Məhkəmə qərarları › İş №2(105)-866/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-866/2021

06.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Torpaq üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-866/2021 06.04.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri: Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi hakim), Quliyev Telman Osman oğlu və Tağızadə Gülnarə Fikrət qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimova Leyla Yusub qızının katibliyi ilə, İddiaçı, iddiaçının vəkili Vəkil, Cavabdeh1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh7 qarşı alqı-satqı müqavilələrinin, çıxarışların etibarsız hesab edilməsi, torpaq sahəsinin boşaldılması, torpağa mülkiyyət hüququna dair sənədin verilməsi tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 2(012)-333/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında apelyasiya qaydasında baxaraq MÜƏYYƏN ETDİ: Abşeron Rayon Məhkəməsinin 2(012)-333/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir (hakim C.İ.Səfiyeva). Qətnamədən İddiaçı apelyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi, iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İŞİN H A L L A R İ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh7 qarşı alqı-satqı müqavilələrinin, çıxarışların etibarsız hesab edilməsi, torpaq sahəsinin boşaldılması, torpağa mülkiyyət hüququna dair sənədin verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Abşeron rayon İcra Hakimiyyəti Başçısının Saray qəsəbəsi üzrə nümayəndəsinin xx xxxxxx 1999-cu il tarixli qərarı ilə Saray qəsəbəsi ərazisində “vətəndaşların mənzil şəraitinin yaxşılaşdırılması məqsədi ilə” ona ayrılmış 0.20 ha torpaq sahəsindən cavabdehlərin çıxarılması, Cavabdeh2 verilmiş xx.xx.2016-cı il tarixli ********** qeydiyyat nömrəli və mülkiyyətində olan 0,231898 ha torpaq sahəsinə dair çıxarışın, Cavabdeh2 ilə Cavabdeh3 arasında bağlanmış və Abşeron rayonu 2 saylı Notariat kontorunda təsdiq edilmiş AN-İ seriyalı 20484986 nömrəli alqı-satqı müqaviləsinin və bunun əsasında verilmiş RX seriyalı ******* saylı, xx.xx.2015-cı il tarixli ********** qeydiyyat nömrəli çıxarışın, Cavabdeh2 ilə Cavabdeh4ı Mehman oğlu arasında bağlanmış və Abşeron rayonu 2 saylı Notariat kontorunda təsdiq edilmiş AN-İ seriyalı ******* nömrəli alqı-satqı müqaviləsinin və Cavabdeh4 verilmiş xx.xx.2015-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışın, Cavabdeh2 ilə Cavabdeh5 arasında bağlanmış və Abşeron rayonu 2 saylı Notariat kontorunda təsdiq edilmiş AN-İ seriyalı ******* nömrəli alqı-satqı müqaviləsinin və Cavabdeh5 verilmiş RX seriyalı ******* saylı, xx.xx.2015-ci il tarixli - ********** qeydiyyat nömrəli çıxarışın və RX seriyalı ******* saylı çıxarışların, Cavabdeh6 verilmiş RX seriyalı, ******* saylı, xx.xx.2014-cü il tarixli ********** qeydiyyat nömrəli çıxarışın, Cavabdeh7 verilmiş RX seriyalı, ******* saylı, xx.xx.2014-cü il tarixli ********** qeydiyyat nömrəli çıxarışın; onun torpağına aid hissədə qismən etibarsız hesab edilmələri, torpaq sahəsinin boşaldılaraq ona təhvil verilməsi və bu torpaq sahəsinə mülkiyyət hüququna dair çıxarışın verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. A P E L Y A S İ Y A Ş İ K A Y Ə T İ N İ N D Ə L İ L L Ə R İ və PROSES İŞTİRAKÇİLARİNİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında İddiaçı apelyasiya şikayətini onunla əsaslandırdı ki, Abşeron rayon İcra Hakimiyyəti Başçısının Saray qəsəbəsi üzrə nümayəndəsinin xx xxxxxx 1999-cu il tarixli qərarı ilə Saray qəsəbəsi ərazisində «vətəndaşların mənzil şəraitinin yaxşılaşdırılması məqsədi ilə» ona 0,20 ha torpaq sahəsi ayrılmışdır. Həmin torpaq sahəsinin plan və ölçüsünün hazırlanması üçün həmin vaxt fəaliyyət göstərən Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Abşeron rayon Şöbəsinə müraciətinə imtina olunduğundan Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək Abşeron rayon İcra Hakimiyyəti Başçısının Saray qəsəbəsi üzrə nümayəndəsinin xx xxxxxx 1999-cu il tarixli qərarı ilə Saray qəsəbəsi ərazisində «vətəndaşların mənzil şəraitinin yaxşılaşdırılması məqsədi ilə» ona 0,20 ha torpaq sahəsinin plan və ölçüsünün hazırlanması öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsin 2-1 (85)-615/2013 saylı xx xxxxxx 2013-cü il tarixli qərarı ilə iddia tələbi təmin edilərək, Abşeron rayon İcra Hakimiyyəti Başçısının Saray qəsəbəsi üzrə nümayəndəsinin xx xxxxxx 1999-cu il tarixli sərəncamına əsasən vətəndaşların mənzil şəraitinin yaxşılaşdırılması məqsədi ilə ona ayrılmış torpaq sahəsinin plan və ölçüsünün verilməsi öhdəliyi Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Abşeron rayon şöbəsinin üzərinə qoyulmuşdur. 2013-cü ildə bu qərar qanuni qüvvəsini almışdır. Qərarın icrası ilə bağlı Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Abşeron rayon X9 və Xəritəçəkmə Komitəsinin xx.xx.2014-cü il tarixli, 896 saylı məktubunda göstərilmişdir ki, İddiaçı istifadə etdiyi 0,20 ha torpaq sahəsi naturada JN-2643 və JN-2300 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktları olan torpaq sahələri ilə üst-üstə düşmür (hansı ki, bu əsasla cavabdeh ərizənin icrasından imtina etmişdir) və odur ki, İddiaçı istifadə etdiyi 0,20 ha torpaq sahəsinə «Torpaq sahəsinin planı və ölçüsü»nün verilməsinə Dövlət Torpaq və Kadastrı və Monitorinqi Elmi- İstehsalat Mərkəzinə göstəriş verilməsi tövsüyyə olunmuşdur. Torpaq sahəsi isə sonradan cavabdeh X6 tərəfindən zəbt edilmişdir. Göründüyü kimi, qeyd olunan torpaq sahəsinə münasibətdə ona həmin torpaq sahəsinə «torpaq sahəsinin plan və ölçüsünün» verilməsi öhdəliyi Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Abşeron rayon Şöbəsinin üzərinə qoyulmuşdur və həmin qərarda qanuni qüvvəsini almışdır. Bu hissədə artıq qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi olduğundan ona məxsus torpaq sahəsinin kadastr məlumat bazasının olmaması ilə bağlı qətnamədə göstərilənlər tamamilə əsassızdır. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsin 2-1 (85)-615/2013 saylı, xx xxxxxx 2013-cü il tarixli qərarı qanuni qüvvəsini aldığından, bundan sonra digər şəxslərə həmin sahə ilə çıxarışların verilməsi tamamilə qanunsuz və əsassız olmuşdur. Qətnamədə göstərilir ki, Cavabdeh2 münasibətdə çıxarışın verilməsinə dair sənədlər mübahisələndirilmədiyindən iddia tələbi bu hissədə təmin edilə bilməz və digər hissə isə Cavabdeh2 mübahisələndirilən torpaq sahəsinin alqı-satqısı ilə bağlı olduğundan həmin hissədə də iddia tələbi təmin edilə bilməz. Cavabdeh2 qeyd olunan torpaq sahəsinə qanunsuz olaraq çıxarış verildiyindən məhz həmin çıxarışın etibarsız hesab edilməsi tələb olunmuşdur və bu çıxarışın verilməsi hər hansı alqı-satqı müqaviləsinə əsaslanmamışdır. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsin 2-1 (85)- 615/2013 saylı, xx xxxxxx 2013-cü il tarixli qərarı ilə torpaq sahəsinin plan və ölçüsünün verilməsi öhdəliyi Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Abşeron rayon Şöbəsinin üzərinə öhdəjik qoyulmuş və həmin qərar da qanuni qüvvəsini aldığından, Azərbaycan Respublikası X10 Komitəsinin yanında DƏDRX-nin 4 saylı Ərazi İdarəsi tərəfindən Cavabdeh2 torpaq sahəsi ilə bağlı çıxarışın verilməsi qanunsuz olmuşdur. Digər çıxarış verilmiş cavabdehlərə münasibətdə isə ümumiyyətlə ona ayrılmış olan torpaq sahəsinə «torpaq sahəsinin plan və ölçüsünün» verilməsi öhdəliyi Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Abşeron rayon Şöbəsinə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsin 2-1 (85)-615/2013 saylı xx xxxxxx 2013- cü il tarixli qərarı ilə həvalə edildiyindən və bu qərar qanuni qüvvəsini aldığından, cavabdah Cavabdeh2 torpaq sahəsi ilə bağlı verilmiş çıxarış, bu çıxarışın verilməsi üçün əsas olmuş sənədlər mübahisələndirilmədən belə etibarsız hesab edilməli idi. Belə olan halda məhkəmə Cavabdeh2 çıxarış verilməsi üçün əsas olmuş sənədləri vermiş müvafiq orqanları öz təşəbbüsü ilə işə cavabdeh tərəfindən 3-cü şəxs kimi tələb etməli idi. Çünki mübahisələndirilən torpaq sahəsi ilə bağlı artıq Sumqayıt İnzibati-İqtisadi Məhkəməsin 2-1 (85)-615/2013 saylı xx xxxxxx 2013-cü il tarixli qərarı ilə Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Abşeron rayon Şöbəsinin üzərinə torpaq sahəsinə «torpaq sahəsinin plan və ölçüsünün» verilməsi öhdəliyi qoyulmuş, həmin qərar qanuni qüvvəsini almış və Azərbaycan Respublikası X10 Komitəsinin yanında DƏDRX-nin 4 saylı Ərazi İdarəsi öz hüququndan sui-istifadə edərək qərarı icra etməmiş və növbəti qanunsuzluğa yol verərək mübahisəli torpaq sahəsinin sahibi olduğu halda, bu sahələrə cavabdehlərə çıxarış vermişdir. Məhkəmə qətnamədə daha sonra digər cavabdeh X5 münasibətdə qeyd etmişdir ki, Abşeron rayon İcra Hakimiyyəti Başçısının Saray qəsəbəsi üzrə 07.10. 1999-cu il tarixli 35 saylı sərəncamı ona verilən sərəncamdan əvvəl verildiyini nəzərə alaraq iddia X5 münasibətdə əsassızdır. Lakin, qeyd etdiyi kimi, mübahisələndirilən torpaq sahəsinə münasibətdə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsin 2-1(85)- 615/2013 saylı, xx xxxxxx 2013-cü il tarixli qərarı qanuni qüvvəsini almışdır ki, bu halda mübahisəsizdir. X3 həmin qərardan narazı idisə bu qərarı mübahisələndirə bilərdi və bunu etməmişdir. Qeyd olunanlara əsasən apelyasiya şikayətinin təmin edilməsini, Abşeron Rayon Məhkəməsinin 2(012)-333/2020 saylı, xx xxxxxxx 2020-ci il tarixli qətnməsinin ləğv edilməsini və iddianın tam təmin olunmasına dair yeni qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə kollegiyasının iclasında iddiaçının vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək onun təmin edilməsini, Abşeron Rayon Məhkəməsinin 2(012)-333/2020 saylı, xx xxxxxxx 2020-ci il tarixli qətnməsinin ləğv edilməsini və iddianın tam təmin olunmasına dair yeni qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə kollegiyasının iclasında Cavabdeh1 apelyasiya şikayətinə etiraz edərək göstərdi ki, Abşeron rayon İcra Hakimiyyəti Başçısının Saray qəsəbəsi üzrə nümayəndəsi xx xxxxxx 1999-cu il tarixdə hər hansı bir məqsədlə vətəndaşa torpaq sahəsi ayıra bilməz, çünki qanunla belə səlahiyyəti yoxdur.Bu şəbədən iddiaçı M.K. Səmədova hər hansı torpaq sahəsinin ayrılması qeyri- mükündür. Bundan başqa iddiaçı hansı imtiyaza sahibdir ki, birdən ona 0,20 ha. torpaq sahəsi ayrılıb, qanunvericiliyə görə hətta imtiyazları olsaydı belə iddiaçıya yalnız rayon İcra Hakimiyyəti Başçısının müvafiq sərəncamı ilə 0.6 ha.torpaq sahəsi ayrıla bilərdi. Bildirir ki, iddiaçının iddia etdiyi torpaq sahəsi hələ 1990- 1992- ci illər ərzində Abşeron rayon XDS-nin müvafiq qərarı ilə Ceyranbatan Su kəmərlərinin İstismarı idarəsinin 40 işçisinə ayrılmış və işçilər fərdi yaşayış evləri inşa etmişlər.Belə olan halda iddiaçı 7 il sonra həmin torpaq sahəsinə Qəsəbə nümayəndəliyinin sərəncamını necə əldə edə bilərdi. İddiaçının məhkəməyə təqdim etdiyi 2-l(85)-615/2013 nömrəli, xx.xx.2013-cü il tarixli Sumqayıt İnzibati-İqtisadi məhkəməsinin qərarı mübahisəli və hüquqa ziddir. Çünki qərarla Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin üzərinə həmin torpaq sahəsinin plan və ölçüsün çıxarılması vəzifəsi qoyulmuşdur. Torpağın Plan və ölçüsü torpağın döngə nöqtələrini müəyyən etmək üçün tərtib edilən texinki sənəd olsa da, hüquq müəyyənedici sənəd deyildir. Belə olan halda iddiaçı hansı hüquqla onunn xeyli xərc çəkib tikdirdiyi və hazırda yaşadığı evin sökülməsini və hətta torpağa dair çıxarış verilməsini tələb edir. Onu da qeyd edir ki, iddiaçı özbaşına məhkəmə qərarı olmadan onun daş hasarımı söküb və ona xeyli miqdarda maddi ziyan vurmuşdur. İddiaçı və torpağın plan və ölçüsünü tərtib edənlər onun torpağı sonradan zəbt etdiyini iddia edir. Halbuki o, iddiaçıdan bir il əvvəl həmin torpağa sərəcam almışdır və evini inşa edərək köçüb evdə yaşayır. İddiaçı onun torpaq sahəsini ələ keçirmək məqsədi ilə arxivdən saxta sərəncam və arayış almışdır, məhkəməyə müraciət edərək torpağa hüquqlar əldə etmək istəyir. Halbuki torpaq sahəsinin ayrılması qaydaları vardır.Torpaq sahəsinin ayrılması qaydasına görə ayrılan torpaq sahəsinin plan və ölçüsü çıxarılır, müvafiq rəy əldə edilir, sonra sərəncam və ya qərar verilir. Odur ki, apelyasiya şikayətinin təmin edilməməsi, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir. :P R O S E S S U A L M Ə S Ə L Ə L Ə R: İş üzrə cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh7 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə heç bir məlumat verilməmişdir. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə qeyd edilən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi hakimi, proses iştirakçılarının izahatını dinləyib, apelyasiya şikayətlərinin dəlillərini araşdırıb hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan Azərbaycan Respublikası X10 Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən RX seriyalı ******* №-li Çıxarışın surətindən görünür ki, Abşeron rayonu, Saray qəsəbəsi ünvanında yerləşən 0,02 ha torpaq sahəsinə xüsusi mülkiyyət hüququ Cavabdeh6 adına xx xxxxxxxx 2014-cü ildə Daşınmaz əmlakın dövlət reyestrində 668 nömrəli reyestr kitabının 95 nömrəli vərəqində qeydiyyata alınmışdır (********** qeydiyyat nömrəsi). İş materiallarında olan Azərbaycan Respublikası X10 Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi idarəsi tərəfindən verilmiş AA seriyalı, 026184 saylı torpaq sahəsinin plan və ölçüsündən müəyyən edilir ki, Abşeron rayonu, Saray qəsəbəsi ərazisində yerləşən reyestr nömrəsi **********42 olan 0,02 ha torpaq sahəsinin hüquqi sahibi Cavabdeh6dur. İş materiallarında olan AN-İ seriyalı ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsindən müəyyən edilir ki, Cavabdeh2 Abşeron rayonu, Saray qəsəbəsində yerləşən ümumi sahəsi 0,553898 ha olan torpaq sahəsinin 0,02 ha hissəsini 4000 (dörd min) manata Cavabdeh6 satmışdır. İş materiallarında olan Azərbaycan Respublikası X10 Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən RX seriyalı ******* saylı Çıxarışın surətindən görünür ki, Abşeron rayonu, Saray qəsəbəsi ünvanında yerləşən 0,03 ha torpaq sahəsinə xüsusi mülkiyyət hüququ Cavabdeh7 adına xx xxxxxxxx 2014-cü ildə Daşınmaz əmlakın dövlət reyestrində 664 nömrəli reyestr kitabının 38 nömrəli vərəqində qeydiyyata alınmışdır (********** qeydiyyat nömrəsi). İş materiallarında olan Azərbaycan Respublikası X10 Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi idarəsi tərəfindən verilmiş AA seriyalı, 025655 saylı torpaq sahəsinin plan və ölçüsündən müəyyən edilir ki, Abşeron rayonu, Saray qəsəbəsi ərazisində yerləşən reyestr nömrəsi **********20 olan 0,03 ha torpaq sahəsinin hüquqi sahibi Cavabdeh7dur. İş materiallarında olan Azərbaycan Respublikası X10 Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən RX seriyalı ******* saylı Çıxarışın surətindən görünür ki, Abşeron rayonu, Saray qəsəbəsi ünvanında yerləşən 0,02 ha torpaq sahəsinə xüsusi mülkiyyət hüququ Cavabdeh5 adına xx xxxx 2015-ci ildə Daşınmaz əmlakın dövlət reyestrində 757 nömrəli reyestr kitabının 37 nömrəli vərəqində qeydiyyata alınmışdır (********** qeydiyyat nömrəsi). İş materiallarında olan Azərbaycan Respublikası X10 Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi idarəsi tərəfindən verilmiş AA seriyalı, 033959 №-li torpaq sahəsinin plan və ölçüsündən müəyyən edilir ki, Abşeron rayonu, Saray qəsəbəsi ərazisində yerləşən reyestr nömrəsi **********64 olan 0,02 ha torpaq sahəsinin hüquqi sahibi Cavabdeh5dur. İş materiallarında olan AN-İ seriyalı, ******* saylı daşınmaz əmlakın alqı-satqısı müqaviləsindən müəyyən edilir ki, Cavabdeh2 Abşeron rayonu, Saray qəsəbəsində yerləşən ümumi sahəsi 0,231898 ha olan torpaq sahəsinin 0,02 ha hissəsini 4000 (dörd min) manata Cavabdeh5 satmışdır. İş materiallarında olan Azərbaycan Respublikası X10 Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən RX seriyalı ******* №-li Çıxarışın surətindən görünür ki, Abşeron rayonu, Saray qəsəbəsi ünvanında yerləşən 0,025 ha torpaq sahəsinə xüsusi mülkiyyət hüququ Cavabdeh4 adına xx xxxxx 2015-ci ildə Daşınmaz əmlakın dövlət reyestrində 767 nömrəli reyestr kitabının 82 nömrəli vərəqində qeydiyyata alınmışdır (********** qeydiyyat nömrəsi). İş materiallarında olan Azərbaycan Respublikası X10 Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi idarəsi tərəfindən verilmiş AA seriyalı, 036434 saylı torpaq sahəsinin plan və ölçüsündən müəyyən edilir ki, Abşeron rayonu, Saray qəsəbəsi ərazisində yerləşən reyestr nömrəsi **********32 olan 0,025 ha torpaq sahəsinin hüquqi sahibi Cavabdeh4dur. İş materiallarında olan AN-İ seriyalı, ******* saylı daşınmaz əmlakın alqı-satqısı müqaviləsindən müəyyən edilir ki, Cavabdeh2 Abşeron rayonu, Saray qəsəbəsində yerləşən ümumi sahəsi 0,231898 ha olan torpaq sahəsinin 0,025 ha hissəsini 4000 (dörd min) manata Cavabdeh4, 0,231898 ha olan torpaqdan 0,02 ha torpaq sahəsini isə 3200 (üç min iki yüz) manata X1. İş materiallarında olan Azərbaycan Respublikası X10 Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* saylı Çıxarışın surətindən görünür ki, Abşeron rayonu, Saray qəsəbəsi ünvanında yerləşən 0,02 ha torpaq sahəsinə xüsusi mülkiyyət hüququ Cavabdeh3 adına xx xxxxxx 2015-ci ildə Daşınmaz əmlakın dövlət reyestrində 740 nömrəli reyestr kitabının 66 nömrəli vərəqində qeydiyyata alınmışdır (********** qeydiyyat nömrəsi). İş materiallarında olan Azərbaycan Respublikası X10 Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi idarəsi tərəfindən verilmiş AA seriyalı, 035423 saylı torpaq sahəsinin plan və ölçüsündən müəyyən edilir ki, Abşeron rayonu, Saray qəsəbəsi ərazisində yerləşən reyestr nömrəsi **********01 olan 0,02 ha torpaq sahəsinin hüquqi sahibi Cavabdeh3dur. İş materiallarında olan AN-İ seriyalı, ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsindən müəyyən edilir ki, Cavabdeh2 Abşeron rayonu, Saray qəsəbəsində yerləşən ümumi sahəsi 0,231898 ha olan torpaq sahəsinin 0,02 ha hissəsini 4000 (dörd min) manata Cavabdeh3 satmışdır. İş materiallarında olan Azərbaycan Respublikası X10 Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən RX seriyalı ******* №-li Çıxarışın surətindən görünür ki, Abşeron rayonu, Saray qəsəbəsi ünvanında yerləşən 0,0545 ha torpaq sahəsinə xüsusi mülkiyyət hüququ Cavabdeh2 adına xx xxxx 2016-cı ildə Daşınmaz əmlakın dövlət reyestrində 868 nömrəli reyestr kitabının 61 nömrəli vərəqində qeydiyyata alınmışdır (********** qeydiyyat nömrəsi). İş materiallarında olan Azərbaycan Respublikası X10 Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi idarəsi tərəfindən verilmiş AA seriyalı, 079056 №-li torpaq sahəsinin plan və ölçüsündən müəyyən edilir ki, Abşeron rayonu, Saray qəsəbəsi ərazisində yerləşən reyestr nömrəsi **********60 olan 0,0545 ha torpaq sahəsinin hüquqi sahibi Cavabdeh2dur. İş materiallarında olan Abşeron Rayon İcra Hakimiyyəti başçısının Saray qəsəbə üzrə nümayəndəsinin xx xxxxxx 1999-cu il tarixli sərəncamından çıxarışın surətindən görünür ki, vətəndaşların mənzil şəraitinin yaxşılaşdırılması məqsədi ilə Saray qəsəbəsi ərazisində istifadəyə yararsız olan sahələrdən müstəsna hal kimi İddiaçı ona 0,20 ha torpaq sahəsinin ayrılması və ona həmin sahədə yaşayış evi tikməyə icazənin verilməsi qeyd olunmuşdur. İş materiallarında olan xx xxxx 2017-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, İddiaçı xx xxxx 2017-ci il tarixdə Abşeron Rayon Pİ-nə Abşeron rayonu Saray qəsəbəsində yerləşən ona məxsus 0.20 ha torpaq sahəsinin qonşuluqda yaşayan şəxslər tərəfindən zəbt edilərək hasarlanması barədə ərizə ilə müraciət etmiş, aparılan araşdırmalar nəticəsində məlum olmuşdur ki, X4 və Vəliyeva Həsən qızının əməlində cinayət tərkibi müəyyən edilməmişdir. İddiaçı, X4 və Cavabdeh1 torpaq sahələrinin sərhədlərinin müəyyən edilməsi, İddiaçı X2 və Cavabdeh1 torpaq sahəsinin boşaldılaraq ona qaytarılması ilə bağlı tələbi mülki hüquq kateqoriyasına aid olduğu üçün əməldə cinayət tərkibinin əlamətləri olmadığından cinayət işinin başlanılması rədd edilmiş və İddiaçı tələbi ilə bağlı mülki qaydada məhkəməyə müraciət etmək hüququnun olması izah edilmişdir. İş materiallarında olan Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2013-cü il tarixli, 2-1(85)-615/2013 saylı qərarından görünür ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Abşeron rayon şöbəsinə qarşı Abşeron rayon İcra Hakimiyyəti başçısının Saray qəsəbəsi üzrə nümayəndəsinin xx xxxxxx 1999-cu il tarixli, 39 saylı çıxarışında vətəndaşların mənzil şəraitinin yaxşılaşdırmaq məqsədilə iddiaçıya ayrılmış 0,20 ha torpaq sahəsinin planı və ölçüsünün verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, iddia təmin edilmiş, Abşeron Rayon İcra Hakimiyyəti başçısının Saray qəsəbəsi üzrə nümayəndəsinin xx xxxxxx 1999-cu il tarixli, 39 saylı sərəncamına əsasən vətəndaşların mənzil şəraitinin yaxşılaşdırmaq məqsədilə İddiaçı ayrılmış Abşeron rayonu qəsəbəsində yerləşən 0,20 ha torpaq sahəsinin planı və ölçüsünün verilməsi öhdəliyinin Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Abşeron şöbəsinin üzərinə qoyulması qərara alınmışdır. İş materiallarında olan Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2-1(85)-615/2013 saylı qərardadından görünür ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Abşeron rayon şöbəsinə qarşı Abşeron Rayon İcra Hakimiyyəti başçısının Saray qəsəbəsi üzrə nümayəndəsinin xx xxxxxx 1999-cu il tarixli, 39 saylı çıxarışında vətəndaşların mənzil şəraitinin yaxşılaşdırmaq məqsədilə iddiaçıya ayrılmış 0,20 ha torpaq sahəsinin planı və ölçüsünün verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia ərizəsinə dair Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2013-cü il tarixli, 2-1(85)-615/2013 saylı qərarın izah edilməsi barədə Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Abşeron rayon şöbəsinin verdiyi ərizəyə baxaraq, Abşeron Rayon İcra Hakimiyyəti başçısının Saray qəsəbəsi üzrə nümayəndəsinin xx xxxxxx 1999-cu il tarixli, 39 saylı sərəncamına əsasən vətəndaşların mənzil şəraitinin yaxşılaşdırmaq məqsədilə İddiaçı ayrılmış Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0,20 ha torpaq sahəsinin planı və ölçüsünün, həmin torpaq sahəsinin yerləşdiyi ərazidə, onun sərhədlərinin naturadakı istifadə vəziyyətinə uyğun müəyyən edilməklə verilməsi kimi başa düşülməsi qərara alınmışdır. İş materiallarında olan Abşeron Rayon İcra Hakimiyyəti başçısının Saray qəsəbə üzrə nümayəndəsinin xx xxxxxxx 1999-cu il tarixli sərəncamından çıxarışın surətindən görünür ki, vətəndaşların mənzil şəraitinin yaxşılaşdırılması məqsədi ilə Saray qəsəbəsi ərazisində Cavabdeh1 0,25 ha torpaq sahəsinin ayrılması və ona həmin sahədə yaşayış evi tikməyə icazənin verilməsi qeyd olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Abşeron rayonu Saray Bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli, 156 saylı arayışdan görünür ki, Cavabdeh1 Abşeron rayonu, İHB-nin Saray qəsəbəsi üzrə Nümayəndəsinin xx xxxxxxx 1999-cu il tarixli, 35 saylı sərəncamına əsasən fərdi ev tikintisi məqsədi ilə verilmiş 0,20 ha torpaq sahəsinə və əmlak vergisinə vergi borcunun olmaması qeyd edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Abşeron rayonu Saray Bələdiyyəsi tərəfindən Azərbaycan Respublikası X10 Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinə ünvanlanmış xx xxxxxxx 2017-ci il tarixli məktubdan görünür ki, Abşeron rayonu, Saray qəsəbəsi üzrə Nümayəndəsinin xx xxxxxxx 1999-cu il tarixli, 35 saylı sərəncamından çıxarışına əsasən Cavabdeh1 fərdi ev tikintisi üçün ayrılmış 0,20 ha torpaq sahəsinə mülkiyyət hüququnun dair hüquqi sənəd verilməsinə Saray bələdiyyəsi etiraz etiraz etmir. İş materiallarında olan Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxx 2017-ci il tarixli, 2-1(105)-217/2017 saylı qərardadından görünür ki, İddiaçı cavabdeh Azərbaycan Respublikasının keçmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Abşeron rayon Şöbəsinə qarşı Abşeron rayon İcra hakimiyyəti başçısının Saray qəsəbəsi üzrə nümayəndəsinin 39 saylı xx xxxxxx 1999-cu il tarixli çıxarışında vətəndaşların şəraitinin yaxşılaşdırmaq məqsədilə iddiaçıya ayrılmış 0.20 hektar torpaq sahəsinin plan və ölçüsünün verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi tələbinə dair iddiası üzrə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin qəbul etdiyi 2-1(85)-615/2013 saylı, xx xxxxxx 2013-cü il tarixli qərardan cavabdeh Azərbaycan Respublikası X10 Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsi tərəfindən verilmiş apelyasiya şikayətinin mümkünlüyünün yoxlanılması məsələsinə baxaraq, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin qəbul etdiyi 2- 1(85)-615/2013 saylı avqust 2013cü il tarixli qərardan cavabdeh Azərbaycan Respublikası X10 Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsi tərəfindən verilmiş apelyasiya şikayətiniqn mümkün sayılmaması və apelyasiya şikayətinin qəbulundan imtina edilməsi qərara alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati- İqtisadi Kollegiyasının xx xxxx 2017-ci il tarixli, 2-1(102)-1373/2017 saylı qərardadından görünür ki, İddiaçı cavabdeh Azərbaycan Respublikasının keçmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Abşeron rayon Şöbəsinə (hüquqi varisi Azərbaycan Respublikası X10 Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsi) qarşı torpaq sahəsinin plan və ölçüsünün verilməsi tələbinə dair Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxx 2017-ci il tarixli, 2-1(105)-217/2017 saylı qərardadından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə baxaraq, cavabdehin kassasiya şikayətinin təmin edilməməsi qərara alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikasının keçmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Abşeron rayon Şöbəsi tərəfindən verilmiş xx xxx 2014-cü il tarixli, 896 saylı məktubda, İddiaçı istifadə etdiyi 0,20 torpaq sahəsi sənəd üzrə JN-2643A, JN- 2300 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktları olan torpaq sahələrinin üstünə düşdüyü müəyyən edilmiş, eləcə də İddiaçı istifadə etdiyi 0,20 torpaq sahəsi naturada JN- 2643A, JN-2300 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktları olan torpaq sahələri ilə üst-üstə düşməməsi müəyyən edilmişdir İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxx 2020-ci il tarixli, 10/50 saylı ekspert rəyindən müəyyən edilir ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında X10 Xidmətinin Daşınmaz Əmlakın Kadastr və Ünvan Reyestri Xidmətinin Bakı LTİ tərəfindən tərtib edilmiş mütəxəssis rəyindən görünür ki, Abşeron rayon İH Başçısının Saray qəsəbəsi üzrə Nümayəndəsinin xx xxxxxx 1999-cu il tarixli sərəncamına əsasən vətəndaşların mənzil şəraitinin yaxşılaşdırılması məqsədi ilə İddiaçı və Cavabdeh1 ayrılmış torpaq sahələri haqqında elektron kadastr məlumat bazasında hər hansı bir məlumat olmadığından və məhkəmə tərəfindən təqdim edilən sənədlər arasında torpaq sahələrinə aid texniki kadastr sənədləri (texniki pasport, torpaq sahəsinin planı və ölçüsü və s.) təqdim olunmadığından İddiaçı ayrılmış torpaq sahəsinin koordinatlarının cavabdehlərə ayrılmış torpaq sahələrinin koordinatları ilə üst-üstə düşüb düşməməsini habelə, iddiaçının mülahizəsinə görə Cavabdeh1 tərəfindən zəbt olunan torpaq sahəsi ilə digər cavabdehlərin torpaq sahələrinin mövcud vəziyyətdə faktiki olaraq üst-üstə düşüb-düşməməsini müəyyən etmək mümkün olmamışdır. İş materiallarında olan Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1(085)-78/2019 saylı qərarından görünür ki, iddiaçı Cavabdeh1 cavabdeh Azərbaycan Respublikası X10 Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi idarəsinə qarşı Abşeron Rayon İcra Hakimiyyəti başçısının Saray qəsəbə üzrə nümayəndəsinin xx xxxxxxx 1999-cu il tarixli, 35 saylı sərəncamı ilə iddiaçıya verilmiş 0,25 ha torpaq sahəsinə dair plan və ölçünü tərtib edilərək onun adına dövlət reyestrindən çıxarışın verilməsinin cavabdehə həvalə edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, iddiaçı Cavabdeh1 iddiasının təmin edilməməsi qərara alınmışdır. Həmin Qərardan müəyyən edilir ki, Məhkəmə ekspertizasının xx xxxxxx 2019-cu il tarixli rəyinə əsasən Abşeron rayonu İcra Hakimiyyəti Başçısının Saray qəsəbə üzrə nümayəndəsinin xx xxxxxxx 1999-cu il tarixli, 35 saylı sərəncamı ilə iddiaçı Cavabdeh1 verilmiş 0,25 ha torpaq sahəsi, həmin nümayəndəliyin xx xxxxxx 1999-cu il tarixli, 39 saylı sərəncamı ilə İddiaçı ayrılmış 0.20 ha torpaq sahəsi ilə tam olaraq, Cavabdeh7 mülkiyyətində olan 0.03 ha torpaq sahəsi ilə tam olaraq, Cavabdeh6 məxsus 0.02 ha torpaq sahəsinin 140 kv.m ilə, Cavabdeh3 mülkiyyətində olan 0.02 ha torpaq sahəsinin 80 kv.m. ilə, Cavabdeh5 mülkiyyətində olan 0.02 ha torpaq sahəsinin 18 kv.m. ilə, Cavabdeh2 mülkiyyətində olan 0.023 ha torpaq sahəsinin 500 kv.m. ilə və Ceyhun Nuriyevin mülkiyyətində olan 0.04 ha. torpaq sahəsinin 350 kv.m ilə üst-üstə düşür. Müəyyən edilmişdir ki, Abşeron rayonu İcra Hakimiyyəti Başçısının Saray qəsəbə üzrə nümayəndəsinin xx xxxxxxx 1999-cu il tarixli, 35 saylı sərəncamı ilə iddiaçı Cavabdeh1 verilmiş 0,25 ha torpaq sahəsi, həmin nümayəndəliyin xx xxxxxx 1999-cu il tarixli, 39 saylı sərəncamı ilə İddiaçı ayrılmış 0.20 ha torpaq sahəsi ilə tam olaraq üst-üstə düşdüyü iş materialları ilə müəyyən edildiyindən, lakin göründüyü kimi zaman etibarı ilə Abşeron rayonu İcra Hakimiyyəti Başçısının Saray qəsəbə üzrə nümayəndəsinin Cavabdeh1 barəsində xx xxxxxxx 1999-cu il tarixli, 35 saylı sərəncamı İddiaçı barəsində verilən sərəncamdan daha əvvəl verildiyindən iddia tələbi Cavabdeh1 münasibətdə əsassızdır və təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Məhkəmə iddia tələbinin digər hissələrinə münasibətdə qeyd etmişdir ki, Cavabdeh2 verilmiş xx.xx.2016-cı il tarixli, ********** qeydiyyat nömrəli və mülkiyyətində olan 0,231898 ha torpaq sahəsinə də dair çıxarışın etibarsız hesab edilməsi çıxarışın verilməsinə əsas olan sənədləri mübahisələndirmədən mümkün olmadığından, iddia tələbinin digər hissəsi isə Cavabdeh2 mübahisələndirilən torpaq sahəsinin alqı-satqısı ilə əlaqədar qeyd edilən çıxarışdan törənən məsələlər olduğundan bu hissələrdə iddia əsassızdır və təmin edilməməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəni əsaslı hesab edərək qeyd edir ki, məhkəmə iddia tələbinin təmin edilməməsi qənaətinə gələrkən haqlı olmuşdur. Həmin Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə kollegiyası apelyasiya şikayətlərinin dəlillərini formal mülahizələr kimi qiymətləndirir və hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasındakı mübahisənin həlli ücün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Hazırki işdə məhkəmə qətnaməsinin qeyd edilən hissədə apelyasiya qaydasında ləğv olunması üçün Mülki Prosessual Məcəllənin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyil. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 384.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini təmin etmədən saxlaya bilər. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Belə olan halda məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticələrlə razılaşaraq hesab edir ki, apelyasiya şikayətləri təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 392 və 393-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT E T D İ: Abşeron Rayon Məhkəməsinin 2(012)-333/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. İddiaçı apelyasiya şikayəti təmin olunmasın. Qətnamə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Lətifə Məmmədova Hakimlər: Gülnarə Tağızadə Telman Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar