Məhkəmə qərarları › İş №2(105)-787/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-787/2021

11.03.2021 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-787/2021 11.03.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Telman Osman oğlu Quliyev (sədrlik edən və məruzəçi), Gülnarə Fikrət qızı Tağızadə və Lətifə Məhyəddin qızı Məmmədovadan ibarət tərkibdə, məhkəmə katibi X3, İddiaçı nümayəndəsi və vəkili X1 iştirakı ilə Abşeron Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(012)-1804/2020 saylı qətnaməsindən İddiaçı verdiyi apelyasiya şikayəti üzrə işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : Abşeron Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(012)-1804/2020 saylı qətnaməsi ilə (hakim C.İ.Səfiyeva) İddiaçı cavabdehlər Cavabdeh1 və Ləğv prosesində olan “Bank Standart” Qapalı Səhmdar Cəmiyyəti Kommersiya Birliyinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı ipotekaya xitam vermə və daşınmaz əmlak üzərində yüklülüyə dair çıxarışların ləğv edilməsi tələbi barədə iddia təmin edilməmişdir. İddiaçı apelyasiya şikayəti verib, Abşeron Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(012)-1804/2020 saylı qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. İŞİN HALLARİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək tələbini onunla əsaslandımışdır ki, Abşeron Rayon Məhkəməsinin xx xxxxxxxx 2017-cı il tarixli, 2(012)-870/2017 saylı qətnaməsi ilə onun ləğv prosesində olan «xxxx» KB-na qarşı iddia tələbi təmin edilməklə Bankla Cavabdeh1 arasında bağlanmış xx.xx.2014-cü il tarixli və xx.xx.2015-ci il tarixli ipoteka müqavilələri etibarsız hesab edilmişdir. Həmin qətnamədən ləğv prosesində olan «xxxx» KB apelyasiya şikayəti vermiş və Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2018-ci il tarixli qətnaməsi ilə qətnamə dəyişdirilmədən saxlanılmış, apelyasiya şikayəti təmin edilməmişdir. Ləğv prosesində olan «xxxx» QSC tərəfindən kassasiya şikayəti verilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyanın xx xxxxxxxx 2018-ci il tarixli qərarı ilə qətnamə ləğv etmiş və iş yenidən baxılmaq üçün apelyasiya baxışına qaytarılmışdır. Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə Abşeron Rayon Məhkəməsinin qətnaməsini dəyişdirmədən saxlamışdır. Lakin, yenə də ləğv prosesində «xxxx» QSC qətnamədən kassasiya şikayəti vermiş, Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyanın xx.xx.2019cu il tarixli, 2(102)-310/2019 saylı qərarı ilə Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş və yeni qərar qəbul edilməklə onun cavabdehlər QSC "Bank Standart" KB-na və Cavabdeh1 qarşı ipoteka müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddiası rədd edilmişdir. İpoteka ilə yüklü edilmiş evlə bağlı 2012-ci ildən hal-hazırki vaxta kimi məhkəmə mübahisələrinin getməsinə və bu mübahisələrdən cavabdehlər İlham Sultanovun və Cavabdeh1 məlumatlı olmalarına baxmayaraq onlar bankla qarşılıqlı razılaşmaya gələrək bir evin hətta bir dəfə deyil, 2 dəfə ipoteka ilə yüklü edilməsinə və 2 dəfə böyük məbləğdə kredit götürməyə nail olmuşlar. Halbuki hələ Abşeron Rayon Məhkəməsində onun iddiası üzrə işə baxılan vaxt xx xxxxxxxx 2012-ci il tarixli, 2(012)-1992/2012 saylı qərardadla həmin evin yerləşdiyi torpaq sahəsinin üzərinə həbs qoyulmuş və torpaq sahəsi ilə bağlı əməliyyatların aparılması qadağan edilmişdir. Abşeron Rayon Məhkəməsinin xx xxxxxx 2012-ci il tarixli qətnaməsi ilə onun mübahisəli evin yerləşdiyi torpaq sahəsinə dair alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsinə dair iddiası təmin edilməmiş və o, həmin qətnamədən apelyasiya şikayəti vermişdir. Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyanın xx.xx.2013-cü il tarixli qətnaməsi ilə Abşeron Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmış, apelyasiya şikayəti təmin edilməmişdir. Ümumiyyətlə bu 7 il ərzində ipoteka predmeti ilə bağlı bir neçə mülki işlərə ayrı-ayrı məhkəmə instansiyalarında baxılmış, məhkəmə aktları qəbul edilmişdir. Halbuki 2012-ci ildən bu günə qədər bu ipoteka predmeti ilə bağlı məhkəmə mübahisələri davam edir və onun adında olan bu torpaq sahəsi ilə bağlı cavabdehlərin məqsədli surətdə apardıqları bütün özgəninkiləşdirilmə ilə bağlı əqdlər etibarsız hesab edilmiş və hazırda ev ipoteka ilə yüklü edilməsi səbəbindən o, DƏDRX-nin 4 saylı Abşeron Ərazi İdarəsindən adına olan çıxarış götürə bilmir, halbuki qanuni qüvvəsini almış məhkəmə aktları ilə bu torpaq sahəsi ilkin vəziyyətə, yəni onun adına qaytarılmışdır və torpaq sahəsinin bu günkü sahibi odur. Ləğv prosesində olan «xxxx» QSC KB 2-ci dəfə, yəni xx.xx.2015ci il tarixdə bu əmlakı ipoteka ilə yüklü edərkən və yenidən kredit verərkən həmin evin mübahisəli olduğunu bilmiş və İlham Sultanovun bank qarşısında götürdüyü öhdəliyi tam olaraq yerinə yetirə bilməməsinə baxmayaraq ona təkrar kredit vermişdir. Belə ki, xx.xx.2014-cü il tarixli ipoteka müqaviləsi bağlandıqdan sonra kredit götürmüş İlham Sultanov öz adından və ev adına olmuş Əliyeva Həcərin adından evi ipoteka ilə yüklü etdirmiş Cavabdeh1 qarşı Abşeron Rayon Məhkəməsində alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsinə dair iddia qaldırmış, məhkəmənin xx.xx.2015-ci il tarixli qətnaməsi ilə iddia təmin edilməmiş, həmin iş üzrə iddiaçı İ.Sultanovun apelyasiya şikayəti təmin edilməklə Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2017-ci il tarixli qətnaməsi ilə qətnamə ləğv edilmiş və hər iki tərəf arasında - İlham Sultanov və Cavabdeh1 arasında bağlanmış alqı-satqı müqaviləsi də etibarsız hesab edilmişdir. İpoteka ilə yüklü edilmiş evə dair ipoteka qoyan Cavabdeh1 adına verilmiş RX seriyalı, ******* nömrəli xx xxxxxx 2014-cü il tarixli çıxarış məhkəmə qərarı ilə ləğv edilmiş və həmin qərar da bu gün qüvvədədir. Məhz həmin çıxarışa əsasən ipoteka ilə yüklü edilmiş evin hüquqi rejimi müəyyən olunmuşdur. Belə ki, bu çıxarış verilənə qədər həmin ev qanunsuz tikili olmuş və ev üzərində hüquqlar dövlət qeydiyyatına alınmamışdır, yəni ipoteka predmeti ilə bağlı dövlət qeydiyyatı ləğv olunmuşdur. Ona görə də, QSC “Bank Standart” KB ilə X5 arasında ipoteka müqaviləsinə əsasən Abşeron rayonu, Masazır qəsəbəsi, İ.Bayramov küçəsi 8 üzərinə qoyulmuş ipotekaya xitam verilməsi və ona məxsus olan daşınmaz əmlakın yüklülüyünə dair çıxarışların ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ V Ə PROSES İŞTİRAKÇİLARİNİN İZAHAT İ: İddiaçı verdiyi apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, Abşeron Rayon Məhkəməsi xx xxxxxxxx 2020-ci il tarixli qətnaməni qəbul edərkən Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin və “İpoteka haqqında” Qanununun 15, 32.3, 48-ci maddələrinin, Azəbaycan Respublikası MPM-nin 8.1, 14.1, 88-ci maddələrinin tələbləri pozulmuş və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Ona görə də, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib, iddianın təmin ediməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi və vəkili X2 apelyasiya şikayətini müdafiə edib, təmin olunmasını xahiş etdi. Məhkəmə kollegiyasının əvvəlki iclasında cavabdeh ləğv prosesində olan “Bank Standart” Qapalı Səhmdar Cəmiyyəti Kommersiya Birliyinin nümayəndəsi T.C.Quliyev apelyasiya şikayətinə etiraz edib, təmin olunmamasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada Cavabdeh1 məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən Cavabdeh1 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi-ha¬ki¬min məruzəsini, işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddiaçı tərəfin verdiyi apelyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materialları ilə müəyyən olur ki, Abşeron Rayon Məhkəməsinin xx xxxxxxxx 2017ci il tarixli, 2(012)-870/2017 nömrəli qətnaməsi ilə İddiaçı cavabdehlər QSC «Bank Standart» KB və Cavabdeh1 qarşı ipoteka müqavilələrinin etibarsız hesab edilməsi tələbinə dair iddiasının təmin edilməsi, QSC «xxxx» KB, X6 və Cavabdeh1 arasında Abşeron rayonu, Masazır kəndi, İ.Bayramov küçəsi, 8 saylı evə dair bağlanmış xx xxxxxx 2014-cü il tarixli, 160/00/263/14 saylı ipoteka müqaviləsi və xx xxxx 2015-ci il tarixli, 160/00/415/15 saylı sonrakı ipoteka müqaviləsinin etibarsız hesab edilməsi, iddia ərizəsi verilərkən dövlət rüsumu kimi ödənilmiş 10 manat məbləğində pul vəsaitinin cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməsi və tərəflərin ilkin vəziyətə qaytarılması qət edilmişdir. Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2(105)- 490/2019 saylı qətnaməsi ilə cavabdeh Ləğv prosesində olan QSC «Bank Standart» KB-nın verdiyi apellyasiya şikayətinin təmin edilməmiş, Abşeron Rayon Məhkəməsinin xx xxxxxxxx 2017ci il tarixli, 2(012)-870/2017 saylı qətnaməsi cavabdeh Ləğv prosesində olan QSC «Bank Standart» KB-yə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollgiyasının xx xxxx 2019-cu il tarixli, 2(102)- 4310/2019 saylı qərarı ilə cavabdeh QSC «xxxx» KB-nın kassasiya şikayəti təmin edilib, Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollgiyasının xx xxxxxx 2019-cu il tarixli, 2(105)-490/2019 saylı qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qərar qəbul edilərək İddiaçı cavabdehlər Cavabdeh1 və QSC “Bank Standart” KB-na qarşı ipoteka müqavilələrinin etibarsız hesab edilməsi tələbi barədə iddiası rədd edililmişdir. Həmin qərar ilə müəyyən edilmişdir ki, iddiaçı İ. Abdullayeva xx xxxxxx 2009-cu ildə əri İlham Sultanovun adına əmlaka dair sərəncam vermək səlahiyyətinin də nəzərdə tutulduğu ümumi etibarnamə vermiş, xx xxxxxx 2012-ci ildə həmin etibarnaməni ləğv etdirmişdir. xx xxxxxx 2012-ci ildə İlham Sultanov ləğv olunmuş etibarnamə əsasında iddiaçıya məxsus Masazır qəsəbəsində yerləşən mübahisəli torpaq sahəsini öz bibisi qızı Arzu İmanovaya satmışdır. İddiaçı həmin alqısatqı müqaviləsinin etibarsızlığını tələb etmiş, işə baxılması müddətində, yəni xx xxxxxxxx 2014-cü ildə Arzu İmanova həmin torpaq sahəsini anası Həcər Əliyevaya bağışlamışdır. xx xxxxxxx 2014cü ildə mübahisəli torpaq sahəsi Həcər Əliyeva tərəfindən Cavabdeh1 satılmışdır. xx xxxxxx 2014cü ildə mübahisəli torpaq sahəsi və onun üzərində tikilmiş fərdi yaşayış evi Cavabdeh1 adına dövlət qeydiyyatına alınmışdır. Cavabdeh1 İham Sultanovun Bankdan götürdüyü kreditin müqabilində torpaq sahəsi və üzərindəki fərdi yaşayış evini Bankın xeyrinə mübahisələndirilən ipoteka və sonrakı ipoteka müqavilələri əsasında ipoteka ilə yüklü etmişdir. Bankın ipoteka hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Sumqayıt Apellyasiya Məhkəməsi MK-nın xx xxxxxxx 2015-ci il tarixli qətnaməsi ilə İlham Sultanov və Arzu İmanova arasında bağlanmış alqı-satqı müqaviləsi etibarsız hesab olunmuş, qətnamədən kassasiya şikayəti verilməmişdir. Bakı şəhəri, Binəqədi rayon məhkəməsinin x xxxxxxxx 2016-cı il tarixli qətnaməsi ilə İddiaçı iddiası təmin olunaraq Arzu İmanova və Həcər Əliyeva arasında bağlanmış xx xxxxxxxx 2014-cü il tarixli bağışlama müqaviləsi və Həcər Əliyeva ilə Cavabdeh1 arasında bağlanmış xx xxxxxxx 2014-cü il tarixli alqı-satqı müqaviləsi etibarsız sayılmış, Cavabdeh1 adına verilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarış ləğv edilmişdir. Bakı Apellyasiya Məhkəməsi MK-nın x xxxxxx 2017-ci il tarixli qətnaməsi ilə Bakı şəhəri Binəqədi rayon məhkəməsinin x xxxxxxxx 2016-cı il tarixli qətnaməsi qüvvədə saxlanmışdır. Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli qətnaməsi ilə müəyyən edilir ki, həmin qətnamə ilə ünvan 1 ünvanında yerləşən 0.10 ha torpaq sahəsinə dair verilmiş RX seriyalı, ******* saylı, xx.xx.2014-cü il tarixli çıxarış ləğv edilmişdir. İş materiallarından da göründüyü kimi ünvan 1 saylı ünvanında yerləşən torpaq sahəsinə dair RX seriyalı, ******* saylı, xx.xx.2014-cü il tarixli çıxarış, fərdi yaşayış evinə dair RX seriyalı, ******* saylı, xx.xx.2014-cü il tarixli çıxarış verilmişdir. Sonradan həmin evə dair RX seriyalı, ******* saylı, xx.xx.2015-ci il tarixli saylı çıxarış alınmışdır. Başqa sözlə, Binəqədi Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli qətnaməsi ilə yalnız RX seriyalı, ******* saylı, xx.xx.2014-cü il tarixli çıxarışın ləğv edildiyi, RX seriyalı, ******* saylı, xx.xx.2014-cü il tarixli və RX seriyalı, ******* saylı, xx.xx.2015-ci il tarixli çıxarışların hazırda qüvvəsini saxlamasına baxmayaraq iddiaçı ipoteka müqaviləsinin etibarsızlığına dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddianı rədd edən birinci instansiya məhkəməsi Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2008- ci il tarixli qərarına və Azərbaycan Respubliksı MPM-in 4.1-ci maddəsini təhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollgiyasının xx xxxx 2019-cu il tarixli, 2(102)- 4310/2019 saylı qərarına istinad edərək hesab etmişdir ki, mübahisəli ev üzrə ipoteka müqavilələri bağlanan vaxt İddiaçı birgə mülkiyyət hüququ olmadığından və mübahisə predmeti olan əmlaka münasibətdə Bankın vicdanlı əldə edən hüququ nəzərə alınmalıdır. İddiaçının mübahisələndirdiyi ipoteka müqaviləsinin predmeti olan Abşeron rayonu, Masazır qəsəbəsi, İ.Bayramov küçəsi 8 saylı evə dair birgə mülkiyyətçi olmaması müəyyən edildiyindən onun hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmək hüququ olmamışdır. Azərbaycan Respublikası MPM-nin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Bu normanın tələbinə görə məhkəməyə müraciət etmiş şəxs birinci növbədə özünün hansı hüquq və azadlığının, eləcə də maraqlarının pozulduğunu sübut etməli və bundan sonra onların təmin edilməsini tələb etməlidir. “M. Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının xx xxx 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu xx xxxx 2008-ci il tarixli Qərarında qeyd etmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Konstitusiya Məhkəməsinin hüquqi mövqeyindən yanaşılarsa aydın olur ki, hazırki iş üzrə iddiaçı iddia vermək üçün subyektiv hüquqa malik olmamışdır. Başqa sözlə, Konstitusiya Məhkəməsinin qərarında qeyd edildiyi kimi iddiaçının hazırki hərəkətlərinə hüquqi ixtiyarı olmadığı üçün onların başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, həyata keçirilməsindən eləcə də göstərilən müqavilənin etibarsız hesab olunmasından söhbət gedə bilməz. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi İddiaçı cavabdehlər Cavabdeh1 və Ləğv prosesində olan “Bank Standart” Qapalı Səhmdar Cəmiyyəti Kommersiya Birliyinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı Abşeron rayonu, Masazır qəsəbəsi, İ.Bayramov küçəsi 8 üzərinə qoyulmuş ipotekaya xitam verilməsi və ona məxsus olan daşınmaz əmlakın yüklülüyünə dair çıxarışların ləğv edilməsi barədə hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün subeyktiv huquqa malik olmamışdır. Məhkəmə kollegiaysı hesab edir ki, iddiaçı apelyasiya şikayətlərinin əsası kimi istinad etdiyi halları sübuta yetirə bilməmişlər. Tərəflər arasında yaranmış mübahisə üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməməklə düzgün nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, apelyasiya şikayətinin dəlilləri əsasız olub, iddia ərizəsində göstərilən xüsusuatları özündə əks etdirib, başqa sübutlarla öz təsdiqini tapmayıb, toplanmış sübutlarla təkzib olunmuşdur. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir ki, bu da Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinə görə məhkəmə qətnaməsinin apelyasiya qaydasında dəyişdirilmədən, apelyasiya şikayətinin isə təmin edilmədən saxlanması üçün əsasdır. Ona görə də, apelyasiya şikayəti təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 392-393, 402-403 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı verdiyi apelyasiya şikayəti təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(012)-1804/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apelyasiya instansiya məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Telman Quliyev Hakimlər: Gülnarə Tağızadə Lətifə Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar