Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-869/2023 13.04.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Dəmirov İlqar Kamal oğlu, hakimlər Məmmədov Fuad Əli oğlu və X5 ibarət tərkibdə, məhkəmə iclas katibi Əhmədzadə Səbinə Məhəmməd qızının katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 28 noyabr 2022-ci il tarixli, 2(060)-6726/2022 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, birgə nikahdan dünyaya gəlmiş xx.xx.2008-ci il təvəllüdlü X6 və xx.xx.2009-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 193 (yüz doxsan üç) manat, cəmi 386 (üç yüz səksən altı) manat pul məbləğində alimentin Cavabdeh tutularaq ona dənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, onunla Cavabdeh arasında qeydə alınmış nikaha Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(004)-382/2021 saylı qətnaməsi ilə xitam verilmiş və birgə nikahdan dünyaya gəlmiş xx.xx.2008-ci il təvəllüdlü X6 və xx.xx.2009-cu il təvəllüdlü X3 onun himayəsində saxlanılması, xx.xx.2016-cı il təvəllüdlü X4 isə Cavabdeh himayəsində saxlanılması və xx.xx.2016-cı il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 175 (yüz yetmiş beş) manat sabit pul məbləğində alimentin ondan tutularaq cavabdehə ödənilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-10342/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə ondan tutulan alimentin məbləği dəyişdirilərək, cavabdehin himayəsinə verilmiş xx.xx.2016-cı il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 130 (yüz otuz) manat sabit pul məbləğində alimentin ondan tutularaq cavabdehə ödənilməsi qət edilmişdir. Qeyd edir ki, sözügedən hər iki qətnamədə iddia tələbinin nikahın pozulması, uşaqların atanın himayəsinə verilməsi və aliment tələbindən ibarət olduğu qeyd olunsa da, Cavabdeh himayəsinə verilmiş xx.xx.2016-cı il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün ondan aliment tutulmuş, lakin onun himayəsinə verilmiş xx.xx.2008-ci il təvəllüdlü X6 və xx.xx.2009-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən aliment tutulmamışdır. Bu səbəbdən mövcud tələblə məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 28 noyabr 2022-ci il tarixli, 2(060)-6726/2022 nömrəli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək xx.xx.2022-ci ildən başlayaraq xx.xx.2008ci il təvəllüdlü X6 və xx.xx.2009-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay hər uşağa 100 (bir yüz) manat olmaqla, ümumilikdə 200 (iki yüz) manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq İddiaçı ödənilməsi, Cavabdeh 16,32 (on altı manat otuz iki qəpik) manat dövlət rüsumunun tutularaq dövlət büdcəsinə ödənilməsi, Cavabdeh 50 (əlli) manat mediasiya xərci tutularaq İddiaçı ödənilməsi qət edilmişdir (hakim Günel Tanrıverdiyeva). Qətnamədən narazı qalan Cavabdeh apellyasiya şikayəti verərək Sumqayıt Şəhər Məhkəməsinin 28 noyabr 2022-ci il tarixli, 2(060)-6726/2022 nömrəli qətnaməsinin ləğv edilərək iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iddiaçı məhkəməyə müraciət edərək onda qalan uşaqlara görə ondan aliment tutulmasını xahiş etmişdir. Əslində isə Bakı şəhər Yasamal Rayon Məhkəməsinin 05.08.21-ci il tarixli qətnaməsinə əsasən İddiaçı qarşılıqlı iddiası ondan 200 manat məbləğində alimentin tutulması hissəsində rədd edilmişdir. Sözü gedən qətnamədən sonuncunun verdiyi apellyasiya şikayəti qismən təmin olunaraq onda qalan oğlu Xəlilə görə tələb etdiyi alimentin miqdarı bir qədər azaldılsa da, onun aliment tələbinin rədd olunması hissəsində dəyişdirilmədən saxlanılmışdır. Sumqayıt şəhər Məhkəməsi hazırki iş üzrə iddia tələbini qismən təmin edən zaman nəzərə almamışdır ki, Bakı şəhər Yasamal rayon Məhkəməsi tərəfindən işə baxılan zaman birgə nikahdan doğulmuş iki uşağın İddiaçı, bir uşağın isə onda qalması qət edilmiş, lakin alimentlə bağlı hər iki tərəfin tələblərinin olmasına baxmayaraq yalnız onun iddia tələbi qismən təmin olunmaqla digər tərəfin tələbi rədd edilmişdir. Həmin vaxtdan sonra heç nə dəyişməmişdir. Hazırki iş üzrə İddiaçı avtomobili də var. Məhkəmə tərəfindən təyin olunmuş alimenti ödəmədiyinə görə həmin avtomobilin üzərinə həbs də qoyulmuşdur. O isə işsiz kimi “DOST” Mərkəzində uçotdadır, alimenti də ödənilmir. Lakin iddia ərizəsində iddiaçının maddi imkanının pis olması barədə həqiqətə uyğun olmayan məlumatlar yazmışdır. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətinin dəlillərini müdafiə edərək apellyasiya şikayətinin təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin dəlillərinin əsassız olduğunu bildirərək apellyasiya şikayətinin təmin olunmamasını məhkəmə kollegiyasından xahiş etdi. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı, 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirərək, tərəflərin izahatlarını dinləyərək, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi qətnaməsi ləğv edilməli, yeni qətnamə qəbul edilməklə iddiaçının iddia tələbi təmin edilməməlidir. Birinci instansiya məhkəməsi tərəfindən sübutlara mülki qanunvericiliyin tələbləri baxımından aşağıdakı kimi qiymət verilmişdir. İşdə olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-382/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsindən çıxarışdan görünür ki, ilkin və qarşılıqlı iddia qismən təmin edilmiş, Cavabdeh və İddiaçı arasında Bakı şəhəri Yasamal rayon Qeydiyyat şöbəsində xx.xx.2007-ci il tarixə 662 nömrəli akt qeydi ilə bağlanmış nikahın pozulması, tərəflərin birgə nikahından doğulmuş övladları xx.xx.2008-ci il təvəllüdlü X6 və xx.xx.2009cu il təvəllüdlü X3 ataları cavabdeh İddiaçı yanında qalması, tərəflərin birgə nikahından doğulmuş övladı xx.xx.2016-cı il təvəllüdlü X4 isə anası Cavabdeh yanında qalması, xx.xx.2016-cı il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 175 (yüz yetmiş beş) manat sabit pul məbləğində alimentin İddiaçı tutularaq Cavabdeh ödənilməsi qət edilmişdir. İşdə olan Bakı Apellyasiya Məhkəməsinin Müıki Kollegiyasının 2(103)-10342/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsindən görünür ki, həmin qətnamə ilə cavabdeh İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, hazırki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-382/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi alimentin məbləği hissəsində dəyişdirilmiş, xx.xx.2016-cı il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2021-ci il tarixdən başlayaraq İddiaçı hər ay 130 (bir yüz otuz) manat sabit pul məbləğində alimentin tutularaq Cavabdeh ödənilməsi qət edilmişdir. Sadalananlara əsasən, birinci instansiya məhkəməsində aparılmış araşdırma zamanı müəyyən edilmişdir ki, uşaqları saxlamaq vəzifəsinin hər iki valideynin üzərinə düşdüyünü və cavabdehin daimi gəlirinin olması, o cümlədən maddi vəziyyətinin qənaətbəxş olması barədə məhkəməyə hər hansı sübut təqdim edilmədiyini nəzərə alaraq xx.xx.2008-ci il təvəllüdlü X6 və xx.xx.2009-cu il təvəllüdlü X1 üçün hər ay hər uşağa 100 manat olmaqla, ümumilikdə 200 manat məbləğində aliment müəyyən edilməsi və Cavabdeh hər ay hər uşağa 100 manat olmaqla, ümumilikdə 200 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməsi qənaətinə gəlmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən, uşağın Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə əsasən valideynlər uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1, 75.4-cü maddələrinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğində alimentin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətə layiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Cavabdeh apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmiş və şikayətini “Bakı şəhər Yasamal Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə İddiaçı qarşılıqlı iddiası üzrə ondan 200 manat məbləğində alimentin tutulması hissəsində rədd edilmiş, sözügedən qətnamədən sonuncunun verdiyi apellyasiya şikayəti qismən təmin olunaraq onda qalan oğlu Xəlilə görə tələb etdiyi alimentin miqdarı bir qədər azaldılsa da, onun aliment tələbinin rədd olunması hissəsində dəyişdirilmədən saxlanılmadığı” ilə əsaslandırmışdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsaslı hesab edir və bununla bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İş materiallarına əlavə olunmuş sənədlərlə müəyyən edilir ki, iddiaçı Cavabdeh İddiaçı qarşı “nikahın pozulması, uşaqların ananın yanında saxlanılması və aliment tutulması” tələbinə dair ilk, cavabdeh İddiaçı Cavabdeh qarşı “nikahın pozulması, uşaqların atanın yanında saxlanılması, aliment tutulması” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müracit olunmuş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-382/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə ilk iddia və qarşılıqlı iddia qismən təmin edilərək, Cavabdeh və İddiaçı arasında Bakı şəhəri Yasamal rayon qeydiyyat şöbəsində xx.xx.2007-ci il tarixdə 662 nömrəli akt qeydi ilə bağlanmış nikahın pozulması, tərəflərin birgə nikahdan doğulmuş övladları xx.xx.2008-ci il təvəllüdlü X6 və xx.xx.2009-cu il təvəllüdlü X3 ataları cavabdeh İddiaçı yanında qalması, tərəflərin birgə nikahdan doğulmuş övladı - xx.xx.2016-cı il təvəllüdlü X4 isə anası Cavabdeh yanında qalması, xx.xx.2016-cı il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2021-ci il tarixdən başlayaraq İddiaçı hər ay 175 (yüz yetmiş beş) manat sabit pul məbləğində alimentin tutularaq Cavabdeh ödənilməsi, ilk iddia üzrə ödənilmiş 20 manat dövlət rüsumunun iddiaçı Cavabdeh, qarşılıqlı iddia üzrə ödənilmiş 20 manat dövlət rüsumunun İddiaçı aid edilməsi, ilk iddia və qarşılıqlı iddianın qalan hissələrində rədd edilməsi, qətnamənin aliment hissədə dərhal icra edilməsi qət edilmiş, qətnamədən cavabdeh apellyasiya şikayəti verərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-382/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinin X4 iddiaçıda qalması hissəsində, 175 manat alimentin ödənilməsi hissəsində ləğv edilərək, ilk iddianın rədd edilməsi, X4 cavabdehin yanında qalması, eyni zamanda X6 və X2 üçün Cavabdehin xeyrinə hər ay 525 manat alimentin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmiş, Bakı Apellyasiya Məhkəməsinin Müıki Kollegiyasının 2(103)-10342/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə cavabdeh İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, hazırki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-382/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi iki azyaşlı uşağın atanın yanında qalması nəzərə alınmaqla, bir azayşlı uşağın saxlanılması üçün anaya verilməli olan alimentin məbləği hissəsində dəyişdirilmiş, xx.xx.2016-cı il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2021-ci il tarixdən başlayaraq İddiaçı hər ay 130 (bir yüz otuz) manat sabit pul məbləğində alimentin tutularaq Cavabdeh ödənilməsi qət edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı mübahisə üzrə tərəflər əvvəlki mülki işdə iştirak etmiş şəxslər olduğundan, yuxarıda göstərilən qanuni qüvvəyə minmiş Bakı Apellyasiya Məhkəməsinin Müıki Kollegiyasının 2(103)-10342/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə hazırkı iddia tələbi ilə mübahisələndirilən məsələyə hüquqi qiymət verildiyindən, həmin qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi hazırkı iş üzrə preyudisial əhəmiyyətə malik olan akt kimi qəbul edilməlidir. Belə olan halda həmin qətnamə ilə müəyyən edilmiş hallar hazırkı işdə mübahisələndirilə bilməz və həmin halların təkrarən sübut edilməsinə heç bir əsas yoxdur. Bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi isə qeyd edilən halları araşdırmadan iddianın təmin edilməsi barədə səhv nəticəyə gəlmişdir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi hüquq normalarının düzgün tətbiq edilməməsi ilə qəbul edildiyindən, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmadığından və məhkəmənin qətnamədə göstərdiyi nəticələr işin hallarına uyğun gəlmədiyindən qətnamə ləğv edilməli və iş üzrə yeni qətnamə çıxarılmalıdır. Beləliklə, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməli, iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 28 noyabr 2022-ci il tarixli, 2(060)-6726/2022 nömrəli qətnaməsi ləğv edilməli, yeni qətnamə çıxarılmalı, iddiaçının iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 385.1.1-ci maddəsinə görə, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardan biridir. Azərbaycan Respublikası MPM-nin 384.0.2-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Həmin Məcəllənin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə hesablanır. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 392, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin 28 noyabr 2022-ci il tarixli, 2(060)-6726/2022 nömrəli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə çıxarılsın. İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddiası təmin edilməsin. Qətnamə elan edildiyi andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(105)-869/2023
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-869/2023
13.04.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver