Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-736/2021 06.04.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri: Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi hakim), Tağızadə Gülnarə Fikrət qızının və Quliyev Telman Osman oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimova Leyla Yusub qızının katibliyi ilə, ilk iddia üzrə İddiaçı1 vəkili Vəkil, ilk iddia üzrə cavabdeh Cavabdeh1 vəkili X7 iştirakı ilə, İddiaçı1, İddiaçı4, İddiaçı3 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Siyəzən rayon Dövlət Notariat Kontoruna qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair ilk, Cavabdeh1 cavabdehlər İddiaçı1, İddiaçı4, İddiaçı3, İddiaçı2, X18, X12, X13 və X8 qarşı alqı-satqı olunmuş torpaq sahəsinin müəyyən edilməsi, 87,59 hektar torpaq sahəsindən satılmış 50 hektarlıq hissəsinin ona tanıdılması, həmin ərazinin ona təhvil verilməsinin cavabdehlərə həvalə edilməsi və cavabdehlərin oradan çıxarılması tələbinə dair qarşılıqlı iddiası üzrə tələbinə dair mülki iş üzrə Siyəzən Rayon Məhkəməsinin 2(059)-6/2020 saylı, 02.03.2020-ci il tarixli qətnaməsindən ilk iddia üzrə iddiaçılar İddiaçı1, İddiaçı4, İddiaçı3n, İddiaçı2 tərəfindən verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Siyəzən Rayon Məhkəməsinin 2(059)-6/2020 saylı, 02.03.2020-ci il tarixli qətnaməsi ilə ilk iddia üzrə iddiaçılar, qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı1, İddiaçı4, İddiaçı3 və İddiaçı2 ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 və ilk iddia üzrə cavabdeh Siyəzən rayon Dövlət Notariat Kontoruna qarşı "alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi" tələbinə dair ilk iddianın təmin edilməməsi, ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 ilk iddia üzrə iddiaçılar, qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı1, İddiaçı4, İddiaçı3, İddiaçı2, qarşılıqlı iddia üzrə cavabdehlər X18, X12, X13 və X8 qarşı "alqı-satqı olunmuş torpaq sahəsinin müəyyən edilməsi, 87,59 hektar torpaq sahəsindən satılmış 50 hektarlıq hissəsinin ona tanıdılması, həmin ərazinin ona təhvil verilməsinin cavabdehlərə həvalə edilməsi və cavabdehlərin oradan çıxarılması" tələbinə dair qarşılıqlı iddiasının təmin edilməməsi, ilkin və qarşılıqlı iddia ərizələrinin verilməsi üçün ödənilmiş dövlət rüsumlarının tərəflərin özünə aid edilməsi qət edilmişdir (hakim B.R.Ələkbərov). Qətnamədən narazı qalan ilkin iddia üzrə iddiaçılar İddiaçı1, İddiaçı4, İddiaçı3n, İddiaçı2 apelyasiya şikayəti verərək Siyəzən Rayon Məhkəməsinin 2(059)-6/2020 saylı, 02.03.2020-ci il tarixli qətnaməsinin ilkin iddianın təmin edilməməsi hissəsində ləğv edilərək ilk iddia tələbinin tam təmin edilməsi və 252,40 manat ekspertiza xərcinin ilkin iddiaçılar İddiaçı1, Ş.Ələkbərova, İddiaçı3 və İddiaçı2 tutulması hissəsində dəyişdirilərək cavabdehdən tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişlər. İ Ş İ N H A L LA R İ: İlk iddia üzrə iddiaçılar, qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı1, İddiaçı4, İddiaçı3 və İddiaçı2 ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 və ilk iddia üzrə cavabdeh Siyəzən rayon Dövlət Notariat Kontoruna qarşı "alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi" tələbinə dair ilk iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 ilə X29 arasında Siyəzən rayon Dövlət Notariat Kontoru tərəfindən təsdiqlənmiş 07 sentyabr 2003-cü il tarixli 20 oktyabr 1997-ci il tarixdən Siyəzən rayon Dərəzarat kəndində ailələrinə məxsus 87,59 hektar torpaq sahəsinin 50 hektarı barəsində alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 ilk iddia üzrə iddiaçılar, qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı1, İddiaçı4, İddiaçı3, İddiaçı2, qarşılıqlı iddia üzrə cavabdehlər X19, X18, X24, X12, X13 və X8 qarşı "alqı-satqı olunmuş torpaq sahəsinin müəyyən edilməsi, 87,59 hektar torpaq sahəsindən satılmış 50 hektarlıq ərazinin müəyyən edilərək həmin əraziyə dair bölgü sxeminin təsbit edilməsi və bu ərazidə torpaq sahəsindən çıxarılma" tələbi barədə qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Siyəzən rayon Dövlət Notariat Kontorunda 07 sentyabr 2003-cü il tarixdə aparılmış 4Ə-92 reyestr nömrəli alqı-satqı müqaviləsi ilə paylı mülkiyyət olan Siyəzən rayonu, Dərəzarat kənd sakinlərindən X29, X30, X31, X25, X26, Əkbərova (Cəfərova) Şahidə Ağaverdi qızı, Ağayeva (Cəfərova) Nahidə Ağaverdi qızı, İddiaçı1, Mahmudova (Cəfərova) Kifayət Ağaverdi qızı, X8 məxsus olmuş 87,59 hektar (Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı JN-0001, Kod ********) sahəsinin 50,0 hektar hissəsinin onun satın almasını nəzərə alaraq alqı-satqı olunmuş torpaq sahəsinin müəyyən edilməsi, 87,59 hektar torpaq sahəsindən satılmış 50 hektarlıq ərazinin müəyyən edilərək həmin əraziyə dair bölgü sxeminin təsbit edilməsi və bu ərazidən qarşılıqlı iddia üzrə cavabdehlərin torpaq sahəsindən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bundan sonra, ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 qarşılıqlı iddia predmetinin dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Siyəzən rayon Dövlət Notariat Kontorunda 4Ə-92 reyestr nömrəsi ilə təsdiqlənmiş 07 sentyabr 2003-cü il tarixli alqı-satqı müqaviləsi ilə ona satılmış 50 hektar torpaq sahəsinin ona tanıdılması və təhvil verilməsinin cavabdehlərə həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra, ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 mərhum X14 və X20 ölümü ilə əlaqədar (ölüm haqqında şəhadətnamələr iş materiallarına əlavə edilmişdir) qarşılıqlı iddia ərizəsi üzrə cavabdehlər siyahısından çıxarılmaqla, qarşılıqlı iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, Siyəzən rayon Dövlət Notariat Kontorunda 4Ə-92 reyestr nömrəsi ilə təsdiqlənmiş 07 sentyabr 2003-cü il tarixli alqı-satqı müqaviləsi ilə ona satılmış 50 hektar torpaq sahəsinin ona tanıdılması, təhvil verilməsinin cavabdehlərə həvalə edilməsi və cavabdehlərin torpaq sahəsindən çıxarılmaları barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikasının MPM-nin 53-cü maddəsinə əsasən iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. A P E L Y A S İ Y A Ş İ K A Y Ə T İ N İ N D Ə L İ L L Ə R İ və PROSES İŞTİRAKÇİLARİNİN İZAHATLARİ: Məhkəmə kollegiyasının iclasında ilk iddia üzrə İddiaçı1 nümayəndə və vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək göstərdi ki, birinci instansiya məhkəməsinin qətnaməsi qərəzli və əsassızdır. Qərəz ondan ibarətdir ki, ilkin iddia ərizəsindən də göründüyü kimi nümayəndə və vəkil olaraq heç bir ərizədə qarşılıqlı iddia tələbini müdafiə etmədiyi halda qətnamədə bunun əksi yazılmış, onun məhkəmədə verdiyi ifadələr təhrif edilmişdir. Bu azmış kimi qətnamə vaxtında təqdim edilməmişdir ki, mövcud qərəzin aradan qaldırılması üçün müraciət etsin. Qətnamənin mövcud olması barədə icra şöbəsindən məlumat almışdır. Prosesin qərəzli keçirilməsinin səbəbidir ki, hakimə iki dəfə etiraz verilmiş, birinci təmin edilməmiş, ikinci etiraz müzakirə olunmadan iş digər hakimə baxılması üçün verilmiş, sonradan isə əvvəlki hakim tərəfindən heç nə olmamış kimi işin baxılması davam etdirilmişdir. Qeyd etdiyi prosessual pozuntular prosesin qərəzli olduğunu təsdiq edir. İş materiallarına əlavə edilən 07.09.2003-cü il tarixli notarial qaydada təsdiq edilmiş ərizədən görünür ki, İddiaçı1, İddiaçı3 və İddiaçı2 və digər mülkiyyətçilər alqı-satqı qarşılığında Cavabdeh1 pul vəsaitini aldıqlarını təsdiq etmişlər. Lakin məhkəmə tərəfindən həmin dövrdə iddiaçıların adından belə bir ərizənin notarius tərəfindən təsdiq edilməsinin hüquqi nəticəsi olmadığı halda məhkəmə tərəfindən bu hal araşdırılmadan qeyd edilən ərizə iddianın təmin edilməməsinin əsasını təsdiq edən sübut kimi qiymətləndirilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 30.1-ci maddəsinə görə 14 yaşından 18 yaşınadək olan yetkinlik yaşına çatmayanlar bu Məcəllənin 30.2-ci maddəsində göstərilənlər istisna olmaqla, əqdləri öz qanuni nümayəndələrinin – valideynlərinin, övladlığa götürənlərin və ya himayəçilərin yazılı razılığı ilə bağlayırlar. Həmin Məcəllənin 36.2-ci maddəsinə əsasən Qəyyumluq və Himayəçilik orqanının qabaqcadan icazəsini almadan qəyyum qəyyumluqda və ya himayədə olanın əmlakının özgəninkiləşdirilməsinə, o cümlədən dəyişdirilməsinə və ya bağışlanılmasına, bu əmlakın icarəyə, əvəzsiz istifadəyə verilməsinə və ya girov qoyulmasına dair əqdləri, qəyyumluqda və ya himayədə olana mənsub hüquqlardan imtinaya, onun əmlakının bölüşdürülməsinə və ya bu əmlakdan payların ayrılmasına səbəb olan əqdləri, habelə qəyyumluqda və ya himayədə olanın əmlakının azalmasına səbəb olan hər hansı digər əqdləri bağlaya bilməz, himayəçi isə onların bağlanmasına razılıq verə bilməz. 07.09.2003-cü il tarixdə İddiaçı1 12, İddiaçı4 17, İddiaçı3 14 və İddiaçı2 10 yaşı olmuşdur. Göründüyü kimi, sadalanan maddələrin tələbinə müvafiq olaraq daşınmaz əmlakın alqı-satqısı müqaviləsi bağlanması üçün valideynlərin yazılı razılığı tələb edilir. Lakin valideynlərin yazılı razılıq verə bilməsi üçün isə qabaqcadan qəyyumluq və himayəçilik orqanının razılığını almaq lazım idi. Notariat orqanı tərəfindən isə qanunvericiliyin müəyyən etdiyi imperativ normaların tələbləri kobudcasına pozulmaqla alqı-satqı müqaviləsi bağlanılmışdır. Məhkəmə tərəfindən qeyd edilən hallara hüquqi qiymət verilmədən əsassız olaraq iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilmişdir. Bundan başqa ilkin iddiaçıların ekspertiza tələbi barədə müraciəti olmadığı, ilkin tələblə ekspertiza keçirilməsi arasında səbəli əlaqə olmadığı halda əsassız olaraq ekspertiza xərcinin 50 faizinin ilkin iddiaçılardan tutulması barədə qətnamə qəbul edilmişdir. Qeyd olunanlara əsasən apelyasiya şikayətinin təmin edilməsini, Siyəzən Rayon Məhkəməsinin 2(059)-6/2020 saylı, 02 mart 2020-ci il tarixli qətnaməsinin ilkin iddianın təmin edilməməsi hissəsində ləğv edilərək ilkin iddia tələbinin tam təmin edilməsi və 252, 40 manat ekspertiza xərcinin ilkin iddiaçılar İddiaçı1, Ş.Əkbərovdan, İddiaçı3 və İddiaçı2 tutulması hissəsində dəyişdirilərək cavabdehdən tutulmasına dair qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə kollegiyasının iclasında ilk iddia üzrə cavadbeh Cavabdeh1 vəkili X27 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək onun təmin edilməməsini, Siyəzən Rayon Məhkəməsinin 2(059)-6/2020 saylı, 02 mart 2020-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir. PROSESSUAL MƏSƏLƏLƏR: Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə ilk iddia üzrə iddiaçılar İddiaçı4, İddiaçı3 və İddiaçı2, cavabdeh Siyəzən rayon Dövlət Notariat Kontorunun nümayəndəsi, qarşılıqlı iddia üzrə cavabdehlər X30, X25, X26 və X8 lazımi qaydada xəbərdarlıq edilsə də o, qeyd edilən şəxslər üzrsüz səbəbdən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə qeyd edilən şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R: Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçılar Siyəzən Rayon Məhkəməsinin 2(059)- 6/2020 saylı, 02.03.2020-ci il tarixli qətnaməsinin ilkin iddianın təmin edilməməsi hissəsində ləğv edilməsini xahiş etməklə qətnaməni qeyd edilən hissədə mübahisələndirmişlər. Bu səbəbdən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsini mübahisələndirilən hissədə müzakirə edir. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini, tərəflərin izahatını dinləyərək, apelyasiya şikayətinin dəlillərini nəzərə alıb işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla sübutları qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayəti təmin edilmədən, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apelyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 372.1 və 372.7-ci maddəsinə görə apelyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında tam mahiyyəti üzrə baxır, şikayətin dəlillərindən aslı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarında olan torpağın mülkiyyətə verilməsinə dair JN 0001 seriyalı, 30508038 kodlu dövlət aktının surətindən görünür ki, Siyəzən rayon Aqrar İslahat Komissiyasının 20 oktyabr 1997-ci il tarixli, 25 saylı qərarı ilə 87,59 ha torpaq sahəsi X14 və onun ailə üzvləri X15, X20, X9, X10, X3, X4, İddiaçı1, X2 və X5 mülkiyyətinə verilmişdir. İşdə olan Siyəzən rayon Dövlət Notariat Kontorunun dövlət notariusu tərəfindən 07 sentyabr 2003-cü il tarixdə reyestrdə 4Ə-92 nömrə ilə qeyd edilmiş alqı-satqı müqaviləsinin surətindən görünür ki, X29, X30, X25, X21, İddiaçı1, X16 və X22 mülkiyyətlərindəki Siyəzən rayonu, Dərəzarat kəndində yerləşən 87,59 hektar torpaq sahəsinin 50 hektarını tədavüldən çıxarılmış Azərbaycan manatı ilə 10.000.000 manata Cavabdeh1 satmışlar. İşdə olan X31, X23 və X26 tərəfindən 07 sentyabr 2003-cü il tarixdə tərtib edilmiş və notariat qaydada təsdiq edilmiş ərizələrin surətlərindən görünür ki, onların X19 və ailə üzvlərinə məxsus Siyəzən rayonu, Dərəzarat kəndində yerləşən 87,59 hektar torpaq sahəsinin 50 hektarının Ağaverdi Cəfərov tərəfindən satılmasına etirazları yoxdur və razıdırlar. İşdə olan Cavabdeh1 tərəfindən 07 sentyabr 2003-cü il tarixdə tərtib edilmiş və notariat qaydada təsdiq edilmiş ərizənin surətindən görünür ki, o, Siyəzən rayonu, Dərəzarat kəndində yerləşən 87,59 hektar torpaq sahəsinin 50 hektarını aldığı üçün X19, X18, X12, X11, İddiaçı1, X6 və X8 10.000.000 manat pul vermişdir. İşdə olan X29, X30, X25, X21, İddiaçı1, X16 və X22 tərəfindən 07 sentyabr 2003-cü il tarixdə tərtib edilmiş və notariat qaydada təsdiq edilmiş ərizənin surətindən görünür ki, onlar Siyəzən rayonu, Dərəzarat kəndində yerləşən 87,59 hektar torpaq sahəsinin 50 hektarını Cavabdeh1 satdıqlarına görə sonuncudan 10.000.000 manat pul almışlar. İşdə olan Siyəzən RİHB-nın Beşdam İƏV üzrə nümayəndəliyi tərəfindən 27 dekabr 2005-ci il tarixdə verilmiş AZ-İ seriyalı, 070093 saylı və 12 avqust 2009-cu il tarixdə verilmiş AZ-İ seriyalı, 338981 saylı ölüm haqqında şəhadətnamələrin surətlərindən görünür ki, müvafiq olaraq X31 14 noyabr 2005-ci il tarixdə Bakı şəhərində, X29 isə 01 avqust 2009-cu il tarixdə Siyəzən şəhərində ölmüşlər. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin “xxxx” MMC-nin Xaçmaz Layihə Tədqiqat İdarəsinin 03 iyun 2019-cu il tarixli, C-87 saylı mütəxəssis rəyindən görünür ki, mübahisə predmeti olan 07 sentyabr 2003-cü il tarixdə Cavabdeh1 satılmış 50 hektarlıq torpaq sahəsinə dair alqı-satqı müqaviləsində torpaq sahəsinin hansı hissədən satılması barədə təsdiq edilmiş bölgü sxemi olmadığından torpaq sahəsinin mülkiyyət hüququ əsasında kimə məxsus olmasını, ilk iddia üzrə iddiaçılar, qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı1 və onun ailə üzvlərinə Siyəzən rayonunda 29 dekabr 1997-ci ildə ayrılmış 87,59 hektarlıq torpaq sahəsinin ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 satılmış 50 hektarlıq torpaq sahəsi ilə üst-üstə düşüb-düşməməsini, mübahisəli torpaq sahəsinin ilk iddia üzrə iddiaçılar, qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı1, İddiaçı4, İddiaçı3 və İddiaçı2, qarşılıqlı iddia üzrə cavabdehlər X29, X30, X31, X25, X26 və X22 tərəfindən zəbt edilib-edilmədiyini müəyyən etmək mümkün olmamışdır. Həmçinin iş materiallarında olan mötəbər maliyyə sənədlərindən görünür ki, torpaq sahələrinin inventarlaşdırılmasına dair ekspertiza xərci 504,80 (beş yüz dörd manat 80 qəpik) manat, ilk iddia üzrə İddiaçı4 tərəfindən ödənilmiş dövlət rüsumu 10 manat, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 tərəfindən ödənilmiş dövlət rüsumu isə 20 manat təşkil edir. Məhkəmə nəzərə almışdır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. Ona görə də hazırkı mübahisə üzrə sübutetmə yükü də istinad etdikləri hallara münasibətdə həm ilk iddia üzrə iddiaçıların, qarşılıqlı iddia üzrə cavabdehlərin, həm də ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı tərəfin üzərinə düşür. Çünki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu Məcəllənin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Məhkəmə ilk iddia tələbinə münasibətdə qeyd etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.3-cü maddəsinə əsasən 7 yaşınadək olan yetkinlik yaşına çatmayanların (azyaşlılar) fəaliyyət qabiliyyəti yoxdur. 7 yaşından 18 yaşınadək olan yetkinlik yaşına çatmayanların məhdud fəaliyyət qabiliyyəti vardır. Bu Məcəllənin 27-ci maddəsinin İ və İİ hissələrinə əsasən fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Şəxsin bir neçə yaşayış yeri ola bilər. On dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır. Həmin Məcəllənin 33-cü maddəsinin İ və İİİ hissələrinə əsasən qəyyumluq və himayəçilik fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli fiziki şəxslərin hüquq və mənafelərinin müdafiəsi üçün təyin edilir. Yetkinlik yaşına çatmayanlar üzərində qəyyumluq və himayəçilik, həmçinin onların tərbiyələndirilməsi məqsədilə təyin edilir. Qəyyumların və himayəçilərin buna uyğun hüquq və vəzifələri Azərbaycan Respublikasının Ailə Məcəlləsi ilə müəyyənləşdirilir. Yetkinlik yaşına çatmayanların valideynləri, onları övladlığa götürənlər olmadıqda, valideynləri məhkəmə tərəfindən valideynlik hüquqlarından məhrum edildikdə, habelə bu cür fiziki şəxslər başqa səbəblərə görə valideyn himayəsindən məhrum olduqda, o cümlədən valideynləri onları tərbiyələndirməkdən və ya hüquq və mənafelərini müdafiə etməkdən boyun qaçırdıqda onların üzərində qəyyumluq və himayəçilik təyin edilir. Həmin Məcəllənin 222-ci maddəsinin İ və İİ hissələrinə əsasən birgə mülkiyyətin əmələ gəlməsi üçün əsas olmuş ümumiliyin iştirakçıları birgə mülkiyyətin mülkiyyətçiləridir. Əgər birgə mülkiyyətin mülkiyyətçiləri arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onlar ümumi əmlaka birgə sahiblik edir və ondan birgə istifadə edirlər. Birgə mülkiyyətdə olan əşyaya dair sərəncamçılıq bütün mülkiyyətçilərin razılığı ilə həyata keçirilir və əmlaka dair sərəncam verilməsi haqqında əqdi mülkiyyətçilərdən hansının bağlamasından asılı olmayaraq bu razılıq ehtimal edilir. Müəyyən edilmişdir ki, 07 sentyabr 2003-cü il tarixdə alqı-satqı müqaviləsinə əsasən X29, X30, X25, X21, İddiaçı1, X16 və X22 birgə mülkiyyətlərindəki Siyəzən rayonu, Dərəzarat kəndində yerləşən 87,59 hektar torpaq sahəsinin 50 hektarını tədavüldən çıxarılmış Azərbaycan manatı ilə 10.000.000 manata Cavabdeh1 satmış, sonuncu isə alıcı kimi həmin məbləği satıcılara vermiş, onlar da öz növbəsində ödənilən məbləği qəbul etmişlər. Həmçinin mübahisəli torpaq sahəsinin alqı-satqısı həyata keçirilərkən digər birgə mülkiyyətçilər X31, X23 və X26 elə həmin tarixdə notariat qaydada ərizə tərtib etməklə torpaq sahəsinin satılmasına razılıq vermiş və buna etiraz etməmişlər. Bundan əlavə ilk iddia üzrə iddiaçılar 07 sentyabr 2003-cü il tarixdə alqı-satqı müqaviləsi bağlanarkən yetkinlik yaşına çatmayan olmaqla, valideynlik hüquqlarını itirməmiş valideynlərinin, o cümlədən mərhum ataları Ağaverdi Cəfərovun yanında yaşamış, habelə sonuncuların himayəsində olmuş, valideynləri onların hüquq və mənafelərini müdafiə etmiş, habelə məhkəmə tərəfindən valideynlik hüquqlarından məhrum edilmədiklərindən ilk iddia üzrə iddiaçılar valideyn himayəsindən məhrum olmamış, o cümlədən valideynləri onları tərbiyələndirməkdən və ya hüquq və mənafelərini müdafiə etməkdən boyun qaçırmadıqlarından onların üzərində qəyyumluq və himayəçilik təyin edilməmişdir. Bu səbəbdən də 07 sentyabr 2003-cü il tarixdə alqı-satqı müqaviləsi bağlanarkən yetkinlik yaşına çatmayan ilk iddia üzrə iddiaçıların hüquq və mənafelərinin müdafiəsi üçün qəyyumluq orqanının iştirakı olmamış, habelə ilk iddia üzrə iddiaçı tərəfin gətirdiyi bu dəlil əsaslı hesab edilə bilməz. Eyni zamanda mübahisəli torpaq sahəsi X14, habelə onun ailə üzvləri olan ilk iddia üzrə iddiaçıların və qarşılıqlı iddia üzrə cavabdehlərin birgə mülkiyyətlərində olduğundan onlar ümumi əmlaka birgə sahiblik edib, ondan birgə istifadə etmişlər. Bu səbəbdən də 07 sentyabr 2003-cü il tarixdə mübahisəli torpaq sahəsinin alqısatqısına dair müqavilə bağlanarkən mülki qanunvericiliyin tələblərinə əsasən birgə mülkiyyətdə olan əşyaya dair sərəncamçılıq bütün mülkiyyətçilərin razılığı ilə həyata keçirildiyindən, əmlaka dair sərəncam verilməsi haqqında əqdi mülkiyyətçilərdən hansının bağlamasından asılı olmayaraq bu razılıq ehtimal edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 324.2-ci maddəsinə əsasən əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Həmin Məcəllənin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 389.2-ci maddəsinə əsasən müqavilələrə iki və çoxtərəfli əqdlərə dair qaydalar tətbiq edilir. Bu Məcəllənin 405-ci maddəsinin İ və İİ hissəsinə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. Müqavilə tərəflərdən birinin oferta (müqavilə bağlamaq təklifi) göndərməsi və digər tərəfin onu aksept etməsi (təklifin qəbulu) vasitəsi ilə bağlanır. Həmin Məcəllənin 406.1-ci maddəsinə əsasən müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. Həmin Məcəllənin 146-cı maddəsinin İ və İİ hissələrinə əsasən daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). Daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Azərbaycan Respublikasının MPM-nin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. İş materiallarından görünür ki, X29, X30, X25, X21, İddiaçı1, X16 və X1 Musa Novruz oğlu ilə 07 sentyabr 2003-cü il tarixdə mübahisəli torpaq sahəsinin alqı-satqısına dair müqavilə imzalamaqla iradələrini ifadə etmişlər. Belə ki, notarial qaydada bağlanmış müqaviləyə əsasən X29, X30, X25, X21, İddiaçı1, X16 və X22 birgə mülkiyyətlərindəki Siyəzən rayonu, Dərəzarat kəndində yerləşən 87,59 hektar torpaq sahəsinin 50 hektarını tədavüldən çıxarılmış Azərbaycan manatı ilə 10.000.000 manata Cavabdeh1 satmağı, alıcı Cavabdeh1 isə həmin əmlakı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini ödəməyi öhdəsinə götürmüşdür. Mübahisəli torpaq sahəsinin alqı-satqısına dair bağlanmış müqaviləyə nəzər yetirdikdə görünür ki, bu müqavilə ilə hər iki tərəf sərbəst iradəsini ifadə etmiş, biri digərinin, həmçinin üçüncü şəxslərin hüquqlarını əhəmiyyətli dərəcədə pozmamışdır. Belə ki, ailənin digər üzvləri Zaur Cəfərov, Şahidə Cəfərova və Arifə Cəfərova notariat qaydasında ərizə verməklə mübahisəli əmlakın satılmasına etiraz etməmiş, həmçinin, həmin əmlakın tərəflərin iradəsi ilə razılaşdırılmış dəyəri yetkinlik yaşına çatmayan ilk iddia üzrə iddiaçıların onların hüquq və mənafelərini müdafiə etmiş, habelə valideynlik hüquqlarından məhrum edilməmiş valideynlərinə, o cümlədən Ağaverdi Cəfərova ödənilmiş və notarial qaydada müqavilə bağlandıqdan sonra qarşılıqlı iddia üzrə iddiaçının bu əmlaka sahiblik, istifadə hüququ yaranmışdır. Beləliklə, göründüyü kimi hazırkı vəziyyətdə bağlanmış müqavilə tərəflərin iradəsini tam əks etdirməklə, onların hüquq və mənafeyinə uyğun olduğuna görə hazırkı iş üzrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14-cü fəslində nəzərdə tutulmuş əqdlərin etibarsızlığı üçün əsaslar müəyyən edilməmişdir. Eyni zamanda, ilk iddia üzrə iddiaçılar həmin vaxt valideynlərinin himayəsində olduqlarından, onların savadlarının olmaması ilə bağlı istinad edilən hal da müqavilənin etibarsızlığı üçün əsas ola bilməz. Qeyd olunan maddi hüquq normalarına əsasən ilk iddia tələbinə münasibətdə məhkəmə belə nəticəyə gəlmişdir ki, ilk iddia üzrə iddiaçılar, qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı1, İddiaçı4, İddiaçı3 və İddiaçı2 ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 və ilk iddia üzrə cavabdeh Siyəzən rayon Dövlət Notariat Kontoruna qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair ilk iddiası əsassız olduğundan təmin edilməməlidir. Bundan başqa məhkəmə ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 hazırkı iş üzrə iddia müddəti tətbiq edilməklə ilk iddia tələbinin təmin edilməməsinə dair ərizəsinə münasibətdə qeyd edir ki, ilk iddia tələbi təmin edilmədiyindən həmin ərizənin nəzərə alınması istisna edilir. Qeyd edilənlərə əsasən məhkəmə haqlı olaraq hesab etmişdir ki, ilk iddia tələbləri əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcələnin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Məhkəmə hesab etmişdir ki, hər iki iddia tələbi rədd edildiyindən ilk iddia tələbi üzrə ödənilmiş 10 (on) manat dövlət rüsumu ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı4, qarşılıqlı iddia tələbi üzrə ödənilmiş 20 (iyirmi) manat dövlət rüsumu isə ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 özünə aid edilməlidir. Bundan başqa torpaq sahələrinin inventarlaşdırılmasına dair ekspertiza xərci 504,80 (beş yüz dörd manat 80 qəpik) manat məbləğində pulun 50 %-i, yəni 252,40 (iki yüz əlli iki manat 40 qəpik) manatı ilk iddia üzrə iddiaçılar, qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı1, İddiaçı4, İddiaçı3 və İddiaçı2 müştərək qaydada, qalan 50 %-i, yəni 252,40 (iki yüz əlli iki manat 40 qəpik) manatı isə ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 tutularaq Kadastr və Yerquruluşu LayihəTədqiqat Mərkəzi MMC-nin hesablaşma hesabına keçirilməlidir. İnsan hüquqlarının və X28 haqqında Konvensiyanın 6-cı maddəsinin (“Ədalətli məhkəmə araşdırması hüququ”) 1-ci hissəsində göstərilir ki, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq hesab edir ki, ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdehlərin apelyasiya şikayətinin dəlilləri əsassız olduğu üçün təmin oluna bilməz. Belə ki, apelyantlar şikayətinin dəlillərini əsaslandıra bilməmiş və buna dair hər hansı bir sübut təqdim etməmişdir. Bundan başqa onun qeyd etdiyi dəlillər məhkəmə tərəfindən arşdırılaraq qətnamədə qiymət verilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Belə olan halda məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticələrlə razılaşaraq hesab edir ki, qətnamə qanuni və əsaslı olduğundan mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalı, apelyasiya şikayəti isə təmin olunmamalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 392 və 393-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT E T D İ: Siyəzən Rayon Məhkəməsinin 2(059)-6/2020 saylı, 02.03.2020-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apelyasiya şikayəti təmin olunmasın. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apelyasiya instansiya məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən iki ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən:Lətifə Məmmədova Hakimlər: Gülnarə Tağızadə Telman Quliyev
Məhkəmə qərarları › İş №2(105)-736/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-736/2021
06.04.2021 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver