Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-88/2021 21.04.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Telman Osman oğlu Quliyev (sədrlik edən və məruzəçi), Gülnarə Fikrət qızı Tağızadə və Lətifə Məhyəddin qızı Məmmədovadan ibarət tərkibdə, məhkəmə katibi X9 iştirakı ilə Xaçmaz Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli, 2(067)-185/2019 saylı qətnaməsindən iddiaçı M.İ.Şixməmmədovun verdiyi apelyasiya şikayəti üzrə işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : Xaçmaz Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli, 2(067)-185/2019 saylı qətnaməsi ilə (hakim A.B.Sadiqov) iddiaçı X1 cavabdeh X3 qarşı ümumi birgə mülkiyyətdə olan əmlakın bölünməsi və naturada payın ayrılması tələbinə dair iddia ərizəsi təmin olunmamış, müstəqil tələb irəli sürən üçüncü şəxs X10 və X11 X6, X7 və X5 qarşı ümumi birgə mülkiyyətdə olan əmlakın bölünməsi və naturada payın ayrılması tələbinə dair iddiası təmin olunmamış, müstəqil tələb irəli sürən üçüncü şəxs X4 X6 və X3 qarşı ümumi birgə mülkiyyətdə olan əmlakın bölünməsi və naturada payın ayrılması tələbinə dair iddia tələbi təmin olunmamış, məhkəmə xərci 323,88 manat məbləğində pul X6, X10, X15 və X2 müştərək qaydada alınaraq “Kapitalbank”ın Xətai filialı, kod 200071, VÖEN **********, SWİFT: AİİBAZ2X, Mühbir hesab AZ37NABZ********************, Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi, VOEN **********, AZ23AİİB******************** nömrəli hesaba keçirilməsi qət edilmişdir. İddiaçı M.İ.Şixməmmədov apelyasiya şikayəti verərək Xaçmaz Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli, 2(067)-185/2019 saylı qətnaməsinin ləğv edilib, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. İŞİN HALLARİ: İddiaçı X6 iddia ərizəsi ilə məhkəməyə müraciət edib, xx.xx.2017-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, RX seriyalı ******* nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən 1,20 ha torpaq sahəsinin, xx.xx.2017-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, RX seriyalı ******* nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən 0,69 ha torpaq sahəsinin, xx.xx.2017-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, RX seriyalı ******* nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən 1,0753 ha torpaq sahəsinin, xx.xx.2017-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, RX seriyalı ******* nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən 0,34 ha torpaq sahəsinin bölünməsi və həmin torpaq sahələrindən ona düşən payın naturada ayrılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Müstəqil tələb irəli sürən üçüncü şəxs X10 və X15 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2017-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, RX seriyalı ******* nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən 1,20 ha torpaq sahəsinin, xx.xx.2017-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, RX seriyalı ******* nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən 0,69 ha torpaq sahəsinin, xx.xx.2017-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, RX seriyalı ******* nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən 1,0753 ha torpaq sahəsinin, xx.xx.2017-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, RX seriyalı ******* nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən 0,34 ha torpaq sahəsinin bölünməsi və həmin torpaq sahələrindən hər birinə düşən 1/6 hissə payın naturada ayrılması barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Müstəqil tələb irəli sürən üçüncü şəxs X8 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2017-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, RX seriyalı ******* nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən 1,20 ha torpaq sahəsinin, xx.xx.2017-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, RX seriyalı ******* nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən 0,69 ha torpaq sahəsinin, xx.xx.2017-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, RX seriyalı ******* nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən 1,0753 ha torpaq sahəsinin, xx.xx.2017-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, RX seriyalı ******* nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən 0,34 ha torpaq sahəsinin bölünməsi və həmin torpaq sahələrindən ona düşən 1/6 hissə payın naturada ayrılaraq ona təhkim edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ PROSES İŞTİRAKÇİLARİNİN İZAHAT İ: İddiaçı M.İ.Şixməmmədov apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, Xaçmaz Rayon Məhkəməsi xx xxxxxxxx 2019-cu il tarixli qətnaməni qəbul edərkən maddi və prosessual hüquq normalarının tələbləri pozulmuş və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, birinci instansiya məhkəməsi xx xxxx 2019-cu il tarixli mütəxəssis rəyini əsas götürərək onun iddiasını rədd etmişdir. Həmin rəyə əsasən xx xxxx 2019-cu il tarixli, **********30 nömrəli mütəxəssis rəyindən müəyyən olunur ki, ********** qeydiyyat nömrəli, RX seriyalı ******* nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışla, ********** qeydiyyat nömrəli, RX seriyalı ******* nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışla, ********** qeydiyyat nömrəli, RX seriyalı ******* nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışla, ********** qeydiyyat nömrəli, RX seriyalı ******* nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışların koordinatların arasında kəskin fərq olduğundan payların naturada ayrılması mümkün olmamışdır. Azərbaycan Respublikası MPM-nin tələblərində mütəxəssis rəyinin iş üçün sübut növü kimi qəbul edilməsi nəzərdə tutulmamışdır. Ona görə də, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib, onun iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən tərəflərin iştirakı olmadan işin baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İddiaçı M.İ.Şixməmmədov xx xxxxx 2021-ci il tarixli ərizə ilə məhkəmə kollegiyasına müraciət edərək göstərmişdir ki, cavabdeh X7 ilə aralarında məhkəmədən kənar qaydada razılıq əldə edilmişdir. Ona görə də, cavabdeh G.Ş.Şixməmmədovaya qarşı hazırki iddia tələbindən imtina edir. Ərizənin hüquqi nəticəri ona aydındır və iş üzrə icrata xitam verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 370.1-ci maddəsinə əsasən apelyasiya şikayəti qəbul olunduqdan sonra iddiaçının iddiadan imtina etməsi apelyasiya instansiyası məhkəməsinə ünvanlanmış yazılı ərizələrdə ifadə olunmalıdır. Həmin Məcəllənin 370.2-ci maddəsinə görə ərizələrə baxılma qaydası, iddiadan imtinanın qəbul edilib-edilməməsinin nəticələri bu Məcəllənin 191-ci maddəsinin qaydaları ilə müəyyən olunur. Azərbaycan Respublikası MPM-nin 191.2-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina etdikdə və bu məhkəmə tərəfindən təsdiq edildikdə bu barədə məhkəmə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Azərbaycan Respublikası MPM-nin 261.0 və 261.4-cü maddələrinə əsasən iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa hakim iş üzrə icraata xitam verir. Azərbaycan Respublikası 384.0.4-cü maddəsinə əsasən qətnamənin tamamilə və ya qismən ləğv edib, iş üzrə icraata xitam vermək apelasiya instansiya məhkəməsinin səlahiyyətidir. Həmin Məcəllənin 391-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi bu Məcəllənin 20-ci fəslində göstərilən əsaslar olduqda apelyasiya qaydasında icraata xitam verilmləklə ləğv edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, iddiadan imtina qanuni və əsaslı olduğundan təsdiq edilməli və birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilib, apelyasiya qaydasında iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 261, 263-265, 365, 384.0.4, 391, 400 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA A L D İ: İddiaçı X1 iddiadan imtinası qəbul edilsin. Xaçmaz Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli, 2(067)-185/2019 saylı qətnaməsi ləğv edilsin. İddiaçı X1 cavabdeh X3 qarşı ümumi birgə mülkiyyətdə olan əmlakın bölünməsi və naturada payın ayrılması tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. Qərardaddan rəsmi qaydada təqdim olunduğu gündən on gün müddətində Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Telman Quliyev Hakimlər: Gülnarə Tağızadə Lətifə Məmmədova
Məhkəmə qərarları › İş №2(105)-88/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-88/2021
21.04.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver