Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-920/2023 16.06.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Dəmirov İlqar Kamal oğlu, hakimlər Məmmədov Fuad Əli oğlu və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi Əhmədzadə Səbinə Məhəmməd qızının katibliyi ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “alimentin təyin edilməsi” tələbinə dair mülki iş üzrə Xaçmaz Rayon Məhkəməsinin 30 yanvar 2023-cü il tarixli, 2(067)-397/2023 nömrəli qətnaməsindən iddiaçılar İddiaçı1 və İddiaçı2 nümayəndəsi Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayətlərinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “alimentin təyin edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx xxxx 1979-cu il təvəllüdlü oğulları Cavabdeh əmək qabiliyyəti olmayan xx.xx.1936-cı il təvəllüdlü atası İddiaçı1 saxlanılması üçün hər ay sabit pul məbləğində 250 manat və anası xx.xx.1943-cü il təvəllüdlü İddiaçı2nin saxlanılması üçün hər ay sabit pul məbləğində 250 manat aliment və mediasiya xərcləri olaraq ödədikləri 50 manatın tutularaq ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. İddia tələbini onunla əsaslandırılmışlar ki, onun yəni İddiaçı1 86 yaşı, İddiaçı2 isə 80 yaşı var. Onlar qoca və ahıl yaşdadırlar, əmək qabiliyyətləri yoxdur, işləyə bilmirlər. Oğulları Cavabdeh onlara məxsus evdə ailəsi ilə birlikdə yaşayır. Onların evində yaşamasına baxmayaraq onlara heç bir qayğı və diqqət göstərmir. Yaşar onlara dayaq olmaqdansa, onların torpaqlarını zəbt edərək İmran adlı şəxsə dayaq olur, onunla birləşib onların əmlakını mənimsəmək istəyir. Yaşarın 43 yaşı olmasına baxmayaraq onu yetkinlik yaşına çatana kimi tam təminatı ilə saxlamışlar və evləndirmişlər. Onların qızı Nümayəndə Bakı şəhərində yaşasa da daim tez-tez gəlir onlarla maraqlanır, anasını həkimə müalicəyə aparır və onlara daim qayğı və diqqət göstərir. Qızı Sevilin və onun qızlarının onlara gəlib qayqı göstərməsinə belə Yaşar maneçilik törədir, hər dəfə gələndə dava-dalaş salır, onu və qızlarını təhqir edir və olmazın şər və böhtanlar atır. Digər qızı Gülçöhrə Xudat şəhərində yaşayır. O da gəlir onlarla maraqlanır, lakin Yaşar onu və yoldaşını da təhqir etdiyi üçün tez-tez gələ bilmirlər. Digər qızı Tavat Mürşüd-Oba kəndində yaşayır. O da onlarla maraqlanmır, onlara qayğı göstərmir. Əksinə tez-tez telefonla zəng edərək onları təhqir edir və bu yaşlarında onları əsəbləşdirir, sakit yaşamağa qoymur. Cavabdeh iddianı qəbul etməyərək iddiaya qarşı etiraz ərizəsi təqdim edərək göstərmişdir ki, iddiaçılar özlərini idarə edə bilirlər, hər biri 400 manatadək pensiya alır, 1 ha fındıq bağları var, oradan məhsul götürürlər, atasının “Vaz 2107” markalı avtomaşını var, traktoru var, onları idarə edir, fiziki qabiliyyətlidir. Onun pulu olmasa, cərimələr ödəyə bilməz. Bundan başqa valideynlərə görə bütün övladlar aliment ödəməlidirlər. Onlar 4 övladdırlar, iddiaçıların nümayəndəsi olan Sevil xanım da bacısıdır, Malı, mülkü Sevil xanım talan edib aparmışdır. Xaçmaz Rayon Məhkəməsinin 30 yanvar 2023-cü il tarixli, 2(067)-397/2023 nömrəli qətnaməsi ilə iddia tələbi rədd edilmişdir (hakim Sərxan Səmədzadə). Qətnamədən narazı qalan iddiaçılar İddiaçı1 və İddiaçı2 nümayəndəsi Nümayəndə apellyasiya şikayətləri verərək, Xaçmaz Rayon Məhkəməsinin 30 yanvar 2023-cü il tarixli, 2(067)-397/2023 nömrəli qətnaməsini ləğv edərək, iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTLƏRİNİN DƏLİLLƏRİ Apellyasiya şikayətləri onunla əsaslandırılmışdır ki, məhkəmə tərəfindən işin faktiki halları araaşdırılmamış, yəni onların qoca ahil yaşında olduqlarını məhkəmə nəzərə almamış, elektron sistemdə baxaraq onların 670 manata yaxın pensiya aldıqlarını araşdırmışdır. Halbuki məhkəmə onlar tərəfindən təqdim edilmiş əməliyyat olunmağı barədə sənədlərə diqqət yetirməmiş, mütəmadi onların müalicəyə ehtiyaclarının olduqlarına diqqət yetirməmiş, onlara xüsusi qulluq edən şəxsin olmasının vacibliyinə diqqət yetirməmiş və həmin şəxsə qulluq etmək üçün ödəniş etməli olduqlarını nəzərə almamışdır. Həmçinin məhkəmə onların dörd övladından birindən aliment tələb etməklərinə münasibət bildirərək qeyd etmişdir ki, guya onların real maddi köməyə ehtiyacları yoxdur. Belə başa düşülür ki, ehtiyacları olsaydı bütün övladlarına qarşı iddia qaldırmalı idilər. Halbuki məhkəmə iddia ərizəsi və işlə həmçinin qanunvericiliklə tanış olsaydı görərdi ki, onlar digər qızlarından hansı səbəbdən aliment tələb etmədiklərini qeyd etmişlər. Qanunvericiliyin tələbinə görə isə məhkəmə zəruri hesab edərsə, cəlb edə bilər və digər övladlardan da aliment tuta bilər. Artıq digər övladların aliment ödənilməsinə cəlb olunması məhkəmənin səlahiyyətində olmuşdur. Məhkəmənin qətnaməsində qeyd etdiyi və əsaslandığı guya ən diqqət cəkən məqam isə o olmuşdur ki, guya iddiaçı cavabdehə 14000 manat konpensasiya verməklə evdən cıxarılma tələb edir. Halbuki belə bir iddia məhkəmənin icraatında yoxdur, əvvəl iddiaçı düzgün qeyd olunmamışdır və sonradan iddiaçı başqa iddiaçı ilə əvəz olunmuşdur və onların mülkiyyətində əmlak yoxdur. Məhkəmə düzgün araşdırma aparmadan onların maddi imkanlarını qənaətbəxş hesab etmişdir. Halbuki məhkəmə gəlib onların yaşayışı ilə yaxından tanış olsaydı belə qənaətə gəlməzdi. Həmçinin məhkəmə qətnamədə qeyd etmişdir ki, iddiaçılar özlərini əmək qabiliyyəti olmayan kimi qələmə versələr də bu təsdiqini tapmamışdır. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilsə də, heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası verilmiş apellyasiya şikayətləri üzrə işə tərəflərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6 və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirərək, tərəflərin izahatlarını dinləyərək, apellyasiya şikayətlərinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayətləri təmin edilməməli və birinci instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan “elektron məhkəmə” informasiya sistemindən əldə olunmuş məlumatlardan görünür ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 hər ikisi təqaüdçüdürlər və müvafiq olaraq 347,49 manat və 327,21 manat məbləğində yaşa görə pensiya alırlar. İş materiallarında olan JN-157 saylı 30204028 seriyalı Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktından müəyyən olunur ki, İddiaçı1 və onun ailə üzviləri olan İddiaçı2 Cavabdeh adına Xaçmaz rayonu Aqrar İslahat Komissiyasının 1998-ci il tarixli, 08 saylı qərarı ilə 1,76 ha torpaq sahəsi verilmişdir. Birinci instansiya məhkəməsində aparılmış araşdırma zamanı müəyyən edilmişdir ki, iddiaçıların hər ikisi təqaüdçüdürlər və birlikdə 674,7 manat məbləğində pensiya alırlar, bundan başqa iddiaçıların adında paylı mülkiyyət hesab olunan kənd təsərrüfatlı torpaq sahəsi vardır. Hazırki iddia üzrə İddiaçı1 digər mülki iş üzrə cavabdehə 14000 manat pul kompensasiyası təklif etməklə evdən çıxarılmasını tələb etmiş, həmin mülki iş üzrə İddiaçı1 mülkiyyətində olan evini qızı Nümayəndə bağışlamaqla iddiaçının dəyişməsinə nail olması hazırki məhkəmə tərəfindən formal prosessual hərəkət kimi qəbul olunmuşdur. Məhkəmə qeyd olunanlara istinadən iddiaçılar İddiaçı1 Cmaləddin oğlunun və İddiaçı2 maddi imkanları qənaətbəxş hesab etmiş, bundan əlavə, iddiaçılar özlərini əmək qabiliyyəti olmayan kimi qələmə versələr də, buna dair hər hansı bir mötəbər sübutu məhkəməyə təqdim etməmişlər, iddiaçıların nümayəndəsi tərəfindən məhkəməyə təqdim edilmiş həkim reseptləri məhkəmə tərəfindən iddiaçıların əmək qabiliyyətinin olmamasına dəlalət edən mötəbər sübut kimi qəbul edilməmişdir. Sadalananlara əsasən, birinci instansiya məhkəməsi iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “alimentin təyin edilməsi” tələbinə dair iddialarını sübuta yetirilməməsi səbəbindən təmin etməmişdir. Cavabdehlər apellyasiya şikayətləri verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında aparılmış araşdırması zamanı müəyyən edildi ki, iddiaçılar İddiaçı1 ilə İddiaçı2 birgə nikahından 4 övladları – Yaşar, Sevil, Gülçöhrə və Tavat vardır. İddiaçılar hazırda iddia ərizəsi ilə məhkəməyə müraciət edərək qoca və ahıl yaşda olduqlarını, əmək qabiliyyətləri olmadığını, işləyə bilmədiklərini və maddi yardıma ehtiyacları olduğunu əsas gətirərək onların saxlanılması üçün oğulları Cavabdeh alimentin tutulmasını xahiş edirlər. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçılar iddia ərizəsində maddi yardıma ehtiyaclarının olduğunu bildirsələr də, iş materiallarında olan “elektron məhkəmə” İnformasiya Sistemindən əldə olunmuş məlumatlara əsasən iddiaçıların hər ikisinin təqaüdçü olduğu, İddiaçı1 347,49 manat, İddiaçı2 isə 327,21 manat olmaqla ümumilikdə 674,7 manat məbləğində pensiya aldıqları, bundan əlavə iddiaçıların adında paylı mülkiyyət hesab olunan kənd təsərrüfatlı torpaq sahəsinin də olduğu müəyyən edilmişdir. Həmçinin iddiaçılar əmək qabilliyətlərinin olmadıqlarını bildirsələr də, bu halları təsdiq edən sənədləri iş materiallarına əlavə etməmişlər. İşin bu cür halında iddia tələbinin təmin olunması yolverilməzdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 82-ci maddəsinə əsasən əmək qabiliyyəti olan yetkinlik yaşına çatmış övladlar maddi yardıma ehtiyacı olan əmək qabiliyyəti olmayan valideynlərini saxlamağa və onlara qayğı göstərməyə borcludurlar. Aliment ödənilməsi barədə saziş olmadıqda əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan valideynlər üçün aliment əmək qabiliyyəti olan və yetkinlik yaşına çatmış övladlardan məhkəmə qaydasında tutulur. Övladların hər birindən tutulan alimentin həcmi məhkəmə tərəfindən valideynlərin və övladların maddi vəziyyəti, ailə vəziyyəti və tərəflərindən diqqətəlayiq digər maraqları nəzərə alınmaqla hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilir. Alimentin miqdarı müəyyən olunarkən məhkəmə, tələbin valideynlərin əmək qabiliyyəti olan və yetkinlik yaşına çatmış övladlarından hamısına, birinə və ya bir neçəsinə verildiyindən asılı olmayaraq, onların hamısını nəzərə almağa haqlıdır. Valideynlərin öz valideynlik vəzifələrini yerinə yetirməməsi məhkəmə tərəfindən müəyyən olunarsa, uşaqlar əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan valideynlərini saxlamaq vəzifəsindən azad edilə bilərlər. Uşaqlar valideynlik hüquqlarından məhrum edilən valideynlərinə aliment ödəməkdən azad edilirlər. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, İddiaçı1 Cavabdeh qarşı 14000 manat məbləğində pul kompensasiyası verilməklə evdən çıxarılma tələbinə dair iddia ərizəsi ilə Xaçmaz Rayon Məhkəməsinə müraciət etmiş, məhkəmənin gedişatında İddiaçı1 evi qızı Nümayəndə bağışladığından iddiaçı əsl iddiaçı Nümayəndə ilə əvəz edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, həmin mülki iş üzrə İddiaçı1 mülkiyyətində olan evini qızına bağışlamaqla iddiaçının dəyişməsinə nail olması hazırki halda məhkəmə tərəfindən formal prosessual hərəkət kimi qəbul olunur. Məhkəmə kollegiyası xüsusilə vurğulayır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublİkasının Qanununun 100cü maddəsinin 3-cü hissəsinə əsasən, məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunubolunmadığını müəyyən edir. Beləliklə də, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, iş üzrə qəbul edilmiş qətnamə işin faktiki hallarına və yuxarıda sadalanan maddi hüquq normalarına uyğundur. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə kollegiyası hesab edir ki, hazırki halda iddiaçılar eyni məzmunlu apellyasiya şikayətlərinin dəlillərini qanunvericilikdə nəzərdə tutulmuş əsaslarla sübut edə bilməmişlər. Bu baxımdan, məhkəmə kollegiyası iddiaçıların apellyasiya şikayətlərində göstərdikləri dəlilləri formal mülahizələr kimi qiymətləndirərək hesab edir ki, bu dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Həmin Məcəllənin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqında iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçıların hər birinin ayrı-ayrılıqda tələb etdiyi 250 manat alimentin məbləğinin illik məcmusunun miqdarı beş min manatdan çox olmadığından qətnamədən kassasiya şikayəti verilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 392, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçıların nümayəndəsi Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Xaçmaz Rayon Məhkəməsinin 30 yanvar 2023-cü il tarixli, 2(067)-397/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə elan edildiyi andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(105)-920/2023
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-920/2023
16.06.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver