Məhkəmə qərarları › İş №2(105)-738/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-738/2021

13.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Torpaq üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-738/2021 13.04.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri: Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi hakim), Quliyev Telman Osman oğlu və Tağızadə Gülnarə Fikrət qızından ibarət tərkibdə, Həşimova Leyla Yusub qızının katibliyi ilə, İddiaçı və onun vəkili X13, Cavabdeh33, cavabdehlər Cavabdeh30 Səməd qızının, Cavabdeh31, Cavabdeh32 və Cavabdeh33 nümayəndə və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər X11, Cavabdeh2, Cavabdeh4, Cavabdeh3, Cavabdeh5, Cavabdeh6 Camo oğlu, Cavabdeh7, Cavabdeh8, Cavabdeh10, Cavabdeh11 Əliheyər qızı, Cavabdeh12, Cavabdeh13, Cavabdeh14, Cavabdeh15, Cavabdeh16, X14, Cavabdeh18, Cavabdeh19, Cavabdeh20, Cavabdeh21, Cavabdeh23 Muxtar oğlu, Cavabdeh22, Cavabdeh24, Cavabdeh25, Cavabdeh26, Cavabdeh27, Cavabdeh28, Cavabdeh29, Cavabdeh30 Səməd qızı, Cavabdeh31, Cavabdeh32 və Cavabdeh33 qarşı torpaq sahələrinin alqısatqısına dair əqdin etibarlı hesab edilməsi tələbinə dai mülki iş üzrə Quba Rayon Məhkəməsinin 2(027)-354/2012 saylı, 06 mart 2012-ci il tarixli qətnaməsindən maraqlı tərəf AR ƏMDK-nin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: Quba Rayon Məhkəməsinin 2(027)-354/2012 saylı, 06 mart 2012-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, cavahdehlər X3, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 JN 244 Kod 30301004 saylı Torpağa Mülkiyyət Hüququna X28 ilə özlərinə məxsus 1,00 ha torpaq sahəsini 14.02.2003-cü il tarixdə, X7, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9, Cavabdeh10, Cavabdeh11 JN 579 Kod 30301004 saylı Torpağa Mülkiyyət Hüququna X28 ilə özlərinə məxsus 1,20 ha torpaq sahəsini 12.03.2003-cü il tarixdə, Cavabdeh12, Cavabdeh13, Cavabdeh14, Cavabdeh15, Cavabdeh16, X8 və Cavabdeh18 JN 580 Kod 30301004 saylı Torpağa Mülkiyyət Hüququna X28 ilə özlərinə məxsus 1,40 ha torpaq sahəsini 30.03.2003-cü il tarixdə, Cavabdeh19, Cavabdeh20, Cavabdeh21, Cavabdeh22 və Cavabdeh23 Muxtar oğlunun JN 582 Kod 30301004 saylı Torpağa Mülkiyyət Hüququna X28 ilə özlərinə məxsus 1,00 ha torpaq sahəsini 20.04.2003-cü il tarixdə, Cavabdeh24, Cavabdeh25, Cavabdeh26, Cavabdeh27 və Cavabdeh28 JN 583 Kod 30301004 saylı Torpağa Mülkiyyət Hüququna X28 ilə özlərinə məxsus 1,00 ha torpaq sahəsini 10.05.2003-cü il tarixdə, Cavabdeh29, Cavabdeh30 Səməd qızının, Cavabdeh31, Cavabdeh32 və Cavabdeh33 JN 584 Kod 30301004 saylı Torpağa Mülkiyyət Hüququna X28 ilə özlərinə məxsus 1,00 ha torpaq sahəsini 22.05.2003-cü il tarixdə İddiaçı satmalarına dair aralarında tərtib olunmuş alqı-satqı əqdlərinin etibarlı hesab edilməsi və həmin torpaq sahələrinə İddiaçı mülkiyyət hüquqlarının müəyyən olunması qət edilmişdir (hakim Z.C.Tahirov). Qətnamədən narazı qalan maraqlı tərəf AR ƏMDK-nin 5 saylı Xaçmaz Ərazi İdarəsi apelyasiya şikayəti verərək Quba Rayon Məhkəməsinin 2(027)-354/2012 saylı, 06 mart 2012-ci il tarixli qətnaməsinin ləğv edilməklə iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İ Ş İ N H A L L A R İ: İddiaçı məhkəmədə iddia qaldıraraq cavabdehlər X11, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 JN 244 Kod 30301004 saylı Torpağa Mülkiyyət Hüququna X28 ilə özlərinə məxsus 1,00 ha torpaq sahəsini 14.02.2003-cü il tarixdə, Cavabdeh6 Camo oğlu, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9, Cavabdeh10 və Cavabdeh11 JN 579 Kod 30301004 saylı Torpağa Mülkiyyət Hüququna X28 ilə özlərinə məxsus 1,20 ha torpaq sahəsini 12.03.2003-cü il tarixdə, Cavabdeh12, Cavabdeh13, Cavabdeh14, Cavabdeh15, Cavabdeh16, X14 və Cavabdeh18 JN 580 Kod 30301004 saylı Torpağa Mülkiyyət Hüququna X28 ilə özlərinə məxsus 1.40 ha torpaq sahəsini 30.03.2003-cü il tarixdə, Cavabdeh19, Cavabdeh20, Cavabdeh21, Cavabdeh22 Nxtar qızı və Cavabdeh23 Muxtar oğlunun JN 582 Kod 30301004 saylı Torpağa Mülkiyyət Hüququna X28 ilə özlərinə məxsus 1,00 ha torpaq sahəsini 20.04.2003-cü il tarixdə, Cavabdeh24, Cavabdeh25, Cavabdeh26, Cavabdeh27 və Cavabdeh28 JN 583 Kod 30301004 saylı Torpağa Mülkiyyət Hüququna X28 ilə özlərinə məxsus 1,00 ha torpaq sahəsini 10.05.2003-cü il tarixdə, Cavabdeh29, Cavabdeh30 Səməd qızı, Cavabdeh31, Cavabdeh32 və Cavabdeh33 JN 584 Kod 30301004 saylı Torpağa Mülkiyyət Hüququna X28 ilə özlərinə məxsus 1,00 ha torpaq sahəsini 22.05.2003-cü il tarixdə ona satmalarına dair aralarında bağlanmış alqı-satqı əqdinin etibarlı hesab edilməsi və həmin torpaq sahələrinin onun mülkiyyətinə verilməklə adına Dövlət qeydiyyatına alınaraq reyestrdən çıxarış verilməsi barədə qətnamə verilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı çıxarılmışdır. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Maraqlı tərəf Azərbaycan Respublikası ƏMDK Yanında DƏDRX-nin 5 saylı Ərazi İdarəsinin rəisi E.Bağırov apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamə qanunsuz və ədalətsizdir. Azərbaycan Respublikasının “Notariat haqqında” Qanunun 17-ci maddəsinə əsasən əqdlərin təsdiq edilməsi dövlət notariusu tərəfindən aparılan notariat hərəkətlərinə aiddir. Həmin Qanunun 46-cı maddəsinə əsasən qeydiyyatdan keçməli olan əmlakın özgəninkiləşdirilməsi və girov qoyulması haqqında əqdlər özgəninkiləşdirilən və ya girov qoyulan əmlaka mülkiyyət hüququnu təsdiq edən sənədlər təqdim olunduqdan sonra təsdiq edilir. Yaşayış evinin, mənzilin, bağın, bağ evinin, qarajın, torpaq sahəsinin, digər daşınmaz əmlakın özgəninkiləşdirilməsi və ya girov qoyulması haqqında əqdlər təsdiq olunarkən əmlakın özgəninkiləşirilməsinə qadağanın olub-olmaması və ya əmlaka həbs qoyulub-qoyulmaması yoxlanılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 406.1ci maddəsinə əsasən müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 56.9-cu maddəsinə əsasən xüsusi mülkiyyətdə olan torpaq sahələrinin özgəninkiləşdirilməsi, habelə istifadəyə və ya icarəyə verilməsi tərəflər arasında qanunvericilikdə müəyyən edilmiş qaydada bağlanılan və notarial qaydada təsdiq olunan müvafiq müqavilə əsasında həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 394-cü maddəsinə əsasən bir tərəfin daşınmaz əşyaya mülkiyyəti digər tərəfə vermək və ya əldə etmək barədə öhdəlik götürdüyü müqavilə notariat qaydasında təsdiqlənməlidir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 66-cı maddəsinin 1-ci bəndinə görə torpağın alqı-satqısı yazılı müqavilə tərtib edilməklə notariatda təsdiq edilməli və həmin Məcəllənin 67-ci maddəsinin 1-ci bəndinə əsasən dövlət qeydiyyatından keçməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Həmin Məcəllənin 144.1-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Həmin Məcəllənin 329.1-ci maddəsinə əsasən əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanmış əqd etibarsızdır. Apelyasiya şikayətində qeyd edilir ki, özgəninkiləşdirilən torpaq sahəsi JN 244 və JN 579 Torpağa Mülkiyyətə hüququna X28na əsasən paylı mülkiyyət hüququ əsasında məxsus olan digər mülkiyyətçiləri işə cəlb etmədən, o cümlədən razılıqları olub-olmadığını müəyyənləşdirmədən torpaq sahəsinin alqı-satqısına dair İddiaçı Firddovsi oğlu ilə əqdləri etibarlı saymışdır. Bundan başqa maraqlı tərəf Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 5 saylı Ərazi İdarəsinin rəisi E.Hacıyev apelyasiya şikayətinə əlavə verərək göstərmişdir ki, araşdırma zamanı müəyyən edilmişdir ki, Quba Rayon Məhkəməsinin 06 mart 2012-ci il tarixli, 2(027)-354 saylı qətnaməsi əsasında İddiaçı ilə alqı-satqı predmeti olmuş Cavabdeh29, Cavabdeh30 Səməd qızının, Cavabdeh31, Cavabdeh32 və X15 JN 584 kod 30301004 saylı Torpağa Mülkiyyət Hüququna X28 ilə özlərinə məxsus 1.00 ha torpaq sahəsinin payçısı olan mərhum Cavabdeh29 düşən hissə Quba regional “ASAN xidmət” mərkəzinin notariat ofisi tərəfindən təsdiq edilmiş 18.10.2019-cu il tarixli, 2V-1019 reyestr saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında Cavabdeh30 Səməd qızına keçmiş və sonradan Cavabdeh30 Səməd qızının, Cavabdeh31, Cavabdeh32 və Cavabdeh33 adlarına ********** qeydiyyat nömrəli, 25.10.2019-cu il qeydiyyat tarixli dövlət reyestrindən çıxarış verilmişdir. Sonradan həmin mülkiyyətçilər tərəfindən 1.0 ha torpaq sahəsi Quba regional “ASAN xidmət” mərkəzinin notariat ofisi tərəfindən təsdiq edilmiş 15.11.2019-cu il tarixli, 2Ə-2684 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsi əsasında X1. Sözügedən müqavilə əsasında həmin 1.0 ha torpaq sahəsinə X4 adına ********** qeydiyyat nömrəli 06.12.2019-cu il tarixli dövlət reyestrindən çıxarış verilmişdir Bu halda məhkəmə qətnaməsinin icrası qeyri-mümkün olacaqdır. Qeyd edilənlərə əsasən apelyasiya şikayətinin təmin edilməsini, Quba Rayon Məhkəməsinin 2(027)-354/2012 saylı, 06 mart 2012-ci il tarixli qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. PROSES İŞTİRAKÇİLARİNİN İZAHATLARİ: Məhkəmə kollegiyasının iclasında İddiaçı apelyasiya şikayətinin dəlillərinə etiraz edərək təmin edilməməsini, Quba Rayon Məhkəməsinin 2(027)-354/2012 saylı, 06 mart 2012-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iddiaçının vəkili X20 apelyasiya şikayətinin dəlillərinə etiraz edərək bildirmişdir ki, Quba Rayon Məhkəməsinin 2(027)-550/2020 saylı, 16 noyabr 2020-ci il tarixli qərardadı ilə cavabdehlərə qarşı verdiyi çıxarışın etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işin icraatına xitam verilmiş və iddiaçıya izah edilmişdir ki, qeyd edilən iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkməsinə müraciət etmək hüququ vardır. Bundan sonra məlum olmuşdur ki, Azərbaycan Respublikası ƏMDX DƏDRX 5 saylı Xaçmaz Əİ Quba Rayon Məhkəməsinin 06 mart 2012-ci il tarixli qətnaməsindən 5 il keçdikdən sonra cavabdeh Bayramovların sifarişi əsasında qətnamədən apellyasiya şikayəti verilmişdir. Belə ki, iddiaçı Quba Rayon Məhkəməsinin 06 mart 2012-ci il tarixli qətnaməsini aldıqdan sonra üzrlü səbəbdən və qanunları bilmədiyindən ərazi Reyestr Xidmətinə Çıxarış əldə etmək üçün müraciət etməmişdir. Maraqlıdır ki, iddiaçı Reyestr Çıxarışı almaq üçün Reyestr Xidmətinə müraciət etmədiyi halda və Reyestr Xidməti mülki işə baxılarkən cavabdeh qismində cəlb edilmədiyindən, Reyestr Xidməti qətnamədən 5 il keçdikdən sonra apellyasiya şikayəti verir və bu apellyasiya şikayəti də məhkəmə tərəfindən icraata qəbul edilir. Qeyd etmək istəyir ki, «Daşınmaz Əmlakın Dövlət Reyestri Haqqında» Qanunun heç bir norması məhkəmə tərəfindən əqdin etibarlılığı və ya mülkiyyət hüququnun, tanınması barədə qətnaməni mübahisələndirmək hüququ nəzərdə tutmur. Əksinə həmin Qanunun 8.0.4-cü maddəsinə əsasən qanuni qüvvəyə minmiş məhkəmə qərarları daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının və xitam verilməsinin Dövlət qeydiyatı üçün əsasdır. Hesab edir ki, bu özbaşınalıqdan və kobud qanun pozuntusundan başqa bir şey deyildir və buna görə də apelyasiya şikayətinin təmin edilməməsini, Quba Rayon Məhkəməsinin 2(027)-354/2012 saylı, 06 mart 2012-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir. Məhkəmə kollegiyasının iclasında Cavabdeh33 apellyasiya şikayətinin dəlillərini qəbul edərək onun təmin edilməsini, Quba Rayon Məhkəməsinin 2(027)-354/2012 saylı, 06 mart 2012-ci il tarixli qətnaməsinin ləğv edilməsini, iddianın təmin edilməməsini xahiş edir. Məhkəmə kollegiyasının iclasında cavabdehlər Cavabdeh30 Səməd qızının, Cavabdeh31, Cavabdeh32 və Cavabdeh33 nümayəndə və vəkili Vəkil apellyasiya şikayətinin dəlillərini qəbul edərək onun təmin edilməsini, Quba Rayon Məhkəməsinin 2(027)-354/2012 saylı, 06 mart 2012-ci il tarixli qətnaməsinin ləğv edilməsini, iddianın təmin edilməməsini xahiş edir. PROSESSUAL MƏSƏLƏLƏR: Cavabdehlər X11, Cavabdeh2, Cavabdeh4, Cavabdeh3, Cavabdeh5, Cavabdeh6 Camo oğlu, Cavabdeh7, Cavabdeh8, Cavabdeh10, Cavabdeh11 Əliheyər qızı, Cavabdeh12, Cavabdeh13, Cavabdeh14, Cavabdeh15, Cavabdeh16, X14, Cavabdeh18, Cavabdeh19, Cavabdeh20, Cavabdeh21, Cavabdeh23 Muxtar oğlu, Cavabdeh22, Cavabdeh24, Cavabdeh25, Cavabdeh26, Cavabdeh27, Cavabdeh28, Cavabdeh29 və maraqlı tərəf ARƏMDK-nin 5 saylı Xaçmaz Ərazi İdarəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq gəlməmişlər, məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinin tələblərinə əsasən mübahisəyə onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini, proses iştirakçılarının izahatlarını dinləyərək, apellyasiya şikayətinin dəlillərini nəzərə alıb işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla sübutları qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməli, qətnamə ləğv edilməli, iddia təmin edilməməlidir. Belə ki, birinci instansiya məhkəməsi iş materiallarında olan Torpağın mülkiyyət verilməsinə dair Dövlət Aktlarına, cavabdehlər və onların ailə üzvləri ilə bağlanmış sadə yazılı əqdlərə istinadən iddia ərizəsində adları göstərilən cavabdehlərin və onların ailə üzvlərinin həmin Dövlət Aktları ilə özlərinə məxsus torpaqları iddiaçıya satmalarını, iddiaçının aldığı vaxtdan torpaq sahələrinə qulluq etdiyini, iddiaçının aldığı torpaqların pulunu cavabehlərə tam şəkildə ödəməklə əqdi icra etdiyini, cavabdehlərin isə alqı-satqı müqaviləsini notariatda təsdiq etdirməkdən yayınmalarını müəyyən edərək iddianı təmin etmiş, gəldiyi nəticəni də hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan Mülki Məcəllənin 335.2, edəcə də 567-ci maddəsi ilə əsaslandırmışdır. Məhkəmə kollegiyası hesab edir ki, btirinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşmaq olmaz. İş materiallarında olan JN 583 Kod 30301004 saylı Torpağa Mülkiyyət Hüququna X25 görünür ki, Cavabdeh24, Cavabdeh25, Cavabdeh26, Cavabdeh27 və Cavabdeh28 Quba rayon AİK-nın 05.05.2000-ci il tarixli, 05 saylı qərarı ilə kənd təsərrüfatı məhsulları istehsalı üçün 1,00 ha torpaq sahəsi verilmişdir. İş materiallarında olan JN 584 Kod 303 01004 saylı Torpağa Mülkiyyət Hüququna X25 görünür ki, Cavabdeh29, Cavabdeh30 Səməd qızı, Cavabdeh31, Cavabdeh32 və Cavabdeh33 Quba rayon AİK-nın 05.05.2000-ci il tarixli, 05 saylı qərarı ilə kənd təsərrüfatı məhsullarının istehsalı üçün 1,00 ha torpaq sahəsi verilmişdir. İş materiallarında olan JN 582 Kod 30301004 saylı Torpağa Mülkiyyət Hüququna X25 görünür ki, Cavabdeh19 oglu, Cavabdeh20, Cavabdeh21, Cavabdeh22 və Cavabdeh23 Muxtar oğluna Quba rayon AİK-nın 05.05.2000-ci il tarixli, 05 saylı qərarı ilə kənd təsərrüfatı məhsulları istehsalı üçün 1,00 ha torpaq sahəsi verilmişdir. İş materiallarında olan JN 580 Kod 30301004 saylı Torpağa Mülkiyyət Hüququna X25 görünür ki, Cavabdeh12, Cavabdeh13, Cavabdeh14, Cavabdeh15, Cavabdeh16, X14, Sultanov Əİisahib Həbib oğluna Quba rayon AİK-nın 05.05.2000-ci il tarixli, 05 saylı qərarı ilə kənd təsərrüfatı məhsulları istehsalı üçün 1,40 ha torpaq sahəsi verilmişdir. İş materiallarında olaıı JN 579 Kod 30301004 saylı X17 X25 görünür ki, Cavabdeh6 Camo oğlu, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9, Cavabdeh10 və Cavabdeh11 Quba rayon AİK-nın 05.05.2000-ci il tarixli, 05 saylı qərarı ilə kənd təsərrüfatı məhsulları istehsalı üçün 1,20 ha torpaq sahəsi verilmişdir. İş materiallarında olan JN 244 Kod 30301004 saylı Torpağa Mülkiyyət Hüququna X25 görünür ki, X11, Cavabdeh5 və uşaqları Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 Quba rayon AİK-nın 05.05.2000-ci il tarixli, 05 saylı qərarı ilə kənd təsərrüfatı məhsulları istehsalı üçün 1,00 ha torpaq sahəsi verilmişdir. İş materiallarında olan tərəflər arasında tərtib olunmuş 20.04.2003-cü il tarixli alqısatqı müqaviləsindən görünür ki, Cavabdeh19, Cavabdeh20, Cavabdeh21, Cavabdeh22, Cavabdeh23 Muxtar oğlu JN 582 Kod 30301004 saylı Torpağa Mülkiyyət Hüququna X28 ilə özlərinə məxsus 1,00 ha torpaq sahəsini 20.04.2003-cü il tarixdə İddiaçı sataraq pullarını tam şəkildə almışlar. İş materiallarında olan tərəflər arasında tərtib olunmuş 14.02.2003-cü il tarixli alqısatqı müqaviləsindən görünür ki, X11, Cavabdeh5, X5, Cavabdeh3 və Cavabdeh4 JN 244 Kod 30301004 saylı Torpağa Mülkiyyət Hüququna X28 ilə özlərinə məxsus 1,00 ha torpaq sahəsini 14.02.2003-cü il tarixdə İddiaçı sataraq pularını tam şəkildə almışlar. İş materiallarında olan tərəflər arasında tərtib olunmuş 22.05.2003-cü il tarixli alqısatqı müqaviləsindən görünür ki, Cavabdeh29, Cavabdeh30 Səməd qızı, Cavabdeh31, Cavabdeh32 və Cavabdeh33 JN 584 Kod 30301004 saylı Torpağa Mülkiyyət Hüququna X28 ilə özlərinə məxsus 1,00 ha torpaq sahəsini 22.05.2003-cü il tarixdə İddiaçı sataraq pulunu tam şəkildə almışlar. İş materiallarında olan tərəflər arasında tərtib olunmuş 12 mart 2003-cü il tarixli alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh6 Camo oğlu, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9, Cavabdeh10 və Cavabdeh11 JN 579 Kod 30301004 saylı Torpağa Mülkiyyət Hüququna X28 ilə özlərinə məxsus 1,20 ha torpaq sahəsini 12.03.2003-cü il tarixdə İddiaçı sataraq pullarını tam şəkildə almışlar. İş materiallarında olan tərəflər arasında tərtib olunmuş 10.05.2003-cü il tarixli alqısatqı müqaviləsindən görünür ki, Cavabdeh24, X16, Cavabdeh26, X2 və Cavabdeh28 JN 583 Kod 30301004 saylı Torpağa Mülkiyyət Hüququna X28 ilə özlərinə məxsus 1,00 ha torpaq sahəsini 10.05.2003-cü il tarixdə İddiaçı sataraq pularını tam şəkildə almışlar. İş materiallarında olan tərəflər arasında tərtib olunmuş 30.03.2003-cü il tarixli alqısatqı müqaviləsindən görünür ki, Cavabdeh12, Cavabdeh13, Cavabdeh14, Cavabdeh15, Cavabdeh16, X14 və Cavabdeh18 JN 580 Kod 30301004 saylı Torpağa Mülkiyyət Hüququna X28 ilə özlərinə məxsus 1,40 ha torpaq sahəsini 30.03.2003-cü tarixdə İddiaçı sataraq pullarını tam şəkildə almışlar. Birinci instansiya məhkəməsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 335.2-ci maddəsinin tətbiqi ilə əlaqədar məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, mübahisəli hüquq münasibətinin yarandığı zaman Mülki Məcəllənin qüvvədə olmuş 335.2-ci maddəsinə görə əgər tərəflərdən biri notariat qaydasında təsdiqlənməsi tələb olunan əqdi tamamilə və ya qismən icra etmişsə, digər tərəf isə əqdin notariat qaydasında təsdiqlənməsindən boyun qaçırırsa, əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı saymaq ixtiyarı vardır. Bu halda əqdin sonradan notariat qaydasında təsdiqlənməsi tələb edilmir. “K.Rəcəbovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 03 iyun 2005-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 22 mart 2006-cı il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüququ mövqeyi belə olmuşdur ki, Mülki Məcəllənin 335.2-ci maddəsinin mahiyyətinə görə əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı hesab edə bilməsi üçün aşağıdakı halların mövcudluğu tələb olunur: -əqdin notarial təsdiqlənməsi qaydasına riayət edilməməsi əks tərəfin təqsiri ucbatından baş verməli; -məhz əks tərəf əqdin notariat qaydasında təsdiqlənməsindən yayınmalı; -əqdin özü qanuna zidd olmamalı və onun yazılı formada tərtib edilməsinə dair tələbə əməl edilmiş olmalıdır. Axırıncı məqam qanunvericiliklə etibarlılığı birbaşa yazılı formada tərtib edilməsindən asılı hala gətirilmiş əqdlər üçün xüsusi əhəmiyyət daşıyır. Göründüyü kimi Konstitusiya Məhkəməsinin hüququ mövqeyinə görə Mülki Məcəllənin 335.2-ci maddəsinə əsasən əqdin bağlanmış hesab edilməsi üçün 3 hal məcmu halında mövcud olmalıdır. Bu hallardan hər hansı birinin olmaması Mülki Məcəllənin 335.2-ci maddəsinin tətbiqini istisna edir. Hazırki iş üzrə bu hallardan ikisi, yəni əqdin özünün qanuna zidd olmaması və cavabdehlərin əqdin notariat qaydasında təsdiqindən yayınması mövcud deyil. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. “İnsan Hüquqlarının və X12 Haqqında” Konvensiyaya dair 1 saylı Protokolun 1-ci maddəsinə əsasən, hər bir fiziki və höquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Həmin Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinə görə hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətlərinin əmələ gəlməsinə, dəyişməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 331.1-ci maddəsinə əsasən yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır. “Notariat haqqında” X10 46-cı maddəsinə əsasən qeydiyyatdan keçməli olan əmlakın özgəninkiləşdirilməsi və girov qoyulması haqqında əqdlər özgəninkiləşdirilən və ya girov qoyulan əmlaka mülkiyyət hüququnu təsdiq dən sənədlər təqdim olunduqdan sonra təsdiq edilir. Yaşayış evinin, mənzilin, bağ evinin, qarajın, torpaq sahəsinin, digər daşınmaz əmlakın özgəninkiləşdirilməsi və ya girov qoyulması haqqında əqdlər təsdiq olunarkən əmlakın özgəninkiləşdirilməsinə qadağanın olub-olmaması və ya əmlaka həbs qoyulub-qoyulmaması yoxlanılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 406.1-ci maddəsinə əsasən müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 56.9-cu maddəsinə əsasən xüsusi mülkiyyətdə olan torpaq sahələrinin özgəninkiləşdirilməsi, habelə istifadəyə və ya icarəyə verilməsi tərəflər arasında qanunvericilikdə müəyyən edilmiş qaydada bağlanılan və notarial qaydada təsdiq olunan müvafiq müqavilə əsasında həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 394-cü maddəsinə əsasən bir tərəfin daşınmaz əşyaya mülkiyyəti və ya digər əşya hüquqlarını digər tərəfə vermək və ya əldə etmək barədə öhdəlik götürdüyü müqavilə notariat qaydasında təsdiqlənməlidir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 66.1-ci madəsinə əsasən torpağın alqı-satqısı yazılı müqavilə tətib edilməklə notariatda təsdiq dilməli və həmin Məcəllənin 67-ci maddəsinin birinci bəndinə əsasən dövlət qeydiyyatından keçməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Həmin Məcəllənin 144.1-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Həmin Məcəllənin 329.1-ci maddəsinə əsasən əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır. Həmin Məcəllənin 407.2-ci maddəsinə əsasən sadə yazılı müqavilə müvafiq qaydada imzalandığı, notarial qaydada təsdiq edilməli müqavilə isə müvafiq qaydada təsdiq edildiyi andan bağlanmış sayılır. Həmin Məcəllənin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. “Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında” Azərbaycan Respublikası Qanunun 9.1, 9.1.2 və 9.1.3-cü maddələrinə əsasən hüquqların dövlət qeydiyyatı daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması və bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmamasının müəyyən edilməklə aparılır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməklə maddi hüquq normalarının tətbiqində və təfsirində səhvə yol vermiş və əsassız bir nəticəyə gəlmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 385.1.1 - 385.1.4-cü maddələrinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv edilməsi üçün əsaslar hesab edilir. Həmin Məcəllənin 386-cı maddəsinə əsasən maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbi üzrə işin həqiqi hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə əsaslanaraq, tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir ki, bu da Azərbaycan Respublikası MPM-nin 384.0.2-ci maddəsinə görə məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia ərizəsi təmin edilmədiyindən iş üzrə ödənilmiş 20 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 392- 393, 402-403 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Apelyasiya şikayəti təmin edilsin. Quba Rayon Məhkəməsinin 2(027)-354/2012 saylı, 06 mart 2012-ci il tarixli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı cavabdehlər X11, Cavabdeh2, Cavabdeh4, Cavabdeh3, Cavabdeh5, Cavabdeh6 Camo oğlu, Cavabdeh7, Cavabdeh8, Cavabdeh10, Cavabdeh11 Əliheyər qızı, Cavabdeh12, Cavabdeh13, Cavabdeh14, Cavabdeh15, Cavabdeh16, X14, Cavabdeh18, Cavabdeh19, Cavabdeh20, Cavabdeh21, Cavabdeh23 Muxtar oğlu, Cavabdeh22, Cavabdeh24, Cavabdeh25, Cavabdeh26, Cavabdeh27, Cavabdeh28, Cavabdeh29, Cavabdeh30 Səməd qızı, Cavabdeh31, Cavabdeh32 və Cavabdeh33 qarşı torpaq sahələrinin alqı-satqısına dair əqdin etibarlı hesab edilməsi tələbinə dair iddiası təmin edilməsin. İddia ərizəsi verilməsi üçün ödənilmiş 20 manat dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apelyasiya instansiya məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Lətifə Məmmədova Hakimlər: Gülnarə Tağızadə Telman Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar