Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-796/2021 23.06.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi, hakimlər Abasov Şəmsəddin Rizalı oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Dadaşova Aynur Asif qızının katibliyi, iddiaçının nümayəndəsi vəkil X2 iştirakı ilə, İddiaçı Məhiyyəddin qızının Cavabdeh qarşı avtomobilin qanunsuz sahiblikdən geri alınması tələbinə dair mülki iş üzrə Sumqayıt şəhər məhkəməsinin 27 avqust 2014-cü il tarixli, 2(060)-4984/2014 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq, MÜƏYYƏN ETDİ Sumqayıt şəhər məhkəməsinin 27 avqust 2014-cü il tarixli qətnaməsi ilə (hakim T.Xəlilova) iddianın təmin edilməsi, “VAZ-21074” markalı ** HL *** dövlət qeydiyyat nişanlı minik avtomobili Cavabdeh alınaraq İddiaçı Məhiyyəddin qızına qaytarılması qət edilmişdir. Cavabdeh qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ İddiaçı Məhiyyəddin qızı Cavabdeh qarşı iddia ərizəsi ilə Sumqayıt şəhər məhkəməsinə müraciət edərək, mülkiyyətində olan **-HL-*** dövlət qeydiyyat nişanlı “VAZ- 21074” markalı minik avtomobilin Cavabdeh qanunsuz sahibliyindən geri alınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, **-HL-*** dövlət qeydiyyat nişanlı “VAZ- 21074” markalı minik avtomobili xüsusi mülkiyyət hüququ əsasında ona məxsusdur. 17.10.2012-ci il tarixdə o, həmin avtomobili Sumqayıt şəhəri, 4 saylı notariat kontorunda etibarnamə ilə Cavabdeh satmışdır. **-HL-*** dövlət qeydiyyat nişanlı “VAZ-21074” markalı minik avtomobili onun adına “xxxx” ASC Sumqayıt filialında kreditdədir. Belə ki, cavabdeh maşını ondan alarkən razılığa gəlmişlər ki, bankın ödənişlərini cavabdeh vaxtlı-vaxtında ödəyəcəkdir. Lakin cavabdeh ödənişləri ödəməmişdir. Bunun üçün də “xxxx” ASC-nin Sumqayıt filialından ona bildirilmişdir ki, ödənişləri etsin, əks halda məhkəməyə müraciət olunacaqdır. O, 27.05.2014-cü ildə cavabdehə verdiyi etibarnaməni notariat kontorunda ləğv etdirmişdir. Bu səbəbdən onun mülkiyyətində olan **-HL-*** dövlət qeydiyyat nişanlı “VAZ-21074” markalı minik avtomobili cavabdehdən alınaraq ona qaytarılmalıdır. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdeh Sumqayıt şəhər məhkəməsinin 27 avqust 2014-cü il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi barədə yeni qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişlər. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanunsuz və əsassızdır. Belə ki, qətnamə qəbul edilən zaman iş üçün əhəmiyyətli faktiki halları tam araşdırılmamış, iş üçün əhəmiyyətli olan hallar sübut edilməmişdir. Maddi və prosessual hüquq normaları pozulmuşdur. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATİ Məhkəmə kollegiyasının iclasında dindirilən iddiaçının nümayəndəsi vəkil X4 apellyasiya şikayətinin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə cavabdehə məlumat verilməsinə baxmayaraq, məhkəmə kollegiyasının iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. İş materiallarını araşdırıb, məruzəçini dinləyib, eləcə də apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti edilməli, qətnamə ləğv edilməli və iddia tələbinin rədd edilməsinə dair iş üzrə yeni qətnamə qəbul edilməlidir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi iddia tələbinin qismən təmin edilməsini cavabdehin etibarnamə əsasında iddiaçı qarşısında şifahi olaraq öz aralarında razılaşdıqları öhdəliyi lazımınca icra etməməsi ilə əsaslandırmış və gəldiyi nəticənin maddi hüquqi əsası kimi Mülki Məcəllənin 152.1., 157.2. maddələrinə istinad etmişdir. Məhkəmənin gəldiyi bu nəticə ilə razılaşmayan cavabdeh qətnamədən apellyasiya şikayəti vermişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə hüquqi dəyərləndirmə aparmaqla iddia tələbi üzrə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İşdən görünür ki, iddiaçı ona məxsus olan **-HL-*** dövlət qeydiyyat nişanlı “VAZ- 21074” markalı minik avtomobili “xxxx” ASC Sumqayıt filialında kreditdə olduğundan, bankın ödənişlərini Cavabdeh tərəfindən ödənilməsi barədə razılığa gəlmiş, bu məqsədlə ona etibarnamə vermiş, lakin cavabdeh banka olan ödənişləri etməmiş, bu səbəbdən iddia tələbi ilə məhkəməyə müraciət etmiş, iddia tələbinin qanuni əsası kimi Mülki Məcəllənin 157.2. maddəsinə istinad etmişdir. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər (Mülki Məcəllənin 157.2. və 157.4. maddələri). Mülkiyyətçinin öz əmlakının başqasından geri tələb etmək hüququ onun iradəsindən asıl olmayaraq mülkiyyətindən qanunsuz yolla çıxmış əmlakını geri almaq və onun üzərində pozulmuş mülkiyyət hüququnu bərpa etmək imkanı verir. Bu iddia mülkiyyətçinin öz əmlakını qanunsuz və faktiki sahibliyində saxlayan şəxsdən natura şəklində qaytarılması barədə müqavilədənkənar tələbidir. Məhkəmə kollegiyası tərəfindən işin hərtərəfli araşdırılması məqsədilə müvafiq qurumlara, o cümlədən Sumqayıt şəhəri 4 saylı Notariat Kontoruna sorğular verilmiş, sorğuya cavab olaraq İddiaçı tərəfindən Cavabdeh 17 oktyabr 2012-ci il tarixdə 7E-31284 reyestr №li etibarnamənin təsdiq edilmiş surəti məhkəməyə təqdim edilmişdir. Həmin etibarnaməyə əsasən etibarnamə üzrə səlahiyyətlərin başqa şəxsə verilə bilməsi nəzərdə tutulmuş və etibarnamə 16 oktyabr 2013-cü il tarixədək qüvvədə olmuşdur. Sumqayıt şəhər 4 saylı Notariat Kontorunun 1886 №li 27 may 2014-cü il tarixli məktubuna əsasən Sumqayıt şəhər 4 saylı Notariat Kontoru tərəfindən 17 oktyabr 2012-ci il tarixdə 7E-31284 №li reyestrlə Cavabdeh adına rəsmiləşdirilmiş etibarnamə X3 27.05.2014-cü il tarixli, 7E/20044 reyestrli ərizəsinə əsasən ləğv edilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X10 İdarəsinin məktubuna əsasən **-HL-*** dövlət qeydiyyat nişanlı “VAZ-21074” markalı minik avtomobili İddiaçı Məhyəddin qızının adında qeydiyyatdadır. Məktuba əlavə olunmuş komputer çıxarışına əsasən sonuncu dəfə X1 etibarnamə verilmiş, həmin etibarnaməyə 01.03.2014-cü il tarixdə xitam verilmişdir. Göründüyü kimi iddiaçı tərəfindən Cavabdeh 17.10.2012-ci il tarixdə verilmiş etibarnamə 27.05.2014-cü il tarixdə ləğv edilsə də, sonuncu etibarnamənin qüvvədə olduğu dövrdə ona verilmiş səlahiyyət həddində 03 noyabr 2012-ci il tarixdə iddiaçının adından çıxış edərək X5 16.10.2013-cü il tarixdən etibarnamə vermişdir. Bununla da həmin etibarnamə üzrə səlahiyyətlər A.Muradova keçmişdir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (Azərbaycan Respublikası MPM-nin 77.1 və 14.2. maddələri). Azərbaycan Respublikası MPM-nin 106.1. maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekpertlərin rəyləri ilə, yeində müayinə keçirməklə, səs və video yazıları il, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən olunur. (Azərbaycan Respublikası MPM-nin 76.1, 76.2-ci maddələri) Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı avtomobilin cavabdehin qanunsuz və faktiki sahibliyində olduğunu sübut etməli olduğu halda bunu təsdiq edən tutarlı sübut məhkəməyə təqdim edə bilmədiyindən, iddia tələbi təmin edilə bilməz. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 31 yanvar 2006-cı il tarixli qərarı). Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Sumqayıt şəhər məhkəməsinin 27 avqust 2014-cü il tarixli qətnaməsi ləğv edilməli, iddia tələbinin rədd edilməsinə dair yeni qətnamə qəbul edilməlidir. Azərbaycan Respublikası MPM-nin 384.0.2. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyətli olan bütün faktiki halların araşdırılmaması, birinci instansiya məhhkəməsi tərəfindən müəyyən edilmiş işin əhəmiyyətli olan hallarının sübut edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrin işin faktiki hallarına uyğun gəlməməsi, maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. (Azərbaycan Respublikası MPM-nin 385.1.1., 385.1.2., 385.1.3., 385.1.4 maddələri). Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 385.1.1., 385.1.2., 385.1.3., 385.1.4, 392, 393 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ Apellyasiya şikayəti təmin edilsin. Sumqayıt şəhər məhkəməsinin 27 avqust 2014-cü il tarixli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı Məhiyyəddin qızının Cavabdeh qarşı avtomobilin qanunsuz sahiblikdən geri alınmasına dair iddia tələbi rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-796/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-796/2021
23.06.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver