Məhkəmə qərarları › İş №2(105)-819/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-819/2024

22.05.2024 · Mənzil mübahisələri - Mənzilə köçürmə - Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-819/2024 22.05.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mənzilə köçürmə barədə ilk, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı mənzilə istifadə hüququnun itirilmiş hesab edilməsi barədə qarşılıqlı iddia tələblərinə dair mülki iş üzrə (Açar sözlər: mənzilə köçürülmə, mənzilə istifadə hüququnun itirilmiş hesab olunması) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri X22 (sədrlik edən və məruzəçi), Dəmirov İlqar Kamal oğlu və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, İsmayılova Ləman Zakir qızının katibliyi, İddiaçı, Cavabdeh (sonuncu məhkəmə iclasına gəlməmişdir) iştirakı ilə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(060)-253/2024 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi: İşin halları

1. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən MH seriyalı ******* nömrəli çıxarışın surətindən görünür ki, Sumqayıt şəhəri, 10-cu mikrorayon, ev 54 ünvanında yerləşən 16 nömrəli mənzilin üzərində Cavabdeh xüsusi mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2007-ci il tarixdə qeydiyyata alınmışdır.

2. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2007-ci il tarixli, 2-1308 nömrəli qətnaməsi ilə iddianın təmin olunması, Əmikişiyeva Könül Fikrət qızının azyaşlı uşaqları ilə birgə Sumqayıt şəhəri, 10-cu mikrorayon, ev 54, mənzi 16-a olan yaşayış hüquqlarının tanınması və həmin mənzilə qeydiyyata alınmaları qət edilmişdir.

3. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli arayışından görünür ki, İddiaçı 06 avqust 2007-ci il tarixdən ünvan 1 ünvanına qeydiyyatdadır. Qeydiyyatda olan digər şəxslər – X12, X6, X15, Cavabdeh, X17 və X8r.

4. Sumqayıt “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən verilmiş 10 noyabr 2016-cı il tarixli, AZ-İ seriyalı, 223425 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X12 ilə İddiaçı arasında olan nikah ləğv edilmişdir. Bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında 2016-cı ilin noyabr ayının 10-cu günündə 238 nömrə ilə qeyd edilmişdir. Nikah ləğv olunandan sonra qadına Quliyeva soyadı verilmişdir.

5. Sumqayıt Şəhər VVADQ şöbəsi tərəfindən verilmiş 03 avqust 2004-cü il tarixli, AZ- İ seriyalı, 515519 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X16 xx.xx.2004-cü il tarixdə Sumqayıt şəhərində doğulmuşdur. Bu barədə doğum haqqında akt qeydləri kitabında 2004-cü ilin avqust ayının 03-cü günündə 2391 nömrə ilə qeyd edilmişdir. X2, anası isə İddiaçıdır.

6. Sumqayıt Şəhər VVADQ şöbəsi tərəfindən verilmiş 13 oktyabr 2010-cu il tarixli, AZ-İİ seriyalı, 544645 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X17 xx.xx.2010-cu il tarixdə Sumqayıt şəhərində doğulmuşdur. Bu barədə doğum haqqında akt qeydləri kitabında 2010-cu ilin oktyabr ayının 13-cü günündə 4336 nömrə ilə qeyd edilmişdir. X2, anası isə İddiaçıdır.

7. xx.xx.2023-cü il tarixli qonşuların birgə iştirakı ilə tərtib olunmuş aktdan görünür ki, ünvan 1-da qeydiyyatda olan İddiaçı və övladları X13 və X18 2016-cı ildən yuxarıda qeyd edilən ünvanda yaşamırlar.

8. Sumqayıt İnzibati Məhkəməsinin 05 iyul 2023-cü il tarixli, 2-1(118)-2364/2023 nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır (hakim: İ.Quliyev).

9. Sumqayıt Apellyasiya Məhkəməsinin 2-1(105)-675/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə apellyasiya şikayətinin təmin edilməməsi, Sumqayıt İnzibati Məhkəməsinin 05 iyul 2023-cü il tarixli, 2-1(118)-2364/2023 nömrəli qərardadının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Həmin qərardad ilə müəyyən olunmuşdur ki, birinci instansiya məhkəməsi üçüncü şəxslərin istifadə hüququna dair məsələnin həllinin mülki məhkəmə icraatı qaydasında həllini tapmaması əsası ilə iddianı mümkün saymamış və iddiaçıya üçüncü şəxslərin mənzilə istifadə hüququnun itirilməsi ilə bağlı müvafiq ümumi məhkəməyə və bunun nəticəsinə uyğun olaraq təkrar inzibati orqana müraciət edə biləcəyi ilə bağlı hüququ izah edilmişdir. Hazırkı işdə üçüncü şəxslərin mənzildə yaşayıbyaşamaması, istifadə hüququnun mövcud olub-olmaması məsələsi mülki qaydada araşdırılmalı, məhkəmə qətnaməsi ilə üçüncü şəxslərin mənzilə istifadə hüququnun olmaması müəyyən edildiyi halda iddiaçı üçüncü şəxslərin qeydiyyatdan çıxarılması ilə bağlı inzibati orqana, müraciəti təmin edilmədiyi halda isə inzibati məhkəməyə müraciət edə bilər.

10. xx.xx.2016-cı il tarixli aktın surətindən görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-6206/2016 saylı, xx.xx.2016-cı il tarixli icra sənədinə əsasən borclu X4 icra vərəqəsində göstərilən əmlaklar İddiaçı verilməlidir. Sumqayıt Şəhər Məhkəməsinin qərarı icra olunması üçün ünvan 1 ünvanında olmuşlar. İcra vərəqəsində göstərilən əmlaklar tələbkar İddiaçı verilmişdir.

11. İcraata xitam verilməsi haqqında təqdimatdan görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-6206/2016 saylı, xx.xx.2015-ci il tarixli icra sənədinə əsasən birgə nikah dövründə əldə edilmiş 1 ədəd kondisioner – 390 manat, 1 - ədəd musiqi mərkəzi – 600 manat, 1 ədəd televizor -420 manat, 1 ədəd (dvd) 45 manat dəyərində olan əmlaklar X9 ilə İddiaçı arasında bərabər payda bölünmüşdür. X3 icra vərəqəsində göstərilən əmlakların İddiaçı verilməlidir. İcra sənədi akta əsasən icra olunmuşdur. Beləliklə, icra sənədi icra olunduğu üçün icraata xitam verilməlidir. Yuxarıda göstərilənləri və “İcra Haqqında” AR Qanununun 20.1.5- və 21.1-ci maddələrini rəhbər tutaraq, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-6206/2016 saylı, xx.xx.2015-ci il tarixli icra sənədi üzrə icraata xitam verilməsi məsələsinə baxıb müvafiq qərar verilməsini xahiş etmişdir.

12. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-6206/2016 saylı, 30 sentyabr 2016-cı il tarixli qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, X12 ilə İddiaçı arasında olan 07 may 2004-cü il tarixdə Sumqayıt Şəhər Nikah evində bağlanmış və 457 nömrə ilə qeyd edilmiş nikah qeydinin pozulması, xx.xx.2004-cü il təvəllüdlü X16 və xx.xx.2010-cu il təvəllüdlü X10 anaları İddiaçı himayəsinə verilmələri, X4 hər ay bir uşağa 117 (bir yüz on yeddi) manat olmaqla, iki uşağa görə 234 (iki yüz otuz dörd) manat sabit pul məbləğində alimentin xx.xx.2016-cı il tarixdən başlayaraq tutulub xx.xx.2004-cü il təvəllüdlü X7 və xx.xx.2010-cu il təvəllüdlü X10 yetklinlik yaşına çatana kimi saxlanması üçün İddiaçı verilməsi, birgə nikah dövründə əldə edilmiş 1 ədəd kondisioner – 390 manat, 1 ədəd musiqi mərkəzi – 600 manat, 1 ədəd televizor – 420 manat, 1 ədəd (dvd) – 45 manat dəyərində olan əmlaklar X12 ilə İddiaçı arasında bərabər paylara bölünməsi, X4 1 ədəd paltaryuyan maşın – 570 manat, 1 ədəd televizor – 50 manat, 1 ədəd tozsoran 170 manat, 1 ədəd şirə çəkən maşın – 50 manat, 1 ədəd ətçəkən maşın – 50 manat, 1 ədəd çörək sobası – 50 manat, 1 ədəd mikser – 20 manat, 1 ədəd ütü- 30 manat, 1 ədəd blender – 15 manat, 1 ədəd kofe üyüdən – 15 manat, 1 ədəd divan dəsti – 440 manat, 1 ədəd mebel (stenka) – 680 manat, stol-stul- 250 manat, 1 ədəd yataq dəsti – 430 manat, 1 ədəd televizor altı – 110 manat, 1 ədəd büllur qablar – 130 manat, 1 ədəd servizlər – 170 manat, xalçalar – 175 manat, pərdələr – 200 manat, qaşıq dəsti – 70 manat, 1 ədəd su qızdırıcı – 100 manat dəyərində olan cehiz əmlakların İddiaçı qaytarılması qət edilmişdir.

Birinci instansiya məhkəməsində icraat

13. İddiaçı Cavabdeh qarşı “mənzilə köçürmə” tələbinə dair iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, məhkəmədən onun uşaqları – xx.xx.2004-cü il təvəllüdlü X16 və xx.xx.2020-ci il təvəllüdlü X17 ilə birlikdə ünvan 1 ünvanında yerləşən mənzilə köçürülmələri barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

14. İddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı ərizə ilə müraciət edərək, məhkəmədən iddia ərizəsində iddianın adı hissəsində (“köçürmə” əvəzinə “komürmə”, eləcə də və xahiş etdi hissəsində (“köçürülməyimiz” əvəzinə “köçürüləyimiz” orfoqrafik səhvlər olmaqla, müəyyən məna dəyişikliyi yaratdığı üçün həmin səhvləri aradan qaldıraraq iddia ərizəsinin yenidən məhkəmə təqdim etmiş və bunun nəzərə alınmasını xahiş etmişdir.

15. İddia tələbi onunla əsaslandırılmışdır ki, mübahisəli mənzil cavabdehə məxsusdur. O, cavabdehin oğlu Quliyev Rəşadla rəsmi nikah qeydiyyatından keçməklə ailə quraraq həmin mübahisəli mənzilə gəlin köçmüş və uzun illər həmin mənzildə yaşamışdır. Həmin dövrdə cavabdeh onu mənzilə qeydiyyata almadığına görə o, məhkəməyə müraciət etmiş və Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2007-ci il tarixli, 2- 1308/2007 saylı qətnaməsinə əsasən onun azyaşlı uşaqları ilə birlikdə həmin mənzilə yaşayış (istifadə) hüququları tanınmaqla qeydiyyata alınmağı qət edilmişdir. Bundan bir neçə il sonra cavabdeh onun və uşaqlarının həmin mənzildə yaşamaq hüquqlarını tanımaq istəmədi, onları mənzildən çıxarmağa cəhd etmiş və sonda mənzilin bütün kommunal xətlərini (işıq, qaz, su) ayıraraq mənzili yaşamaq üçün yararsız vəziyyətə salmış, həmin vaxt müxtəlif orqanlara müraciət etsələr də, bir nəticəsi olmamışdır. O azyaşlı uşaqları ilə həmin şəraitsiz mənzildə yaşamağa imkan tapmadıqları üçün məcbur olmuş, valideynlərinin evinə köçmüşlər. Amma bütün cehiz və şəxsi əşyaları bu günə kimi də həmin mənzildədir. Artıq uşaqlar da böyüyüb və onlar atasının darısqal mənzilində yaşaya bilmirlər. Öz hüquqları olan mənzilə köçməyə isə cavabdeh onlara imkan vermir. Bu barədə iddiaçı ona mediasiya təklifi göndərmiş, sonra isə mediasiyaya müraciət etmiş mediator mediasiya seansı təyin etmiş, cavabdeh ora gəlməkdən imtina etmiş, mediator bu barədə arayış tərtib etmiş, mediasiya xərci olan 50 manatı isə o ödəmişdir. Ona görə də hazırda bu iddia ilə məhkəməyə müraciət etmişdir. Onun azyaşlı uşaqları ilə birlikdə həmin mənzildə yaşayış hüquqları məhkəmə qaydasında tanınmış və həmin qətnamə icra olunaraq onlar həmin mənzilə qeydiyyata düşmüşlər. Lakin cavabdeh onların bu hüquqlarını pozaraq mənzilə köçüb orada yaşamaqlarına maneə törədir. Bu halda onlar məhkəmə qaydasında həmin mənzilə köçürülməlidirlər.

16. Cavabdeh İddiaçı qarşı “mənzilə istifadə hüququnun itirilmiş hesab edilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, məhkəmədən ilkin iddianın rədd edilməsi və qarşılıqlı iddianın təmin edilərək İddiaçı və onun azyaşlı övladları xx.xx.2004-cü il təvəllüdlü X7 və xx.xx.2010-cu il təvəllüdlü X10 ünvan 1-dan istifadə hüquqlarının itirilmiş hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

17. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhəri, 10-cu mikrorayon ünvanında yerləşən 54 saylı evin 16-cı mənzili mülkiyyət hüququ ilə ona məxsusdur. (xx.xx.2007-ci il tarixdə qeydiyyata alınmış MH seriyalı, ******* saylı çıxarış). İlkin iddia üzrə İddiaçı onun keçmiş gəlinidir. X1 Könül Fikrət qızı Quliyevlə 2003-cü ildə nikaha girmişlər. Onların birgə nikahlarından X16 xx.xx.2004-cü ildə və X18 xx.xx.2010-cu ildə anadan olmuşdur. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2016-cı il tarixli qətnaməsi ilə R.Quliyevlə K.Quliyev arasında nikaha xitam verilmiş və həmin tarixdən sonra İddiaçı mülkiyyətçisi olduğu mənzili tərk edərək öz valideynlərinin yaşadığı ünvana qayıtmışdır. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2007-ci il tarixli qətnaməsi ilə İddiaçı və onun iki uşağının ünvan 1-da istifadə hüququ tanınmış və mülkiyyətçisi olduğu mənzildə qeydiyyata alınmışlar. Lakin 2016-cı ildən sonra nə K.Quliyevə, nə də onun iki uşağı sözügedən mənzildə yaşamamışlar. O keçmiş gəlini İddiaçı və azyaşlılar M.Quliyevanın və A.Quluzadənin mülkiyyətində olan ünvan 1-dan qeydiyyatdan çıxarılması öhdəliyinin Sumqayıt Şəhər Polis İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsi xahişi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət etdikdən sonra ilkin iddia üzrə iddiaçı məhkəməyə müraciət etmişdir. Sumqayıt İnzibati Məhkəməsinin və Sumqayıt Apellyasiya Məhkəməsinin qərardadları ilə iddia tələbi təmin edilməmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin İK-nin xx.xx.2023-cü il tarixli, 2-1(105)-675/2023 saylı qərardadında göstərilmişdir ki, üçüncü şəxslərin mənzildə yaşayıb-yaşamaması, istifadə hüququnun mövcud olub-olmaması məsələsi ilk növbədə mülki qaydada araşdırılmalı, məhkəmə qətnaməsi ilə üçüncü şəxslərin istifadə hüququnun olmaması müəyyən edildiyi halda iddiaçı üçüncü şəxslərin qeydiyyatdan çıxarılması ilə bağlı inzibati orqana, müraciət təmin edilmədiyi halda işə inzibati məhkəməyə müraciət edə bilər. Bildirir ki, ilkin iddia üzrə iddiaçı və onun azyaşlı uşaqları 2016-cı ildən mənzilindən çıxıb getmiş və orada yaşamamışlar. Yaşamaları üçün yeddi il ərzində heç bir vaxt müraciət etməmişdir. İddiaçı və onun iki azyaşlı uşaqlarının mülkiyyətçisi olduğu mənzildə 2016-cı ildən yaşamadığını 16 saylı Mənzil Kommunal Sahəsinin xx.xx.2023-cü il tarixli aktı təsdiq edir. O Sumqayıt İnzibati Məhkəməsinə İddiaçı və onun iki uşağının mənzilindən qeydiyyatdan çıxarılması barədə qərar qəbul edilməsi barədə müraciətindən sonra qarşılıqlı iddia üzrə cavabdeh “mənzilə köçürülmə” tələbi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət etmişdir.

18. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(060)-253/2024 nömrəli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı mənzilə köçürmə tələbinə dair iddiasının təmin edilməməsi, qarşılıqlı iddia tələbinin təmin edilməsi, Cavabdeh məxsus ünvan 4 ünvanında yerləşən 16 nömrəli mənzildən İddiaçı və onun övladları xx.xx.2004-cü il təvəllüdlü X7 və xx.xx.2010-cu il təvəllüdlü X10 istifadə hüquqlarının itirilmiş hesab edilməsi, ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı 100 (bir yüz) manat dövlət rüsumunun alınaraq ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ödənilməsi qət edilmişdir (hakim Aynur Behbudova).

19. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, mülkiyyətçinin oğlu ilə ilkin iddia üzrə iddiaçının nikahları 2016-cı ildə pozulmuşdur. Bu səbəbdən də, hazırkı mübahisə qüvvədə olan Mənzil Məcəlləsinə əsasən həll edilməlidir. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. İddiaçı və cavabdeh arasında yaşayış sahəsindən istifadəsinə dair razılaşma mövcud deyil. İlkin cavabdehin oğlu ilə nikahı pozulduqdan, ilkin iddiaçı ilə cavabdehin oğlunun ailə münasibətlərinə xitam verilmişdir. Uşaqların mübahisəli evə köçürülməsi ilə bağlı məhkəmə qeyd etmişdir ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-6206/2016 saylı, 30 sentyabr 2016-cı il tarixli qətnaməsinə əsasən tərəflərin birgə nikahından anadan olmuş xx.xx.2004-cü il təvəllüdlü X7 və xx.xx.2010-cu il təvəllüdlü X10 nikah pozulduqdan sonra İddiaçı yanında qalması müəyyən olunmuşdur. Qanunvericiliyin tələblərinə əsasən isə yetkinlik yaşına çatmayan fiziki şəxslər öz valideynləri və ya qəyyumları (himayəçiləri) ilə birlikdə yaşamalıdırlar. Məhkəmə qətnaməsi ilə uşaqların analarının yanında qalması müəyyən olunduğundan, uşaqlar ondan ayrı yaşaya bilməzlər. Eyni zamanda, qanunvericilikdə nəzərdə tutulmuş hallarda, keçmiş ailə üzvünün mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilərdi. Belə ki, məhkəməyə buna əsas ola sübut təqdim edilmiş, Sumqayıt Şəhər Məhkəməsinin 2007-ci il tarixli, 2-1308 nömrəli qətnaməsi ilə üçüncü şəxs Əmikişiyeva (Quliyeva) Könül Fikrət qızının azyaşlı uşaqları ilə birgə sözügedən mənzilə yaşamaq hüququ tanınmış və mənzilə qeydiyyata alınması qərara alınmışdır. Lakin xx.xx.2023-cü il tarixli qonşuların birgə iştirakı ilə tərtib olunmuş aktdan görünür ki, ünvan 1-da qeydiyyatda olan İddiaçı və övladları X13 və X18 2016-cı ildən yuxarıda qeyd edilən ünvanda yaşamırlar.

20. Məhkəmə qarşılıqlı iddia ilə bağlı qeyd etmişdir ki, əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Qarşılıqlı iddia üzrə cavabdeh və qarşılıqlı iddia üzrə iddiaçı arasında yaşayış sahəsindən istifadəsinə dair razılaşma mövcud deyil. Tərəflərin nikahı pozulduqdan, onların ailə münasibətlərinə xitam verilmişdir. Buna görə də, qarşılıqlı iddia üzrə iddiaçı mülkiyyətində olan mənzildən qarşılıqlı iddia üzrə cavabdehin istifadə hüquqlarına xitam verilməsi barədə iddia tələbi əsaslıdır.

21. Birinci instansiya məhkəməsi mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu maddələri, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 152.5, 152.6, 152.11, 154.1, 157.4, 228.1, 228.2, 228.5, 255.8, 262.2, 262.3-cu maddələri, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu maddəsi, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 oktyabr 2013-cü il tarixli qərarındakı hüquqi mövqeyi, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 88 və 119.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri

22. İddiaçı apellyasiya şikayəti verib, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(060)-253/2024 saylı qətnaməsinin ləğv edilməsini, ilk iddianın təmin, qarşlıqlı iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

23. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi səhv və qanunsuz qətnamə qəbul etmişdir. Tətbiq edilməli olan maddi normanı tətbiq etməmiş, tətbiq edilməli olmayan maddi normanı tətbiq etmişdir. Çünki məhkəmə işin hallarını araşdırdıqdan sonra səhv nəticəyə gəlmiş, onun mənzildən istifadə hüququnun yaranma müddətini düzgün müəyyən etməmiş və bunun da nəticəsi olaraq tətbiq edilməli olan maddi normanı düzgün seçməmişdir. Məhkəmə bu səhvə yol verməsə idi, onun iddiası təmin edilməli, qarşılıqlı iddia isə rədd edilməli idi. Belə ki, işdə olan Sumqayıt şəhər Məhkəməsinin 2007-ci il tarixli qətnaməsindən də görünür ki, o 2003-cü ildə mənzilə gəlin gəlmiş, o vaxt mənzil dövlət fonduna aid mənzil olmuşdur və həmin dövrdə qüvvədə olan AR Mənzil Məcəlləsinin 53, 54-cü maddələrinə əsasən, həmin mənzildə yaşamaq və istifadə etmək hüququ da 2003-cü ildən yaranmışdır. 2007-ci ildə o mənzilə istifadə hüququnun tanınması barədə iddia verən ərəfədə cavabdeh tez-tələsik mənzili özəlləşdirmişdir. Məhkəmə isə qətnamə qəbul edərkən bu hüquqi hala düzgün qiymət verməmiş, onun mənzildə istifadə hüququnun 2007-ci ildə (cavabdeh mülkiyyətçi olandan sonra) yaranması barədə səhv nəticəyə gəlmişdir. Hətta belə olduğu təqdirdə də, onların münasibətləri 2009-cü il tarixə qədər yaranmış mübahisə olmasına baxmayaraq, məhkəmə səhvən belə bir nəticəyə gəlmişdir ki, bu mübahisə 2009-cu ildə qəbul edilmiş AR Mənzil Məcəlləsi ilə həll edilməlidir. Bu səhv nəticə mübahisənin həll edilməsi üçün səhv maddi hüquq normasına istinad edilməsinə səbəb olmuş və bu da səhv və qanunsuz qətnamə qəbul edilməsi ilə nəticələnmişdir ki, bu halda məhkəmə qətnaməsi ləğv edilməli, onun iddiası təmin edilərək qarşılıqlı iddia rədd edilməlidir.

24. Mənzil dövlət fonduna aid olarkən cavabdehin mənzilinə gəlin köçmüş, onun oğlu ilə bir ailə kimi yaşayaraq həmin mənzilə əmlaklarını da gətirmiş və həmin mənzildə 2 uşağı dünyaya gəlmişdir. Bu hallar təsdiq edir ki, onun mübahisəli mənzilə hüquqları 2003cü ildən yaranmışdır. İşin bu halları iş sənədləri, eləcə də elə qarşılıqlı iddianın öz məzmunu ilə tam təsdiq edildiyi halda, məhkəmə belə bir nəticəyə gəlmişdir ki, münasibətlərə 2009-cu ildə qəbul edilmiş AR Mənzil Məcəlləsinin normaları tətbiq edilməlidir. Hansı ki, prosesual qanunvericiliyə əsasən, mübahisələrə münasibətlər yaranarkən mövcud olmuş maddi normalar tətbiq edilməlidir. Deməli, burdan belə bir hüquqi nəticə yaranır ki, məhkəmə münasibətlərin yaranma müddətini düzgün müəyyən etmədiyindən maddi normanın tətbiqində səhvə yol vermişdir. Bu mübahisəyə 2009-cu ildən qüvvədə olan AR Mənzil Məcəlləsinin 30-cu maddəsini tətbiq etməklə onun və 2 uşağının mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsi barədə qətnamə qəbul edən məhkəmə maddi hüquq normalarının və prosesual hüquq normalarının tələblərini pozmaqla qanunsuz və əsassız qətnamə çıxarmışdır ki, bu halda məhkəmə qətnaməsi ləğv edilməlidir. AR Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən onun və 2 uşağının bu mübahisəli mənzildən müliyyətçi ilə bərabər istifadə hüquqları vardır. Bu maddi normaya əsasən, onların mənzildən istifadə hüquqları ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. AR Mülki Məcəlləsinin 228.2-ci maddəsinə əsasən mənzildə istifadə hüququ olan şəxslərin mənzildən istifadə hüququna yalnız kompensasiya verməklə xitam verilə bilər. Belə olan təqdirdə məhkəmənin ona kompensasiya verilmədən mənzildən istifadə hüququna xitam verməsi qanunsuz və əsassız olmuşdur.

25. Məhkəmə prosessual hüquq normasının tələblərini kobud surətdə pozmuş, işin araşdırılan və müəyyən edilən halları üzrə səhv nəticəyə gəlmiş, tərəflərin arasında yaranmış hüquq münasibətlərini düzgün müəyyən etməmiş və bunun da nəticəsində tətbiq edilməli olan maddi normaları düzgün müəyyən etməmişdir. Belə ki, məhkəmə belə qənaətə gəlmişdir ki, qarşılıqlı iddia üzrə iddiaçı mülkiyyətçi olduğu və mənzil onun mülkiyyətində olduğu üçün bu işdə AR Mülki Məcəlləsinin 228-ci maddəsinin və AR Mənzil Məcəlləsinin (2009-cu ildən qüvvəyə minmiş) 30.4-cü maddəsinin tələbləri tətbiq edilməlidir. Bu nəticəyə gələrkən məhkəmə öz qətnaməsində göstərmişdir ki, tərəflər arasında nikah qeydiyyatı 2016-cı ildə ləğv edildiyi üçün bu işə AR Mənzil Məcəlləsinin 30.4-cü maddəsi tətbiq edilməlidir. Buna da səbəb o olmuşdur ki, məhkəmə tərəflərin hüquqi münasibətlərin yaranma müddətini düzgün müəyyən etməmiş və hüququn yaranması müddəti ilə nikahın ləğvi müddəti kimi ayrı-ayrı hüquqi məhfumları səhv salmışdır. Çünki hazırkı iddiaların hüquqi taleyi müəyyən edilərkən hüquqi əsas nikahın ləğv edildiyi müddət yox, onun həmin mənzildə istifadə hüququnun yarandığı müddət nəzərə alınmalı idi. İşdə olan sənədlərə, cavabdehin öz izahat və qarşılıqlı iddia ərizəsində göstərdiklərinə, eləcə də işdə olan 2007-ci il tarixli qətnaməyə əsasən də görünür ki, cavabdehlə onun hüquqi münasibəti 2003-cü ildə yaranmışdır. Belə olan təqdirdə, məhkəmə hansı əsasla 2009-cu ildə qəbul edilmiş AR MM-nin normalarını tətbiq edə bilər?

26. Məhkəmə belə bir nəticəyə gəlmişdir ki, tərəflər arasında nikah qeydi 2016-cı ildə ləğv edildiyi üçün deməli hüquqi mübahisə də həmin vaxt yaranmışdır və buna görə də 2009-cu ildə qəbul edilmiş Mənzil Məcəlləsinə istinad etmişdir ki, bu da tam qanunsuz olmuşdur. Məhkəmə qətnaməsində göstərilmişdir ki, “iddiaçı cavabdehin ailə üzvü olaraq 2007-ci ildən mənzilə köçmüş və orada onun istifadə hüququ yaranmışdır (məhkəmə qətnaməsinə əsasən)” Məhkəmənin gəldiyi bu nəticə iş materiallarına tam ziddir. Belə ki, elə məhkəmənin qeyd etdiyi məhkəmə qətnaməsində göstərilmişdir ki, o həmin mənzilə 2003-cü ildən köçmüş və orada həmin ildən istifadə hüquq qazanmışdır. Məhkəmə qətnamənin tarixi ilə mənzildən istifadə hüququnun yaranmasını qarışdırmış və belə bir səhv nəticəyə gəlmişdir. Məhkəmə qətnaməsində göstərmişdir ki, guya iddiaçı (yəni o) mənzili özü tərk etmişdir. Məhkəmənin gəldiyi bu nəticə işin halları və işdəki sənədlərlə, məhkəmənin öz səyyar baxışı ilə tam təkzib edilir. Belə ki, o iddia ərizəsində və məhkəmədəki izahatlarında da göstərmişdir ki, mənzildə yaşadıqdan bir müddət sonra cavabdeh onu mənzildən qovmaq istəyirdi, bu alınmadıqda isə mənzilə gələn işıq, qaz, su xətlərini rəsmi ərizə verərək kəsdirdi, onlar üçün mənzildə dözülməz şərait yaratdı, həmin mənzildə yaşamaq artıq qeyri-mümkün olduqda qış ayında o mənzili tərk edərək atasının evinə sığınmağa məcbur olmuşdur. Lakin hazırda uşaqlar böyüdüyü üçün atasının mənzilində yaşamaq qeyri-mümkündür və ona görə də özünün də, uşaqlarının da istifadə hüquqları olan mənzilə köçmək qərarına gəlmişdir. Məhkəmə özü də mənzilə baxış keçirərkən görmüşdür ki, onun əmlakları həmin mənzildə bir otağa yığılıb, mənzilin işıq, qaz, su xətləri kəsilib, ev yaşamaq üçün yarasız haldadır. Məhkəmə özü bu halları müəyyən etdiyi halda sonda onun mənzili könüllü tərk etmək nəticəsinə gəlməsi işin hallarına və işdəki sənədlərə tam zidd olmuşdur.

Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

27. Cavabdeh apellyasiya şikayətinə yazılı etiraz ünvanlayaraq apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

28. Cavabdeh etirazında göstərmişdir ki, Sumqayıt şəhəri, 10-cu mikrorayon ünvanında yerləşən 54 saylı evin 16-cı mənzili mülkiyyət hüququ ilə ona məxsusdur (xx.xx.2007-ci il tarixdə qeydiyyata alınmış MH seriyalı ******* saylı çıxarı). İlkin iddia üzrə İddiaçı onun keçmiş gəlinidir. X1 İddiaçı 2003-cü ildə nikaha girmişdir.Onların birgə nikahlarından X16 xx.xx.2004-cü iləd və X18 xx.xx.2010-cu ildə anadan olmuşdur. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2016-cı il tarixli qətnaməsi ilə R.Quliyevlə İddiaçı arasıda nikaha xitam verilmiş və həmin tarixdən sonra İddiaçı onun mülkiyyətçisi olduğu mənzili tərk edərək öz valideynlərinin yaşadığı ünvana qayıtmışdır. Sumqayıt Şəhər Məhkəməsiin xx.xx.2007-ci il tarixli qətnaməsi ilə İddiaçı və onun iki uşağının ünvan 4, mənzil 16-da istifadə hüququ tanınmış və onun mülkiyyətçisi olduğu mənzildə qeydiyyata alınmışlar. Lakin 2016-cı ildən sonra nə K.Quliyevə, nə də onun iki uşağı sözügedən mənzildə yaşamamışlar. O keçmiş gəlini İddiaçı və azyaşlılar M.Quliyevanın və A.Quluzadənin mülkiyyətində olan Sumqayı şəhəri, 10-cu mkr, ev 54, mənzil 16-dan qeydiyyatdan çıxarılması öhdəliyinin Sumqayıt şəhər Polis İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsi xahişi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət etdikdən sonra ilkin iddia üzrə iddiaçı məhkəməyə müraciət etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(060)-253/2024 nömrəli qətnaməsi ilə onun qarşılıqlı iddiası təmin edilmişdir.

Apellyasiya icraatı iştirakçılarının izahatları

29. Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətini müdafiə edib məzmununa uyğun izahat verərək təmin edilməsini xahiş etmişdir.

30. İş üzrə cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəməyə teleqramla müraciət edərək xx.xx.2024-cü il tarixli məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirərək, məhkəmədən apellyasiya şikayətinin rədd edilməsi barədə qətnamənin çıxarılmasını xahiş etmişdir.

31. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə, məhkəmə işə baxmağa haqlıdır.

32. Qeyd olunan hüquq normasını əsas götürərək məhkəmə kollegiyası işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası

33. Maddə 13.İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

34. Maddə 29. İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur.

Azərbaycan Respublikası Mülki Məcəlləsi

35. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

xx.xx.1982-ci il tarixli Azərbaycan Respublikası Mənzil Məcəlləsi (qüvvədən düşüb)

36. Maddə 53. İcarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həddi-büluğa çatmış ailə üzvləri göstərilən müqavilədən irəli gələn öhdəliklər üzrə icarədar ilə müştərək əmlak məsuliyyəti daşıyırlar. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Bu maddənin üçüncü hissəsində göstərilən vətəndaşlar icarədarın ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar.

37. Maddə 60. İcarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi altı ay saxlanır. İcarədar və ya onun ailə üzvləri üzürlü səbəblərə görə altı aydan artıq müddətə başqa yerə getdikdə, bu müddət başqa yerə gedənin ərizəsi üzrə kirayədar tərəfindən, mübahisə yarandıqda isə məhkəmə tərəfindən uzadıla bilər. Şəxsin müəyyən edildiyindən artıq müddətə başqa yerə getməsi nəticəsində yaşayış sahəsindən istifadə hüququnu itirmiş hesab edilməsi kirayədarın və ya həmin sahədə yaşamağa qalmış digər daimi istifadəçilərin iddiası üzrə məhkəmə qaydasında həyata keçirilir.

38. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında” 12 mart 1999-cu il tarixli qərarına görə, Mənzil Məcəlləsinin 60-cı maddəsinin İ hissəsi məhkəmələr tərəfindən tətbiq edilərkən nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsində və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında göstərilən əsaslar müəyyən edilmədikdə, icarədar və ya onun ailə üzvlərinin müvəqqəti, o cümlədən altı ay və daha uzun müddətə başqa yerə getməsi həmin şəxsləri yaşayış sahəsinə olan hüquqlarından məhrum etmir. Həmin qərarda həmçinin göstərilmişdir ki, mənzil mübahisələrinə məhkəmələr tərəfindən baxılarkən yaşayış sahəsində altı ay və daha uzun müddətdə yaşamamağın səbəbləri araşdırılmalı, bu xüsusat digər hallarla birlikdə məcmu qaydada tədqiq olunmalı və məhkəmənin müvafiq qərarında əsaslandırılmalıdır.

39. “Respublika məhkəmələri tərəfindən mənzil qanunvericiliyinin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 16 oktyabr 1992-ci il tarixli, 2 saylı qərarının 9-cu bəndində isə qeyd olunur ki, kirayəçinin və ya onun ailə üzvlərinin daimi yaşamaq üçün başqa yerə getmələri ilə əlaqədar kirayə müqaviləsinin ləğv edilməsinə dair mübahisəni həll edərkən məhkəmə kirayəçinin başqa yerə köçməsini və ya həmin yaşayış məntəqəsinin başqa yaşayış sahəsinə köçməsini sübut edən sənədləri tələb etməyə borcludur. Belə sübutlara yaşayış sahəsindən qeydiyyatdan çıxmağa, iş yerindən çıxıb yeni yaşayış sahəsində işə düzəlməyə, yeni iş yerindən mənzillə təmin edilməyə və sair sənədlər aid ola bilər. Mənzil Məcəlləsinin 87-ci maddəsinə əsasən belə hallarda yaşayış sahəsinin kirayə müqaviləsi kirayəçinin və onun ailə üzvlərinin başqa yerə köçdükləri gündən pozulmuş hesab edilir.

40. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbacan Respublikası Qanunu Maddə 2. Şəxsin yaşayış yeri — tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, qoca və əlil evləri və digər bu kimi yaşayış yerləri başa düşülür.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

41. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

42. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

43. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

44. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

45. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

46. Maddə 385.1.1 - 385.1.4. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi və və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv edilməsi üçün əsaslar hesab edilir.

Apellyasiya baxışının hədləri

47. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6 və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

48. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

49. Verilmiş apellyasiya şikayətindən görünür ki, İddiaçı Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(060)-253/2024 nömrəli qətnaməsinin ləğv edilməsi və ilk iddianın təmin, qarşlıqlı iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

50. Ona görə də kollegiya birinci instansiya məhkəməsinin qətnaməsinin tam həcmdə yoxlanılmasını vacib hesab edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

51. Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini və işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(060)-253/2024 nömrəli qətnaməsi qismən - xx.xx.2004-cü il təvəllüdlü X11 aid hissədə ləğv edilərək, qətnamə qalan baxılan hissədə dəyişdirilmədən saxlanmalıdır.

52. Beləliklə, işin halları ondan ibarətdir ki, Sumqayıt şəhəri, 10-cu mikrorayon, ev 54 ünvanında yerləşən 16 nömrəli mənzilin üzərində İddiaçı qayınatası Cavabdeh xüsusi mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2007-ci il tarixdə qeydiyyata alınmışdır. İddiaçı X12 ilə 2003-cü ildə nikaha daxil olaraq mübahisəli mənzilə gəlin köçmüşdür. Birgə nikahlarından iki övladı - xx.xx.2004-cü il təvəllüdlü X16 və xx.xx.2010cu il təvəllüdlü X18 anadan olmuşdur. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2007-ci il tarixli qətnaməsi ilə İddiaçı azyaşlı uşaqları ilə birgə Sumqayıt şəhəri, 10-cu mikrorayon, ev 54, mənzi 16-a olan yaşayış hüquqlarının tanınması və həmin mənzilə qeydiyyata alınmaları qət edilmişdir. 30 sentyabr 2016-cı il tarixdə İddiaçı ilə X12 arasında bağlanılmış nikah pozulmuşdur. İşdən görünür ki, nikah pozularkən eyni zamanda cehiz əmlakların İddiaçı qaytarılması qət edilmişdir. Həmin qətnamə əsasında verilmiş icra sənədi icra olunmuşdur.

53. İşin digər mübahisəsiz halı ondan ibarətdir ki, İddiaçı nikah pozulduqdan sonra 2016-cı ildə uşaqları ilə birlikdə mübahisəli mənzili tərk etmiş, uzun müddətdir ki həmin mənzildə yaşamamışdır.

54. İşin hallarından görünür ki, Sumqayıt İnzibati Məhkəməsinin 05 iyul 2023-cü il tarixli qərardadı ilə Cavabdeh mənzildən qeydiyyatdan çıxarılma ilə bağlı iddiası mümkün sayılmamışdır. Sonradan xx.xx.2023-cü ildə İddiaçı məhkəmədə mənzilə köçürülməsi ilə bağlı iddianı qaldırmışdır. Cavabdeh isə keçmiş gəlinin uşaqları ilə birlikdə mənzildə formal qeydiyyatda olmaları, daimi yaşamaq üçün başqa yaşayış sahəsinə köçdükləri, 2016-cı ildən həmin mənzildə yaşamamalarını əsas gətirərək onların istifadə hüquqlarının itirilmiş hesab edilməsini xahiş etmişdir.

55. Məhkəmə kollegiyası əvvəla onu qeyd edir ki, istənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Bunun üçün isə məhkəmələr tərəfindən ilk növbədə işin faktiki halları və hüquqi əsası araşdırılmalıdır. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia təmin olunur, uzlaşmırsa rədd edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.

56. Məhkəmə kollegiyası onu da qeyd etməyi zəruri hesab edir ki, mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir.

57. Tərəflər arasında olan münasibətlər 1982-ci ildə qəbul olunmuş Mənzil Məcəlləsinin qüvvədə olan müddətdə yaranmışdır və həmin Məcəllənin normaları əsasında tənzimlənməlidir. Birinci instansiya məhkəməsi tətbiq edilməli köhnə Mənzil Məcəlləsinin 60-cı maddəsini tətbiq etməsə də, İddiaçı mənzilə köçürmə tələbinə dair iddiasının təmin edilməməsi, mənzildən İddiaçı və X10 istifadə hüquqlarının itirilmiş hesab edilməsi qənaətinə gəlməkdə haqlı olmuşdur. Həmin maddəyə görə icarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi altı ay saxlanır. Hazırki iş üzrə işin mübahisəsiz halı ondan ibarətdir ki, İddiaçı uşaqları ilə birlikdə 2016-cı ildən sözügedən mənzili tərk etmişdir.

58. Kollegiya qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Odur ki, kollegiyanın qənaətinə görə birinci instansiya məhkəməsinin qətnaməsi İddiaçı və X14 aid hissədə dəyişdirilmədən saxlanılmalıdır.

59. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2024-cü il tarixli, 2(105)-819/2024 nömrəli qərardadı ilə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(060)-253/2024 nömrəli qətnaməsinin qismən - xx.xx.2004-cü il təvəllüdlü X11 aid hissədə ləğv edilməsi, ilkin və qarşılıqlı iddianın ona aid hissədə baxılmamış saxlanılması, iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxsin ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etmək hüququ izah edilməsi qərara alınmışdır.

60. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 392- 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi: Apellyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(060)-253/2024 nömrəli qətnaməsi qismən - xx.xx.2004-cü il təvəllüdlü X11 aid hissədə ləğv edilsin. Qətnamə qalan baxılan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar