Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-936/2025 01.07.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair mülki iş üzrə QƏTNAMƏSİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Fuad Əli oğlu, hakimlər X23 və X3 ibarət tərkibdə, X28 qızının katibliyi, iddiaçılar İddiaçı1 və İddiaçı2, Cavabdeh1 nümayəndəsi X17 iştirakları ilə İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(060)- 1518/2025 nömrəli qətnaməsindən iddiaçılar tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. İş materiallarında olan Gəncə “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən xx.xx.2014-cü il tarixdə verilmiş AZ-İ № 978736 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh2 ilə İddiaçı2 23 avqust 2014-cü il tarixdə nikahlarını bağlamışlar və nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə 1716 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra qadına Məmmədova soyadı verilmişdir.
2. İş materiallarında olan ölüm haqqında tibbi şəhadətnamənin surətindən görünür ki, X20 xx.xx.2024-cü il tarixdə dəqiqləşdirilməmiş ağciyər-ürək çatmamazlığı xəstəliyindən vəfat etmişdir.
3. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, Gəncə şəhəri, Sədi Şirazi küçəsi, ev 15 ünvanında yerləşən mənzil 17 mart 2010-cu il tarixli, **********22-05101-093001 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən X10 adına olmuşdur. Gəncə şəhər 7 saylı notariat kontorunun 18 mart 2010-cu il tarixli, 4Ə-01-83 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən Gəncə şəhəri, Sədi Şirazi küçəsi, ev 15 ünvanında yerləşən mənzilin 12.9 kv.m bir yaşayış otağı, 18.0 kv.m köməkçi sahəsi X20 tərəfindən X2. Müqaviləyə əsasən X7 (12.9 kv.m 1 yaşayış otağı, 18 kv.m köməkçi sahə) və X10 (22.5 kv.m 2 yaşayış otağı) payları göstərilməklə adlarına 09 aprel 2010-cu il tarixli, **********22-05101-093001 nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Samux rayon notariat ofisinin 02 mart 2024-cü il tarixli, 4Ə-164 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən X10 etibarnamə üzrə nümayəndəsi X24 tərəfindən X10 mülkdə olan payı (22.5 kv.m 2 yaşayış otağı) Cavabdeh1 bağışlanmış, X11 (12.9 kv.m 1 yaşayış otağı, 18.0 kv.m köməkçi sahə, 09 aprel 2010-cu il tarixli, ********** qeydiyyat nömrəli) və Cavabdeh1 (22.5 kv.m 2 yaşayış otağı, 14 mart 2024-cü il tarixli, ********** qeydiyyat nömrəli) payları göstərilməklə adlarına hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir.
4. İş materiallarında olan "xxxx" ASC ilə İddiaçı1 arasında bağlanılmış xx.xx.2019-cu il tarixli, BPM**********70 saylı kredit müqaviləsinə əsasən, bank tərəfindən İddiaçı1 illik 24 faizlə, 38 ay müddətinə 2500 manat məbləğində kredit verilmişdir.
5. İş materiallarında olan "xxxx" ASC ilə İddiaçı2 arasında bağlanılmış xx.xx.2019-cu il tarixli, BPM**********69 saylı kredit müqaviləsinə əsasən, bank tərəfindən İddiaçı2 illik 24 faizlə, 30 ay müddətinə 1500 manat məbləğində kredit verilmişdir.
6. İş materiallarında olan "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2023 xx.xx.2024-cü il tarixi əhatə edən çıxarışdan görünür ki, İddiaçı2 illik 28 faizlə, 24 ay müddətinə, 3140 manat məbləğində kredit verilmişdir.
7. İş materiallarında olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş 15 aprel 2024-cü il tarixli əmlakın qiymətləndirilməsinin nəticələri haqqında hesabatdan görünür ki, mütəxəssis qarşısında qoyulmuş sualın həlli ilə bağlı Cavabdeh1 məxsus ünvan 1 ünvanında yerləşən, 30.9 kv.m ümumi sahədən, 12.9 kv.m yaşayış sahəsindən və 18.0 kv.m köməkçi sahədən ibarət olan, 1 mərtəbəli 2 otaqlı fərdi yaşayış evinin hazırki vəziyyətə gətirilməsi üçün aparılmış təmir-tikinti işlərinin usta fəhlə pulu ilə birlikdə ödəniləcək əmək haqqı məbləğinin xərc yanaşması metodu ilə real bazar dəyərinin müəyyən edilməsi məqsədilə ərazi üzrə monitorinq təşkil edilərək qiymətləndirmə işi aparılmışdır. Qiymətləndirmə zamanı binanın mövcud vəziyyətə gətirilməsi üçün tikinti işlərinin gedişatı zamanı zəruri olan tikinti materiallarının alınması və icra edilməsi üçün xidmətlər daxil olmaqla hesablanmışdır. Ərazi üzrə daşınmaz əmlak bazarının monitorinqi aparılmış və təhlil olunmuşdur. Monitorinq bazasında toplanan və fəaliyyət göstərən internet resurslarından və digər etimad doğuran açıq mənbələrdən alınan məlumatlara istinad olunmuşdur. Beləliklə, Cavabdeh1 məxsus ünvan 2 ünvanında yerləşən, 30.9 kv.m ümumi sahədən, 12.9 kv.m yaşayış sahəsindən və 18.0 kv.m köməkçi sahədən ibarət olan, 1 mərtəbəli 2 otaqlı fərdi yaşayış evinin hazırki vəziyyətə gətirilməsi üçün aparılmış təmir-tikinti işlərinin usta fəhlə pulu ilə birlikdə ödəniləcək əmək haqqı məbləğinin xərc yanaşması metodu ilə xx.xx.2024-cü il tarixə real bazar dəyəri 19675,20 manat təşkil edir.
8. İş materiallarında olan Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(125)- 3515/2024 saylı qətnaməsinin surətindən görünür ki, İddiaçı2 iddiası qismən təmin edilmiş, İddiaçı2 və Cavabdeh2 arasında xx.xx.2014-cü il tarixdə Gəncə “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsində bağlanmış və nikahın bağlanması haqqında akt qeydləri kitabında 1716 nömrəsi ilə qeyd edilmiş nikahın pozulması, xx.xx.2019-cu il tarixdə anadan olmuş X8 və X6 anaları İddiaçı2 yanında qalmalarının müəyyən edilməsi, xx.xx.2019-cu il tarixdə anadan olmuş X8 və X1 üçün Cavabdeh2 İddiaçı2 xeyrinə hər ay, hər uşağa görə 90 (doxsan) manat, cəmi 180 (bir yüz səksən) manat sabit pul məbləğində alimentin tutulması, alimentin tutulmasının xx.xx.2024-cü il tarixdən X18 və X9 yetkinlik yaşına çatana qədər müəyyən edilməsi, İddiaçı2 iddiasının qalan hissədə təmin edilməməsi, qətnamənin aliment tutulması hissəsində dərhal icra edilməsi qət edilmişdir.
Birinci instansiya məhkəməsindəki icraat
9. İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər.
10. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı 2013-cü ildə Cavabdeh2 ilə el adəti ilə evlənib ailə qurmuşdur. xx.xx.2014-cü il tarixdə isə nikahı Gəncə “ASAN xidmət” mərkəzinin qeydiyyat şöbəsində qeyd etdirmişlər. Birgə nikahdan xx.xx.2019-cu il təvəllüdlü Yusif və Məhəmməd adlı iki əkiz uşaqları doğulmuşdur. İddiaçı Cavabdeh2 ilə ailə qurduqdan sonra tərəflər onun anası X10 adına olan Gəncə şəhəri, Sədi Şirazi küçəsi, ev 15 ünvanda yerləşən fərdi yaşayış evində yaşamışlar, iddiaçının cehiz əşyaları hazırda həmin evdə yerləşir. Tərəflər həmin evdə yaşayarkən qayınanası mərhum X20 tərəflərə bildirmişdir ki, o, öləndən sonra bu evi tərəflərə saxlayacaq və bankdan pul götürüb evi təmir etdirə bilərlər. Bundan sonra iddiaçı Cavabdeh2 ilə təxminən 2018-ci ildə evin təmirtikinti işlərinə başlamışlar. Ev iki otaqlı olmuşdur, tərəflər evin qabaq hissəsini artıraraq uzun zal, talvar və hamam tikdirmişlər. Təmir-tikinti işlərinə pul çatmadığından xx.xx.2019cu il tarixdə anası İddiaçı1 “Azərbaycan Beynəlxalq Bankdan” 2500 manat, iddiaçı isə xx.xx.2019-cu il tarixdə həmin Bankdan 1500 manat, cəmi 4000 manat pul götürüb evin təmirinə xərcləmişlər. Həmin Banka olan kredit borcunu hər ay iddiaçı və anası İddiaçı1 ödəmişlər. Təmir-tikinti işlərlə məşğul olan usta və fəhlələrə, Etibara, Aydına və Rafayıla iddiaçı və anası İddiaçı1 yemək, çay vermişlər. Təmir-tikinti işləri tam başa çatmadığından xx.xx.2023-cü il tarixdə iddiaçı yenidən "xxxx" Kommersiya Bankı ASC-dən 3140 manat kreditə pul götürüb evin təmir-tikinti işlərinə xərcləmişlər. Həmin Bankın kredit borcunu hər ay iddiaçı və anası İddiaçı1 hələ də ödəyirlər. X4 xx.xx.2024-cü il tarixdə vəfat etmişdir. Təxminən 2024-cü ilin mart ayının axırlarında qayınanası mərhum X10 bacısı qızı Cavabdeh1 tərəflərin evinə gəlib bildirmişdir ki, həmin fərdi ev onun mülkiyyətindədir, o, evi satır və tərəflərin həmin evdən çıxmasını tələb etmişdir. İddiaçı ona həmin evdən çıxmaq istəmədiyini, iddiaçının həmin evin əsaslı təmir-tikinti, yenidən quraşdırma işləri aparaq evin dəyərini xeyli artıran vəsait qoymasını bildirdikdə isə Cavabdeh1 həmin vaxt anası İddiaçı1 döyüb evdən qovmuşdur, əri Cavabdeh2 isə iddiaçıya artıq onunla yaşamaq istəməməsini, iddiaçı ilə boşanmaq istəməsini bildirmişdir. Cavabdeh2 bu sözlərindən sonra iddiaçı başa düşdüşdür ki, onlar birləşib evi sataraq bölmək, iddiaçını isə evdən çıxarmaq istəyirlər və buna görə iddiaçı onlardan qorxduğundan həmin evdən çıxaraq hazırda iki uşaqla birlikdə valideynlərinin evində yaşayır. 3 saylı ünvan 3 ünvanda yerləşən fərdi yaşayış evi Samux rayon notariat ofisinin 02 mart 2024-cü il tarixli, 4Ə-164 reyestr nömrəli Daşınmaz əmlakın alqı satqı müqaviləsinə əsasən X10 etibarnamə üzrə nümayəndəsi X24 tərəfindən həmin ev Cavabdeh1 bağışlanmış və 14 mart 2024-cü il tarixdə onun adına Çıxarış verilmişdir. Cavabdeh2 ilə birgə yaşadıqları dövrdə, hazırda Cavabdeh1 adına olan Gəncə şəhəri, Sədi Şirazi küçəsi, ev 15 ünvanda yerləşən fərdi yaşayış evinin hazırki vəziyyətə gətirilməsi üçün aparılmış təmir-tikinti işlərinin usta, fəhlə pulu ilə birlikdə "xxxx" MMC şirkəti tərəfindən qiymətləndirilməsinə əsasən iddiaçı 19675,20 manat pul xərcləmişdir. Həmin pulun yarısı, yəni 9837,60 manat məbləğində pul iddiaçıya verilməlidir. İddiaçı dəfələrlə Cavabdeh1 həmin evin təmir-tikinti işlərinin aparılmasına xərclədikləri pulun ödəməsini tələb etsə də, o, iddiaçıya pul ödəməkdən imtina etmişdir. Göstərilənlərə əsasən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Gəncə şəhəri, Sədi Şirazi küçəsi, ev 15 ünvanda yerləşən fərdi yaşayış evin hazırki vəziyyətə gətirilməsi üçün aparılmış təmir-tikinti işlərinin usta, fəhlə pulu ilə birlikdə 19675,20 manat pulun yarısı, yəni 9837,60 manat məbləğində pulun, "xxxx" MMC şirkətinə ödənilmiş 250 manat, dövlət rüsumu kimi ödənilən 120,44 manat və İMS-yə ödənilmiş 60 manat pulun alınıb iddiaçılara verilməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir.
11. Məhkəmə iclasında Cavabdeh1 iddia tələbinə etiraz edərək bildirmişdir ki, İddiaçı2 onun xalasının gəlini olmuşdur. İddiaçı2 xalası oğlu Cavabdeh2 ilə xx.xx.2014 cü il tarixdə Gəncə “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsində nikaha daxil olmuşlar. Onların birgə nikahından əvvəllər uşaqları doğulmamışdır. Lakin süni mayalanma nəticəsində xx.xx.2019-cu il tarixdə X18 və X9 adlı iki uşaq anadan olmuşdur. Xalası sağ olanda bacardığı qədər həm öz xəstə oğluna, həm də onun nikahda olduğu İddiaçı2 və uşaqlara baxsa da, xalasının vəfatından sonra İddiaçı2 Cavabdeh2 baxmaq istəməmiş, onun xəstəliyindən istifadə edərək, İddiaçı2 və anası onu incitmişlər. Xalası da sağlığında oğlunu ona əmanət etdiyi üçün o, bu günə qədər ona baxır. Xalası oğlunun səhhətində ciddi problemlər olduğu üçün özünü sərbəst apara bilmir. xx xxx 1985-ci il təvəllüdlü Cavabdeh2 hazırda onun köməyi olmadan sərbəst şəkildə özünü fəaliyyət qabiliyyətli şəxs kimi apara bilmir. Ümumiyyətlə həyatını kənar şəxsin köməyi olmadan davam etdirməsi qeyri mümkün vəziyyətə gəlmişdir. O, Cavabdeh2 bütün təhlükələrdən qorumaqla ona baxır, həyat üçün lazımi hər şeyi vaxtlı-vaxtında edir və sağlamlığı üçün yaxşı olan bütün tədbirləri görür. Yaranmış vəziyyətlə bağlı hazırda məhkəməyə Cavabdeh2 onun fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi üçün müraciət edilmişdir. Ayrıca hazırkı iddia qeyd olunanlar tamamilə yalandır. Gəncə Şəhər Məhkəməsinin 2(125)-3515/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsindən tam aydın şəkildə görünür ki, İddiaçı2 iddia ərizəsində qeyd edir ki, “Cavabdeh2 2013-cü il tarixdə nikaha girsə də nikahlarını xx.xx.2014-cü il tarixdə Gəncə “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsində qeydə aldırmışlar. Onların birgə nikahından əvvəllər uşaqları doğulmamışdır. Lakin sonradan Cavabdeh2 anasının təkidi ilə edilmiş süni mayalanma nəticəsində xx.xx.2019-cu il tarixdə X18 və X9 adlı 2 uşaq anadan olmuşdur. Cavabdeh2 ilə nikaha girdikdən bir müddət sonra aralarında olan münasibətlər pozulmuşdur. 2024-cü ilin mart ayından faktiki olaraq ayrılmış və müxtəlif ünvanlarda yaşamağa başlamışlar. Hazırda onlar arasındakı nikah formal xarakter daşayır və barışmaqları mümkün deyildir. Məhkəmə iclasının təxirə salındığı 3 ay vaxt ərzində onların ailə münasibətləri bərpa edilməmişdir. İddiada qeyd edir ki, mənzilin təmiri üçün kredit götürmüşdür. Hazırda həmin məbləğlə bağlı iddia qaldırmışdır. Lakin o, cehiz əmlakını evdən çıxararkən əşyaların çəkilişini edən zaman kameraya düşmüş evin görüntülərindən aydın olur ki, həmin ev uzun illərdir ki, ümumiyyətlə təmir olmamışdır. Bundan başqa iddia ərizəsinə sübut qismində əlavə edilmiş kredit müqavilələrinin hazırkı iş üzrə sübut qismində qiymətləndirilməsinə də etiraz edir. Belə ki, həmin kredit müqavilələri İddiaçı2 öz şəxsi ehtiyacları üçün götürülmüşdür. Onların hazırkı iddia üzrə heç bir əlaqəsi olmamışdır. Hətta həmin kreditin biri məhz süni mayalanma üçün götürülmüşdür. Ola bilsin ki, İddiaçı2 yaxınları onun adına kredit götürüb istifadə etmişlər ki, indi o müqaviləni qanunsuz sübut kimi təqdim etmişdir. Bundan əlavə, İddiaçı2 anası dəfələrlə ona hədə-qorxular gəlmişdir. Bir müddət sonra isə İddiaçı2 anası Bənzər xanım ondan qanunsuz şəkildə 10.000 manat ona pul verməsini tələb etmişdir. Qeyd olunanlara əsasən iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir.
12. Məhkəmə iclasında Cavabdeh2 iddia tələbinə etiraz edərək, tələbin əsassız olduğundan rədd edilməsini məhkəmədən xahiş etmişdir.
13. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(060)-1518/2025 nömrəli qətnaməsi ilə (hakim Şəbnəm Həxiyeva) iddia tələbi rədd edilmişdir.
14. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçılar bankdan götürülmüş kreditin mərhumə X15 məxsus (hazırda Cavabdeh1 məxsusdur) ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin təmir-tikintisinə istifadə olunmasını bildirsələr də, həmin faktı təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim edə bilməmişlər.
15. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Azərbaycan Respublikası Ailə Məcəlləsinin 31.1, 32.1, 32.2.2-ci maddələrinin, Mülki Prosessual Məcəllənin, 14.2, 76.1, 77.1, 217.4-cü maddələrinin tələbləri ilə əsaslandırmışdır.
16. Qətnamədən iddiaçılar apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişlər.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
17. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı2 2013-cü ildə Cavabdeh2 ilə el adəti ilə evlənib ailə qurmuşdur. xx.xx.2014-cü il tarixdə isə nikahlarıı Gəncə “ASAN xidmət” mərkəzinin qeydiyyat şöbəsində qeyd etdirmişlər. Birgə nikahdan onların xx.xx.2019-cu il təvəllüdlü Yusif və Məhəmməd adlı iki əkiz uşaqları doğulmuşdur. O, Cavabdeh2 ilə ailə qurduqdan sonra onun anası X10 adına olan Gəncə şəhəri, Sədi Şirazi küçəsi, ev 15 ünvanda yerləşən fərdi yaşayış evində yaşamışlar, onun cehiz əşyaları hazırda həmin evdə yerləşir. Onlar həmin evdə yaşayarkən qaynanası mərhum X20 bildirmişdir ki, o, öləndən sonra bu evi onlara saxlayacaq və bankdan pul götürüb evi təmir etdirə bilərlər. Həmin vaxt və hal hazırda o, xadimə işləmiş və ayda maaş, Cavabdeh2 isə 1-ci dərəcəli əliliyə görə 366 manat pensiya almışdır. Onlar Cavabdeh2 ilə təxminən 2018-ci ildə evin təmir-tikinti işlərinə başlamışlar. Ev iki otaqlı olmuşdur, onlar evin qabaq hissəsini artıraraq uzun zal, naves (talvar) və hamam tikdirmişlər. Təmir-tikinti işlərinə pul çatmadığından xx.xx.2019-cu il tarixdə anası İddiaçı1 “Azərbaycan Beynəlxalq Bankından” 2500 manat, o, isə xx.xx.2019-cu il tarixdə həmin bankdan 1500 manat, cəmi 4000 manat pul götürüb evin təmirinə xərcləmişlər. Həmin banka olan kredit borcunu hər ay o və anası İddiaçı1 ödəmişlər. Təmir-tikinti işlərilə məşğul olan usta və fəhlələrə, Etibara, Aydına və Rafayıla o və anası İddiaçı1 yemək, cay vermişlər. Təmir-tikinti işləri tam başa çatmadığından xx.xx.2023-cü il tarixdə o, yenidən “X22” ASC-dən 3140 manat kreditə pul götürüb evin təmir-tikinti işlərinə xərcləmişlər. Həmin bankın kredit borcunu hər ay o və anası İddiaçı1 hələ də ödəyirlər. X5 xx.xx.2024-cü il tarixdə vəfat etmişdir. Təxminən 2024-cü ilin mart ayının axırlarında qaynanası mərhum X10 bacısı qızı Cavabdeh1 evlərinə gəlib bildirmişdir ki, həmin fərdi ev onun mülkiyyətindədir, o, evi satır və onların həmin evdən çıxmasını tələb etmişdir. Ona həmin evdən çıxmaq istəmədiyini, onun həmin evin əsaslı təmir-tikinti, yenidən quraşdırma işləri aparaq evin dəyərini xeyli artıran vəsait qoymasını bildirdikdə isə Cavabdeh1 həmin vaxt bizdə olan anası İddiaçı1 döyüb evdən qovmuşdur, əri Cavabdeh2 isə artıq onunla yaşamaq istəməməsini, onunla boşanmaq istəməsini bildirmişdir. Cavabdeh2 bu sözlərindən sonra o, başa düşmüşdür ki, onlar birləşib evi sataraq bölmək, onu isə evdən çıxarmaq istəyirlər və buna görə onlardan qorxduğundan həmin evdən çıxaraq hazırda iki uşaqla birlikdə valideynlərinin evində yaşayır. Bundan sonra o, 3 saylı Gəncə Ərazi İdarəsinə müraciət etmiş və idarənin məktubundan görünür ki, Gəncə şəhəri, Sədi Şirazi küçəsi, ev 15 ünvanda yerləşən fərdi yaşayış evi Samux rayon notariat ofisinin 02 mart 2024-cü il tarixli, 4Ə-164 reyestr nömrəli Daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən X10 etibarnamə üzrə nümayəndəsi X24 (Cavabdeh1 əri) tərəfindən həmin ev Cavabdeh1 bağışlanmış və 14 mart 2024-cü il tarixdə onun adına çıxarış verilmişdir. Cavabdeh2 ilə birgə yaşadıqları dövrdə, hazırda Cavabdeh1 adına olan Gəncə şəhəri, Sədi Şirazi küçəsi, ev 15 ünvanda yerləşən fərdi yaşayış evinin hazırki vəziyyətə gətirilməsi üçün aparılmış təmir-tikinti işlərinin usta, fəhlə pulu ilə birlikdə "xxxx" MMC şirkəti tərəfindən qiymətləndirilməsinə əsasən onlar 19675,20 manat pul xərçləmişlər. Hesab edir ki, həmin pulun yarısı, yəni 9837,60 manat məbləğində pul onlara verilməlidir. O, dəfələrlə Cavabdeh1 həmin evin təmir-tikinti işlərinin aparılmasına xərclədikləri pulun ödəməsini tələb etsələr də, o, pulu ödəməkdən imtina etmişdir. Buna görə də onlar məcburiyyət qarşısında qalıb məhkəməyə müraciət etməli olmuşlar. Birinçi instansiya məhkəməsi onların bu məzmunlu izahatlarına məhəl qoymayaraq nədənsə onların izahatlarına inanmamış, cavabdehlərin izahatına və öz mülahizələrinə əsaslanaraq onların iddia tələblərini rədd etmişdir. Hesab edirlər ki, məhkəmə düzgün nəticəyə gəlməmiş və iddia tələbin rədd edilməsində haqlı olmamışdır. Belə ki, Cavabdeh2 ilə birgə yaşadıqları dövrdə sözügedən evdə faktiki olaraq əsaslı təmir-tikinti, yenidən quraşdırma işləri aparılmışdır. Bunu "xxxx" MMC şirkəti tərəfindən təsdiq olunmuş və məhkəmə istintaqı zamanı cavabdehlər dolayısı yola təsdiq etmişlər. Cavabdeh2 bildirmişdir ki, evin təmirini anası məhrum Rəfiqə Əsədova etmişdir, Cavabdeh1 isə bildirmişdir ki, həmin ev uzun ilərdir ki, ümumiyyətlə təmir olmamışdır. Halbuki əvvəlki, məhkəmə istintaqı zamanı bildirmişdir ki, güya evi o, təmir etdirmişdir. Kredit müqavilələri ilə bağlı isə bildirmişdir ki, güya həmin krediti o, öz şəxsi ehtiyacları üçün götürmüşdür. Təmir-tikinti işlərilə məşğul olan usta və fəhlələrə yemək, cay vermiş, yəni təmir-tikinti işlərində yaxından iştirak etmişdir. Süni mayalanmaya 1500 manat xərclənməsi ilə bağlı bildirir ki, bu həqiqətə uyğun deyil. O nikah dövründə həmin evdə yaşamış, birgə ev təsərüfatı ilə məşğul olmuş, bununla yanaşı ailəsinə, uşaqlarına quluq etməklə məşğul olmuşdur. O, fiziki qüsurlu adamdır həmin kreditləri götürüb özünə maşın almamış, kurorta gedib dincəlməmiş, restorana gedib yeyib icməmiş, özünə dəb-dəbəli paltar almamış, həmin kreditləri yalnız ev şəraitini düzəltmək üçün almışdır. Anası İddiaçı1 2500 manat, o, isə 1500 manat və 3140 manat kreditə pul götürüb evin təmir-tikinti işlərinə xərcləmişlər, süni mayalanmaya anası Bənzər tərəfindən 1500 manat verilmiş olsa da, kreditə götürülmüş qalan 5640 manat pul isə evin abadlaşdırılmasına xərclənmişdir. Məhkəmə istintaqı zamanı sözügedən evin qiymətləndirilməsinə və təmir işlərinin aparılması ilə bağlı ekspertiza keçirilməsinə dair təklif olunmuş, lakin Cavabdeh1 həmin təklifdən imtina etmiş və məhkəmə onunla razılaşaraq texniki-tikinti ekspertiza təmin etməmişdir. Bu onu göstərir ki, məhkəmə işin araşdırılmasına səthi yanaşmışdır.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
18. Apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilməmişdir.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
19. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçılar apellyasiya şikayətinin təmin edilməsini xahiş etdilər.
20. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 nümayəndəsi X25 apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi.
21. Məhkəmə iclasının yeri və vaxtı barədə Cavabdeh2 məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikası Ailə Məcəlləsi:
22. Maddə 32. Ər-arvadın birgə mülkiyyəti 32.1. Nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. 32.2. Ər-arvadın ümumi birgə mülkiyyətinə: 32.2.1. onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (xəsarət, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s.); 32.2.2. ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit təşkilatlarına və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. 32.3. Nikah dövründə ev təsərrüfatı ilə, uşaqlara qulluq etməklə məşğul olduğundan və ya digər üzürlü səbəblərə görə müstəqil qazancı olmayan ər (arvad) da ümumi əmlak üzərində hüquqa malikdir.
Azərbaycan Respublikası Mülki Məcəlləsi:
23. Maddə 139. Daşınar və daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 139.2. Daşınar əmlaka hüquqlar yalnız qanunvericilikdə nəzərdə tutulan hallarda dövlət qeydiyyatına alınmalıdır. 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. 139.4. Məkana görə daşınmaz əmlak obyektlərinin xüsusi vasitələrdən istifadə edilmədən yerləşdiyi yerin müəyyənləşdirilməsini və onların fərdiləşdirilməsini təmin edən məlumat bazası olan ünvan reyestri aparılır. Daşınmaz əmlak obyektlərinin xüsusi vasitələrdən istifadə edilmədən yerləşdiyi yerin müəyyənləşdirilməsinə imkan verən ünvan verilir. Ünvan reyestrinin aparılması və daşınmaz əmlak obyektlərinə ünvan verilməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada həyata keçirilir.
24. Maddə 1091. Əsassız varlanma anlayışı 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
25. Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (...)
26. Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 77.3. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər.
27. Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
28. Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. (...)
29. Maddə 218. Qətnamə çıxarıldıqda həll edilən məsələlər (...) 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
30. Maddə 372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri (...) 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
31. Maddə 384. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyətləri 384.0. Apellyasiya instansiyası məhkəməsi: (...). 384.0.3. qətnaməni dəyişdirə bilər (...)
32. Maddə 402. Kassasiya şikayəti vermə hüququ 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. (...)
Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri
33. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2025-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
34. Məhkəmə kollegiyası məruzəçi-hakimi dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
35. “Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2024-cü il tarixli, 1/2024 saylı Qərarının 3.14-cü bəndində göstərilmişdir ki, ümumi əmlak aktivindən fərqli olaraq birgə nikah dövründə ərin və ya arvadın götürdüyü öhdəliyin ümumi öhdəlik olması barədə qanuni prezumpsiya tətbiq edilmir. Əgər öhdəliyin tərəfi yalnız ər-arvaddan biridirsə, ağlabatan mühakimə baxımından, yaranmış borc o zaman ümumi hesab olunur ki, öhdəliyin tərəfi olan ər (arvad) öhdəlik üzrə əldə edilənlərin ailənin ehtiyacları üçün sərf olunduğunu sübut etsin, yaxud bu fakt işin mübahisə olunmayan halı olsun.
36. Həmin Qərarın 3.15-ci bəndində göstərilir ki, qeyd edilən faktiki prezumpsiya ilk növbədə ondan irəli gəlir ki, borclu ər (arvad) və öhdəliyin iştirakçısı olmayan arvad (ər) əldə olunmuş vəsaitin nəyə xərcləndiyini sübut etmək üçün tamamilə fərqli imkanlara malik olurlar. Bir qayda olaraq belə vəsaitin xərclənməsində borclu ər (arvad) bilavasitə iştirak etdiyindən həmin əmlakın ailə ehtiyaclarına sərf olunmasını sübut etmək üçün dəlillər əldə etmək imkanı da ona məxsus olur. Arvad (ər) isə borcun olmasından xəbərdar olmaya bilər, bu səbəbdən onun ərinin (arvadının) həmin vəsaiti şəxsi ehtiyacları üçün sərf etdiyini sübut etmək imkanları məhduddur, bir çox hallarda isə qeyri-mümkündür.
37. İş materiallarında olan Sumqayıt Şəhəhr İcra Hakimiyyətinin xx.xx.2025-ci il tarixli 5-6/2-556/2025 nömrəli məktubunun surətindən görünür ki, Cavabdeh1 himayəsində olan xalası oğlu - xx.xx.1985-ci il təvəllüdlü Cavabdeh2 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında ərizə ilə məhkəməyə müraciət olunması barədə müraciətə cavab olaraq bildirilmişdir ki, qeyd olunan məsələ şəhər İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyasında araşdırılmış və xx.xx.1985-ci il təvəllüdlü Cavabdeh2 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət olunması məqsədəuyğun hesab edilmişdir.
38. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, Gəncə şəhəri, Sədi Şirazi küçəsi, ev 15 ünvanında yerləşən mənzil 02 mart 2024-cü il tarixli, 4Ə-164 reyestr nömrəli müqaviləyə əsasən X10 etibarnamə üzrə nümayəndəsi X24 tərəfindən X10 mülkdə olan payı (22.5 kv.m 2 yaşayış otağı) Cavabdeh1 bağışlanmışdır.
39. İşin müəyyən olunmuş hallarına görə mübahisəli evdən İddiaçı2 və Cavabdeh2 birgə nikah dövründə ailənin ümumi yaşayış sahəsi kimi istifadə etmişlər. Həmin ev əvvəlcə X10 mülkiyyətində olmuş, 02 mart 2024-cü il tarixdə isə Cavabdeh1 bağışlanmışdır. Daha sonra, İddiaçı2 iddiası əsasında Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(125)-3515/2024 saylı qətnaməsi ilə onunla Cavabdeh2 arasında xx.xx.2014-cü il tarixdə bağlanmış nikah pozulmuşdur. İddiaçı tərəf birgə nigah dövründə evin təmirinə çəkilən xərcin yarısının cavabdehlərdən alınaraq onlara verilməsi barədə iddia tələbi irəli sürsələr də, cavabdeh tərəf həmin halı etiraf etməmiş, iddiaçılar isə evin təmir işlərinə görə pul vəsaiti xərcləmələri barədə məhkəməyə mötəbər sübut təqdim etməmişlər.
40. Mülki məhkəmə icraatının prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (Azərbaycan Respublikası MPM-in 14.2 və 77.1-ci maddələri).
41. Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni subutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş subutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir.
42. Həmin Məcəllənin 106.1-ci maddəsinə görə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir.
43. Nəzərə almaq lazımdır ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
44. İddiaçı tərəf tələbin əsası kimi müxtəlif tarixlərdə bağlanmış kredit müqavilələrinə və qiymətləndirmə hesabatına istinad edir, lakin bu iş üçün əhəmiyyət daşıyan faktiki halları, yəni evin iddiaçılar tərəfindən təmir edilməsini təsdiq etmir.
45. Sadalananlara və iş üzrə müəyyən olunmuş hallara əsaslanaraq məhkəmə kollegiyası hesab edir ki, mübahisəli evin təmirinə 19675,20 manat vəsaitin sərf olunması işin halları ilə müəyyən olunmur, belə olan halda, təmir-tikinti işlərinə çəkilmiş xərcin tutulmasından imtina barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə düzgün olmuşdur.
46. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşaraq apellyasiya şikayətinin dəlillərini formal mülahizələr kimi qiymətləndirir, həmçinin hesab edir ki, bu dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas sayıla bilməz. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(060)-1518/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemi”ndə yaradılmış elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.