Məhkəmə qərarları › İş №2(105)-800/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-800/2021

09.02.2021 · Əmr icraatı - Müqavilə tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-800/2021 09.02.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri: Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi hakim), Quliyev Telman Osman oğlu və Tağızadə Gülnarə Fikrət qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimova Leyla Yusub qızının katibliyi ilə, iddiaçı “xxxx” ASC-nin cavabdehlər Mənsimova (Fətəliyeva) Naminə Mustafa qızı və X1 qarşı borc tələbinə dair mülki iş üzrə Şamaxı Rayon Məhkəməsinin 2(074)-941/2018 saylı, xx xxxxxx 2020-ci il tarixli qərardadından borclu Mənsimova (Fətəliyeva) Naminə Mustafa qızı tərəfindən verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında apelyasiya qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: Şamaxı Rayon Məhkəməsinin xx xxx 2018-ci il tarixli 2(074)-941/2018 saylı məhkəmə əmri ilə borclular Məsimova (Fətəliyeva) Naminə Mustafa qızından və Borclu2 müştərək qaydada 3778,56 ABŞ dolları əsas, 852,47 ABŞ dolları faiz, 7,92 ABŞ dolları cərimə olmaqla, cəmi 4638,95 ABŞ dolları borcu ödəniş gününə olan məzənnəyə uyğun milli manat ekvivalentində və ödənilmiş 20 manat dövlət rüsumunun tutularaq Kreditor ASC-yə verilməsi əmr edilmişdir. Borclu Mənsimova (Fətəliyeva) Naminə Mustafa qızı xx.xx.2020-ci il tarixdə qeyd edilən məhkəmə əmrinə etiraz vermişdir. Şamaxı Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(074)-941/2018 saylı qərardadı ilə prossesual müddətin buraxılması səbəbindən Şamaxı Rayon Məhkəməsinin xx xxx 2018-ci il tarixli, 2(074)-941/2018 saylı məhkəmə əmri üzrə borclu X3 tərəfindən verilmiş etiraz geri qaytarılmışdır (hakim Etibar Hümbətov) Həmin qərardaddan cavabdeh (borclu) Mənsimova (Fətəliyeva) Naminə Mustafa qızışikayət vermişdir. Şamaxı Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(074)-941/2018 saylı qərardadı ilə şikayət təmin edilməmiş, baxılması üçün Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilmişdir. X3 qərardaddan şikayətində xx xxxxxx 2020-ci il tarixdə məhkəmə əmrindən verdiyi etiraza baxıldığını, lakin heç bir hüquqi əsas olmadan etirazının geri qaytarıldığını, hakimin qərardad çıxaran zaman maddi və prosessual hüquq normalarını pozduğunu, ona qarşı qərəzli mövqe tutaraq tələbkara vəkillik etdiyini, xx xxx 2018-ci il tarixli məhkəmə əmrini bu günədək almadığını, doqquz ildir ki, Bakı şəhərində yaşadığını, lakin buna baxmayaraq içində məhkəmə əmri olan zərfi onun xx.xx.2018-ci il tarixdə aldığı iddia edildiyini, məhkəmə tərəfindən göndərilən zərfin üzərində olan imzanın ona məxsus olmadığını, imzanın tanınması ilə əlaqədar xətşünaslıq ekspertizasına müraciət etdiyini, həmçinin hakim tərəfindən onun kostitusiyon hüquqlarının pozulduğunu, onun ərizəsinin araşdırılıb hüquqi qiymət verilməsinə cəhd göstərilmədiyini və onu süründürdüklərini qeyd etmişdir. Bu səbəbdən xx xxxxxx 2020-ci il tarixli, 2(074)-941/2018 saylı qərardadın kobud hüquq pozuntusu olduğu üçün ləğv edilməli və etirazının təmin edilməlidir. Odur ki, Şamaxı Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(074)-941/2018 saylı qərardadının ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə iş üzrə tərəflərə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş, iştirak etməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası AR Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən iş üzrə tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası şikayətin dəlillərini araşdırıb hesab edir ki, şikayət təmin edilməməli, Şamaxı Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(074)-941/2018 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Barəsində şikayət verilən qərardaddan görünür ki, birinci instansiya məhkəməsi Şamaxı Rayon Məhkəməsinin xx xxx 2018-ci il tarixli, 2(074)-941/2018 saylı məhkəmə əmrinin surəti üzərində SS491009881AZ ştrix-kod(poçt identifikatoru) nömrəsi olan zərflə X2 ünvanına, Şamaxı rayonu, Qaleybuğurd kəndinə göndərilmiş, F-8 saylı jurnaldan çıxarışa əsasən Şamaxı Rayon Məhkəməsinin xx xxx 2018-ci il tarixli, 2(074)-941/2018 saylı məhkəmə əmrinin göndərildiyi, üzərində SS491009881AZ ştrix-kod(poçt identifikatoru) olan zərfin xx.xx.2018-ci il tarixdə Məsimova.N adlı şəxs tərəfindən qəbul edilməsini, borclunun xx.xx.2020-ci il tarixdə etirazla məhkəməyə müraciət etməsini, məhkəmə əmrinə etiraz etmək üçün qanunvericilikdə müəyyən olunmuş 10 (on) gün müddətin buraxılmasını müəyyən edərək məhkəmə əmrinə qarşı verilmiş etirazı geri qaytarmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi bu nəticəni işin hallarına və tətbiq edilən hüquq normalarına uyğun hesab edir. Belə ki, iş materiallarından görünür ki, hazırki iş üzrə Şamaxı Rayon Məhkəməsinin xx xxx 2018-ci il tarixli, 2(074)-941/2018 saylı məhkəmə əmri xx.xx.2018-ci il tarixdə SS491009881AZ ştrix-kod(poçt identifikatoru) nömrəsi ilə X2 ünvanına, Şamaxı rayonu, Qaleybuğurd kəndinə göndərilmiş, F-8 saylı jurnaldan çıxarışa əsasən Şamaxı rayon Məhkəməsinin xx xxx 2018-ci il tarixli, 2(074)-941/2018 saylı məhkəmə əmrinin göndərildiyi, üzərində SS491009881AZ ştrix-kod(poçt identifikatoru) olan zərfin xx.xx.2018-ci il tarixdə Məsimova.N adlı şəxs tərəfindən qəbul edilmişdir. Göründüyü kimi məhkəmə əmrinin borclu Naminə Məsimova tərəfindən xx.xx.2018ci il tarixdə alınması müəyyən edilmişdir. Məhkəmə əmri xx.xx.2018-ci il tarixdə icra edilməsi üçün icra şöbəsinə göndərilmiş, məhkəmə əmri üzrə icraata başlama haqqında xx.xx.2018-ci il tarixli qərar qəbul edilmişdir. Borclu N.Məsimova xx.xx.2020-ci il tarixdə məhkəməyə müraciət edərək məhkəmə əmrini həmin tarixdə qəbul etmiş, məhkəmə əmrinə etirazı xx.xx.2020-ci il tarixdə məhkəməyə təqdim etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 282-ci maddəsinə əsasən borclu məhkəmə əmrini aldığı gündən 10 gün müddətində verilmiş tələbə və ya onun hissəsinə qarşı əmri vermiş məhkəməni yazılı xəbərdar etməklə etiraz edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 128.2-128.3-cü maddələrinə əsasən prosessual hərəkətlərin edilməsi üçün müddətlər, hökmən baş verməli hadisə göstərilməklə, dəqiq təqvim tarixi ilə və ya hərəkətin edilə biləcəyi vaxt dövrü ilə müəyyən edilir. İllərlə, aylarla və ya günlərlə hesablanan prosessual müddətin axını müddətin başlanğıcının təyin edildiyi təqvim tarixindən və ya hadisənin baş verməsindən sonrakı gündən başlanır. Həmin Məcəllənin 130.1-130.3-cüi maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. İş materialları ilə müəyyən edilir ki, borclu Naminə Məsimova məhkəmə əmrini xx.xx.2018-ci il tarixdə alsa da, məhkəmə əmrinə etirazı xx.xx.2020-ci il tarixdə məhkəməyə təqdim etmiş, bununla da məhkəmə əmrinə etiraz vermə müddətini ötürmüşdür. Bu baxımdan, birinci instansiya məhkəməsinin yuxarıda qeyd edilən qanunvericilik normalarına istinadən məhkəmə əmrinə etirazı geri qaytarması işin hallarına uyğun olmuşdur. Məhkəmə kollegiyası yuxarıda şərh olunanlara əsasən şikayətində göstərdiyi dəlilləri əsassız hesab edir. Belə ki, borclu Naminə Məsimova şikayətində 9 ildir ki, Bakı şəhərində yaşamasını, məhkəmə əmrini almasını bildirsə də, onun qeydiyyatda olduğu Şamaxı rayonu, Qaleybuğurd kəndində yaşamamasına, bakı şəhərində yaşamasına dair sübut təqdim etməmişdir. Eyni zamanda hazırki məhkəmə qərardadından verdiyi şikayəti məhkəməyə göndərərkən məhkəmə zərfinin üzərində ünvan bölməsinə ünvan 2 etmişdir. Bundan başqa məhkəmə kollegiyası onu da qeyd edir ki, borclu Naminə Məsimova məhkəmə əmrini təkrarən xx.xx.2020-ci il tarixdə aldıqdan sonra da məhkəmə əmrinə etirazı müddət ötürməklə vermişdir. Belə ki, məhkəmə əmrini xx.xx.2020-ci il tarixdə alması nəzərə alınarsa məhkəmə əmrinə etirazı xx.xx.2020-ci il tarixdə verməli olduğu halda məhkəmə əmrinə etirazı xx.xx.2020-ci il tarixdə vermiş, bununla da təkrarən etirazı vermə müddətini ötürmüşdür. AR Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsinin məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək səlahiyyəti vardır. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, şikayəti təmin edilməməli, Şamaxı Rayon Məhkəməsinin 2(074)-941/2018 saylı, xx xxxxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 263, 264, 398.0.1, 400, 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Borclu Mənsimova (Fətəliyeva) Naminə Mustafa qızının şikayəti təmin edilməsin. Şamaxı Rayon Məhkəməsinin 2(074)-941/2018 saylı, xx xxxxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərarddan şikayət verilə bilməz. Sədrlik edən:Lətifə Məmmədova Hakimlər: Gülnarə Tağızadə Telman Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar