Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-876/2025 23.06.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: uşağın valideynlərindən birinin himayəsinə verilməsi, uşağın üstün mənafeyi) X2 (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlu və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X5, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh iştirakı ilə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(060)-184/2025 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyаsiyа Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə kollegiyası müəyyən etdi: İşin halları :
1. AZ-İİ 917318 saylı doğum haqqında şəhadətnamənin surətindən göürünür ki, tərəflərin birgə nikahından xx.xx.2017-ci il təvəllüdlü X9 adlı uşaqları doğulmuşdur.
2. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(060)-5090/2020 saylı qətnaməsindən görünür ki, həmin qətnamə ilə iddia təmin edilmiş, İddiaçı ilə X8 arasında olan 5 saylı Bakı “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsində 30 iyul 2016-cı il tarixdə bağlanmış və 4029 nömrə ilə qeyd edilmiş nikah qeydinin pozulması, tərəflərin birgə nikahlarından olan və yetkinlik yaşına çatmayan 28 aprel 2017-ci il təvəllüdlü X7 anası - X4 himayəsində qalması, İddiaçı 28 aprel 2017-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatana kimi saxlanılması üçün xx.xx.2020-ci il tarixdən başlayaraq hər ay 170 (bir yüz yetmiş) manat sabit pul məbləğində alimentin tutularaq X6 verilməsi qət edilmişdir.
3. Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(060)-493/2021 saylı qətnaməsindən görünür ki, həmin qətnamə ilə iddia qismən təmin edilmiş, xx.xx.2017-ci il təvəllüdlü X7 atası İddiaçı ilə hər həftənin bazar günü 4 saat olmaqla, saat 10:00-dan 14:00-dək cavabdehin iştirakı olmadan görüş vaxtının müəyyən edilməsi qət edilmişdir.
4. xx.xx.2024-cü il tarixli ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayışdan görünür ki, 60 manat ilkin məcburi mediasiya xərci İddiaçı tərəfindən ödənilmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2017-ci il təvəllüdlü X7 himayəsinin dəyişdirilərək ataya verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.
6. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə 30 iyul 2016-cı il tarixdə rəsmi nikaha daxil olmuş, birgə nikahlarından xx.xx.2017-ci il təvəllüdlü X9 adlı bir övladları olmuşdur. Cavabdeh ilə nikahları pozulmuşdur. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-493/2021 ci il qətnaməsi ilə xx.xx.2017-cu ildə doğulmuş X7 onunla (İddiaçı ilə) hər həftənin bazar günü 4 saat olmaqla, saat 10:00-dan günorta 14:00-dək cavabdehin iştirakı olmadan görüş vaxtı müəyyən edilmişdir. Sonuncu dəfə uşaqla görüşəndə anasının yanına getmək istəməmişdir, əvvəllər də onun yanında qalmaq istədiyini demişdir. O vaxtdan onun yanında qalır. Artıq həmin evə qayıtmaq istəmədiyini deyir. Qeyd edir ki, cavabdeh ikinci dəfə ailə qurub, həmin ailədən də bir azyaşlı övladı var. Uşağının himayəsinin dəyişdirilməsini istəyir.
7. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(060)-184/2025 nömrəli qətnaməsi ilə (hakim G.Tanrıverdiyeva) iddia təmin edilməmişdir.
8. Birinci instansiya məhkəməsi hesab edib ki, hazırkı iş üzrə tərəflərin rəsmi nikahından doğulmuş 28 aprel 2017-ci il təvəllüdlü X7 Cavabdeh alınaraq İddiaçı verilməsi üçün hər hansı əsas yoxdur. Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasının 416 nömrəli, xx.xx.2024-cü il tarixli rəyindən görünür ki, Komissiya xx.xx.2017-ci il təvəllüdlü X7 anası Cavabdeh himayəsindən alınaraq atası İddiaçı himayəsinə verilməsini hazırda məqsədəuyğun hesab etməmişdir. Həmin rəydə qeyd edilmişdir ki, xx.xx.2017-ci il təvəllüdlü X7 tərəflər arasındakı münaqişənin və baş vermiş hadisələrin təsiri altında olduğu, həmçinin valideynlərinin bir-birinə qarşı olan aqressiv münasibətin onun da psixologiyasına mənfi təsir göstərdiyi müəyyən edilmişdir. Həmçinin Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekpertizası Mərkəzinin 15 oktyabr 2024-cü il tarixli, 11/588 nömrəli rəyində görünür ki, valideynlər arasındakı şəxsiyyətlərarası qarşılıqlı münasibətlərdə mövcud olan gərginlik X7 emosional-iradi sferasına və anası Cavabdeh olan münasibətinə sirayət etmişdir. X7 normal psixi inkişafı baxımından hər iki valideyni ilə ünsiyyətdə olması psixoloji cəhətdən məqsədəmüvafiqdir. X7 psixikası və davranışlarında hansı valideynin himayəsində yaşamasını seçməsi ilə bağlı kənar psixoloji təsir əlamətləri müəyyən olunmur. Məhkəmə göstərib ki, işin faktiki hallarına əsasən hər iki valideynin sosial vəziyyəti uşağın normal şəraitli mənzildə yaşamaq, qidalanmaq, təhsil almaq hüquqlarının lazımı şəkildə həyata keçirmələrinə kifayət qədər imkan verir. Onların həyat və mənzil şəraitinin vəziyyəti barədə iş materiallarında müayinə aktları mövcuddur. İşdən görünür ki, uşaq azyaşlı olmaqla onun ana qayğısına daha çox ehtiyacı vardır. Məhkəmə xx.xx.2017-ci il təvəllüdlü X7 7 yaşında olduğunu nəzərə alaraq onun məhkəmə iclasında səsləndirdiyi fikirlərə tənqidi yanaşır və hesab edib ki, Nihatın atası ilə qalmaq istəməsi barədə ifadələri iddianın təmin edilməsi üçün yeganə əsas ola bilməz.
9. Məhkəmə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekpertizası X1 hal-hazırda atası İddiaçı bağlılığı (qarşılıqlı əlaqə zamanı müsbət emosiyalar keçirmək, vasitəsiz münasibət qurmaq arzusu, müntəzəm ünsiyyətə can atmaq, əlaqələrin azalması ilə əlaqədar narahat olmaq) üzə çıxmaqla, anası Cavabdeh bağlılığının müəyyən olunmaması barədə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekpertizası Mərkəzinin 15 oktyabr 2024-cü il tarixli, 11/588 nömrəli rəyi ilə razılaşmayaraq qeyd edib ki, bağlılıq insanlar arasında emosional əlaqənin yaranması ilə bağlı qarşılıqlı prosesdir. Bağlılıq hissini müddətlə məhdudlaşdırmaq olmaz, bu hiss insanlarda ayrıldıqdan sonra da saxlanılır. Belə hisslərin keçirilməsi uşaqlar üçün çox vacib və zəruridir. Bağlılıq hissi olmadan uşaq hərtərəfli inkişaf edə bilmir. Bağlılığın pozulması nəinki uşağın sosial əlaqələrinə, yəni vicdanının və ləyaqətinin inkişafına, həmçinin onun emosional, sosial, fiziki və əqli inkişafına mənfi təsir göstərə bilər. Beləliklə məhkəmə tədqiq olunmuş sübutlara hüquqi qiymət verərək belə nəticəyə gəlib ki, xx.xx.2017-ci il təvəllüdlü X7 cavabdehdən (anasından) alınaraq iddiaçıya (atasına) verilməsi üçün hər hansı əsas olmadığından iddia tələbi təmin edilməməlidir.
10. Birinci instansiya məhkəməsi öz mövqeyini “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsi, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 49.2, 49.3, 52, 56.1, 60.2, 60.3, 60.4-cü maddələri, “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli qərarının 7.1, 7.2, 7.3, 7.4, 7.5-ci bəndlərinə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.1, 14.2, 77.1, 119.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya instansiyası məhkəməsindəki icraat a) Apellyasiya şikayətinin dəlilləri
11. İddiaçı qətnamədən apellyasiya şikаyəti vermişdir.
12. Apellyasiya şikayəti onunla əsaslandırmışdır ki, məhkəmə qətnaməsi qanunsuz və ədalətsizdir. Qətnamənin 22-ci bəndində Azərbaycan Respublikasının Ailə məcəlləsinin 52-ci maddəsi təhrif olunaraq qeyd edilir ki, uşağın valideynlərdən hansının yanında qalması ilə bağlı uşağın fikri dinlənilərkən, uşağın fikri digər hallarla yanaşı məcmu halında qiymətləndirilməli və uşağın üstün maraqları nəzərə alınmaqla mübahisə həll edilməlidir. Lakin məhkəmə uşağı dinləsə də, onun maraqlarını nəzərə almadan mübahisəni həll etmişdir. Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısının yanında Qəyyumluq və Himayəçilik komissiyasının 416 nömrəli, xx.xx.2024-cü il tarixli rəyində X7 İddiaçı verilməsi məqsədəuyğun hesab edilməmişdir. Ancaq Nihat ilə aparılmış fərdi söhbət zamanı hər iki valideynini cox sevdiyini, lakin anasının yenidən ailə qurduğunu, buna görə də atasının yanında könüllü qaldlğını və geri qayıtmaq istəmədiyini, onun yanında özünü daha xoşbəxt hiss etdiyini onunla yaşamaq istədiyini, anası ilə də arada görüşmək istədiyini bildirmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertizası Mərkəzinin 15 oktyabr 2024-cü il tarixli, 11/588 nömrəli rəyində Nihat psixoloji ekspertiza zamanı bildirmişdir ki, anası onlarla qalmır, anası və atası çox dava edirdilər. Anası ikinci dəfə ailə həyatı qurmuşdur. Atasını çox istədiyinə görə anası onu istəmir. Əvvəl anası ilə birlikdə yaşayıb. Onun yeni həyat yoldaşı ona çox qışqırırdı. Ona görə də ordan çıxıb, hazırda atası ilə qalır. O, anası ilə qalmaq istəmədəyi üçün anası da artıq onu istəmədəyini bildirib. Nihat hazırda Bakı şəhəri, 104 nömrəli məktəbdə oxuyur, əlaçıdır, foto şəkli şərəf lövhəsindən asılıb. O atası ilə qalmaq istəyir. Məhkəmə iş üzrə təqdim olunan sübutlara düzgün hüquqi qiymət verməmiş və ədalətsiz qətnamə qəbul etmişdir. Belə ki, əgər ekspertiza rəyinin məhkəmə üçün heç bir əhəmiyyəti yoxdursa bu işin ekspertizaya göndərilməsinin məntiqi nə idi? Yaxud uşaq dinlənilsə də onun fikri nəzərə alınmamışdır. Göründüyü kimi qətnamə qət edilən zaman sübutlara qərəzli yanaşılmış düzgün qərar verilməmişdir. Məhkəmə sübutlara deyil, öz fikirlərinə uyğun olaraq qətnamə qət etmişdir. Göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(060)-184/2025 nömrəli qətnaməsi ləğv edilərək, iddia tələbi təmin edilməlidir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
13. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
14. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı izahatında apellyasiya şikayətinin dəlillərini müdafiə edərək bildirdi ki, oğlu Nihat məhkəmə qətnaməsinə əsasən anasının yanında qalmışdır. Yenə məhkəmə qətnaməsinə əsasən onun oğlu ilə ünsiyyətdə olma hüququ təmin edilmişdir. 23 iyun 2024-cü il tarixdə uşaqla görüş zamanı Nihat artıq onun yanında qalmaq istədiyini, anası və onun ailəsi ilə birlikdə yaşamaq istəmədiyini bildirmişdir. Həmin gün o övladı ilə birlikdə Lerik rayonuna getmişdir. Həmin vaxtdan uşaq onunla birlikdə qalır. O, uşağının maddi və mənəvi qayğılarını layiqincə ödəyə bilir. Onun geyim, qidalanma və sair tələbatlarını qarşılayır. Asudə vaxtlarda uşaqla əyləncə məkanlarında vaxt keçirirlər. X12 rayonunda yerləşən 104 nömrəli məktəbdə təhsil alır və sinif əlaçısıdır. Nihat onunla birlikdə qalmaq istəyir. Məhkəmənin gəldiyi nəticə isə işin hallarına uyğun deyil. Ona görə də iddiaçı sonda apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi.
15. Məhkəmə kollegiyasının iclasında iştirak etrmiş iddiaçının nümayəndəsi və vəkili Vəkil1 izahatında apellyasiya şikayətinin dəlillərini müdafiə edərək bildirdi ki, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə əsassızdır. Belə ki, işin hallarından bəlli olduğu kimi tərəflərin birgə nikahından doğulan övladları Nihat məhkəmə qətnaməsinə əsasən anasının yanında qalmışdır. İddiaçı sonuncu dəfə 23 iyun 2024-cü ildə oğlu Nihatla görüşdə olarkən Nihat atasına daha anası ilə birlikdə qalmaq istəmədiyini, onunla birlikdə yaşamaq istəyini bildirmişdir. Həmin vaxt atası Nihatla birlikdə Lerik rayonuna getmiş, cavabdeh Ayişə Həsənova bu hadisədən günortadan sonra məlumatlı olmuşdur. Birinci instansiya məhkəməsində araşdırma zamanı məhkəmə psixoloji ekspertizası təyin edilmiş və ekspert rəyində uşağın atasına daha çox bağlılığı qeyd edilmişdir. Nihat məhkəmə iclasında fikri öyrənilən zaman anası ilə birlikdə yaşamaq istəmədiyini, atasının yanında qalmaq istəyini bildirmişdir. Nihat hazırda atası ilə birlikdə Bakı şəhəri, Suraxanı rayonunda yaşayır. Çoxsaylı müraciətlərdən sonra Nihatın Suraxanı rayonunda yerləşən 104 nömrəli məktəbə düzəlməsi təmin edilmişdir. Hazırda Nihat həmin məktəbdə təhsil alır. Əlaçı oxuyur. Onun atası ilə birlikdə qalması onun mənafeyinə tam uyğundur. Məhkəmə isə bu halları nəzərə almamışdır. Ona görə də cavabdehin nümayəndəsi və vəkili Vəkil1 sonda apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi.
16. Məhkəmə kollegiyasının iclasında iştirak etrmiş Cavabdeh apellyasiya şikayətinə etiraz edərək bildirdi ki, o uşağın atasının yanında qalmasına etiraz edir. İddiaçı uşağı görüş zamanı aparmış, lakin həmin gün uşağı ona təhvil veməmişdir. Sonradan məlum olmuşdur ki, uşağı Lerik rayonuna aparıb. Nihat doğulduğu vaxtdan təxminən 10 gün sonra o valideynlərinin evinə getmişdir. İddiaçı ilə aralarında münasibətlər pozulmuş və barışıq əldə edilməmişdir. Həmin vaxtdan 2024-cü ilin iyun ayının 23-dək Nihat onun yanında qalmışdır. O, övladının ondan ayrı qalmasına etiraz edir. O, yenidən ailə həyatı qurmuşdur, həmin nikahdan bir övladı var. Nihat onlarla birlikdə qalan zaman ailədə Nihata qarşı hər hansı psixoloji təsir olunmamışdır. İddiaçı uşağı ondan almış və onun məlumatı olmadan, psixoloji ekpertiza keçirilmiş, uşağın məktəbi dəyişdirilmişdir. Göstərilənlərə əsasən cavabdeh sonda apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi.
17. Kollegiya, Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə aidiyyəti Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir
Tətbiq edilən hüquq
18. Azərbaycan Respublikasının Konstitusiyasının 17.1-ci maddəsinə əsasən, cəmiyyətin özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə, eləcədə uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarət edir.
19. Azərbaycan Respublikası Ailə Məcəlləsinin; 52-ci maddəsinə əsasən uşaq ailədə onun maraqlarına toxunan istənilən məsələnin həlli zamanı öz fikrini bildirmək, habelə məhkəmə istintaqı və inzibati araşdırmaların gedişində dinlənilmək hüququna malikdir. Onun maraqlarına zidd olan hallar istisna olunmaqla, 10 yaşına çatmış uşağın fikri mütləq nəzərə alınmalıdır. Bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda məhkəmə və ya qəyyumluq və himayə orqanı yalnız 10 yaşına çatmış uşağın razılığı ilə qərar qəbul edə, habelə qərar qəbul edərkən 7 yaşına çatmış uşağın fikrini öyrənə və nəzərə ala bilər. 60-cı maddəsinə əsasən valideynlik hüquqları uşaqların mənafeyinə zidd həyata keçirilə bilməz (60.1). Valideynlik hüquqlarını həyata keçirərkən valideynlər uşaqların mənəvi inkişafına, fiziki və psixi sağlamlığına xələl yetirməməlidirlər. Uşaqların tərbiyəsində onların istismarına, təhqir edilməsinə, mənəviyyatının alçaldılmasına, qəddarlığa, kobudluğa, biganəliyə yol verilə bilməz. Valideynlik hüquqlarını həyata keçirərkən uşaqların hüquq və mənafelərinə ziyan vuran valideynlər qanunvericiliklə müəyyən olunmuş qaydada məsuliyyət daşıyırlar (60.2). Uşaqların tərbiyə və təhsilinə aid olan bütün məsələlər uşaqların hüquq və mənafeləri, onların rəyi nəzərə alınmaqla, valideynlərin qarşılıqlı razılığı əsasında həll olunur. Valideynlər (onlardan biri) öz aralarında olan narazılığı həll etmək üçün müvafiq icra hakimiyyəti orqanına və ya məhkəməyə müraciət edə bilərlər (60.3). Valideynlər ayrı yaşadıqda uşaqların yaşayış yeri onların razılığı ilə həll edilir. Valideynlər arasında razılıq olmadıqda, məhkəmə mübahisəni uşaqların hüquq və mənafelərini, onların rəyini və sair halları (uşaqların qardaş və bacılarına, valideynlərdən hər birinə olan bağlılığı, valideynlərin əxlaqi və digər şəxsi keyfiyyətləri, uşağın yaşı, onun inkişafı və tərbiyəsi üçün şərait yaradılması) nəzərə almaqla həll edir (60.4). 63.1-ci maddəsinə əsasən valideynlər məhkəmənin qərarına və ya qanuna əsaslanmadan uşağı yanında saxlayan hər hansı şəxsdən onu geri qaytarmağı tələb edə bilərlər. Bu halda mübahisə yarandıqda valideynlər məhkəməyə müraciət etmək hüququna malikdirlər.
20. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 28 mart 2016-cı il tarixli qərarı: 7.1 Yetkinlik yaşına çatmayan uşağın valideynlərdən hansının yanında qalması ilə bağlı mübahisə həll edilərkən uşağın üstün mənafeyi rəhbər tutulmaqla aşağıdakılar nəzərə alınmalıdır: uşağın yaşı; onun fikri; uşağın valideynlərdən hər birinə, qardaş və bacılarına bağlılığı; valideynlərin mənəvi və sair şəxsi keyfiyyətləri; valideynlərdən hər biri ilə uşaq arasında yaranmış münasibətlər; uşağın tərbiyəsi və inkişafı üçün şərait yaratmaq imkanı (valideynlərin peşəsi, iş rejimi, onların maddi və ailə vəziyyəti, səhhəti nəzərə alınmaqla); ayrı yaşayan valideynlərdən hər birinin yaşayış yeri üzrə mövcud vəziyyətini xarakterizə edən digər hallar. Valideynlərdən birinin maddi-məişət şəraitinin digərinə nisbətdə üstün olması uşağın həmin valideynin yanında qalmasının təmin olunması üçün mütləq (həlledici) əsas ola bilməz. 7.5. Məhkəmələrə izah edilsin ki, valideynlərdən hansının yanında qalması ilə bağlı uşağın fikri dinlənilərkən Azərbaycan Respublikası Ailə Məcəlləsinin 52-ci maddəsində qeyd edilən “10 yaşına çatmış uşağın fikri mütləq nəzərə alınmalıdır” yaxud ”qərar qəbul edilərkən 7 yaşına çatmış uşağın fikri öyrənilə və nəzərə alına bilər” ifadələri uşağın bir valideyndən digərinə alınıb verilməsi üçün yeganə əsas deyildir. Məhkəmə hər bir halda uşağın fikrini digər hallarla yanaşı məcmu halında qiymətləndirməli və uşağın üstün maraqlarını nəzərə almaqla mübahisəni həll etməlidir. 7.6. Məhkəmələrə tövsiyə edilsin ki, nikahın pozulması zamanı yetkinlik yaşına çatmayan uşaqların kimin yanında qalması məsələsi həll olunarkən onların əqli, fiziki və psixoloji cəhətdən sağlam inkişafının və digər bacı-qardaşları ilə artıq vərdiş etdikləri şəraitdə birlikdə yaşamalarının təmin olunması baxımından müstəsna hallar istisna olmaqla, eyni valideynə verilmələri onların qanunla qorunan ən yaxşı mənafelərinə daha uyğundur. Nikahın pozulması tələbinə dair işə baxılarkən yetkinlik yaşına çatmayan ümumi uşaqların hansı valideynin yanında qalmaları ilə bağlı mübahisə yaranarsa, eləcə də uşaqların kimin yanında qalması ilə bağlı ər-arvad arasında bağlanmış saziş uşaqların və ya tərəflərdən birinin marağını pozarsa məhkəmə iddianın kim tərəfindən qaldırılmasından asılı olmayaraq uşağın maraqlarının müdafiəsi üçün Ailə Məcəlləsinin 73-cü maddəsində nəzərdə tutulmuş qaydada qəyyumluq və himayə orqanını işdə iştirak etməyə cəlb etməlidir. Həmin orqan mübahisə ilə bağlı uşağın və ayrı yaşayan valideynlərin həyat şəraitini müayinə etməyə, müayinə aktını və mübahisəyə dair əsaslandırılmış rəyini məhkəməyə təqdim etməyə borcludur. Zərurət olduqda, MPM-nin 97-ci maddəsinin tələbinə müvafiq olaraq məhkəmə-psixoloji ekspertizası da təyin edilə bilər. Alınan rəylər məhkəmə üçün məcburi əhəmiyyətə malik deyil və onlar məhkəmə tərəfindən uşağın üstün mənafeyi əsas götürülməklə MPM-nin 88-ci maddəsi ilə müəyyən edilmiş qaydada qiymətləndirilir.
“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə görə valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağın sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi təlabatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir.
21. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.2, 217.4. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 372.2. Əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır Maddə 384.0.1. Apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
Apellyasiya baxışının hədləri
22. Apellyasiya şikayətindən görünür ki, apellyator Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(060)-184/2025 nömrəli qətnaməsini tam həcmdə mübahisələndirərək qətnamənin ləğv edilməsini xahiş etmişdir.
23. Ona görə də kollegiya birinci instansiya məhkəməsinin qətnaməsini tam həcmdə yoxlanılmasını vacib hesab edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
24. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini tərəflərin izahatı və iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə tam və hərtərəfli araşdıraraq belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(060)-184/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
25. Tələb uşağın valideynlərindən birinin himayəsinə verilməsi barədədir.
26. İşin mübahisəsiz hallarından müəyyən edilir ki, İddiaçı və Cavabdeh rəsmi nikah münasibətlərinə daxil olmuş, həmin münasibətlərdən tərəflərin xx.xx.2017-ci il təvəllüdlü X9 adlı uşaqları anadan olmuşdur. Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(060)- 5090/2020 saylı qətnaməsinə əsasən tərəflərin nikahı pozulmuş və tərəflərin birgə nikahlarından olan 28 aprel 2017-ci il təvəllüdlü X9 anası - X4 himayəsinə verilmişdir. Hazırda iddiaçı uşağın anadan alınaraq onun himayəsinə verilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh iddia tələbini qəbul etmir.
27. Yenə işin faktiki hallarından müəyyən edilir ki, tərəflərin birgə nikahından olan övladları Nihat hazırda atasının yanındadır. Tərəflər arasında uşağın hansı valideynin himayəsinə verilməsi barədə mübahisə qalmaqdadır.
28. Apellyasiya şikayətinin dəlilləri əsasında araşdırma aparan kollegiya qeyd edir ki, uşaqların himayəyə verilməsi məsələlərində uşaqların valideynlərdən hansına daha çox bağlı olması, onların hansının uşaqların tərbiyəsi, təhsili və inkişafında daha böyük rola malik olması ər-arvadın faktiki ailə münasibətləri pozulana qədər mövcud olan münasibətlər əsasında müəyyən edilməlidir. Belə ki, uşaqlar öz fiziki, əqli, psixoloji keyfiyyətlərinə görə öz valideynləri, yaxın qohumları, onları əhatə edən insanlar, o cümlədən ətraf aləm barədə bir sıra hallarda müstəqil mühakimə yürütmək və baş verən hadisələrə tam və obyektiv qiymət vermək imkanına malik olmurlar. Eyni zamanda, nəzərə almalıdır ki, uşaqların inam və məhəbbət bəslədiyi şəxslərin onların yanında qeyd edilən məsələlər barədə aşıladığı fikirlər olduqda, bu hal onların fikir və düşüncələrinə daha qabarıq şəkildə təsir edir.
29. Nəzərə alınmalıdır ki, hazırki mübahisə 8 yaşlı uşağın kimin yanında yaşamaq istəməsi ilə bağlı məsələdir. Bu yaşda olan uşağın onun mənafeyinə aid məsələ ilə bağlı fikirləri çox diqqətlə araşdırılaraq qiymət verilməlidir. Çünki onun yaşı nəzərə alınarsa, yaşayış yeri seçmək barədə fikirləri artıq azyaşlı uşaq təxəyyülündən xeyli irəli getmişdir. Bu yaşda olan uşağın valideynlərindən biri ilə qalacağı təqdirdə harada yaşayacağı, harada təhsil alacağı, yaşamaq üçün hara köçəcəyi, belə dəyişikliyin onun şüurunda necə iz qoyacağı və s. zəruri hallar aydınlaşdırmadan qərar qəbul edilməsi əsaslı hesab oluna bilməz.
30. Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasının 416 nömrəli, xx.xx.2024-cü il tarixli rəyindən görünür ki, Komissiya xx.xx.2017-ci il təvəllüdlü X7 anası Cavabdeh himayəsindən alınaraq atası İddiaçı himayəsinə verilməsini hazırda məqsədəuyğun hesab etməmişdir. Rəydən görünür ki, Nihat ilə aparılmış fərdi söhbət zamanı (psixoloqun iştirakı ilə) hər iki valideynini də çox sevdiyini, lakin anasının yenidən ailə qurduğunu, buna görə də atasının yanında könüllü qaldığını və geri qayıtmaq istəmədiyini, onun yanında özünü daha xoşbəxt hiss etdiyini, onunla yaşamaq istədiyini, anası ilə də arada görüşmək istədiyini bildirmişdir.
31. Bundan başqa həmin rəydə qeyd edilmişdir ki, xx.xx.2017-ci il təvəllüdlü X7 tərəflər arasındakı münaqişənin və baş vermiş hadisələrin təsiri altında olduğu, həmçinin valideynlərinin bir-birinə qarşı olan aqressiv münasibətin onun da psixologiyasına mənfi təsir göstərdiyi müəyyən edilmişdir. Eyni zamanda xx.xx.2017-ci il təvəllüdlü X7 hər iki valideyninə də qarşılıqlı emosional bağlı olduğu da müəyyən edilmişdir.
32. İş üzrə əldə edilmiş Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekpertizası Mərkəzinin 15 oktyabr 2024-cü il tarixli, 11/588 nömrəli ekspert rəyinin məzmunundan görünür ki, müayinə olunan xx.xx.2017-ci ii təvəllüdlü X9 psixoloji ekspertiza zamanı bildirmişdir ki, “...bacım, qardaşım yoxdur. 2-də oxuyuram. Yaxşı oxuyuram. Nənəm, babam, bibim, atamla yaşayırııq. Nənə ilə bibi yemək bişirir. Anam bizimlə qalmır. Anamla atam çox dava edirdilər. Anam bir dəfə atamı polisə də vermişdi. Anam ailə qurub. Atamı çox istədiyimə görə anam məni istəmir. Əvvəl anamla qalmışam. Onun təzə əri üstümə çox qışqırır, ona görə oradan çıxdım, qalmaq istəmədim. Anamın başqa oğlu da olub. Atamı çox istəyirəm. Anamla qalmadığım üçün dedi ki, Nihat mənim üçün ölüb. Axırıncı dəfə anamı yay aylarında görmüşəm məhkəmədə. Dedi ki, Nihat ayağının altında ölüm, məni seç, çıxaq gedək evimizə. Mən atamı seçdim, anam ondan sonra dedi ki, Nihat mənim üçün ölüb. Anamın əri üstümə elə qışqırırdı ki, bina tərpənirdi. Anamla qalmaq istəmirəm. Mənim evim Qaraçuxurdadır. Mənə öz evimizdə qalmaq rahatdır.”
33. Rəydən görünür ki, 1 sual üzrə : xx.xx.2017-ci il təvəllüdlü X9 psixi cəhətdən normal inkişaf etməklə onun əqli inkişafında psixi xəstəliklə əlaqədar olmayan gerilik əlamətləri, idrak(psixi) proseslərin inkişafında normadan kənarçıxma halları müəyyən olunmur. 2-cü sual üzrə: X7 hal-hazırda atası İddiaçı bağlılığı (qarşılıqlı əlaqə zamanı müsbət emosiyalar keçirmək, vasitəsiz münasibət qurmaq arzusu, müntəzəm ünsiyyətə can atmaq, əlaqələrin azalması ilə əlaqədar narahat olmaq) üzə çıxmaqla, anası Cavabdeh bağlılığı müəyyən olunmur. Valideynlər arasındakı şəxsiyyətlərarası qarşılıqlı münasibətlərdə mövcud olan gərginlik X7 emosional-iradi sferasına və anası Cavabdeh olan münasibətinə sirayət etmişdir. X7 normal psixi inkişafı baxımından hər iki valideyni ilə ünsiyyətdə olması psixoloji cəhətdən məqsədəmüvafiqdir. 3-cü sual üzrə: X7 psixikası və davranışlarında hansı valideynin himayəsində yaşamasını seçməsi ilə bağlı kənar psixoloji təsir əlamətləri müəyyən olunmur.
34. Kollegiya Qəyyumluq və himayəçilk komissiyasının, həmçinin məhkəmə psixoloji ekspertizasının rəylərinə də münasibət bildirərək qeyd edir ki, həmin rəylərdə göstərilənlərə birtərəfli yanaşmaq düzgün olmazdı.
35. Ona görə ki, istər Qəyyumluq və Himayəçəlik komissiyası, istərsə də məhkəmə psixoloji eksperti öz rəyində iddiaçını və uşağı dindirsə də, azyaşlının anadan ayrı neçə yaşayacağına, ehtiyaclarını hansı qaydada ödəyəcəyi kimi amillərə xüsusi əhəmiyyət verməmişdir.
36. Digər tərəfdən iş üzrə verilmiş məhkəmə psixoloji ekspertizası rəyinin nəticə hissəsində heç də uşağın anasına bağlılığının olmaması müəyyən edilməmiş, sadəcə faktiki olaraq atasının yanında yaşadığından ona daha çox bağlılığı qeyd edilmişdir.
37. Kollegiyanın araşdırması zaman həmçinin müəyyən edlmişdir ki, iddiaçı olan ata İddiaçı işləyir, demək olar ki, gün ərzində evdə olmur. Bu halda uşaq atanın yox, istər-istəməz, hətta arzu etməsə belə digər şəxslərin, yəni ahıl yaşlı nənə və babanın himayəsində qalmağa məcbur olur.
38. Kollegiya həmçinin nəzərə çatdırmağı zəruri bilir ki, bu xarakterli mübahisələrin həllində yetkinlik yaşına çatmayan uşaqların tərəflərdən kimin yanında qalmasının müəyyən edilməsindən asılı olmayaraq hər bir valideyn öz uşaqları barəsində daha üstün hüquq və vəzifələrə malikdir, uşaqlarının tərbiyəsinə, sağlamlığına və onların psixi, fiziki, mənəvi inkişafına görə məsuliyyət daşıyır.
39. Beləliklə kollegiya qeyd olunan məsələyə uşağın ən üstün mənafeyinin (maraqlarının) qorunması kontekstindən yanaşaraq hesab edir ki, yuxarıda adı çəkilən uşağın anasının yanında, ana himayəsində böyüməsi istər əqli, istər fiziki, istərsə də psixoloji inkişafına uyğundur və onun daha üstün maraqlarını təmin edir.
40. Apellyasiya instansiyası məhkəməsi, sadalanan maddələrin tələblərini hazırki mülki mübahisəyə tətbiq edib, işə əlavə edilmiş sübutları, habelə apellyasiya şikayətinin dəlillərini araşdıraraq qeyd edir ki, azyaşlı Nihatın bir-birindən ayrı yaşayan hər iki valideyni uşağın onların yanında saxlanmasında israrlıdır. Lakin, uşağın azyaşlı olması və bu yaşda olan uşağın daha çox ana qayğısına və tərbiyəsinə, məişət ehtiyaclarının təmin edilməsi və mənəvi tərbiyəsində ananın xüsusi rolu nəzərə alınmalıdır.
41. Apellyasiya şikayətinin dəlilləri üzrə araşdırmanı davam etdirən kollegiya qeyd edir ki, valideynlərin qayğısından yararlanmaq uşaqların hüququ olduğu kimi, uşaqların təlim-tərbiyəsi ilə onların şəxsiyyət kimi formalaşmasını və inkişaf etməsi üçün zəruri şəraitin yaradılmasını təmin etmək valideynin borcudur. Ailə münasibətləri davam etdiyi müddətdə bu vəzifə valideynlər tərəfindən birgə həyata keçirilir. Valideynlər arasında nikah münasibətlərinə xitam verilərkən uşaqların hansı valideynin yanında qalması həll olunduqdan sonra digər valideynin uşaqların qayğısına qalmaq hüququnun realizə edilməsi istisna edilməməklə, təmin edilməlidir. Nikahın ləğv edilməsi zamanı uşaqların hansı valideynin yanında qalması məsələsi həll edilərkən uşağın yaşı, rəyi, onun tələbatının təmin edilə bilməsi, valideynə bağlılığı həll edilməlidir. Bu hal ona görə vacib və zəruridir ki, uşağın maddi tələbatının ödənilməsi ilə birgə mənəvi tələbatının da ödənilməsi təmin edilməklə, onun psixoloji cəhətdən inkişafına mənfi təsir edən hallardan azad edilməklə, uşağın cəmiyyətdə bir şəxsiyyət kimi formalaşması təmin edilsin.
42. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən qanunvericiliyin tələbləri pozulmamış, cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillər isə qətnamənin ləğvi üçün əsas ola bilməz. Çünki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, mahiyyəti üzrə düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ləğv edilə bilməz.
43. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-376, 378-382, 384.0.1, 385.2, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(060)-184/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. (elekrton kabinet və vəkil vasitəsilə). Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.