Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-668/2022 02.02.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi, hakimlər Abasov Şəmsəddin Rizalı oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Bünyatzadə Məsumə Sahib qızının katibliyi ilə, İddiaçı "xxxx" Mənzil Tikinti Kooperativinin Cavabdeh qarşı işgüzar nüfuzu ləkələyən, həqiqətə uyğun olmayan və böhtan xarakterli məlumatların təkzib edilməsi, vurulmuş mənəvi ziyanın ödənilməsi tələbinə dair mülki iş üzrə çıxarılmış Abşeron Rayon Məhkəməsinin 17 dekabr 2021-ci il tarixli, 2(012)-5292/2021 nömrəli qərardadından iddiaçı "xxxx" Mənzil Tikinti Kooperativi tərəfindən verilmiş şikayətə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ Abşeron Rayon Məhkəməsinin 20 oktyabr 2021-ci il tarixli qətnaməsi ilə (hakim E.Məmmədov) iddiaçı "xxxx" Mənzil Tikinti Kooperativinin Cavabdeh qarşı Cavabdeh üzərinə cavabdeh tərəfindən 24 iyul 2021-ci il tarixdə İddiaçı (sədr X1) barəsində Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevə ünvanladığı şikayət ərizəsindəki yaydığı, həqiqətə uyğun olmayan və böhtan xarakterli məlumatları həmin orqanlara ərizə yazılmaqla təkzib edilməsi və üzr istəməsi vəzifəsi qoyulması, Cavabdeh tərəfindən İddiaçı barəsində həqiqətə uyğun olmayan və böhtan xarakterli məlumatların yenidən yayılmasına qadağa qoyulması, İddiaçı barəsində Azərbaycan Respublikası Prezidentinə ünvanladığı ərizəsində yaymış olduğu həqiqətə uyğun olmayan və böhtan xarakterli məlumatlar nəticəsində iddiaçının işgüzar nüfuzunun ləkələnməsi ilə ona dəymiş mənəvi zərərin əvəzi olaraq Cavabdeh 25000 manat 30 manat dövlət rüsumu da daxil olmaqla, cəmi 25030 manat məbləğində pul tutularaq İddiaçınə ödənilməsi barədə iddiasının rədd edilməsi qət edilmişdir İddiaçı "xxxx" Mənzil Tikinti Kooperativi qətnamədən apellyasiya şikayəti vermişdir. Abşeron Rayon Məhkəməsinin 17 dekabr 2021-ci il tarixli qərardadı ilə (hakim E.Məmmədov) iddiaçı "xxxx" Mənzil Tikinti Kooperativinin X2 Abşeron Rayon Məhkəməsinin 20.10.2021-ci il tarixli, 2(012)-5292/2021 saylı qətnaməsindən vermiş olduğu apellyasiya şikayətinin geri qaytarılması qərara alınmışdır. İddiaçı "xxxx" Mənzil Tikinti Kooperativi həmin qərardaddan şikayət vermişdir. Abşeron Rayon Məhkəməsinin 27 dekabr 2021-ci il tarixli qərardadı ilə şikayətin təmin edilməməsi, Abşeron Rayon Məhkəməsinin 17 dekabr 2021-ci il tarixli, 2(012)- 5292/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılması, iddiaçı "xxxx" Mənzil Tikinti Kooperativinin X2 Abşeron Rayon Məhkəməsinin 17.12.2021-ci il tarixli, 2(012)-5292/2021 saylı qərardadından verdiyi şikayət ərizəsi baxılması üçün mülki işlə birlikdə Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İŞİN HALLARİ İddiaçı "xxxx" Mənzil Tikinti Kooperativi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh üzərinə cavabdeh tərəfindən 24 iyul 2021- ci il tarixdə İddiaçı (sədr X1) barəsində Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevə ünvanladığı şikayət ərizəsindəki yaydığı, həqiqətə uyğun olmayan və böhtan xarakterli məlumatları həmin orqanlara ərizə yazılmaqla təkzib edilməsi və üzr istəməsi vəzifəsi qoyulması, Cavabdeh tərəfindən "xxxx" Mənzil Tikinti Kooperativi barəsində həqiqətə uyğun olmayan və böhtan xarakterli məlumatların yenidən yayılmasına qadağa qoyulması, İddiaçı barəsində Azərbaycan Respublikası Prezidentinə ünvanladığı ərizəsində yaymış olduğu həqiqətə uyğun olmayan və böhtan xarakterli məlumatlar nəticəsində iddiaçının işgüzar nüfuzunun ləkələnməsi ilə ona dəymiş mənəvi zərərin əvəzi olaraq Cavabdeh 25000 manat, 30 manat dövlət rüsumu da daxil olmaqla, cəmi 25030 manat məbləğində pul tutularaq İddiaçınə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. ŞİKAYƏTİN DƏLİLLƏRİ İddiaçı "xxxx" Mənzil Tikinti Kooperativi Abşeron Rayon Məhkəməsinin 17 dekabr 2021-ci il tarixli qərardadından şikayət verərək qərardadın ləğv edilməsini xahiş etmişdir. Şikayəti onunla əsaslandırmışdır ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə 9 iyul 2021-ci il tarixli, 364-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu 2021-ci il oktyabrın 1-dən qüvvəyə mindiyinə görə ondan əvvəl verilən iddia ərizələrinə münasibətdə apellyasiya şikayətinin rüsumu yeni dəyişikliklərlə tənzimlənə biməz, yəni məhkəmənin öz qərardadında qeyd etdiyi kimi “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.6-cı maddəsi onun Abşeron Rayon Məhkəməsinin 20.10.2021-ci il tarixli, 2(012)-5292/2021 saylı qətnaməsindən verdiyi apellyasiya şikayətinə görə ödədiyi dövlət rüsumuna şamil deyildir. Onu da vurğulamaq istəyir ki, dövlət rüsumunun ödənilməsi barədə iddiaçının tətbiq etdiyi qanunauyğun ödəmə qaydası üzrə artıq formalaşmış məhkəmə praktikası mövcuddur və demək olar ki, əksər məhkəmələr bu qaydanı tətbiq edir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində, apellyasiya üçün müəyyən olunmuş qaydada baxır. Mülki Prosessual Məcəllənin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 365. maddəsinə əsasən apellyasiya icraatına bu fəslin və bu Məcəllənin müddəaları tətbiq olunur. İş materiallarını araşdıraraq, məhkəmə kollegiyası hesab edir ki, şikayət qismən təmin edilməli, Abşeron Rayon Məhkəməsinin 17 dekabr 2021-ci il tarixli və onunla bağlı 27 dekabr 2021-ci il tarixli qərardadları ləğv edilməli, apellyasiya şikayətinin Azərbaycan Respublikası MPM-nin 360, 362-363-cü maddələrinin tələblərinə uyğunluğunun yoxlanılması üçün mülki iş Abşeron Rayon Məhkəməsinə qaytarılmalıdır. Birinci instansiya məhkəməsi apellyasiya şikayətinin geri qaytarılmasını qanunvericiliklə müəyyən olunmuş məbləğdə dövlət rüsumunun ödənilməməsi ilə əsaslandırmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi bu nəticəni qanuni və əsaslı hesab etmir. Mülki Prosessual Məcəllənin 361.3. maddəsinə əsasən şikayətə dövlət rüsumunun ödənilməsini təsdiq edən sübutlar əlavə edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunun 8.6-cı maddəsinə əsasən apellyasiya, kassasiya və ya əlavə kassasiya şikayətinin, qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılması üçün ərizənin verilməsinə görə bu Qanunun müvafiq olaraq 8.1-ci və 8.2-ci maddələrində müəyyən edilmiş dövlət rüsumunun 50 faizi məbləğində dövlət rüsumu ödənilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə 9 iyul 2021-ci il tarixli, 364-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu 2021-ci il oktyabrın 1-dən qüvvəyə mindiyinə görə ondan əvvəl verilən iddia ərizələrinə münasibətdə apellyasiya şikayətinin rüsumu yeni dəyişikliklərlə tənzimlənə biməz. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, iddiaçı "xxxx" Mənzil Tikinti Kooperativinin şikayəti qismən təmin edilməli, Abşeron Rayon Məhkəməsinin 17 dekabr 2021-ci il tarixli və onunla bağlı 27 dekabr 2021-ci il tarixli qərardadları ləğv edilməli, iddiaçı "xxxx" Mənzil Tikinti Kooperativi tərəfindən verilmiş apellyasiya şikayətinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 360, 362-363-cü maddələrinin tələblərinə uyğunluğunun yoxlanılması üçün və məhkəmə baxışının nəticəsi kimi qanuni və əsaslandırılmış məhkəmə aktının qəbul edilməsi üçün mülki iş Abşeron Rayon Məhkəməsinə qaytarılmalıdır. Mülki Prosessual Məcəllənin 398.0.2. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin, şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. Mülki Prosessual Məcəllənin 399-cu maddəsinə əsasən birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhkəməsi üçün məcburidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 398.0.3., 400 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı "xxxx" Mənzil Tikinti Kooperativinin şikayəti qismən təmin edilsin. Abşeron Rayon Məhkəməsinin 17 dekabr 2021-ci il tarixli və onunla bağlı 27 dekabr 2021-ci il tarixli qərardadları ləğv edilsin. apellyasiya şikayətinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 360, 362-363-cü maddələrinin tələblərinə uyğunluğunun yoxlanılması üçün və məhkəmə baxışının nəticəsi kimi qanuni və əsaslandırılmış məhkəmə aktının qəbul edilməsi üçün mülki iş Abşeron Rayon Məhkəməsinə qaytarılsın. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(105)-668/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-668/2022
02.02.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver