Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-862/2021 10.02.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Telman Osman oğlu Quliyev (sədrlik edən və məruzəçi), Gülnarə Fikrət qızı Tağızadə və Lətifə Məhyəddin qızı Məmmədovadan ibarət tərkibdə, məhkəmə katibi X19, iddiaçı Shahini MirMahdi MirHossein, cavabdeh X8 iştirakı ilə Abşeron Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(012)-2686/2020 saylı qətnaməsindən iddiaçı M.M.Shahinin verdiyi apelyasiya şikayəti üzrə işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : Abşeron Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(012)-2686/2020 saylı qətnaməsi ilə (hakim C.İ.Səfiyeva) iddiaçı Shahini MirMahdi MirHosseinin cavabdeh X12 qarşı alqı-satqı müqaviləsinin bağlanılmış hesab edilməsi tələbinə dair iddia ərizəsi təmin edilməmişdir. İddiaçı M.M.Shahini apelyasiya şikayəti verib, Abşeron Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(012)-2686/2020 saylı qətnaməsinin ləğv edilib, iddianın təmin edilməsini xahiş etmişdir. İŞİN HALLARİ: İddiaçı Shahini MirMahdi MirHossein iddia ərizəsi ilə məhkəməyə müraciət edərək tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə aralarında olan rəsmi nikah Abşeron Rayon Məhkəməsinin xx xxxxxxxx 2006-cı il tarixli, 2(012)-438/2006 saylı qətnaməsi ilə pozulmuşdur. 2006-cı ildə Abşeron Rayon Məhkəməsinin 2(012)-319/2006 saylı və 2(012)-319/2006 saylı qətnamələrə əsasən birgə nikah dövründə əldə etdikləri mülkiyyət hər birinə ½ hissə pay olmaqla bölünmüş və həmin qətnamələr icra edilmişdir. Cavabdeh məhkəmə qətnaməsi əsasında ona verilmiş ½ hissədə olan payını xx xxxx 2007-ci il tarixdə Daşınmaz Əmlakın ******* saylı alqı-satqı müqaviləsi əsasında nağd ödəmə yolu ilə ona satmışdır. O, Abşeron rayonu, Novxanı kəndi ərazisində yerləşən 0,0134 ha torpaq sahəsini Cavabdeh xx xxxx 2007-ci il tarixində 5000 (beş min) ABŞ dolları məbləğində pul vəsaiti ödəməklə almışdır. Sözügedən torpaq sahəsinin cavabdeh tərəfindən ona satılmasına əsas səbəb həmin sahənin birgə nikah dövründə əldə etdikləri Abşeron rayonu, Novxanı kəndi bağlar ərazisi, 528 nömrəli bağın bir hissəsi olmasıdır. Mübahisə predmeti olan 0,0134 ha torpaq sahəsi istifadələrində olan torpaq sahəsi olmuş və xx xxxx 2007-ci il tarixdə Cavabdeh adına **********538 reyestr nömrəsi ilə çıxarış verilmiş, eyni vaxtda torpağın alqı-satqısının həyata keçirilməsi üçün xx xxxx 2007-ci il tarixində Forma 1 (yüklülük) barədə arayış verilmişdir. xx xxxx 2007-ci il tarixdə 0,0134 ha torpaq sahəsini alqı-satqı yolu ilə almaq üçün cavabdehlə Abşeron rayon 1 saylı Dövlət Notariat Kontoruna müraciət etmişlər, lakin o, xarici ölkə vətəndaşı olduğundan Azərbaycan Respublikası qanunvericiliyinə əsasən həmin torpaq sahəsi onun mülkiyyətinə verilə bilməməsi deyilmişdir. Ona görə də, cavabdeh tərəfindən həmin notariat kontorunda xx xxxx 2037-ci il tarixinədək olan müddətə ona etibarnamə vermişdir. Eləcə də, cavabdeh xx xxxx 2007-ci il tarixdə öz xətti ilə Abşeron rayon 1 saylı Dövlət Notariat Kontorunda ərizə yazaraq, torpaq sahəsini ona satdığını və torpağı ona satdıqdan sonra heç bir iddia və tələbi olmaması barədə qeyd etmişdir. Miqrasiya haqqında qanunvericiliyin tələblərini pozduğu üçün xx xxxxxx 2012-ci il tarixdə Azərbaycan Respublikası ərazisindən inzibati qaydada çıxarılmışdır. Cavabdeh isə onun ölkə hüdudlarında kənarda olmağından sui-istifadə edərək xx xxxxx 2012-ci il tarixdə ona verdiyi etibarnaməni ləğv etdirmişdir. Etibarnamənin ləğv olunmasından o, xx xxxx 2020-ci il tarixdə xəbəri olmuşdur. Ona görə də, Cavabdeh ilə aralarında Abşeron rayonu, Novxanı kəndinidə yerləşən 0,0134 ha torpaq sahəsinə dair alqı-satqı müqaviləsinin bağlanmış hesab olunmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ PROSES İŞTİRAKÇİLARİNİN İZAHAT İ: İddiaçı M.M.Shahini apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, Abşeron Rayon Məhkəməsi xx xxxxxxxx 2020-ci il tarixli qətnaməni qəbul edərkən maddi və prosessual hüquq normalarının tələbləri pozulmuş və iş faktiki hallarına düzgün huquqi qiymət verilməmişdir. Belə ki, birinci instansiya məhkəməsində çıxışlarında sözügedən torpaq sahəsinin onun istifadəsinə verilməsini tələb etsə də, məhkəmə onun çıxışına hüquqi qiymət verməmişdir. Ona görə də, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək, iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iddiaçı M.M.Shahini apelyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında cavabdeh D.G.Abdulova apelyasiya şikayətinin dəlillərinə etiraz edib birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını və apelyasiya şikayətlərinin dəlillərini araşdıraraq aşağıda göstərilən əsaslara görə hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan xx xxxxxx 2007-ci il tarixli Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən MH seriyalı, ******* №-li çıxarışdan müəyyən edilir ki, ünvan 1i ünvanında yerləşən 0,0134 ha torpaq sahəsi Cavabdeh adına daşınmaz əmlakın dövlət reyestrində 37 nömrəli reyestr kitabının 55 nömrəli vərəqində **********38 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. xx xxxxxx 2020-ci il tarixli Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən çıxarışdan müəyyən edilir ki, Abşeron rayon, Novxanı bağlar ərazisi, 528 №-li bağ sahəsi ünvanında yerləşən, ümumi sahəsi 97.1 kv.m olan bağ evi İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 1 nömrəli reyestr kitabının 61 nömrəli vərəqində **********11-11301 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. ƏN-İ seriyalı, 097903 №-li “Etibarnamə”dən görünür ki, Cavabdeh X9 30 il müddətinə, yəni xx xxxx 2037-ci il tarixədək Abşeron rayonu, Novxanı kəndi ərazisində yerləşən 0,0134 ha torpaq sahəsi üzərində hər hansı bir hərəkətlər (sərəncam vermək, satmaq, bağışlamaq və s.) etməyi etibar edir. Cavabdeh xx xxxx 2007-ci il tarixli ərizəsindən görünür ki, Cavabdeh DƏDRX-nin Abşeron rayonu Ərazi İdarəsi tərəfindən xx xxxx 2007-ci il tarixdə verilmiş ********* saylı qeydiyyat nömrəli çıxarışa əsasən Abşeron rayonu Novxanı kəndində yerləşən 0,0134 ha torpaq sahəsini X2 və satdığı torpaq sahəsinə dair heç bir iddiası və tələbi olmayacağını qeyd etmişdir. Abşeron Rayon Məhkəməsinin xx xxxxxxxx 2006-cı il tarixli, 2(012)-438/2006 saylı qətnaməsi ilə müəyyən olur ki, X14 və X23 arasında xx xxxx 1994-cü il Bakı şəhəri Səadət sarayında bağlanmış nikahın pozulması, xx xxxx 1995-ci il təvəllüdlü X18 və xx xxxxxx 1999cu il təvəllüdlü X15 anaları X16 yanında qalmaları müəyyən edilməsi və X10 xx xxxx 1995ci il təvəllüdlü X26 və xx xxxxxx 1999-cu il təvəllüdlü X24 ilə hər həftənin şənbə və bazar günləri saat 14:00-dan 19:00-dək ünsiyyətdə olmaq hüququnun verilməsi qət edilmişdir. Abşeron Rayon Məhkəməsinin xx xxxx 2006-cı il tarixli, 2(012)-320/2006 saylı qətnaməsi ilə X3 rayonu, Novxanı bağları ərazisindəki 528 saylı bağ sahəsində inşa edilmiş üç otaqlı fərdi yaşayış evinə və Abşeron rayonu, Xırdalan qəsəbəsi, 28-ci məhəllədə yerləşən 6 saylı binanın qarşısında inşa edilmiş, 22 kv.m ölçüdə mağazaya ərizəçi tərəfindən mülkiyyət hüququ üzrə sahiblik, onlardan istifadə etmək və onlar barəsində sərəncam vermək faktının müəyyən edilməsi, həmin fərdi yaşayış evinin və mağazanın hər birinin yarısının daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququ əsasında ərizəçinin adına qeydə alınması barədə ərizə ilə müraciət etmiş və əriəsi təmin edilərək, Abşeron rayonu, Novxanı bağları ərazisindəki 528 saylı bağ sahəsində inşa edilmiş üç otaqlı fərdi yaşayış evinə və Abşeron rayonu, Xırdalan qəsəbəsi, 28-ci məhəllədə yerləşən 6 saylı binanın qarşısında inşa edilmiş, 22 kv.m ölçüdə mağazaya X14 və X23 tərəfindən mülkiyyət hüququ üzrə sahiblik, onlardan istifadə etmək və onlar barəsində sərəncam vermək faktının müəyyən edilməsi və Daşınmaz əmlakın dövlət reyestrində Abşeron rayonu, Novxanı bağları ərazisindəki 528 saylı bağ sahəsində inşa edilmiş üç otaqlı fərdi yaşayış evinə və Abşeron rayonu, Xırdalan qəsəbəsi, 28-ci məhəllədə yerləşən 6 saylı binanın qarşısında inşa edilmiş, 22 kv.m ölçüdə mağazanın hər birinin yarısı mülkiyyət hüququ əsasında X6, hər birinin digər yarısı X16 adına qeydə alınması qət edimişdir. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Abşeron Rayon Şöbəsinin xx xxx 2007-ci il tarixli, 4062 saylı məktubundan görünür ki, Azərbaycan Respublikası Torpaq Məcəlləsinə, “Torpaq İslahatı haqqında”, “Torpaq bazarı haqqında” Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar 534 saylı fərmanı ilə təsdiq edilmiş, “Torpaq alqısatqı qaydalarına” və Respublika Nazirlər Kabinetinin xx xxxx 1998-ci il tarixli 158 №-li Qərarına müvafiq olaraq Novxanı Bələdiyyəsinin xx xxxxx 2007-ci il tarixli 06 saylı qərarı ilə bağ evi tikmək məqsədilə X9 0,0134 ha torpaq sahəsi satılmış və X9 Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Abşeron Rayon Şöbəsinin arayışına əsasən torpağın dəyərini Novxanı bələdiyyəsinin kapital Bankının **********0 saylı hesabına əvvəlcədən 150 manat ödəmiş və Abşeron rayon Torpaq və Xəritəçəkmə şöbəsində “Torpaqların alqı-satqısına dair” akt tərtib edilmişdir. Abşeron rayon X22 xx xxx 2007-ci il tarixli, 08 saylı iclasının qərarından çıxarışdan görünür ki, vətəndaş X9 bələdiyyənin inzibati ərazisi olan bağlar massivində bağ evi tikmək üçün 0,0134 hektar torpaq sahəsinin satılması və s. qərara alınmışdır. “Torpaqların alqı-satqısı qaydalarına”na dair Aktdan görünür ki, X4 rayonu, Novxanı kəndi bələdiyyə orqanına xx xxx 2007-ci il tarixdə torpaq sahəsi almaq barədə müraciət etmiş və ərizəyə bələdiyyə orqanının iclasında baxılaraq, Abşeron rayonu, Novxanı bələdiyyə ərazisində 0,0134 ha torpaq sahəsinin satılması barədə xx xxx 2007ci il tarixli 08 №-li qərar qəbul edilmişdir. Bunun müqabilində X17 tərəfindən Abşeron rayon Kapital Bankının **********0 saylı hesabına əvvəlcədən 150 manat pul ödəmişdir. xx xxxx 2007-ci il tarixli AN-İ № ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, Abulova X20 rayonu, Novxanı kəndində yerləşən 0,05 ha torpaq sahəsində yaşayış sahəsi 76,9 kv.m, yardımçı sahəsi 20,2 kv.m olan 3 otaqlı bağ evini 12825 manata X1. Məhkəmə kollegiyasının araşdırması zamanı müəyyən olundu ki, iddiaçı Shahini Mırmahdı Cavabdeh arasında Abşeron rayonu, Novxanı kəndində yerləşən 0,0134 ha torpaq sahəsinin satılmasına dair alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsini xahiş edir. O, iddia edir ki, mübahisə predmeti olan 0,0134 ha torpaq sahəsi istifadələrində olan torpaq sahəsi olmuş və xx xxxx 2007-ci il tarixdə Cavabdeh adına **********538 reyestr nömrəsi ilə çıxarış verilmiş, eyni vaxtda torpağın alqı-satqısının həyata keçirilməsi üçün xx xxxx 2007-ci il tarixində Forma 1 (yüklülük) barədə arayış verilmişdir. xx xxxx 2007-ci il tarixdə 0,0134 ha torpaq sahəsini alqı-satqı yolu ilə almaq üçün cavabdehlə Abşeron rayon 1 saylı Dövlət Notariat Kontoruna müraciət etmişlər, lakin o, xarici ölkə vətəndaşı olduğundan Azərbaycan Respublikası qanunvericiliyinə əsasən həmin torpaq sahəsi onun mülkiyyətinə verilə bilməməsi deyilmişdir. Ona görə də, cavabdeh tərəfindən həmin notariat kontorunda xx xxxx 2037-ci il tarixinədək olan müddətə ona etibarnamə vermişdir. Eləcə də, cavabdeh xx xxxx 2007-ci il tarixdə öz xətti ilə Abşeron rayon 1 saylı Dövlət notariat kontorunda ərizə yazaraq, torpaq sahəsini ona satdığını və torpağı ona satdıqdan sonra heç bir iddia və tələbi olmaması barədə qeyd etmişdir. Miqrasiya haqqında qanunvericiliyin tələblərini pozduğu üçün 05 fevral 2012-ci il tarixdə Azərbaycan Respublikası ərazisindən inzibati qaydada çıxarılmışdır. Cavabdeh isə onun ölkə hüdudlarında kənarda olmağından sui-istifadə edərək xx xxxxx 2012-ci il tarixdə ona verdiyi etibarnaməni ləğv etdirmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 325.1-ci maddəsinə əsasən başqa tərəfin qəbul etməsi tələb olunan iradə ifadəsi başqa tərəfə çatdığı andan etibarlı olur. Qeyd edilən maddələrin birbaşa tələbindən görünür ki, əqdin etibarlılığı tərəf və ya tərəflərin iradə ifadəsindən asılıdır. Qeyd edilənlərdən göründüyü kimi əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir Əqdin etibarlı olması üçün Mülki Məcəllə ilə müəyyənləşdirilmiş formaya riayət edilməsi zəruridir. Bu məcəllədə göstərilmiş hallarda əqdlərin notariat qaydasında təsdiqlənməsi məcburidir. Daşınmaz əşyaların (o cümlədən yaşayış mənzilinin) alqı-satqısı haqqında müqavilə yazılı formada bağlandıqda və notariat qaydasında təsdiqləndikdə etibarlı sayılır. Əqdin notariat qaydasında təsdiqlənməsi Mülki Məcəllənin 331-ci maddəsinin tələblərinə uyğun gələn sənəddə notariusun və ya bu cür notarial hərəkəti yerinə yetirməyə hüququ çatan digər vəzifəli şəxsin təsdiqləyici qeyd etməsi yolu ilə həyata keçirilir. Birinci instansiya məhkəməsi iddia ərizəsini təmin etməkdən imtina etdikdə hesab etmişdir ki, cavabdeh tərəfindən mübahisəli torpaq sahəsi ilə bağlı notariat kontorunda xx xxxx 2037-ci il tarixinədək olan müddətə iddiaçıya etibarnamə verilsə də, xx xxxxx 2012-ci il tarixdə ona verdiyi etibarnaməni cavabdeh ləğv etdirmiş, yəni artıq cavabdeh bu fikrindən vaz keçmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə, həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. X32 Məhkəməsi "X7rşı” qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq “affirmanti, non neganti, incumbit probatio” (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilir (bax, Makhmudov v. Russia, No. 35082/04, xx xxxx 2007-ci il, § 68). Eyni zamanda "Qavazov Bolqarıstana qarşı" iş üzrə xx xxxx 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, məhkəmə sübutları qiymətləndirərkən, bir qayda olaraq "əsaslı şübhədən kənar" sübut standartları tətbiq edilir (bax, Gavazov v. Bulgaria, No. 54659/00, xx xxxx 2008-ci il, § 93). Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. Avropa Məhkəməsinin istifadə etdiyi standart və prinsipləri, habelə mülki prosessual qanunvericiliyin sübutetmə ilə bağlı müddəalarının hazırkı işə tətbiqi baxımından görünür ki, cavabdeh tərəfindən tutarlı əsas gətirilmədən, borcun iddiaçının günahı ucbatından yaranması sübut edilə bilməmişdir və hər hansı mötəbər sübutlar məhkəməyə təqdim edilməmişdir. Məhkəmə kollegiyası, sadalanan hüquq normalarına və işin faktiki hallarına əsasən hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır və bu dəlillər birinci instansiya məhkəməsinin qanuni və əsaslı qətnaməsinin ləğvi üçün əsas ola bilməz. İddiaçı M.M.Shahini apelyasiya şikayətinin dəlillərini təsdiq edən və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib, iddianın təmin olunmasına dair heç bir sübut təqdim edə bilməmiş və həmin halları sübuta yetirə bilməmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, apelyasiya şikayətinin dəlilləri əsassız olub, başqa sübutlarla öz təsdiqini tapmamış və toplanmış sübutlarla təkzib olunmuşdur. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə hesab edir ki, birinci instansiya məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir ki, bu da Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinə görə məhkəmə qətnaməsinin apelyasiya qaydasında dəyişdirilmədən, apelyasiya şikayətinin isə təmin edilmədən saxlanması üçün əsasdır. Ona görə də apelyasiya şikayəti təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392-393, 402- 403 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı M.M.Shahinin verdiyi apelyasiya şikayəti təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(012)-2686/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apelyasiya instansiya məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Telman Quliyev Hakimlər: Gülnarə Tağızadə Lətifə Məmmədova
Məhkəmə qərarları › İş №2(105)-862/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-862/2021
10.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Torpaq üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver