Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-870/2021 19.01.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi), Mövsümov Nazim Rasim oğlu və X1 ibarət tərkibdə, Həşimova Leyla Yusub qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “aliment tələbi”nə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-5707/2020 saylı, xx xxxxxxx 2020-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinin mümkünlüyü məsələsinə Sumqayıt Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2008-ci il təvəllüdlü X3 və xx.xx.2009-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün 170 manat olmaqla, ümumilikdə 340 manat sabit pul məbləğində alimentin tutulmasıbarədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı nümayəndəsi və vəkili X4 iddia tələbinə dəqiqləşmə verərək, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-4800/2011 saylı, xx.xx.2011-ci il saylı qətnaməsi ilə nəzərdə tutulan aliment miqdarını dəyişdirilərək, Cavabdeh xx.xx.2008-ci il təvəllüdlü X3 və xx.xx.2009-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün 170 manat olmaqla, ümumilikdə 340 manat sabit pul məbləğində alimentin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-5707/2020 saylı, xx xxxxxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-4800/2011 saylı, xx xxxxxx 2011-ci il tarixli qətnaməsinə əsasən müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək xx.xx.2008-ci il təvəllüdlü X3 və xx.xx.2009-cu il təvəllüdlü X2 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Cavabdeh hər ay hər uşağa 150 (bir yüz əlli) manat olmaqla, ümumilikdə 300 (üç yüz) manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı verilməsi, Cavabdeh 20 (iyirmi) manat dövlət rüsumu alınıb dövlət nəfinə ödənilməsi, dəyişdirilən aliment məbləğinin tutulmasının qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən hesablanması qət edilmişdir (hakim Rəşad Qoşqarlı). Qətnamədən Cavabdeh apelyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini xahiş etmişdir. Apelyasiya şikayətinə görə dövlət rüsumu ödənilmədiyi üçün məhkəmə kollegiyası cavabdehin apelyasiya şikayətinin mümkünlüyü məsələsini tərəflərin iştirakı ilə müzakirə etməyi zəruri hesab etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, iş üzrə tərəflər məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən iş üzrə tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası mülki iş materiallarını və apelyasiya şikayətini yoxlayıb hesab edir ki, apelyasiya şikayəti qeyri-mümkün hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apelyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apelyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. “Dövlət rüsumu haqqında” Qanunun 8.1.2-ci maddəsinə əsasən iddianın qiyməti 500 manatdan çox olduqda 30 manat dövlət rüsumu ödənilir. Həmin Qanunun 8.4-cü maddəsinə görə apelyasiya və kassasiya şikayəti verilərkən birinci instansiya məhkəməsinə müraciət edilərkən müəyyən edilmiş dövlət rüsumunun 50 faizi miqdarında rüsum ödənilməlidir. İddia ərizəsindən görünür ki, iddiaçı iddia tələbində bir uşaq üçün 170 manat olmaqla iki uşağa görə 340 manat aliment tutulmasını xahiş etmiş, qətnamə ilə də iddia tələbi qismən təmin edilmişdir. Qeyd edilən iddia tələbinin və qət edilən məbləğin illik məcmusu 500 manatdan çox olduğu üçün birinci instansiya məhkəməsinə dövlət rüsumu 30 manat ödənilməli olduğundan, apelyasiya şikayəti verilərkən də həmin məbləğin 50 faizi, başqa sözlə 15 manat dövlət rüsumu ödənilməlidir. Lakin apelyasiya şikayətindən görünür ki, şikayətə dövlət rüsumunun ödənilməsinə dair qəbz əlavə edilməmişdir. Eyni zamanda Cavabdeh “Dövlət rüsumu haqqında” Qanununa əsasən dövlət rüsumunu ödəməkdən azad edilmiş şəxslər siyahısına da daxil deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366.1-ci maddəsinin mənasına görə apelyasiyanın mümkünlüyünün yoxlanılması dedikdə, işə apelyasiya qaydasında baxılması üçün prosessual əsasların olması, yəni apelyasiya şikayətinin aidiyyəti üzrə apelyasiya instansiyası məhkəməsinə düzgün verilib-verilməməsi, apelyasiya şikayətinin səlahiyyətli şəxs tərəfindən verilib-verilməməsi, imzalanıb-imzalanmaması, apelyasiya şikayətinə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədin əlavə edilib edilməməsi, apelyasiya şikayətinin müəyyən edilmiş müddət ərzində verilib-verilməməsi daxildir. Həmin Məcəllənin 363.1.2-ci maddəsinə əsasən apelyasiya şikayətinə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədlər əlavə olunmamışdırsa, qanunla dövlət rüsumunun ödənilməsinə möhlət verilməsi, hissə-hissə ödənilməsi və ya onun məbləğinin azaldılması imkanı nəzərdə tutulmuşdursa, bu barədə vəsatət olmadıqda və ya vəsatət rədd edilmişdirsə apelyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən geri qaytarılır. Həmin Məcəllənin 366.2-ci maddəsinə görə əgər apelyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa,o, qəbul olunmamış hesab edilə bilər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-5707/2020 saylı, xx xxxxxxx 2020-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən apelyasiya şikayəti verilərkən dövlət rüsumu ödənilmədiyindən və buna görə də işə apelyasiya qaydasında baxılması üçün prosessual əsaslar olmadığından apelyasiya şikayəti qeyri-mümkün hesab edilməlidir. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, birinci instansiya məhkəməsi cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətini qəbul edib mülki işlə birlikdə baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərərkən AR Mülki Prosessual Məcəlləsinin 364-cü maddəsinin tələbinə əməl etməmiş, həmin maddənin tələbini pozaraq, apelyasiya şikayəti verilərkən dövlət rüsumunun ödənilib-ödənilməməsini araşdırmamış və apelyasiya şikayətini geri qaytarmaq əvəzinə, mülki işlə birlikdə baxılması üçün Sumqayıt Apelyasiya Məhkəməsinə göndərmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 363.4-cü maddəsinə əsasən bu Məcəllənin 363.1.1 və 363.1.2-ci maddələrində göstərilmiş hallar aradan qaldırıldıqdan sonra şikayəti vermiş şəxs yenidən məhkəməyə ümumi qaydada apelyasiya şikayəti ilə müraciət edə bilər. Qeyd olunanlara əsasən və AR Mülki Prosessual Məcəlləsinin 263,264, 268, 366, 402 və 405.0.2-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L İ R: İddiaçı Cavabdeh qarşı “aliment tələbi”nə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-5707/2020 saylı, xx xxxxxxx 2020-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti qeyri-mümkün hesab edilsin. Qərardaddan 10 (on) gün müddətində Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Lətifə Məmmədova Hakimlər: Ruhiyyə Əsgərova Nazim Mövsümov
Məhkəmə qərarları › İş №2(105)-870/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-870/2021
19.01.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver