Məhkəmə qərarları › İş №2(105)-81/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-81/2024

16.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-81/2024 16.01.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı pul tələbinə dair ilk, X34 X22 İddiaçı qarşı pul tələbinə dair qarşılıqlı iddia ərizələri barədə mülki iş üzrə QƏTNAMƏSİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Fuad Əli oğlu, hakimlər X28 və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Əliyev Rəşad Ayıl oğlunun katibliyi, İlk iddia üzrə iddiaçının vəkili və nümayəndəsi Nümayəndə və ilk iddia üzrə cavabdehin vəkili və nümayəndəsi Vəkil1 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair ilk, X34 X22 İddiaçı qarşı pul tələbinə dair qarşılıqlı iddia ərizələri barədə mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(012)-19/2022 nömrəli qətnaməsindən ilk iddia üzrə İddiaçı vəkili və nümayəndəsi Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. İşin hallarına görə "xxxx" MMC ********** qeydiyyat nömrəsi ilə xx.xx.2017-ci ildə Azərbaycan Respublikası Vergilər Nazirliyində qeydiyyata alınmış, qanuni təmsilçisi Cavabdehdir.

2. Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX seriyalı ******* nömrəli çıxarışa əsasən, Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0.15 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə "xxxx" MMC-nin adına daşınmaz əmlakın dövlət reyestrində 911 nömrəli reyestr kitabının 14 nömrəli vərəqində xx.xx.2017-ci il tarixdə qeydiyyata alınmışdır.

3. Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX seriyalı ******* nömrəli çıxarışa əsasən, Quba rayonu, Qaraçay kəndində yerləşən 0.27 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə "xxxx" MMC-nin adına daşınmaz əmlakın dövlət reyestrində 23 nömrəli reyestr kitabının 1 nömrəli vərəqində xx.xx.2017-ci il tarixdə qeydiyyata alınmışdır.

4. Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX seriyalı ******* nömrəli çıxarışa əsasən ünvan ünvanında yerləşən 0.25 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə "xxxx" MMC-nin adına daşınmaz əmlakın dövlət reyestrində 732 nömrəli reyestr kitabının 69355 nömrəli vərəqində xx.xx.2017-ci il tarixdə qeydiyyata alınmışdır.

5. "xxxx" MMC ilə Cavabdeh arasında xx.xx.2017-ci il tarixdə bağlanmış icarə müqaviləsinə əsasən "xxxx" MMC Quba rayonu, Qaraçay kəndində yerləşən 0.27 ha torpaq sahəsini xx.xx.2020-ci il tarixədək Cavabdeh icarəyə vermişdir.

6. "xxxx" MMC ilə Cavabdeh arasında xx.xx.2017-ci il tarixdə bağlanmış icarə müqaviləsinə əsasən, "xxxx" MMC Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0.15 ha torpaq sahəsini xx.xx.2037-ci il tarixədək Cavabdeh icarəyə vermişdir.

7. "xxxx" MMC ilə Cavabdeh arasında xx.xx.2017-ci il tarixdə bağlanmış icarə müqaviləsinə əsasən "xxxx" MMC ünvan ünvanında yerləşən 0.25 ha torpaq sahəsini xx.xx.2019-cu il tarixədək Cavabdeh icarəyə vermişdir.

8. X12 ilə X21 vətəndaşı Cavabdeh arasında bağlanmış 14 iyun 2017-ci il tarixli, 01 nömrəli podrat müqaviləsindən müəyyən edilir ki, 1.1. xx.xx.2017-ci il tarixinə qədər, 12 gün müddət ərzində podratçı, Abşeron rayonu, Saray qəsəbəsi ünvanında yerləşən "xxxx" MMC-yə məxsus, sifarişçinin istifadəsində olan 0.15 ha torpaq sahəsini tərəflər arasında razılaşdırılmış bu müqaviləyə əlavə edilmiş layihə və smeta üzrə tikinti materialları da daxil olmaqla daş hasarını tikməyi (daxildir: fundamentin qazılması, fundamentin daş ilə tikilməsi, hasarın tikilməsi, işçi pulu, bütün materiallar, tikinti üçün istifadə edilən bütün ləvazimatlar) və torpağın düzəldilməsini öhdəsinə götürür, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öz öhdəsinə götürür.

9. Həmin müqavilənin 3.1-ci bəndinə görə bu müqavilədə görülən işlərə görə muzd haqqı hər kv.m üçün 13.39 manat təşkil edir və ilkin olaraq 3380 manat, qalanı ölçüldükdən sonra isə işlər təhvil verildikdə sifarişçi tərəfindən podratçıya nəğd şəkildə onun tərəfindən imzalanmış qəbzlərə əsasən ödənilir.

10. Həmin müqavilənin sonunda Cavabdeh tərəfindən 2000 ABŞ dolları=3380 manat, 180 ABŞ dollar=304 manat, 500 ABŞ dolları=845 manat (3380+304+845=4529 manat) ümumi 2680 ABŞ dolları X9 verilmiş və X12 imza etməklə həmin məbləği təhvil almışdır. 1000 (min) ABŞ dolları xx.xx.2017-ci ildə əlavə olaraq verilmiş və yenə imza edib həmin məbləği qəbul etmişdir.

11. X12 ilə Cavabdeh arasında 23 mart 2018-ci il tarixli, 02 nömrəli podrat müqaviləsindən müəyyən edilir ki, 1.1. xx.xx.2018-ci il tarixdən xx.xx.2018-ci il tarixinə qədər, 6 ay müddət ərzində (sifarişçi tərəfindən ödəniləcək xidmət haqqı gecikdirildikdə bu müddət dəyişə bilər) podratçı, Abşeron rayonu, Saray qəsəbəsi ünvanında yerləşən "xxxx" MMC-yə məxsus, Sifarişçinin istifadəsində olan 0.15 h. torpaq sahəsini tərəflər arasında razılaşdırılmış bu müqaviləyə əlavə edilmiş layihə və smeta üzrə tikinti materialları, bu materialların çatdırılma və daşınma xərcləri də daxil olmaqla fərdi yaşayış evini tikməyi və təmir etməyi öhdəsinə götürür, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öz öhdəsinə götürür.

12. Həmin müqavilənin 3.1-ci bəndinə əsasən, bu müqavilədə görülən işlərə görə muzd haqqı 118440 (yüz on səkkiz min dörd yüz qırx) ABŞ dolları (201 171,65 manat) təşkil edir və ilkin olaraq 7000 ABŞ dollar, qalan 111440 ABŞ dolları isə 6 ay.

13. Həmin müqaviləyə əlavə edilmiş xx.xx.2018-ci il tarixli 01 nömrəli qəbzdən görünür ki, X12 Cavabdeh ilə bağladığı 23 mart 2018-ci il tarixli podrat müqaviləsi üzrə 7000 (yeddi min) ABŞ dolları xidmət haqqı məbləğini almışdır.

14. Həmin müqaviləyə əlavə edilmiş xx.xx.2018-ci il tarixli 02 nömrəli qəbzdən görünür ki, X12 Cavabdeh ilə bağladığı 23 mart 2018-ci il tarixli podrat müqaviləsi üzrə 10000 (on min) ABŞ dolları xidmət haqqı məbləğini almışdır. Əlavə xx.xx.2018-ci ildə 10000 ABŞ dolları, xx.xx.2018- ci ildə 10000 ABŞ dolları, xx.xx.2018-ci ildə 3000 ABŞ dolları, xx.xx.2018-ci ildə 10000 ABŞ dolları, xx.xx.2018-ci ildə 5000 ABŞ dolları, xx.xx.2018-ci ildə 5000 ABŞ dolları, xx.xx.2018-ci ildə 5000 ABŞ dolları, xx.xx.2017-ci ildə 5000 ABŞ dolları, metlaxların vurulması üçün xx.xx.2017-ci ildə 2000 ABŞ dolları, metlaxların vurulması üçün 1000 ABŞ dolları almışdır. (xx.xx.2018-ci ildə 1000 ABŞ dollarını kənar şəxsin imzası ilə qəbul edilmişdir)

15. X12 ilə Cavabdeh arasında 30 iyun 2018-ci il tarixli, 05 №-li podrat müqaviləsindən müəyyən edilir ki, 1.1. xx.xx.2018-ci il tarixdən xx.xx.2018-ci il tarixinə qədər, 3 (üç) ay müddət ərzində (sifarişçi tərəfindən ödəniləcək xidmət haqqı gecikdirildikdə bu müddət dəyişə bilər) podratçı, Quba rayonu, Qaraçay kəndində yerləşən "xxxx" MMC-yə məxsus, sifarişçinin istifadəsində olan 0.27 h. torpaq sahəsində Quba Rayon İcra Hakimiyyətindən alınmış eskiz layihədə təsdiqlənmiş evin, materiallar da daxil tikintisi (işıq xətlərinin çəkilməsi və otaqlardakı elektrik qovşağı və elektrik düymə və qoşulmalarının, su və kanalizasiya xətlərinin və kombi istilik sisteminin çəkilməsi daxil) və tərəflər arasında imzalanmış evin fasadının materiallar da daxil olmaqla təmirini öhdəsinə götürür, Sifarişçi isə Podratçıya razılaşdırılmış muzd ödəməyi öz öhdəsinə götürür.

16. Həmin müqavilənin 3.1-ci bəndinə əsasən, bu müqavilədə görülən işlərə görə muzd haqqı 77839 (yetmiş yeddi min səkkiz yüz otuz doqquz) ABŞ dolları x 1.6900= 131547,84 manat təşkil edir və hissəli ödənişlərlə sifarişçi tərəfindən podratçıya nəğd şəkildə onun tərəfindən imzalanmış qəbzlərə əsasən ödənilir.

17. Tərəflər arasında bağlanan 30 iyun 2018-ci il tarixli 05 saylı podrat müqaviləsinə 2 saylı əlavə ödəniş cədvəlinə əsasən müəyyən edilir ki, xx.xx.2018-ci il tarixdə 10 000 ABŞ dolları, xx.xx.2018-ci il tarixdə 5000, xx.xx.2018-ci il tarixdə 10 000, xx.xx.2018-ci il tarixdə 10 000, xx.xx.2018-ci il tarixdə 5000, xx.xx.2018-ci il tarixdə 6500 və xx.xx.2018-ci il tarixdə 10 000 ABŞ dolları olmaqla cəmisi 56 500 ABŞ dolları məbləğində pul cavabdehqarşılıqlı iddiaçı tərəfindən ilkin iddiaçı Emil Abbasova verilmiş, həmin pul qəbzə imza edilməklə onun tərəfindən qəbul edilmişdir.

18. X12 ilə Cavabdeh arasında bağlanmış 29 may 2018-ci il tarixli, 03 nömrəli podrat müqaviləsindən müəyyən edilir ki, 1.1. xx.xx.2018-ci il tarixindən xx.xx.2018-ci il tarixinə qədər, 1 (bir) ay müddət ərzində (sifarişçi tərəfindən ödəniləcək xidmət haqqı gecikdirildikdə bu müddət dəyişə bilər) podratçı, Quba rayonu, Qaraçay kəndində yerləşən "xxxx" MMC-yə məxsus, sifarişçinin istifadəsində olan 0.27 ha torpaq sahəsini 2.4 metr hündürlüyündə, hər sütunun arası dörd metrə olmaqla tikinti materialları, bu materialların çatdırılma və daşınma və bütün xərcləri də olmaqla daş hasarın tikilməsini öhdəsinə götürür, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öz öhdəsinə götürür.

19. Həmin müqavilənin 3.1-ci bəndinə əsasən, bu müqavilədə görülən işlərə görə muzd haqqı 5516 (beş min beş yüz on altı) ABŞ dolları (9365 AZN/1.6980=5516 ABŞ dolları) təşkil edir və ilkin olaraq 2000 ABŞ dolları, qalan 3516 ABŞ dolları isə xx.xx.2018ci il tarixinədək hissəli ödənişlərlə sifarişçi tərəfindən podratçıya nəğd şəkildə onun tərəfindən imzalanmış qəbzlərə əsasən ödənilir.

20. Həmin müqavilənin sonunda Cavabdeh tərəfindən 2000 ABŞ dolları xx.xx.2018ci il, 2000 ABŞ dolları xx.xx.2018-ci il, 2000 ABŞ dolları xx.xx.2018-ci il tarixlərdə, cəmi 6000 ABŞ dolları X9 verilmiş və X12 imza etməklə həmin məbləğlərı alması qeyd edilmişdir.

21. X12 ilə Cavabdeh arasında bağlanmış 25 iyun 2018-ci il tarixli, 04 nömrəli podrat müqaviləsindən müəyyən edilir ki, 1.1. xx.xx.2018-ci il tarixdən xx.xx.2018-ci il tarixinə qədər, 10 (on) gün müddət ərzində (sifarişçi tərəfindən ödəniləcək xidmət haqqı gecikdirildikdə bu müddət dəyişə bilər) podratçı, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi, 297 saylı sahədə yerləşən "xxxx" MMC-yə məxsus, sifarişçinin istifadəsində olan 0.25 ha torpaq sahəsini 2.6 metr hündürlüyündə (bünövrəsi iki tərəfdən 20 sm., qalan iki yol tərəfdən isə 40 sm. olmaqla, hər sütunun arası iki metrə olmaqla tikinti materialları, bu materialların çatdırılma və daşınma və bütün xərcləri də daxil olmaqla daş hasarın tikilməsini öhdəsinə götürür, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öz öhdəsinə götürür.

22. Həmin müqavilənin 3.1-ci bəndinə əsasən, bu müqavilədə görülən işlərə görə muzd haqqı 4420 (dörd min dörd yüz iyirmi) ABŞ dolları (7501 AZ/1.6980-4420 ABŞ dolları) təşkil edir və ilkin olaraq 2700 ABŞ dolları, qalan 1720 ABŞ dolları isə hissəli ödənişlərlə sifarişçi tərəfindən podratçıya nəğd şəkildə onun tərəfindən imzalanmış qəbzlərə əsasən ödənilir. Həmin müqaviləyə əlavə edilmiş qəbzdən görünür ki, X5 bağ sahəsinin hasarının tikilməsi üçün xx.xx.2018-ci ildə 2700 ABŞ dolları almışdır.

23. X12 ilə Cavabdeh arasında bağlanmış 05 iyul 2018-ci il tarixli, 06 nömrəli podrat müqaviləsindən müəyyən edilir ki, 1.1. xx.xx.2018-ci il tarixdən xx.xx.2018-ci il tarixinə qədər (sifarişçi tərəfindən ödəniləcək xidmət haqqı gecikdirildikdə bu müddət dəyişə bilər) podratçı, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsində yerləşən "xxxx" MMC-yə məxsus, sifarişçinin istifadəsində olan 0.25 h. torpaq sahəsində Quba Rayon İcra Hakimiyyətindən alınmış eskiz layihədə təsdiqlənmiş evin, materiallar da daxil tikintisi (işıq xətlərinin çəkilməsi və otaqlardakı elektrik qovşağı və elektrik düymə və qoşulmalarının, su və kanalizasiya xətlərinin və kombi istilik sisteminin çəkilməsi daxil) və tərəflər arasında imzalanmış evin fasadının materiallar da daxil olmaqla təmirini öhdəsinə götürür, Sifarişçi isə Podratçıya razılaşdırılmış muzd ödəməyi öz öhdəsinə götürür.

24. Həmin müqavilənin 3.1-ci bəndinə əsasən, bu müqavilədə görülən işlərə görə muzd haqqı 76000 (yetmiş altı min) ABŞ dolları (76000 $ / 1.6900=128.547,84 AZN) təşkil edir və hissəli ödənişlərlə sifarişçi tərəfindən podratçıya nəğd şəkildə onun tərəfindən imzalanmış qəbzlərə əsasən ödənilir.

25. Həmin müqaviləyə dair bağlanan 2 saylı əlavə ödəniş cədvəlindən görünür ki, X12 xx.xx.2018-ci il tarixdə 10000, xx.xx.2018-ci il tarixdə 5000, xx.xx.2018-ci il tarixdə 10 000, xx.xx.2018-ci il tarixdə isə 5000 ABŞ dolları, cəmi 30 000 ABŞ dolları (51000 manat) məbləğində pulu qəbzə imza etməklə qəbul etmişdir.

26. Tərəflər arasında mübahisə qeyd edilən müqavilələr üzrə öhdəliklərin yerinə yetirilməməsi ilə əlaqədar yaranmışdır.

Birinci instansiya məhkəməsindəki icraat

27. İlk iddiaçı X3 Ərəb Əmirliyinin vətəndaşı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən iddiaçının xeyrinə 30000 ABŞ dolları məbləğində pulun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

28. İlkin iddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh X21 vətəndaşıdır. X19 ilə Cavabdeh arasında bağlanan 23 mart 2018-ci il tarixli, 02 saylı podrat müqaviləsinə əsasən iddiaçı cavabdehin istifadəsində olan Abşeron rayonu, Saray qəsəbəsində yerləşən və "xxxx" MMC-yə məxsus olan 0,15 ha torpaq sahəsində fərdi yaşayış evi tikməyi və təmir etməyi öhdəsinə götürür, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Podratçı ilə sifarişçi arasında bağlanan 30 iyun 2018-ci il tarixli, 05 saylı podrat müqaviləsinə əsasən podratçı Quba rayonu, Qaraçay kəndində yerləşən sifarişçinin istifadəsində olan "xxxx" MMC-yə məxsus 0,27 ha torpaq sahəsində evin tikintisini və təmirini həyata keçirməyi öz öhdəsinə götürür, sifarişçi isə razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Bununla yanaşı, həmin tarixdə podratçı Sabunçu rayonu, Ləhiş bağları 297 saylı bağ massivində yerləşən sifarişçinin istifadəsində olan və "xxxx" MMC-yə məxsus torpaq sahəsində evin tikintisini və təmirini həyata keçirməyi öz öhdəsinə götürür, sifarişçi isə razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Sözügedən podrat müqavilələri üzrə sifarişçi podratçıya 271.279 ABŞ dolları məbləğində pul ödəməyi öhdəsinə götürmüş, lakin sifarişçi ödənişləri gecikdirir, podratçı müqavilədən irəli gələn öhdəliyi lazımi qaydada icra etdiyi halda, sifarişçidən ödənişləri vaxtında ala bilmir, sifarişçi tərəfindən iddiaçıya cəmi 160.000 ABŞ dolları ödənilmişdir. İşlər tam yekunlaşmasa da, sifarişçi tərəfindən ödənilən 160.000 ABŞ dolları məbləğində pul podratçının gördüyü işə mütənasib deyildir. Sifarişçi tərəfindən podratçıya gördüyü işlərin qarşılığında daha 30.000 ABŞ dolları məbləğində pul ödənilməli olduğu halda ödənilmir.

29. Cavabdeh-qarşılıqlı iddiaçı Cavabdeh X13 qarşı pul tələbi ilə məhkəməyə müraciət edərək, ilkin iddiaçıdan onun xeyrinə 27.705 ABŞ dolları məbləğində pulun tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

30. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh X21 vətəndaşıdır. O, xx.xx.2017-ci il tarixində Azərbaycan Respublikasında "xxxx" MMC-ni təsis etmişdir. "xxxx" MMC-nin adına Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0,15 hektar, Quba rayonu, Qaraçay kəndində yerləşən 0,27 hektar, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsində yerləşən 297 saylı bağ sahəsini alaraq özünə uzun müddətə icarəyə vermişdir. Həmin torpaq sahələrində fərdi yaşayış evlərinin tikintisinə müvafiq icra hakimiyyətindən tikintiyə icazə aldıqdan sona ilkin olaraq Sarayda yerləşən torpaq sahəsinin hasara alınması üçün cavabdehlə müqavilə bağlanmışdır. İlkin iddia ərizəsində qeyd edildiyi kimi tərəflər arasında üç podrat müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən Saray qəsəbəsində tikiləcək fərdi yaşayış evi üçün 111.444 ABŞ dolları müəyyən edilmişdir. Tikintiyə tələb olunan material kafel, metlax və s. Dubay şəhərindən gətiriləcək. Bu səbəbdən evin təmirsiz inşa edilməsi, lakin divarların suvanması, iç və çöl qapıların alınması və quraşdırılması, elektrik, su və kanalizasiya borularının çəkilməsi daxil olmaqla işlərin görülməsinin neçəyə başa gəlməsi barədə cavabdehdən soruşduqda, 75.000 ABŞ dollarına başa gəlməsini cavabdeh ona bildirmişdir. Qabaqcadan müəyyən olunmuş smetalar əsasında həmin inşa-təmir işlərinə cavabdeh 67.269 ABŞ dolları sərf etmişdir. Bundan başqa, 29 may 2018-ci il tarixli 03 saylı müqaviləyə əsasən Quba rayonu Qaraçay kəndində 0,27 ha torpaq sahəsinin hasarlanması üçün podrat müqaviləsi bağlanmış, muzd kimi 5.516 ABŞ dolları müəyyən edilmişdir. Bu hasar aşmışdır. Daha sonra, Ləhiş bağ sahəsində yerləşən 297 saylı bağ sahəsində hasarın tikintisi barədə podrat müqaviləsi bağlanmış, muzd haqqı kimi 4420 ABŞ dolları müəyyən edilmişdir. Ləhişdə yerləşən torpaq sahəsində fərdi yaşayış evinin tikintisi üçün 76.000 ABŞ dolları müqabilində 30 iyun 2018-ci il tarixli 04 saylı müqavilə bağlanmışdır. Müqavilə üzrə cavabdehə 30.000 ABŞ dolları verilmiş, lakin bunun müqabilində ilkin iddiaçı tərəfindən 24.897 ABŞ dolları dəyərində iş görülmüşdür. Quba rayonunun Qaraçay kəndində fərdi yaşayış evinin tikintisi isə 77839 ABŞ dolları müqabilində tərəflər arasında 30 iyul 2018-ci il tarixli 05 saylı podrat müqaviləsi bağlanmışdır. Bu müqavilə üzrə cavabdehə 56.500 ABŞ dolları verilmiş, lakin bunun müqabilində onun tərəfindən 46.112 ABŞ dolları dəyərində keyfiyyətsiz iş görülmüşdür. Quba və Ləhişdə hasarın tikintisi işlərində azalmalar olduğundan ilkin iddiaçıya 8700 ABŞ dolları ödəniş edildi. Beləliklə, Sarayda inşa edilmiş ev üçün 70.000 ABŞ dolları, Ləhişdəki evin tikintisi üçün 30.000 ABŞ dolları, Quba rayonunun Qaraçay kəndindəki ev üçün 56.500 ABŞ dolları cavabdehin imzaladığı ödəniş cədvəlləri əsasında ona verilmişdir. Lakin cavabdeh heç bir əsas olmadan öhdəliklərinin icrasını dayandırmışdır. Cavabdehə ödənilmiş son 20.000 (iyirmi min) ABŞ dollarının qarşılığında o, heç bir iş görməmişdir. Cavabdehin Qubada tikdiyi hasarın bir hissəsinin aşması isə əlaqədar həmin tikililərin yoxlatdırılması zərurəti yaranmışdır. Cavabdeh tərəfindən aparılan tikinti işlərinin mütəxəssis tərəfindən yoxlanılması zamanı isə həmin işlərdə bir çox qüsurlar aşkarlanmışdır. Belə ki, müqavilələrə əlavə olunmuş smetalarda “X37” müəssisəsinin istehsal etdiyi armaturlar və ona uyğun qiymətlər nəzərdə tutulsa da, faktiki olaraq, tikintidə ucuz və keyfiyyətsiz armatur və sementdən istifadə edildiyi müəyyən edilmişdir. Daha sonra, Qubada, Sarayda və Ləhişdə tikilən evlərin cavabdehin hesabladığı smeta üzrə gördüyü işlər mütəxəssislər tərəfindən hesablanmış, müəyyən edilmişdir ki, həmin iki ev üzrə cavabdehə ümumilikdə 22.883 ABŞ dolları məbləğində artıq pul ödənmişdir. Bu barədə cavabdehə məlumat verildikdə isə o, bu məbləği Sarayda bəzi əlavə xərclərə çəkdiyini bildirmişdir. Bu xərcləri təsdiqləyə biləcək hər hansı bir sənəd cavabdehdən tələb olunduqda isə, o, heç bir sənəd təqdim edə bilməmişdir. Belə olan halda, cavabdehə artıq olaraq ödənilmiş 22.883 (iyirmi iki min səkkiz yüz səksən üç) ABŞ dolları məbləğində pul vəsaitinin müqabilində tikintilərin birində hər hansı bir işlərin görülməsini cavabdehə təklif etmişdir. Lakin, cavabdeh ona artıq olaraq ödənilmiş 22.883 (iyirmi iki min səkkiz yüz səksən üç) ABŞ dolları məbləğində pul vəsaitinin müqabilində heç bir iş görməmişdir. Mütəxəssislərin hesablamaları əsasında müəyyən edilmişdir ki, Saray qəsəbəsində görülmüş işlər üzrə cavabdehə 2.731 ABŞ dolları məbləğində pul vəsaitinin əlavə olaraq ödənildiyinə baxmayaraq, onun tərəfindən işlər tamamlanmamışdır. Quba rayonunda hasarın tikilməsində cavabdeh tərəfindən yararsız sementdən istifadə edildiyi səbəbdən hasar demək olar ki, tam olaraq aşmış və bunun nəticəsində qonşuya 2.000 (iki min) ABŞ dolları məbləğində maddi ziyan vurmuşdur. Uçmuş hasarın yenidən tikilməsi nəticəsində əlavə olaraq 2.822 (iki min səkkiz yüz iyirmi iki) ABŞ dolları məbləğində maddi ziyan dəymişdir. Qeyd olunanlara əsasən cavabdeh tərəfindən ona ümumilikdə 27,705 (iyirmi yeddi min yeddi yüz beş) ABŞ dolları məbləğində maddi ziyan vurulmuşdur.

31. Sonradan cavabdeh-qarşılıqlı iddiaçı qarşılıqlı iddia ərizəsinə dəqiqləşmə ərizəsi verərək, 48.091 (qırx səkkiz min doxsan bir) ABŞ dolları ödəniş icra olunduğu gün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi ABŞ dollarının manata olan məzənnəsinə uyğun olaraq manatla cavabdeh X10 alınaraq iddiaçı Cavabdeh verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş və ərizəsini onunla əsaslandırmışdır ki, hazırkı məhkəmə baxışı gedişində iş üzrə məhkəmə tikinti-texniki və məhkəmə-əmtəəşünaslıq ekspertizası keçirilmişdir. Həmin ekspertiza nəticəsində əldə olunan ekspert rəyinə və iş materiallarına əlavə olunmuş maddi sübütlara əsasən iddiaçıya məxsus Saray qəsəbəsində yerləşən fərdi yaşayış evinin divarların suvanması, iç və çöl qapıların alınması və quraşdırılması, elektrik, su və kanalizasiya boruların çəkilməsi üçün cavabdehə 74.000 ABŞ dolları, yəni 125.000 manat məbləğində pul verilmişdir. xx.xx.2021-ci il tarixli ekspert rəyinə əsasən, iddiaçıya məxsus Saray qəsəbəsində yerləşən torpaq sahəsinin üzərində fərdi yaşayış evinin tikintisi üçün 92.585,35 sərf olunmuşdur; elektrik işlərinin görülməsi üçün 7.668,25 sərf olunmuşdur; santexnika işlərinin görülməsi üçün 5.179,95 sərf olunmuşdur. Ümumilikdə Saray qəsəbəsində yerləşən fərdi yaşayış evinin təmirsiz inşa edilməsinə, divarların suvanmasına, su və kanalizasiya borularının çəkilməsi daxil olmaqla tikinti-təmir işlərinin dəyəri 114.205,85 müəyyən olunur.

32. Bu hissədə iddiaçının xeyrinə olan fərq 10.794,15 təşkil edir. İddiaçıya məxsus Saray qəsəbəsində yerləşən torpaq sahəsinin hasarının tikintisi üçün cavabdehə müqavilə ilə 3.380 manat məbləğində pul verilmişdir. Həmin hasar bünövrəsiz, yəni düzgün olmayaraq tikildiyi üçün aşmış və həmin hasarın yenidən tikintisi üçün digər fiziki şəxs X14 8.000 manat məbləğində pul verilmişdir. Bu hissədə iddiaçının xeyrinə olan fərq 4.620 manat təşkil edir. Cavabdehin yarımçıq qoyduğu işlərlə əlaqədar Saray qəsəbəsində yerləşən fərdi yaşayış evi üçün, əlavə olaraq xx.xx.2019 tarixdə X20 ilə 53.109 manat dəyərində podrat müqaviləsi bağlanılaraq, iş üzrə məhkəmə tikinti-texniki və məhkəməəmtəəşünaslıq ekspertizası təyin olunmasından əvvəl təmir işləri görülüb başa çatdırılmışdır. Həmin podrat müqaviləsi və görülmüş işlərin hesablanmasına dair akt hazırkı vəsatətə əlavə olunur. Daha sonra, Saray qəsəbəsində yerləşən fərdi yaşayış evi üçün, əlavə olaraq xx.xx.2019 tarixdə "xxxx" MMC ilə 23.000 manat dəyərində İşlərin (santexnika xidmətlərinin) yerinə yetirilməsi haqqında müqaviləsi bağlanılaraq, iş üzrə məhkəmə tikinti-texniki və məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin olunmasından əvvəl santexnika işləri görülüb başa çatdırılmışdır. Həmin müqavilə və qiymətlərin razılaşdırılması protokolu hazırkı vəsatətə əlavə olunur. İddiaçıya məxsus Ləhiş qəsəbəsində yerləşən bağ sahəsinin hasarının tikilməsi üçün cavabdehə 4.420 ABŞ dolları, yəni 7.514 manat məbləğində pul verilmişdir. xx.xx.2021-ci il tarixli ekspert rəyinə əsasən, iddiaçıya məxsus Ləhiş qəsəbəsində yerləşən bağ sahəsinin hasarın tikilməsinə çəkilmiş xərclərin dəyəri 3.632,80 müəyyən olunur. Bu hissədə iddiaçının xeyrinə olan fərq 3.094 manat təşkil edir. İddiaçıya məxsus Ləhiş qəsəbəsində yerləşən bağ sahəsinin üzərində fərdi yaşayış evinin tikintisi üçün podrat müqaviləsi üzrə cavabdehə 30.000 ABŞ dolları, yəni 51.000 manat məbləğində pul verilmişdir. Ləhiş qəsəbəsində yerləşən torpaq sahəsinin üzərində tikilən fərdi yaşayış evi ümumiyyətlə təmir olunmayıb. xx.xx.2021-ci il tarixli ekspert rəyinə əsasən: iddiaçıya məxsus Ləhiş qəsəbəsində yerləşən bağ sahəsinin üzərində fərdi yaşayış evinin tikintisinə çəkilən xərclər 32.642,90 müəyyən olunur. Bu hissədə iddiaçının xeyrinə olan fərq 18.357,1 təşkil edir. Quba rayonu, Qaraçay kəndində yerləşən 0,27 hektar torpaq sahəsinin hasarlanması üçün cavabdehlə podrat müqaviləsi üzrə muzd haqqı kimi, 6.000 ABŞ dolları, yəni 10.200 manat müəyyən edilmişdir. Bu hasar bünövrəsiz və az miqdarda sementdən istifadə olunduğu üçün aşmış və bunun nəticəsində qonşuya 2.000 ABŞ dolları, yəni 3.400 manat məbləğində maddi ziyan vurmuşdur. Hasarın bir hissəsi aşdığı üçün, gələcəkdə yenə də bədbəxt hadisələrin baş verməsinin qarşısının alınması üçün iddiaçı tərəfindən hasarın bir çox hissəsi tamamilə sökülüb bir hissəsi isə yarıya qədər sökülmüşdür. xx.xx.2021-ci il tarixli ekspert rəyinə əsasən, Quba rayonu, Qaraçay kəndində yerləşən 0,27 hektar torpaq sahəsinin hasarının tikintisinə çəkilmiş xərcin dəyəri 9.691,36 manat təşkil edir. Bu hissədə iddiaçının xeyrinə olan fərq 13.091,36 manat təşkil edir. Quba rayonu, Qaraçay kəndində yerləşən 0,27 hektar torpaq sahəsinin üzərində fərdi yaşayış evinin tikintisi üçün cavabdehə 56.500 ABŞ dolları, yəni 96.050 manat verilmişdir. xx.xx.2021-ci il tarixli ekspert rəyinə əsasən, Quba rayonu, Qaraçay kəndində yerləşən 0,27 hektar torpaq sahəsinin üzərində fərdi yaşayış evinin tikintisinin xərci 64.250,90 manat müəyyən olunur. Bu hissədə iddiaçının xeyrinə olan fərq 31.799,1 manat təşkil edir. Lakin, Qubadakı evin rigelləri, yəni əsas yük daşıyıcıları keyfiyyətsiz armaturdan tikildiyi üçün əyilib çökmüş, bu halda tikilidən hər hansı bir məqsədlər üçün istifadə etmək həyat və sağlamlıq üçün təhlükəli olduğundan bu tikili tamamilə sökülüb yenidən tikilməlidir. Göründüyü kimi, həmin ekspertiza nəticəsində əldə olunan ekspert rəyinə və iş materiallarına əlavə olunmuş maddi sübutlara əsasən iddiaçının xeyrinə olan ümumi fərq 81.755,71 manat, yəni 48.091 ABŞ dolları təşkil edir.

33. Məhkəmə iclasında şahid qismində dindirilən X27 ifadəsində bildirmişdir ki, o, ərəb dili üzrə ali təhsili olduğundan əcnəbilərə bu dil üzrə xidmət göstərir. Cavabdeh tur təşkil edən Kənan adlı şəxsin vasitəsilə Emil Abbasovla tanış olmuşdur. X33 dayısıdır. "xxxx" MMC hazırda fəaliyyət göstərmir. İlk iddia üzrə cavabdeh "xxxx" MMC təsis edərək 3 yerdə torpaq sahəsi əldə etmişdir. İş üzrə tərəflər arasında bağlanmış podrat müqavilələrini o, hazırlamışdır. Emil Abbasov müqavilə üzrə pul təhvil aldıqda hər dəfə müvafiq olaraq qəbzə imza atmışdır. Emil Abbasov onun torpaq sahələrində tikinti işlərini, hasar çəkməyi görməyi öhdəsinə götürmüşdür. X38 müqavilədə nəzərdə tutulan qaydada işləri icra etmədi, hamısı keyfiyyətsiz, Qubadakı torpağın hasarı uçdu, cavabdeh-qarşılıqlı iddiaçı da məcbur olub Mehman adlı ustanı Saraydakı tikintiyə cəlb etdi, Saraydakı evin santexnika işlərini Mehman usta aparıb, müəyyən tikinti-təmir işləri əlavə xərc hesabına aparıldı.

34. Məhkəmə hər iki iddia tələbinin dəlillərini yoxlamaq üçün iş üzrə mütəxəssislərin iştirakının təmin edilməsi ilə məhkəmə inşaat-tikinti ekspertizası təyin edilməsi barədə qərardad qəbul etmişdir.

35. Mülki işin materiallarında olan "xxxx" MMC tərəfindən verilən 21 yanvar 2021-ci il tarixli, 197/E №-li ekspert rəyindən görünür ki, Saray qəsəbəsindəki evin elektrik xərcləri 15300 (on beş min üç yüz) manat, su kanalizasiya və boru xətlərinə 10345 (on min üç yüz qırx beş) manat, evin tikilmə xərcləri 175318 (yüz yetmiş beş min üç yüz on səkkiz) manat pul vəsait xərclənmişdir. Saray qəsəbəsində fərdi yaşayış evinin tikilməsi üçün 200.963 (iki yüz min doqquz yüz altmış üç) manat pul vəsaiti xərclənmişdir. Ləhişdəki fərdi yaşayış evinə hasarı ilə birlikdə tikinti xərcləri 30.000 (otuz min) manat pul vəsaiti xərclənmişdir.

36. Mülki işin materiallarında olan "xxxx" MMC tərəfindən verilən 05 may 2021-ci il tarixli, 2-211/E №-li ekspert rəyindən görünür ki, Quba rayonu Qaraçay kəndindəki tikiliyə 22.877 (iyirmi iki min səkkiz yüz yetmiş yeddi AZN) pul vəsait xərclənmişdir. Qərardadla verilən digər suala cavab olaraq bildirir ki, hasarın bir qismi (təxminən 70-100 metrlik məsafə, hündürlük olaraq 1 metr) aşmışdır. Bərpa edilməsinə 1000 (min) AZN məbləğində vəsait tələb olunur.

37. Birinci instansiya məhkəməsinin qərardadına əsasən iş üzrə üzrə ekpertiza təyin edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli 10/4589 nömrəli rəyindən aşağıdakılar müəyyən edilmişdir: 1. Tədqiq olunan ünvanlarda aparılmış tikinti-təmir işləri tam başa çatmadığını nəzərə alaraq, podrat müqavilələri üzrə cavabdeh tərəfindən aparılan tikinti-təmir işləri zamanı müqavilələrdə nəzərdə tutulan tikinti materiallarınin istifadə olunub-olunmamasını müəyyən etmək mümkün olmadı. Eyni zamanda tikinti-təmir işləri zamanı istifadə olunmuş materialların keyfiyyətinin və armaturların standartlara cavab verib-verməməsinin müəyyən olunması tikinti ekspertinin səlahiyyətlərinə aid deyildir; 2. Abşeron rayonu, Saray qəsəbəsində yerləşən "xxxx" MMC-yə məxsus 0,15 ha torpaq sahəsinin hasarının inşa edilməsi üçün bağlanmış 14 iyun 2018-ci il tarixli 01 saylı podrat müqaviləsinə əsasən 3380,0 manat tələb olunmuş və baxış zamanı hasarın inşa edilməsində hər-hansı qüsurlar müəyyən olunmadı; 3. Abşeron rayonu, Saray qəsəbəsində yerləşən "xxxx" MMC-yə məxsus 0,15 ha torpaq sahəsində yerləşən evin təmirsiz inşa edilmsə, lakin divarların suvanması, su və kanalizasiya borularının çəkilməsi daxil olmaqla işlərin görülməsinə faktiki aparılan tikintitəmir işlərinin ümumi dəyəri 114.205,85 manat, o cümlədən fərdi yaşayış evinin tikintisinə 92585,35 manat, elektrik işlərinə çəkilmiş xərcin dəyəri 7668.25.84 manat, santexnika işlərinə çəkilmiş xərcin dəyəri 5170.95 manat və istifadə olunmuş materialların dəyəri 8781,3 manat məbləğində müəyyən olunur; 4. Quba rayonu Qaraçay kəndində 0,27 ha torpaq sahəsinin hasarının bir hissəsi baxış zamanı aşdığı müəyyən olunmuşdur. Lakin hasarın aşmış hissəsinin dəqiqliklə ölçülməsi mümkün olmadığı üçün bərpasına nə qədər məbləğdə pul vəsaitinin tələb olunmasını müəyyən enmək mümkün olmadı. Quba rayonu, Qaraçay kəndində yerləşən "xxxx" MMC-yə məxsus olan 0,27 ha torpaq sahəsində faktiki aparılan tikinti-təmir işlərinin ümumi dəyəri 80656,12 manat, o cümlədən hasarın tikintisinə çəkilmiş xərcin dəyəri 9691,36 manat, fərdi yaşayış evinin tikintisinə 64250,9 manat və istifadə olunmuş materialların dəyəri 6713,86 manat məbləğində müəyyən olunur; 5. Bakı şəhəri, Kürdəxanı qəsəbəsi yerləşən "xxxx" MMC-yə məxsus olan Ləhiş bağ sahəsində faktiki aparılan tikinti-təmir işlərinin ümumi dəyəri 42128,12 manat, o cümlədən hasarın tikintisinə çəkilmiş xərcin dəyəri 3632,80 manat, fərdi yaşayış evinin tikintisinə 32642,90 manat və istifadə olunmuş materialların dəyəri 5852,42 manat məbləğində müəyyən olunur.

38. Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(012)-19/2022 nömrəli qətnaməsi ilə (hakim Cəmilə Səfiyeva) X8 X21 vətəndaşı Cavabdeh qarşı pul tələbinə dair ilk iddia tələbinin təmin edilməməsi, iş üzrə ödənilmiş dövlət rüsumunun özünə aid edilməsi, Cavabdeh Hamdan X1 qarşı pul tələbinə dair qarşılıqlı iddiasının qismən təmin edilməsi, X7 29.639,28 ABŞ dolları məbləğində pulun qətnamə icra olunan vaxtı Azərbaycan manatı məzənnəsinə uyğun və 1000 manat ziyanın, 20 manat rüsuma görə pulun tutulub Cavabdeh verilməsi, ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat məbləğində pul vəsaitinin X10 tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir.

39. Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(012)-19/2022 nömrəli qərardadı ilə Abşeron Rayon Məhkəməsinin 2(012)-19/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinin nəticə hissəsində ilkin iddiaçı X7 tutulub Cavabdeh veriləsi pul məbləğinin “29.639,28 ABŞ dolları” əvəzinə “28.639,29 ABŞ dolları” kimi qeyd edilməsi qərara alınmışdır.

40. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 385.1, 442, 448.2, 421.1, 421.2, 421.3, 424.5, 752.1, 752.2, 769, 770-ci maddələrinin tələbləri ilə əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

41. Qətnamədən ilk iddia üzrə İddiaçı vəkili və nümayəndəsi Nümayəndə apellyasiya şikayəti verərək, qətnamənin təmin edilən hissədə ləğv edilməsini, ilk iddia tələbinin təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

42. Apellyasiya şikayəti ilk iddia ərizəsi ilə eyni məzmunda əsaslandırılmışdır.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

43. Apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilməmişdir.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

44. Məhkəmə kollegiyasının iclasında iştirak edən ilk iddia üzrə iddiaçının vəkili və nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi.

45. Məhkəmə kollegiyasının iclasında iştirak edən ilk iddia üzrə cavabdehin vəkili və nümayəndəsi Vəkil1 apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi.

46. Məhkəmə iclasının yeri və vaxtı barədə üçüncü şəxs "xxxx" MMC-yə məlumat verilməsinə baxmayaraq, onun nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

47. Maddə 385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 385.2. Öz məzmunundan və xarakterindən asılı olaraq, öhdəlik tərəflərdən hər birinin üzərinə istər müqavilə münasibətləri zamanı, istərsə də belə münasibətlərdən sonra digər tərəfin hüquqlarına və əmlakına xüsusi qayğı göstərmək vəzifəsini qoya bilər.

48. Maddə 442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

49. Maddə 425. Öhdəliklərin icrası zamanı vicdanlılıq 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 425.2. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.

50. Maddə 752. Podrat müqaviləsi 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. 752.2. Əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alğı-satqı qaydaları tətbiq edilir.

51. Maddə 759. Podrat müqaviləsinin ləğvi 759.1. Sifarişçi işlər qurtaranadək istənilən vaxt müqavilədən imtina edə bilər, lakin podratçıya yerinə yetirilmiş işin haqqını verməli və müqavilənin ləğvi ilə vurulan zərərin əvəzini ödəməlidir. 759.2. Əgər sifarişçi tərəfindən müqaviləyə bilavasitə podratçının hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verən və ya həmin hərəkətlərlə bağlı olan səbəbə görə xitam verilərsə, podratçı yalnız yerinə yetirilmiş işin haqqını tələb edə bilər, bu şərtlə ki, sifarişçinin həmin işlərə hansısa marağı olsun.

52. Maddə 760. Müqaviləyə podratçının təşəbbüsü ilə xitam verilməsi 760.1. Əgər podratçı tərəfindən müqaviləyə bilavasitə sifarişçinin hərəkətləri nəticəsində baş verməyən və ya həmin hərəkətlərlə bağlı olmayan səbəbə görə xitam verilirsə, podratçı işlər qurtaranadək müqaviləyə elə tərzdə xitam verməlidir ki, sifarişçi işləri başqa şəkildə və bərabər və ya daha əlverişli şərtlərlə ala bilsin. Bu zaman podratçı yerinə yetirilmiş işin haqqının ödənilməsini tələb edə bilər, bu şərtlə ki, sifarişçinin əvvəl görülmüş işlərə hansısa marağı olsun. 760.2. Əgər podratçı tərəfindən müqaviləyə bilavasitə sifarişçinin hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verən və ya həmin hərəkətlərlə bağlı olan səbəbə görə xitam verilirsə, podratçı yerinə yetirilmiş işin haqqını və müqavilənin ləğvi ilə vurulan zərərin əvəzinin ödənilməsini tələb edə bilər.

53. Maddə 764. Məmulatın qüsurunun sifarişçi tərəfindən düzəldilməsi 764.1. Əgər podratçı xərclərin tənasübsüzlüyünə baxmayaraq, əlavə icradan imtina etməzsə, lakin əlavə icra üçün müəyyənləşdirilmiş müddət nəticəsiz qurtararsa, sifarişçi qüsuru özü aradan qaldırıb çəkdiyi xərclərin əvəzini ödəməyi tələb edə bilər. 764.2. Sifarişçi podratçıdan qüsurun aradan qaldırılması üçün zəruri xərclər hesabına avans tələb edə bilər.

54. Maddə 765. Məmulatın qüsuru nəticəsində podrat müqaviləsindən imtina Məmulatın qüsuru nəticəsində, əgər müqavilənin əlavə icrası üçün müəyyənləşdirilmiş müddət qurtardıqdan sonra həmin qüsur tamamilə aradan qaldırılmazsa, sifarişçi müqavilədən imtina edə bilər. Bu halda podratçı müqavilə ilə bağlı xərclərin əvəzini sifarişçiyə ödəməyə borcludur.

55. Maddə 769. Yerinə yetirilmiş iş üçün muzd ödənilməsi Əgər müqavilədə muzdun hissə-hissə ödənilməsi nəzərdə tutulmursa, sifarişçi podratçının muzdunu iş yerinə yetirildikdən sonra ödəməlidir.

56. Maddə 770. Yerinə yetirilmiş işin qəbul edilməsi Əgər müqaviləyə görə və ya işin xarakterinə əsasən iş qəbul edilməyirsə, sifarişçi yerinə yetirilmiş işi qəbul etməyə borcludur. İşi qəbul etdikdə sifarişçi muzd ödəməlidir. Əgər sifarişçi işi podratçının müəyyənləşdirdiyi müddətdə qəbul etmirsə, iş qəbul edilmiş sayılır.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

57. Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (...)

58. Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (..)

59. Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

60. Maddə 107. Məhkəmə xərclərinin tərkibi Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

61. Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. (...)

62. Maddə 372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri (...) 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

63. Maddə 384. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyətləri 384.0. Apellyasiya instansiyası məhkəməsi: (...) 384.0.3. qətnaməni dəyişdirə bilər; (...)

64. Maddə 402. Kassasiya şikayəti vermə hüququ 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. (...) Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri

65. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsi - “ilk iddia tələbinin təmin edilməməsi, qarşılıqlı iddianın qismən təmin edilməsi, X7 29.639,28 ABŞ dolları məbləğində pulun qətnamə icra olunan vaxtın Azərbaycan manatı məzənnəsinə uyğun və 1000 manat ziyanın, 20 manat rüsuma görə pulun tutulub Cavabdeh verilməsi” hissələrində mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı qeyd edilən hissələrdə yoxlanılacaqdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

66. Məhkəmə kollegiyası məruzəçi-hakimi dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi - X7 28.639,29 ABŞ dolları məbləğində pulun tutularaq qətnamə icra olunan vaxtı Azərbaycan manatı məzənnəsinə uyğun Cavabdeh verilməsi hissəsində dəyişdirilməli, X7 28.613,13 ABŞ dolları məbləğində pul vəsaiti ödəniş gününə qüvvədə olan məzənnədə Azərbaycan Respublikası manatı ilə tutularaq Cavabdeh verilməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır.

67. Birinci instansiya məhkəməsi tərəfindən işin müəyyən olunmuş hallarından görünür ki, X12 ilə X21 vətəndaşı Cavabdeh arasında bağlanmış 14 iyun 2017-ci il tarixli, 01 №-li podrat müqaviləsinə əsasən, podratçı, Abşeron rayonu, Saray qəsəbəsi ünvanında yerləşən "xxxx" MMC-yə məxsus, sifarişçinin istifadəsində olan 0.15 ha torpaq sahəsinin tərəflər arasında razılaşdırılmış bu müqaviləyə əlavə edilmiş layihə və smeta üzrə tikinti materialları da daxil olmaqla daş hasarını tikməyi (daxildir: fundamentin qazılması, fundamentin daş ilə tikilməsi, hasarın tikilməsi, işçi pulu, bütün materiallar, tikinti üçün istifadə edilən bütün ləvazimatlar) və torpağın düzəldilməsini öhdəsinə götürmüş, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öz öhdəsinə götürmüş, həmin müqavilə üzrə Cavabdeh 2680 ABŞ dolları və 1000 ABŞ dolları xx.xx.2017-ci ildə əlavə olaraq cəmi 3680 ABŞ dolları məbləğində pul vəsaiti X12 qəbzə imza etməklə qəbul etmişdir.

68. X12 ilə Cavabdeh arasında bağlanmış 23 mart 2018-ci il tarixli, 02 №-li podrat müqaviləsinə əsasən podratçı, Abşeron rayonu, Saray qəsəbəsi ünvanında yerləşən "xxxx" MMC-yə məxsus, sifarişçinin istifadəsində olan 0.15 ha torpaq sahəsini tərəflər arasında razılaşdırılmış bu müqaviləyə əlavə edilmiş layihə və smeta üzrə tikinti materialları, bu materialların çatdırılma və daşınma xərcləri də daxil olmaqla fərdi yaşayış evini tikməyi və təmir etməyi öhdəsinə götürmüş, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öz öhdəsinə götürmüş, həmin müqavilənin 3.1-ci bəndinə əsasən, bu müqavilədə görülən işlərə görə muzd haqqı 118440 (yüz on səkkiz min dörd yüz qırx) ABŞ dolları təşkil etmiş, 23 mart 2018-ci il tarixli podrat müqaviləsi üzrə 7000 (yeddi min) ABŞ dolları xidmət haqqı, həmin müqaviləyə əlavə edilmiş xx.xx.2018-ci il tarixli 02 nömrəli qəbzə görə X12 Cavabdeh ilə bağladığı 23 mart 2018-ci il tarixli podrat müqaviləsi üzrə 10000 ABŞ dolları xidmət haqqı məbləğini almışdır. Əlavə xx.xx.2018-ci ildə 10000 ABŞ dolları, xx.xx.2018-ci ildə 10000 ABŞ dolları, xx.xx.2018-ci ildə 3000 ABŞ dolları, xx.xx.2018-ci ildə 10000 ABŞ dolları, xx.xx.2018-ci ildə 5000 ABŞ dolları, xx.xx.2018-ci ildə 5000 ABŞ dolları, xx.xx.2018-ci ildə 5000 ABŞ dolları, xx.xx.2017-ci ildə 5000 ABŞ dolları, metlaxların vurulması üçün xx.xx.2017-ci ildə 2000 ABŞ dolları, metlaxların vurulması üçün 1000 ABŞ dolları olmaqla, cəmi 73000 ABŞ dolları məbləğində pulu qəbzə imza etməklə X9 vermişdir.

69. Qeyd edilən podrat müqavilələri üzrə Abşeron rayonu, Saray qəsəbəsi ərazisində yerləşən 0.15 ha. torpaq sahəsinin hasarının çəkilməsi ilə bağlı 3680 ABŞ dolları, evin tikintisi ilə bağlı 73000 ABŞ dolları olmaqla cəmi 76680 ABŞ dolları məbləğində pul vəsaiti cavabdeh tərəfindən iddiaçı X9 verilmişdir.

70. İddiaçı X12 ilə Cavabdeh arasında bağlanmış 30 iyun 2018-ci il tarixli, 05 №-li podrat müqaviləsinə əsasən podratçı, Quba rayonu, Qaraçay kəndində yerləşən "xxxx" MMC-yə məxsus, sifarişçinin istifadəsində olan 0.27 ha torpaq sahəsində Quba Rayon İcra Hakimiyyətindən alınmış eskiz layihədə təsdiqlənmiş evin, materiallar da daxil tikintisi (işıq xətlərinin çəkilməsi və otaqlardakı elektrik qovşağı və elektrik düymə və qoşulmalarının, su və kanalizasiya xətlərinin və kombi istilik sisteminin çəkilməsi daxil) və tərəflər arasında imzalanmış evin fasadının materiallar da daxil olmaqla təmirini öhdəsinə götürmüş, sifarişçi isə podratçıya razılaşdırılmış muzd haqqı 77839 (yetmiş yeddi min səkkiz yüz otuz doqquz) ABŞ dolları x 1.6900= 131.547,84 manat olmaqla, həmin məbləğdən 30 iyun 2018-ci il tarixli 05 saylı podrat müqaviləsinə 2 saylı əlavə ödəniş cədvəlinə xx.xx.2018-ci il tarixdə 10000 ABŞ dolları, xx.xx.2018-ci il tarixdə 5000, xx.xx.2018-ci il tarixdə 10000, xx.xx.2018-ci il tarixdə 10000, xx.xx.2018-ci il tarixdə 5000, xx.xx.2018-ci il tarixdə 6500 və xx.xx.2018-ci il tarixdə 10000 ABŞ dolları olmaqla cəmi 56.500 ABŞ dolları məbləğində pul vəsaiti cavabdeh-qarşılıqlı iddiaçı tərəfindən ilkin iddiaçı Emil Abbasova verilmiş, həmin pul qəbzə imza edilməklə onun tərəfindən qəbul edilmişdir.

71. Həmçinin, X12 ilə Cavabdeh arasında bağlanmış 29 may 2018-ci il tarixli, 03 №-li podrat müqaviləsinə əsasən podratçı, Quba rayonu, Qaraçay kəndində yerləşən "xxxx" MMC-yə məxsus, sifarişçinin istifadəsində olan 0.27 ha torpaq sahəsini 2.4 metr hündürlüyündə, hər sütunun arası dörd metrə olmaqla tikinti materialları, bu materialların çatdırılma və daşınma və bütün xərcləri də olmaqla daş hasarın tikilməsini öhdəsinə götürmüş, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öz öhdəsinə götürmüşdür. Həmin müqaviləyə görə muzd haqqı 5516 (beş min beş yüz on altı) ABŞ dolları (9365 AZN/1.6980=5516 ABŞ dolları) təşkil edir və ilkin olaraq 2000 ABŞ dolları, qalan 3516 ABŞ dolları isə xx.xx.2018-ci il tarixinədək hissəli ödənişlərlə sifarişçi tərəfindən podratçıya nəğd şəkildə onun tərəfindən imzalanmış qəbzlərə əsasən Cavabdeh tərəfindən 2000 ABŞ dolları xx.xx.2018-ci il, 2000 ABŞ dolları xx.xx.2018-ci il, 2000 ABŞ dolları xx.xx.2018-ci il tarixlərdə, cəmi 6000 ABŞ dolları X9 qəbzə imza etməklə verilmişdir.

72. Göründüyü kimi podratçı, Quba rayonu, Qaraçay kəndində yerləşən "xxxx" MMCyə məxsus, Sifarişçinin istifadəsində olan 0.27 ha torpaq sahəsinə hasarın çəkilməsi və evin tikintisi üçün cəmisi 62.500 ABŞ dolları məbləğində pulu Cavabdeh tərəfindən X9 qəbzə imza etməklə verilmişdir.

73. İddiaçı X12 ilə Cavabdeh arasında bağlanmış 25 iyun 2018-ci il tarixli, 04 №-li podrat müqaviləsinə əsasən podratçı, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi, 297 saylı sahədə yerləşən "xxxx" MMC-yə məxsus, sifarişçinin istifadəsində olan 0.25 ha torpaq sahəsini 2.6 metr hündürlüyündə (bünövrəsi iki tərəfdən 20 sm, qalan iki yol tərəfdən isə 40 sm olmaqla, hər sütunun arası iki metr olmaqla tikinti materialları, bu materialların çatdırılma və daşınma və bütün xərcləri də daxil olmaqla daş hasarın tikilməsini öhdəsinə götürmüş, sifarişçi isə podratçıya razılaşdırılmış muzd haqqı 4420 (dörd min dörd yüz iyirmi) ABŞ dolları (7501 AZ/1.6980=4420 ABŞ dolları) təşkil edir və ilkin olaraq 2700 ABŞ dolları, qalan 1720 ABŞ dolları isə hissəli ödənişlərlə sifarişçi tərəfindən podratçıya nəğd şəkildə onun tərəfindən imzalanmış qəbzlərə əsasən ödənilir. Həmin müqaviləyə əlavə edilmiş qəbzdən görünür ki, X5 bağ sahəsinin hasarının tikilməsi üçün xx.xx.2018-ci ildə 2700 ABŞ dolları almışdır.

74. Həmçinin, iddiaçı X12 ilə Cavabdeh arasında bağlanmış 05 iyul 2018-ci il tarixli, 06 №-li podrat müqaviləsinə əsasən podratçı, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsində yerləşən "xxxx" MMC-yə məxsus, sifarişçinin istifadəsində olan 0.25 ha torpaq sahəsində Quba Rayon İcra Hakimiyyətindən alınmış eskiz layihədə təsdiqlənmiş evin, materiallar da daxil tikintisi (işıq xətlərinin çəkilməsi və otaqlardakı elektrik qovşağı və elektrik düymə və qoşulmalarının, su və kanalizasiya xətlərinin və kombi istilik sisteminin çəkilməsi daxil) və tərəflər arasında imzalanmış evin fasadının materiallar da daxil olmaqla təmirini öhdəsinə götürmüş, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öz öhdəsinə götürmüş, muzd haqqı 76000 (yetmiş altı min) ABŞ dolları (76000 $ / 1.6900=128 547,84 AZN) təşkil etmiş, X12 xx.xx.2018-ci il tarixdə 10000, xx.xx.2018-ci il tarixdə 5000, xx.xx.2018-ci il tarixdə 10000, xx.xx.2018-ci il tarixdə isə 5000 ABŞ dolları, cəmi 30000 ABŞ dolları (51000 manat) məbləğində pulu qəbzə imza etməklə qəbul etmişdir.

75. Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsində yerləşən "xxxx" MMC-yə məxsus, sifarişçinin istifadəsində olan 0.25 ha torpaq sahəsində hasar və ev tikintisi üçün ümumilikdə 32700 ABŞ dolları məbləğində pul Cavabdeh tərəfindən X9 qəbzə imza etməklə verilmişdir.

76. İş materiallarında olan və yuxarıda qeyd edilən podrat müqavilələrin məzmunundan göründüyü kimi hər üç torpaq sahəsində hasarın çəkilməsi və evin tikilməsi üçün müqavilələrdə razılaşdırılan məbləğlər Saray qəsəbəsində 118.444 ABŞ dolları evin tikintisi üçün razılaşdırılmış həmin məbləğin 73000 ABŞ dolları və hasarına görə razılaşdırılmış məbləğin 3680 ABŞ dolları, cəmi 76.680 ABŞ dolları, Qubadakı ev üçün 77.839 ABŞ dollarına razılaşdırılmış məbləğin 56500 ABŞ dolları, hasarı üçün 6000 ABŞ dolları, cəmi 62500, Ləhişdə evin tikintisi üçün razılaşdırılmış 76000 ABŞ dolları məbləğin 30000 ABŞ dolları və hasarı üçün razılaşdırılmış muzd haqqı 4420 ABŞ dolları məbləğin 2700 ABŞ dolları, cəmi 32700 ABŞ dolları olmaqla göründüyü kimi tərəflər arasında aparılan tikinti işləri ilə bağlı razılaşdırılmış ümumi məbləğ 285.559 ABŞ dolları olmuş, həmin məbləğdən cəmi 171880 ABŞ dolları məbləğində pul vəsaiti Cavabdeh tərəfindən X9 verilmişdir.

77. Birinci instansiya məhkəməsi hər iki iddia tələbinin dəlillərini yoxlamaq üçün iş üzrə mütəxəssislərin iştirakının təmin edilməsi ilə məhkəmə inşaat-tikinti ekspertizası təyin edilməsi barədə qərardad qəbul etmişdir.

78. "xxxx" MMC tərəfindən verilən 21 yanvar 2021-ci il tarixli, 197/E №-li ekspert rəyindən görünür ki, Saray qəsəbəsindəki evin elektrik xərcləri 15300 (on beş min üç yüz) manat, su kanalizasiya və boru xətlərinə 10345 (on min üç yüz qırx beş) manat, evin tikilmə xərcləri 175318 (yüz yetmiş beş min üç yüz on səkkiz) manat pul vəsaiti xərclənmişdir. Saray qəsəbəsində fərdi yaşayış evinin tikilməsi üçün 200.963 (iki yüz min doqquz yüz altmış üç) manat pul vəsaiti xərclənmişdir. Ləhişdəki fərdi yaşayış evinə hasarı ilə birlikdə tikinti xərcləri 30000 (otuz min) manat pul vəsaiti xərclənmişdir.

79. "xxxx" MMC tərəfindən verilən 05 may 2021-ci il tarixli, 2-211/E №-li ekspert rəyindən görünür ki, Quba rayonu Qaraçay kəndindəki tikiliyə 22.877 (iyirmi iki min səkkiz yüz yetmiş yeddi AZN) pul vəsaiti xərclənmişdir. Qərardadla verilən digər suala cavab olaraq bildirir ki, hasarın bir qismi (təxminən 70-100 metrlik məsafə, hündürlük olaraq 1 metr) aşmışdır. Bərpa edilməsinə 1000 (min) AZN məbləğində vəsait tələb olunur.

80. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli 10/4589 nömrəli rəyindən görünür ki, 1. Tədqiq olunan ünvanlarda aparılmış tikinti-təmir işləri tam başa çatmadığını nəzərə alaraq, podrat müqavilələri üzrə cavabdeh tərəfindən aparılan tikinti-təmir işləri zamanı müqavilələrdə nəzərdə tutulan tikinti materiallarınin istifadə olunub-olunmamasını müəyyən etmək mümkün olmadı. Eyni zamanda tikinti-təmir işləri zamanı istifadə olunmuş materialların keyfiyyətinin və armaturların standartlara cavab verib-verməməsinin müəyyən olunması tikinti ekspertinin səlahiyyətlərinə aid deyildir; 2. Abşeron rayonu, Saray qəsəbəsində yerləşən "xxxx" MMC-yə məxsus 0,15 ha torpaq sahəsinin hasarının inşa edilməsi üçün bağlanmış 14 iyun 2018-ci il tarixli 01 saylı podrat müqaviləsinə əsasən 3380,0 manat tələb olunmuş və baxış zamanı hasarın inşa edilməsində hər-hansı qüsurlar müəyyən olunmadı; 3. Abşeron rayonu, Saray qəsəbəsində yerləşən "xxxx" MMC-yə məxsus 0,15 ha torpaq sahəsində yerləşən evin təmirsiz inşa edilməsinə, lakin divarların suvanması, su və kanalizasiya borularının çəkilməsi daxil olmaqla işlərin görülməsinə faktiki aparılan tikinti təmir işlərinin ümumi dəyəri 114.205,85 manat, o cümlədən fərdi yaşayış evinin tikintisinə 92.585,35 manat, elektrik işlərinə çəkilmiş xərcin dəyəri 7668.25.84 manat, santexnika işlərinə çəkilmiş xərcin dəyəri 5170.95 manat və istifadə olunmuş materialların dəyəri 8781,3 manat məbləğində müəyyən olunur; 4. Quba rayonu Qaraçay kəndində 0,27 ha torpaq sahəsinin hasarının bir hissəsi baxış zamanı aşdığı müəyyən olunmuşdur. Lakin hasarın aşmış hissəsinin dəqiqliklə ölçülməsi mümkün olmadığı üçün bərpasına nə qədər məbləğdə pul vəsaitinin tələb olunmasını müəyyən etmək mümkün olmadı. Quba rayonu, Qaraçay kəndində yerləşən "xxxx" MMC-yə məxsus olan 0,27 ha torpaq sahəsində faktiki aparılan tikinti-təmir işlərinin ümumi dəyəri 80656,12 manat, o cümlədən hasarın tikintisinə çəkilmiş xərcin dəyəri 9691,36 manat, fərdi yaşayış evinin tikintisinə 64250,9 manat və istifadə olunmuş materialların dəyəri 6713,86 manat məbləğində müəyyən olunur; 5. Bakı şəhəri, Kürdəxanı qəsəbəsində yerləşən "xxxx" MMC-yə məxsus olan Ləhiş bağ sahəsində faktiki aparılan tikinti-təmir işlərinin ümumi dəyəri 42128,12 manat, o cümlədən hasarın tikintisinə çəkilmiş xərcin dəyəri 3632,80 manat, fərdi yaşayış evinin tikintisinə 32642,90 manat və istifadə olunmuş materialların dəyəri 5852,42 manat məbləğində müəyyən olunur.

81. Birinci instansiya məhkəməsi ekspert rəyini mötəbər sübut kimi qəbul edərək qeyd etmişdir ki, hər üç torpaq sahələrində evin hasarının və evin tikintisi üçün çəkilmiş xərcin ümumi məbləği 117585,85+80656,12+42128,12=240.370,09 manat müəyyən olunur. 240.370,09 manatın ABŞ dollarına uyğun ödəniş aparılan vaxta (1.6980 m.) ekvivalenti isə 141.560,71 ABŞ dolları təşkil edir. Halbuki, yuxarıda qeyd edildiyi kimi Cavabdeh tərəfindən X9 qeyd edilən işlərin görülməsi üçün 171.880 ABŞ dolları məbləğində pul verilmiş, həmin pul məbləğindən 141.560,71 ABŞ dolları tikinti işlərinə sərf olunmuş, 30.319,29 ABŞ dolları isə ilkin iddiaçıda qalmışdır.

82. Birinci instansiya məhkəməsi tərəfindən işin müəyyən edilmiş hallarına görə Saray qəsəbəsində yerləşən torpaq sahəsinin hasarının tikintisi üçün 2000 ABŞ dolları məbləğində, həmin torpaq sahəsində evin tikintisi və s. üçün 73000 ABŞ dolları, Ləhiş qəsəbəsində yerləşən bağ sahəsinin hasarının tikilməsi üçün 2700 ABŞ dolları, Ləhiş qəsəbəsində yerləşən bağ sahəsinin üzərində fərdi yaşayış evinin tikintisi üçün 30000 ABŞ dolları, Quba rayonu, Qaraçay kəndində yerləşən 0,27 hektar torpaq sahəsinin hasarlanması üçün 6000 ABŞ dolları, fərdi yaşayış evinin tikintisi üçün 56500 ABŞ dolları olmaqla qarşılıqlı iddia üzrə iddiaçının cavabdehə cəmi 2000+73000+2700+30000+6000+56500=170.200 ABŞ dolları məbləğində pul verildiyi təsdiq olunmuş, xx.xx.2018-ci ildə 1000 ABŞ dolları isə kənar şəxsin imzası ilə qəbul edilmişdir. Məhkəmə 170200 ABŞ dolları məbləğində puldan ilkin iddiaçı tərəfindən tikintitəmir işlərinə sərf olunmuş, 141.560,71 ABŞ dolları çıxılmaqla qalan 28.639,29 ABŞ dolları məbləğində pul vəsaiti ziyan kimi hesablamışdır.

83. Məhkəmə kollegiyası Məhkəmə Ekspertizası Mərkəzinin 10/4589 nömrəli, 06 oktyabr 2022-ci il tarixli rəyinin “Tədqiqat prosesinin təsviri” hissəsi ilə “Tədqiqatın nəticəsi” hissəsində qeyd olunan məbləğlər arasında uyğunsuzluq olduğunu nəzərə alaraq, iş üzrə əlavə məhkəmə tikinti-texniki ekspertizası təyin etmiş və ekspert qarşısında aşağıdakı suallar qoyulmuşdur: 1) Saray qəsəbəsində yerləşən torpaq sahəsinin hasarının inşa edilməsi üçün nə qədər məbləğdə pul vəsaiti tələb olunub? 2) Saray qəsəbəsində yerləşən evin təmirsiz inşa edilməsinə, lakin divarların suvanması, su və kanalizasiya borularının çəkilməsi daxil olmaqla işlərin görülməsinə nə qədər məbləğ sərf edilmişdir? 3) Quba rayonu Qaraçay kəndində 0,27 ha torpaq sahəsinin hasarın bərpasına nə qədər məbləğdə pul vəsaiti tələb olunur? 4) Quba rayonu, Qaraçay kəndində 0,27 ha torpaq sahəsinin üzərində fərdi yaşayış evinin inşa edilməsi üçün nə qədər məbləğdə pul vəsaiti sərf olunmuşdur? 5) Ləhişdə yerləşən torpaq sahəsinin hasarının inşa edilməsi üçün nə qədər məbləğdə pul vəsaiti sərf olunmuşdur? 6) Ləhişdə yerləşən torpaq sahəsinin üzərində fərdi yaşayış evinin inşa edilməsi üçün nə qədər məbləğdə pul vəsaiti sərf olunmuşdur?

84. Məhkəmə Ekspertizası Mərkəzinin 3-16-16/2-10/4674 nömrəli, 27 noyabr 2023cü il tarixli rəyində qeyd olunmuşdur ki, Abşeron rayonu, Saray qəsəbəsində yerləşən "xxxx" MMC-yə məxsu 0,15 ha torpaq sahəsinin hasarının inşa edilməsi üçün bağlanmış 14 iyun 2018-ci il tarixli 01 saylı podrat müqaviləsinə əsasən 3380,0 manat məbləğində müəyən olunur. Saray qəsəbəsində yerləşən evin təmirsiz inşa edilməsinə, lakin divarların suvanması, su və kanalizasiya borularının çəkilməsi daxil olmaqla aparılmış tikinti-təmir işlərinin ümumi dəyəri 114205,85 manat məbləğində müəyyən olunur. Quba rayonu Qaraçay kəndində 0,27 ha torpaq sahəsinin hasarının bir hissəsi baxış zamanı aşdığı müəyyən olunmuşdur. Lakin hasarın aşmış hissəsinin dəqiqliklə ölçülməsi mümkün olmadığı üçün bərpasına nə qədər məbləğdə pul vəsaitinin tələb olunmasını müəyyən etmək mümkün olmadı. Quba rayonu, Qaraçay kəndində 0,27 ha torpaq sahəsinin üzərində fərdi yaşayış eyinin inşa edilməsi üçün aparılmış tikinti-təmir işlərinin ümumi dəyəri 70828,28 manat məbləğində müəyyən olunur. Eyni zamanda hasarın tikintisinə çəkilmiş xərcin dəyəri 9675,25 manat məbləğində müəyyən olunur. Ləhişdə yerləşən torpaq sahəsinin hasarının inşa edilməsi üçün aparılmış tikinti-təmir işlərinin ümumi dəyəri 3632,81 manat məbləğində müəyyən olunur. Ləhişdə yerləşən torpaq sahəsinin üzərində fərdi yaşayış evinin inşa edilməsi üçün aparılmış tikinti-təmir işlərinin ümumi dəyəri 38692,32 manat məbləğində müəyyən olunur.

85. Göstərilən halları nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarına düzgün istinad edərək düzgün hüquqi nəticəyə gəlsə də, istinad etdiyi Məhkəmə Ekspertizası Mərkəzinin 10/4589 nömrəli, 06 oktyabr 2022-ci il tarixli rəyinin “Tədqiqat prosesinin təsviri” hissəsi ilə “Tədqiqatın nəticəsi” hissəsində qeyd olunan məbləğlər arasındakı uyğunsuzluğu yenidən ekspertiza keçirməklə aradan qaldırmamışdır.

86. Məhkəmə kollegiyası sadalanan qanunvericilik aktları normalarına və işin müəyyən edilmiş hallarına əsaslanaraq ilk iddia tələbi ilə bağlı birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, ilk iddia tələbi ilə bağlı hissədə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Qarşılıqlı iddia tələbi ilə bağlı hissədə isə sonuncu ekspert rəyi ilə müəyyən olunmuş məbləğlər əsas götürülməli və qarşılıqlı iddiaçı tərəfindən ödənilmiş 170.200 ABŞ dolları məbləğində pul vəsaitindən qarşılıqlı iddia üzrə cavabdeh tərəfindən tikinti-təmir işlərinə ümumilikdə sərf olunmuş 240.414,51 manat (həmin dövrdə olan manata məzənnədə (1 ABŞ dolları=1.6980 manat) 141.586,87 ABŞ dolları) çıxılmaqla qalan 28.613,13 ABŞ dolları (170.200-141.586,87=28.613,13) məbləğində pul vəsaiti qarşılıqlı iddia üzrə iddiaçıya vurulmuş zərər kimi nəzərə alınmalıdır.

87. Odur ki, həmin hissədə qətnamə dəyişdirilməli, X7 tutularaq Cavabdeh verilməli olan pul vəsaitinin məbləği 28.613,13 (iyirmi səkkiz min altı yüz on üç dollar on üç sent) ABŞ dolları məbləğində müəyyən edilməlidir.

88. Nəzərə almaq lazımdır ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

89. Beləliklə məhkəmə kollegiyası iş üzrə təqdim olunmuş və məhkəmə iclasında tədqiq edilmiş sübutlara əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(012)-19/2022 nömrəli qətnaməsi - X7 28.639,29 ABŞ dolları məbləğində pulun tutularaq qətnamə icra olunan vaxtı Azərbaycan manatı məzənnəsinə uyğun Cavabdeh verilməsi hissəsində dəyişdirilməli, X7 28.613,13 (iyirmi səkkiz min altı yüz on üç dollar on üç sent) ABŞ dolları məbləğində pul vəsaiti ödəniş gününə qüvvədə olan məzənnədə Azərbaycan Respublikası manatı ilə tutularaq Cavabdeh verilməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır.

90. Məhkəmə kollegiyası MPM-in yuxarıda qeyd olunan 119.1-ci maddəsinə əsasən həmçinin hesab edir ki, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan - 100 manat qarşılıqlı iddia üzrə cavabdeh X7 tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir.

91. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi: Apellyasiya şikayəti qismən təmin edilsin. Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(012)-19/2022 nömrəli qətnaməsi - X7 28.639,29 ABŞ dolları məbləğində pulun tutularaq qətnamə icra olunan vaxtı Azərbaycan manatı məzənnəsinə uyğun Cavabdeh verilməsi hissəsində dəyişdirilsin. X7 28.613,13 (iyirmi səkkiz min altı yüz on üç dollar on üç sent) ABŞ dolları məbləğində pul vəsaiti ödəniş gününə qüvvədə olan məzənnədə Azərbaycan Respublikası manatı ilə tutularaq Cavabdeh verilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. İş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertizası tədqiqatının dəyəri 100 (yüz) manat qarşılıqlı iddia üzrə cavabdeh X7 alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemi”ndə yaradılmış elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar