Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-873/2024 24.06.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh4 və Cavabdeh3 qarşı torpaq sahəsində olan qanunsuz tikililərin sökülməsi, cavabdehlərə məxsus həmin əşyaların torpaq sahəsindən çıxarılması və mülkiyyət hüququnun müdafiəsi tələbinə dair mülki iş üzrə QƏTNAMƏSİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Fuad Əli oğlu, hakimlər X28 və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Əliyev Rəşad Ayıl oğlunun katibliyi, İddiaçı, onun vəkili və nümayəndəsi Vəkil4, Cavabdeh4, onun və üçüncü şəxs X14 vəkili və nümayəndəsi Vəkil1, Cavabdeh3 vəkili və nümayəndəsi Vəkil6, müstəqil tələb irəli sürməyən üçüncü şəxs Altıağac Milli Parkının nümayəndəsi Nümayəndə1, müstəqil tələb irəli sürməyən üçüncü şəxs “Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi” X33 nümayəndəsi Nümayəndə2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh4 və Cavabdeh3 qarşı torpaq sahəsində olan qanunsuz tikililərin sökülməsi, cavabdehlərə məxsus həmin əşyaların torpaq sahəsindən çıxarılması və mülkiyyət hüququnun müdafiəsi tələbinə dair mülki iş üzrə Xızı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(068)-1/2024 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. İşdə olan Xızı rayonu, Altıağac bələdiyyəsinin 22 dekabr 2002-ci il tarixli, 18 saylı qərarının və torpaqların alqı-satqısına dair aktın surətindən görünür ki, Xızı rayonu, Altıağac bələdiyyəsinin ehtiyat fondunun alqı-satqı predmeti olan kənd təsərrüfatına yararsız torpaq sahəsindən alqı-satqı qaydasında 2,0 ha torpaq sahəsi X1.
2. İşdə olan Xızı rayonu, Altıağac bələdiyyəsinin 22 dekabr 2002-ci il tarixli, 18 saylı qərarı ilə X2 2,0 ha torpaq sahəsinin yerquruluşu planının surətindən görünür ki, həmin torpaq sahəsinin qonşuluğunda A-dan B-yə meşə fonduna, B-dən V-yə bələdiyyəyə, Vdən Q-yə Ataçaya, Q-dən A-ya X22 məxsus torpaq sahələridir.
3. İşdə olan 14 may 2003-cü il tarixli “Torpağa mülkiyyət hüququna dair” JN-0359 seriyalı, kod 30602016 nömrəli dövlət aktının surətindən görünür ki, Xızı rayonu, Altıağac bələdiyyəsinin 22 dekabr 2002-ci il tarixli, 18 saylı qərarı ilə 2,0 ha torpaq sahəsi X8 mülkiyyətinə verilmişdir.
4. İşdə olan xx.xx.2005-ci il tarixli alqı-satqı müqaviləsinin surətindən görünür ki, X6 rayonu, Altıağac qəsəbəsində yerləşən 2,0 ha torpaq sahəsini X3.
5. İşdə olan MA seriyalı, ******* nömrəli, xx.xx.2011-ci il tarixli Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın surətindən görünür ki, Xızı rayonu, Altıağac qəsəbəsində yerləşən 2,0 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə X15 adına daşınmaz əmlakın dövlət reyestrində 6 nömrəli reyestr kitabının 81 nömrəli vərəqində qeydiyyata alınmışdır.
6. İşdə olan xx.xx.2011-ci il tarixli, 267432 nömrəli alqı-satqı müqaviləsinin surətindən görünür ki, X11 rayonu, Altıağac qəsəbəsində yerləşən 2,0 ha torpaq sahəsini 10000 (on min) manata İddiaçı satmışdır.
7. İşdə olan MA seriyalı, ******* nömrəli, 23 iyun 2011-ci il tarixli Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Xızı rayonu, Altıağac qəsəbəsində yerləşən 2,0 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 6 nömrəli reyestr kitabının 81 nömrəli vərəqində qeydiyyata alınmışdır.
8. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Sumqayıt Ərazi İdarəsi tərəfindən xx.xx.2011-ci il tarixində tərtib olunmuş **********60 reyestr nömrəli AA seriyalı 007078 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü”nün notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Xızı rayonu, Altıağac qəsəbəsində yerləşən 2,0 ha torpaq sahəsi xx.xx.2011-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən İddiaçı adına qeydiyyata alınmışdır.
9. İşdə olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Altıağac Milli Parkının xx.xx.2019-cu il tarixli, 162 saylı məktubundan görünür ki, İddiaçı məxsus 2,0 ha torpaq sahəsinin 18 sotu Altıağac Milli Parkının sərhəddi daxilindədir.
10. İşdə olan Xızı rayonu, Altıağac bələdiyyəsinin 08 avqust 2002-ci il tarixli, 10 saylı qərarının və torpaqların alqı-satqısına dair aktın surətindən görünür ki, Xızı rayonu, Altıağac bələdiyyəsinin ehtiyat fondunun alqı-satqı predmeti olan kənd təsərrüfatına yararsız torpaq sahəsindən alqı-satqı qaydasında 1,00 ha torpaq sahəsi X4.
11. İşdə olan Xızı rayonu, Altıağac bələdiyyəsinin 08 avqust 2002-ci il tarixli, 10 saylı qərarı ilə X5 1,00 ha torpaq sahəsinin yerquruluşu planının surətindən görünür ki, həmin torpaq sahəsi X31 kolxozunun 1991-ci il tarixli xəritəsindən 77.79 nömrəli konturlardan (keçmiş Saqsi dəyirmanı sahəsindən) ayrılmışdır.
12. İşdə olan Xızı rayonu İcra Hakimiyyəti başçısının 13 yanvar 2003-cü il tarixli, 05 nömrəli sərəncamının surətindən görünür ki, X22 Xızı rayonu Altıağac qəsəbəsi ərazisində, Xızı-Altıağac qolunun sağ tərəfində, Ataçay çayı üzərində aldığı 1,0 ha torpaq sahəsində iaşə xidməti binasının və köməkçi xidmət sahələrinin tikintisinə icazə verilmişdir.
13. İşdə olan 14 yanvar 2003-cü il tarixli “Torpağa mülkiyyət hüququna dair” JN-0357 seriyalı, kod 30602016 nömrəli dövlət aktının surətindən görünür ki, Xızı rayonu, Altıağac bələdiyyəsinin 08 avqust 2002-ci il tarixli, 10 saylı qərarı ilə 1,00 ha torpaq sahəsi X20 mülkiyyətinə verilmişdir.
14. İşdə olan tikintisi başa çatmış obyektin istismara qəbul edilməsi haqqında qəbul komissiyasının 14 mart 2012-ci il tarixli aktının notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Xızı rayonu Altıağac qəsəbəsi ərazisində X29 tərəfindən inşa edilmiş istirahət zonası - iaşə xidməti binaları istismara qəbul edilmişdir.
15. İşdə olan xx.xx.1972-ci il tarixli, 331058 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X29 ilə X24 xx.xx.1972-ci ildə rəsmi nikaha daxil olmuşlar.
16. İşdə olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X29 xx.xx.2019-cu il tarixində ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2020-ci il tarixli, 31 nömrəli qeyd aparılmışdır.
17. İşdə olan Bakı şəhəri 27 saylı Notariat ofisinin xx.xx.2021-ci il tarixli, 373 saylı məktubundan görünür ki, X20 xx.xx.2019-cu il tarixdə vəfatı ilə əlaqədar olaraq vərəsə X14 ərizəsi əsasında vərəsəlik işi açılmışdır və vərəsəlik dairəsi müəyyən olunaraq Xızı Rayonu, Altıağac qəsəbəsi ünvanındakı 1,00 ha torpaq sahəsinə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi üçün həmin torpaq sahəsinə çıxarış verilməsi qeyd olunmuşdur.
18. İşdə olan xx.xx.1990-cı il tarixli, 397954 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh1 ilə X25 xx.xx.1990-cı ildə rəsmi nikaha daxil olmuşlar.
19. İşdə olan xx.xx.1990-cı il tarixli, 397954 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh4 xx.xx.1992-ci ildə anadan olmuşdur. Onun atası Cavabdeh1, anası Tağıyeva (Namazova) Məhbubə Əli qızıdır.
20. İşdə olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Xızı rayonu İcra Hakimiyyətinə ünvanlanmış xx.xx.2010-cu il tarixli məktubundan görünür ki, Xızı Rayonunun Altıağac qəsəbəsinin sosial-iqtisadi inkişafının yaxşılaşdırılması və torpaqlardan səmərəli istifadənin təşkil olunması üçün Altıağac bələdiyyəsinin hüdudları daxilində, Xızı-Altıağac avtomobil yolunun sağ tərəfində Altıağac Milli Parkına məxsus meşə ilə örtülü olmayan 1,5 hektar ölçüdə torpaq sahəsinin həmin əraziyə yaxın Milli Park məqsədləri üçün istifadəyə daha əlverişli bələdiyyə mülkiyyətinə aid eyni ölçülü sahə ilə əvəzləşdirilməsinə etiraz olunmur.
21. İşdə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il tarixli sərəncamında qeyd olunmuşdur ki, Torpaq Məcəlləsinin 9-cu maddəsinin 3-cü, 33-cü maddəsinin 2-ci və 47-ci maddəsinin 7-ci bəndlərini əsas tutaraq, Xızı rayonu ərazisində Altıağac Milli Parkına məxsus 1,5 hektar torpaq (açıq tala) sahəsinin geri alınaraq xüsusi qorunan ərazilərin torpaqları kateqoriyasından dövlət ehtiyat fondu torpaqları kateqoriyasına keçirilməsi və əvəzində Altıağac bələdiyyəsinin həmin Milli Parkla həmsərhəddə yerləşən 1,5 hektar torpaq (şərti yararsız) sahəsinin xüsusi qorunan ərazilərin torpaqları kateqoriyasına keçirilməklə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Altıağac Milli Parkına verilməsi barədə Xızı Rayon İcra Hakimiyyətinin Altıağac Bələdiyyəsi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi və Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi ilə razılaşdırılmış təklifi qəbul edilsin.
22. İşdə olan RX seriyalı, ******* nömrəli, xx.xx.2012-ci il tarixli Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın surətindən görünür ki, Xızı rayonu, Altıağac qəsəbəsində yerləşən 1,50 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh3 adına daşınmaz əmlakın dövlət reyestrində 9 nömrəli reyestr kitabının 70 nömrəli vərəqində qeydiyyata alınmışdır.
23. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Sumqayıt Ərazi İdarəsi tərəfindən xx.xx.2012-ci il tarixində tərtib olunmuş **********31 reyestr nömrəli AA seriyalı 011239 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü”nün notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Xızı rayonu, Altıağac qəsəbəsində yerləşən 1,50 ha torpaq sahəsi xx.xx.2012ci il tarixli alqı-satqı müqaviləsinə əsasən Cavabdeh3 adına qeydiyyata alınmışdır.
24. İşdə olan Dövlət Tikinti və Arxitektura Komitəsinin Baş X9 və Mülkiyyət Hüquqlarının qeydiyyat idarəsi tərəfindən verilmiş qeydiyyat vəsiqəsindən görünür ki, Xızı rayonu Altıağac qəsəbəsində yerləşən yeməkxana qeyri-yaşayış sahəsi Cavabdeh3 adına xx.xx.2004-cü il tarixdə, 01 nömrəli reyestr kitabında 01 səhifədə 01B reyestr nömrəsi ilə qeydə alınmışdır.
Birinci instansiya məhkəməsindəki icraat
25. İddiaçı Cavabdeh1 qarşı iddia ərizəsi ilə Xızı Rayon Məhkəməsinə müraciət edərək, iddiaçıya məxsus olan torpaq sahəsində qanunsuz tikilinin sökülməsi, cavabdehə məxsus əşyaların torpaq sahəsindən çıxarılması və iddiaçının mülkiyyət hüququnun müdafiəsi barədə qətnamə qəbul edilməsini və baş vermiş qanun pozuntusu ilə əlaqədar olaraq, səlahiyyətli şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsi üçün xüsusi qərar çıxarılmasını xahiş etmişdir.
26. Daha sonra İddiaçı iddia tələbi həcminin artırılması və başqa cavabdehin işə cəlb edilməsi barədə ərizə ilə Xızı Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh2 cavabdeh qismində işə cəlb edilməsi, Xızı rayonunun Altıağac qəsəbəsində yerləşən və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən mülkiyyətində olan 2,0 ha torpaq sahəsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 çıxarılması, həmin torpaq sahəsində cavabdehlər tərəfindən inşa olunmuş qanunsuz tikililərin və hasarlanmanın sökülməsi, cavabdehlərə məxsus həmin əşyaların torpaq sahəsindən çıxarılması və iddiaçının mülkiyyət hüququndan istifadə olunmasına yaradılan maneələrin aradan qaldırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
27. Xızı Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(068)-151/2019 nömrəli qərardadı ilə mülki iş üzrə Cavabdeh2 cavabdeh qismində işə cəlb edilmiş, xx.xx.2021-ci il tarixdə X24 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs kimi işə cəlb olunmuş, xx.xx.2021-ci il tarixdə isə Cavabdeh2 əsl Cavabdeh3 ilə əvəz edilmişdir.
28. Daha sonra, hazırki iş üzrə Cavabdeh1 xx.xx.2022-ci il tarixində öldüyündən oğlu - Cavabdeh4 cavabdeh qismində işə cəlb olunmuşdur.
29. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə X26 arasında 26 may 2011-ci ildə Xızı rayonu Altıağac qəsəbəsində yerləşən 2.0 ha torpaq sahəsinə dair alqı-satqı müqaviləsi bağlanmışdır. Torpaq sahəsinə dair alqı-satqı müqaviləsi rəsmiləşdirildikdən sonra həmin torpaq sahəsinə **********60 nömrəsi verilərək ümumi sahəsi 2,0 ha göstərilməklə, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-dən mülkiyyət hüququna dair adına xx.xx.2011-ci il tarixində çıxarış verilmişdir. Torpaq sahəsini hasarlamaq istəyərkən cavabdehlər Cavabdeh1 məxsus qanunsuz tikili və Cavabdeh2 mülkiyyətində olan ərazidə qanunsuz tikdirdiyi su saxlamaq üçün hovuzu və hasarlanması aşkar olunmuşdur. Dəfələrlə qanunsuz tikilinin və hasarın sökülməsi üçün müraciət etməyinə baxmayaraq, cavabdehlər tələbini yerinə yetirməkdən boyun qaçırırlar.
30. Xızı Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(068)-151/2019 nömrəli qərardadı ilə iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir.
31. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2020-ci il tarixli, 10/3520 nömrəli ekspert rəyindən görünür ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin mütəxəssisləri tərəfindən tərtib olunmuş 25 sentyabr 2020-ci il tarixli, **********49 saylı mütəxəssis rəyinə əsasən, Seriya MA, ******* nömrəli, 23 iyul 2011-ci il tarixli Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən seriya MA ******* çıxarış və torpaq sahəsinin plan ölçüsündə qeyd olunan torpaq sahəsinin döngə nöqtələrinin koordinatlarına əsasən, İddiaçı mülkiyyətinə verilmiş kənd təsərrüfatı təyinatlı torpaqları kateqoriyasında olan 2.0 ha torpaq sahəsinin sərhədləri və ölçüləri müəyyən edilərək təyin edildi, lakin faktiki istifadəsində torpaq sahəsi olmadığından ona ayrılan torpaq sahəsi ilə uyğun gəlibgəlməməsini müəyyənləşdirmək mümkün olmamışdır. Eyni zamanda mütəxəssis rəyinə əsasən, mübahisəli torpaq sahəsinə baxış zamanı Cavabdeh1 iştirak etməməsi səbəbindən faktiki istifadəsində olan torpaq sahəsini müəyyənləşdirmək mümkün olmadığından, məhkəmə tərəfindən qoyulan sualı cavablandırmaq mümkün olmamışdır. Mütəxəssis rəyinə əsasən, mübahisəli torpaq sahəsinə baxış zamanı Cavabdeh2 iştirak etməməsi səbəbindən faktiki istifadəsində olan torpaq sahəsini müəyyənləşdirmək mümkün olmadığından, məhkəmə tərəfindən qoyulan sualı cavablandırmaq mümkün olmamışdır. Mütəxəssis rəyinə əsasən, iddiaçı X18 mülkiyyətinə verilmiş kənd təsərrüfatı təyinatlı torpaqları kateqoriyasında olan 2.0 ha torpaq sahəsinin daxilində tikililər mövcuddur. Lakin həmin tikililərin kim tərəfindən inşa olunduğunun araşdırılması mütəxəssisin səlahiyyətləri daxilində olmadığından məhkəmə tərəfindən qəyulan sualı cavablandırmaq mümkün olmamışdır.
32. Xızı Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(068)-3/2021 nömrəli qərardadı ilə iş üzrə əlavə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir.
33. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 10/5574 nömrəli ekspert rəyindən görünür ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin mütəxəssisləri tərəfindən tərtib olunmuş 09 dekabr 2021-ci il tarixli **********12 saylı mütəxəssis rəyinə əsasən Xızı rayonu, Altıağac bələdiyyəsinin 22 dekabr 2002-ci il tarixli, 18 saylı qərarı ilə X2 2.00 ha torpaq sahəsinə verilmiş 14 may 2003-cü il tarixli “Torpağa mülkiyyət hüququna dair" JN-0359 seriyalı, kod 30602016 nömrəli dövlət aktının hazırlanmasına əsas olmuş ilkin torpaqayırma sxeminin (planının) yerquruluşu qaydalarına uyğun tərtib edilməməsi və faktiki vəziyyət ilə uyğunsuzluq olması səbəbindən “Torpağa mülkiyyət hüququna dair" JN-0359 seriyalı, kod 30602016 nömrəli dövlət aktında göstərilən 2.00 ha torpaq sahəsinin naturadakı yerini müəyyən etmək mümkün olmamışdır. Mütəxəssis rəyinə əsasən, Xızı rayonu, Altıağac bələdiyyəsinin 22 dekabr 2002-ci il tarixli, 18 saylı qərarı ilə X2 2.00 ha torpaq sahəsinə verilmiş 14 may 2003-cü il tarixli “Torpağa mülkiyyət hüququna dair” JN-0359 seriyalı, kod 30602016 nömrəli dövlət aktında göstərilən 2.00 ha torpaq sahəsinin naturadakı yerini müəyyən etmək mümkün olmadığı üçün İddiaçı mülkiyyətində olan (MA seriyalı, ******* nömrəli çıxarış) 2.00 ha torpaq sahəsinin planı və ölçüsündə qeyd edilmiş koordinatları ilə üst-üstə düşübdüşməməsini müəyyənləşdirmək mümkün olmamışdır. Həmçinin, mütəxəssis rəyinə əsasən İddiaçı mülkiyyətdə olan (MA seriyalı, ******* nömrəli çıxarış) 2.00 ha torpaq sahəsinin planı və ölçüsündə qeyd edilmiş koordinatlarının elektron kadastr məlumat bazasına əsasən 0.1841 ha hissəsi Altıağac Milli Parkı, 0.0468 ha hissəsi çay yatağı ilə üst-üstə düşür. Xızı rayonu, Altıağac bələdiyyəsinin 08 avqust 2002-ci il tarixli 10 saylı qərarı ilə üçüncü şəxsin vərəsəsi olduğu mərhum X5 1.00 ha torpaq sahəsinə verilmiş 14 yanvar 2003-cü il tarixli “Torpağa mülkiyyət hüququna dair” JN-0357 seriyalı, kod 30602016 nömrəli dövlət aktına hazırlanmasına əsas olmuş 10 sentyabr 2002-ci il tarixdə Xızı rayonu, Altıağac bələdiyyəsinin sədri və Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Xızı rayon şöbəsinin müdiri tərəfindən təsdiq olunmuş ilkin sxemin (planın) yerquruluşu qaydalarına uyğun tərtib edilməməsi və faktiki vəziyyət ilə uyğunsuzluq olması səbəbindən “Torpağa mülkiyyət hüququna dair" JN-0357 seriyalı, kod 30602016 nömrəli dövlət aktında göstərilən 1,00 ha torpaq sahəsinin naturadakı yerini və ilkin sxemdə (planda) gösterilən yer ilə üst-üstə düşüb-düşməməsini müəyyənləşdirmək mümkün olmamışdır. Mütəxəssis rəyinə əsasən, Cavabdeh3 mülkiyyətində olan (RX seriyalı, ******* nömrəli çıxarış) 1.50 ha torpaq sahəsi, planı və ölçüsündə qeyd edilmiş koordinatlara, istifadəsində olan torpaq sahəsi isə faktiki vəziyyətə əsasən sərhədləri müəyyən edildi. İstifadəsində olan torpaq sahəsinin 1.4774 ha hissəsi 1.50 ha torpaq sahəsinin planı və ölçüsündə qeyd edilmiş koordinatlarla uyğun gəlir. Mütəxəssis rəyinə əsasən, 23 iyun 2011-ci il tarixdə İddiaçı adına (MA seriyalı, ******* nömrəli çıxarış) mülkiyyət hüququ əsasında qeydiyyata alınmış 2,0 ha torpaq sahəsini planı və ölçüsündə qeyd edilmiş koordinatlara əsasən 0,3988 ha hissəsi Cavabdeh1 0,3013 ha hissəsi (bundan 0,2203 ha hissəsi RX seriyalı, ******* nömrəli çıxarışla cavabdehin mülkiyyətidir) Cavabdeh3 faktiki istifadələrindəki torpaq sahələri ilə üst-üstə düşür. Üçüncü şəxsin baxışda iştirak etməməsi səbəbindən faktiki istifadəsində torpaq sahəsinin olub-olmamasını müəyyən etmək mümkün olmamışdır. Mütəxəssis rəyinə əsasən, 23 iyun 2011-ci il tarixdə İddiaçı adına (MA seriyalı, ******* nömrəli çıxarış) mülkiyyət hüququ əsasında qeydiyyata alınmış 2.0 ha torpaq sahəsinin planı və ölçüsündə qeyd edilmiş coğrafi koordinatları daxilində cavabdehlər Cavabdeh1 məxsus 5 ədəd qeyri-yaşayış tikilisi və Cavabdeh3 məxsus bir ədəd yeraltı su anbarı mövcuddur. Üçüncü şəxs X16 baxışda iştirak etməməsi səbəbindən ona məxsus tikililərin olub-olmamasını müəyyən etmək mümkün olmamışdır.
34. Xızı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(068)-1/2023 nömrəli qərardadı ilə iş üzrə təkrar məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, ekspertizanın aparılması Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X33 mütəxəssisləri cəlb edilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertlərinə tapşırılmış və ekspert qarşısına aşağıdakı suallar qoyulmuşdur: 1. İş materiallarında olan xx.xx.2011-ci il tarixində tərtib olunmuş **********60 reyestr nömrəli AA seriyalı 007078 nömrəli və xx.xx.2011-ci il tarixində tərtib olunmuş **********60 reyestr nömrəli, AA seriyalı 006709 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədlərində qeyd olunmuş torpaq sahəsi ilə bağlı ətraflı arayış (təyinatı, kateqoriyası, rejimi, statusu və s.) verilsin. 2. Həmin torpaq sahəsinin dəqiq koordinatları göstərilməklə başqa şəxslərə məxsus torpaq sahələri ilə üst-üstə düşüb düşməməsi barədə məlumat verilsin. (sənəd üzrə və faktiki, plan-sxem tərtib olunmaqla) 3. İş materiallarında olan xx.xx.2011-ci il tarixində tərtib olunmuş **********60 reyestr nömrəli AA seriyalı 007078 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədində qeyd olunmuş torpaq sahəsinin hal-hazırda kimin mülkiyyətində olması barədə məlumat verilsin (baza və xəritə məlumatlarına əsasən) 4. Qeyd olunan torpaq sahəsinin baza məlumatlarına əsasən əvvəllər təyinatı nə olmuşdur?
5. 14 may 2003-cü il tarixli “Torpağa mülkiyyət hüququna dair” JN-0359 seriyalı, kod 30602016 nömrəli dövlət aktında qeyd olunan torpaq sahəsi ilə Xızı rayonu, Altıağac bələdiyyəsinin 22 dekabr 2002-ci il tarixli, 18 saylı qərarı ilə X2 2,00 ha torpaq sahəsinin yerquruluşu planında qeyd olunan torpaq sahəsi üst-üstə düşürmü? 6. İş materiallarında olan xx.xx.2011-ci il tarixində tərtib olunmuş **********60 reyestr nömrəli, AA seriyalı 006709 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədi Xızı rayonu, Altıağac bələdiyyəsinin 22 dekabr 2002-ci il tarixli, 18 saylı qərarı ilə X2 2,00 ha torpaq sahəsinin yerquruluşu planına uyğun tərtib olunmuşdurmu? 7. İş materiallarında olan xx.xx.2011-ci il tarixində tərtib olunmuş **********60 reyestr nömrəli, AA seriyalı 006709 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədi 14 may 2003-cü il tarixli “Torpağa mülkiyyət hüququna dair” JN-0359 seriyalı, kod 30602016 nömrəli dövlət aktına uyğun tərtib olunmuşdurmu? 8. İş materiallarında olan xx.xx.2011-ci il tarixində tərtib olunmuş **********60 reyestr nömrəli AA seriyalı 007078 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədi xx.xx.2011-ci il tarixində tərtib olunmuş **********60 reyestr nömrəli, AA seriyalı 006709 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədinə uyğun tərtib olunmuşdurmu? 9. İş materiallarında olan Xızı rayonu, Altıağac bələdiyyəsinin 22 dekabr 2002-ci il tarixli, 18 saylı qərarı ilə X2 2,00 ha torpaq sahəsinin yerquruluşu planında qeyd olunan torpaq sahəsi ilə Xızı rayonu, Altıağac bələdiyyəsinin 08 avqust 2002-ci il tarixli, 10 saylı qərarı ilə X5 1,00 ha torpaq sahəsinin yerquruluşu planında qeyd olunan torpaq sahəsi üstüstə düşürmü? (Düşürsə hansı hissədə) 10. 14 may 2003-cü il tarixli “Torpağa mülkiyyət hüququna dair” JN-0359 seriyalı, kod 30602016 nömrəli dövlət aktına əsasən Xızı rayonu, Altıağac bələdiyyəsinin 22 dekabr 2002-ci il tarixli, 18 saylı qərarı ilə X2 2,00 ha torpaq sahəsinin sərhədləri və ölçüləri müəyyən edilməklə, sənəd üzrə və naturadakı yeri hansı ərazidə yerləşir? 11. 14 yanvar 2003-cü il tarixli “Torpağa mülkiyyət hüququna dair” JN-0357 seriyalı, kod 30602016 nömrəli dövlət aktına əsasən Xızı rayonu, Altıağac bələdiyyəsinin 08 avqust 2002-ci il tarixli, 10 saylı qərarı ilə X5 1,00 ha torpaq sahəsinin sərhədləri və ölçüləri müəyyən edilməklə, sənəd üzrə və naturadakı yeri hansı ərazidə yerləşir? 12. 14 yanvar 2003-cü il tarixli “Torpağa mülkiyyət hüququna dair” JN-0357 seriyalı, kod 30602016 nömrəli dövlət aktına əsasən Xızı rayonu, Altıağac bələdiyyəsinin 08 avqust 2002-ci il tarixli, 10 saylı qərarı ilə X5 1,00 ha torpaq sahəsinin naturadakı yeri ilə 10 sentyabr 2002ci il tarixdə Xızı rayonu Altıağac Bələdiyyəsinin sədri və Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Xızı rayon şöbəsinin müdiri tərəfindən tərtib olunmuş ilkin sxemdəki (plandakı) yer üst-üstə düşürmü? 13. Cavabdeh3 mülkiyyətində olan (RX seriyalı, ******* nömrəli çıxarış) 1,50 ha torpaq sahəsinin sərhədləri və ölçüləri müəyyən edilməklə, istifadəsində olan torpaq sahəsi ona ayrılan torpaq sahəsi ilə uyğun gəlir ya yox? 14. Cavabdehlərin və üçüncü şəxsin sənəd üzrə və faktiki istifadələrindəki torpaq sahələri xx.xx.2011-ci il tarixində tərtib olunmuş **********60 reyestr nömrəli AA seriyalı 007078 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədində qeyd olunmuş torpaq sahəsi ilə üst-üstə düşürmü, əgər üst-üstə düşürsə bu hansı ölçüdə müəyyən edilir? 15. 23 iyun 2011-ci il tarixdə İddiaçı adına (MA seriyalı, ******* nömrəli çıxarış) mülkiyyət hüququ əsasında qeydiyyata alınmış 2,0 ha torpaq sahəsi cavabdehlər Cavabdeh1 və Cavabdeh3, üçüncü şəxs X24 tərəfindən zəbt olunmuşdurmu, əgər olunmuşdursa bu hansı ölçüdə zəbt olunmuşdur? 16. Göstərilən torpaq sahələri üst-üstə düşmədiyi təqdirdə ayrı-ayrılıqda mövcuddurmu? 17. xx.xx.2011-ci il tarixində tərtib olunmuş **********60 reyestr nömrəli AA seriyalı 007078 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədində qeyd olunmuş torpaq sahəsində cavabdehlər Cavabdeh1 və Cavabdeh3, üçüncü şəxs X19 məxsus hər hansı bir tikili mövcuddurmu? Əgər mövcuddursa onların sayı, ölçüsü, sahəsi təfsilatı ilə müəyyən edilsin. 18. X29 tərəfindən inşa edilmiş və istismara qəbul edilmiş 5 ədəd qeyri-yaşayış tikilisi ona Altıağac Bələdiyyəsinin sədri, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Xızı rayon Torpaq Şöbəsinin müdiri və Xızı RİH-in tikinti və memarlıq şöbəsinin müdiri tərəfindən təsdiq edilmiş torpaq sahəsinin planı əsasında ayrılmış (Altıağac Kolxozunun 1991-ci il xəritəsindən 77.79 nömrəli konturlardan (keçmiş Saqsi dəyirmanı sahəsindən) çay qırağından avtomobil yolu ilə çay arasında, çay yatağından müvafiq olaraq 55-60 metr məsafədə) torpaq sahəsinin hüdudları içərisində yerləşirmi? 19. Elektron kadastr məlumat bazasına əsasən 14 yanvar 2003-cü il tarixli “Torpağa mülkiyyət hüququna dair” JN-0357 seriyalı, kod 30602016 nömrəli dövlət aktında və 14 may 2003-cü il tarixli “Torpağa mülkiyyət hüququna dair” JN-0359 seriyalı, kod 30602016 nömrəli dövlət aktında qeyd olunan torpaq sahələri üst-üstə düşürmü?
35. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 3-16-16/2-10/6974 nömrəli ekspert rəyindən görünür ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin mütəxəssis rəyində məlumat olmadığına görə, xx.xx.2011-ci il tarixində tərtib olunmuş **********60 reyestr nömrəli AA seriyalı 007078 nömrəli və xx.xx.2011-ci il tarixində tərtib olunmuş **********60 reyestr nömrəli, AA seriyalı 006709 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədlərində qeyd olunmuş torpaq sahəsi ilə bağlı tədqiqat aparılmadı və həmin torpaq sahəsinin faktiki koordinatlarını təyin etmək mümkün deyil. **********60 reyestr nömrəli AA seriyalı 007078 nömrəli torpaq sahəsinin elektron kadastr məlumat bazasında **********31 reyestr nömrəsi ilə qeydiyyata alınmış Cavabdeh3 məxsus torpaq sahəsi ilə, bir hissəsinin Cavabdeh4 istifadəsində olan kafenin ərazisi ilə, qalan hissəsinin isə Altıağac qəsəbəsinə gedən yol ilə üst-üstə düşdüyü müəyyən edilir. Mütəxəssis rəyinə əsasən, xx.xx.2011-ci il tarixində tərtib olunmuş **********60 reyestr nömrəli AA seriyalı 007078 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədində qeyd olunmuş torpaq sahəsinin bir hissəsinin hazırda Cavabdeh3 mülkiyyətində olan torpaq sahəsinin, Cavabdeh4 istifadəsində olan torpaq sahəsinin, bir hissəsinin isə ümumi istifadədə olan Altıağac qəsəbəsinə gedən avtomobil yolunun üzərində olduğu müəyyən edilir. Mütəxəssis rəyinə əsasən, qeyd olunan torpaq sahəsinin baza məlumatlarına əsasən əvvəllər təyinatının dövlət meşə fondu torpaqları olduğu müəyyən edilir. Mütəxəssis rəyinə əsasən, 14 may 2023-cü il tarixli “Torpağa mülkiyyət hüququna dair” JN-0359 seriyalı, kod 30602016 nömrəli dövlət aktında qeyd olunan torpaq sahəsi ilə Xızı rayonu, Altıağac bələdiyyəsinin 22 dekabr 2002-ci il tarixli, 18 saylı qərarı ilə X2 2.0 ha torpaq sahəsinin yerquruluşu planında qeyd olunan torpaq sahəsinin üst-üstə düşmədiyi müəyyən edilir. Mütəxəssis rəyinə əsasən, iş materiallarında xx.xx.2011-ci il tarixində tərtib olunmuş **********60 reyestr nömrəli, AA seriyalı 006709 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədinin Xızı rayonu, Altıağac bələdiyyəsinin 22 dekabr 2002-ci il tarixli, 18 saylı qərarı ilə X2 2.0 ha torpaq sahəsinin yerquruluşu planına uyğun tərtib olunmadığı müəyyən edilir. Mütəxəssis rəyinə əsasən, iş materiallarında olan xx.xx.2011-ci il tarixində tərtib olunmuş **********60 reyestr nömrəli, AA seriyalı 006709 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədinin 14 may 2003-cü il tarixli “Torpağa mülkiyyət hüququna dair” JN- 0359 seriyalı, kod 30602016 nömrəli dövlət aktına uyğun tərtib olunduğu müəyyən edilir. Mütəxəssis rəyinə əsasən, iş materiallarında olan xx.xx.2011-ci il tarixində tərtib olunmuş **********60 reyestr nömrəli AA seriyalı 007078 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədinin xx.xx.2011-ci il tarixində tərtib olunmuş **********60 reyestr nömrəli, AA seriyalı 006709 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədinə uyğun tərtib olunduğu müəyyən edilir. Mütəxəssis rəyinə əsasən, iş materiallarında olan Xızı rayonu, Altıağac bələdiyyəsinin 22 dekabr 2002-ci il tarixli, 18 saylı qərarı ilə X2 2,00 ha torpaq sahəsinin yerquruluşu planında qeyd olunan torpaq sahəsi ilə Xızı rayonu, Altıağac bələdiyyəsinin 08 avqust 2002-ci il tarixli, 10 saylı qərarı ilə X5 1,00 ha torpaq sahəsinin yerquruluşu planında qeyd olunan torpaq sahəsinin üst-üstə düşmədiyi müəyyən edilir. Mütəxəssis rəyinə əsasən, 14 may 2003cü il tarixli “Torpağa mülkiyyət hüququna dair” JN-0359 seriyalı, kod 30602016 nömrəli dövlət aktına əsasən Xızı rayonu, Altıağac bələdiyyəsinin 22 dekabr 2002-ci il tarixli, 18 saylı qərarı ilə X2 2,00 ha torpaq sahəsinin naturada yerini müəyyən etmək mümkün olmadı. Mütəxəssis rəyinə əsasən, 14 yanvar 2003-cü il tarixli “Torpağa mülkiyyət hüququna dair” JN-0357 seriyalı, kod 30602016 nömrəli dövlət aktına əsasən olan torpaq sahəsi Xızı rayonu, Altıağac bələdiyyəsinin 08 avqust 2002-ci il tarixli, 10 saylı qərarı ilə X5 1.0 ha torpaq sahəsinin sənəd üzrə çayın qarşı sahilində, naturada isə çay ilə Xızı-Altıağac yoluun arasında yerləşdiyi müəyyən edilir. Mütəxəssis rəyinə əsasən, 14 yanvar 2003-cü il tarixli “Torpağa mülkiyyət hüququna dair” JN-0357 seriyalı kod 30602016 nömrəli dövlət aktına əsasən torpaq sahəsi Xızı rayonu, Altıağac bələdiyyəsinin 08 avqust 2002-ci il tarixli, 10 saylı qərarı ilə X5 1.0 ha torpaq sahəsinin sənəd üzrə çayın qarşı sahilində, naturada isə çay ilə Xızı-Altıağac yolunun arasında yerləşdiyi müəyyən edilir. Mütəxəssis rəyinə əsasən, Cavabdeh3 mülkiyyətində olan (RX seriyalı ******* nömrəli çıxarış) 1.5 ha torpaq sahəsinin istifadəsində olan torpaq sahəsinə uyğun olduğu müəyyən edilir. Sənəd üzrə 0.2216 ha, faktiki olaraq 0.3054 ha. Mütəxəssis rəyinə əsasən, cavabdehlərin və üçüncü şəxsin sənəd üzrə və faktiki istifadələrindəki torpaq sahələrinin xx.xx.2011-ci il tarixində tərtib olunmuş **********60 reyestr nömrəli AA seriyalı 007078 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədində qeyd olunmuş torpaq sahəsi ilə üst-üstə düşdüyü müəyyən edilir. Cavabdeh3 məxsus torpaq sahəsinin 0.3054 ha, X20 istifadəsində olan torpaq sahəsinin 0.8258 ha hissəsi ilə üst-üstə düşdüyü müəyyən edilir. Mütəxəssis rəyinə əsasən, 23 iyun 2011-ci il tarixdə İddiaçı adına (MA seriyalı, ******* nömrəli çıxarış) mülkiyyət hüququ əsasında qeydiyyata alınmış 2.0 ha torpaq sahəsinin cavabdehlər Cavabdeh1 və Cavabdeh3, üçüncü şəxs X24 tərəfindən istifadə olunduğu, lakin 23 iyun 2011-ci il tarixdə İddiaçı adına (MA seriyalı, ******* nömrəli çıxarış) mülkiyyət hüququ əsasında qeydiyyata alınmış 2.0 ha torpaq sahəsinin ilkin torpaqayırma sənədlərinə uyğun olmadığı, belə ki, ilkin torpaqayırma sənədlərinə əsasən torpaq sahəsinin zəbt olunmadığı müəyyən edilir. Mütəxəssis rəyinə əsasən, göstərilən torpaq sahələrinin ilkin torpaqayırma sxemlərinə əsasən ayrı-ayrılıqda mövcud olduğu müəyyən edilir. Mütəxəssis rəyinə əsasən, xx.xx.2011-ci il tarixində tərtib olunmuş **********60 reyestr nömrəli AA seriyalı 007078 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədində qeyd olunmuş torpaq sahəsində Cavabdeh3 məxsus su anbarının (tikintialtı sahəsi 81.0 m2), Cavabdeh1 məxsus 3 ədəd tikilinin (tikintialtı sahəsi 197.0 m 2, 24.0 m2, 65.0 m2) mövcud olduğu müəyyən edilir. Mütəxəssis rəyinə əsasən, X29 tərəfindən inşa edilmiş və istismara qəbul edilmiş 5 ədəd qeyri-yaşayış tikilisinin ona Altıağac bələdiyyəsinin sədri, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Xızı rayon Torpaq Şöbəsinin müdiri və Xızı RİH-in tikinti və memarlıq şöbəsinin müdiri tərəfindən təsdiq edilmiş torpaq sahəsinin planı əsasında ayrılmış (Altıağac Kolxozunun 1991-ci il xəritəsindən 77.79 nömrəli konturlardan (keçmiş Saqsi dəyirmanı sahəsindən) çay qırağından avtomobil yolu ilə çay arasında, çay yatağından müvafiq olaraq 55-60 netr məsafədə) torpaq sahəsinin hüdudları içərisində yerləşdiyi müəyyən edilir. Mütəxəssis rəyinə əsasən, 14 yanvar 2003-cü il tarixli “Torpağa mülkiyyət hüququna dair” JN-0357 seriyalı, kod 30602016 nömrəli dövlət aktında və 14 may 2003-cü il tarixli “Torpağa mülkiyyət hüququna dair” JN0359 seriyalı, kod 30602016 nömrəli dövlət aktında qeyd olunan torpaq sahələrinin üst-üstə düşmədiyi müəyyən edilir.
36. Xızı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(068)-1/2024 nömrəli qətnaməsi iə (hakim İlqar Cabbarov) İddiaçı cavabdehlər Cavabdeh4 və Cavabdeh3 qarşı “torpaq sahəsində olan qanunsuz tikililərin sökülməsi, cavabdehlərə məxsus həmin əşyaların torpaq sahəsindən çıxarılması və mülkiyyət hüququnun müdafiəsi” tələbinə dair iddiasının təmin edilməməsi və iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan cəmi 250 (iki yüz əlli) manat pulun İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir.
37. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, hazırda Cavabdeh4 faktiki istifadəsində olan 1,0 ha torpaq sahəsi Xızı rayonu, Altıağac bələdiyyəsinin 08 avqust 2002-ci il tarixli, 10 saylı qərarı ilə həmin cavabdehin babası X20 mülkiyyətinə verilmiş, X20 xx.xx.2019-cu il tarixdə vəfatı ilə əlaqədar olaraq vərəsə X14 (Cavabdeh4 nənəsi) ərizəsi əsasında vərəsəlik işi açılmışdır.
38. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı məhkəməyə müraciət edərək hazırda cavabdehlərin ona məxsus olan torpaq sahəsinə müdaxilə etməsini, bu səbəbdən də onların həmin torpaq sahəsindən çıxarılmasını məhkəmədən xahiş edərək, qeyd edilən torpaq sahəsinin onun mülkiyyətində olmasını irəli sürərək və buna dair MA seriyalı, ******* nömrəli, 23 iyun 2011-ci il tarixli Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışı və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Sumqayıt Ərazi İdarəsi tərəfindən xx.xx.2011-ci il tarixində tərtib olunmuş **********60 reyestr nömrəli AA seriyalı 007078 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü”nü məhkəməyə təqdim etsə də, ekspert rəyinə əsasən mübahisəli torpaq sahələrinin ilkin torpaqayırma sxemlərinə əsasən ayrı-ayrılıqda mövcud olduğu, 23 iyun 2011-ci il tarixdə İddiaçı adına (MA seriyalı, ******* nömrəli çıxarış) mülkiyyət hüququ əsasında qeydiyyata alınmış 2,0 ha torpaq sahəsinin ilkin torpaqayırma sənədlərinə uyğun olmadığı, belə ki, ilkin torpaqayırma sənədlərinə əsasən torpaq sahəsinin zəbt olunmadığı, eləcə də Xızı rayonu, Altıağac bələdiyyəsinin 22 dekabr 2002ci il tarixli, 18 saylı qərarı ilə X2 2,00 ha torpaq sahəsinin yerquruluşu planında qeyd olunan torpaq sahəsi ilə Xızı rayonu, Altıağac bələdiyyəsinin 08 avqust 2002-ci il tarixli, 10 saylı qərarı ilə X5 1,00 ha torpaq sahəsinin yerquruluşu planında qeyd olunan torpaq sahəsinin üst-üstə düşmədiyi müəyyən edilir. Bununla da, məhkəmə hesab etmişdir ki, iddiaçının adına qeyd edilən torpaq sahəsi ilkin torpaqayırma sənədlərinə uyğun olmadığından, eləcə də mübahisəli torpaq sahələri ilkin torpaqayırma sxemlərinə əsasən ayrı-ayrılıqda mövcud olduğundan cavabdehlərin həqiqətən məhz iddiaçıya məxsus torpaq sahəsinə müdaxilə etməsi sübuta yetirilməmişdir.
39. Bundan başqa məhkəmə onu da qeyd etmişdir ki, iddiaçı reyestrin həqiqiliyi prezumpsiyasına əsaslanaraq iddianın təmin edilməsini xahiş edir. Bununla bağlı nəzərə alınmalı hal ondan ibarətdir ki, iddiaçının mülkiyyətində 2,0 ha torpaq sahəsinin olması mübahisələndirilmir. Mübahisəli məqam onun mülkiyyətində olan torpaq sahəsinə tərtib olunmuş plan ölçü sənədidir. Həmin plan ölçü sənədinin ilkin torpaqayırma sənədlərinə əsasən tərtib olunmaması ekspert rəylərinə əsasən müəyyən olunduğu üçün qeyd olunan sənədə istinadən iddianın təmin edilməsi yolverilməzdir. Plan ölçü sənədinin qüsurlu olması onda göstərilən torpaq sahəsinin həm qoruğun ərazisi, həm də ümumi istifadədə olan yolun ərazisi ilə də üst-üstə düşməsində də özünü biruzə verir. Plan ölçü sənədi tərtib olunarkən inzibati orqanın mütəxəssisləri tərəfindən torpaq sahəsinə naturada baxış keçirilmiş olsa idi, hazırki mübahisənin yaranması da istisna olunardı.
40. İnzibati orqan “Torpaq sahəsinin planı və ölçüsü”nü ilkin torpaqayırma sənədlərində və “Dövlət Akt”larında qeyd edilən koordinatlarla, sənəd üzrə yerləşmə vəziyyətinə uyğun tərtib etməmiş, nəticədə iddiaçının və cavabdehlərin mülkiyyət hüququnun məhdudlaşdırlmasına gətirib çıxaran qanunsuz hərəkətə yol vermişdir. İnzibati orqan reyestrdə qeydiyyat aparılan zaman həyata keçirilməli olan inzibati araşdırma aparmaq vəzifəsinə əməl etməmişdir.
41. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu maddələri, Mülki Məcəllənin 157.1, 157.2, 153.1-ci, Torpaq Məcəlləsinin 55, 66.2, 67, 68, 111-ci, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 2.1, 6.1, 6.2, 6.5-ci maddələri və “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 2.1, 2.2, 4.1, 8.0.5, 16.1, 16.1-1, 16.2, 23.1, 23.2, 23.3-cü maddələrinin tələbləri ilə əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
42. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir.
43. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, ekspert rəyində açıq-aşkar göstərilir ki, qarşı tərəfin torpaq sahəsi çayın qarşı tərəfindədir. İşdə olan ekspertiza rəyləri ilə sübuta yetirilir ki, iddiaçı iddia etdiyi torpağın mülkiyyətçisidir və həmin torpaq sahəsi cavabdehlər tərəfindən zəbt olunubdur. Məhkəmə isə, ilkin torpaq ayırma sənədlərində uyğunsuzluq aşkar edərək, hazırda qüvvədə olan çıxarışa deyil, ilkin torpaq ayırma sənədlərinə istinad edərək iddia tələbini rədd etmiş, bununla da, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140-cı maddəsinin tələblərini pozmuşdur. Həmin maddəyə əsasən, Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyridəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Bu hal məhkəmənin özünə də bəlli olduğu üçün qətnamədə qeyd olunan məsələyə aşağıdakı kimi hüquqi qiymət vermişdir. “məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, iddiaçı reyestrin həqiqiliyi prezumpsiyasına əsaslanaraq iddianın təmin edilməsini xahiş edir. Bununla bağlı nəzərə alınmalı hal ondan ibarətdir ki, iddiaçının mülkiyyətində 2,0 ha torpaq sahəsinin olması mübahisələndirilmir. Mübahisəli məqam onun mülkiyyətində olan torpaq sahəsinə tərtib olunmuş plan ölçü sənədidir. Həmin plan ölçü sənədinin ilkin torpaqayırma sənədlərinə əsasən tərtib olunmaması ekspert rəylərinə əsasən müəyyən olunduğu üçün qeyd olunan sənədə istinadən iddianın təmin edilməsi yolverilməzdir. Plan ölçü sənədinin qüsurlu olması onda göstərilən torpaq sahəsinin həm qoruğun ərazisi, həm də ümumi istifadədə olan yolun ərazisi ilə də üst-üstə düşməsində də özünü biruzə verir. Plan ölçü sənədi tərtib olunarkən inzibati orqanın mütəxəssisləri tərəfindən torpaq sahəsinə naturada baxış keçirilmiş olsa idi, hazırki mübahisənin yaranması da istisna olunardı”. Göründüyü kimi, məhkəmə özü də qeyd olunan maddi hüquq normasının pozulduğunun fərqində olmuş və buna hüquqi don geyindirməyə çalışmışdır. Məhkəmə belə hesab etmişdir ki, iddiaçının mülkiyyətində 2,0 ha torpaq sahəsinin olması mübahisələndirilmir. Mübahisəli məqam onun mülkiyyətində olan torpaq sahəsinə tərtib olunmuş plan ölçü sənədidir. Halbuki, məhkəmənin plan-ölçü sənədini mübahisəli hesab etməsi üçün əsaslar mövcud deyildir. Əgər həqiqətən də həmin sənəd mübahisəlidirsə, bu zaman müvafiq subyektiv hüquqa malik olan şəxs həmin sənədi inzibati məhkəmə icraatı qaydasında mübahisələndirməli idi. Yalnız müvafiq səlahiyyətli inzibati məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olduqdan sonra həmin qərara müvafiq iddia tələbinə münasibət bildirilə bilərdi. Göründüyü kimi, hazırda belə bir məhkəmə aktı yoxdur və birinci instansiya məhkəməsində qeyd olunan hal dəfələrlə müzakirə olunsa da, cavabdehlərin hər hansı biri belə bir iddia ilə müvafiq inzibati məhkəməyə müraciət etməmişdir. Çünki, onların subyektiv hüququ yoxdur. Hesab edir ki, məhkəmə işin nəticəsində həddən artıq maraqlı və iddiaçıya qarşı qərəzli olmuşdur. Məhz bu səbəbdən də, məhkəmə inzibati məhkəmənin səlahiyyətlərini mənimsəyərək belə nəticəyə gəlmişdir ki, inzibati orqan “Torpaq sahəsinin planı və ölçüsü”nü ilkin torpaqayırma sənədlərində və “Dövlət Akt”larında qeyd edilən koordinatlarla, sənəd üzrə yerləşmə vəziyyətinə uyğun tərtib etməmiş, nəticədə iddiaçının və cavabdehlərin mülkiyyət hüququnun məhdudlaşdırlmasına gətirib çıxaran qanunsuz hərəkətə yol vermişdir. İnzibati orqan reyestrdə qeydiyyat aparılan zaman həyata keçirilməli olan inzibati araşdırma aparmaq vəzifəsinə əməl etməmişdir. Göründüyü kimi, mülki işə baxan məhkəmə öz səlahiyyət həddini aşaraq, birdənbirə inzibati məhkəməyə çevrilmiş, belə bir iddia olmadığı halda, inzibati akta, inzibati orqanın hərəkətlərinə hüquqi qiymət vermişdir. Bu zaman da məhkəmə öz qərəzliliyini və işin nəticəində maraqlı olmasına gizlədə bilməmiş, inzibati orqanın bu hərəkətlərini iddiaçının və cavabdehlərin mülkiyyət hüququnun məhdudlaşdırlmasına gətirib çıxaran qanunsuz hərəkətə yol vermə kimi qiymətləndirməsinə rəğmən, iddiaçının pozulmuş hüquqlarını bərpa etməmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
44. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
45. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin dəlilləri ilə eyni məzmunlu izahat verərək apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi.
46. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş İddiaçı vəkili və nümayəndəsi Vəkil4 apellyasiya şikayətinin dəlilləri ilə eyni məzmunlu izahat verərək apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir.
47. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh3 vəkili və nümayəndəsi Vəkil6 apellyasiya şikayətinə etiraz edərək, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
48. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş Cavabdeh4, onun və üçüncü şəxs X14 vəkili və nümayəndəsi Vəkil1 apellyasiya şikayətinə etiraz edərək, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdirlər.
49. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Altıağac Milli Parkının nümayəndəsi Nümayəndə1 və “Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi” X33 nümayəndəsi Nümayəndə2 mübahisənin qanunvericiliyin tələbinə uyğun həll edilməsini xahiş etdilər.
50. Məhkəmə iclasının yeri və vaxtı barədə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Xızı rayonu Altıağac Bələdiyyəsinə, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X33 2 saylı Sumqayıt Ərazi İdarəsinə, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinə məlumat verilməsinə baxmayaraq nümayəndələri məhkəmə iclaslarında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Konstitusiyası:
51. Maddə 13. Mülkiyyət İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. İİ. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. İİİ. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz.
52. Maddə 29. Mülkiyyət hüququ İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. (...)
Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
53. Maddə 139. Daşınar və daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. (...) 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir.
54. Maddə 140. Daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyridəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.
55. Maddə 146. Daşınmaz əmlaka hüququn əmələ gəlməsi 146.1. Daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). 146.2. Daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. (...)
56. Maddə 152. Mülkiyyət hüququnun anlayışı və məzmunu 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.3. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. 152.4. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır.
57. 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. (...)
Torpaq Məcəlləsinin
58. 55-ci maddəsinə əsasən, hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr; hüquqi və (və ya) fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər; məhkəmənin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair qərarı və ya hökmü; vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən edilmiş digər yollarla yaranır.
59. Həmin Məcəllənin 66.2-ci maddəsinə əsasən, torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericilikdə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir.
60. Həmin Məcəllənin 67-ci maddəsinə əsasən, torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. Torpaq sahəsi üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir.
61. Həmin Məcəllənin 68-ci maddəsinə əsasən, torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır.
62. Həmin Məcəllənin 111-ci maddəsinə əsasən, Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir.
“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun:
63. 2.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır.
64. 2.2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır.
65. 4.1-ci maddəsinə əsasən, 2006-cı il iyulun 6-dək daşınmaz əmlaka hüquqların ayrıayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır.
66. 8.0.5-ci maddəsinə əsasən, 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur.
67. 13.11-ci maddəsində deyilir ki, dövlət reyestri kağız üzərində və elektron daşıyıcılarında aparılır. Dövlət reyestrinin kağız üzərində və elektron daşıyıcısındakı yazılar bir-birinə uyğun gəlmədikdə kağız üzərindəki məlumata üstünlük verilir. Dövlət reyestrindəki yazılarla hüquqların dövlət qeydiyyatı üçün əsas olan sənədlər arasında uyğunsuzluq olduqda sənədlərə üstünlük verilir.
68. “Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında” Əsasnaməyə əsasən həmin Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq dövlət reyestrində hüquqların dövlət qeydiyyatının dəqiq və vaxtında aparılmasını, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasını təmin etmək (3.0.8-ci bənd), vətəndaşların qanuni istifadəsindəki yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqların onların mülkiyyətinə verilməsini yerquruluşu işləri aparılmaqla və normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud olan uyğunsuzluqlar aradan qaldırılmaqla rəsmiləşdirmək xidmətin vəzifəsidir. Bu hallar qeydiyyat zamanı aşkar olunacağı təqdirdə isə xidmət vəzifələrini yerinə yetirməli və hüquqların dövlət qeydiyyatını torpaq sahəsinin faktiki yerləşmə koordinatlarına uyğun aparmalıdır.
69. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 16.1-ci maddəsinə əsasən qeydiyyat orqanı hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvləri, onları aşkar etdiyi və ya bu barədə maraqlı şəxslərdən ərizə aldığı gündən üç gün müddətində aradan qaldırır. Hüquqların dövlət qeydiyyatı zamanı yaranan münasibətlərin maraqlı iştirakçılarına səhvlərin aradan qaldırılması barədə 48 saat müddətində bildiriş verilməlidir.
70. Həmin Qanunun 16.2-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvlərin düzəlişi hüquq sahiblərinə və ya üçüncü şəxslərə ziyan vurmayacağı və ya onların qanuni mənafelərini pozmayacağını güman etməyə əsas olduğu halda aparılır. Hüquq sahibi və ya üçüncü şəxs etiraz edirsə, belə düzəlişlər məhkəmənin qərarı əsasında aparılır.
71. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər.
72. Həmin Qanunun 23.2-ci maddəsinə əsasən daşınmaz əmlak barədə texniki məlumatın dəqiqliyinə və vaxtında təqdim edilməsinə həmin daşınmaz əmlakın dövlət uçotunu aparan müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri cavabdehdirlər.
73. Həmin Qanunun 23.3-cü maddəsinə əsasən dövlət qeydiyyatına alınmış daşınmaz əmlaka hüquqlar və daşınmaz əmlak barəsində bağlanan əqdlər haqqında məlumatın qəsdən və ya ehtiyatsızlıq üzündən təhrif edilməsində və itirilməsində təqsirli olan şəxslər bunun nəticəsində vurulmuş zərərə görə qanunvericiliyə uyğun olaraq məsuliyyət daşıyırlar.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
74. Maddə 8. Qanun və məhkəmə qarşısında bərabərlik 8.1. Mülki işlər və kommersiya mübahisələri üzrə ədalət mühakiməsi hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipi əsasında həyata keçirilir. 8.2. Məhkəmə irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən, hüquqi şəxsin olduğu yerdən, tabeliyindən, mülkiyyət formasından və qanunda nəzərdə tutulmayan başqa fərqlərdən asılı olmayaraq işdə iştirak edən bütün şəxslərə eyni cür yanaşır. 8.3. Bu Məcəllənin 8.2-ci maddəsində nəzərdə tutulmuş əsaslara görə işdə iştirak edən şəxslərə zərər vurula bilməz, güzəştlər və ya imtiyazlar verilə bilməz, yaxud güzəştlərin və ya imtiyazların verilməsindən imtina oluna bilməz.
75. Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (...)
76. Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (..)
77. Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
78. Maddə 89. Yazılı sübutlar 89.1. Yazılı sübutlar - iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. (...)
79. Maddə 101. Ekspert rəyi 101.7. Ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir.
80. Maddə 103. Ekspert rəyinin məhkəmə tərəfindən qiymətləndirilməsi 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir.
81. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı (...) 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. (...)
82. Maddə 372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri (...) 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
83. Maddə 384. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyətləri 384.0. Apellyasiya instansiyası məhkəməsi: (...). 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər (...)
84. Maddə 402. Kassasiya şikayəti vermə hüququ 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. (...)
Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri
85. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
86. Məhkəmə kollegiyası məruzəçi-hakimi dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
87. Baxılan mübahisə torpaq sahəsinə sahibliyin müdafiəsi ilə bağlıdır, belə ki, iddiaçı onun mülkiyyətində olan torpaq sahəsinin cavabdehlər tərəfindən heç bir qanuni əsas olmadan tutulduğuna və dəfələrlə edilmiş xəbərdarlıqlara məhəl qoymayaraq, qanunsuz sahibliyin davam etdirilməsinə istinad edərək hazırki iddia tələbini irəli sürmüşdür.
88. Birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisə üzrə obyektiv nəticəyə gəlinməsini təmin etmək üçün iş üzrə bir neçə dəfə məhkəmə tikinti-texniki ekspertizasının keçirilməsini təmin etmişdir.
89. Həmin rəylərdən müəyyən olunur ki, İddiaçı mülkiyyətində olan 2.0 ha torpaq sahəsinin plan və ölçü sənədində qeyd edilmiş koordinatlarına əsasən bir hissəsi Cavabdeh3 məxsus torpaq sahəsi ilə, bir hissəsi Cavabdeh4 istifadəsində olan kafenin ərazisi ilə, 0.1841 ha hissəsi Altıağac Milli Parkı, 0.0468 ha hissəsi çay yatağı, qalan hissəsi isə Altıağac qəsəbəsinə gedən yol ilə üst-üstə düşür. Həmin plan və ölçü sənədinə əsasən iddiaçının mülkiyyətində olan torpaq sahəsində Cavabdeh3 məxsus su anbarı (tikintialtı sahəsi 81.0 m2), Cavabdeh1 məxsus 3 ədəd tikili (tikintialtı sahəsi 197.0 m 2, 24.0 m2, 65.0 m2) mövcuddur.
90. İşin müəyyən olunmuş hallarından görünür ki, Cavabdeh4 faktiki istifadəsində olan 1.0 ha torpaq sahəsi Xızı rayon Altıağac bələdiyyəsinin 08 avqust 2002-ci il tarixli, 10 saylı qərarı ilə həmin cavabdehin babası X20 mülkiyyətinə verilmiş torpaq sahəsidir. Cavabdeh3 isə mülkiyyətində olan 1.5 ha torpaq sahəsini xx.xx.2012-ci il tarixdə Xızı rayon Altıağac bələdiyyəsi ilə notarial qaydada təsdiq edilmiş alğı-satqı müqaviləsinə əsasən əldə etmişdir. İddiaçı torpaq sahəsini xx.xx.2011-ci il tarixdə alğı-satqı müqaviləsi əsasında X13 almışdır. X23 həmin torpaq sahəsini xx.xx.2005-ci il tarixdə alğı-satqı müqaviləsi əsasında X7 almışdır. X10 isə həmin torpaq sahəsi Xızı rayon Altıağac bələdiyyəsinin xx.xx.2002-ci il tarixli, 18 saylı qərarına əsasən satılmışdır. Bu barədə X10 “Torpağa mülkiyyət hüququna dair” JN-0359 seriyalı, kod 30602016 nömrəli dövlət aktı verilmişdir.
91. Lakin iş üzrə iş üzrə keçirilmiş ekspertiza tədqiqatına dair ekspert rəyinə əsasən müəyyən olunmuşdur ki, “Torpağa mülkiyyət hüququna dair” JN-0359 seriyalı, kod 30602016 nömrəli dövlət aktında qeyd olunan torpaq sahəsi ilə Xızı rayon Altıağac bələdiyyəsinin 22 dekabr 2002-ci il tarixli, 18 saylı qərarı ilə X2 2.0 ha torpaq sahəsinin yerquruluşu planında qeyd olunan torpaq sahəsi üst-üstə düşmür.
92. Ekspert rəyi ilə həmçinin müəyyən edilir ki, Xızı rayon Altıağac bələdiyyəsinin 22 dekabr 2002-ci il tarixli, 18 saylı qərarı ilə X2 2.0 ha torpaq sahəsinin yerquruluşu planında qeyd olunan torpaq sahəsi ilə Xızı rayon Altıağac bələdiyyəsinin 08 avqust 2002-ci il tarixli, 10 saylı qərarı ilə X5 1.0 ha torpaq sahəsinin yerquruluşu planında qeyd olunan torpaq sahəsi üst-üstə düşmür.
93. Bundan başqa, ekspert rəyi ilə həmçinin müəyyən olunmuşdur ki, Cavabdeh3 mülkiyyətində olan 1.5 ha torpaq sahəsi istifadəsində olan torpaq sahəsinə uyğundur.
94. Yuxarıda göstərilən mütəxəssis və ekspert rəyləri ilə iddiaçıya məxsus torpaq sahəsinin plan-ölçü sənədində göstərilən koordinatlarına əsasən Cavabdeh3 məxsus torpaq sahəsi ilə, bir hissəsinin Cavabdeh4 istifadəsində olan kafenin ərazisi ilə üst-üstə düşdüyü və istifadə olunduğu (Cavabdeh3 məxsus torpaq sahəsinin 0.3054 ha, X20 istifadəsində olan torpaq sahəsinin 0.8258 ha hissəsi) müəyyən edilsə də, eyni zamanda İddiaçı adına mülkiyyət hüququ əsasında qeydiyyata alınmış 2.0 ha torpaq sahəsinin ilkin torpaqayırma sənədlərinə uyğun olmadığı, ilkin torpaqayırma sənədlərinə əsasən torpaq sahəsinin zəbt olunmadığı müəyyən edilmişdir.
95. Belə ki, mütəxəssis rəyinə əsasən göstərilən torpaq sahələrinin ilkin torpaqayırma sxemlərinə əsasən ayrı-ayrılıqda mövcud olduğu, X29 tərəfindən inşa edilmiş və istismara qəbul edilmiş 5 ədəd qeyri-yaşayış tikilisinin ona Altıağac bələdiyyəsinin sədri, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Xızı rayon Torpaq Şöbəsinin müdiri və Xızı RİH-in tikinti və memarlıq şöbəsinin müdiri tərəfindən təsdiq edilmiş torpaq sahəsinin planı əsasında ayrılmış (Altıağac Kolxozunun 1991-ci il xəritəsindən 77.79 nömrəli konturlardan (keçmiş Saqsi dəyirmanı sahəsindən) çay qırağından avtomobil yolu ilə çay arasında, çay yatağından müvafiq olaraq 55-60 metr məsafədə) torpaq sahəsinin hüdudları içərisində yerləşdiyi də müəyyən edilmişdir.
96. Sadalananlardan göründüyü kimi cavabdehlər mübahisəli torpaq sahəsindən istifadə etmək üçün qüvvədə olan müvafiq hüquqmüəyyənedici sənədlərə malikdirlər. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, müvafiq torpaq sahələrinin yeri dəqiq müəyyən edilmədən və plan-ölçü sənədləri üzrə uyğunsuzluqlar aradan qaldırılmadan, mövcud mübahisə üzrə cavabdehlərin qanunsuz sahib olmaları barədə iddiaçının hazırkı tələbi əsaslı hesab oluna bilməz. Odur ki, birinci instansiya məhkəməsi iddianın təmin edilməməsi barədə iş üzrə düzgün nəticəyə gəlmişdir.
97. Nəzərə almaq lazımdır ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
98. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübut etmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər.
99. Məhkəmə kollegiyası yuxarıda adı çəkilən ekspert rəylərini MPM-in 103-cü maddəsinə əsasən hazırkı iş üzrə mötəbər sübut kimi qiymətləndirir və hesab edir ki, hazırkı halda apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas deyildir.
100. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, hazırki işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün Mülki Prosessual Məcəllənin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyildir.
101. Göstərilən halları nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarına düzgün istinad etmişdir ki, bu da Azərbaycan Respublikası MPM-in 384.0.1-ci maddəsinə görə məhkəmə qətnaməsinin apellyasiya qaydasında baxıldıqda dəyişdirmədən, apellyasiya şikayətini təmin etmədən saxlanması üçün əsasdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
Apellyasiya şikayəti təmin edilməsin. Xızı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(068)-1/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemi”ndə yaradılmış elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.