Məhkəmə qərarları › İş №2(105)-849/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-849/2025

29.05.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-849/2025 29.05.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının hakimləri-Hüseynzadə Afiq Hüseyn oğlu (sədrlik edən və məruzəçi hakim), X3 və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, Cəfərova Aysel Ramiz qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı aliment və maddi yardım tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(060)-2897/2025 saylı qərardadından Cavabdeh tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı aliment və maddi yardım tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2024-cü il təvəllüdlü X7 oğlunun onun yanında saxlanması və xx.xx.2024-cü il təvəllüdlü X7 oğlunun yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 500 manat sabit pul məbləğində alimentin və uşağın 3 yaşı tamam olanadək 200 manat sabit pul məbləğində maddi yardımın Cavabdeh tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh isə İddiaçı qarşı alimentin azaldılması və aliment borcunun silinməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-9444/2018 saylı xx.xx.2018-ci il tarixli qətnaməsi ilə xx.xx.2022-ci ildən xx.xx.2025-ci ilə kimi yaranmış 10236 manat aliment borclarının silinməsi, Sumqayıt Şəhər Məhkəməsinin 8(060)-335/2025 saylı xx.xx.2025-ci il tarixli qərardadı ilə müəyyən olunmuş alimentin məbləğinin azaldılaraq xx.xx.2014-cü il təvəllüdlü Fidan və xx.xx.2016cı il təvəllüdlü Zeynəbin yetkinlik yaşına çatana kimi saxlanması üçün ondan hər ay bir uşaq üçün 120 manat olmaqla cəmi, iki uşağa görə 240 manat sabit pul məbləğində alimentin tutulub cavabdehə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(060)-2897/2025 saylı qərardadı ilə (hakim Günel Tanrıverdiyeva) İddiaçı Cavabdeh qarşı aliment və maddi yardım tələbinə dair mülki iş üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı alimentin azaldılması və aliment borcunun silinməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi icraata qəbul edilməmişdir. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, qarşılıqlı iddia ərizəsinin məzmunundan görünür ki, cavabdeh xx.xx.2014-cü il təvəllüdlü X2 və xx.xx.2016-cı il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün yaranmış aliment borcunun silinməsini və həmin uşaqların saxlanılması üçün müəyyən edilmiş alimentin məbləğinin azaldılmasını xahiş edir. İlkin iddiaçı isə xx.xx.2024-cü il təvəllüdlü X7 oğlunun yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 500 manat sabit pul məbləğində alimentin və uşağın 3 yaşı tamam olanadək 200 manat sabit pul məbləğində maddi yardımın tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Hazırki iş üzrə Cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia tələbləri ilkin iddiaya qarşı yönəlməyib (ilkin və qarşılıqlı iddia ərizələrində qeyd edilən aliment tələbləri fərqli uşaqların saxlanılması üçün müəyyən edilmişdir) və onun təmin edilməsi ilkin iddia tələbinin təmin edilməsini aradan qaldırmır. İddiaçı Cavabdeh İddiaçı qarşı alimentin azaldılması və aliment borcunun silinməsi tələbinə dair qarşılıqlı iddia ərizəsinin icraata götürülməsi mübahisəyə daha tez baxılmasına səbəb olmamaqla, əksinə 2 ay müddətində baxılararaq yekunlaşdırılmalı olan aliment tələbinə dair mülki işin həddindən artıq uzanmasına (icra işinin tələb edilməsi, şahid ifadələrinin dinlənilməsi və s. hallarla əlaqədar) gətirib çıxaracaqdır. Qarşılıqlı iddiaçı Cavabdeh Sumqayıt Şəhər Məhkəməsinin 2(060)2897/2025 saylı, 18 aprel 2025-ci il tarixli qərardadından şikayət verərək, həmin qərardadın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmənin gəldiyi nəticə ilə qəti şəkildə razılaşmır. Belə ki, ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ona qarşı aliment tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, xx.xx.2024-cü il təvəllüdlü X7 oğlunun onun yanında saxlanması və həmin uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 500 manat sabit pul məbləğində aliment və uşağın 3 yaşı tamam olanadək 200 manat sabit pul məbləğində maddi yardımın tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İlkin iddia tələbini qismən qəbul edib və qarşılıqlı iddia ilə məhkəməyə müraciət etmişdir. Qeyd edir ki, o, cavabdehlə 2013-cü ildə faktiki nikah münasibətlərinə daxil olmaqla ailə həyatı qurub. Birgə faktiki nikahlarından üç övladları var. xx.xx.2014-cü il təvəllüdlü Fidan, xx.xx.2016-cı il təvəllüdlü Zeynəb və xx.xx.2024-cü il təvəllüdlü Emin. Bildirir ki, cavabdeh 2018-ci ildə ona qarşı aliment tələbinə dair iddia ilə məhkəməyə müraciət etmiş və Sumqayıt Şəhər Məhkəməsinin 2(060)9444/2018 saylı xx.xx.2018-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmiş, ondan xx.xx.2014-cü il təvəllüdlü Fidan və xx.xx.2016-cı il təvəllüdlü Zeynəbin yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay hər uşağa görə 154 manat olmaqla, cəmi iki uşağa görə 308 manat sabit pul məbləğində alimentin xx.xx.2018-ci il tarixdən başlayaraq tutulub İddiaçı verilməsi qət edilmişdir. Məhkəmə qətnaməsi qəbul edildikdən qısa bir müddət sonra onlar barışmışlar və bir yerdə yaşayıblar və onların xx.xx.2024-cü il təvəllüdlü X7 oğlu adlı övladları dünyaya gəlmişdir. xx.xx.2025-ci ildə İddiaçı ilə münasibətləri yenidən pisləşmiş və həmin tarixdə o, evdən getmişdir. Bundan sonra o, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-9444/2018 saylı xx.xx.2018-ci il tarixli qətnaməsi ilə müəyyən olunmuş alimentin indekasasiya olunması ilə bağlı məhkəməyə müraciət etmiş və məhkəmə qərardadı ilə Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-9444/2018 saylı xx.xx.2018-ci il tarixli qətnaməsi ilə müəyyən olunmuş aliment indeksasiya olunmuşdur. Yəni hazırda ondan xx.xx.2014- cü il təvəllüdlü Fidan və xx.xx.2016-cı il təvəllüdlü Zeynəbin saxlanması üçün hər ay hər birinə 473 manat aliment ödəməyi müəyyən olunub (cəmi 946 manat). Bundan əlavə hazırda İddiaçı xx.xx.2024-cü il təvəllüdlü X7 oğlunun onun yanında saxlanması və həmin uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 500 manat sabit pul məbləğində aliment və uşağın 3 yaşı tamam olanadək 200 manat sabit pul məbləğində maddi yardımın tutulub ona ödənilməsini tələb edir. Həmçinin o, onlar bir yerdə bir ailə kimi yaşadıqları müddətdə yaranmış aliment borcunu da tələb edir. Halbuki onlar həmin vaxtlarda bir ailə kimi bir yerdə yaşayıblar və övladları dünyaya gəlmişdir. Ona görə də hesab edir ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-9444/2018 saylı xx.xx.2018-ci il tarixli qətnaməsi ilə yaranmış aliment borcları silinməlidir. Həmçinin Sumqayıt Şəhər Məhkəməsinin 8(060)-335/2025 saylı xx.xx.2025-ci il tarixli qərardadı ilə müəyyən olunmuş alimentin məbləği azaldılmalı və birgə nikahlarından olan xx.xx.2014-cü il təvəllüdlü Fidan və xx.xx.2016-cı il təvəllüdlü Zeynəbin yetkinlik yaşına çatana kimi saxlanması üçün ondan hər ay hər bir uşaq üçün 120 manat olmaqla cəmi 240 manat sabit pul məbləğində aliment tutulub İddiaçı verilməlidir. Hesab edir ki, qarşılıqlı və ilk iddia arasında qarşılıqlı əlaqə var və onlara birlikdə baxılması mübahisələrə daha tez və düzgün baxmaqla nəticələnər. Qarşılıqlı iddia cavabdehin ilkin iddiaya qarşı müstəqil maddihüquqi tələbi və müdafiə vasitəsidir. İlkin və qarşılıqlı iddiaya birlikdə baxılması tərəflər arasındakı mübahisənin daha tez həll edilməsinə imkan verir, öz aralarında əlaqəli olan tələblərə dair ziddiyyətli qərarların çıxarılmasının qarşısını alır. Məhkəmə belə nəticəyə gəlib ki, qarşılıqlı iddia qarşılıqlı tələbin ödənilməsinə yönəldiyi təqdirdə qəbul olunur. Burada nəzərə almaq lazımdır ki, tələbin ödənilməsi o zaman mümkündür ki, tələblər xarakterinə görə oxşar olsunlar. Məsələn, tərəflərin qarşılıqlı pul öhdəliklərinə dair tələblər. Məhkəmənin mövqeyi ilə razı deyillər. Belə ki, işdən görünür ki, ilkin iddiaçının tələbi aliment tələbidir. Həmçinin onun da tələbi alimentin azaldılması və aliment borclarının silinməsi ilə bağlıdır. Yəni məhkəmənin də qeyd etdiyi kimi hazıkı tələblər oxşar tələblərdi və ən əsası hər iki tələbin əsas mahiyyəti alimentdir. Məhkəmə hesab etmişdir ki, hazırki halda qarşılıqlı iddia ərizəsinin icraata qəbul edilməsi üçün MPM-in 156-cı maddəsində sadalanan hallardan yalnız biri, ilkin iddia tələbi ilə qarşılıqlı iddia tələbi arasında əlaqə (156.1.3) halı vardır. Təbii ki, bu məhkəmənin gəldiyi nəticədir və məhkəmə həmin şərtlərin ən az birinin ilkin iddia tələbi ilə qarşılıqlı iddia tələbi arasında əlaqənin olmasını qəbul etmişdir. Əslində isə MPM-nin 156-cı maddəsində qeyd olunan hər üç şərt mövcuddur. Lakin məhkəmə nədənsə bunu qəbul etmir. Axı tələblər alimentlə bağlıdır və bu tələblərə məhkəmənin özünün də qəbul etdiyi MPM-in 156.1.3-cü maddəsinə zidd deyil. Həmin maddədə qeyd olunur ki, qarşılıqlı və ilk iddia arasında qarşılıqlı əlaqə vardırsa və onlara birlikdə baxılması mübahisələrə daha tez və düzgün baxmaqla nəticələnərsə hakim qarşılıqlı iddianı qəbul edir. Həmçinin həmin maddədə qeyd olunan şərtlərin hər üçünün mütləq şəkildə eyni anda olması barədə konkret göstəriş yoxdur. Yəni həmin şərtlərdən ən azı birinin belə olması qarşılıqlı iddianın qəbul edilməsinə əsas verir. Bundan əlavə məhkəmə belə nəticəyə gəlib ki, sözügedən maddənin (MPM-nin 156.1.3) məzmunundan göründüyü kimi qanunverici burada istənilən əlaqəni deyil, ilkin və qarşılıqlı iddia tələbləri arasında elə bir əlaqəni nəzərdə tutur ki, bu əlaqə mübahisəyə daha tez və düzgün baxılması ilə nəticələnsin. Hazırki halda məhkəmə hesab edir ki, iddiaçı Cavabdeh İddiaçı qarşı alimentin azaldılması və aliment borcunun silinməsi tələbinə dair qarşılıqlı iddia ərizəsinin icraata götürülməsi mübahisəyə daha tez baxılmasına səbəb olmamaqla, əksinə 2 ay müddətində baxılararaq yekunlaşdırılmalı olan aliment tələbinə dair mülki işin həddindən artıq uzanmasına (icra işinin tələb edilməsi, şahid ifadələrinin dinlənilməsi və s. hallarla əlaqədar) gətirib çıxaracaqdır. Məhkəmənin bu mövqeyi ilə də razı deyil. Çünki iki uşağa görə iddiaçı aliment alır və digər bir uşağa görə də MTT ilə məhkəməyə müraciət edə bilər və qanun bunu tənzimləyir. Məqsəd iddialara baxıb qanuni qətnamənin çıxarılmasına nail olmaqdır. Çünki hər iki tərəfin qanun qarşısında hüquqları bərabərdir. Hesab edir ki, qərardad ləğv olunmalı və qarşılıqlı iddia icraata qəbul olunmalıdır. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(060)-2897/2025 saylı qərardadı ilə şikayət təmin edilməmiş, baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdırıb hesab edir ki, aşağıda göstərilənlərə əsasən şikayət təmin edilməməli, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(060)-2897/2025 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 155.1-ci maddəsinə səasən cavabdeh ilk iddia ilə birlikdə baxılmaq üçün iddiaçıya qarşılıqlı iddia verməyə haqlıdır. Qarşılıqlı iddia bu Məcəllənin 154.1-ci maddəsində nəzərdə tutulmuş müddət ərzində verilməlidir. 155.3. Qarşılıqlı iddianın verilməsi iddia verilməsinin ümumi qaydaları əsasında həyata keçirilir. 156.1. Hakim qarşılıqlı iddianı aşağıdakı hallarda qəbul edir: 156.1.1. qarşılıqlı tələb ilk tələbin qarşılıqlı ödənilməsinə yönəlmişsə; 156.1.2. qarşılıqlı iddianın təmin edilməsi ilk iddianın tam və ya qismən təmin edilməsini aradan qaldırırsa; 156.1.3. qarşılıqlı və ilk iddia arasında qarşılıqlı əlaqə vardırsa və onlara birlikdə baxılması mübahisələrə daha tez və düzgün baxmaqla nəticələnərsə. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, iş materiallarından görünür ki, İddiaçı xx.xx.2024-cü il təvəllüdlü X7 oğlunun onun yanında saxlanması və xx.xx.2024-cü il təvəllüdlü X7 oğlunun yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 500 manat sabit pul məbləğində alimentin və uşağın 3 yaşı tamam olanadək 200 manat sabit pul məbləğində maddi yardımın Cavabdeh tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmiş, Cavabdeh isə Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-9444/2018 saylı xx.xx.2018-ci il tarixli qətnaməsi ilə xx.xx.2022-ci ildən xx.xx.2025-ci ilə kimi yaranmış 10236 manat aliment borclarının silinməsi, Sumqayıt Şəhər Məhkəməsinin 8(060)-335/2025 saylı xx.xx.2025-ci il tarixli qərardadı ilə müəyyən olunmuş alimentin məbləğinin azaldılaraq xx.xx.2014-cü il təvəllüdlü Fidan və xx.xx.2016cı il təvəllüdlü Zeynəbin yetkinlik yaşına çatana kimi saxlanması üçün ondan hər ay bir uşaq üçün 120 manat olmaqla cəmi, iki uşağa görə 240 manat sabit pul məbləğində alimentin tutulub cavabdehə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Göründüyü kimi qarşılıqlı və ilk iddia arasında qarşılıqlı əlaqə yoxdur, qarşılıqlı tələb ilk tələbin qarşılıqlı ödənilməsinə yönəlməyib, eyni zamanda qarşılıqlı iddia ərizəsinin məzmunundan da göründüyü kimi qarşılıqlı iddianın verilməsi üçün əsas hazırki iş üzrə məhkəmə baxışı gedişində də əmələ gəlməmiş, onlara birlikdə baxılması mübahisələrə daha tez və düzgün baxmaqla nəticələnmir. Məhkəmə kollegiyası şikayətin hazıkı tələblərin oxşar tələb olması, hər iki tələbin əsas mahiyyətinin aliment olması barədə dəlilinə qiymət verərək qeyd edir ki, tələblərin hər ikisinin alimentlə bağlı olması onların birlikdə baxılmasına əsas ola bilməz. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən iş üzrə qərar qəbul edilən zaman prosessual hüquq normalarının pozulması müəyyən olunmur. Buna görə də şikayət təmin edilməməli, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(060)-2897/2025 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək səlahiyyəti vardır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 263, 264, 398.0.1, 400, 402ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Cavabdeh tərəfindən verilmiş şikayət təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(060)-2897/2025 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar