Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-715/2021 02.03.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi), Quliyev Telman Osman oğlu və Tağızadə Gülnarə Fikrət qızından ibarət tərkibdə, Həşimova Leyla Yusub qızının katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh X7 qarşı aliment tələbinə dair mülki iş üzrə Xaçmaz Rayon Məhkəməsinin 2(067)-1882/2020 saylı, xx xxxxxxx 2020-ci il tarixli qətnaməsindən cavabdeh X10 tərəfindən verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ : Xaçmaz Rayon Məhkəməsinin 2(067)-1882/2020 saylı, xx xxxxxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş,xx.xx.2010-cu il təvəllüdlü X8 yetkinlik yaşına çatana kimi saxlanması üçün xx xxxxxx 2020-ci ildən başlayaraq X5 hər ay 85 manat sabit pul şəklində alimentin alınaraq İddiaçı verilməsi, qətnamənin dərhal icra olunması qət edilmişdir (hakim Anar Sadıqov). Qətnamədən cavabdeh X10 apelyasiya şikayəti verərək Xaçmaz Rayon Məhkəməsinin 2(067)-1882/2020 saylı, xx xxxxxxx 2020-ci il tarixli qətnaməsinin ləğv edilərək iddianın rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İ Ş İ N H A L LA R İ: İddiaçı məhkəmədə iddia qaldıraraq cavabdeh X5 xx.xx.2010-cu il təvəllüdlü X1 üçün hər ay 150 manat sabit məbləğdə alimentin tutularaq ona verilməsi barəsində qətnamə çıxarılmasını xahiş etmişdir. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. A P E L Y A S İ Y A Ş İ K A Y Ə T İ N İ N D Ə L İ L L Ə R İ və PROSES İŞTİRAKÇİLARİNİN İZAHATLARİ: Məhkəmə kollegiyasının iclasında iştirak edərkən cavabdeh X11 apelyasiya şikayətini müdafiə edərək göstərdi ki, hal-hazırda 67 yaşı var, şəkər xəstəsidir, ondan əlavə təzyiq və s. xəstəlikləri var. Ailədə işləyən yoxdur. Gəlir yeri ancaq aldığı təqaüddür. Təqaüdü heç özünün iynə dərmanlarına çatmır. Başqa gəlir yeri yoxdur. Heç yerdən köməyi də yoxdur. Bunlardan əlavə məhkəmə iş üzrə cavabdeh kimi onun məhkəmə baxışında iştirakını təmin etmədən, işə baxmaqla çəkişmə prinsipinə əməl etməməklə, işin məhkəmə iclasında məhkəmə araşdırılması, mahiyyəti üzrə işə baxılıb qətnamə qəbul edilməsinə yönələn bütün lazım olan hərəkətləri etməmişdir. Bu səbəbdən apelyasiya şikayətinin təmin edilməsini, Xaçmaz Rayon Məhkəməsinin 2(067)-1882/2020 saylı, xx xxxxxxx 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə kollegiyasının iclasında İddiaçı apelyasiya şikayətinə etiraz edərək göstərdi ki, Xaçmaz Rayon Məhkəməsinin xx xxx 2013-cü il tarixli qətnaməsinə əsasən cavabdehin oğlu Yusif Aslanovla bağlanmış nikah pozulmuş, uşaq onun himayəmdə saxlanılmış, uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay sabit məbləğdə 75 manat miqdarında alimentin alınaraq ona verilməsi qət edilmişdir. Lakin borclu X9 məhkəmə qətnaməsinə əsasən tutulmalı alimentdən bu vaxta qədər cəmi 250 manat aliment ödəmiş, qalan məbləği isə ödəmir. Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 3(067)-262 saylı qərarı ilə AR İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 10 gün müddətində inzibati qaydada həbs edilmişdir. Həmin qərarda göstərilmişdir ki, qeyd olunan tarixə onun 5170 manat məbləğində ödənilməmiş aliment borcu qalır. Bu səbəbdən də uşağı saxlamaqda çətinlik çəkir. Cavabdehin mülkiyyətində torpaq sahələri, mal-qaraları, meyvə bağları və s. vardır. Cavabdeh öz nəvəsini saxlamaqdan ötrü qanunda nəzərdə tutulmuş qaydada aliment ödəməyə imkanı vardır. Qeyd olunanlara əsasən apelyasiya şikayətini təmin edilməməsini, Xaçmaz Rayon Məhkəməsinin 2(067)-1882/2020 saylı, xx xxxxxxx 2020-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir. HÜQUQİ M Ə S Ə L Ə L Ə R: Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini, iddiaçının və cavabdehin izahatını dinləyərək, apelyasiya şikayətinin dəlillərini nəzərə alıb işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla sübutları qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayəti təmin edilməli, qətnamə ləğv edilməli, iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Xaçmaz Rayon Məhkəməsinin xx xxx 2013-cü il tarixli 2(067)-741/2013 saylı qətnaməsinin surətindən müəyyən olunur ki, Aslanov Könül Alik qızı ilə X9 arasında xx xxxxxx 2007-ci ildə bağlanmış nikah pozulmuş, tərəflərin birgə nikahlarından olan uşaqları xx xxxxxx 2010-cu ildə anadan olmuş Ayşən Aslanova Könül Alik qızının himayəsində saxlanılmış, X3 xx xxxxxx 2010-cu ildə anadan olmuş Ayşənin yetkinlik yaşına çatana kimi saxlanması üçün xx xxxx 2013-cü il tarixdən hesablanmaqla hər ay sabit məbləğdə 75 manat miqdarında alimentin tutulub Aslanova Könül Alik qızına verilməsi qət edilmişdir. İş materiallarında olan Xaçmaz Rayon Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli 2(067)-262/2019 saylı qərarının surətindən müəyyən olunur ki, X9 Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmulş inzibati xətanı törətməkdə təqsirli bilinrmiş və ona 10 gün müddətində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilmişdir. Birinci instansiya məhkəməsi qeyd edilən sənədlərə əsasən iddianı qismən təmin etmiş, gəldiyi nəticəni də Azərbaycan Respublikasının Konstitusiyasının 17-ci, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 89-cu maddəsində istinad edərək əsaslandırmışdır. Azərbaycan Respublikasının Konstitusiyasının 17-ci maddəsinini İİ-ci hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 89-cu maddəsində göstərilir ki, yardıma ehtiyacı olan yetkinlik yaşına çatmayan nəvələr saxlanmaq üçün öz valideynlərindən maddi yardım ala bilmədikdə, buna zəruri vəsaitə malik baba və nənədən məhkəmə qaydasında aliment almaq hüququna malikdirlər. Əmək qabiliyyəti olmayan və yardıma ehtiyacı olan yetkinlik yaşına çatan nəvələr saxlanmaq üçün valideynlərindən, yaxud da ərdən (arvaddan) maddi yardım ala bilmədikdə, onlara da eyni hüquq verilir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi bu nəticə ilə razılaşmaq olmaz. Belə ki, iş materiallarından görünür ki, hazırda xeyrinə aliment tutulan uşaq cavabdehin nəvəsidir. İş materiallarında olan Xaçmaz Rayon Məhkəməsinin xx xxx 2013-cü il tarixli 2(067)- 741/2013 saylı qətnaməsindən görünür ki, hazırki iş üzrə iddiaçı Aslanov Könül Alik qızı ilə hazırki iş üzrə cavabdehin oğlu X9 arasında xx xxxxxx 2007-ci ildə bağlanmış nikah pozulmuş, tərəflərin birgə nikahlarından olan uşaqları xx xxxxxx 2010-cu ildə anadan olmuş Ayşən Aslanova Könül Alik qızının himayəsində saxlanılmış, X3 xx xxxxxx 2010-cu ildə anadan olmuş Ayşənin yetkinlik yaşına çatana kimi saxlanması üçün xx xxxx 2013-cü il tarixdən hesablanmaqla hər ay sabit məbləğdə 75 manat miqdarında alimentin tutulub Aslanova Könül Alik qızına verilməsi qət edilmişdir Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 89-cu maddəsinə əsasən yardıma ehtiyacı olan yetkinlik yaşına çatmayan nəvələr saxlanmaq üçün öz valideynlərindən maddi yardım ala bilmədikdə, buna zəruri vəsaitə malik baba və nənədən məhkəmə qaydasında aliment almaq hüququna malikdirlər. Lakin hazırki iş materiallarından görünür ki, xeyrinə aliment tələb edilən xx xxxxxx 2010-cu ildə anadan olmuş Ayşənin yetkinlik yaşına çatana kimi saxlanması üçün Xaçmaz Rayon Məhkəməsinin xx xxx 2013-cü il tarixli, 2(067)-741/2013 saylı qətnaməsi ilə X3 xx xxxx 2013-cü il tarixdən hesablanmaqla hər ay sabit məbləğdə 75 manat miqdarında alimentin tutulub Aslanova Könül Alik qızına verilməsi qət edilmişdir Göründüyü kimi, iddiaçının övladı olan xx xxxxxx 2010-cu ildə anadan olmuş Ayşənin yetkinlik yaşına çatana kimi saxlanması üçün valideyni, atası X3 75 manat alimentin tutulması barədə məhkəmə qətnaməsi mövcuddur və hazırki gündə də həmin qətnamə qüvvəsindədir Bundan əlavə birinci instansiya məhkəməsi azyaşlının nənəsi olan cavabdehdən 150 manat alimentin tutulması qəanətinə gələrkən onun qeyd edilən alimenti ödəmək üçün zəruri vəsaitə malik olub-olmamasını araşdırmamışdır. Eyni zamanda iddiaçı cavabdehin alimenti ödəməyə zəruri vəsaitinin olubolmamasına dair hər hansı sübut təqdim etməmişdir. Halbuki, Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə kollegiyası onu da qeyd edir ki, iddia tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. Məhkəmə qətnaməsinin əsaslılığı və qanuniliyi baxımından bu institut xüsusi əhəmiyyət kəsb edir. Mülki mühakimə icraatında da sübutetmə yükü bir qayda olaraq, inkar edənin deyil, iddia edənin üzərinə düşür. Avropa İnsan Hüquqları Məhkəməsinin «X2rşı” xx xxxx 2007-ci il tarixli qərarında Məhkəmənin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, injumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilir. Qeyd olunanlara əsasən, məhkəmə kollegiyası hesab edir ki, iddiaçı öz tələbini əsası kimi istinad etdiyi halları, yəni cavabdehin nəvəsini saxlamaq üçün zəruri vəsaitə malik olmasını sübuta yetirə bilməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, azyaşlının atasından tutulan alimenti ödəməməsi, keçmiş yoldaşının 5170 manat məbləğində ödənilməmiş aliment borcu qalması, Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 3(067)-262 saylı qərarı ilə AR İXM-nin 528.1ci maddəsi ilə təqsirli bilinərək 10 gün müddətində inzibati qaydada həbs edilməsi barədə iddiaçının dəlillərini hazırki iddia tələbinin təmin edilməsi üçün əsas hesab edilə bilməz. Belə ki, iddiaçı məhkəmə qətnaməsi ilə tutulan aliment üzrə yaranmış borcun ödənilməsi üçün icra və probasiya şöbəsinə müraciət etməlidir. Bununla da, məhkəmə kollegiyası birinci instansiya məhkəməsi tərəfindən yol verilmiş maddi və prosessual hüquq normalarının şərh olunan bu pozuntularını qətnamənin ləğvi üçün əsas hesab edir. Belə ki, Mülki Prosessual Məcəllənin 385.1.1 və 385.1.2-ci maddələrinə görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, qətnamə ləğv edilməli, yeni qətnamə qəbul edilməklə, yuxarıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Beləliklə, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apelyasiya şikayəti təmin edilməli, Xaçmaz Rayon Məhkəməsinin 2(067)-1882/2020 saylı, xx xxxxxxx 2020-ci il tarixli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi təmin edilməməlidir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 372.1, 372.6, 372.7, 384.0.1, 393 və 404-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Cavabdeh X6 apelyasiya şikayəti təmin edilsin. Xaçmaz Rayon Məhkəməsinin 2(067)-1882/2020 saylı, xx xxxxxxx 2020-ci il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı cavabdeh X7 qarşı aliment tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən şikayət verilə bilməz. Sədrlik edən:Lətifə Məmmədova Hakimlər: Gülnarə Tağızadə Telman Quliyev
Məhkəmə qərarları › İş №2(105)-715/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-715/2021
02.03.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver