Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-772/2021 09.03.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Telman Osman oğlu Quliyev (sədrlik edən və məruzəçi), Gülnarə Fikrət qızı Tağızadə və Lətifə Məhyəddin qızı Məmmədovadan ibarət tərkibdə, məhkəmə katibi X3, Cavabdeh iştirakı ilə Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli, 2(060)-16860/2017 saylı qətnaməsindən Cavabdeh verdiyi apelyasiya şikayəti üzrə işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli, 2(060)-16860/2017 saylı qətnaməsi ilə (hakim N.İ.Abıyev) İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddiası təmin edilib, xx xxxxxxx 2013-cü il təvəllüdlü Hüseynov Möhübbət Sərxan oğlunun yetkinlik yaşına çatana kimi saxlanması üçün xx xxxx 2017-ci il tarixdən başlayaraq Cavabdeh hər ay 136 manat 60 qəpik sabit pul məbləğində alimentin tutulub İddiaçı verilməsi qət edilmişdir. Cavabdeh apelyasiya şikayəti verib, Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli, 2(060)-16860/2017 saylı qətnaməsininin ləğv edilib, iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. İŞİN HALLARİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə xx.xx.2011-ci il tarixdə rəsmi nikah qeydiyyatından keçərək ailə qurmuşdur. Birgə nikahdan xx.xx.2011-ci il tarixdə Gülər və xx.xx.2013-cü il tarixdə Möhübbət adlı iki nəfər uşaqları doğulmuşdur. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(060)-2079/2017 saylı qətnaməsi ilə xx.xx.2011-ci ildə qeydə alınmış nikahlarına xitam verilmiş və xx.xx.2011-ci il təvəllüdlü Gülərin saxlanılması üçün cavabdehdən hər ay 136,60 manat sabit pul məbləğində alimentin tutularaq ona ödənilməsi qət edilmişdir. O, məhkəmə iclaslarına dəvət edilməmiş, cavabdeh onun məhkəmə iclaslarında iştirak etməmədiyindən sui istifadə edərək birgə nikahdan doğulmuş xx.xx.2013-cü il təvəllüdlü Hüseynov Möhübbət Sərxan oğlu barədə məhkəməyə heç bir sənəd təqdim etməmişdir. Buna görə də məhkəmə qətnamə qəbul edərkən yalnız xx.xx.2011-ci il təvəllüdlü X1 üçün cavabdehdən bir uşağı görə 136,60 manat sabit pul məbləğində alimentin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul etmişdir. Ona görə də, Cavabdeh xx xxxxxxx 2013cü il təvəllüdlü Hüseynov Möhübbət Sərxan oğlunun yetkinlik yaşına çatanadək saxlanması üçün xx.xx.2017-ci il tarixdən başlayaraq 136,60 manat sabit pul məbləğində alimentin tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ PROSES İŞTİRAKÇİLARİNİN İZAHAT İ: Cavabdeh verdiyi apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, Sumqayıt Şəhər Məhkəməsi xx xxxxxx 2017-ci il tarixli qətnaməni qəbul edərkən maddi və prosessual hüquq normalarının tələbləri pozulmuş və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, İddiaçı ilə birgə nikah münasibətlərindən xx.xx.2011-ci il tarixdə Gülər və xx.xx.2013-cü il tarixdə Möhübbət adlı iki nəfər uşaqları doğulmuşdur. 2016-cı ilin ortalarında İddiaçı əxlaqa sığmayan hərəkətinin üstü açıldığını görüb, Güləri də götürüb xəbərsiz evdən qaçıb getmiş, lakin Möhübbət həmin vaxt anasının yanında qalmışdır. Ona görə də, İddiaçı ilə aralarında mövcud olan nikahın ləğv edilməsi barədə məhkəməyə müraciət etmiş və Möhübbət onun himayəsində olduğu üçün xx.xx.2011-ci il təvəllüdlü Gülərin yetkinlik yaşına çatana kimi saxlanması üçün iddiaçının xeyrinə Sumqayıt Şəhər Məhkəməsinin xx xxxx 2017-ci il tarixli qətnaməsi ilə aliment təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İstintaq İdarəsində aliment ödəməklə bağlı məhkəmə qətnaməsini icra etmədiyi üçün barəsində aparılan cinayət işinin istintaqı zamanı məlum olmuşdur ki, qeyd olunan qətnamədən başqa, İddiaçı iddiası ilə bağlı Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli, 2(060)-16860/2017 saylı daha bir qətnaməsi mövcuddur və həm qətnaməyə əsasən onun himayəsində olan azyaşlı xx.xx.2013-cü il təvəlüdlü Hüseynov Möhübbət Sərxan oğlunun saxlanması üçün aylıq 136 manat 60 qəpik qəpik məbləğində alimentin iddiaçının xeyrinə tutulması müəyyən edilmişdir. Halbuki qeyd olunan qətnamə qəbul edilən zaman ərzində Möhübbət 2019-cu ilin ortalarına kimi onun himayəsində qalmış və Möhübbətə anası baxmışdır. Həmin ilin avqust ayında İddiaçı atası Möhübbət uşağı gəzdirmək adı ilə anasından götürüb, bir daha geri qaytarmamışdır. Ona görə də İddiaçı iddiası ilə bağlı 2017-ci ildən ona alimentin təyin edilməsi düzgün olmamışdır. Sonuncu onun iştirakı olmadığından bəhərlənib, məhkəməyə doğru olmayan, yanlış dəlillər təqdim etmişdir. Bundan əlavə xx xxxx 2018-ci il tarixdə yeni ailə həyatı qormuş və yeni nikahdan iki uşağı vardır. İşlədiyi yerdə aylıq əmək haqqı 250 manatdır və hesab edir ki, İddiaçı hər ay 136 manat 60 qəpik aliment ödənilməsi ədalətli deyildir. Əslində həmin məbləğ ayrıq əmək haqqının yarısından çoxdur. Onun savadı və qazanc gətirə bilən peşəsi yoxdur. Traktorda fəhlə işləyir, şikayət olunan qətnamə ilə ondan tutulması təmin edilmiş aliment məbləğini nəzərə alınsa, hər ay 273 manat 20 qəpik ödəməlidir ki, bu da onun aldığı əmək haqqıdan 23 manat 20 qəpik çoxdur. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib, iddia ərizəsinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında Cavabdeh apelyasiya şikayətini müdafiə edib, təmin olunmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada İddiaçı məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən İddiaçı iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini və işdə iştirak dən şəxsin izahatını dinləyib, iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq aşağıda göstərilən əsaslara görə hesab edir ki, apelyasiya şikayəti qismən təmin edilib, birinci instansiya məhkəməsinin qətnaməsi qismən ləğv edilməlidir. İş materialları müəyyən edilir ki, İddiaçı və Cavabdeh xx.xx.2011-ci il tarixdə rəsmi nikah qeydiyyatından keçərək ailə qurmuşdur. Birgə nikahdan xx.xx.2011-ci il tarixdə Gülər və xx.xx.2013cü il tarixdə Möhübbət adlı iki nəfər uşaqları doğulmuşdur. Tərəflər arasında olan münasibət pozulmuş, Cavabdeh İddiaçı ilə aralarında mövcud olan nikahın ləğv edilməsi barədə məhkəməyə müraciət etmiş və həmin vaxt azyaşlı Möhübbət onun himayəsində olduğu üçün xx.xx.2011-ci il təvəllüdlü Gülərin yetkinlik yaşına çatana kimi saxlanması üçün iddiaçının xeyrinə Sumqayıt Şəhər Məhkəməsinin xx xxxx 2017-ci il tarixli qətnaməsi ilə aliment təyin edilmişdir. Sonradan İddiaçı azyaşlı xx.xx.2013-cü il təvəlüdlü Hüseynov Möhübbət Sərxan oğlunun da onun himayəsində olmasına istinad edib, hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh xx xxxxxxx 2013-cü il təvəllüdlü Hüseynov Möhübbət Sərxan oğlunun yetkinlik yaşına çatanadək saxlanması üçün xx.xx.2017-ci il tarixdən başlayaraq 136,60 manat sabit pul məbləğində alimentin tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş və birinci instansiya məhkəməsi iddia ərizəsini təmin etmişdir. İş materiallarında olan Sumqayıt Şəhər Qeydiyyat şöbəsi və Şabran Rayon Qeydiyyat şöbələri tərəfindən verilmiş xx.xx.2013-cü il tarixli, AZ-İİİ seriyalı, 017170 nömrəli və xx.xx.2017-ci il tarixli, AZ-İİİ seriyalı, 675637 nömrəli doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, xx.xx.2011-ci il təvəllüdlü X4 və xx.xx.2013-cü il təvəllüdlü Hüseynov Möhübbət Sərxan oğlunun doğum haqqında şəhadətnamələrinin ata qrafasında Cavabdeh, ana qrafasında Mirzəyeva Səbinə Möhübbət qızı qeyd edilmişdir. Azərbaycan Respublikası Konstıtusiyasının 17-ci maddəsinin İİ-ci hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideyinlərin borcudur. Konstıtusiyanın 34-cü maddəsinin İV-cü bəndinə əsasən uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də vəzifəsidir. «Uşaq hüquqları haqqında» Konvensiyasının 27-ci maddəsinə əsasən, hər bir uşaq özünün fiziki, əqli, mənəvi, əxlaqi və sosial inkişafı üçün lazımi həyat səviyyəsi hüququna malikdir. Lazımi həyat səviyyəsinin təmin edilməsi üçün əsas məsuliyyəti valideynlər daşıyırlar. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Həmin Qanunun 19-cu maddəsinə əsasən valideynlərin uşaqların barəsində bərabər hüquq və vəzifələri vardır. Uşaq qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi hüquqlarının təmin etdirilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifəsidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarım saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1 və 78.2-ci maddələrinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm-dəyişən olarsa, ya da qazancı (gəliri) natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Göründüyü kimi istinad olunan qanunvericilik aktlarının əsas istiqaməti ona yönəlmişdir ki, heç bir əsas valideynləri öz uşaqlarını saxlamaq vəzifəsindən azad etmir. Alimentin ödənilməsi onlara öz şəxsi istehlak tələbatlarının, ehtiyaclarının ödənilməsinə mane olsa belə valideynlər mənbəyindən asılı olmayaraq öz qazanclarını uşaqları ilə bölüşdürməyə borcludurlar. Uşaqların saxlanılması valideynlərin hər ikisinin mənəvi borcu olmaqla yanaşı, həm də vacib hüquqi vəzifələridir. Qanunvericiliyin aliment institutunun təyinatı ilk növbədə uşaqların mənafelərinin təmin edilməsindən, uşaqların saxlanmasında könüllü iştirak etməyən valideynlərin onların saxlanmasına məcburi cəlb olunmasından ibarətdir. Ailə qanunvericiliyi sabit pul məbləğində alimentin müəyyən edilməsi zamanı tərəflərin maddi və ailə vəziyyətini, diqqətəlayiq olan digər halları nəzərə alır, lakin bu zaman həlledici amil kimi uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyənləşdirir. Bununla yanaşı, hər il ölkə üzrə bir uşağın saxlanması üçün tələb olunan yaşayış minimumu müəyyən edilir və həmin məbləğ qanunla tənzimlənir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” xx xxxx 2016-cı il tarixli Qərarından görünür ki, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Bu Qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. «Azərbaycan Respublikasında 2017-ci il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanununa əsasən 2017-ci il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 136,6 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutmaqla, yetkinlik yaşına çatmayan uşaqların mənafeyi, normal qida rasionlarına uyğun şəkildə qidalanması, fiziki cəhətdən inkişafı, uşaqların əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutulmalıdır. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəflərin birgə nikah münasibətlərindən doğulmuş azyaşlı Möhübbətin yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 136,6 manat sabit pul məbləğində alimentin təyin etməsi barədə gəldiyi nəticə qanuni və ədalətlidir. Birinci instansiya məhkəməsi xx.xx.2013-cü il təvəllüdlü Hüseynov Möhübbət Sərxan oğlunun yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh xx.xx.2017-ci il tarixdən başlayaraq 136,60 manat sabit pul məbləğində alimentin tutularaq Hüseynova Şəbinə Möhübbət qızına verilməsi barədə nətiəyə gələrkən Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2 və 100.3-cü madələrini rəhbər tutaraq hesab etmişdir ki, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(060)- 2079/2017 saylı qətnaməsi qəbul edilərkən Hüseynova Şəbinə Möhübbət qızı məhkəmə iclasında iştiak etməmiş, Cavabdeh isə onunla Hüseynova Şəbinə Möhübbət qızının birgə nikahından doğulmuş xx.xx.2013-cü il təvəllüdlü Hüseynov Möhübbət Sərxan oğlunun doğulması barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə kollegiaysı qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi alimentin təyin olunması müddəti ilə bağlı gəldiyi nəticəsi işin hallarına uyğun olmamışdır. İddiaçı xx.xx.2013-cü il təvəllüdlü Hüseynov Möhübbət Sərxan oğlunun yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh onun xeyrinə tutulçması barədə hazırki iddia ilə xx xxxxxx 2017-ci il tarixdə məhkəməyə müraciət etdiyindən aliment həmin tarixdən təyin olunmalıdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün əsasdır. Həmin Məcəllənin 386-cı maddəsinə əsasən maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Məhkəmə kollegiyası belə hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbinin alimentin tutulma vaxtının müəyyən edilməsi hissəsində işin həqiqi hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə əsaslanaraq, tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir ki, bu da Azərbaycan Respublikası MPM-nin 384.0.2-ci maddəsinə görə məhkəmə qətnaməsinin apelyasiya qaydasında qismən ləğv edilməsi üçün əsasdır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qismən - «xx xxxxxxx 2013-cü il təvəllüdlü Hüseynov Möhübbət Sərxan oğlunun yetkinlik yaşına çatana kimi saxlanması üçün xx xxxx 2017-ci il tarixdən başlayaraq Cavabdeh alimentin tutulub İddiaçı verilsin» hissəsində ləğv edilməli və alimentin məbləği xx xxxxxx 2017-ci il tarixdən tutulması müəyyən edilməlidir. İş üzrə tələb xx xxxxxxx 2013-cü il təvəllüdlü Hüseynov Möhübbət Sərxan oğlunun yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh hər ay 136 manat 60 qəpik sabit pul məbləğində alimentin tutulub İddiaçı verilməsindən ibarədir. Azərbaycan Respublikası MPM-nin 112.1.3-cü maddəsinə əsasən iddianın qiyməti aliment alınması haqqındakı iddialarda bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Belə olan halda müəyyən edilmiş aliment məbləğin bir il ərzində məcmusu isə (136,60 X 12 ay) 1639 (min altı yüz otuz doqquz) manat 20 (iyirmi) qəpik təşkil edir. Azərbaycan Respublikası MPM-nin 404-1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392-393, 402-403 və 404-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh verdiyi apelyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli, 2(060)-16860/2017 saylı qətnaməsi qismən – «xx xxxxxxx 2013-cü il təvəllüdlü Hüseynov Möhübbət Sərxan oğlunun yetkinlik yaşına çatana kimi saxlanması üçün xx xxxx 2017-ci il tarixdən başlayaraq Cavabdeh alimentin tutulub İddiaçı verilsin» hissəsində ləğv edilsin və xx xxxxxxx 2013-cü il təvəllüdlü Hüseynov Möhübbət Sərxan oğlunun yetkinlik yaşına çatana kimi saxlanması üçün xx xxxxxx 2017ci il tarixdən başlayaraq Cavabdeh alimentin tutulub İddiaçı verilsin. Qətnamə - «xx xxxxxxx 2013-cü il təvəllüdlü Hüseynov Möhübbət Sərxan oğlunun yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh hər ay 136 manat 60 qəpik sabit pul məbləğində alimentin tutulub İddiaçı verilsin» hissəsində dəyişdirilmədən saxlansın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Telman Quliyev Hakimlər: Gülnarə Tağızadə Lətifə Məmmədova
Məhkəmə qərarları › İş №2(105)-772/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-772/2021
09.03.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver