Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-827/2021 09.02.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri: Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi hakim), Quliyev Telman Osman oğlu və Tağızadə Gülnarə Fikrət qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimova Leyla Yusub qızının katibliyi ilə, İddiaçı, cavabdeh X5 iştirakı ilə, İddiaçı cavabdeh X8 qarşı dəymiş ziyanın ödənilməsi tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-2243/2020 saylı, xx xxxxxxx 2020-ci il tarixli qətnaməsindən cavabdeh X10 tərəfindən verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ : Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-2243/2020 saylı, xx xxxxxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmiş, 400 (dörd yüz) manat məbləğində pul və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 20 manat dövlət rüsumunun cavabdeh X3 tutularaq İddiaçı verilməsi qət edilmişdir (hakim Emin Abdullayev) Qətnamədən cavabdeh X10 apelyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi, iddianın təmin edilməməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İŞİN HALLARİ: İddiaçı cavabdeh X8 qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, cavabdehdən vurduğu maddi ziyana görə 400 manatın tutularaq ona ödənilməsi, sındırılmış qapının çərçivəsinin, kilidinin və mebelinin qapısının təmir edilməsi və birgə yaşayış qaydalarına əməl etməklə həmin fərdi evdə yaşayanların hüquqlarına hörmət edəcəyi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. A P E L Y A S İ Y A Ş İ K A Y Ə T İ N İ N D Ə L İ L L Ə R İ və PROSES İŞTİRAKÇİLARİNİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında iddiaçı cavabdeh X10 apellyasiya şikayətini müdafiə edərək göstərdi ki, cavabdehin oğlu X4 ilə 03.09.201.0-cu il tarixdə rəsmi dövlət nikah qeydiyyatından keçməklə ailə həyatı qurmuş, birgə nikahdan xx.xx.2010-cu il təvəllüdlü Yunus və xx.xx.2012-ci il təvəllüdlü Məryəm adlı iki övladı doğulmuşdur. Evləndiyi gündən cehiz əmlakları ilə birlikdə Sumqayıt şəhəri, 42-ci məhəllə, 16 saylı evin 4 saylı mənzilinə gəlin köçmüş, 2010-cu il tarixdən Sumqayıt şəhəri Yaşıl Dərə X17 məhəllə 6 ərazisində fərdi evi tikib. 2015-ci il tarixdən uşaqları ilə birlikdə həmin yeni tikilən evə köçmüş, cehiz əmlaklarını da həmin evə yerləşdirmişlər. Bir müddət sonra ailədə baş verən bəzi xoşagəlməz söhbətlər nəticəsində iddiası əsasında Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-277/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi ilə nikah pozulmuş, uşaqlar onun himayəsində verilmiş və onların yetkinlik yaşınadək saxlanılması üçün hər ay hər uşaq üçün 100 manat olmaqla 200 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Bundan əlavə Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-682/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi ilə azyaşlı uşaqları ilə birlikdə Sumqayıt şəhəri, Yaşıl Dərə X17, 6-cı məhəllə ərazsində yerləşən fərdi yaşayış evinə köçürülmüşdür. Həmin məhkəmə prosesləri zamanı məhkəmə tərəfindən evə baxış keçirilmiş, ona aid bütün cehiz əmlaklarının Yaşıl dərədə yerləşən fərdi evdə olması müəyyənləşdirilmişdir.Sonradan evə daxil olarkən mübahisəli otağın qapısının kilidli olduğunu görmüşdür. Uşaqlarının məktəb paltarları və özünə aid şəxsi əşyaları da həmin otaqda idi. Uşağı məktəbə aparmalı olduğundan həmin otağın qapısının iddiaçıdan açmasını tələb etsə də qərəzli şəkildə açmamışdır. Bu barədə dərhal icra məmuruna məlumat vermiş, icra məmuru iddiaçının qanunsuz hərəkət etdiyini, qət edilən məhkəmə qətnaməsinə düzgün riayət etmədiyini bildirmişdir. Dəfələrlə müraciətindən sonra iddiaçı və ailə üzvləri qərəzli şəkildə kilidi açmamışdır. Bu halda da məcbur qalıb kilidi qırmışdır. Belə ki, mübahisəli otağın kilidi tərəfindən qərəzli şəkildə deyil, məcbur qaldığı üçün sındırılmışdır..Hesab edir ki, cavabdeh də, keçmiş həyat yoldaşı da bunu nəzərə almalı idi. Uşağın təhsilindən yayınmaması üçün kilidi məcbur qalaraq sındırmışdır. Həmçinin o evdə yaşamaq hüququ və mənzildən istifadə hüququ var. Qeyd olunanlara əsasən apelyasiya şikayətinin təmin edilməsini, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-2243/2020 saylı, xx xxxxxxx 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətinin dəlillərinə etiraz edərək göstərdi ki, cavabdeh keçmiş gəlinidir. X13 cavabdeh arasında bağlanmış nikah Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-277/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi ilə pozulmuşdur. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-682/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi ilə cavabdehin iki azyaşlı uşağı ilə birlikdə ona məxsus olan Sumqayıt şəhəri, Yaşıl Dərə X17, məhəllə 6 ünvanında yerləşən fərdi evə köçürülməsi qət edilmişdir. Həmin ev 3 otaqdan ibarətdir. Otaqların ikisi yaşayış üçün əlverişlidir. Cavabdeh evə köçəndən sonra digər ev sakinləri ilə yola getmir, tez-tez narahatlıq yaradır. Cavabdehin məqsədi onu və həyat yoldaşını narahat edərək evdən çıxarmaq idi. Cavabdeh onu təhqir etmiş, ünvanına nalayiq ifadələr işlətmişdir. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 3(060)-71/2020 saylı qərarı ilə cavabdeh AR İXM-in 510-cu maddəsi ilə təqsirli bilinərək 50 manat cərimə edilmişdir. Cavabdeh bundan sonra da öz davranışında dönüş yaratmamış və xx.xx.2020-ci ildə ona məxsus evin ona aid olan otağının qapısının kilidini, çərçivəsini sındırmış və bunun nəticəsində ona 400 manat dəyərində ziyan dəymişdır. Məsələ ilə bağlı polisə müraciət etmiş, mülki qaydada məhkəməyə müraciət etməli olduğu bildirilmişdir. Nəticədə hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Aralarında bağlanmış kompensasiya müqaviləsinə əsasən cavabdeh ona məxsus olan evi tərk etmişdir. Lakin hadisə cavabdeh həmin evdə yaşadığı vaxt baş verib. Belə ki, evin iki otağı təmirli və yaşayış üçün yararlıdır. Otaqlardan birində cavabdeh, digərində isə o, həyat yoldaşı ilə birlikdə yaşayır. Yaşadığı otaqda cavabdehə məxsus iki çanta var idi. Həyat yoldaşı həmin gün cavabdehə otağı təmizləmək istədiyini bildirib və çantaları müvəqqəti götürməyi xahiş edib. Cavabdeh çantaları götürərək öz otağına qoyub və evi tərk edib. Həyat yoldaşı otağı təmizlədikdən sonra otağın qapısını kilidləyib və onlar evdən çıxmışlar. Qayıtdıqda isə görmüşlər ki, otağın qapısı cavabdeh tərəfindən sındırılıb. Qapı təkcə kilid hissədən deyil birbaş çərçivədən sındırılb və yararsız haldadır. Qeyd edilənlərə əsasən apelyasiya şikayətinin təmin edilməməsini, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 2243/2020 saylı, xx xxxxxxx 2020-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini, iddiaçının və cavabdehin izahatını izahatını dinləyərək, apelyasiya şikayətinin dəlillərini nəzərə alıb işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla sübutları qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayəti təmin edilməli, qətnamə ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi təmin edilməməlidir. İş materiallarından görünür ki, X6 İddiaçı qarşı evə köçürülmə iddiası Sumqayıt Şəhər Məhkəməsinin 2(060)682/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi ilə təmin edilmişdir. Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxx 2018-ci il tarixli 2(105)-1885/2018 saylı qətnaməsi ilə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-682/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarından görünür ki, tərəflər arasında bağlanmış xx.xx.2020-ci il tarixli kompensasiya müqaviləsinə əsasən iddiaçı cavabdehə 12 870 manat məbləğində pulu ödəmiş, bunun müqavilində isə cavabdeh 5 gün ərzində iddiaçıya məxsus olan Sumqayıt şəhəri, X17, Yaşıl dərə, məhəllə 6, ev 455 ünvanından azyaşlı övladları xx.xx.2012-ci il təvəllüdlü X7 və xx.xx.2010-cu il təvəllüdlü X9 ilə birlikdə qeydiyyatdan çıxmağı, mənzildən istifadə hüququna xitam verməyi və özünə məxsus əşya və əmlakları həmin mənzildən çıxartmağı öhdəsinə götürmüşdür. Həmin müqavilədə göstərilir ki, sözügedən məsələ ilə bağlı tərəflər arasında mübahisə yaranarsa qarşılıqlı razılaşma əsasında, razılaşma olmadıqda isə məhkəmə qaydasında həll olunur. Birinci instansiya məhkəməsi cavabdehin məhkəmə qətnaməsinə əsasən Sumqayıt şəhəri, “Yaşıl dərə” X17, məhəllə 6-da yerləşən evə köçürülməsini, həmin evdə yaşadığı dövrdə birgə yaşayış qaydalarına əməl etməyərək otağın qapısını qırmasını, bununla da cavabdehə maddi ziyan vurmasını müəyyən edərək iddianı təmin etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaçmayaraq qeyd edir ki, məhkəmə işin hallarını tam araşdırmamış, yekundə səhv nəticəyə gəlmişdir. Belə ki, iş materiallarından görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)682/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi X6 İddiaçı məxsus yaşayış evinə köçürülmüşdür. İş materiallarından müəyyən edilir ki, məhkəmə qətnaməsi ilə cavabdehin fərdi yaşayış evinə köçürülmə qət edilsə də, onun evdən istifadə qaydaları müəyyən edilməmişdir. Belə olan halda, qapısının kilid sındırılmış otağın ev sakinlərindən kimin istifadəsində olması qeyri-müəyyəndir. Bundan əlavə iddiaçı otağın qapısının cavabdeh tərəfindən sındırılmasını göstərilsə də, cavabdeh yalnız özünə məxsus otağa keçmək üçün qapının kilidinin sındırıldığını bildirmişdir. Beləliklə, iddiaçı tələbində otağın qapısının sındırılmasını göstərsə də, məhz onun istifadəsində olan otağın, yaxud da cavabdehin istifadəsində olan otağın qapısının sındırılmasına dair sübut təqdim etməmişdir. Belə ki, cavabdeh otağın qapısının deyil, özünə məxsus otağın qapısının kilidini sındırdığını bildirmişdir. Məhkəmə kollegiyası onu da qeyd edir ki, iddia tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. Məhkəmə qətnaməsinin əsaslılığı və qanuniliyi baxımından bu institut xüsusi əhəmiyyət kəsb edir. Mülki mühakimə icraatında da sübutetmə yükü bir qayda olaraq, inkar edənin deyil, iddia edənin üzərinə düşür. X15 Məhkəməsinin «X1rşı” xx xxxx 2007-ci il tarixli qərarında Məhkəmənin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, injumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilir. Hazırki işdən də görünür ki, iddiaçı cavadbehin yaşadığı deyil, məhz özünün yaşadığı otağın qapısının cavabdeh tərəfindən sındırılmasını sübuta yetirə bilməmişdir. Ümumiyyətlə iddiaçı məhz cavabdehin mənzilin qapısını sındırmasını əsaslandıra bilməmiş, hər hansı bir sübut təqdim etməmişdir. Bundan əlavə iddiaçı otağın qapısının dəyərinin 400 manat olmasını qeyd etsə də, qapının həqiqətən o dəyərdə olmasına dair hər hansı sübut təqdim etməmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərini əsası kimi istinad etdiyi halları sübut etməlidir. Lakin iddiaçı qapının dəyərinin 400 manat olmasına dair hər hansı sübut təqdim etməmişdir. BUndan əlavə məhkəmə kollegiyası qeyd edir ki, iddia tələbinin birgə yaşayış qaydalarına əməl edilməsi vəzifəsinin iddiaçının üzərinə qoyulması hissəsində təmin edilə bilməz. Belə ki, iş üzrə tərəflərin izahatlarından müəyyən edilir ki, cavabdeh artıq mübahisəli mənzildə yaşamır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərini əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin maddə sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 4.1-ci maddəsinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Bu normanın tələbinə görə məhkəməyə müraciət etmiş şəxs birinci növbədə özünün hansı hüquq və azadlığının, eləcə də maraqlarının pozulduğunu sübut etməli və bundan sonra onların təmin edilməsini tələb etməlidir. «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx xxxxxx 2005-ci il tarixli 4 saylı Qərarının 2-ci bəndinin izahına əsasən qətnamə o vaxt əsaslı hesab edilir ki, onda, baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Bununla da, məhkəmə kollegiyası birinci instansiya məhkəməsi tərəfindən yol verilmiş maddi və prosessual hüquq normalarının şərh olunan bu pozuntularını qətnamənin ləğvi üçün əsas hesab edir. Belə ki, Mülki Prosessual Məcəllənin 385.1.1 və 385.1.2-ci maddələrinə görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, qətnamə ləğv edilməli, yeni qətnamə qəbul edilməklə, yuxarıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Beləliklə, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apelyasiya şikayəti təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-2243/2020 saylı, xx xxxxxxx 2020-ci il tarixli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi təmin edilməməlidir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 372.1, 372.6, 372.7, 384.0.1, 393-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Cavabdeh X10 qızının apelyasiya şikayəti təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-2243/2020 saylı, xx xxxxxxx 2020-ci il tarixli qətnaməsi ləğv edilsin. İddiaçı cavabdeh X8 qarşı dəymiş ziyanın ödənilməsi tələbinə dair mülki iş iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apelyasiya instansiya məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən iki ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Lətifə Məmmədova Hakimlər: Gülnarə Tağızadə Telman Quliyev
Məhkəmə qərarları › İş №2(105)-827/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-827/2021
09.02.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver