Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-889/2022 14.03.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ X4 Tağızadənin sədrliyi və məruzəsi, X2 Məmmədova və Telman Osman oğlu Quliyevdən ibarət tərkibdə, Naibə İlham qızı Abdullayevanın katibliyi ilə, İddiaçı "xxxx" MTK-nin Cavabdeh qarşı kooperativ binanın tikintisi haqqında müqavilənin ləğv edilməsi tələbinə dair iş üzrə Abşeron Rayon Məhkəməsinin 31 yanvar 2022-ci il tarixli qərardadından cavabdehin nümayəndəsi Vəkil1 tərəfindən verilmiş şikayətə baxaraq MÜƏYYƏN E T D İ: Abşeron Rayon Məhkəməsinin 31 yanvar 2020-ci il tarixli qərardadı ilə (hakim C.İ.Səfiyeva) Cavabdeh "xxxx" MTK-ya qarşı Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı üçün tələb olunan sənədlərin mənzil-tikinti kooperativi binasında yaşayış (qeyriyaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yıgıncağının qərarının verilməsi öhdəliyinin İddiaçın üzərinə qoyulması barədə qarşılıqlı iddia ərizəsinin geri qaytarılması qərara alınmışdır. İŞİN H A L L A R İ: İddiaçı "xxxx" MTK cavabdeh X1 qarşı kooperativ binanın tikintisi haqqında müqavilənin ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh ilə iddiaçı arasında 17 mart 2017-ci il tarixdə bağlanmış Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 1 ünvanında yerləşən tikintidə olan yaşayış binasının 3-cü giriş, 10-cu mərtəbəsindəki ümumi sahəsi lahiyə üzrə 61 kv.m olan 1 otaqdan ibarət 76 nömrəli mənzilin tikintisi ilə bağlı «Kooperativ binanın tikintisi haqqında» müqavilənin ləğv edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İşin məhkəmə hazırlıq iclasında Cavabdeh qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, qarşılıqlı iddia tələbinin təmin olunması, 17 mart 2017-ci il tarixli kooperativ binanın tikintisi haqqında» müqavilə üzrə Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 1 ünvanında yerləşən tikintidə olan yaşayış binasının 3-cü giriş, 10-cu mərtəbəsindəki ümumi sahəsi lahiyə üzrə 61 kv.m olan 1 otaqdan ibarət 76 nömrəli mənzilə dair Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı üçün tələb olunan sənədlərin mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yıgıncagının qərarının verilməsi öhdəliyi qarşılıqlı iddiaçı üzrə cavabdeh İddiaçı MTK-nin üzərinə qoyulması xahiş etmişdir. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. ŞİKAYƏTİN DƏLİLLƏRİ: Cavabdehin nümayəndəsi və vəkili Vəkil1 verdiyi şikayəti onunla əsaslandırmışdır ki, qərardad qəbul edilərkən maddi və prosessual hüquq normaları pozulmuşdur. Məhkəmənin gedişi zamanı 31 yanvar 2022-ci il tarixli hazırlıq iclasında qarşılıqlı iddia verilmişdir. Məhkəmə qarşılıqlı iddia ərizəsini icraata qəbul etmək əvəzinə heç bir əsas olmadan qarşılıqlı iddia ərizəsinin qaytarılmasına dair qərardad çıxarmış və həmin qərardadını qarşılıqlı iddia ərizəsi üzrə mübahisənin məhkəmədən kənar (pretenziya) qaydasına əməl edilməsi barədə sənədin əlavə edilməməsi ilə əsaslandırmışdır. Lakin «Garant Post» şirkətinin 065158nömrəli qəbzindən göründüyü kimi mübahisə üzrə məhkəmədən üzrə məhkəmədən kənar pretenziya məktubu 25 yanvar 2022-ci il tarixdə surətli poçt daşıma xidmətinə rəsmi olaraq təqdim edilmiş, eyni zamanda pretenziya məktubunun 26 fevral 2022-ci il tarixdə İddiaçı MTK-nin əməkdaşı Ə.Dadaşov soyadlı şəxs tərəfindən qəbul edilməsi şirkətin 062238 nömrəli qəbzi ilə öz təstiqini tapır. Abşeron Rayon Məhkəməsinin 31 yanvar 2022-ci il tarixli qərardadın ləğv edilməsi barədə qərardad qəbul olunmasını məhkəmə kollegiyasından xahiş etmişdir. Məhkəmə kollegiyası məruzəçi hakimi dinləyərək, hesab edir ki, şikayət təmin edilməməli, hazırkı iş üzrə birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 155.1-ci maddəsinə əsasən cavabdeh ilk iddia ilə birlikdə baxılmaq üçün iddiaçıya qarşılıqlı iddia verməyə haqlıdır. Qarşılıqlı iddia bu Məcəllənin 154.1-ci maddəsində nəzərdə tutulmuş müddət ərzində verilməlidir. Həmin Məcəllənin 155.2-ci maddəsinə əsasən bu Məcəllənin 154.1-ci maddəsində nəzərdə tutulmuş müddətin keçməsindən sonra və ya məhkəmə baxışı zamanı qarşılıqlı iddia o halda verilə bilər ki, onun verilməsi üçün əsaslar həmin dövrdə əmələ gəlmiş olsun və ya cavabdeh qarşılıqlı iddianın həmin müddətdə təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadıgını əsaslandırsın. Bu Məcəllənin 154.1-ci maddəsində nəzərdə tutulmuş müddətin keçməsindən sonra bu Məcəllənin 156.1.3-cü maddəsində nəzərdə tutulmuş əsaslarla qarşılıqlı iddianın verilməsinə yol verilmir. Azərbaycan Respublikası MPM-nin 155.3-cü maddəsinə əsasən qarşılıqlı iddianın verilməsi iddia verilməsinin ümumi qaydaları əsasında həyata keçirilir. Birinci instansiya məhkəməsi Cavabdeh mübahisənin məhkəmədən qabaq həll edilməsi (pretenziya) ilə bağlı qarşılıqlı iddia ərizəsinə hər hansı bir sənəd əlavə etməmişdir. Azərbaycan Respublikası MPM-nin 149.2.4-cü maddəsinə əsasən iddia ərizəsində müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya) qaydada nizama salınmasına riayət edilməsinə dair məlumat göstərilməli və bunu təstiq edən sənəd iddia ərizəsinə əlavə edilməlidir. Cavabdein nümayəndəsi «Garant Post» şirkətinin 065158 nömrəli qəbzə istinad edərək, göstərmişdir ki, mübahisə üzrə məhkəmədən üzrə məhkəmədən kənar pretenziya məktubu 25 yanvar 2022-ci il tarixdə surətli poçt daşıma xidmətinə rəsmi olaraq təqdim edilmişdir. Odur ki, birinci instansiya məhkəməsi düzgün olmayaraq qarşılıqlı iddianı geri qaytarmışdır. Məhkəmə kollegiyası bu dəlili qəbul etmir, belə ki, həmin qəbz cavabdehin iddiaçıya pretenziya qaydasında müraciət edilməsi göstərmir və bu həmin pretenziya məktubu qarşılıqlı iddiaya əlavə edilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mülki prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Məhkəmə qərardadının apellyasiya qaydasında ləğv edilməsi üçün əsas olmadığından, şikayət təmin edilməməlidir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 10.8.1 və 397.2-ci maddələrinə əsasən qərardaddan verilmiş şikayətə yazılı icraat qaydasında baxmışdır. Məhkəmə kollegiyası göstərilənləri və Azərbaycan Respublikası MPM-nin 395, 398.0.1, 400-cü maddələrini rəhbər tutaraq QƏRARA A L D İ: Cavabdehin nümayəndəsi Vəkil1 şikayəti təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin iş üzrə 31 yanvar 2022-ci il tarixli 2(012)-952/2022 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad dərhal qanuni qüvvəsini alır. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(105)-889/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-889/2022
14.03.2022 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver