə verilmişdir. “İpoteka haqqında” Qanunun 43.8-ci maddəsi hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, habelə ipoteka saxlayanı öz hüquqlarından vaxtında istifadə etməsi üçün intizamlandırmaq məqsədini daşıyır. İpoteka saxlayan tərəfindən ipoteka predmetini almaq imkanından vaxtında istifadə edilməməsi, ipoteka qoyan üçün mühüm olan ipotekaya xitam verilməsi imkanından istifadə etmək hüququnu yaradır. Məhkəmə kollegiyası cavabdehin nümayəndəsinin məhkəmə tərəfindən iddiaçılara rəsmi məlumat verilməməsi barədə gəldiyi nəticəni düzgün hesab edilməməsi barədə gətirdiyi dəlili qəbul etmir. Belə ki, “İpoteka haqqında” Qanunun başqa şəkildə şərh edilməsi, yəni ipoteka saxlayana bu imkanın qanunla müəyyən edilmiş müddətdən sonra da yenidən verilməsi, ipoteka qoyanın qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarar. Müraciətdə həmçinin göstərilir ki, “İpoteka haqqında” Qanunun 48-ci maddəsində ipotekaya xitam verilməsinin əsasları sırasında Qanunun 43.8-ci maddəsinin “ipoteka saxlayan təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməzsə” müddəası ipotekaya xitam verilməsinə səbəb olan hal kimi nəzərdə tutulmamışdır. Bundan başqa, “İpoteka haqqında” Qanunda ipotekaya xitam verilməsi göstərilsə də, xitam verilmənin prosessual qaydası, yəni ipotekaya hansı orqan (məhkəmə və ya digər orqan) tərəfindən hansı icraat qaydasında (iddia icraatı və ya məhkəmə qərarlarının icrası qaydasında) xitam verilməli olması qeyd olunmamışdır. Məsələ ilə bağlı Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, ipotekaya xitam verilməsi halları “İpoteka haqqında” Qanunun 48-ci maddəsində göstərilmişdir. Bu hallar sırasına: ipoteka saxlayan və ipoteka qoyanın bu barədə razılığa gəlməsi; əsas öhdəliyə xitam verilməsi; tutmanın yönəldilməsi nəticəsində ipoteka predmetinin satılması; ipoteka predmetinin məhv olması; “İpoteka haqqında” Qanunla nəzərdə tutulmuş digər hallar aid edilmişdir. (“İpoteka haqqında” Qanunun 48.1.1-48.1.5-ci maddələri). Göründüyü kimi, ipoteka saxlayanın təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməməsi halı “İpoteka haqqında” Qanunun 48-ci maddəsində birbaşa göstərilməsə də, həmin Qanunla nəzərdə tutulmuş ipotekaya xitam verilməsinin digər hallarından biri qismində çıxış edir. (“İpoteka haqqında” Qanunun 48.1.5-ci maddəsi). “İpoteka haqqında” Qanunun 43.8-ci maddəsində göstərilən əsasla ipotekaya xitam verilməsinin proseduru ilə bağlı Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, ikinci hərrac keçirildikdən sonra 30 gün müddətində ipoteka saxlayan ipoteka predmetini əldə etmədikdə, ipoteka qoyanın iddiası ilə məhkəmə icraatı qaydasında ipotekaya xitam verilə bilər. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə kollegiyası tərəfin apellyasiya şikayətində göstərilən digər dəlilləri də araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyinəzərindən qanuni və əsaslı olduğundan və işdə, iş üzrə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar olmadığından, iş üzrə məhkəmə qətnaməsi dəyişdirilməməlidir, apellyasiya şikayəti isə təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT E T D İ: Cavabdeh «xxxx» MMC-nin səlahiyyətli nümayəndəsi Hafiz Cəfərlinin apellyasiya şikayəti təmin edilməsin. Quba Rayon Məhkəməsinin bu iş üzrə xx xxxx 2020-ci il tarixli 2(027)-233/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Gülnarə Tağızadə Hakimlər Lətifə Məmmədova Telman Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar