Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-65/2025 29.04.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı atalığın mübahisələndirilməsi və doğum haqqında akt qeydindən uşağın atası kimi onun barəsində olan məlumatların çıxarılması tələbinə dair mülki iş üzrə QƏTNAMƏSİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Fuad Əli oğlu, hakimlər X18 və X1 ibarət tərkibdə, Əliyev Rəşad Ayıl oğlunun katibliyi, İddiaçı, onun vəkili və nümayəndəsi Vəkil iştirakları ilə, İddiaçı Cavabdeh qarşı atalığın mübahisələndirilməsi və doğum haqqında akt qeydindən uşağın atası kimi onun barəsində olan məlumatların çıxarılması tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(060)-484/2024 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. AZ-İ 451636 saylı nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı ilə X4 arasında olan nikah Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2019cu il tarixli qətnaməsinə əsasən pozulmuşdur.
2. AZ-İİ 228943 nömrəli, AZ-İİ 413275 nömrəli, AZ-İİİ 393311 nömrəli doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, tərəflərin birgə nikahlarından xx.xx.2008-ci il təvəllüdlü X8, xx.xx.2009-cu il təvəllüdlü X9 və xx.xx.2014-cü il təvəllüdlü X10 adlı uşaqları doğulmuşdur.
Birinci instansiya məhkəməsindəki icraat
3. İddiaçı Cavabdeh qarşı atalığın mübahisələndirilməsi və doğum haqqında akt qeydindən uşağın atası kimi onun barəsində olan məlumatların çıxarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun xx.xx.2014-cü il təvəllüdlü X5 atası olmadığının müəyyən olunması və Sumqayıt Şəhər Qeydiyyat Şöbəsi tərəfindən X10 barəsində 12 dekabr 2014-cü il tarixdə tərtib olunmuş 1901 №-li doğum haqqında akt qeydindən uşağın atası kimi onun barəsində olan məlumatların çıxarılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir.
4. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.2010-cu il tarixdə cavabdeh X4 ilə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuşdur. Bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 2010-cu il mart ayının 12-ci günündə 319 № ilə qeyd edilmişdir. Birgə nikah zamanı üç övladı anadan olmuşdur: xx.xx.2008-ci il təvəllüdlü X8, xx.xx.2009-cu il təvllüdlü X9 və xx.xx.2014-cü il təvəllüdlü X10. Sumqayıt Şəhər Məhkəməsinin 12 noyabr 2019-cu il tarixli, 2(060)-9277/2019 saylı qətnaməsi ilə onunla X4 arasında Sumqayıt şəhər Qeydiyyat şöbəsində xx.xx.2010-cu il tarixdə 319 nömrəli akt qeydi ilə bağlanmış nikahın pozulması, nikah pozulduqdan sonra birgə nikahdan olan xx.xx.2008-ci il təvəllüdlü X8, xx.xx.2009-cu il təvəllüdlü X9 və xx.xx.2014-cü il təvəllüdlü X5 anaları X2 yanında qalmaları, 13 may 2019-cu il tarixdən başlayaraq ondan xx.xx.2008-ci il təvəllüdlü X7, xx.xx.2009-cu il təvəllüdlü X9 və xx.xx.2014-cü il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşağa görə 120 manat olmaqla, cəmi 360 (üç yüz altmış) manat sabit pul məbləğində alimentin tutularaq X3 ödənilməsi qət edilmişdir. Onu da məhkəmənin nəzərinə çatdırır ki, hələ nikahları pozulmamışdan əvvəl cavabdeh 2019-cu ilin may ayında onunla rəsmi nikahda olduğu halda heç kimə bir xəbər vermədən uşaqları da götürüb Ağa adlı bir oğlanla qoşulub qaçmışdır. Qeyd edir ki, xx.xx.2014-cü il təvəllüdlü X5 bioloji atası olmamağını təzəlikcə bacısı Aytəndən öyrənmişdir. Bacısı Aytən əmisi qızı Elnarədən eşitmişdir ki, Elnarənin qardaşı Elnurla cavabdehin münasibəti olmuş, Murad onun uşağıdır. Belə ki, Elnurun həyat yoldaşı Elnurun telefonunda cavabdehlə olan yazışmalarını görmüş və onların arasında qadın-kişi münasibətlərinin olduğu, uşagın atasının Elnur olduğuna dair yazışmaların şahidi olmuşdur. Bu barədə o, baldızı onun əmisi qızı Elnarəyə danışmış, o da öz növbəsində bacısına bildirmişdir. Bacısı isə ona bu haqda üstüörtülü təzəlikcə bildirmişdir. İnanmaq istəməsə də uşağın əmisi oğluna oxşarlığı onda həqiqətən şübhə yaratmışdir ki, uşaq ondan deyil. Həmçinin bu məsələni araşdırarkən cavabdehin qoşulub getdiyi Ağa adlı şəxsin anası da təsdiq etmişdir ki, cavabdehin Elnurla telefon danışığının şahidi olmuş, cavabdeh Elnura bildirmişdir ki, “gəl, uşağına sahib çıx”. Hazırda əmindir ki, uşaq ondan deyil. Görünüşü də qətiyyən ona bənzəmir, bioloji atası o deyil. Aralarında rəsmi nikah olduğundan doğum haqqında şəhadətnamədə uşağın atası kimi onun adı qeyd olunmuşdur. Hesab edir ki, xx.xx.2014-cü il təvəllüdlü X10 onun uşağı deyil. Cavabdehlə aralarında rəsmi nikah olduğundan doğum haqqında şəhadətnamədə uşağın valideyni kimi onun adı qeyd olunmuşdur. Yuxarıda qeyd etdiklərinə əsasən, o, iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişdir.
5. Məhkəmə iclasında iştirak edən İddiaçı etibarnamə üzrə nümayəndəsi Vəkil izahatında göstərmişdir ki, cavabdeh məhkəmə proseslərindən xəbərdardır. Cavabdeh ekspert rəyinin onun ziyanına olacağını bildiyi üçün ekspertizaya getməkdən imtina etmişdir.
6. İşin tam və obyektiv araşdırılması ilə əlaqədar Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü tarixli qərardadı ilə iş üzrə məhkəmə məhkəmə-tibbi bioloji ekspertizası təyin edilmişdir.
7. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X13” X19 xx.xx.2024-cü il tarixli, 9/206 saylı məktubundan görünür ki, cavabdehin ekspertiza keçirilməsi üçün təyin edildiyi gün Şöbəyə getməməsi əsası ilə hazırkı iş üzrə məhkəmə tibbi biologiya ekspertizasının keçirilməsi mümkün olmamışdır.
8. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(060)-484/2024 nömrəli qətnaməsi ilə (hakim Günel Tanrıverdiyeva) iddia təmin edilməmişdir.
9. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, hazırkı iş üzrə İddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilməmiş, məhkəməyə bu halları təsdiq edən hər hansı sübut təqdim etməmişdir. Belə ki, ailə qanunvericiliyində hüquqi atalıq prezumpsiyası nəzərdə tutulmuşdur. Yəni uşaq aralarında nikah bağlanmış şəxslərdən olduqda, uşağın atası ananın əri hesab olunur. Atalıq ərlə ananın nikahı haqqında qeyddə təsdiq olunur. Hazırki halda İddiaçı xx.xx.2014-cü il təvəllüdlü Murad Süleymanzadənin atası kimi qeydə alınmış, təxminən 10 ildən sonra iddiaçı atalığın mübahisələndirilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etsə də, iddia ərizəsini ehtimallarla əsaslandırmış, məhkəməyə iddia tələbini təsdiq edən hər hansı sübut (özəl məhkəmə ekspertizasının rəyi, şahid ifadələri və s.) təqdim etməmişdir.
10. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Ailə Məcəlləsinin 44.2, 158.1, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 78.2, 97.5, 119.1, 217.3, 217.4-cü maddələrinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli qərarının tələbləri ilə əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
11. Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(060)-484/2024 nömrəli qətnaməsinin ləğv edilərək, iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarmasını xahiş etmişdir.
12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-484/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadı ilə məhkəmə tibbi-bioloji ekspertizası təyin edilməsi qərara alınmışdır. Qeyd etmişdir ki, cavabdehlə arasında olan nikah xeyli müddətdir ki, pozulmuşdur. Uşaqlar isə anaları ilə qalmışdırlar. Bildirmişdir ki, məhkəmə ekspertizasının keçirilməsi qərara alınsa da, cavabdeh ekspertizanın keçirilməsinə şərait yaramamış və xx.xx.2014-cü il təvəllüdlü X6 ekspertiza üçün təyin olunmuş yerə gətirməmişdir. Cavabdeh ekspertizanın keçirilməsinə maneə olmuşdur. Buna baxmayaraq məhkəmə bu halı cavabdehin xeyrinə götürmüş və iddianı rədd etmişdir. Məhkəmə hesab edir ki, hazırkı iş üzrə o, iddia tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilməmişdir. Bir daha qeyd etmişdir ki, uşaqlar anaları ilə qalırlar. O özü isə qeyd oluna ekspertizanın keçirilməsini təmin etmək iqtidarında deyildir. İşin hallarından da aydın görünür ki, məhkəmə qərardadla ekspertiza keçirilməsini qərara alsa da, ekspertiza baş tutmadıqda iddianı rədd etmişdir. Qaldırılan iddianın sübut edilməsi üçün isə məhkəmə ekspertizasının keçirilməsi zəruridir. Nəzərə almaq lazımdır ki, şahid ifadələri kimi sübutlarla hazırkı iddianı sübut etmək absurddur. Bu səbəblə də məhkəmənin qətnaməsini tamamilə əsassız və qanunsuz hesab edir. İşin hallarından da aydın görünür ki, məhkəmə işin hallarını düzgün qiymətləndirməmiş və işi cavabdehin xeyrinə həll etmişdir. Bu səbəblə də qətnaməni əsassız və qanunsuz hesab edir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
13. Apellyasiya şikayətinə qarşı tərəf etiraz təqdim etməmişdir.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
14. Məhkəmə iclasında iştirak edən İddiaçı və onun vəkili və nümayəndəsi Vəkil apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdirlər.
15. Məhkəmə iclasının yeri və vaxtı barədə Cavabdeh məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
16. Maddə 43. Valideynlərin və uşaqların hüquq və vəzifələrinin yaranma əsasları Valideynlərin və uşaqların hüquq və vəzifələri qanunvericiliklə müəyyən olunmuş qaydada uşağın mənşəyinin təsdiq olunmasına əsaslanır.
17. Maddə 44. Uşağın mənşəyinin müəyyən edilməsi (...) 44.2. Uşaq, aralarında nikah bağlanmış şəxslərdən olduqda, eləcə də nikahın pozulması və ya etibarsız sayılması vaxtından və ya uşağın atasının ölümündən 300 gün ərzində doğulduqda, başqa sübutlar yoxdursa, uşağın atası ananın əri (keçmiş əri) hesab olunur. Atalıq ərlə ananın nikahı haqqında qeyddə təsdiq olunur. (...)
18. Maddə 47. Atalığa, analığa dair mübahisə açma 47.1. Bu Məcəllənin 46.1-ci və 46.2-ci maddələrinə uyğun olaraq doğum haqqında şəhadətnamədə valideynlər barədə qeyd haqqında mübahisə yalnız məhkəmə yolu ilə, uşağın valideyni qismində yazılmış şəxsin və ya onun həqiqi valideyninin, habelə uşaq yetkinlik yaşına çatandan sonra onun özünün və ya uşağın qəyyumunun, eləcə də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan hesab edilən valideynin qəyyumunun tələbi ilə açıla bilər. (...)
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
19. Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (...)
20. Maddə 50. Tərəflər (...) 50.3. İddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar. (...)
21. Maddə 54. Əsl olmayan tərəfin əvəz edilməsi 54.1. İddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddiaçının yazılı razılığı ilə iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. Məhkəmə baxışı zamanı iddiaçının və ya cavabdehin əsl iddiaçı və ya cavabdeh ilə əvəz edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun. 54.2. İddiaçı özünün əsl iddiaçı ilə və ya cavabdehin əsl cavabdehlə əvəz edilməsinə razı olmadıqda, məhkəmə işə irəli sürülmüş tələblər üzrə baxır. (...)
22. Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (..)
23. Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
24. Maddə 97. Məhkəmənin ekspertiza təyin etməsi 97.1. İşə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin yazılı qaydada verilən əsaslandırılmış vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. İşdə iştirak edən şəxsin vəsatəti rədd edildikdə məhkəmə bu barədə əsaslandırılmış qərardad qəbul etməlidir. (...) 97.5. Tərəf ekspertizanın keçirilməsində iştirak etməkdən imtina edirsə və ya onun keçirilməsinə mane olursa (ekspertizaya gəlmir, zəruri tədqiqat predmetlərini ekspertə təqdim etmir, ekspertizanın aparılması üçün tələb olunan xərcləri ödəmir və s.) və işin hallarına görə bu tərəfin iştirakı olmadan ekspertizanı keçirmək mümkün deyilsə, məhkəmə hansı tərəfin iştirak etməkdən imtina etməsindən, habelə bunun onun üçün hansı əhəmiyyət kəsb etməsindən asılı olaraq, ekspertiza təyin edilən faktı, onun hüquqi nəticələrini əsaslandırmaqla təsdiq olunmuş və yaxud rədd edilmiş hesab edə bilər.
25. Maddə 372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri (...) 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
26. Maddə 384. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyətləri 384.0. Apellyasiya instansiyası məhkəməsi: (...). 384.0.3. qətnaməni dəyişdirə bilər (...)
27. Maddə 402. Kassasiya şikayəti vermə hüququ 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. (...)
Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri
28. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
29. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunaraq, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi qismən təmin edilməlidir.
30. İş materiallarından görünür ki, İddiaçı rəsmi nikahda olduğu zaman Cavabdeh doğulan xx.xx.2014-cü il təvəllüdlü X5 atası olmasını mübahisələndirmişdir.
31. Belə olan halda iddiaçının bu tələbinin qanunu əsasını Ailə Məcəlləsinin 47.1-ci maddəsi təşkil edir.
32. MPM-in 97.1-ci maddəsinə əsasən, işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin yazılı qaydada verilən əsaslandırılmış vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər...
33. Birinci instansiya məhkəməsi tərəfindən qeyd edilən halın müəyyən edilməsi üçün xx.xx.2024-cü tarixli qərardadla iş üzrə məhkəmə-tibbi bioloji ekspertizası təyin edilmiş, cavabdehin ekspertiza keçirilməsi üçün təyin edildiyi gün şöbəyə getməməsi əsası ilə iş üzrə məhkəmə tibbi biologiya ekspertizasının keçirilməsi mümkün olmamışdır.
34. Birinci instansiya məhkəməsi iddianı rədd edərək qeyd etmişdir ki, iddia tələbinin əsasını təşkil edən halları və faktları sübuta yetirmək vəzifəsi daşıyan iddiaçı həmin hallara dair mötəbər sübutlarını məhkəməyə təqdim etməmişdir.
35. Kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən prosessual hüquq normalarının düzgün tətbiq edilməməsi düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olmuşdur.
36. Belə ki, birinci instansiya məhkəməsi bu cür mübahisələrdə xüsusi bilik tələb edən sualları izah etmək üçün mötəbər sübut növü hesab edilən ekspert rəyinin alınması üçün ekspertizanın keçirilməsində iştirak etməkdən imtina edən və onun keçirilməsinə mane olan şəxsin iş üzrə cavabdeh olmasına baxmayaraq, qətnaməni iddiaçı tərəfindən iddianın sübut edilməməsi ilə əsaslandırmışdır.
37. Kollegiya qeyd edir ki, prosessual qanunvericilik sübut etmə yükünün tələb edən tərəfin üzərində olduğu barədə ümumi prinsipi əks etdirsə də, iddia tələbinin qanuni əsasını təşkil edən maddi hüquq normalarında, habelə mübahisəyə tətbiq edilməli olan digər hüquq normalarında tərəflərdən hansının işin hansı hallarını sübut etməli olması barədə fərqli qaydalar müəyyən oluna bilər. Bu baxımdan hər bir mübahisənin qanuni həllinə imkan verən sübutetmə yükünün düzgün müəyyən olunması işin qanuni həlli baxımından vacib əhəmiyyətə malikdir.
38. İşə apellyasiya qaydasında baxılarkən Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2024-cü il tarixli, 2(105)-1296/2024 qərardadı ilə mülki iş üzrə yenidən məhkəmə tibbi-bioloji ekspertizası təyin edilmiş, ekspertin vəsatəti əsasında tərəflərin məhkəmə ekpertizası mərkəzində iştirakının təmin edilməsi xahiş olunmuşdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X13” X19 xx.xx.2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, ekspertizanın keçirilməsi üçün təyin olunmuş gün ərzində İddiaçı şöbəyə gəlmiş, Cavabdeh isə gəlməmiş və bu səbəbdən ekspertizanın keçirilməsi mümkün olmamışdır.
39. Məhkəmə kollegiyası tərəfindən mülki iş üzrə xx.xx.2024-cü il tarixli qərardadla yenidən məhkəmə tibbi-bioloji ekspertizası təyin edilmiş, ekspertin vəsatəti əsasında tərəflərin məhkəmə ekpertizası mərkəzində iştirakının təmin edilməsi xahiş olunmuşdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X13” X19 xx.xx.2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, ekspertizanın keçirilməsi üçün təyin olunmuş gün ərzində İddiaçı şöbəyə gəlmiş, Cavabdeh isə gəlməmiş və bu səbəbdən ekspertizanın keçirilməsi mümkün olmamışdır.
40. Məhkəmə kollegiyası tərəfindən mülki iş üzrə xx.xx.2025-ci il tarixli qərardadla yenidən məhkəmə tibbi-bioloji ekspertizası təyin edilmiş, ekspertin vəsatəti əsasında tərəflərin məhkəmə ekpertizası mərkəzində iştirakının təmin edilməsi xahiş olunmuşdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X13” X19 xx.xx.2025-ci il tarixli məktubunda qeyd edilmişdir ki, ekspertizanın keçirilməsi üçün təyin olunmuş gün ərzində İddiaçı şöbəyə gəlmiş, Cavabdeh isə gəlməmiş və bu səbəbdən ekspertizanın keçirilməsi mümkün olmamışdır.
41. İş materiallarından görünür ki, təyin edilmiş ekspertizanın keçirilməsi ilə bağlı Cavabdeh həmçinin elektron kabinetinə “AZEMİS” Elekron Məhkəmə İnformasiya sistemi vasitəsilə məlumat yerləşdirilmiş, o cümlədən telefon vasitəsilə şəxsən məlumat verilmişdir.
42. Mülki Prosessual Məcəllənin 97.5-ci maddəsinə əsasən, tərəf ekspertizanın keçirilməsində iştirak etməkdən imtina edirsə və ya onun keçirilməsinə mane olursa (ekspertizaya gəlmir, zəruri tədqiqat predmetlərini ekspertə təqdim etmir, ekspertizanın aparılması üçün tələb olunan xərcləri ödəmir və s.) və işin hallarına görə bu tərəfin iştirakı olmadan ekspertizanı keçirmək mümkün deyilsə, məhkəmə hansı tərəfin iştirak etməkdən imtina etməsindən, habelə bunun onun üçün hansı əhəmiyyət kəsb etməsindən asılı olaraq, ekspertiza təyin edilən faktı, onun hüquqi nəticələrini əsaslandırmaqla təsdiq olunmuş və yaxud rədd edilmiş hesab edə bilər.
43. Görünüyü kimi, məhkəmə tərəfindən dəfələrlə ekspertiza təyin edilmiş, Cavabdeh ekspertizların təyin edilməsi barədə məlumatlı olduğu halda, ekspertizanın keçirilməsində iştirak etməmişdir. Nəticədə cavabeh tərəfin iştirakı olmadan adı çəkilən ekspertizanın keçirilməsi mümkün olmamışdır.
44. Məhkəmə kollegiyası Mülki Prosessal Məcəllənin 97.5-ci maddəsinə əsaslanaraq hesab edir ki, cavabdeh tərəfin iş üzrə təyin edilmiş ekspertizalardan məlumatlı olduğu halda iştirak etməməsi və ekspertizanın keçirilməsinə mane olması, İddiaçı atalığa dair açdığı mübahisə üzrə iddiasının cavabdeh tərəfindən təsdiq edilməsi barədə qənaətə gəlməyə əsas verir.
45. İş materiallarından görünür ki, iddiaçı Cavabdeh qarşı mövcud iddia tələbində həmçinin Sumqayıt Şəhər Qeydiyyat Şöbəsi tərəfindən X10 barəsində 12 dekabr 2014-cü il tarixdə tərtib olunmuş 1901 №-li doğum haqqında akt qeydindən uşağın atası kimi onun barəsində olan məlumatların çıxarılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir.
46. Kollegiya qeyd edir ki, hazırkı iş üzrə cavabdeh həmin tələbə cavab verməli şəxs deyildir, lakin İddiaçı xx.xx.2014-cü il təvəllüdlü X5 atası olmaması ilə bağlı məhkəmə qətnaməsi qanuni qüvvəyə mindiyi təqdirdə müvafiq akt qeydində dəyişikliyin aparılması üçün əsas hesab edilə bilər.
47. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
48. İşin yuxarıda qeyd olunan hallarını nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iş üzrə yeni qətnamə qəbul edilərək iddia tələbi qismən təmin edilməli, İddiaçı xx.xx.2014-cü il təvəllüdlü X5 atası olmaması müəyyən olunmalı, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
Apellyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(060)-484/2024 nömrəli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi qismən təmin edilsin. İddiaçı xx.xx.2014-cü il təvəllüdlü X5 atası olmaması müəyyən olunsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemi”ndə yaradılmış elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.