Məhkəmə qərarları › İş №2(105)-701/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-701/2022

04.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Torpaq üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-701/2022 04.04.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Zaur İkram oğlu Məmmədov (sədrlik edən və məruzəçi), Elman Gülbaba oğlu Rəhimov və Zahid Tahir oğlu Məmmədovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Gülsaba Xeyrulla qızı Ağayevanın katibliyi ilə, Cavabdeh1, Cavabdeh7 iştirakı ilə Şamaxı Rayon Məhkəməsinin 01 aprel 2019-cu il tarixli, 2(074)-110/2019 nömrəli qətnaməsindən Cavabdeh1 verdiyi apellyasiya şikayəti üzrə işə baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh1, Cəbiyeva (Abbasova) Turac Qoçalı qızına, Cavabdeh4 Yaşaq qızına, Cəbiyeva (İsrəfilova) Sadəgül Qoçalı qızına və Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-in 14 nömrəli Ərazi İdarəsinə qarşı “torpaq alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi, həmin müqavilələr əsasında yaranmış mülkiyyət hüquqlarına xitam verilməsi, mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması” tələbinə dair iddia qaldıraraq, torpağa mülkiyyət hüququna dair JN-0632, kod 41011018 olan Dövlət aktında göstərilən torpaq sahələrinə aid 20 dekabr 2004-cü il tarixdən sonra bağlanmış əqdlərin etibarsız hesab edilməsi, həmin əqdlər əsasında yaranmış hüquqlara xitam verilməsi, torpağa mülkiyyət hüququna dair JN-0632, kod 41011018 olan Dövlət aktında göstərilən torpaq sahələri üzərində mülkiyyət hüquqlarını daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla müvafiq çıxarış və plan ölçü sənədi verilməsi barədə qətnamə çıxaırlmasını xahiş etmişdir. X4, X16, X11, X26, X17, X12, X7, X2, X1, X3, Cavabdeh7, X5, X18, X13, X19, X21, X8, X22, X14, Cavabdeh7, X19, Cavabdeh8, Şamaxı rayon notariat kontoru, Bakı şəhəri 2 savlı “ASAN” Xidmət Mərkəzində notariat kontoru və Sumqayıt “ASAN xidmət” Mərkəzində notariat kontoru cavabdeh qismində işə cəlb olunmuşlar. İddiaçı iddia tələbinin dəqiqləşməsinə dair ərizə təqdim edərək, torpağa mülkiyyət hüququna dair JN-0632, kod 41011018 olan Dövlət aktına əsasən mülkiyyətində olan 8,0372 hektar torpaq sahəsinin 3,72 hektar, 0,61 hektar və 0,505 hektar torpaq sahələrinin özgəninkiləşdirilməsinə dair əqdlərin etibarsız hesab edilməsi və həmin əqdlər əsasında yaranmış hüquqlara xitam verilməsi, JN-0632, kod 41011018 nömrəli Dövlət aktında göstərilən 3,72 hektar, 0,61 hektar və 0,505 hektar torpaq sahələrinin Cavabdeh3 və ailə üzvlərinin adına olan 3,08 hektar, 0,61 hektar və 0,18 hektar torpaq sahələri üzərində hüquqlarının ləğv edilməsi, Şamaxı rayon DNK-da 22.01.2014-cü il tarixdə təsdiq olunmuş 4ə-28 nömrəli alqı-satqı müqaviləsi Cavabdeh3 ilə X23 arasında 0,11 hektar torpaq sahəsinin alqı-satqısına dair hissədə etibarsız hesab edilməsi, həmin 0,11 hektar torpaq sahəsinə aid Bakı şəhəri 2 nömrəli “ASAN” Xidmət Mərkəzində 28.06.2015-ci il tarixdə təsdiq olunmuş 2v-437 nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə, həmin şəhadətnamə əsasında həyat yoldaşı X21 və üç övladlarının adlarına qeydiyyata alınmış hüquqların (reyestr nömrəsi **********90, 05.02.2014), X9 həmin torpaq sahəsinin X6 bağışlamasına dair Sumqayıt “ASAN xidmət” Mərkəzində 09.08.2015-ci il tarixdə təsdiq olunmuş 4ə-2510 nömrəli bağışlama müqaviləsinin ləğv edilməsi, Şamaxı rayon DNK-da 22 yanvar 2014-cü il tarixdə təsdiq olunmuş 4ə-28 nömrəli alqı-satqı müqaviləsi Cavabdeh3 ilə Cavabdeh7 və X19 arasında 0.24 ha və 0.12 ha torpaq sahəsinin alqısatqısına dair hissədə etibarsız hesab edilməsi, həmin 0.24 ha və 0.12 ha torpaq sahəsinin Cavabdeh8 satılmasına dair Şamaxı rayon Dövlət Notariat Kontorunda 08.05.2015-ci il tarixdə təsdiq olunmuş 4ə-314 və 4ə-315 nömrəli alqı-satqı müqavilələrinin və Cavabdeh8 adına qeydiyyata alınmış hüquqların (reyestr nömrələri **********98, **********95, 23.05.2015) ləğv edilməsi, JN-0632, kod 41011018 olan Dövlət aktı əsasında mülkiyyətində olan 8,0372 hektar torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınması, adına müvafiq çıxarışın və plan-ölçü sənədinin verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Şamaxı Rayon Məhkəməsinin 01 aprel 2019-cu il tarixli, 2(074)-110/2019 nömrəli qətnaməsi ilə (hakim E.Z.Hümbətov) iddianın qismən təmin edilməsi, torpağa mülkiyyət hüququna dair JN-0632, kod 41011018 olan Dövlət aktına əsasən İddiaçı mülkiyyətində olan 8,0372 hektar torpaq sahəsinin 3,72 hektar, 0,61 hektar və 0,505 torpaq sahələrinin özgəninkiləşdirilməsinə dair əqdlərin etibarsız hesab edilməsi və həmin əqdlər əsasında yaranmış hüquqlara xitam verilməsi, Şamaxı şəhəri, 2 nömrəli “ASAN” Xidmət Mərkəzində 28.06.2015-ci il tarixdə təsdiq olunmuş 2v-437 nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə, həmin şəhadətnamə əsasında həyat yoldaşı X21 və üç övladlarının adlarına qeydiyyata alınmış hüquqlar (reyestr nömrəsi **********0, 05.02.2014), X9 həmin torpaq sahəsinin X6 bağışlamasına dair Sumqayıt “ASAN xidmət” Mərkəzində 09.08.2015-ci il tarixdə təsdiq olunmuş 4ə-2510 nömrəli bağışlama müqaviləsinin ləğv edilməsi, Şamaxı rayon DNK-da 22 yanvar 2014-cü il tarixdə təsdiq olunmuş 4ə-28 nömrəli alqı-satqı müqaviləsi Cavabdeh3 ilə Cavabdeh7 və X19 arasında 0.24 ha və 0.12 ha torpaq sahəsinin alqı-satqısına dair hissədə etibarsız hesab edilməsi, həmin 0.24 və 0.12 ha torpaq sahəsinin Cavabdeh8 satılmasına dair Şamaxı rayon dövlət notariat kontorunda 08.05.2015-ci il tarixdə təsdiq olunmuş 4ə-314 və 4ə-315 nömrəli alqısatqı müqavilələri və Cavabdeh8 adına qeydiyyata alınmış hüquqların (reyestr nömrələri **********98, **********, 23.05.2015) ləğv edilməsi qət edilmiş, iddia tələbi JN-0632, kod 41011018 olan Dövlət aktı əsasında mülkiyyətində olan 8,0372 hektar torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınması, adına müvafiq çıxarışın və plan ölçü sənədinin verilməsinə dair hissədə təmin edilməmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsindən Cavabdeh1 apelyasiya şikayəti vermişdir.Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 15 yanvar 2020-ci il tarixli, 2(105)-304/2020 nömrəli qətnaməsi ilə (hakimlər: sədrlik edən və məruzəçi S.A.Qafari, F.Ə.Məmmədov və L.M.Məmmədova) Cavabdeh1 apelyasiya şikayəti təmin edilərək, Şamaxı Rayon Məhkəməsinin 01 aprel 2019- cu il tarixli qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamənin qəbul edilməsi, İddiaçı cavabdehlər Cavabdeh3 Seyfəddin oğluna, Cavabdeh1, Cəbiyeva (Abbasova) Turac Qoçalı qızına, Cavabdeh4 Yaşaq qızına, Cəbiyeva (İsrəfılova) Sadəgül Qoçalı qızına və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX 14 nömrəli Ərazi İdarəsinə qarşı torpaq alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi, həmin müqavilələr əsasında yaranmış mülkiyyət hüquqlarına xitam verilməsi barədə iddia tələblərinin təmin edilməməsi qət edilmişdir. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən iddiaçı kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 24 sentyabr 2020-ci il tarixli, 2(102)-3367/2020 nömrəli qərarı ilə (hakimlər: sədrlik edən və məruzəçi İ.Dəmirov, Ə.Əhmədov və A.İsgəndərov) İddiaçı kassasiya şikayəti təmin edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 15 yanvar 2020-ci il tarixli, 2(105)-304/2020 nömrəli qətnaməsi ləğv edilmiş və iş yeni apellyasiya baxışına qaytarılmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-468/2021 nömrəli 06 may 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər: sədrlik edən və məruzəçi T.Məmmədov, Ş.Abasov və G.Tağızadə) Cavabdeh1 apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə Şamaxı Rayon Məhkəməsinin 01 aprel 2019- cu il tarixli, 2(074)-110/2019 nömrəli qətnaməsi iddianın təmin edilmiş hissələrində Cavabdeh1 apellyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh1 kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 30 noyabr 2021ci il tarixli, 2(102)-5956/2021 nömrəli qərarı ilə (hakimlər: sədrlik edən və məruzəçi Ə.Əliyev, M.Əhmədova və Cavabdeh8) Cavabdeh1 kassasiya şikayəti təmin edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-468/2021 nömrəli iş üzrə 06 may 2021-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir. Cavabdeh1 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə qətnaməsi ona və nümayəndəsi olduğu cavabdehlərə münasibətdə, həm də iddiaçıya münasibətdə natamam xarakter daşıdığından və torpaqla bağlı hüquqlar faktiki cəhətdən havada qaldığından ləğv edilməlidir. Belə ki, bir tərəfdən onlara məxsus olan torpaq sahələri ilə bağlı bütün hüquqmüəyyənedici sənədlərin ləğv edilməsi qənaətinə gələn məhkəmə, digər tərəfdən iddiaçının həmin torpaq sahəsi ilə bağlı mülkiyyət hüququnun qeydiyyata alınması, adına müvafiq çıxarışın və plan ölçü sənədinin verilməsi hissəsində iddiaçının iddiasını rədd etmişdir. Belə olan halda, iddianın onlara məxsus olan torpaq sahələri üzrə hüquqmüəyyənedici sənədlərin ləğv edilməsi ilə bağlı iddiaçının bu iddiası da rədd edilməlidir. Apellyasiya şikayətində iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. Məhkəmə kollegiyasının iclasında Cavabdeh1 apellyasiya şikayətində göstərilənlərə uyğun izahat vermiş və iş üzrə məhkəmə qətnaməsinin ləğv edilərək iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında Cavabdeh7 bildirdi ki, pul verib torpaq almış, sonradan məlum olmuşdur ki, qanunsuz sənədlərlə iş görülmüşdür. Qanunsuz sənəd olmasını Reyestr Xidməti, notarius bilməli idilər. Bu iş üzrə müxtəlif məhkəmə prosesləri olmuş, müxtəlif formada iddialar qaldırılmışdır. Sonda Cavabdeh7 iş üzrə ədalətli məhkəmə qərarının qəbul olunmasını xahiş etdi. İddiaçı və digər cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, məhkəmə iclasına gəlmədiklərindən, məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddia ərizəsi baxılmamış saxlanmalıdır. İş materiallarından görünür ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 24 sentyabr 2020-ci il tarixli, 2(102)-3367/2020 nömrəli qərarı ilə İddiaçı kassasiya şikayəti təmin edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 15 yanvar 2020-ci il tarixli, 2(105)-304/2020 nömrəli qətnaməsi ləğv edilmiş və iş yeni apellyasiya baxışına qaytarılmışdır. Həmin qərarda kassasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçının məhkəmədən xahiş etdiyi istər ilkin, istərsə də artırılmış iddia ərizəsində tələbi aydın deyil və o bu tələblərini konkretləşdirməmiş, tələbləri üzrə kimlərin cavabdeh olduğu və onlara qarşı tələbləri ayrı-ayrılıqda göstərilməmiş, qeyri-müəyyən qalmışdır. Digər tərəfdən iddiaçının tələbinin artıtılması barədə ərizənin icraata qəbulu zamanı kimlərin cavabdeh qismində cəlb edilməsi 11 mart 2018-ci il və 28 mart 2019-cu il tarixli məhkəmə iclas protokollarında öz əksini tapmamışdır. Qeyd edilən hallar Azərbaycan Respublikası MPM-nin 259.0.12-ci maddəsinə əsasən iddia ərizəsinin məhkəmə tərəfindən baxılmamış saxlanılması üçün əsas ola bilər, lakin iddianın təmin edilməməsi üçün əsas ola bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 30 noyabr 2021ci il tarixli, 2(102)-5956/2021 nömrəli qərarında isə göstərilmişdir ki, kassasiya instansiyası məhkəməsi tərəfindən qeyd edilən göstərişlər apelyasiya instansiyası məhkəməsi üçün məcbui olsa da, apelyasiya instansiyası məhkəməsi bu göstərişləri nəzərə almamış və heç bir araşdırma aparmadan birinci instansiya məhkəməsinin qətnaməsini iddianın təmin edilmiş hissələrində dəyişdirmədən saxlamışdır. Mülki Prossesual Məcəllənin 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Kollegiya qeyd edir ki, iddia predmetinin əsasını müqavilələrin etibarsız hesab edilməsi, mülkiyyət hüququna xitam verilməsi, daşınmaz əmlaka aidiyyət hüququnun tanınması təşkil edir və iddiaçının bu tələbləri birinci instansiya məhkəməsi tərəfindən təmin edilmiş, cavabdeh maddi prosessual hüquq normalarının pozulmasını əsas gətirərək bu nəticəni mübahisələndirmişdir. İşdən görünür ki, iddiaçı sonradan iddia tələbinin artırılması barədə ərizə ilə məhkəməyə müraciət etsə də, həmin ərizə MPM-nin 50, 53 və 149-cu maddələrinin tələblərinə cavab vermədiyinə birinci instansiya məhkəməsi əhəmiyyət verməyərək iddia tələbini təmin edilməsi qənaətinə gəlmişdir. Halbuki işdə iştirak edən şəxslərin adları, onların poçt ünvanları, iddiaçının və ya ərizəçinin tələbi, onların öz tələblərini əsaslandırdıqları hallar, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb iddia ərizəsində göstərilməlidir (Mülki Prosessual Məcəlləsinin 149.2.2 və 149.2.3. maddələri). Qanunvericilik mülki işin başlanması üçün əsas olan işin fiziki və ya hüquqi şəxslərin öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciətin obyektiv ifadə forması kimi iddia ərizəsinin formasını və məzmununu müəyyən edir. Forma dedikdə onun zahiri forması, yəni yazılı verilməsi, məzmunu isə onun daxili forması iddia ərizəsinin məzmunu təşkil edən rekvizitləri və bunların ardıcıllığını (məhkəmənin adı, işdə iştirak edən şəxslər, onların poçt ünvanları, ərizəçinin tələbi, iddia tələbi bir neçə cavabdehə verildikdə onların hər birinə qarşı yönələn tələb iddia ərizəsində ayrı-ayrılıqda göstərilməsi və s.) müəyyən edir. İddiaçının məhkəməyə təqdim etdiyi 01 noyabr 2018-ci il tarixli ərizədən görünür ki, sonuncu 20 dekabr 2004-cü ildən sonra bağlanmış əqdlərin etibarsız hesab edilməsi və həmin əqdlər əsasında yaranmış hüquqlara xitam verilməsini tələb etmiş, lakin sonradan həmin tələbin həcmini MPM-nin 53-cü maddəsinə əsasən artıraraq torpağa mülkiyyət hüququna dair JN-0632, kod 41011018 olan dövlət aktına əsasən mülkiyyətində olan 8,0372 hektar torpaq sahəsinin 3,72 hektar, 0,61 hektar və 0,505 hektar torpaq sahələrinin özgəninkiləşdirilməsinə dair əqdlərin etibarsız hesab edilməsi və həmin əqdlər əsasında yaranmış hüquqlara xitam verilməsi, JN-0632, kod 41011018 saylı dövlət aktında göstərilən 3,72 hektar, 0,61 hektar və 0,505 hektar torpaq sahələrinin Cavabdeh3 və ailə üzvlərinin adına olan 3,08 hektar, 0,61 hektar və 0,18 hektar torpaq sahələri üzərində hüquqlarının ləğv edilməsi, Şamaxı rayon DNK-da 22.01.2014-cü il tarixdə təsdiq olunmuş 4ə-28 nömrəli alqı-satqı müqaviləsi Cavabdeh3 ilə X23 arasında 0,11 hektar torpaq sahəsinin alqı satqısına dair hissədə etibarsız hesab edilməsi, həmin 0,11 hektar torpaq sahəsinə aid Bakı şəhəri 2 saylı “ASAN” Xidmət Mərkəzində 28.06.2015-ci il tarixdə təsdiq olunmuş 2v-437 nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə, həmin şəhadətnamə əsasında həyat yoldaşı X21 və üç övladlarının adlarına qeydiyyata alınmış hüquqların (reyestr nömrəsi **********90, 05.02.2014), X9 həmin torpaq sahəsinin X6 bağışlamasına dair Sumqayıt “ASAN xidmət” Mərkəzində 09.08.2015-ci il tarixdə təsdiq olunmuş 4ə-2510 nömrəli bağışlama müqaviləsinin ləğv edilməsi, Şamaxı rayon DNK-da 22 yanvar 2014-cü il tarixdə təsdiq olunmuş 4ə-28 nömrəli alqı-satqı müqaviləsi Cavabdeh3 ilə Cavabdeh7 və X19 arasında 0.24 ha və 0.12 ha torpaq sahəsinin alqı satqısına dair hissədə etibarsız hesab edilməsi, həmin 0.24 ha və 0.12 ha torpaq sahəsinin Cavabdeh8 satılmasına dair Şamaxı rayon dövlət notariat kontorunda 08.05.2015-ci il tarixdə təsdiq olunmuş 4ə-314 və 4ə-315 nömrəli alqı-satqı müqavilələrinin və Cavabdeh8 adına qeydiyyata alınmış hüquqların (reyestr nömrələri **********98, **********95, 23.05.2015) ləğv edilməsi, JN-0632, kod 41011018 olan Dövlət aktı əsasında mülkiyyətində olan 8,0372 hektar torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınması, adına müvafiq çıxarışın və plan ölçü sənədinin verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Göründüyü kimi iddiaçının məhkəmədən xahiş etdiyi istər ilkin, istərsə də artırılmış iddia ərizəsində tələbi aydın deyil və o bu tələblərini konkretləşdirməmiş, tələbləri üzrə kimlərin cavabdeh olduğu və onlara qarşı tələbləri ayrı-ayrılıqda göstərilməmiş, qeyrimüəyyən qalmışdır. Digər tərəfdən iddiaçının tələbinin artıtılması barədə ərizənin icraata qəbulu zamanı kimlərin cavabdh qismində cəlb edilməsi nə 11 mart, nə dəki 28 mart 2019-cu il tarixli məhkəmə iclas protokollarında öz əksini tapmamışdır. Prosesdə tərəflər iddiaçı və cavabdeh hesab edilirlər. Fiziki və hüquqi şəxslər, vəzifəli şəxslər, dövlət orqanları və başqa orqanlar iddiaçı və ya cavabdeh qismində çıxış edə bilərlər. İddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar (Mülki Prosessual Məcəllənin 50.1. və 50.3. maddələri). Prosesdə tərəflər iddiaçı və cavabdeh adlanır, iddiaçı hüquq və mənafelərinin müdafiəsi üçün iş qaldıran, cavabdeh isə iddia tələbinin yönəldiyi şəxsdir. Hazırkı işdə iddiaçının hüququnu pozan və iddia tələbinin yönəldiyi şəxslər isə məlum deyil. Halbuki iddiaçı iddianı qaldırarkən məhkəməyə elə məlumatlar təqdim etməlidir ki, bu məlumatlar şəxsin cavabdeh olmasını ifadə etsin. İddiaçı bunu iddia ərizəsində cavabdeh qismində göstərməklə rəsmiləşdirsin. Bu rəsmiləşdirmə mübahisənin subyektiv tərkibini dəqiq müəyyən etmək, mübahisənin düzgün hüquqi təsnifatını aparmaq məqsədi daşımaqla qərarın həqiqi maddi maraqlı şəxsə münasibətdə çıxarılmasını təmin edir. Lakin iddiaçı iddia tələbinin həcminin artırılması barədə ərizəsində Soltan Bədəlovun, Vasif Məlikovun, Cavabdeh8, Validə Quliyevanın cavabdeh qismində cəlb edilməsinə razı olduğunu qeyd etmişdir. Nəzərə almaq lazımdır ki, mübahisənin iştirakçılarının subyektiv tərkibini dəqiq müəyyən etmək, göstərmək ilk olaraq iddiaçının üzərinə düşür, əsl olmayan tərəfin əvəz edilməsi məsələsini isə iddiaçının razılığı ilə məhkəmə tərəfindən MPM-nin 54-cü maddəsinin tələblərinə uyğun həll edilir. Azərbaycan Respublikası MPM-nin 259.0.12-ci maddəsinə əsasən ərizə bu Məcəllənin 149-cu maddəsində nəzərdə tutulmuş tələblər göstərilmədən, eləcə də bu Məcəllənin 150.1.2-150.1.3-cü maddələrində göstərilən sənədlər əlavə edilmədən verildikdə iddiaçı hakim tərəfindən müəyyən edilmiş müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda məhkəmə iddia ərizəsini baxılmamış saxlayır. Azərbaycan Respublikası MPM-in 384.0.5-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.5-ci və 259.0.8-259.0.12-ci maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Bu Məcəllənin 259.0.11-ci maddəsində göstərilən əsaslar işə yalnız birinci instansiya məhkəməsində baxılarkən yarandığı halda tətbiq edilir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, Şamaxı Rayon Məhkəməsinin 01 aprel 2019-cu il tarixli, 2(074)-110/2019 nömrəli qətnaməsi ləğv edilməli və iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 384.0.5, 400, 402, 403 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti qismən təmin edilsin. Şamaxı Rayon Məhkəməsinin 01 aprel 2019-cu il tarixli, 2(074)-110/2019 nömrəli qətnaməsi ləğv edilsin. İddiaçı Cavabdeh3, Cavabdeh1, Cəbiyeva (Abbasova) Turac Qoçalı qızına, Cavabdeh4 Yaşaq qızına, Cəbiyeva (İsrəfilova) Sadəgül Qoçalı qızına və Cavabdeh6nə, X4, X16, X11, X26, X17, X12, X7, X2, X1, X3, Cavabdeh7, X5, X18, X13, X19, X21, X8, X22, X14, Cavabdeh7, X19, Cavabdeh8, Şamaxı rayon notariat kontoru, Bakı şəhəri 2 savlı “ASAN” Xidmət Mərkəzində notariat kontoru və Sumqayıt “ASAN xidmət” Mərkəzində notariat kontoruna qarşı torpağa mülkiyyət hüququna dair JN-0632, kod 41011018 olan dövlət aktına əsasən mülkiyyətində olan 8,0372 hektar torpaq sahəsinin 3,72 hektar, 0,61 hektar və 0,505 hektar torpaq sahələrinin özgəninkiləşdirilməsinə dair əqdlərin etibarsız hesab edilməsi və həmin əqdlər əsasında yaranmış hüquqlara xitam verilməsi, JN-0632, kod 41011018 saylı dövlət aktında göstərilən 3,72 hektar, 0,61 hektar və 0,505 hektar torpaq sahələrinin Cavabdeh3 və ailə üzvlərinin adına olan 3,08 hektar, 0,61 hektar və 0,18 hektar torpaq sahələri üzərində hüquqlarının ləğv edilməsi, Şamaxı rayon DNK-da 22.01.2014-cü il tarixdə təsdiq olunmuş 4ə-28 nömrəli alqı-satqı müqaviləsinin Cavabdeh3 ilə X23 arasında 0,11 hektar torpaq sahəsinin alqı satqısına dair hissədə etibarsız hesab edilməsi, həmin 0,11 hektar torpaq sahəsinə aid Bakı şəhəri 2 saylı “ASAN xidmət” mərkəzində 28.06.2015-ci il tarixdə təsdiq olunmuş 2v-437 nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə, həmin şəhadətnamə əsasında həyat yoldaşı X21 və üç övladlarının adlarına qeydiyyata alınmış hüquqların (reyestr nömrəsi **********90, 05.02.2014), X9 həmin torpaq sahəsinin X6 bağışlamasına dair Sumqayıt “ASAN xidmət” mərkəzində 09.08.2015-ci il tarixdə təsdiq olunmuş 4ə-2510 nömrəli bağışlama müqaviləsinin ləğv edilməsi, Şamaxı rayon DNK-da 22 yanvar 2014- cü il tarixdə təsdiq olunmuş 4ə-28 nömrəli alqı-satqı müqaviləsinin Cavabdeh3 ilə Cavabdeh7 və X19 arasında 0,24 ha və 0,12 ha torpaq sahəsinin alqı satqısına dair hissədə etibarsız hesab edilməsi, həmin 0,24 ha və 0,12 ha torpaq sahəsinin Cavabdeh8 satılmasına dair Şamaxı rayon dövlət notariat kontorunda 08.05.2015-ci il tarixdə təsdiq olunmuş 4ə-314 və 4ə-315 nömrəli alqı-satqı müqavilələrinin və Cavabdeh8 adına qeydiyyata alınmış hüquqların (reyestr nömrələri **********98, **********95, 23.05.2015) ləğv edilməsi, JN-0632, kod 41011018 olan dövlət aktı əsasında mülkiyyətində olan 8,0372 hektar torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınması, adına müvafiq çıxarışın və plan ölçü sənədinin verilməsi tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar