Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-693/2021 19.05.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlu sədrliyi və məruzəsi, hakimlər Abasov Şəmsəddin Rizalı oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Dadaşova Aynur Asif qızının katibliyi, iddiaçı xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçılar X4 və “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı öhdəliyin icra edilməməsi nəticəsində vurulmuş zərərin ödənilməsi tələbinə dair mülki iş üzrə Sumqayıt şəhər məhkəməsinin 22 sentyabr 2020-ci il tarixli, 2(060)-1978/2020 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ Sumqayıt şəhər məhkəməsinin 22 sentyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakim R.Qoşqarlı) iddianın qismən təmin edilməsi, Cavabdeh 25200 ABŞ dolları məbləğində pulun (ödəniləcək günə manat ilə məzənnəsi hesablanmaqla) alınaraq “xxxx” MMC-yə göndərilməsi, iş üzrə ödənilmiş 30 manat dövlət rüsumu Cavabdeh alınaraq iddiaçı X3 ödənilməsi, iddia tələbinin qalan hissədə rədd edilməsi qət edilmişdir. Cavabdeh qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ X4 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh öhdəliyin icra edilməməsi nəticəsində 170100 ABŞ dolları gecikdirilmiş beş faiz borcu və 350000 manat məbləğində “xxxx” MMC-yə dəymiş zərərin ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İddiaçı X4 iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, 151200 ABŞ dolları və 350000 manat məbləğində vurulmuş zərərin əvəzini tutulub ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, iş adamı olaraq 2013-cü il tarixində Cavabdeh ilə öz aralarında razılaşaraq Dubaydan ucuz qiymətə ona 6 ədəd " Mersedes " 4140 markalı özüboşaldan yük avtomobili gətirməli idi. Bunun müqabilində o, nəğd şəkildə cavabdehə hissə - hissə 131500 ( yüz otuz bir min beş yüz ) ABŞ dolları məbləğində pul vermişdir. Hal - hazırda direktoru olduğu " xxxx " MMC- yə bu cür avtomobillər lazım idi, buna görədə o, cavabdehə inanıb bu məbləğdə pulu vermiş, eyni zamanda cavabdehin dediyinə görə o zaman Dubayda həmin avtomobillərin qiyməti ucuz idi. Bir qədər keçdikdən sonra məlum oldu ki, Cavabdeh heç bir avtomobil gətirməmiş və o, aldadıldığını başa düşmüşdür. Bundan sonra o, cavabdehlə görüşüb sadə formada əqd yazmasını tələb etmiş və həmin əqdin əsasında o, Sumqayıt Şəhər Məhkəməsinə müraciət etmişdir. Sumqayıt Şəhər Məhkəməsi ədalətli qərar çıxararaq 126000 (yüz iyirmi altı min) ABŞ dolları məbləğində borcun qaytarılması barədə iddiası təmin etmişdir. Həmin qətnamə Apelyasiya və Ali Məhkəmədə baxılaraq qüvvədə saxlanılmışdır. Lakin buna baxmayaraq cavabdeh məqsədyönlü olaraq borcun qaytarmaqdan yayınır. Dəfələrlə icraçı tərəfdən qanuna müvafiq tədbirlərin görülməsinə baxmayaraq borcu qaytarmır, bunuda nəticəsində rəhbəri olduğu " xxxx " MMC tam gücü ilə işləyə bilmir, buna görədə real gəlirdən məhrum olur və maddi cəhətdən çətinliklərlə üzləşir. Bunun nəticəsində müəssiyə külli miqdarda ziyan dəymişdir, bu səbəbdən iş yerlərinin azaldılması məcburiyyəti ilə üzləşmişdir. Həmin pulu aldıqdan sonra cavabdeh onunla razılaşdıqları kimi avtomobil deyil əvəzinə yarasız ehtiyyat hissələri gətirərək onu aldatmışdır. Bundan sonra 2017- ci il tarixdə Cavabdeh bir qədər irəli gedərək onun direktoru olduğu " xxxx " MMC- yə qarşı "ehtiyyat hissələrinin və ya onun dəyərinin ödənilməsi" tələbinə dair Binəqədi məhkəməsinə müraciət etmiş və Binəqədi məhkəməsi Gömrük deklarasiyası olmadan onun iddiasını təmin etmişdir. Hal hazırda cavabdeh onlara olan borcla həmin borcu əvəzləşdirmək üçün ondan 30000 (otuz min) ABŞ dolları məbləğində pul almış və barışıq müqaviləsidə imzalamır, bunula əlaqədar o, Binəqədi rayon polis idarəsinə müraciət etmiş və hal - hazırda araşdırma aparılır. Cavabdeh heç bir borcu ödəmir bunuda nəticəsində müəsissəyə külli miqdarda zərər dəymişdir və öhdəliyə əməl etmədiyinə görə müəsissənin işi zəifləmiş və müflis olma həddinə çatmışdır. Hal - hazırda qətnamə üzrə cavabdehin mənə olan borcu 126000 (yüz iyirmi altı min) ABŞ dolları təşkil edir. Gecikdirilmiş vaxt üçün illik beş faiz ödəmə borcu (126000 * 5 % = 6300 * 7 = 44100 + 126000 = 170100 ABŞ dolları) yaranıbdır. Bununlada 126000 ABŞ dolları əsas borc, 6300 illik beş faiz, 7 il ərzində faiz borcu 44100 ABŞ dolları ümumilikdə 170100 (yüz yetmiş min yüz) ABŞ dolları məbləğində gecikdirilmiş vaxt üçün borc yaranıbdır. Eyni zamanda Binəqədi Rayon Məhkəməsində qaldırılmış "xxxx" MMC-yə qarşı iddia ilə əlaqədar müəsissəyə külli miqdarda zərər vurulmuşdur və real gəlirdən məhrum edilmişdir. Bu iddia ilə əlaqədar "xxxx " MMC Cavabdeh 20000 (iyirmi min) manata yaxın Binəqədi icra şöbəsi vasitəsilə ödəniş edilibdir və cavabdehin özünə əlbəəl ödənilmiş 30000 ABŞ dolları məbləğində pulu alaraq Sumqayıt icra idarəsinin icraatında olan işlə əvəzləşdirilməli idi. Lakin bu pulları aldıqdan sonra barışıq müqaviləsi yazmaqdan yayınır. Cavabdeh 30000 ABŞ dolları alan zaman bildirmişdir ki, bu məbləği heç kim bilməsin, çünki Sumqayıt icra idarəsi ondan 7 faiz icra haqqı tələb edəcək buna görə də onlar bilməsinlər. Cavabdehin bütün hərəkətlərindən və ya hərəkətsizliyindən "xxxx" MMC 350000 (üç yüz əlli min) manat məbləğində ziyan dəymişdir. Buna görə də borcun qaytarılması tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdeh Sumqayıt şəhər məhkəməsinin 22 sentyabr 2020-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan faktlar araşdırılmamış, həmin nəticə işin hallarına uyğun olmamış, göstərilən səhv nəticəyə görə maddi və prosessual hüquq normaları pozulmuşdur. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATİ Məhkəmə kollegiyasının iclasında dindirilən iddiaçı xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X5 apellyasiya şikayətinin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının əvvəlki iclasında dindirilən Cavabdeh apellyasiya şikayətini müdafiə edərək, izahatında qətnamənin təmin edilmiş hissəsində ləğv edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə iddiaçı X3 məlumat verilməsinə baxmayaraq, məhkəmə kollegiyasının iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəmə kollegiyasına heç bir məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2. maddəsinə əsasən iddiaçı X2 iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. İş materiallarını araşdırıb, məruzəçini və iddiaçının nümayəndəsinin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti qismən təmin edilməli, Sumqayıt şəhər məhkəməsinin 22 sentyabr 2020-ci il tarixli qətnaməsi qismən ləğv edilməli və iş üzrə yeni qətnamə qəbul edilməlidir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Mülki Prosessual Məcəllənin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Birinci instansiya məhkəməsi iddia tələbinin qismən təmin edilməsi barədə gəldiyi nəticəni iddianın dəlilləri əsaslı olmaqla onun əsası kimi istinad edilən halların qanuni qüvvəsini almış məhkəmə aktları ilə təsdiqlənməsi ilə əsaslandırmışdır. Cavabdeh birinci instansiya məhkəməsinin gəldiyi nəticədən narazı qalaraq, qətnaməni mübahisələndirmiş, verdiyi apellyasiya şikayətində qətnamənin ləğv edilməsini xahiş etsə də, qətnaməni iddianın təmin edilmiş hissəsini mübahisələndirdiyini qeyd etmişdir. Konstitusiya Məhkəməsinin Plenumu məhkəmə aktlarının qanuniliyinin və əsaslılığının yoxlanılmasının hədləri ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikasının Konstitusiyasında demokratik dövlətin təbiətini və mahiyyətini əks etdirən, insan və vətəndaş hüquq və azadlıqlarının təminatını nəzərdə tutan prinsiplər təsbit edilmişdir. Mülki proses iştirakçılarının əsas hüquqları Konstitusiyada təsbit edilmiş prinsiplərə əsaslanmaqla, bütün mülki mühakimə icraatının, o cümlədən apellyasiya icraatı üçün həlledici əhəmiyyət kəsb edən, həmçinin bu hüquqların səmərəli həyata keçirilməsini təmin edən mülki mühakimə icraatının əsas prinsiplərində öz əksini tapmışdır. Konstitusiya Məhkəməsinin Plenumu bir sıra qərarlarında göstərilən prinsiplərin mahiyyətini açıqlayaraq, bu prinsiplər baxımından apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərinə dair öz mövqeyini ifadə etmişdir (Konstitusiya Məhkəməsinin 09.12.2013-cü il tarixli qərarı). “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 20 may 2011-ci il tarixli qərarında müəyyən edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İşdən görünür ki, iddiaçı Mahir Alıyev qüvvədə olan məhkəmə aktı ilə tutulmuş pul vəsaitinin cavabdeh tərəfindən ona qaytarılmaması və 4 il ərzində gecikdirildiyini əsas gətirərək cavabdehdən gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini xahiş etmişdir. Baxılan iş üzrə iddia tələbinin qanuni əsasını Mülki Məcəllənin 445.7. maddəsi, mübahisələndirməyən halı isə qanuni qüvvədə olan məhkəmə aktı ilə tutulmuş 126.000 ABŞ dolları təşkil edir. Cavabdeh barəsində məcburi gətirmə tədbirinin tətbiq edilməsi barədə Sumqayıt şəhər məhkəməsinin 14.08.2017-ci il tarixli qərardadı və Sumqayıt şəhər İcra İdarəsinin 30.07.2020-ci il tarixli, o cümlədən 19.05.2021-ci il tarixli məktublarından görünür ki, 10.06.2016-cı il tarixli icra sənədinin icrası ilə bağlı qeyd olunan tədbirlərlə yanaşı borclu Cavabdeh barəsində İXM-nin 528.1. maddəsinə əsasən Sumqayıt şəhər məhkəməsinin 11 oktyabr 2017-ci il tarixli qərarı ilə 500 (beş yüz) manat məbləğində cərimə edilmişdir. Onun tərəfindən tələbkar M.Alıyevə 3000 (üç min) manat məbləğində ödəniş edilsə də, başqa vaxtlarda hər hansı bir ödəniş aparılmamışdır. Keçən müddət ərzində tələbin icrası təmin olunmadığından, yenidən həmin şəxsin məcburi gətirilməsi barədə təqdimatla 02.04.2021-ci il tarixdə Sumqayıt şəhər məhkəməsinə müraciət edildiyi və icra hərəkətlərinin davam etdirilməsi barədə tədbirlərin həyata keçirildiyi qeyd olunmuşdur. Göründüyü kimi cavabdeh məhkəmə aktı ilə tutulmuş 126000 ABŞ dolları pul vəsaitinin icrası ilə bağlı 27.09.2016-cı il tarixdə 3000 manat ödəniş etməsinə baxmayaraq keçən müddət ərzində iddiaçıya ödənilməli olan qalıq məbləği ödəməməklə icranı gecikdirmiş və bu gecikmə 4 il təşkil edir. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi, icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi halları borclunun icranı gecikdirməsi sayılır. Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur (Mülki Məcəllənin 445.2, 445.7. maddələri). Qanunun mənasına görə borclunun icranı gecikdirməsi hər bir hüquq pozuntusu kimi onun məsuliyyətinə səbəb olur. Pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla pul məbləğinin ödənilməsinin gecikdirilməsinin xüsusi hüquqi nəticələri müəyyən edilmişdir ki, bu da borclunun pul məbləğinin ödənilməsini gecikdirdiyi halda gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməsidir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən pul vəsaitinin icrası gecikdirildiyindən və bu gecikmə işdə olan sənədlərlə öz təsdiqini tapdığından, 126000 ABŞ dolları məbləğindən cavabdeh tərəfindən ödənilmiş (3000 manat ödəniş gününə hesablanmış ABŞ dollarına münasibətdə 1840 ABŞ dolları) 1840 ABŞ dolları çıxıldıqdan sonra yerdə qalan məbləğ (124160 x 5% = 6208 x 4 = 24832 ABŞ dolları) Cavabdeh alınaraq iddiaçı Mahir Alıyevə verilməlidir. Azərbaycan Respublikası MPM-nin 384.0.2. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyətli olan bütün faktiki halların araşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin əhəmiyyətli olan hallarının sübut edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrin işin faktiki hallarına uyğun gəlməməsi, maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır (Azərbaycan Respublikası MPM-nin 385.1.1., 385.1.2., 385.1.3., 385.1.4 maddələri). “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı qərarının 10-cu bəndində göstərilmişdir ki, qətnamədə alınması və yaxud ödənilməsi müəyyən edilən məbləğlər Azərbaycan Respublikasının milli pul vahidi ilə ifadə olunmalıdır. Əgər iddia tələbi xarici valyuta ilə göstərilərsə alınan və ya ödənilən məbləğin qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanması göstərilməlidir. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti qismən təmin edilməli, Sumqayıt şəhər məhkəməsinin 22 sentyabr 2020-ci il tarixli qətnaməsi qismən ləğv edilməli və iş üzrə yeni qətnamə qəbul edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 385.1.1., 385.1.2., 385.1.3., 385.1.4, 392 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ Cavabdeh apellyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt şəhər məhkəməsinin 22 sentyabr 2020-ci il tarixli qətnaməsi qismən ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddia qismən təmin edilsin. Cavabdeh Mülki Məcəllənin 445.7-ci maddəsinə görə gecikdirilmiş vaxt üçün hesablanan 24832 (iyirmi dörd min səkkiz yüz otuz iki) ABŞ dolları (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə) iddiaçı X2 xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-693/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-693/2021
19.05.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver