Məhkəmə qərarları › İş №2(102)-3408/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-3408/2024

12.12.2024 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahis
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3408/2024 12.12.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh4 və Cavabdeh3 qarşı iş üzrə QƏRARİ Açar sözlər: torpaq sahəsinin boşaldılması, (özbaşına tutulmuş torpaqların qaytarılması), sübutların qiymətləndirilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi hakim), Əhmədova Mehparə Tofiq qızı və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh4 və Cavabdeh3 qarşı torpaq sahəsində olan qanunsuz tikililərin sökülməsi və mülkiyyət hüququnun müdafiəsi tələbinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin 24 iyun 2024-cü il tarixli 2 (105)-873/2024 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 12 dekabr 2024-cü il tarixdə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları:

1. Xızı rayonu, Altıağac bələdiyyəsinin 22 dekabr 2002-ci il tarixli, 18 saylı qərarının və torpaqların alqı-satqı aktına əsasən Xızı rayonu, Altıağac bələdiyyəsinin ehtiyat fondunun alqı-satqı predmeti olan kənd təsərrüfatına yararsız torpaq sahəsindən alqı-satqı qaydasında 2,0 ha torpaq sahəsi X1.

2. Xızı rayonu, Altıağac bələdiyyəsinin 22 dekabr 2002-ci il tarixli, 18 saylı qərarı ilə X2 2,0 ha torpaq sahəsinin yerquruluşu planına əsasən, həmin torpaq sahəsinin qonşuluğunda A-dan B-yə meşə fonduna, B-dən V-yə bələdiyyəyə, V -dən Q-yə Ataçaya, Q-dən A-ya X21 məxsus torpaq sahələridir. 3. 14 may 2003-cü il tarixli “Torpağa mülkiyyət hüququna dair” JN-0359 seriyalı, kod 30602016 nömrəli dövlət aktına əsasən Xızı rayonu, Altıağac bələdiyyəsinin 22 dekabr 2002-ci il tarixli, 18 saylı qərarı ilə 2,0 ha torpaq sahəsi X9 mülkiyyətinə verilmişdir. 4. 06 yanvar 2005-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən X7 rayonu, Altıağac qəsəbəsində yerləşən 2,0 ha torpaq sahəsini X3. 5. 20 may 2011-ci il tarixli ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən Xızı rayonu, Altıağac qəsəbəsində yerləşən 2,0 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə X14 adına daşınmaz əmlakın dövlət reyestrində 6 nömrəli reyestr kitabının 81 nömr əli vərəqində qeydiyyata alınmışdır. 6. 26 may 2011-ci il tarixli, 267432 nömrəli alqı-satqı müqaviləsinə əsasən, X11 rayonu, Altıağac qəsəbəsində yerləşən 2,0 ha torpaq sahəsini 10000 (on min) manata İddiaçı satmışdır. 7. 23 iyun 2011-ci il tarixli ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışına əsasən Xızı rayonu, Altıağac qəsəbəsində yerləşən 2,0 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.

8. Xızı rayonu, Altıağac bələdiyyəsinin 08 avqust 2002-ci il tarixli, 10 saylı qərarının və torpaqların alqı-satqısına dair aktına əsasən Xızı rayonu, Altıağac bələdiyyəsinin ehtiyat fondunun alqı-satqı predmeti olan kənd təsərrüfatına y ararsız torpaq sahəsindən alqı-satqı qaydasında 1 ha torpaq sahəsi X4.

9. Xızı rayonu, Altıağac bələdiyyəsinin 08 avqust 2002-ci il tarixli, 10 saylı qərarı ilə X6 1,0 ha torpaq sahəsinin yerquruluşu planınına əsasən həmin torpaq sahəsi X28 kolxozunun 1991-ci il tarixli xəritəsindən 77,79 nömrəli konturlardan (keçmiş Saqsi dəyirmanı sahəsindən) ayrılmışdır.

10. Xızı rayonu İcra Hakimiyyəti başçısının 13 yanvar 2003-cü il tarixli, 05 nömrəli sərəncamına əsasən X21 Xızı rayonu Altıağac qəsəbəsi ərazisində, Xızı-Altıağac qolunun sağ tərəfində, Ataçay çayı üzərində aldığı 1,0 ha torpaq sahəsində iaşə xidməti binasının və köməkçi xidmət sahələrinin tikintisinə icazə verilmişdir. 11. 14 yanvar 2003-cü il tarixli “Torpağa mülkiyyət hüququna dair” JN-0357 seriyalı, kod 30602016 nömrəli dövlət aktı nın surətinə əsasən Xızı rayonu, Altıağac bələdiyyəsinin 08 avqust 2002-ci il tarixli, 10 saylı qərarı ilə 1,0 ha torpaq sahəsi X19 mülkiyyətinə verilmişdir.

12. Tikintisi başa çatmış obyektin istismara qəbul edilməsi haqqında qəbul komissiyasının 14 mart 2012-ci il tarixli aktına əsasən Xızı rayonu Altıağac qəsəbəsi ərazisində X26 tərəfindən inşa edilmiş istirahət zonası - iaşə xidməti binaları istismara qəbul edilmişdir.

13. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Xızı rayonu İcra Hakimiyyətinə ünvanlanmış xx.xx.2010-cu il tarixli məktubuna əsasən Xızı Rayonunun Altıağac qəsəbəsinin sosial-iqtisadi inkişafının yaxşılaşdırılması və torpaqlardan səmərəli istifadənin təşkil olunması üçün Altıağac bələdiyyəsinin hüdudları daxilində, Xızı-Altıağac avtomobil yolunun sağ tərəfində Altıağac Milli Parkına məxsus meşə ilə örtülü olmayan 1,5 hektar ölçüdə torpaq sahəsinin həmin əraziyə yaxın Milli Park məqsədləri üçün istifadəyə daha əlverişli bələdiyyə mülkiyyətinə aid eyni ölçülü sahə ilə əvəzləşdirilməsinə etiraz olunmamışdır.

14. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il tarixli sərəncamında qeyd olunmuşdur ki, Torpaq Məcəlləsinin 9-cu maddəsinin 3-cü, 33-cü maddəsinin 2-ci və 47-ci maddəsinin 7-ci bəndlərini əsas tutaraq, Xızı rayonu ərazisində Altıağac Milli Parkına məxsus 1,5 hektar torpaq (açıq tala) sahəsinin geri alınaraq xüsusi qorunan ərazilərin torpaqları kateqoriyasından dövlət ehtiyat fondu torpaqları kateqoriyasına keçirilməsi və əvəzində Altıağac bələdiyyəsinin həmin Milli Parkla həmsərhəddə yerləşən 1,5 hektar torpaq (şərti yararsız) sahəsinin xüs usi qorunan ərazilərin torpaqları kateqoriyasına keçirilməklə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Altıağac Milli Parkına verilməsi barədə Xızı Rayon İcra Hakimiyyətinin Altıağac Bələdiyyəsi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi və Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi ilə razılaşdırılmış təklifi qəbul edilsin.

15. ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Sumqayıt Ərazi İdarəsi tərəfindən xx.xx.2012-ci il tarixində tərtib olunmuş “Torpaq sahəsinin planı və ölçüsü”nə əsasən Xızı rayonu, Altıağac qəsəbəsində yerləşən 1,5 ha torpaq sahəsi xx.xx.2012-ci il tarixli alqı-satqı müqaviləsi ilə Cavabdeh3 adına qeydə alınmışdır. 16. xx.xx.2012-ci il tarixli ƏMDK yanında Daşınmaz Əmlakın Döv lət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən Xızı rayonu, Altıağac qəsəbəsində yerləşən 1,5 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh3 adına daşınmaz əmlakın dövlət reyestrində 9 nömrəli reyestr kitabının 70 nömrəli vərəqində dövlət qeydiyyatına alınmışdır.

17. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Altıağac Milli Parkının xx.xx.2019-cu il tarixli, 162 saylı məktubuna əsasən İddiaçı məxsus 2,0 ha torpaq sahəsinin 18 sotu Altıağac Milli Parkının sərhəddi daxilindədir.

18. X26 ilə X23 xx.xx.1972-ci ildə rəsmi nikaha daxil olmuşlar. X26 xx.xx.2019-cu il tarixdə ölmüşdür.

19. Bakı şəhəri 27 saylı Notariat ofisinin xx.xx.2021-ci il tarixli, 373 saylı məktubuna əsasən X19 xx.xx.2019-cu il tarixdə vəfatı ilə əlaqədar olaraq vərəsə X15 ərizəsi əsasında vərəsəlik işi açılmışdır və vərəsəlik dairəsi müəyyən olunaraq Xızı Rayonu, Altıağac qəsəbəsi ünvanındakı 1,0 ha torpaq sahəsinə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi üçün həmin torpaq sahəsinə çıxarış verilməsi qeyd olunmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat

20. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçıya məxsus olan torpaq sahəsində qanunsuz tikililərin sökülməsi, cavabdehə məxsus əşyaların torpaq sahəsindən çıxarılması və iddiaçının mülkiyyət hüququnun müdafiəsi barədə qətnamə qəbul edilməsi və baş vermiş qanun pozuntusu ilə əlaqədar olaraq, səlahiyyətli şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsi üçün xüsusi qərar çıxarılmasını xahiş etmişdir.

21. Daha sonra İddiaçı iddia tələbi həcminin artırılması və başqa cavabdehin işə cəlb edilməsi barədə ərizə ilə Xızı Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh2 cavabdeh qismində işə cəlb edilməsi, Xızı rayonu Altıağac qəsəbəsində yerləşən və ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən mülkiyyətində olan 2,0 ha torpaq sahəsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 çıxarılması, həmin torpaq sahəsində cavabdehlər tərəfindən inşa olunmuş qanunsuz tikililərin və hasarların sökülməsi, cavabdehlərə məxsus həmin əşyaların torpaq sahəsindən çıxarılması və iddiaçının mülkiyyət hüququndan istifadə olunmasına yaradılan maneələrin aradan qaldırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

22. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə X24 arasında 26 may 2011-ci ildə Xızı rayonu Altıağac qəsəbəsində yerləşən 2,0 ha torpaq sahəsinə dair alqı-satqı müqaviləsi bağlanmışdır. Torpaq sahəsinə dair alqı-satqı müqaviləsi rəsmiləşdirildikdən sonra həmin torpaq sahəsinə ƏMDK yanında DƏDRX-dən mülkiyyət hüququna dair adına xx.xx.2011-ci il tarixində çıxarış verilmişdir. Torpaq sahəsini hasarlamaq istəyərkən cavabdehlər Cavabdeh1 məxsus qanunsuz tikili və Cavabdeh2 mülkiyyətində olan ərazidə qanunsuz tikdirdiyi su saxlamaq üçün hovuzu və hasarlanması aşkar olunmuşdur. Dəfələrlə qanunsuz tikilinin və hasarın sökülməsi üçün müraciət etməyinə baxmayaraq, cavabdehlər tələbini yerinə yetirməkdən boyun qaçırırlar.

23. Xızı Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(068)-151/2019 nömrəli qəra rdadı ilə mülki iş üzrə Cavabdeh2 cavabdeh qismində işə cəlb edilmiş, xx.xx.2021-ci il tarixdə X23 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs kimi işə cəlb olunmuş, xx.xx.2021-ci il tarixdə isə Cavabdeh2 əsl Cavabdeh3 ilə əvəz edilmişdir.

24. Daha sonra, Cavabdeh1 xx.xx.2022-ci il tarixdə öldüyündən oğlu - Cavabdeh4 cavabdeh qismində işə cəlb olunmuşdur.

25. Xızı Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(068)-151/2019 nömrəli qərardadı ilə iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir.

26. İşdə olan Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2020-ci il tarixli, 10/3520 nömrəli ekspert rəyinə əsasən İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin mütəxəssisləri tərəfindən tərtib olunmuş 25 sentyabr 2020-ci il tar ixli mütəxəssis rəyinə əsasən, Seriya MA, ******* nömrəli, 23 iyul 2011-ci il tarixli Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən seriya MA ******* çıxarış və torpaq sahəsinin plan ölçüsündə qeyd olunan torpaq sahəsinin döngə nöqtələrinin koordinatlarına əsasən, İddiaçı mülkiyyətinə verilmiş kənd təsərrüfatı təyinatlı torpaqları kateqoriyasına aid olan 2,0 ha torpaq sahəsinin sərhədləri və ölçüləri müəyyən edilərək təyin edildi, lakin faktiki istifadəsində torpaq sahəsi olmadığından ona ayrılan torpaq sahəsi ilə uyğun gəlib-gəlməməsini müəyyənləşdirmək mümkün olmamışdır. Eyni zamanda mütəxəssis rəyinə əsasən, mübahisəli torpaq sahəsinə baxış zamanı Cavabdeh1 iştirak etməməsi səb əbindən faktiki istifadəsində olan torpaq sahəsini müəyyənləşdirmək mümkün olmadığından, məhkəmə tərəfindən qoyulan sualı cavablandırmaq mümkün olmamışdır. Mütəxəssis rəyinə əsasən, mübahisəli torpaq sahəsinə baxış zamanı Cavabdeh2 iştirak etməməsi səbəbindən faktiki istifadəsində olan torpaq sahəsini müəyyənləşdirmək mümkün olmadığından, məhkəmə tərəfindən qoyulan sualı cavablandırmaq mümkün olmamışdır. Mütəxəssis rəyinə əsasən, iddiaçı X18 mülkiyyətinə verilmiş kənd təsərrüfatı təyinatlı torpaqları kateqoriyasında olan 2,0 ha torpaq sahəsinin daxilində tikililər mövcuddur. Lakin həmin tikililərin kim tərəfindən inşa olunduğunun araşdırılması mütəxəssisin səlahiyyətləri daxilində olmadığından məhkəmə tərəfindən qəyulan sualı cavablandırmaq mümkün olmamışdır.

27. Xızı Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(068)-3/2021 nömrəli qərardadı ilə iş üzrə əlavə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir.

28. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 10/5574 nömrəli rəyinə əsasən İqtisadiyyat Nazirliyi yanında ƏMDK-nin mütəxəssisləri tərəfindən tərtib olunmuş 09 dekabr 2021-ci il tarixli mütəxəssis rəyinə əsasən Xızı rayonu, Altıağac bələdiyyəsinin 22 dekabr 2002-ci il tarixli, 18 saylı qərarı ilə X2 2,0 ha torpaq sahəsinə verilmiş 14 may 2003-cü il tarixli “Torpağa mülkiyyət hüququna dair" JN0359 seriyalı, dövlət aktının hazırlanmasına əsas olmuş ilkin torpaqayırma sxeminin (planının) yerquruluşu qaydalarına uyğun tərtib edilməməsi və faktiki vəziyyət ilə uyğunsuzluq olması səbəbindən “Torpağa mülkiyyət hüququna dair" JN-0359 ser iyalı, dövlət aktında göstərilən 2,0 ha torpaq sahəsinin naturadakı yerini müəyyən etmək mümkün olmamışdır. Mütəxəssis rəyinə əsasən, Xızı rayonu, Altıağac bələdiyyəsinin 22 dekabr 2002-ci il tarixli, 18 saylı qərarı ilə X2 2,0 ha torpaq sahəsinə verilmiş 14 may 2003-cü il tarixli “Torpağa mülkiyyət hüququna dair” JN-0359 seriyalı, dövlət aktında göstərilən 2,0 ha torpaq sahəsinin naturadakı yerini müəyyən etmək mümkün olmadığı üçün İddiaçı mülkiyyətində olan (MA seriyalı, ******* nömrəli çıxarış) 2,0 ha torpaq sahəsinin planı və ölçüsündə qeyd edilmiş koordinatları ilə üst-üstə düşüb-düşməməsini müəyyənləşdirmək mümkün olmamışdır. Həmçinin, mütəxəssis rəyinə əsasən İddiaçı mülkiyyətində olan (MA seriyalı, ******* nömrəli çıxarış) 2,0 ha torpaq sahəsinin planı və ölçüsündə qeyd edilmiş k oordinatlarının elektron kadastr məlumat bazasına əsasən 0,1841 ha hissəsi Altıağac Milli Parkı, 0,0468 ha hissəsi çay yatağı ilə üst-üstə düşür. Xızı rayonu, Altıağac bələdiyyəsinin 08 avqust 2002-ci il tarixli 10 saylı qərarı ilə üçüncü şəxsin vərəsəsi olduğu mərhum X6 1,0 ha torpaq sahəsinə verilmiş 14 yanvar 2003-cü il tarixli “Torpağa mülkiyyət hüququna dair” JN-0357 seriyalı, kod 30602016 nömrəli dövlət aktının hazırlanmasına əsas olmuş 10 sentyabr 2002-ci il tarixdə Xızı rayonu, Altıağac bələdiyyəsinin sədri və Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Xızı rayon şöbəsinin müdiri tərəfindən təsdiq olunmuş ilkin sxemin (planın) yerquruluşu qaydalarına uyğun tərtib edilməməsi və faktiki vəziyyət ilə uyğunsuzluq olması səbəbindən “Torpağa mülkiyyət hüququna dair" JN-0357 seriyalı, kod 3 0602016 nömrəli dövlət aktında göstərilən 1,0 ha torpaq sahəsinin naturadakı yerini və ilkin sxemdə (planda) gösterilən yer ilə üst-üstə düşüb-düşməməsini müəyyənləşdirmək mümkün olmamışdır. Mütəxəssis rəyinə əsasən, Cavabdeh3 mülkiyyətində olan (RX seriyalı, ******* nömrəli çıxarış) 1,5 ha torpaq sahəsi, planı və ölçüsündə qeyd edilmiş koordinatlara, istifadəsində olan torpaq sahəsi isə faktiki vəziyyətə əsasən sərhədləri müəyyən edildi. İstifadəsində olan torpaq sahəsinin 1,4774 ha hissəsi 1,5 ha torpaq sahəsinin planı və ölçüsündə qeyd edilmiş koordinatlarla uyğun gəlir. Mütəxəssis rəyinə əsasən, 23 iyun 2011-ci il tarixdə İddiaçı adına (MA seriyalı, ******* nömrəli çıxarış) mülkiyyət hüququ əsasında qeydiyyata alınmış 2,0 ha torpaq sahəsini planı və ölçüsündə qeyd edilmiş koordinatlara əsasən 0,3988 ha hissəsi Cavabdeh1 0,3013 ha hissəsi (bundan 0,2203 ha hissəsi RX seriyalı, ******* nömrəli çıxarışla cavabdehin mülkiyyətidir) Cavabdeh3 faktiki istifadələrindəki torpaq sahələri ilə üst-üstə düşür. Üçüncü şəxsin baxışda iştirak etməməsi səbəbindən faktiki istifadəsində torpaq sahəsinin olub-olmamasını müəyyən etmək mümkün olmamışdır. Mütəxəssis rəyinə əsasən, 23 iyun 2011-ci il tarixdə İddiaçı adına (MA seriyalı, ******* nömrəli çıxarış) mülkiyyət hüququ əsasında qeydiyyata alınmış 2,0 ha torpaq sahəsinin planı və ölçüsündə qeyd edilmiş coğrafi koordinatları daxilində cavabdehlər Cavabdeh1 məxsus 5 ədəd qeyri-yaşayış tikilisi və Cavabdeh3 məxsus bir ədəd yeraltı su anbarı mövcuddur. Üçüncü şəxs X16 baxışda iştirak etməməsi səbəbindən ona məxsus tikililərin olub-olmamasın ı müəyyən etmək mümkün olmamışdır. a) Xızı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(068)-1/2023 nömrəli qərardadı ilə iş üzrə təkrar məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, ekspertizanın aparılması ƏMDK yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin mütəxəssisləri cəlb edilməklə Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertlərinə tapşırılmışdır.

29. İşdə olan Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2003-cü il tarixli, 3-16-16/2-10/6974 nömrəli ekspert rəyinə əsasən İqtisadiyyat Nazirliyi yanında ƏMDK-nin mütəxəssis rəyində məlumat olmadığına görə, xx.xx.2011-ci il tarixdə tərtib olunmuş **********60 reyestr nömrəli AA seriyalı 007078 nömrəli və xx.xx.2011-ci il tarixində tərtib olunm uş **********60 reyestr nömrəli, AA seriyalı 006709 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədlərində qeyd olunmuş torpaq sahəsi ilə bağlı tədqiqat aparılmadı və həmin torpaq sahəsinin faktiki koordinatlarını təyin etmək mümkün deyildir. **********60 reyestr nömrəli AA seriyalı 007078 nömrəli torpaq sahəsinin elektron kadastr məlumat bazasında **********31 reyestr nömrəsi ilə qeydiyyata alınmış Cavabdeh3 məxsus torpaq sahəsi ilə, bir hissəsinin Cavabdeh4 istifadəsində olan kafenin ərazisi ilə, qalan hissəsinin isə Altıağac qəsəbəsinə gedən yol ilə üst-üstə düşdüyü müəyyən edilir. xx.xx.2011-ci il tarixində tərtib olunmuş **********60 reyestr nömrəli AA seriyalı 007078 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədində qeyd olunmuş torpaq sahəsinin bir hissəsinin hazırda Cavabdeh3 mül kiyyətində olan torpaq sahəsinin, Cavabdeh4 istifadəsində olan torpaq sahəsinin, bir hissəsinin isə ümumi istifadədə olan Altıağac qəsəbəsinə gedən avtomobil yolunun üzərində olduğu müəyyən edilir. Qeyd olunan torpaq sahəsinin baza məlumatlarına əsasən əvvəllər təyinatının dövlət meşə fondu torpaqları olduğu müəyyən edilir. 14 may 2023-cü il tarixli “Torpağa mülkiyyət hüququna dair” JN-0359 seriyalı, kod 30602016 nömrəli dövlət aktında qeyd olunan torpaq sahəsi ilə Xızı rayonu, Altıağac bələdiyyəsinin 22 dekabr 2002-ci il tarixli, 18 saylı qərarı ilə X2 2,0 ha torpaq sahəsinin yerquruluşu planında qeyd olunan torpaq sahəsinin üst-üstə düşmədiyi müəyyən edilir. İş materiallarında xx.xx.2011-ci il tarixdə tərtib olunmuş **********60 reyestr nömrəli, AA seriyalı 006709 nömrəli torpaq sahəsini n planı və ölçüsü sənədinin Xızı rayonu, Altıağac bələdiyyəsinin 22 dekabr 2002-ci il tarixli, 18 saylı qərarı ilə X2 2,0 ha torpaq sahəsinin yerquruluşu planına uyğun tərtib olunmadığı müəyyən edilir. İş materiallarında olan xx.xx.2011-ci il tarixində tərtib olunmuş **********60 reyestr nömrəli, AA seriyalı 006709 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədinin 14 may 2003-cü il tarixli “Torpağa mülkiyyət hüququna dair” JN-0359 seriyalı, kod 30602016 nömrəli dövlət aktına uyğun tərtib olunduğu müəyyən edilir.İş materiallarında olan xx.xx.2011-ci il tarixdə tərtib olunmuş **********60 reyestr nömrəli AA seriyalı 007078 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədinin xx.xx.2011-ci il tarixində tərtib olunmuş **********60 reyestr nömrəli, AA seriyalı 006709 nömrəli torpaq sahəsinin pla nı və ölçüsü sənədinə uyğun tərtib olunduğu müəyyən edilir. İş materiallarında olan Xızı rayonu, Altıağac bələdiyyəsinin 22 dekabr 2002-ci il tarixli, 18 saylı qərarı ilə X2 2,0 ha torpaq sahəsinin yerquruluşu planında qeyd olunan torpaq sahəsi ilə Xızı rayonu, Altıağac bələdiyyəsinin 08 avqust 2002-ci il tarixli, 10 saylı qərarı ilə X6 1,0 ha torpaq sahəsinin yerquruluşu planında qeyd olunan torpaq sahəsinin üst-üstə düşmədiyi müəyyən edilir. 14 may 2003-cü il tarixli “Torpağa mülkiyyət hüququna dair” JN-0359 seriyalı, kod 30602016 nömrəli dövlət aktına əsasən Xızı rayonu, Altıağac bələdiyyəsinin 22 dekabr 2002-ci il tarixli, 18 saylı qərarı ilə X2 2,0 ha torpaq sahəsinin naturada yerini müəyyən etmək mümkün olmadı. 14 yanvar 2003-cü il tarixli “Torpağa mülkiyyət hüququna dair” JN-0357 se riyalı, kod 30602016 nömrəli dövlət aktına əsasən olan torpaq sahəsi Xızı rayonu, Altıağac bələdiyyəsinin 08 avqust 2002-ci il tarixli, 10 saylı qərarı ilə X6 1,0 ha torpaq sahəsinin sənəd üzrə çayın qarşı sahilində, naturada isə çay ilə XızıAltıağac yolunun arasında yerləşdiyi müəyyən edilir. Cavabdeh3 mülkiyyətində olan (RX seriyalı ******* nömrəli çıxarış) 1,5 ha torpaq sahəsinin istifadəsində olan torpaq sahəsinə uyğun olduğu müəyyən edilir. Sənəd üzrə 0,2216 ha, faktiki olaraq 0,3054 ha. Cavabdehlərin və üçüncü şəxsin sənəd üzrə və faktiki istifadələrindəki torpaq sahələrinin xx.xx.2011-ci il tarixdə tərtib olunmuş **********60 reyestr nömrəli AA seriyalı 007078 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədində qeyd olunmuş torpaq sahəsi ilə üstüstə düşdüyü müəyyən edilir. Cavabdeh3 məxsus torpaq sahəsinin 0,3054 ha, X19 istifadəsində olan torpaq sahəsinin 0,8258 ha hissəsi ilə üst-üstə düşdüyü müəyyən edilir. 23 iyun 2011-ci il tarixdə İddiaçı adına (MA seriyalı, ******* nömrəli çıxarış) mülkiyyət hüququ əsasında qeydiyyata alınmış 2,0 ha torpaq sahəsinin cavabdehlər Cavabdeh1 və Cavabdeh3, üçüncü şəxs X23 tərəfindən istifadə olunduğu, lakin 23 iyun 2011-ci il tarixdə İddiaçı adına (MA seriyalı, ******* nömrəli çıxarış) mülkiyyət hüququ əsasında qeydiyyata alınmış 2,0 ha torpaq sahəsinin ilkin torpaqayırma sənədlərinə uyğun olmadığı, belə ki, ilkin torpaqayırma sənədlərinə əsasən torpaq sahəsinin zəbt olunmadığı müəyyən edilir. Göstərilən torpaq sahələrinin ilkin torpaqayırma sxemlərinə əsasən ayrı-ayrılıqda mövcud olduğu müəyyən edilir. xx.xx.2011-ci il tarixdə tərt ib olunmuş **********60 reyestr nömrəli AA seriyalı 007078 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədində qeyd olunmuş torpaq sahəsində Cavabdeh3 məxsus su anbarının (tikintialtı sahəsi 81,0 kv metr), Cavabdeh1 məxsus 3 ədəd tikilinin (tikintialtı sahəsi 197,0 m 2, 24,0 kv metr, 65,0 kv metr) mövcud olduğu müəyyən edilir. X26 tərəfindən inşa edilmiş və istismara qəbul edilmiş 5 ədəd qeyri-yaşayış tikilisinin ona Altıağac bələdiyyəsinin sədri, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Xızı rayon Torpaq Şöbəsinin müdiri və Xızı RİH-in tikinti və memarlıq şöbəsinin müdiri tərəfindən təsdiq edilmiş torpaq sahəsinin planı əsasında ayrılmış (Altıağac Kolxozunun 1991-ci il xəritəsindən 77,79 nömrəli konturlardan (keçmiş Saqsi dəyirmanı sahəsindən) çay qırağından avtomobil yolu ilə çay arasın da, çay yatağından müvafiq olaraq 55-60 metr məsafədə torpaq sahəsinin hüdudları içərisində yerləşdiyi müəyyən edilir. 14 yanvar 2003-cü il tarixli “Torpağa mülkiyyət hüququna dair” JN-0357 seriyalı, kod 30602016 nömrəli dövlət aktında və 14 may 2003-cü il tarixli “Torpağa mülkiyyət hüququna dair” JN0359 seriyalı, kod 30602016 nömrəli dövlət aktında qeyd olunan torpaq sahələrinin üst-üstə düşmədiyi müəyyən edilir.

30. Xızı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(068)-1/2024 nömrəli qətnaməsi ilə İddiaçı cavabdehlər Cavabdeh4 və Cavabdeh3 qarşı “torpaq sahəsində olan qanunsuz tikililərin sökülməsi, cavabdehlərə məxsus həmin əşyaların torpaq sahəsindən çıxarılması və mülkiyyət hüququnun müdafiəsi” tələbinə dair iddiasının rədd olunması və iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyə ri olan cəmi 250 (iki yüz əlli) manat pulun İddiaçı tutularaq Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir. (hakim İlqar Cabbarov)

31. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, hazırda Cavabdeh4 faktiki istifadəsində olan 1,0 ha torpaq sahəsi Xızı rayonu, Altıağac bələdiyyəsinin 08 avqust 2002-ci il tarixli, 10 saylı qərarı ilə həmin cavabdehin babası X19 mülkiyyətinə verilmiş, X19 xx.xx.2019-cu il tarixdə vəfatı ilə əlaqədar olaraq vərəsə X15 (Cavabdeh4 nənəsi) ərizəsi əsasında vərəsəlik işi açılmışdır.

32. İddiaçı məhkəməyə müraciət edərək hazırda cavabdehlərin ona məxsus olan torpaq sahəsinə müdaxilə etməsini, bu səbəbdən də onların həmin torpaq sahəsindən çıxarılmasını məhkəmədən xahiş edərək, qeyd edilən torpaq sahəsinin onun mülkiyyətin də olmasını irəli sürərək və buna dair MA seriyalı, ******* nömrəli, 23 iyun 2011-ci il tarixli ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışı və ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Sumqayıt Ərazi İdarəsi tərəfindən xx.xx.2011-ci il tarixində tərtib olunmuş **********60 reyestr nömrəli AA seriyalı 007078 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü”nü məhkəməyə təqdim etsə də, ekspert rəyinə əsasən mübahisəli torpaq sahələrinin ilkin torpaqayırma sxemlərinə əsasən ayrı-ayrılıqda mövcud olduğu, 23 iyun 2011-ci il tarixdə İddiaçı adına (MA seriyalı, ******* nömrəli çıxarış) mülkiyyət hüququ əsasında qeydiyyata alınmış 2,0 ha torpaq sahəsinin ilkin torpaqayırma sənədlərinə uyğun olmadı ğı, belə ki, ilkin torpaqayırma sənədlərinə əsasən torpaq sahəsinin zəbt olunmadığı, eləcə də Xızı rayonu, Altıağac bələdiyyəsinin 22 dekabr 2002-ci il tarixli, 18 saylı qərarı ilə X2 2,0 ha torpaq sahəsinin yerquruluşu planında qeyd olunan torpaq sahəsi ilə Xızı rayonu, Altıağac bələdiyyəsinin 08 avqust 2002-ci il tarixli, 10 saylı qərarı ilə X6 1,0 ha torpaq sahəsinin yerquruluşu planında qeyd olunan torpaq sahəsinin üst-üstə düşmədiyi müəyyən edilir. Bununla da, məhkəmə hesab etmişdir ki, iddiaçının adına qeyd edilən torpaq sahəsi ilkin torpaqayırma sənədlərinə uyğun olmadığından, eləcə də mübahisəli torpaq sahələri ilkin torpaqayırma sxemlərinə əsasən ayrı-ayrılıqda mövcud olduğundan cavabdehlərin həqiqətən məhz iddiaçıya məxsus torpaq sahəsinə müdaxilə etməsi sübuta yetirilməmişdir. 3

3. Bundan başqa məhkəmə onu da qeyd etmişdir ki, iddiaçı reyestrin həqiqiliyi prezumpsiyasına əsaslanaraq iddianın təmin edilməsini xahiş edir. Bununla bağlı nəzərə alınmalı hal ondan ibarətdir ki, iddiaçının mülkiyyətində 2,0 ha torpaq sahəsinin olması mübahisələndirilmir. Mübahisəli məqam onun mülkiyyətində olan torpaq sahəsinə tərtib olunmuş plan ölçü sənədidir. Həmin plan ölçü sənədinin ilkin torpaqayırma sənədlərinə əsasən tərtib olunmaması ekspert rəylərinə əsasən müəyyən olunduğu üçün qeyd olunan sənədə istinadən iddianın təmin edilməsi yolverilməzdir. Plan ölçü sənədinin qüsurlu olması onda göstərilən torpaq sahəsinin həm qoruğun ərazisi, həm də ümumi istifadədə olan yolun ərazisi ilə də üst-üstə düşməsində də özünü biruzə verir. Plan ölçü sənədi tərtib olunarkən inzibati orqanın m ütəxəssisləri tərəfindən torpaq sahəsinə naturada baxış keçirilmiş olsa idi, hazırki mübahisənin yaranması da istisna olunardı.

34. İnzibati orqan “Torpaq sahəsinin planı və ölçüsü”nü ilkin torpaqayırma sənədlərində və “Dövlət Akt”larında qeyd edilən koordinatlarla, sənəd üzrə yerləşmə vəziyyətinə uyğun tərtib etməmiş, nəticədə iddiaçının və cavabdehlərin mülkiyyət hüququnun məhdudlaşdırlmasına gətirib çıxaran qanunsuz hərəkətə yol vermişdir. İnzibati orqan reyestrdə qeydiyyat aparılan zaman həyata keçirilməli olan inzibati araşdırma aparmaq vəzifəsinə əməl etməmişdir.

35. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu maddələri, Mülki Məcəllənin 157.1, 157.2 və 153.1-ci, Torpaq Məcəlləsinin 55, 66.2, 67, 68, 111-ci, “Bələdiyyə torpaql arının idarə edilməsi haqqında” Qanunun 2.1, 6.1, 6.2 və 6.5-ci maddələri və “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 2.1, 2.2, 4.1, 8.0.5, 16.1, 16.1-1, 16.2, 23.1, 23.2 və 23.3-cü maddələrinin tələbləri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

36. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir.

37. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, ekspert rəyində açıq-aşkar göstərilir ki, qarşı tərəfin torpaq sahəsi çayın qarşı tərəfindədir. İşdə olan ekspertiza rəyləri ilə sübuta yetirilir ki, iddiaçı iddia etdiyi torpağın mülkiyyətçisidir və həmin torpaq sahəsi cavabdehlər tərəfindən zəbt olunubdur. Məhkəmə isə, ilkin torpaq ayırma sənədlə rində uyğunsuzluq aşkar edərək, hazırda qüvvədə olan çıxarışa deyil, ilkin torpaq ayırma sənədlərinə istinad edərək iddia tələbini rədd etmiş, bununla da, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140-cı maddəsinin tələblərini pozmuşdur. Həmin maddəyə əsasən, Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Bu hal məhkəmənin özünə də bəlli olduğu üçün qətnamədə qeyd olunan məsələyə aşağıdakı kimi hüquqi qiymət vermişdir. “məhkəmə onu da qeyd etmə yi zəruri hesab edir ki, iddiaçı reyestrin həqiqiliyi prezumpsiyasına əsaslanaraq iddianın təmin edilməsini xahiş edir. Bununla bağlı nəzərə alınmalı hal ondan ibarətdir ki, iddiaçının mülkiyyətində 2,0 ha torpaq sahəsinin olması mübahisələndirilmir. Mübahisəli məqam onun mülkiyyətində olan torpaq sahəsinə tərtib olunmuş plan ölçü sənədidir. Həmin plan ölçü sənədinin ilkin torpaqayırma sənədlərinə əsasən tərtib olunmaması ekspert rəylərinə əsasən müəyyən olunduğu üçün qeyd olunan sənədə istinadən iddianın təmin edilməsi yolverilməzdir. Plan ölçü sənədinin qüsurlu olması onda göstərilən torpaq sahəsinin həm qoruğun ərazisi, həm də ümumi istifadədə olan yolun ərazisi ilə də üst-üstə düşməsində də özünü biruzə verir. Plan ölçü sənədi tərtib olunarkən inzibati orqanın mütəxəssisləri tərəfindən torpaq sahəsinə naturada baxış keçirilmiş olsa idi, hazırki mübahisənin yaranması da istisna olunardı”. Göründüyü kimi, məhkəmə özü də qeyd olunan maddi hüquq normasının pozulduğunun fərqində olmuş və buna hüquqi don geyindirməyə çalışmışdır. Məhkəmə belə hesab etmişdir ki, iddiaçının mülkiyyətində 2,0 ha torpaq sahəsinin olması mübahisələndirilmir. Mübahisəli məqam onun mülkiyyətində olan torpaq sahəsinə tərtib olunmuş plan ölçü sənədidir. Halbuki, məhkəmənin plan-ölçü sənədini mübahisəli hesab etməsi üçün əsaslar mövcud deyildir. Əgər həqiqətən də həmin sənəd mübahisəlidirsə, bu zaman müvafiq subyektiv hüquqa malik olan şəxs həmin sənədi inzibati məhkəmə icraatı qaydasında mübahisələndirməli idi. Yalnız müvafiq səlahiyyətli inzibati məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olduqdan sonra həmin qərara müvafiq iddia tələbinə münasibət bildirilə bilərdi. Göründüyü kimi, hazırda belə bir məhkəmə aktı yoxdur və birinci instansiya məhkəməsində qeyd olunan hal dəfələrlə müzakirə olunsa da, cavabdehlərin hər hansı biri belə bir iddia ilə müvafiq inzibati məhkəməyə müraciət etməmişdir. Çünki, onların subyektiv hüququ yoxdur. Hesab edir ki, məhkəmə işin nəticəsində həddən artıq maraqlı və iddiaçıya qarşı qərəzli olmuşdur. Məhz bu səbəbdən də, məhkəmə inzibati məhkəmənin səlahiyyətlərini mənimsəyərək belə nəticəyə gəlmişdir ki, inzibati orqan “Torpaq sahəsinin planı və ölçüsü”nü ilkin torpaqayırma sənədlərində və “Dövlət Akt”larında qeyd edilən koordinatlarla, sənəd üzrə yerləşmə vəziyyətinə uyğun tərtib etməmiş, nəticədə iddiaçının və cavabdehlərin mülkiyyət hüququnun məhdudlaşdı rlmasına gətirib çıxaran qanunsuz hərəkətə yol vermişdir. İnzibati orqan reyestrdə qeydiyyat aparılan zaman həyata keçirilməli olan inzibati araşdırma aparmaq vəzifəsinə əməl etməmişdir. Göründüyü kimi, mülki işə baxan məhkəmə öz səlahiyyət həddini aşaraq, birdən-birə inzibati məhkəməyə çevrilmiş, belə bir iddia olmadığı halda, inzibati akta, inzibati orqanın hərəkətlərinə hüquqi qiymət vermişdir.

38. Sumqayıt Apellyasiya Məhkəməsinin 24 iyun 2024-cü il tarixli 2(105)-873/2024 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Xızı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(068)-1/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. (hakimlər Məmmədov Fuad(sədrilik edən və məruzəçi), Rəhimli Lalə və Dəmirov İlqar)

39. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, işdə olan mütəxəssis və ekspert rəyləri ilə iddiaçıya məxsus torpaq sahəsinin plan-ölçü sənədində göstərilən koordinatlarına əsasən Cavabdeh3 məxsus torpaq sahəsi ilə, bir hissəsinin Cavabdeh4 istifadəsində olan kafenin ərazisi ilə üst-üstə düşdüyü və istifadə olunduğu (Cavabdeh3 məxsus torpaq sahəsinin 0,3054 ha, X19 istifadəsində olan torpaq sahəsinin 0,8258 ha hissəsi) müəyyən edilsə də, eyni zamanda İddiaçı adına mülkiyyət hüququ əsasında qeydiyyata alınmış 2,0 ha torpaq sahəsinin ilkin torpaqayırma sənədlərinə uyğun olmadığı, ilkin torpaqayırma sənədlərinə əsasən torpaq sahəsinin zəbt olunmadığı müəyyən edilmişdir.

40. Belə ki, mütəxəssis rəyinə əsasən göstərilən torpaq sahələrinin ilkin torpaqayırma sxemlərinə əsasən ayrı-ayrılıqda mövcud olduğu, X26 tərəfindən inşa edilmiş və istismara qəbul edilmiş 5 ədəd qeyri-yaşayış tikilisinin ona Altıağac bələdiyyəsinin sədri, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Xızı rayon Torpaq Şöbəsinin müdiri və Xızı RİH-in tikinti və memarlıq şöbəsinin müdiri tərəfindən təsdiq edilmiş torpaq sahəsinin planı əsasında ayrılmış (Altıağac Kolxozunun 1991-ci il xəritəsindən 77.79 nömrəli konturlardan (keçmiş Saqsi dəyirmanı sahəsindən) çay qırağından avtomobil yolu ilə çay arasında, çay yatağından müvafiq olaraq 55-60 metr məsafədə) torpaq sahəsinin hüdudları içərisində yerləşdiyi də müəyyən edilmişdir.

41. Beləliklə, cavabdehlər mübahisəli torpaq sahəsindən istifadə etmək üçün qüvvədə olan müvafiq hüquqmüəyyənedici sənədlərə malikdirlər. Belə olan halda məhkəmə hesab etmişdir ki, müvafiq torpaq sahələrinin yeri dəqiq müəyyən edilmədən və plan -ölçü sənədləri üzrə uyğunsuzluqlar aradan qaldırılmadan, mövcud mübahisə üzrə cavabdehlərin qanunsuz sahib olmaları barədə iddiaçının hazırkı tələbi əsaslı hesab oluna bilməz. Odur ki, birinci instansiya məhkəməsi iddianın təmin edilməməsi barədə iş üzrə düzgün nəticəyə gəlmişdir.

42. Məhkəmə ekspert rəylərini mötəbər sübut kimi qiymətləndirmii və hesab etmişdir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas deyildir.

43. Apellyasiya instansiyası məhkəməsi mövqeyini Azərbaycan Respublikasının Konstitusiyanın 13, 29-cu, Mülki Məcəllənin 139, 139.1, 139.3, 139.3, 140, 146 və 152-ci, Torpaq Məcəllənin 55, 66.2, 67,68 və 111-ci, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1, 2.2, 4.1, 8.0.5 və 13.11-ci, “A zərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında” Əsasnamənin 3.0.8-ci bəndinə, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 16.1, 16.2, 23.1, 23.2 və 23.3cü maddələrinə və MPM-nin 8,14, 77, 88, 101 və 103-cü maddələri ilə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri:

44. İddiaçı kassasiya şikayəti verərək, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-873/2024 nömrəli 24 iyun 2024-cü il tarixli qətnaməsinin ləğv olunması və iddia tələbinin təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

45. Kassasiya şikayətin dəlliləri apellyasiya şikayətin dəlliləri ilə eynilik təşkil etmişdir.

46. Kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-i n 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.

47. Kassasiya şikayətinə yazılı etiraz daxil olmamışdır. Kassasiya baxışının hədləri:

48. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

49. İddiaçı apellyasiya instansiyası məhkəmə sinin qətnaməsini bütövlüklə mübahisələndirdiyindən, hazırki kassasiya baxışının predmetini həmin məhkəmə tərəfindən mübahisələndirilən qətnaməni qəbul edilərkən prosessual hüquq normalarının düzgün tətbiqinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyası:

50. Maddə

13. Mülkiyyət I. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

51. Maddə

29. Mülkiyyət hüququ I. Hər kəsin mülkiyyət hüququ vardır. II. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

52. Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı d övlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır.

53. Maddə 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir.

54. Maddə

140. Daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyridəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.

55. Maddə 146.1. Daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla).

56. Maddə 146.2. Daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir.

57. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

58. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikası Torpaq Məcəlləsi

59. Maddə

55. Hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr; hüquqi və (və ya) fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər; məhkəmənin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair qərarı və ya hökmü; vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən edilmiş digər yollarla yaranır.

60. Maddə 66.2. Torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericilikdə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir.

61. Maddə

67. Torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburid ir. Torpaq sahəsi üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir.

62. Maddə

68. Torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır.

63. Maddə

111. Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) t orpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun:

64. Maddə 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır.

65. Maddə 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır.

66. Maddə 4.1. 2006-cı il iyulun 6-dək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeyd iyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır.

67. Maddə 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur.

68. Maddə 13.11. Dövlət reyestri kağız üzərində və elektron daşıyıcılarında aparılır. Dövlət reyestrinin kağız üzərində və elektro n daşıyıcısındakı yazılar bir-birinə uyğun gəlmədikdə kağız üzərindəki məlumata üstünlük verilir. Dövlət reyestrindəki yazılarla hüquqların dövlət qeydiyyatı üçün əsas olan sənədlər arasında uyğunsuzluq olduqda sənədlərə üstünlük verilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

69. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

70. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

71. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilir.

72. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

73. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

74. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

75. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol veri lməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

76. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

77. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə iddiaçının kassasiya şikayəti qismən təmin olunmalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməklə iş yeni apellyasiya baxışına göndərilməlidir.

78. Belə ki, iddianı rədd edən aşağı instansiya məhkəmələrinin qənaətinə görə işdə olan mütəxəssis və ekspert rəylər i ilə iddiaçıya məxsus torpaq sahəsinə dair plan-ölçü sənədində göstərilən koordinatlara görə 2 hektar torpaq sahəsinin bir hissəsi Cavabdeh3 məxsus torpaq sahəsi ilə, bir hissəsi isə Cavabdeh4 istifadəsində olan kafenin ərazisi ilə üst-üstə düşməsi və onlar tərəfindən istifadə olunması müəyyən olunsa da, iddiaçının adına mülkiyyət hüququ əsasında qeydiyyata alınmış torpaq sahəsinin plan ölçü sənədində göstərilən koordinatları ilkin torpaqayırma sənədlərinə uyğun olmamış, ilkin torpaqayırma sənədlərinə görə isə onun torpaq sahəsinin cavabbehlər tərəfindən zəbt olunmadığı aşkar edilmişdir. İddiaçının mülkiyyətində 2,0 ha torpaq sahəsinin olması mübahisəsizdr, lakin torpaq sahəsinin plan ölçü sənədi düzgün tərtib olunmadığına, yəni ikin torpaqayırma sənədlərnə uyğun olmadığına görə həmin q üsurlu sənədə istinadən iddianın təmin edilməsi yolverilməzdir.

79. İşin apellyasiya məhkəməsi tərəfindən müəyyən edilmiş hallarına görə İddiaçı adına 23 iyun 2011-ci il tarixdə mülkiyyət hüququ üzrə dövlət qeydiyyatına alınmış Xızı rayonu, Altıağac qəsəbəsində yerləşən 2,0 ha torpaq sahəsini o, 26 may 2011-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən X5 almış, sonuncu 06 yanvar 2005-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən X8 əldə etmiş, X10 isə Altıağac bələdiyyəsinin 22 dekabr 2002-ci il tarixli qərarı ilə satılmışdır. Hər üç alqı-satqı əməliyyatından sonra torpaq sahəsinə mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün əsas olan torpaq sahəsinin sərhədlərinin yerdə müəyyən olunması, planı və ölçüsünün tərtib ediliməsindən ibarət hərəkətlər icra edilmiş və müvafiq sənədlər tər tib olunmuşdur. Bu hərəkətlərin icrası dövründə bələdiyyənin 08 avqust 2002-ci il tarixli X6 1 hektar qonşu torpaq sahəsi olmasına baxmayaraq tərəflər arasında hər hansı mübahisə baş verməmiş, Əli Namazovun torpaq sahəsində apardığı tikililər 14 mart 2012-ci ildə istismara qəbul olumuş, İstismara qəbul aktında tikintinin başlandığı və qurtardığı müddət göstərilmişdir.

80. Digər Cavabdeh3 isə 1,5 ha torpaq sahəsi isə xx.xx.2012-ci il tarixdə tərtib olunmuş “Torpaq sahəsinin planı və ölçüsü” sənədinə əsasən bələdiyyə tərəfindən xx.xx.2012-ci il tarixdə satılmışdır.

81. İddianı mütəxəssis və ekspert rəylərinə əsasən iddiaçıya məxsus 2 hektar torpaq sahəsinə dair tərtib edilmiş plan-ölçü sənədində göstərilən koordinatların Mürvət Cabbarovun adına ilkin torpaqayırma sənədlərinə uyğun olmaması ə sası ilə rədd edən apellyasiya məhkəməsi nəzərə almamışdır ki, iddiaçının torpaq sahəsinə daiir xx.xx.2011ci il tarixdə tərtib edilmiş “Torpaq sahəsinin planı və ölçüsü” sənədi ciddi hesabat sənədi olmaqla torpaq sahəsinin planı və ölçüsünü təsvir etməklə bərabər sahəyə dair bütün məlumatları özündə əks etdirir və torpaq sahəsinə mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün əsasdır. “Torpaq sahəsinin planı və ölçüsü” sənədi olmadan dövlət qeydiyyatına alınmış torpaq sahəsinə mülkiyyət hüququ real deyil, xəyali olardı. Bu hal Torpaq Məcəlləsinin torpaq sahələri üzərində hüquqların yaranma vaxtını müəyyən edən 68-ci maddəsində də nəzərdə tutulmuşdur. Həmin maddəyə görə torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölç üsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır.

82. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının dövlət tərəfindən tanınan və müdafiə olunan torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatının şübhə altına alınmasına qanuni əsaslar olmadan, bu barədə dövlət reyestrinin, o cümlədən mülkiyyət hüququnun dövlət qeydiyyatının tərkib hissəsi olan “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin qeyri dəqiqliyi sübuta yetirilmədən həmin sənədi mötəbər sübut kimi qəbul etməməkdə məhkəmə səhvə yol vermişdir.

83. İşin qeyd olunan faktiki hallarını və sadalanan qanunvericilik aktları normalarının tələblərini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, Sumqayıt Ap ellyasiya Məhkəməsi Mülki kollegiyasının təqdim olunmuş sübutları tam və hərtərəfli araşdırmadan, işin nəticəsi üçün mühüm əhəmiyyət kəsb edən sübutlara lazımi hüquqi qiymət vermədən iddianın rədd olunması üzrə gəldiyi nəticəsi qanuni və əsaslı sayıla bilməz. Ona görə də qətnamə göstərilən ləğv edilməli və iş yeni apellyasiya baxışına göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-873/2024 nömrəli iş üzrə 24 iyun 2024-cü il tarixli qətnaməsi ləğv edilsin, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar