Məhkəmə qərarları › İş №2(105)-84/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-84/2022

22.09.2022 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-84/2022 22.09.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri: Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi hakim), Quliyev Telman Osman oğlu və Tağızadə Gülnarə Fikrət qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimova Leyla Yusub qızının katibliyi ilə, İddiaçı4 hüquqi varisi X3, onun nümayəndəsi və vəkili Vəkil1, İddiaçı3, İddiaçı1, cavabdeh "xxxx" MMC-nin nümayəndəsi X1 iştirakı ilə, iddiaçılar İddiaçı4, İddiaçı3, İddiaçı2, İddiaçı5, İddiaçı1 cavabdeh "xxxx" MMC-yə qarşı pul tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 21 oktyabr 2020-ci il tarixli, 2(060)- 1712/2020 saylı qətnaməsindən iddiaçılar İddiaçı4, İddiaçı3, İddiaçı1 və cavabdeh "xxxx" MMC tərəfindən verilmiş apellyasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Sumqayıt Şəhər Məhkəməsinin 21 oktyabr 2020-ci il tarixli, 2(060)-1712/2020 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, "xxxx" MMC-dən 3070 (üç min yetmiş) manat ödənilməmiş əmək haqqının və 7693 (yeddi min altı yüz doxsan üç) manat istifadə edilməmiş məzuniyyətə görə pul kompensasiyasının alınaraq İddiaçı4, 1145 (min yüz qırx beş) manat ödənilməmiş əmək haqqının və 6000 (altı min) manat istifadə edilməmiş məzuniyyətə görə pul kompensasiyasının alınaraq İddiaçı3, 1681 (min altı yüz səksən bir) manat ödənilməmiş əmək haqqının alınaraq İddiaçı1 ödənilməsi, ödənilmiş 30 manat dövlət rüsumunun 15 manatının "xxxx" MMC-dən alınaraq X2, İddiaçı3 və İddiaçı1 verilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir (hakim Emin Abdullayev). Qətnamədən iddiaçılar İddiaçı4, İddiaçı3, İddiaçı1 apellyasiya şikayəti verərək Sumqayıt Şəhər Məhkəməsinin 21 oktyabr 2020-ci il tarixli, 2(060)-1712/2020 saylı qətnaməsinin ləğv edilməsi, iddianın təmin edilməsini xahiş etmişlər. Qətnamədən cavabdeh "xxxx" MMC tərəfindən apellyasiya şikayəti verilərək Sumqayıt Şəhər Məhkəməsinin 21 oktyabr 2020-ci il tarixli, 2(060)-1712/2020 saylı qətnaməsinin qismən, yəni iddiaçılara ödənilməmiş məzuniyyətə görə kompensasiyanın ödənilməsi hissəsində ləğv edilərək yenidən hesablanması və qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İŞİNHALLARİ: İddiaçı4, İddiaçı3, İddiaçı1, İddiaçı2 və İddiaçı5 (bundan sonra - iddiaçılar) "xxxx" MMC-yə (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək cavabdehdən İddiaçı4 Məhyyədin oğlunun xeyrinə 3370 manat məbləğində əmək haqqı, 7650 manat ezamiyyə pulu, 706 məzuniyyət gün üçün 7693 manat kompenssasiya, 2017-ci ilin iyul ayından Ağcabədi rayonunda su-kanalizasiya xəttinin çəkilişindən işlədiyi 4 ay 10 gün üçün 5700 manat, cavabdehə məxsus binaların satışından ödənməli olan 75.833 manat məbləğində pul, ümumilikdə 100.246 manat pulun, İddiaçı3 xeyrinə 2012-ci ildən 2015-ci ilin mart ayınadək 1500 manat məbləğində əmək haqqı, 14 ay üçün qalıq əmək haqqı 4900 manat, 647 məzuniyyət gün üçün 6000 manat kompensasiya, özəlləşmədən payçı kimi 1600 manat, ümumilikdə 14.000 manat məbləğində pulun, İddiaçı2 xeyrinə 37.396 manat məbləğində əmək haqqı borcunun, İddiaçı5 xeyrinə ödənilməmiş 13.500 manat məbləğində əmək haqqı borcunun, İddiaçı1 xeyrinə 2012-cü ilin sentyabrından 2015-ci ilin yanvarına kimi 7700 manat məbləğində əmək haqqı borcu, istifadə etmədiyi 9 il üçün 3000 manat məbləğində məzuniyyət pulu, özəlləşmədən pay pulu 1100 manat, 2017-ci ilin iyul ayından Ağcabədi rayonunda sukanalizasiya xəttinin çəkilişində işlədiyi 3 ay 15 gün üçün 1200 manat borcun, ümumilikdə 13.000 manat məbləğində pulun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Sonradan iddiaçılar İddiaçı2 və İddiaçı5 ərizə ilə məhkəməyə müraciət edərək iddia ərizələrinin geri qaytarılmasını xahiş etmişlər. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2020ci il tarixli qərardadı ilə iddia ərizəsi İddiaçı5 və İddiaçı2 aid hissədə baxılmamış saxlanmışdır. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ və PROSES İŞTİRAKÇİLARİNİN İZAHATLARİ : Məhkəmə kollegiyasınnı əvvəlki iclaslarında İddiaçı4 apellyasiya şikayətini müdafiə edib, cavabdehin apellyasiya şikayətinin dəlillərinə etiraz edərək bildirdi ki, onun aylıq əmək haqqı 900 manatdır. 2013-cü ildən 2015-ci ilin mart ayınadək cavabdehin ona 3370 manat məbləğində əmək haqqı, 7650 manat ezamiyyə pulu, 706 məzuniyyət günü üçün 7693 manat kompenssasiya, 2017-ci ilin iyul ayından Ağcabədi rayonunda su-kanalizasiya xəttinin çəkilişində işlədiyi 4 ay 10 gün üçün 5700 manat borcu yaranmışdır. Bundan başqa qeyd etmişdir ki, o, MMC-nin təsisçilərindən biri olub. MMC-yə məxsus olan binalardan biri xx.xx.2012-ci ildə, digəri isə xx.xx.2014-cü ildə Qubadlı rayon İcra Hakimiyyətinə 899.513 (səkkiz yüz doxsan doqquz min beş yüz on üç) manata satılmışdır. Həmin alğı-satqıdan sonra 93.833 manat məbləğində pul ona ödənməli olduğu halda cəmi 18.000 manat məbləğində pul ödənmiş, 75.833 manat məbləğində borc qalmışdır. Ümumilikdə MMC-nin ona 100246 (yüz min iki yüz qırx altı) manat borcu qalmışdır. Məhkəmə onun iddiasını qismən təmin etmişdir. 2013-cü ilin sentyabr ayından 2015-ci ilin mart ayının sonuna qədər Ağdam Musiqi məktəbinin tikintisinə ezam olunmuşdur. Bu tarixlər üçün əmək haqqını alsa da qeyd olunan və məhkəmə tərəfindən təmin olunmayan 7650 manat məbləğində ezamiyyə pulunu almayıb. 2017-ci ilin iyul ayından 2017-ci ilin noyabr ayınadək Ağcabədi rayonunda su-kanalizasiya xəttinin çəkilişində işlədiyi 4 ay 10 gün üçün 5700 manat məbləğində əmək haqqı ödənilməmişdir. Məhkəmə qətnaməsində qeyd edilmişdir ki, onun Ağcabədi rayonuna ezam olunmağı ilə əlaqədar sübut təqdim olunmamışdır. Halbuki məhkəməyə Ağcabədidə aparılan tikintilər zamanı istifadə olunan mal və materialın ümumi çıxarışı verilmişdir. Həmçinin o, Ağcabədi rayonunda işlədiyi zaman MMC-nin baş mühəndisi X9 və digər işçlər tərəfindən mal və materialların alınması üçün onun adına dəfələrlə pul göndərilmişdir. Digər iddiaçılar da bunu təsdiq edir. Onların Ağcabədidə apardığı tikinti işləri tender vasitəsi ilə udulmuşdur. Tender sahibi Bakı şəhərində yerləşən "xxxx" MMC olmuşdur. Bununla əlaqədar sənədləri cavabdeh tərəf məhkəməyə təqdim etməyi öhdəlik götürsə də təqdim etməmişdir. Çünki həmin sənədlərin onlarda olması mümkünsüzdür. MMC-yə məxsus olan binalardan biri xx.xx.2012-ci ildə, digəri isə xx.xx.2014-cü ildə Qubadlı rayon İcra Hakimiyyətinə 899.513 (səkkiz yüz doxsan doqquz min beş yüz on üç) manata satılmışdır. Həmin alğı-satqıdan sonra 93.833 manat məbləğində pul ona ödənməli olduğu halda cəmi 18.000 manat məbləğində pul ödənilmiş, 75.833 manat məbləğində borc qalmışdır. Məhkəmə qətnaməsində qeyd edilmişdir ki, müqavilə tərəflərindən biri də odur və alğı-satqı müqaviləsinin ümumi şərtlərinə uyğun olaraq həmin pulu əldə etmişdir. 2012-ci il tarixdə aparılan alğı-satqı zamanı ödənilən pul “Bank Techniuqe’’ ASC-nin Sumqayıt filialına köçürülmüşdür. Həmin pulu hesabdan Nəbiyev Lətif və baş mühasib Məmmədov Tahir çıxarmışdır. Həmin puldan isə ona cəmi 3000 manat pul verilmişdir. Qeyd olunanlara əsasən apellyasiya şikayətinin təmin edilməsini, cavabdehin apellyasiya şikayətinin təmin edilməməsini, Sumqayıt Şəhər Məhkəməsinin 21 oktyabr 2020-ci il tarixli, 2(060)-1712/2020 saylı qətnaməsinin ləğv edilməsini və iddianın təmin olunmasına dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iddiaçının İddiaçı4 nümayəndə və vəkili Vəkil2 apellyasiya şikayətini müdafiə edib, cavabdehin apellyasiya şikayətinin dəlillərinə etiraz edərək müvəkkilinin izahatını təsdiq edərək apellyasiya şikayətinin təmin edilməsini, Sumqayıt Şəhər Məhkəməsinin 21 oktyabr 2020-ci il tarixli, 2(060)-1712/2020 saylı qətnaməsinin ləğv edilməsini və iddianın təmin olunmasına dair yeni qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə kollegiyasının iclasında İddiaçı4 hüquqi varisi X7 apellyasiya şikayətini müdafiə edib onun təmin edilməsini, cavabdehin apellyasiya şikayətinin təmin edilməməsini, Sumqayıt Şəhər Məhkəməsinin 21 oktyabr 2020-ci il tarixli, 2(060)- 1712/2020 saylı qətnaməsinin qismən ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə kollegiyasının iclasında İddiaçı4 hüquqi varisi X3 nümayəndə və vəkili Vəkil1 apellyasiya şikayətini müdafiə edərək onun təmin edilməsini, cavabdehin apellyasiya şikayətinin təmin edilməməsini, Sumqayıt Şəhər Məhkəməsinin 21 oktyabr 2020-ci il tarixli, 2(060)-1712/2020 saylı qətnaməsinin qismən ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə kollegiyasının iclasında İddiaçı3 apellyasiya şikayətini müdafiə edib, cavabdehin apellyasiya şikayətinin dəlillərinə etiraz edərək bildirir ki, onun aylıq əmək haqqı 650 manat olmuşdur. 2012-ci ildən 2015-ci ilin mart ayınadək 1500 manat məbləğində əmək haqqı, 14 ay üçün qalıq əmək haqqı 4900 manat, 647 məzuniyyət günü üçün 6000 manat kompensasiya, özəlləşmədə payçı kimi 1600 manat, ümumilikdə 14.000 manat məbləğində borc yaranmışdır. Onun aylıq əmək haqqı 650 manat olmuşdur. Ona 14 ay ərzində əmək haqqının 300 manatı ödənilmiş geri qalan 350 manat ödənilməmişdir. 14 ay üzrə cavabdeh MMC ona 4900 manat qalıq əmək haqqı borcludur. Məhkəmə o hissədə də iddiasını təmin etməmişdir. Həmçinin o, öz payını Nəbiyev Lətifə 1600 manata satıb. Lakin ona pul ödənilməmişdir. Bundan başqa ümumilikdə bildirir ki, bütün hesablaşmalar, ödənişlər qarşılıqlı imza atılmaqla həyata keçirilmişdir. Həmin sənədlər cavabdeh MMC-nin arxivindədir, həmin sənədləri onlar əldə edə bilmir. Məhkəmə müvafiq sorğularla onları əldə edə bilər. Qeyd olunanlara əsasən apellyasiya şikayətinin təmin edilməsini, cavabdehin apellyasiya şikayətinin təmin edilməməsini, Sumqayıt Şəhər Məhkəməsinin 21 oktyabr 2020-ci il tarixli, 2(060)-1712/2020 saylı qətnaməsinin ləğv edilməsini və iddianın təmin olunmasına dair yeni qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə kollegiyasının iclasında İddiaçı1 apellyasiya şikayətini müdafiə edib, cavabdehin apellyasiya şikayətinin dəlillərinə etiraz edərək bildirir ki, aylıq əmək haqqı 700 manat olmuşdur. 2012-cü ilin sentyabrından 2015-ci ilin yanvarına kimi MMC-nin ona 7700 manat məbləğində əmək haqqı borcu, istifadə etmədiyi 9 il üçün 3000 manat məbləğində məzuniyyət pulu, özəlləşmədən pay pulu 1100 manat qalmışdır. Cavabdehin 2017-ci ilin iyul ayından Ağcabədi rayonunda su-kanalizasiya xəttinin çəkilişindən işlədiyi 3 ay 15 gün üçün 1200 manat borcu yaranmışdır. MMC olaraq bütün işçilər əmək haqqlarını, məzuniyyət pullarını imza edərək alırdı. Cavabdeh MMC-nin ona borclu olduğunu sübut edə biləcəyi bütün sübutlar MMC-nin arxivindədir. Onun əmək müqaviləsi, əmək haqqı barədə arayışı iş mteriallarına əlavə edilmişdir. Həmçinin İddiaçı4la birlikdə Ağcabədidə aparılan tikinti işlərində də iştirak etmişdir, o zaman da əmək haqqı və ezamiyyə pulu ödənməmişdir. Həmçinin o, öz payını Nəbiyev Lətifə satmış, lakin ona pul ödənilməmişdir. Qeyd olunanlara əsasən apellyasiya şikayətinin təmin edilməsini, cavabdehin apellyasiya şikayətinin təmin edilməməsini, Sumqayıt Şəhər Məhkəməsinin 21 oktyabr 2020-ci il tarixli, 2(060)-1712/2020 saylı qətnaməsinin ləğv edilməsini və iddianın təmin olunmasına dair yeni qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi X4 apellyasiya şikayətini müdafiə edib, iddiaçıların apellyasiya şikayətinin dəlillərinə etiraz edərək bildirir ki, Sumqayıt Tikinti Quraşdırma Tresti-1 MMC iddiaya dair verdiyi etirazda bildirmişdir ki, Cəmiyyətin İddiaçı4 3070 manat. İddiaçı3 1145 manat və İddiaçı1 1681.44 manat ödənilməmiş əmək haqqı borcu vardır, əmək haqqına görə yaranmış borcun ödənilməməsinin səbəbi cavabdehin bank hesablarının bağlı olması və cəmiyyətin iqtisadi fəaliyyətinin xx.xx.2023-cü ilə qədər dayandırılması olmuşdur. Məhkəmə qətnamədə qeyd etmişdir ki, İddiaçı4 Cəmiyyətdə direktor müavini işləmiş, aylıq əmək haqqısı 450 manat olmuşdur. xx.xx.2015-ci il tarixli, 02/k-s saylı əmrlə ödənişsiz məzuniyyətə buraxılmışdır. Cəmiyyətin İddiaçı4 706 təqvim günü məzuniyyət borcu (xx.xx.1988-xx.xx.2005; xx.xx.2009-xx.xx.2015-ci il) qalmışdır. İddiaçı3 647 təqvim günü (xx.xx.1989-xx.xx.2006; xx.xx.2009-xx.xx.2015-ci il) məzuniyyət üçün kompensasiya ödənilməmişdir. İddiaçı3 aylıq əmək haqqı 300 manat olmuşdur. Hesab edir ki, qətnamədə ödənilməmiş məzuniyyətlərə görə kompensasiyaların hesablanması hissəsində maddi hüquq normalarına düzgün əməl edilməmişdir, Belə ki, İddiaçı4 xx.xx.1988-xx.xx.1999-cu illər üçün məzuniyyətə görə kompensasiya hesablanarkən xx.xx.1999-cu ilədək qüvvədə olmuş Azərbaycan Əmək Qanunları Məcəlləsinə istinad edilməlidir. İddiaçı4 və İddiaçı3 istifadə edilməmiş məzuniyyətə görə ödənilməli kompensasiyanın məbləği də düzgün hesablanmamışdır. Buna görə də həmin hissədə qətnamə ləğv edilməlidir. Belə ki, İddiaçı4 706 istifadə edilməmiş məzuniyyət gününün 10 il 8 ayına görə əvvəlki Əmək Qanunları Məcəlləsinə əsasən İddiaçı3 647 istifadə edilməmiş məzuniyyət gününün 10 il 3 ayına görə əvvəlki Əmək Qanunları Məcəlləsinə əsasən kompensasiya hesablanıb ödənilməlidir. xx.xx.1999cu ilə qədər qüvvədə olmuş Azərbaycan Əmək Qanunları Məcəlləsinə əsasən məsul vəzifədə işləyən şəxslərə ödəniş məzuniyyət gününü sayı 21 (15) gün olduğu halda halhazırda qüvvədə olan Əmək Məcəlləsinin 114-cü maddənin 3-cü hissəsinin «b» bəndinə görə ödənişli məzuniyyət gününün sayı həmin şəxslər üçün 30 gündür. Qeyd olunanlara əsasən apellyasiya şikayətinin təmin edilməsini, iddiaçıların apellyasiya şikayətinin təmin edilməməsini, Sumqayıt Şəhər Məhkəməsinin 21 oktyabr 2020-ci ıl tarixli, 2(060)- 1712/2020 saylı qətnaməsinin qismən yəni, iddiaçılara ödənilməmiş məzuniyyətə görə kompensasiyanın ödənilməsi hissəsində ləğv olunaraq kompensasiyanın yenidən hesablanması və qətanəmin qalan hissədə dəyişdirilmədən saxlanması barədə yeni qətnamə qəbul edilməsini xahiş edir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini, tərəflərin izahatını dinləyərək, apellyasiya şikayətlərinin dəlillərini nəzərə alıb işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla sübutları qiymətləndirərək belə hesab edir ki, apellyasiya şikayətləri təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan 7 saylı region üzrə X5 xx.xx.2019-cu il tarixli məktubunda bildirilmişdir ki, Sumqayıt Tikinti Quraşdırma Tresti-1” MMC-nin rəhbərliyinin 18 oktyabr 2019-cu il tarixli, 12 saylı məktubu ilə təqdim olunmuş təsdiqedici sənədlərə əsasən müəyyən olundu ki, müəssisə xx.xx.2015-ci il tarixindən xx.xx.2020-ci il tarixinədək öz fəaliyyətini maliyyə vəziyyəti və iş həcminin olmaması səbəbindən dayandırmışdır. İddiaçı4 direktor müavini vəzifəsində işləyir, müəssisənin fəaliyyətinin olmaması səbəbindən xx.xx.2015-ci il tarixli, 02/K-S saylı əmrlə ödənişsiz məzuniyyətə buraxılıb. İşlədiyi dövrdə o, (xx.xx.1988-xx.xx.2005, xx.xx.2009-xx.xx.2015-ci il) 706 təqvim günü, İddiaçı3 (xx.xx.1989-xx.xx.2006, xx.xx.2009-xx.xx.2015) 647 təqvim günü məzuniyyətdən istifadə etməyib. Müəssisə rəhbərliyinin İddiaçı4 xx.xx.2015-ci il tarixinə 3070 manat, İddiaçı3 isə 1145 manat əmək haqqı borcu vardır. Eyni zamanda müəssisədə geodezist vəzifəsində işləyən İddiaçı1 xx.xx.2014-cü il tarixindən 08/K-S saylı əmrlə ödənişsiz məzuniyyətə buraxılmış, sonradan xx.xx.2018-ci il tarixindən Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci «a» bəndinə əsasən (öz xahişi ilə) işdən azad edilmiş, ona çatacaq 1681,44 manat son haqq-hesab borcu ödənilməmişdir. Əmək müqaviləsinin bağlanması ilə bağlı bildirişlərə əsasən İddiaçı4la xx.xx.2014cü il ildə müddətli (xx.xx.2014-cü ilədək) əmək müqaviləsi bağlanmış və cavabdehin direktor müavini vəzifəsinə təyin edilərək 450 manat əmək haqqı müəyyən edilmişdir. İddiaçı3la xx.xx.2014-cü il tarixində əmək müqaviləsi müddətli (xx.xx.2014-cü ilədək) bağlanaraq aparıcı mühəndis vəzifəsinə təyin edilmiş və əmək haqqı 300 manat olmuşdur. Əmək müqaviləsinin surətinə əsasən İddiaçı1 xx.xx.2014-cü ildən xx.xx.2014-cü ilədək müddətli əmək müqaviləsi bağlanmaqla geodezist vəzifəsinə işə qəbul edilmişdir. İş materiallarında olan iddiaçıların əmək kitabçalarına əsasən iddiaçıların cavabdeh müəssisədə çalışdıqları müəyyən edilir. Cavabdehin 2 saylı Ərazi Vergilər İdarəsi tərəfindən xx.xx.2011-ci ildə təsdiq edilmiş nizamnaməsinin surətindən görünür ki, "xxxx" MMC “Azərsənayetikinti” Səhmdar Cəmiyyətinin 1 saylı müəssisəsinin bazasında yaradılmışdır. Trestin təsisçiləri Lətif Nəbiyev (nizamnamə kapitalında 66,68 faiz payla), İddiaçı4 (16,66 faiz payla) və Tahir Məmmədovdur (16,66 faiz payla). Cavabdehin 7 saylı region üzrə X6 ünvanlanmış xx.xx.2019-cu il tarixli məktubunda bildirilmişdir ki, "xxxx" MMC xx.xx.2015-ci ildən xx.xx.2020-ci ilədək öz fəaliyyətini maliyyə vəziyyəti və iş həcmi olmaması ilə əlaqədar dayandırmışdır. Fəaliyyəti olmaması səbəbindən cəmiyyətdə çalışan içşilər müəssisə öz fəaliyyətini bərpa edənə qədər ödənişsiz məzuniyyətə buraxılmışlar. İddiaçı4 cəmiyyətin direktor müavini vəzifəsində işləyir. Müəssisənin fəaliyyətinin olmaması ilə əlaqədar İddiaçı4 və aparıcı mühəndis İddiaçı3 xx.xx.2015-ci ildən 02/K-S saylı əmrlə, geodezist İddiaçı1 xx.xx.2014-cü ildən xx.xx.2014-cü il tarixli, 08/K-S saylı əmrlə və digər işçilər ödənişsiz məzuniyyətdədirlər. 2018-ci ilin 23 iyulundan İddiaçı1 Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinə əsasən (öz xahişi ilə) işdən azad edilmişdir. İddiaçı4 xx.xx.1988 - xx.xx.2005-ci il və xx.xx.2009-xx.xx.2015-ci ilə kimi olan dövrlər üçün əmək məzuniyyətindən istifadə etməmişdir (cəmi 706 təqvim günü). İddiaçı4 cəmiyyətin xx.xx.2015-ci il tarixinə 3070 manat əmək haqqı borcu yaranmışdır. İddiaçı3 xx.xx.1989 - xx.xx.2006-ci il və xx.xx.2009 - xx.xx.2015-ci ilə kimi olan dövrlər üçün əmək məzuniyyətindən istifadə etməmişdir (cəmi 647 təqvim günü). İddiaçı3 xx.xx.2015-ci il tarixinə cəmiyyətin 1145 manat əmək haqqı borcu yaranmışdır. İddiaçı1 cəmiyyətin 1681,44 manat son haqq-hesab borcu qalmışdır. Daşınmaz əmlakın alğı-satqısı haqqında xx.xx.2012-ci il tarixli müqaviləyə əsasən Lətif Nəbiyev, İddiaçı4 və Tahir Məmmədov Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsi, Kimyaçılar küçəsi, 0,2052 hektar torpaq sahəsində 2 ünvanda yerləşən əmlak kompleksi kimi müəssisəni 413.000 manata Qubadlı rayon İcra hakimiyyətinə satmışlar. Daşınmaz əmlakın alğı-satqısı haqqında xx.xx.2014-cü il tarixli müqaviləyə əsasən İddiaçı4 və Tahir Məmmədov Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsi, Kimyaçılar küçəsi, 0,14077 hektar torpaq sahəsində 2 ünvanda yerləşən əmlak kompleksi kimi müəssisənin onlara məxsus hissələrini Lətif Nəbiyevə satmışlar. İş materiallarından müəyyən olunur ki, iddiaçılar cavabdehə qarşı iddia tələbi irəli sürərək ondan müxtəlif əsaslarla pul tələb edirlər. Azərbaycan Respublikası MPM-nin tələblərinə əsasən cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir (52.2.). İş materiallarından görünür ki, İddiaçı4 cavabdehdən ödənilməmiş 3370 manat əmək haqqı tələb etmiş, cavabdeh isə tələbi 3070 manat hissəsində qəbul etmişdir. İddiaçı3 cavabdehdən 1500 manat ödənilməmiş əmək haqqı tələb etmiş, cavabdeh tələbi 1145 manat hissəsində qəbul etmişdir. İddiaçı1 isə 7700 manat əmək haqqını cavabdehdən tələb etmiş, cavabdeh isə tələbi 1681,44 manat hissəsində qəbul etmişdir. İddiaçılar həmin hissədə tələblərinin əsaslı olmasına dair hər hansı əlavə sübut təqdim etmədiklərindən məhkəmə iddianı onun etiraf edilən hissəsində təmin edilməsi qənaətinə gəlmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinə (bundan sonra – Əmək Məcəlləsi) əsasən işçinin birinci iş ili üçün əmək məzuniyyətindən istifadə etmək hüququ əmək müqaviləsinin bağlandığı andan etibarən altı ay işlədikdən sonra əmələ gəlir (131.1). Məzuniyyət vaxtı üçün ödənilən orta əmək haqqı hesablanarkən əməyin ödənilməsinin qüvvədə olan sisteminə daxil olmayan birdəfəlik ödənişlər istisna edilməklə bu Məcəllənin 154-cü maddəsinin birinci hissəsi ilə müəyyən edilmiş əmək haqqı anlayışına daxil olan bütün növ ödəmələr nəzərə alınır. Məzuniyyət vaxtı üçün orta əmək haqqının hesablanması zamanı nəzərə alınan və alınmayan ödənişlərin geniş siyahısı, habelə məzuniyyət vaxtı üçün orta əmək haqqının əmsallaşdırılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir (139). Müvafiq iş ilinin (illərinin) məzuniyyətindən istifadə etməmiş işçi ilə, bu Məcəllənin 70-ci maddəsinin «a» və «ç» bəndlərində nəzərdə tutulmuş əsaslarla işdən çıxarılma halları istisna olmaqla qalan hallarda əmək müqaviləsinə xitam verilərkən işçinin arzusu ilə həmin iş ili (illəri) üçün ona məzuniyyət verilir və işdənçıxma tarixi məzuniyyətin son günü hesab edilir. İşçi bu maddədə nəzərdə tutulmuş hallarda və qaydada məzuniyyətdən istifadə etmək istəmədikdə ona bu Məcəllənin 144-cü maddəsi ilə müəyyən edilmiş qaydada və şərtlərlə istifadə edilməmiş məzuniyyətə görə pul əvəzi ödənilir (143). Əmək müqaviləsinə xitam verilməsinin səbəbindən və əsasından asılı olmayaraq işçiyə işdən çıxan günədək hər hansı şərt və ya məhdudiyyət qoyulmadan istifadə etmədiyi bütün iş illərinin əsas məzuniyyətlərinə görə pul əvəzi ödənilməlidir (144.2). İş materiallarında olan 7 saylı region üzrə Əmək Müfəttişliyinin məktubu və iş üzrə digər sənədlərlə müəyyən edilir ki, İddiaçı4 cavabdeh müəssisədə çaılşarkən 706 təqvim günü, İddiaçı3 isə 647 təqvim günü məzuniyyətdən istifadə etməmişlər. İddiaçı4 bunun üçün cavabdehdən 7693 manat, İddiaçı3 isə 6000 manat kompensasiya tələb etmişlər. Məhkəmə hesab etmişdir ki, İddiaçı4 və İddiaçı3 qeyd edilən müddətdə məzuniyyətdən istifadə etmədikləri sübut edildiyindən, bunun üçün tələb etdikləri kompensasiyanın məbləğinin daha az olduğunu sübut etmək vəzifəsi cavabdehin üzərinə düşür. Lakin cavabdeh qeyd edilən halı sübut edə bilməmişdir. Bu səbəbdən iddia həmin hissədə təmin edilməli, istifadə edilməyən məzuniyyətə görə cavabdehdən 7693 manat İddiaçı4, 6000 manat isə İddiaçı3 xeyrinə tutulmalıdır. İddianın digər hissələrinə gəldikdə qeyd edilməlidir ki, iddiaçılar ezamiyyət xərclərinə, Ağcabədi rayonunda kanal tikintisinə ezam olunmalarına, müəssisənin özəlləşməsindən almalı olduqları paya dair hər hansı sübutlar təqdim etməmişlər. Bu səbəbdən iddia həmin hissələrdə əsaslı sayıla və təmin edilə bilməz. İddiaçı4 eyni zamanda trestə məxsus olan binaların satışından əldə edilmiş vəsaitdən trestin təsisçisi kimi 75.833 manat pulun cavabdehdən tutulmasını xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə (bundan sonra – Mülki Məcəllə) əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür (567). Satıcı alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur (568.1.). Daşınmaz əşyaların alğı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür (646.1.). Əgər bu Məcəllənin bu paraqrafının aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, daşınmaz əşyaların alğı-satqısına əşyaların alğı-satqısı haqqında ümumi müddəalar müvafiq surətdə tətbiq edilir (646.2.). İddiaçı4 təqdim etdiyi daşınmaz əmlakın alğı-satqı müqavilələrindən görünür ki, xx.xx.2012-ci il tarixli müqavilə ilə Lətif Nəbiyev, İddiaçı4 və Tahir Məmmədov birgə mülkiyyətlərində olan əmlak kompleksini Qubadlı rayon İcra Hakimiyyətinə satmışlar. xx.xx.2014-cü il tarixli müqavilə ilə İddiaçı4 və Tahir Məmmədov əmlak kompleksində olan paylarını Lətif Nəbiyevə satmışlar. Lakin qeyd edilən müqavilələrin "xxxx" MMC-yə hər hansı aidiyyətinin olması iş materialları ilə müəyyən edilmir. Belə ki, həmin müqavilələrdən biri fiziki şəxslərlə Qubadlı rayon İcra Hakimiyyəti arasında, digəri isə fiziki şəxslər arasında bağlanmışdır. "xxxx" MMC həmin müqavilələrdə tərəf kimi çıxış etməmişdir. Bu səbəbdən məhkəmə hesab etmişdir ki, İddiaçı4 iddiası binaların satışından əldə edilmiş vəsaitdən payın verilməsi hissəsində də təmin edilə bilməz. İddia qismən təmin edildiyi üçün iddiaçıların iddia ərizəsi verilməsi üçün ödədikləri 30 manat dövlət rüsumunun 15 manatı cavabdehdən iddiaçıların xeyrinə tutulmalıdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəlmiş olduğu nəticə ilə razılaşır. Məhkəmə kollegiyasının 2(105)-660/2021 saylı, 02 noyabr 2021-ci il tarixli qərardadı ilə X7 15 aprel 2021-ci il tarixdə ölmüş İddiaçı4 Məhyədin oğlunun hüqüqi varisi hesab edilmişdir. Məhkəmə kollegiyasının 2(105)-660/2021 saylı, 02 noyabr 2021-ci il tarixli qəraradı ilə cavabdehin nümayəndəsinin vəsatətinə əsasən iş üzrə məhkəmə mühasibatlıq ekspertizası təyin edilmişdir. İş üzrə keçirilmiş 9/4132 saylı, 15 avqust 2021-ci il tarixli ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsinə göstərilənlərə əsasən (zəruri sənədlər mövcu olmadığına görə) İddiaçı4 istifadə etmədiyi məzuniyyət gününə görə (xx.xx.1988-xx.xx.2005-ci il və xx.xx.2009-01.04.201-ci ilə kimi olan dövr – 706 gün) ödənilməli kompesasiyanın məbləği xx.xx.1999-cu il və onda sonrakı müddətdə olan hissəsi arı-ayrılıqda, İddiaçı3 istifadə etmədiyi məzuniyyət günə görə xx.xx.1989-xx.xx.2006-cı il və xx.xx.2009-xx.xx.2015-ci ilə kimi olan dövr – 647 gün) və İddiaçı1 istifadə etmədiyi 9 il üçün məzuniyyət güünə görə ödənilməli kompensasiyanı müəyyən etmək mümkün olmadı. Məhkəmə kollegiyasına cavabdehin nümayəndəsinin ünvanladığı ərizədən görünür ki, Əmək Məcəlləsinin 86-cı maddəsinin birinci bəndinə əsasən iddiaçılara aid əmək müqavilləri, hesablanmış əmək haqqı barədə tabel-uçot vərəqələri, məzuqiyyət əmrləri, son haqq-hesab sənədlərinə dair sənədlər Cəmiyyətdə saxlanılmır. Qeyd olunanlara əsasən məhkəmənin müraciətini təmin etmək mümkün deyildir. Azərbaycan Respublikasının MPM-nin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə iddianı qismən təmin etməkdə duzgun nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, iş üzrə iddiaçıların və cavabdehin apellyasiya şikayəti əsassızdır. Belə ki, iş materiallarından görünür ki, iddiaçılar və cavabdeh apellyasiya şikayətlərini əsaslandıra, buna dair hər hansı bir sübut təqdim edə bilməmişlər. Onların tələb və etirazlarına məhkəmə qətnaməsində araşdırılaraq qiymət verilmişdir. Tərəflərin dəlillərinin yoxlanılması ilə əlaqədar ekspertiza təyin edilməsinə baxmayaraq müvafiq sənədlərin mövcud olmaması səbəbindən ekspertizanın keçirilməsi mümkün olmamışdır. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərini formal mülahizələr kimi qiymətləndirir və hesab edir ki, bu dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas sayıla bilməz. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətləri təmin edilməməlidir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, hazırki işdə məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv olunması üçün AR Mülki Prosessual Məcəlləsinin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyil. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini təmin etmədən saxlaya bilər. Həmin Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayətləri təmin edilməməli, Sumqayıt Şəhər Məhkəməsinin 21 oktyabr 2020-ci il tarixli, 2(060)-1712/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392-393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Sumqayıt Şəhər Məhkəməsinin 21 oktyabr 2020-ci il tarixli, 2(060)-1712/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətləri təmin olunmasın. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olaraq 100 manat pul İddiaçı4 hüquqi varisindən, iddiaçılar İddiaçı3, İddiaçı1 və cavabdeh "xxxx" MMC-dən müştərək qaydada tutularaq aşağıdakı: Az.MEM, VÖİN **********, AZ34CTRE********************, Dövlət Xəzinədarlıq agentliyi, kod 210005, VÖEN **********, m/h AZ 41 NABZ013601**********3944 SWİFT BİK CTREAZ 22 hesaba keçirilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar