Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-855/2024 04.06.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyi "xxxx" X1 Məsuliyyətli Cəmiyyətinə qarşı orta əmək haqqı tələbinə dair mülki iş üzrə QƏTNAMƏSİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Fuad Əli oğlu, hakimlər X7 və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Əliyev Rəşad Ayıl oğlunun katibliyi, İddiaçı, cavabdeh Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyi "xxxx" Elmi-İstehsalat Müəssisəsi” Məhdud Məsuliyyətli Cəmiyyətinin vəkili və nümayəndəsi Nümayəndə1, üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti Abşeron-Xızı regional şöbəsinin nümayəndəsi Nümayəndə3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyi "xxxx" X1 Məsuliyyətli Cəmiyyətinə qarşı orta əmək haqqı tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(060)-323/2024 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. MN № ******* saylı, 18 iyul 2023-cü il tarixli inzibati xəta haqqında protokolun surətindən görünür ki, “Neftqazavtomat Elmi-İstehsalat Müəssisəsi"̇ MMC-də əmək müqaviləsinə xitam verilmiş İddiaçı son haqq-hesabının (əmək və məzuniyyət haqları) hesablanıb ödənilməsində qanun pozuntularına yol verildiyindən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 83.2-ci və 172.4-cü maddələrinin tələbləri pozulmuşdur. İşçinin son haqq-hesabı tam məbləğdə və işdən çıxdığı sonuncu iş günü ödənilməmişdir. Nəticədə müəssisənin direktoru tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir.
2. MN № ******* saylı, xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, müəssisənin direktoru tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədildiyindən onun barəsində 800 manat cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir.
Birinci instansiya məhkəməsindəki icraat
3. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 172.6-cı maddəsinə əsasən xx.xx.2022 - xx.xx.2023-cü il tarixləri arasındakı müddət üçün yaranmış orta əmək haqqının ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.2022-ci ildə Cavabdehnə radioelektron aparat və cihaz üzrə quraşdırıcı vəzifəsinə işə qəbul olunmuşdur. xx.xx.2022-ci il tarixdə öz ərizəsi ilə (Əmək Məcəlləsinin 69-cu maddəsi) əmək müqaviləsinə xitam verilmişdir. Lakin aradan uzun müddət (təxminən 06 ay) keçməsinə baxmayaraq əmək kitabçası, işdən çıxarılma əmrinin surəti, haqq-hesab sənədləri iddiaçıya təqdim olunmamışdır. Aradan uzun müddət keçdikdən sonra sadəcə X5 Xidməti Abşeron-Xızı regional şöbəsinin vasitəsilə xx.xx.2023-cü ildə əmək kitabçasını əldə etmişdir. Cavabdeh müəssisə qeyd olunan pozuntu ilə bağlı İXM-nin 192.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə X5 Xidməti Abşeron-Xızı regional şöbəsi tərəfindən barəsində xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Qeyd olunan sənədlər; əmək kitabçası, işdən çıxarılma əmrinin surəti, haqq-hesab sənədləri ilə bağlı xx.xx.2022-xx.xx.2023-cü ilə qədər iddiaçıya heç bir məlumat verilməmiş və qeydiyyatda olduğu ünvana da poçtla göndərilməmişdir. Nəzərə alınmalıdır ki, işçi əmək hüquq münasibətlərində işəgötürənə nisbətən daha zəif tərəfdir. Əmək kitabçasının iddiaçıya təqdim olunmaması nəticəsində iddiaçı 6 ay ərzində işə düzələ bilməmişdir. Bununla da iddiaçıya xeyli maddi ziyan dəymişdir.
5. İş materiallarında olan İddiaçı əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2022-ci il tarixli, 90/k saylı əmrin surətindən görünür ki, İddiaçı ilə bağlanılmış xxxxxxx000200 nömrəli əmək müqaviləsinə “Azərbaycan Respublikasının Əmək Mcəlləsinin 68.2 nömrəli maddəsinin “a” tərəflərdən birinin təşəbbüsü” bəndinə əsasən xx.xx.2022-ci il tarixindən xitam verilməsi, işçinin xx.xx.2022-ci il tarixindən xx.xx.2022-ci il tarixinə qədər istifadə edilməmiş 5.25 məzuniyyət gününün son haqq-hesabının qanunverciliyə uyğun şəkildə hesablanıb ödənilməsi iqtisadiyyat, maliyyə və mühasibat uçotu şöbəsinə həvalə edilməsi, işçinin əmək kitabçasında lazımi qeydlərin aparılaraq özünə təhvil verilməsi əmr edilmişdir.
6. İşdə olan İddiaçı İsmyaıl oğlunun Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Abşeron-Xızı regional şöbəsinə verdiyi xx.xx.2023-cü il tarixli izahatın məzmunundan görünür ki, öz ərizəsi ilə Cavabdeh MMC-də İddiaçı əmək müqaviləsinə xitam verilmiş, lakin işdən çıxdığı gündən bugünədək (müraciətdəki tarix) nə əmək kitabçası, nə işdən çıxarılma əmri nə də son haqq-hesab sənədləri ona təqdim edilməmişdir.
7. İşdə olan İddiaçı İsmyaıl oğlunun Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Abşeron-Xızı regional şöbəsinə verdiyi xx.xx.2023-cü il tarixli izahatın məzmunundan görünür ki, İddiaçı İsmyaıl oğlunun Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Abşeron-Xızı regional şöbəsinin köməyi vasitəsilə xx.xx.2023-cü il tarixində əmək kitabçası ona təqdim edilmişdir.
8. İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Abşeron-Xızı regional şöbəsinin xx.xx.2023-cü il tarixli, 3-17-5/2M- 26917/2023 saylı İddiaçı müraciətlərinə dair məktubunun mahiyyətindən görünür ki, onun müraciətdə qeyd etdiyi məsələlərin həlli ilə əlaqədar olaraq müvafiq qaydada müraciət etmək hüququ olduğu bildirilmişdir.
9. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən Cavabdehnin nümayəndəsi və vəkili Nümayəndə1 iddia tələbini etiraf etməyərək bildirmişdir ki, əmək qanunvericiliyinə görə işəgötürənin işçiyə əmək kitabçasının verilməməsində təqsiri olduqda işçinin işə düzələ bilmədiyi müddət ərzində işçiyə orta əmək haqqı ödənilməlidir. Göründüyü kimi bunda əsas məsələ işçinin işə düzələ bilmədiyini sübut etməsidir. Belə ki, hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İddiaçı işsiz kimi işə düzəlmə qaydalarından məlumatı olan şəxsdir, Cavabdeh MMC-yə daxil olmamışdan qabaq iddiaçı işsiz kimi qeydiyyatdan keçmişdir. İddiaçı işdən çıxdıqdan sonra, işə qəbul qaydalarından məlumatlı olmasına baxmayaraq, təqdim edilən sənəddən də göründüyü kimi X2 Filialına müraciəti daxil olmamışdır. İddiaçı məhz onların təqsirindən əmək kitabçasının verilməməsi səbəbi ilə işə düzələ bilmədiyini sübut etməmişdir. Nazirlər Kabinetinin qərarına əsasən, əmək kitabçasının poçtla göndərilməsi qadağandır, əmək kitabçası işçiyə əllə verilməlidir, qarşı tərəf də bununla bağlı müraciət etməmişdir. Cavabdeh barəsində inzibati xəta haqqında protokol tərtib olunsa da, həmin protokol sırf maliyyə məsələləri, İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsi ilə bağlı tərtib olunmuşdur. Əmək kitabçası və ya əmrin verilməməsi inzibati xəta tərkibi yaratmır. Tərəflərindən iddiaçıya dəfələrlə zəng olunmuşdur, lakin iddiaçı bir neçə aydan sonra müraciət etmişdir. Cavabdeh MMC Müdafiə Sənayesi tərkibində olan elmi müəssisədir, həmin müəssisədə dərhal əmək haqqı verilə bilmir, iş materiallarından göründüyü kimi 1 həftə keçməmiş iddiaçıya əmək haqqı verilmişdir. Tərəflərindən əmək kitabçasının verilməməsinə görə iddiaçının işə düzələ bilməməsindən söhbət gedə bilməz. Bu səbəbdən də iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
10. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən X5 Xidməti Abşeron-Xızı regional şöbəsinin nümayəndəsi Nümayəndə2 bildirmişdir ki, İddiaçı xx.xx.2023-cü il tarixdə əmək hüquqlarının pozulması ilə bağlı X5 Xidmətinə müraciət etmiş, bununla bağlı həm müəssisəyə, həm də vətəndaşa dəvət məktubları, sorğu məktubları müvafiq olaraq ünvanlanmışdır. Vətəndaş öz ərizəsində, eləcə də xx.xx.2023-cü il tarixində X5 Xidmətinə təqdim etdiyi izahatında əmək kitabçası və son haqq-hesabın ödənilməsi ilə bağlı probleminin olduğunu bildirmişdir. Eyni zamanda vətəndaş tərəfindən təqdim edilən bank çıxarışlarına baxış keçirilərkən müəyyən olunmuşdur ki, son haqq-hesabın ödənilməsi müəssisə tərəfindən gecikdirilmişdir. Əmək kitabçası ilə bağlı müəssisəyə sorğu məktubu göndərilmiş, X5 Xidməti tərəfindən ünvanlanmış məktubdan sonra vətəndaş əmək kitabçasını götürmüşdür ki, bununla bağlı vətəndaşın izahatı mövcuddur.
11. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(060)-323/2024 nömrəli qətnaməsi ilə (hakim Elmir Hüseynov) iddia tələbi təmin edilərək Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172.6-cı maddəsinə əsasən xx.xx.2022-ci ildən xx.xx.2023-cü il tarixləri arasındakı müddət üçün yaranmış orta əmək haqqının Cavabdeh MMC-dən alınaraq İddiaçı ödənilməsi qət edilmişdir.
12. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, İddiaçı xx.xx.2022-ci ildə Cavabdehndə radioelektron aparat və cihaz üzrə quraşdırıcı vəzifəsinə işə qəbul olmuş, xx.xx.2022-ci ildə öz ərizəsi ilə əmək müqaviləsinə xitam verilmişdir. İddiaçı əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2022-ci il tarixli, 90/k saylı əmrdən də göründüyü kimi onunla bağlanılmış xxxxxxx000200 nömrəli əmək müqaviləsinə “Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68.2 nömrəli maddəsinin “a” tərəflərdən birinin təşəbbüsü” bəndinə əsasən xx.xx.2022-ci il tarixindən xitam verilməsi, işçinin xx.xx.2022-ci il tarixindən xx.xx.2022-ci il tarixinə qədər istifadə edilməmiş 5,25 məzuniyyət gününün son haqq-hesabının qanunverciliyə uyğun şəkildə hesablanıb ödənilməsi iqtisadiyyat, maliyyə və mühasibat uçotu şöbəsinə həvalə edilməsi, işçinin əmək kitabçasında lazımi qeydlərin aparılaraq özünə təhvil verilməsi əmr edilmişdir. Buna baxmayaraq işçinin əmək kitabçası, işdən çıxarılma əmrinin surəti və son haqq-hesab sənədləri müəssisə tərəfindən ona təqdim edilməmişdir. Bununla əlaqədar olaraq iddiaçı aidiyyatı qurumlara müraciətlər etmiş, İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Abşeron-Xızı regional şöbəsinin köməyi vasitəsilə xx.xx.2023-cü il tarixində əmək kitabçası ona təqdim edilmişdir. Göründüyü kimi işçinin işdən çıxdığı sonuncu iş günündən əmək kitabçasının ona təqdim edildiyi xx.xx.2023-cü il tarixləri arasındakı müddət üçün yaranmış orta əmək haqqı iddiaçıya ödənilməmişdir. İddiaçı bununla bağlı aidiyyatı orqanlara müraciət etsə də, müraciətindəki məsələnin həlli ilə əlaqədar ona məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. Ona görə də, iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı iddia tələbini müdafiə edir, cavabdeh iddia tələbini qəbul etmir. Cavabdehin nümayəndəsi və vəkili qeyd edir ki, iddiaçının əmək müqaviləsinə xitam verildikdən sonra onun yenidən başqa işə düzəlmək istəməsi və bununla bağlı ondan əmək müqaviləsi tələb olunmasını sübuta yetirməlidir. Məhkəmə cavabdehin vəkilinin qeyd etdiyi bu fakta tənqidi yanaşaraq qeyd edir ki, işçi işdən çıxdıqdan sonra başqa işə qəbul olunması ilə bağlı yazılı ərizə təqdim etsə belə, hər hansı bir müəssisə tərəfindən onun əmək kitabçasının təqdim edilməməsi ilə bağlı işə qəbul oluna bilməməsi barədə ona arayış verilməsi nəzərdə tutulmamışdır. Hazırki halda işçiyə əmək müqaviləsinin və tələbdə qeyd edilən digər sənədlərin Əmək Məcəlləsində qeyd edildiyi müddət ərzində hansı səbəbdən qaytarılmaması, bunun üzrlü səbəbləri (əgər varsa) sübut edilməlidir, belə sübutlar cavabdeh tərəfindən məhkəməyə təqdim edilməmişdir. Cavabdeh əmək kitabçasının işəgötürəndə qalmasını məhz iddiaçının həmin kitabçanı gəlib götürməməsi ilə əsaslandırsa da, buna dair sübut təqdim edə bilmir, məhkəmənin cavabdehə ünvanladığı suala cavabdan da aydın olur ki, cavabdeh kitabçaının iddiaçıya verilməsinə dair hər hansı bir addım atmamışdır. Əmək kitabçası işçiyə yalnız onun tərəfindən Əmək Müfəttişliyinə edilən şikayətdə sonra verilmişdir. Əmək Məcəlləsinin normalarına əsasən iddiaçı əmək kitabçası təqdim etmədən digər işə qəbul edilə bilməzdi.
13. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Əmək Məcəlləsinin 7.2-3, 48.1, 68, 83.2, 172, 87, 87.3-cü və Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 217.3 və 217.4-cü maddələrinin tələbləri ilə əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri
14. Qətnamədən cavabdehin vəkili və nümayəndəsi Nümayəndə1 apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
15. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə sözügedən maddədə əks olunmuş hüquq normasının məzmununu yanlış təfsir etməklə iş üzrə aşkar səhv nəticəyə gəlmişdir. Belə ki, işçinin əmək kitabçasının Əmək Məcəlləsinin 87-ci maddəsinin üçüncü hissəsi ilə müəyyən edilmiş vaxtda verilməsi işəgötürənin təqsiri üzündən ləngidildikdə, işçi yə işə düzələ bilmədiyi bütün müddət üçün orta əmək haqqı ödənilməlidir. Əmək qanunvericiliyinə görə işəgötürənin işçiyə əmək kitabçasının verilməməsində təqsiri olduqda işçinin işə düzələ bilmədiyi müddət ərzində işçiyə orta əmək haqqı ödənilməlidir. Göründüyü kimi bu maddənin məzmununa əsasən işəgötürənin hüquqi məsuliyyətinin yaranması üçün iki amil mövcud olmalıdır: birincisi, işçinin əmək kitabçasının müəyyən edilmiş vaxtda verilməsinin işəgötürənin təqsiri üzündən ləngidilməsi, ikincisi isə bunun nəticəcində işçinin işə düzələ bilməməsidir. Bunlardan birinci halın mövcud olmadığını işəgötürən sübuta yetirməlidirsə, ikinci halın mövcudluğunu işçi sübuta yetirməlidir. Belə ki, hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İş materiallarında olan sənədlərdən də görünür ki, iddiaçı işsiz kimi işə düzəlmə qaydalarından məlumatı olan şəxsdir, çünki Cavabdeh MMCyə işə daxil olmamışdan qabaq iddiaçı işsiz kimi qeydiyyatdan keçmişdir. Tərəflərindən məhkəməyə təqdim olunmuş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X3 X2 filialının direktoru Əbdül Bayramov tərəfindən sorğuya verilmiş 07 yanvar 2024-cü il tarixli, 3-17-212-107/2024 saylı cavabdan görünür ki, iddiaçı müvafiq müraciəti əsasında Nazirliyin Mərkəzləşdirilmiş Elektron sistemində 16 sentyabr 2022-ci il tarixdə, yəni Cavabdeh MMC-yə işə qəbul olunmamışdan əvvəl işaxtaran kimi qeydiyyata alınmışdır. Eyni zamanda həmin cavabdan o da aydın olur ki, iddiaçı işdən çıxdıqdan sonra, yəni 22 dekabr 2022-ci il tarixdən X5 Xidmətinin Abşeron- Xızı regional şöbəsinə müraciət etdiyi 06 iyul 2023-cü il tarixinədək işaxtaran qismində aidiyyəti üzrə X3 X2 filialına müraiət etməmişdir. X3 X2 filialının direktorunun 07 yanvar 2024-cü il tarixli, 3-17-212-107/2024 saylı sözügedən məktubu özü-özlüyündə iddiaçının işdən azad edildikdən sonra hər hansı iş axtarmadığını və bununla da onun iddia tələbinin əsassızlığını tam sübuta yetirir. Belə ki, təqdim edilən sənəddən də göründüyü kimi, işə qəbul qaydalarından məlumatlı olmasına baxmayaraq, iddiaçı "xxxx" MMC-də işə qəbul edilməmişdən əvvəl işaxtaran qismində aidiyyəti üzrə qeydiyyatdan keçdiyi halda, işdən çıxdıqdan sonra X2 Filialına iş axtarması ilə bağlı hər hansı müraciəti daxil olmamışdır. Həmçinin, iddiaçı özü də Cavabdeh təqsirindən əmək kitabçasının verilməməsi səbəbi ilə nəinki işə düzələ bilmədiyini sübut etməmiş, ümumiyyətlə mübahisələndirilən müddət ərzində ona hər hansı real iş təklifinin olmasını, yaxud hər hansı işə daxil olmaq üçün müraciət etməsini və həmin təklif olunan işə görə əmək haqqının məbləğinə dair sübutları məhkəməyə təqdim edə bilməmişdir. Cavabdeh MMC-nin təqsirindən əmək kitabçasının verilməməsi ilə bağlı məhkəmənin gəldiyi nəticə də iş materiallarına uyğun gəlmir. Düzdür, Azərbaycan Respublikası Nazirlər Kabinetinin “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydalarının təsdiq edilməsi barədə” 26 dekabr 1996-cı il tarixli, 186 saylı Qərarının 6.1 və 6.2-ci bəndlərində nəzərdə tutulmuşdur ki, işdən çıxan işçilərə əmək kitabçası fərdi əmək müqaviləsi xitam oldunduğu gün (sonuncu iş günü) verilir. İşdən çıxan gün işçinin işdə olmadığı hallarda işəgötürən həmin gün, poçt vasitəsilə ona bildiriş göndərir. Əmək kitabçasının poçt vasitəsilə göndərilməsinə yalnız işdən çıxan işçinin razılığı ilə yol verilir. Adı çəkilən Qərara əsasən iddiaçının əmək kitabçasının işdən çıxan gün ona verilməsi son haqq-hesabının obyektiv səbəblərdən aparıla bilinməməsi üzündən mümkün olmamışdır. Lakin işdə olan sənədlərdən də görünür ki, iddiaçının son haqq-hesabı işdən çıxdığı gündən bir həftə sonra tam olaraq ödənilmişdir. Sadəcə olaraq əmək kitabçasının poçt vasitəsi ilə göndərilə bilinməməsi səbəbindən əmək kitabçasını iddiaçıya vermək mümkün olmamışdır. Tərəflərindən iddiaçı ilə dəfələrlə telefon əlaqəsi yaradılaraq ona əmək kitabçasını gəlib götürməsi təklif olunsa da, iddiaçı qərəzli şəkildə gəlib kitabçasını götürməmiş və işdən çıxdığı gündən 6 aydan artıq müddət keçdikdən sonra X5 Xidmətinin Abşeron-Xızı regional şöbəsinə müraciət edərək əmək kitabçasının guya ona qərəzli şəkildə verilmədiyini iddia etmişdir. Tərəflərindən əmək kitabçasını gəlib götürməsi üçün cavabdehə yazılı bildirişin üzürlü səbəblərdən göndərilməməsi (kadrlar üzrə mütəxəssisin yeni işə qəbul edildiyi üçün təcrübəsiz olması səbəbindən) həmin kitabçanın iddiaçıya verilməsinin ləngidilməsi kimi başa düşülməsi tamamilə yanlışdır. Belə ki, məhkəmə müəssisənin əmək kitabçasını iddiaçıya qaytarması üçün addımlar atmadığını, o cümlədən yazılı bildiriş göndərmədiyini vurğuladığı halda, nədənsə iddiaçının da işdən çıxdıdan sonra əmək kitabçasını müəssisədən alması üçün müraciət etməməsinə, 6 aydan da çox müddət gözlədikdən sonra müəssisəyə deyil, X5 Xidmətinin Abşeron-Xızı regional şöbəsinə müraciət etməsinə və bundan sonra qeyd edilən şöbədən iddiaçıya gedib əmək kitabçasını götürməsi təklif edildikdən sonra onun həmin sənədi müəssisəyə gəlib hər hansı maneə olmadan götürməsinə qiymət verməmişdir. Halbuki, iddiaçı mübahisələndirlən 6 ay ərzində rahat şəkildə müəsissəyə müraciət edərək özünün əmək kitabçasını götürmək imkanına malik olmuşdur ki, ona son haqq-hesabının işdən çıxdıqdan sonra cəmi bir həftə ərzində ödənilməsinin özü də iddiçıya qarşı hər hansı qərəzin olmadığını və dolayısı ilə əmək kitabçasının ona verilməməsi üçün hər hansı səbəbin olmadığını aşkar şəkildə sübuta yetirir. Bu səbəbdən məhkəmənin mövqeyi ilə razılaşmayaraq məhkəmənin gəldiyi nəticəni sadalanan maddi hüquq normasının pozuntusu kimi qəbul edir. Hesab edir ki, işə baxan məhkəmə sözügedən maddi hüquq normasının tələbləri baxımından iddiaçının başqa işə düzəlmək hüququnun Cavabdeh MMC tərəfindən hər hansı şəkildə pozulmadığına obyektiv və qərəzsiz şəkildə qiymət verməmiş, müəyyən olunmuş hallara münasibətdə sadalanan qanun normasını düzgün tətbiq etməmişdir. Məhkəmə iddiaçının hansı hüququnun pozulduğunu, sözügedən müddət ərzində hansı işə hansı səbəblərdən düzələ bilmədiyini aydınlaşdırmamış, tərəflərindən iddiaçının hüququnun pozulmadığını üzə çıxaran iş materiallarında olan və lazımi qaydada sübuta yetirilmiş hallara düzgün hüquqi qiymət verməli olduğu halda, nədənsə bunu etməmiş və nəticədə əsassız şəkildə iddiaçının hüquqlarının Cavabdeh MMC tərəfindən pozulduğu qənaətinə gəlmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
16. Apellyasiya şikayətinə qarşı iddiaçı tərəf yazılı etiraz təqdim etmişdir. Etirazda qeyd olunur ki, müəssisə barəsində İXM-nin 192.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə X5 Xidməti Abşeron-Xızı regional şöbəsi tərəfindən xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Müəssisə bildirir ki, inzibati xəta haqqında protokol sırf maliyyə məsələləri barəsində tərtib olunmuşdur. 192-ci maddənin adına baxsaq görərik ki, əmək qanunvericiliyinin pozulması barədədir. Əmək Məcəlləsinin 192.4-cü maddəsinə əsasən işçinin əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, əmək qanunvericiliyində nəzərdə tutulmuş müavinət və digər ödənişlərin hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilməsinə görə - vəzifəli şəxslər yeddi yüz manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir. Göründüyü kimi digər ödənişlərin hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, pozulmuş əmək hüquqları barədədir. Maliyyə hesablamaları istisna olunur. Həmçinin Müəssisə iddia edir ki, o, əmək kitabçasının verilməməsi səbəbi ilə işə düzələ bilməməyini sübut etməmişdir. Onun qanunvericiliklə sübutetmə yükünün həddi əmək kitabçasının ona işdən çıxdıqdan sonra 6 ay gec verilməsi ilə məhdudlaşır. Yəni, onun nə Məşğulluq İdarəsinə müraciət edib-etməməyi, nə də ki, işdən çıxdıqdan sonra hər hansı iş təklifi alıbalmamağı (halbuki iş təklifləri almışdır) onun faktiki olaraq pozulmuş əmək hüququnun bərpası tələbinə dair iddiası üzrə məhkəmə araşdırmasının predmeti deyildir. Əmək Məcəlləsinin 83-cü maddəsinin 2-ci bəndinə əsasən əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Müəssisənin apellyasiya şikayətində yenə etiraf etdiyi kimi son haqq-hesab ödəmələri yenə sonuncu iş günü yox, əmək müqaviləsinə xitam verildikdən 1 həftə sonra verilmişdir. Qeyd olunanlara əsasən bildirir ki, apellyasiya şikayəti və ordakı dəlillər tam əsassızdır, mövcud əmək qanunvericiliyi sisteminə tamamilə ziddir.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
17. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin vəkili və nümayəndəsi Nümayəndə1 apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək, iddia tələbinin təmin edilməməsini xahiş etdi.
18. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinə etiraz edib, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
19. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti Abşeron- Xızı regional şöbəsinin nümayəndəsi Nümayəndə3 apellyasiya şikayətinə etiraz edib, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Konstitusiyasının
20. 60-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir.
Azərbaycan Respublikasının Əmək Məcəlləsinin:
21. 2-ci maddəsinin 3-cü bəndinə əsasən həmin Məcəllə əmək münasibətlərində tərəflərin hüquq bərabərliyinin təmin edilməsi, mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması prinsiplərinə əsaslanır.
22. 83-cü maddəsinin 2-ci hissəsinə əsasən əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir.
23. 87-ci maddəsinin 3-cü bəndinə əsasən işdən çıxan işçilərə əmək kitabçası əmək müqaviləsinə xitam verildiyi gün (sonuncu iş günü) verilir.
24. 154-cü maddəsinin birinci hissəsinə əsasən əmək haqqı - müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur.
25. 172-ci maddəsinin 4-cü hissəsinə əsasən işçi işdən çıxarkən ona düşən bütün ödənclər tam məbləğdə işdən çıxdığı gün verilir.
26. 172-ci maddəsinin 6-cı bəndinə əsasən işçinin əmək kitabçasının bu Məcəllənin 87-ci maddəsinin üçüncü hissəsi ilə müəyyən edilmiş vaxtda verilməsi işəgötürənin təqsiri üzündən ləngidildikdə, işçiyə işə düzələ bilmədiyi bütün müddət üçün orta əmək haqqı ödənilməlidir.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
27. Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (...)
28. Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (..)
29. Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
30. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı (...) 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. (...)
31. Maddə 372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri (...) 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
32. Maddə 384. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyətləri 384.0. Apellyasiya instansiyası məhkəməsi: (...). 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər (...)
33. Maddə 402. Kassasiya şikayəti vermə hüququ 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. (...)
Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri
34. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
35. Məhkəmə kollegiyası məruzəçi-hakimi dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
36. Belə ki, Əmək Məcəlləsinin 83-cü maddəsinin 2 və 3-cü hissələrinə əsasən əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. İşdən çıxan işçilərə əmək kitabçası əmək müqaviləsinə xitam verildiyi gün (sonuncu iş günü) verilir.
37. İddiaçı əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2022-ci il tarixli, 90/k saylı əmrdən də göründüyü kimi İddiaçı ilə bağlanılmış xxxxxxx000200 nömrəli əmək müqaviləsinə “Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68.2 nömrəli maddəsinin “a” - “tərəflərdən birinin təşəbbüsü” bəndinə əsasən xx.xx.2022-ci il tarixindən xitam verilməsi, işçinin xx.xx.2022-ci il tarixindən xx.xx.2022-ci il tarixinə qədər istifadə edilməmiş 5,25 məzuniyyət gününün son haqq-hesabının qanunverciliyə uyğun şəkildə hesablanıb ödənilməsi iqtisadiyyat, maliyyə və mühasibat uçotu şöbəsinə həvalə edilməsi, işçinin əmək kitabçasında lazımi qeydlərin aparılaraq özünə təhvil verilməsi əmr edilmişdir.
38. Buna baxmayaraq işçinin əmək kitabçası, işdən çıxarılma əmrinin surəti və son haqq hesab sənədləri müəssisə tərəfindən ona təqdim edilməmişdir.
39. İşdən görünür ki, MN № ******* saylı, 18 iyul 2023-cü il tarixli inzibati xəta haqqında protokola əsasən Cavabdeh MMC-də əmək müqaviləsinə xitam verilmiş İddiaçı son haqq-hesabının (əmək və məzuniyyət haqları) hesablanıb ödənilməsində qanun pozuntularına yol verildiyindən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 83.2-ci və 172.4-cü maddələrinin tələbləri pozulmuşdur. İşçinin son haqq-hesabı tam məbləğdə və işdən çıxdığı sonuncu iş günü ödənilməmişdir. Nəticədə müəssisənin direktoru tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir.
40. İşdə olan MN № ******* saylı, xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, müəssisənin direktoru tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədildiyindən onun barəsində 800 manat cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir.
41. İşin mübahisəsiz halı ondan ibarətdir ki, xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək əmək kitabçası cavabdeh tərəfindən iddiaçıya təqdim edilməmişdir.
42. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydalarının təsdiq edilməsi barədə” 26 dekabr 1996-cı il tarixli, 186 saylı Qərarının 6-cı bəndinə görə, 6.1. İşdən çıxan işçilərə əmək kitabçası fərdi əmək müqaviləsi xitam oldunduğu gün (sonuncu iş günü) verilir. 6.2. İşdən çıxan gün işçinin işdə olmadığı hallarda işəgötürən həmin gün, poçt vasitəsilə ona bildiriş göndərir. Əmək kitabçasının poçt vasitəsilə göndərilməsinə yalnız işdən çıxan işçinin razılığı ilə yol verilir. 6.3. İşçi vəfat etdikdə əmək kitabçası onun ailə üzvlərinə verilir və yaxud onların tələbi ilə poçt vasitəsilə göndərilir.
43. İşdən aydın olur ki, iddiaçının əmək kitabçası, işdən çıxarılma əmrinin surəti və son haqq-hesab sənədləri qanunla müəyyən edilmiş müddətdə müəssisə tərəfindən ona təqdim edilməmişdir. Əmək kitabçası isə iddiaçıya xx.xx.2023-cü il tarixində təqdim edilmişdir.
44. Əmək Məcəlləsinin 172-ci maddəsinin 6-cı bəndinə əsasən, işçinin əmək kitabçasının bu Məcəllənin 87-ci maddəsinin üçüncü hissəsi ilə müəyyən edilmiş vaxtda verilməsi işəgötürənin təqsiri üzündən ləngidildikdə, işçiyə işə düzələ bilmədiyi bütün müddət üçün orta əmək haqqı ödənilməlidir.
45. Birinci instansiya məhkəməsi cavabdeh tərəfin etirazına əsasən həmçinin qeyd etmişdir ki, işçi işdən çıxdıqdan sonra başqa işə qəbul olunması ilə bağlı yazılı ərizə təqdim etsə belə, hər hansı bir müəssisə tərəfindən onun əmək kitabçasının təqdim edilməməsi ilə bağlı işə qəbul oluna bilməməsi barədə arayış verilməsi nəzərdə tutulmamışdır.
46. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi barədə gəldiyi hüquqi nəticə qanuni və əsaslı olmuşdur.
47. Cavabdeh tərəf iddiaçının əmək kitabçasının işdən çıxan gün ona verilməsinin son haqq-hesabının obyektiv səbəblərdən aparıla bilinməməsi üzündən mümkün olmadığını, tərəflərindən iddiaçı ilə dəfələrlə telefon əlaqəsi yaradılaraq ona əmək kitabçasını gəlib götürməsi təklif olunsa da, iddiaçının qərəzli şəkildə gəlib kitabçasını götürmədiyini, əmək kitabçasını gəlib götürməsi üçün cavabdehə yazılı bildirişin üzürlü səbəblərdən göndərilməməsini göstərsə də, məhkəməyə bu barədə mötəbər sübut təqdim edə bilməmişdir.
48. Nəzərə almaq lazımdır ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
49. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübut etmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər.
50. Beləliklə, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas deyildir.
51. Göstərilən halları nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarına düzgün istinad etmişdir ki, bu da Azərbaycan Respublikası MPM-in 384.0.1-ci maddəsinə görə məhkəmə qətnaməsinin apellyasiya qaydasında baxıldıqda dəyişdirmədən, apellyasiya şikayətini təmin etmədən saxlanması üçün əsasdır.
52. MPM-in 402.1-ci maddəsinə əsasən, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
53. Məhkəmə iclasında işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilmişdir ki, iddiaçının xx.xx.2022 - xx.xx.2023-cü il tarixləri arasındakı müddət üçün tələb etdiyi orta əmək haqqının məbləği beş min manatdan azdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(060)-323/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.